35
haman; özdə, olmalısan yetmən aşıq.
31
Hər zad, istər tanış olsun, istərsə yad,
Öz nəslindən;
o, əslimdir; bu, vəslimdir
şu, kəndimdən; dörd bir fəslim
hamılıqda, özdə yerli oturmuşuq
və durmuşuq öz boyunda, halqa- halqa
bizim xalqa; mə`nasızdır, zülmət lə nur
qol- boyundur, qeybət- hüzur,
- bizdə-
indi, indimizdə; çoxum,
vüsal dünyasında; görünmədə!
çoxum, ləzzət ağrısıyla; hörünmədə!
- istəklərlə bir baxımda
- ürəklərlə bir axımda.
36
32
Sənli, Mənli
Sizli, Bizli;
bir ocağıq; olacaqlı
bizim, gediş izlərimiz,
bəzən; aydın
- bəzən; gizli
dönərgəmiz, dövran- dövran,
davranışlı, bir zənci`rə
.... şirə- şirə, tamam arman;
şe`rə- şura; həm, şüura
.... və ərməğan, ellikdə bir - birimizə
kürəkli bir alım,
və..., və sürəkli eşq
sizli, bizli; öncə mə`na,
vücud, ...və cud
incə mə`na; bəlli, bəlsiz,
qalarğı bud.
37
33
Dərinlənmiş duyğularım, uca durmuş,
... və uc, uca
səma`lanır biri, halda
- şüa`lanır biri, qalda
biri, sazı,
biri, yazı; dodaqlanır,
..... bir zad dərsin; var bağından
kamal dərsin; daha, yayıq
daha, sayıq;
kültürlənib, kirdarlansın
........ və barlansın, başdan başa yaranışı,
- yayı... qışı -
qollarını salsın düyün,
əbədiyyət qollarıyla, qıfıllansın
yaşayışa qoşulduqca; öz bağında,
özün, dansın.
38
34
Qonuş, qol- qol;
qoy; qonşuluq qapıları, açıq qalsın
mənsizlikdən; saldığımız
sənsizlikdən; qaldığımız,
divarlarda; uçuq qalsın
yerişinə; göz, etdikcə əl uzunluq,
özü üçün yer eləyir, tez ayağım
bir fəndini yaxalayıb,
min fəndinə, əl tapacaq; ittifaqım
danış el- el;
gülüşünə; qəribsəyib örtülməyim, baralarda
qoy, zövq ilə şövq arası;
gülüşünü, şüluğlanım
öpüşünü, büluğlanım,
- Öz əynində -
özü boyda; məni eşit,
alay- alay, çeşid- çeşid.
39
35
Hər nəfəsin, Öz əynində;
yaza doğru; başlanışdır
bizə doğru; partlayışdır
gür həvəsin; Öz, əynində; ətəş - atəş,
damğa- damğa, dalğa- dalğa
söylən, yaza;
gülüşünü kirdarlanıb, elə dönsün
söylən, saza;
muğamatlar muğamında, fərəhlənsin səni,
tel- tel, - pərdə- pərdə
söylən, eşqə;
ətək açsın; ürək- ürək, hər nazına,
- könül qoşsun, e`cazına
fərhadlanıb, şirinliyin meyli olsun
şöylələnib, məcnunlarda; leyli olsun
qədəhlənsin; hə...r bir yerdə,
hə...r mənzildə, səadəti
.............. varlıq boyu; gözəlliklər, xeyli olsun.
40
36
Bölük- bölük,
böyük- böyük,
ellərinə; udum
udum; özünüzdən, özünüzə
gözünüzdən könlünüzə,
könlünüzdən gözünüzə
saysız - sonsuz; ellərinə, uğur
uğur; varlıq üzrə həyatına, eşqim
eşqim; yetir təklif sa`həsinə,
gözü- sözü- özü,
- bizdə -
bu dənizdə; ucalıqlar qucağına, qonaq
dərin düşüncələr ölkəsinə, qonaq olaq
gördüyümüz;
sevgi ilə sevinc içrə olsun, səfa
həm; eşq olaq,
...həmdə, vəfa.
41
37
Vardır bizdə o bilik ki,
handan birər alsın səni
vardır indi o hünər ki,
duyğulara dalsın- dolsun, qalsın səni
vardır bizdə, o talaşlı açıq baxım;
bir baş axıb,
var bağının nazın çəkib, niyaz alsın
vardır bizdə, o çıxar ki,
hasarları yıxar olsun
ancaq: bu gün, saldığımız divarlardır,
yoxsul- yoxsul,
bardaş qurmuş; rast oturmuş, həyatımda
hələ indi; mənsizliklər,
öz kəndini bizdə, diklər
bə he...y eşqim;
özgürlüyüm bəbək- bəbək, səni bəklər
öz səsimi, öz fikrimi; qaytar mənə,
ürəyimdə; dursun əklər.
Dostları ilə paylaş: |