Varliq toplusu



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə5/7
tarix11.09.2018
ölçüsü0,64 Mb.
#68119
1   2   3   4   5   6   7

 

 

  



29

25 

 

 



Səni; hörmək büt əynində, lütlükdəndir 

səni; vermək qalıblara, bütlükdəndir 

səni; görmək göy gözündə, kütlükdəndir 

İnan Eşqim: dinlər salan düyünlərdə

                      lap, olmusan dar baxışlar pay bölüşü. 

axtarışlar üzərində, dartınmada;  

                                         qalmamaqdır düyünlərdə 

bu gün işim; qırmanları gərək söküb,  

                                            töküm gözlər qabağına 

özlüyümü, yetirməyə dodağına; 

                                       gərək, köçüm örpəklərdən 

                    - gözlüyümdən kənar, yetim görüşünə 

toxunursansa gözlərə,  

                      ürəklərdə sayxınlıq yox! 

oxunursansa bizlərə,  

                    bir kimsədə aydınlıq yox! 

səni; hörmək büt əynində lütlükdəndir 

səni; görmək qalıblarda, bütlükdəndir. 

 



 

 

  



30

26 

 

 



Cəbrə bənzər ixtiyarla, varılmışam var evinə 

Daha...,  saydam   

daha......., özgən 

...... özgürlüyü, məndən öyrən 

məndə; sən tək, dönərgəmin əllərində, 

                                  yazılmamış kitabıdım 

sayfa üstə, köçə- köçə, yazılıram, 

                                                    neçə yönlü 

ixtiyarsız çalışmada,ancaq: naçaq,  

              oyunlara, olmamaqdır bir oyuncaq 

nə qul olmaq, nədə quldur 

nə hökm etmək, nədə bağlı yollar getmək 

ki hər nədə, .... və hər şeydə, 

                                     varlığını satan qeydə 

                           - kimliyini; qoymuş, beydə 

gərək; sən tək, daha duru 

                daha saydam, özdən olum 

yazıldıqca; yaşayışda, bu dur yolum. 

 



 

 

  



31

27 

 

Önümdəki dönümlərdə, ayaq açsam, 



                   gözlərimi, özüm boyda yaşayaram 

baxış; məndə aşqınlaşar, önəmli bir ərdəm içrə  

baxım; daha şaşqınlaşar, ərdəmli bir önəm içrə 

əl açarsam, dövlətinə,  

                          daşqınlaşar həyatımın gözələri 

            ..... mə`nalarda; tə`yin olar, dünyalarım 

başlanaram bu dəhrdə; yenə, yeni bir bəhrdə 

.....sırdaşlansam,  

             - dağı - daşı - yeli - eli -  

                                            ........ yaşayaram 

onda; qaflar, zifaflanar, 

                      hər bir yerdə, mənliyimi  

qat verərsən səndə; sonsuz dünyaların, 

                                                    mənim olar 

gerçəkliyin; ətim- qanım 

göyçəkliyin; dənim olar 

yenə; eşqin bu canıma, qənim olar 

.......... onda, hə..r zad; mənim olar. 

 



 

 

  



32

28 

 

 



Səni candan düşünməyə; arınıram, 

                             daş- qumumdan 

............. başlanıram öz xumumdan 

yollandıqca; bitkiləri, gözdən duru, 

                     barlanıram nəfəslərin, ötə- ötə 

                           dandan qabaq, yazdan ertə 

yetirdikcə var bağında mə`naları,  

                              dəniz- dəniz, düşünürəm 

bitirdikcə dənizləri, kirdarlanıb,  

                             okyan- okyan, oxuyuram 

....vulkan - vulkan toxuyuram, gündüzümlə 

                                        və gözümlə, hər birini. 

duyğularım; otlardakı çiçəklənmiş qunutlardan, 

elhamlarım; qanadlanmış buludlardan,  

                                                            uca durur 

qoşulduqca səndən axan cəryanlara, 

               üstünlüyü,  ləms edirəm gündüzümdə 

            - bəxtiyarlıq, dalğa vurur, can gözümdə. 

 



 

 

  



33

29 

 

 



Yaxınların,..... uzaqların, 

çıraq- çıraq, butaqların 

öz, əynində; daha dolğun,  

                    - daha dalğın 

əyləş məndə; vücudumda, biriklənmiş qaynaqların, 

                                                ilik- ilik, özlə... üzlə, 

........ və gündüzlə; gözlərində, xoş oturum 

həm,oxunum gözəlliklər gözəsində, 

daha, saydam ... daha, aydın 

barlandığım nüktələrdə; yazı açıb, yayı gülüm  

həm, barlanıb; yarandığım söyləvlərdə, 

                        ürəklərin uzayında, qanad açım 

calandıqca gözdən, könül dünyasına, 

                                   görüşünə, artsın meylim 

səndə, kamdan cana, yol sal, 

                             mənim şirin, üzram- leylim 

bu yaşayış qumarında; uduzduğum 

                                ürəyimlə, söylə, neylim!? 




 

 

  



34

30 

Güzgülərdə, sükut boylu naxış kimi; 

- oxunmamış baxış kimi; uzaqları yaxınlarda 

                      -  yaxınları uzaqlarda, dindirirəm. 

görürsənsə; sənə; gözlük 

                    mənə; özlük, güzgülərdir 

güzgülərdə; öncə, gərək, güzgülərin özü olmaq, 

                                                          sonra; üzü 

məni, sənə yaxınladan bu ilişik, 

                    bir fəslimə vəsl olursa, əslim deyil 

güzgülərin önündən dön bir, kəndinə 

                                çön, qat ba qat, qatlarından 

get... yüzdə get... mində..., birdə! 

ayaq sürü, ...mində, birdə 

.... oralardan ayaq tutmuş çevrilişim! 

oralarda, öncə işin: başlanmamış, 

                                   soyunmaqdır köynəkləri 

........birər- birər, öz olunca  

ki doyunca, dadmalısan; əbədiyət məzəsindən, 

                                                      qaşıq- qaşıq. 

.... və özünü, ölçüb- biçib,  

                               köçməlisən, qədəh- qədəh 

güzgülərə ışıq; sənə, tam yaraşıq, haman; özdür. 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə