Varfolomey gecəsi 1572-ci IL avqustun 24-nə keçən gecə müqəddəs Varfolomey bayramı günü Fransa



Yüklə 107,3 Kb.
Pdf görüntüsü
tarix11.09.2018
ölçüsü107,3 Kb.
#67900


Varfolomey gecəsi - 1572-ci il avqustun 24-nə 

keçən gecə müqəddəs Varfolomey bayramı günü Fransa 

kralı  və katolik ruhanilər hugenotların kütləvi qırğınına 

başlamışdılar. 3 gündə Parisdə neçə min nəfər öldürülmüş, 

sonra bütün Fransada hugenotları  qırmağa başlamışdılar. 

Bu hadisə tarixə qətliam, genosid günləri kimi daxil olub. 

 

Nümuneyi-imtisal bir gün 



 

“Müsavat” firqəsinin təşəbbüsü ilə çağırılan 

müsəlman əmələ (fəhlə) konfransı martın 31-ni vətəni bir 

matəm olmaq üzrə elan və o günü ümumi tətil ilə 

keçirməyə qərar vermişdir. 

Müsəlman  əmələsinin bu qərarına Bakının bütün 

məhəllələri (yaşayış  məntəqələri) kəza (həmçinin) tabe 

olub matəmi-tətil komitəsi cənbində (yanında) məhəllə 

məscidlərinin nümayəndələrindən ibarət bir şəhər  şöbəsi 

təşkil etdilər. 

Bu günə  məxsus qəzetlər nəşr olundu. Azərbaycan 

qəzetləri ilə müsavat vasiteyi-nəşri-əfkarları olan qəzetələr 

matəm nömrələri çıxardılar. Matəm səhər saat 8-dən 

axşam saat 6-ya qədər təyin olunmuşdu. Tətilə müsəlman 

olmayan əmələ təşkilatı nasıl baxacaq? Tətil müntəzəm və 

mütəşəkkil bir surətdə gedəcəkmi? 

 



İştə Azərbaycan paytaxtını düşündürən bir məsələ! 

 

Kəndilərini (özlərini) bilməm hansı haqlara görə 



bütün Bakı füqərayi-kasibəsinin nümayəndəsi adlandıran 

“Raboçi konfrans” heyət idarəsi ilə keçmişdəki tətilləri 

idarə edən “Staçeçni komitet” ağızlarına su almışlardı. 26 

bolşevik komissarlarından ötrü ümumi tətil etdirmək 

istəyən və əllərində qara bayraqlar və Şaumyanın fotoqrafı 

olaraq nümayişlər yapan “Fəhlə nümayəndələri” on 

minlərlə şəhid düşən bigünah mart qurbanlarını xatırlamaq 

üçün çox da tələsmək istəmirlərdi. 

Nəhayət, müsəlman  əmələlərinin qəti qərarları 

təsirindən olmalıdır ki, “Raboçi konfrans” idarəsi ayın 31-

ni deyil, 30-nu matəm günü və bu münasibət ilə mitinqlər 

tərtibini elan elədi. Fəqət nə mitinqlərə  gələn oldu, nə  də 

mitinqi çağıranlar özləri gəldilər. 

Onlar bildikləri kimi mart faciəsinə gözəyarı baxa 

bilərlərdi. “Raboçi konfrans” idarəsində bardaş quran 

bolşevik biçarə “rəislər” mart gününü “matəm” deyil, 

bacarsalardı “bayram” edərlərdi. Onun üçün də onlar 

matəmin rövnəqlə keçməsinə çox əhəmiyyət 

verməmişlərdi. 

Fəqət türk demokratiyası 

kəndi qərarında 

sabitqədəm idi. Onun macərapərəst politikanlarla işi yox 

idi. O, martın 31-də  kəndi qüvvətini göstərəcək, mart 

şühədasının matəmi ilə müvəffəqiyyətsiz mitinqlər 

yapmaq surətilə oynamaq mümkün olmadığını isbat 

edəcəkdi. 

O bu gün bütün həyatı durduracaq, bununla 

kəndisinin nə kimi xatiri sayılan bir qüvvət olduğunu 

bildirməklə  bərabər martda tökülən nahaq və  məsum 

qanların dəxi ağız sürütdürmə bir “matəm”lə yad olunacaq 




“əhəmiyyətsiz” bir vaqeə olmadığını bütün cahana qarşı 

elan edəcəkdi. 

Martın 31-i yaxınlaşırdı. “Raboçi konfrans” rəisləri 

içlərində mövcud olan az-çox mətləb anlayanların “sözünə 

baxaraq” martın 30-da matəm mitinqləri elan etmiş ikən 

bir də 31-ni matəm günü və eyni zamanda da tətil elan 

etdilər. Fəqət tamamilə “Müsavat”a tabe olmamaq üçün 

tətilə saat 8-dən deyil, 12-dən etibarən qərar verdilər. 

Fəqət gecə saat 1-də çap olunan bu elan batəbii (təbii ki) 

rayonlara da saat 12-dən sonra catacaq, əmələlərin  əksəri 

tərəfindən bir türlü anlaşılmayacaqdır. Çünki bir gün əvvəl 

nəşr olunan müfəssəl vərəqələrində tətildən bir kəlmə olsa 

da bəhs olunmamış, bilaəks (əksinə olaraq) məsələdən 

tamamilə başqa bir ruhla danışılmışdı. 

Matəm günü gəldi. Səhər saat 6-dan bütün əmələ 

rayonları “xəbərdar borusunu” çalaraq mədənlər dayandı. 

Şəhərdə bir dənə olsa da açıq dükan yox, fayton, araba, 

hambal tapılmaz. Gəmilər matəm  əlaməti olaraq 

bayraqlarını yarıya endirmiş,  şəhərdə  və  mədənlərdə 

böyük bir sükut. 

Məscidlərdə  pəs məzar məclisləri. Saat iki 

radələrində Tazəpir məscidinin həyəti cəmi fəğir ilə 

dolmuş, yasin, fatihə, nitqlər, matəm tətil komitəsinin 

bəyani-təziyəti!.. 

Bilafərq millət və məzhəb şəhərlə mədənlərin bütün 

sakinəsi matəm halında. 

Zabastovka tarixi ilə  aşna olanlar söyləyirlər ki, 

Bakı bu vaxta qədər belə bir tətil görməmiş!.. Aşura günü 

belə bu dərəcədə keçməmişdir. Hər zabastovkada az olsun

çox olsun işə şəltə qatanlar daima görülmüşdür. Fəqət bu 

dəfə bilaixtilaf hər kəs vaqe olan dəvətə  ləbbey demiş, 

işindən əl çəkmişdir. 




Aşura yalnız müsəlmanlara məxsus ikən bu gün 

Azərbaycanın Vətəni bir matəmi olduğundan bütün 

azərbaycanlılar matəm saxlamışlardı. Bu günə mən matəm 

deyil, birlik günü deyəcəyəm. 

Türk demokratiyası bu gün kəndi idarəsinin nə 

dərəcədə nafiz (nüfuzlu) və  kəndi təşkilatının nə  qədər 

müəssir (iş görən) olduğunu təcrübə edirdi. Təcrübə 

əliyüləla dərəcədə müvəffəqiyyətli çıxdı. 

Görüldü ki, türk demokratiyası istər ittihadla bir 

məqsədə  əzm edirsə, digər kəndisi ilə  həmkar olan 

demokratiya dəxi onunla bərabər olur. Ayağının altını boş 

görən “Raboçi konfrans” son saatda əqlə  gəldisə, rus 

əmələlərindən (fəhlələrindən) bir çoxu rayonlarında daha 

iki gün əvvəl müsəlman yoldaşlarının yanına gələrək 

onlarla bərabər tətil edəcəklərini bildirmişlərdi. 

Tətil yalnız  əzəməti, istisnasızlığı ilə deyil, intizam 

və asayışpərvərliyi ilə  də  təmayiz ediyordu. Zabastovka 

texnikasını bilənlər belə bir tətil keçirmək nadirətən 

mümkün olur deyirlərdi. Bütün gün kimsəyə  təərrüz 

edilməmiş, cüzi də olsa bir hadisə çıxmamışdır!.. 

Tətil ideal bir şəkildə icra edilmişdir. Tətilin idrak 

və intizam üzərinə icra edildiyini körpü hamballarının 

əsəri-həmiyyətləri kimi parlaq vaqeələrlə isbat edilmişdir. 

Müstəcil (təcili) bir yükün paraxoddan çıxarılması 

üçün körpülərdən birinin hamballarına 6 min rublə  təklif 

olunduğu halda onlar təklifi rədd eləmiş, matəmi tətil 

heyətinə müraciət etmələrini cavabən bildirmişlərdir. 

Bugünkü tətil türk demokratiyasının, müsəlman 

cəmaətinin nə  dərəcədə  təşkilat və intizam qabiliyyətinə 

malik olduğunu aşkar etmişdir. Bu qabiliyyəti tərbiyə 

edən, onu doğru və salim bir yola salan həqiqi millət 

mənfəəti ilə çalışan siyasi firqələrimiz fəaliyyət və 

təşəbbüslərini artırar və  hərəkətlərində ciddi olurlarsa, o 



zaman Azərbaycan paytaxtında, füqərayi-kasibə naminə 

işləyib də  hərəkətlərində Azərbaycan ruh və  məqsədi ilə 

uyuşa bilməyən təşkilat əhəmiyyət və mənasını qayib edər. 

1919 sənəsi mart matəmində xalqımızda görülən 

təşkilat istedadını hüsn istifadə etmək, heç şübhəsiz ki, 

1918 sənəsi mart şühədasının (şahidlərinin) ruhi-

məzlumini razi salacaq ən böyük mükafat, ən gözəl 

ehsandır! 

Buna çalışalım! 

1919-cu il martın 31-i bizə birlik və ittihad üçün bir 

nümuneyi-imtisal təşkil eləsin! 

 

M.Ə.RƏSULZADƏ “Azərbaycan” qəzeti, 2 aprel 1919, N148 



Yüklə 107,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə