Varliğimiz



Yüklə 0,63 Mb.
səhifə1/26
tarix25.06.2018
ölçüsü0,63 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   26



 

 



 

 

 



 

 

 

 

 

VARLIĞIMIZ

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Elm və təhsil” 

Bakı – 2014 


 

 



 

Kitabın tərtibçiləri:  



Pərvanə Məmmədli 

BaxĢəli Zülfü 

 

Redaktor:   



 

Pərvanə Məmmədli  

fil.ü.f.dr., dosent 

 

 

Kitabda Türkiyədən yazı materiallarını  



Məmmədriza  Heyət  hazırlayıb 

 

 



 

Varlığımız. Bakı, “Elm və təhsil”, 2014, 100 səh. 

 

 



Kitab  doktor  Cavad  Heyətin  ölməz  xatirəsinə  həsr 

olunur. 


 

 

 



 

 

 



 

2014


098

4702000000



N

 

грифли няшр

 

                       © «Елм вя тящсил», 201




 

 



 

 

DOKTOR CAVAD HEYƏTLƏ  



BAĞLI BĠLGĠ 

 

Cavad Heyət 1925-ci il mayın 24-də Təbrizdə anadan 



olub.  Atası  Mirzəli  Heyət  zəmanəsinin  tanınmıĢ  aydın-

larından olub. O, məĢrutiyyət inqilabının fərmanını Nəcəf-

dən  Təbrizə  və  Tehrana  aparan  heyətin  rəhbəri  olduğu 

üçun  "Heyət"  adı  ilə  tanınmıĢdır.  Mirzəli  Heyət  Ġranda 

təmiz məhkəmə baĢqanı və Ġran ədliyyəsinin qurucuların-

dan biri kimi məĢrutiyyət inqilabında fəal rol oynamıĢdır. 

Cavad  Heyət  ilk  və  orta  təhsilini  Təbriz,  Həmədan  və 

Tehranda almıĢdır. Orta hərbi məktəbi bitirdikdən sonra o, 

Tehran Universitetinə daxil olmuĢ, ikinci kursdan ali təh-

silini Türkiyənin Ġstanbul Universitetində davam etdirərək 

1943–1946-cı illərdə burada tibb fakültəsində oxumuĢdur. 

Əmək  fəaliyyətinə  1946-cı  ildə  Ġstanbul  Universitetində 

baĢlayan  Cavad  Heyət  1949-cu  ilədək  burada  cərrahlıq 

klinikasında  çalıĢmıĢ,  daha  sonra  ixtisasını  təkmilləĢdir-

mək  üçün  Paris  Universitetinin  cərrahlıq  kafedrasında 

iĢləmiĢdir.  O,  1952-ci  ildə  yüksək  dərəcəli  cərrah  ixtisa-

sına  yiyələnərək  Ġrana  qayıtmıĢ,  1953-cü  ildən  Tehranda 

Hidayət  və  Ədliyyə  xəstəxanalarında  cərrahlıq  klinikaları 

quraraq  onlara  rəhbərlik  etmiĢdir.  Doktor  Cavad  Heyət 

Ġranda  eksperimental  cərrahiyyənin  təməlini  qoymuĢdur. 

1954-cü ildən etibarən ürək üzərində apardığı əməliyyatlar 

onu  istedadlı  cərrah  kimi  tanıtmıĢdır.  1969-cu  ildə  o, 

Tehranda  ilk  dəfə  transplantasiya  əməliyyatını  uğurla 

həyata  keçirmiĢdir.  Bir  çox  cərrahi  əməliyyatlar  məhz 

onun adı ilə bağlıdır. Tibb sahəsində qazandığı nailiyyətlər 



 

Cavad  Heyətə  geniĢ  Ģöhrət  gətirmiĢdir.Doktor  Cavad 



Heyət  təbabətə  dair  qiymətli  araĢdırmaların  müəllifi  kimi 

də tanınırdı. Onun kitabları tibb sahəsində yazılmıĢ dəyərli 

vəsait  kimi  mütəxəssislər  tərəfindən  daim  yüksək  qiy-

mətləndirilmiĢdir.  Bir  sıra  beynəlxalq  elmi  forumlar  və 

toplantılarda  öz  təcrübəsinə  əsaslanaraq  dərin  məzmunlu 

məruzələrlə  çıxıĢ  etmiĢ  alimin  100-dən  artıq  məqaləsi 

müxtəlif  tibb  jurnallarında  iĢıq  üzü  görmüĢdür.  Cavad 

Heyət uzun müddət cərrahlığın tədrisi və cərrahların  yeni 

nəslinin  formalaĢdırılması  ilə  məĢğul  olmuĢdur.  Cavad 

Heyətin  zəngin  və  çoxĢaxəli  səmərəli  fəaliyyətində  Azər-

baycan  ədəbiyyatı  tarixi,  türk  xalqlarının  keçmiĢi,  milli 

folklor və eləcə də islamĢünaslığa dair tədqiqatlar mühüm 

yer tutur.  Bu əsərlərdə  Azərbaycan dilinin inkiĢaf mərhə-

lələri,  Ģifahi  xalq  ədəbiyyatı,  ədəbiyyatĢünaslıq,  folklor, 

ədəbi  tənqid,  publisistika  və  fəlsəfə  tarixinin  ən  müxtəlif 

məsələlərindən əhatəli bəhs olunur. Mədəniyyətin müxtəlif 

problemlərinin  öyrənilməsinə  münasibətdə  tarixi  həqiqət-

lərdən  çıxıĢ  edərək  obyektivlik  nümayiĢ  etdirən  alimin 

ədəbi  simpoziumlarda  və  türkoloji  konfranslarda  çıxıĢları 

həmiĢə  təqdirlə  qarĢılanmıĢdır.Onun  tədqiqatlarında  və 

publisistik  məqalələrindəki  əsas  fikirlərin  böyük  qismi 

təsis  etdiyi  ―Varlıq‖  jurnalında  əksini  tapmıĢdır.  O,  12  il 

ərzində  "DaneĢe  pezeĢki"  (Tibb  Elmi)  adlı  jurnal  dərc 

etdirmiĢ  və  yüzlərcə elmi  məqalənin, cərrahiyyəyə aid  uç 

kitabın  müəllifi  olmuĢdur.  1979-cu  il  Ġran  islam  inqila-

bından  sonra  yaranan  ―Varlıq‖  dərgisində  doktor  Cavad 

Heyət,  Həmid  Nitqi,  Məhəmmədəli  Fərzanə,  Həsən  Mə-

cidzadə  Savalan,  Kərim  MəĢrutəçi  (Sönməz),  M.  Hesari, 

Məmmədrza  Heyət,  Ġbrahim  Rəfrəf,  Mənzuri  Xamneyi, 

Səməd Sərdarniya, Qulamhüseyn Beqdeli, Əziz Möhsüni, 

Teymur  PirhaĢimi,  Ġsmayıl  Hadi  və  Əlirza  Sərrafi  ilə 

birlikdə çalıĢıblar. Tehranda ―Varlıq jurnalının   təsisçi  və 






Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə