Vasif Namazov beynəlxalq dərəcəli idman ustası, türk savaş sənəti üzrə araşdırmaçı, Alpaqut Turan döyüş sənətinin müəllifi. Alpaqut turan döYÜŞ SƏNƏTİ



Yüklə 124,91 Kb.
Pdf görüntüsü
tarix14.06.2018
ölçüsü124,91 Kb.
#48987


Vasif Namazov beynəlxalq dərəcəli idman ustası, türk 

savaş sənəti üzrə araşdırmaçı, Alpaqut Turan döyüş 

sənətinin müəllifi. 

ALPAQUT 


TURAN DÖYÜŞ SƏNƏTİ  

 

İnsan  övladının  yaranışından  bu  günə  qədər  əldə 

etdiyi  mədəni  nailiyyətlərdən  biri  də  döyüş  sənətidir. 

Əgər  ibtidai  insan  döyüşmək  bacarığına  yalnız  özünü 

müdafiə  və  qida  əldə  etmək  üçün  yiyələnirdisə,  artıq 

sivilizasiya  mərhələsində  döyüş  sənəti  fəlsəfi  və  etik 

dünya  görüşünü  özündə  əks  etdirən  mədəni  dəyərlərdən 

birinə  çevrilmişdir.    Təbiidir  ki,  döyüş  sənətini  hər 

hansısa  bir  millətə  aid  etmək  doğru  olmazdı.    Çünki  aydın  məsələdir  ki,    insan  övladı  özünü 

müdafiə etmək məcburiyyətindən döyüş mədəniyyəti formalaşıb. Bundan sonra isə tayfa, qəbilə 

müharibələri və imperiya müharibələri olmuşdur ki, bu da savaş mədəniyyətinin formalaşmasına 

zəmin  yaratmışdır.  Məhs  bunun  nəticəsində  XVIII  əsrdən  başlayaraq  müxtəlif  xalqların  hərb 

döyüş  sənəti  sahəsindən  özlərinin  özünümüdafiə  döyüş  və  idman  proqramı  əsasında,  müxtəlif 

adlarda  (karate,  uşu,  muaytay,  pankration,  savate,  sambo,  takevando,  və  s)  döyüş  sənəti  

konsepsiyasının  formalaşmasını görə bilərik.  Əlbəttə ki,  bu  istiqamətdə şərq ölkələri,  xüsusilə 

Mərkəzi  Asiyada  (tarixi  “Turan”  adlanan  coğrafi  arealda)  və  regiona  qonşu  ərazilərdə  yaşayan 

xalqlar  daha  çox  irəli  getmişdir.  Ancaq  indiki  zamanda  isə  demək  olar  ki,  hər  bir  millətin  öz 

mədəniyyətindən qaynaqlanan döyüş sənəti vardır. Sözsüz ki, bu, hər bir millətin təbii və mədəni 

haqqıdır və  hər bir insan övladı bu mədəniyyətə hörmətlə yanaşmalıdır. 

 

Mövzüya  bu  sual  üzərində  giriş  edək:  Necə  ola  bilərdi  ki,  tarix  səhnəsində  ən  çox 

dövlət quran, ən çox savaşlar keçirən, ən  böyük imperiyaları diz çökdürən, krallara əl öpdürən, 

məhs  savaş  sənətinin  ən  yüksək  pilləsində  olduğunu  sübut  edərək,  özündən  10  dəfə  böyük  və 

əzəmətli olan Çin imperiyasına “Çin səddi” kimi günümüzdə böyük bir möcüzəli əsər yaratmağa 

vadar edən, tarixin yaddaşında “məğlubedilməz türklər” adını qazanan, Avroasiya qitəsinin dörd 

bir yanında savaş tarixi yazan türk etnosunun əlbəyaxa döyüş sənəti mövcud olmasın ?   

İlk öncə Türk sözündən və Türklərin hansı coğrafiyadan dünyaya çıxışına nəzər salsaq, bu 

etnosun indiki, Avrasiya çoğrafiyasında necə böyük bir zəngin döyüş mədəniyyəti yaratdığını və 

qonşu xalqların da bundan necə faydalandığını görə bilərik.  

Türk  sözü  insanlıq  tarixi  qədər  qədim  olduğundan,  zaman-zaman  tarixçilər  öz 

araşdırmalarında bu sözün açılımına  fərqli  fikirlər irəli sürmüşlər.  Araşdırmalara görə Türk adı 

ilk dəfə e.ə. XIV əsrdə “Tik” və ya “Tiklər” adıyla tanınmağa başlamışdır. Hətda başqa bir fikrə 

görə isə Türk adı e.ə. XIV əsrdən əvvəl də var olmuşdur. Çin qaynaqlarında isə bu söz "Tu-küe 

(Türk)"  olaraq  miğfer"  başı  qorumak"  anlamında  işlədilmişdir.  Macar  türkoloq  Armin 

Vamberiyə görə Türk sözü "törəmək" deməkdir. Ziya Gökalpa görə isə "TÜRELİ" yəni qanun və 

nizam sahibi olmaq deməkdir. Alman türkoloq Albert von Le Coq görə, Türk sözü "güc-qüvvət" 

mənası  bildirir. 

420  -ci  ildə   bir  fars  mətnində  Türk  kəlməsi  Altaylı   (ceyhun  kənarı,turanlı) 

qövmlərini  təyin  etmək  üçün  göstərilmişdir. 

İran  mənbələrində  Türk  sözü  “Gözəl  İnsan” 

mənasında  işlədilir.  X  əsrə  aid  Uyğur  mətnlərində  Türk  sözü  "güc,  qüvvət"  (Türklük  =  "güclü, 

qüvvətli") mənasında istifadə edilmişdir. Ön Türk mədəniyyəti və dili üzərinə araşdırmalar edən 

Kazım Mirşan və Haluk Tarcan isə “tür-ök” sözünü tanrısal tür> göklere bağlı> Tanrıya bağlı> 

millət, “kainata/tanrıya ait insan topluluğu (türü/növü)” anlamına gəldiyini bildirilər. Qeyd edək 

ki, 


Türk sözü ilk dəfə rəsmi olaraq Göytürk imperiyası adında ortaya çıxmışdır. 

 

Türkoloqiyanın  banisi  hesab  olunan,  Dünya  ədəbiyyatında  türkdilli  xalqların  ilk 



ensiklopediyası  sayılan, Divanu Luğati-t-Türk  əsərinin müəllifi kimi şöhrət qazanmış 

Mahmud 


Kaşğarlının fikirləri,  bu mövzüda  bütün fikirlərinin ən önəmlisidir desək yanılmarıq. O,  “Türk 

adının türklərə Tanrı tərəfindən verildiyini” qeyd edərək, bu sözün “Gənclik, qüvvət, qüdrət və 

yetkinlik  çağı”  mənasını  verdiyini  bir  daha  sübut  etmişdir.  Məhs  bunun  nəticəsidr  ki,  ən  ünlü 

Tarixçilər Türk kəlməsinin “Güclü-Qüvvətli” mənasını verdiyini qəbul ediblər. 

 



Türklərin  hansı  coğrafiyadan  dünyaya  çıxışı  haqda  bu  günə  qədər  çox  fərqli  fikirlər  və 

nəzəriyyələr mövcuddur. Ancaq hal hazırda bu günə qədər bütün nəzəriyyələri alt üst edən yeni 

bir  nəzəriyyə  olan  Urmu  nəzəriyyəsinin  müəllifi,  Tarixçi,  Türkoloq  Firudin  Ağası  oğlunun 

fikirləri daha çox diqqət mərkəzindədir.  

 “Əlbətdə  ki,  bütün  xalqlar  yarandığı  coğrafiyadan  zaman-zaman  kənara  çıxmışdır.  Bu 

məsələyə  toxunan  araşdırmaçıların  (tarixçilər,  dilçilər,  mifoloqlar,  etnoloqlar)  baxış  bucağı 

müxtəlif  olduğundan  araşdırmalarda  müəyyən  qüsurlar  vardır.  Qlottogenez  elmini  bilməyənlər 

dillərin  bir-biri  ilə  qohumlaşdırılmasında   səhvlər  etmişdir.  Bütün  dünya  dillərinin  XIX  əsrdə 

nəzəriyyəsi  quruldu  (Hind-Avropa,  Ural,  Sami,  Qafqaz  və  s.)  Bu  nəzəriyyələrin  hamısı  düz 

quruldu.  Buna  görə  də  100-150  ildir  bu  sahədə,  bu  dillər  üzərində  aparılan  tədqiqatlar  həmin 

dillərin  keçmişi  haqqında  dəqiq  informasiyalar  verir,  onun  keçdiyi  yolları,  onun  qrammatik 

quruluşundakı inkişafı çox aydın izah edə bilir. Yeganə Türkologiya elmi oldu ki, səhv nəzəriyyə 

üzərində quruldu: “Ural-Altay” və sonradan “Altay” nəzəriyyəsi.   

 

Ural-Altay  nəzəriyyısi:  Guya  Ural  xalqları  finuqorlarla,  Altay  xalqları  isə  türk  və  tunqus-

mancurlar  eyni  kökdən  gələn  xalqlardır  və  sonradan  parçalanıblar.  Sonrakı  ciddi  tədqiqatlar 

göstərdi  ki,  bu  nəzəriyyə  özünü  doğrultmur,  çünki  türk  dili  ilə  finuqor  dilinin  genetik  bağı 

yoxdur.  Sadəcə,  sonrakı  çağlarda  olan  əlaqələr  nəticəsində  alınmalar  var,  bizim  dildən  onların 

dilinə, onların dilindən  bizim dilə  bəzi sözlər keçib. Ona görə  də, Ural-Altay  nəzəriyyəsi  iflasa 

uğradı, Uralı atdılar, qaldı Altay nəzəriyyəsi.  

 

Altay nəzəriyyəsi: Bu nəzəriyyəyə görə isə, guya türklər, monqollar

1

, tunqus-mancurlar ən 



qədim  dövrdə  bir  xalq  olub,  2200-2400  il  öncə  hun  çağında  Monqolustanın  Ordos  bölgəsində 

türklər onlardan ayrılıb. Güya Türklərin  bir  hissəsi  Altayda qalıb, bir  hissəsi  isə Orta Asiyaya, 

başqa bir hissəsi Quzey Qafqaza, guya bir hissəsi də Azərbaycana gəlib və min il əvvəl Səlcuqlar 

dönəmində də  böyük bir kütlə  ilə türklər  Anadoluya  yerləşiblər. Buradan o nəticəni çıxardırlar 

ki, bugün türklər harada yaşayırsa oranın yerli xalqı deyil, ora gəlmə xalqdır, üstəlik də bu gələn 

türklərin hamısı köçəri türk xalqlarıdır.  Adətən ”Qohum dillər” qədimə getdikcə birləşir, lakin 

bu  hər  iki  nəzəriyyədə qədimə getdikcə şaxələnmə  yaranır. Yaranan  yüzlərlə suala cavab verə 

bilmir.  Buna  səbəb  də  Türk  xalqlarının  yaranma  yerinin  səhv  göstərilməsidir.  Odur  ki,  bu 

nəzəriyyə inkişaf etmir ki, etmir.  

 

Urmu  Nəzəriyyəsi  (yeni  nəzəriyyə):  Necə  ola  bilər  ki,  Türklər  Mərkəzi  Asiyada  yaranır, 

lakin böyük məsafə olan, Ön Asiyada yaşayan Sumerlərin dilində yüzlərlə Türk sözü var?   

Diqqət  edək,  Ön  asiyada  4  böyük  çay  var  ki,  onların  qədim  adları  Türkcədir.   İti-gəl 

(Dəclə),   Börüçay  (Qurd  çayı,  Burat,  Fırat,  Fərat),  Kür   və  Araz.  Dağların  isə  demək  olar  ki, 

hamısı türk dilindədir. Dənizlərə baxsaq-Qara dəniz,  Göy Xəzər, Ağ Dəniz, Qırmızı dəniz.  

 

Sual  olunur,  hansı  xalq  bu  adları  verib  və  bu  hansı  dildədir?  Bunun  üçün  mifologiyaya, 



folklora nəzər salmaq kifayətdir. Türk xalqlarında rənglər həm də cəhət bildirir : Qara  - Quzey, 

Qırmızı  -  Güney,   Göy  -  Doğu,  Ağ  -  Batı  (Xızıda  qərbdən  əsən  yelə  Ağ  yel  deyirlər.)   Bu 

ölçülərlə baxsaq, bu dənizlər arasında olan bölgə Türklərin yarandığı ərazidir. 

 

Yeni  Urmu  nəzəriyyəsinin  müxtəlif  köməkçi  qolları  var  -  antropologiya,  etnoqrafiya. 



Bunlara  nəzər   salsaq  görərik   ki,  Ön  asiyada  hal  hazırda  yaşayan  türk  xalqlarının  antropoloji 

quruluşu  avropeoid irqinin Aralıq dənizi qolunun Kaspi çalarıdır. Bu xalq burda 7000 ildir var 

və bu antropoloji quruluş da dəyişməyib. 

 

Bəli  əlbətdə  ki,  Türklər  Mərkəzi  Asiyada  böyük  tarix  yaratmışdır.  Lakin  Türklər  Mərkəzi 



Asiyada  deyil,  Ön  Asiyada  dünya  meydanına  çıxmışdır.  Sumerlər  isə bu  əraziyə  6  min  il  öncə 

gəlmişlər. O vaxt Bağdaddan yuxarı həmin ərazidə Subarlar (Türk boyu: Su, Çay arası adamlar 

deməkdir)  yaşayırdı.  Ərmən  boyu  (Türk  boyu:  İgid  mən  deməkdir),  Kut  boyu  (  Türk  boyu: 

müqəddəslik mənası kəsb edən türk sözü), Kəngər boyu və s. boylar var idi. Sumerlər isə 100 il 

Kut imperiyasının tərkibində yaşamışdırlar. Bu gün ən  qədim Daş abidələr Türk  xalqlarının Ön 

asiyada meydana çıxdığını və burdan yayıldığını isbat etməkdədir.”  

2

 

 




SAVAŞ SƏNƏTİ 

Ön  Asiyadan  başlayan  və  daha  sonra  bir  qismi  bozqır  yaşamına  keçən  qədim  türklər 

“Böyük Çöldə”, tarixi Turan ərazisində döyüşçü həyat tərzi yaşayırdı. Məhz bu səbəbdən də bəzi 

tarixçilər  belə  qənaətə  gəlmişdir  ki,  qədim  türklərin  döyüş  mədəniyyəti  bozqır  həyat  tərzi  ilə 

başlayır və bununlada bitir. Ancaq bu tamamilə yalnışdır. 

Əlbəttə  ki,  qədim  türklərin  döyüş  sənətinin  ən  sürətli  formalaşma  dövrü  bozqır  həyat 

tərzinə keçdikdən sonra baş vermişdir. Ancaq bu o demək deyildir ki, Türklər Ön Asiyada döyüş 

mədəniyyətinə  sahib  olmamışdır.  Türk  döyüş  sənəti  hələ,  qədim  türklər  Ön  Asiyada  olarkən 

mövcud olmuşdur. Məsələn, Herodot Subar boylarını “Dünyanın Ən savaşçı xalqı” (Türk boyu: 

Su, Çay arası adamlar deməkdir)  adlandırmışdır.   

Bundan əlavə Çin mənbələrindən bir fakta nəzər salaq. “Eradan əvvəl II əsrə aid mənbədə 

deyilir:  İnsanı heyrətə salan bir cəldliklə yalçın dağlara dırmaşır və aşağı enirlər. Selləri və ən 



dərin  çayları  paltarlı  üzüb  keçirlər.  Küləklərə,  yağışlara,  aclıq  və  susuzluğa  dözürlər.”  Çin 

naziri bu keyfiyyəti də Hunların (Hun Türk imperiyası) “çox uzun vaxtlardan bəri davam edən 



qədim qabiliyyətlər indən hesab edir.

3

  



Bu faktlar onu sübut edir ki, savaş mədəniyyəti bu etnosun həyat tərzinə daha qədimdən 

süzülüb  gəlir,  sadəcə  bozqır  çöllərində  məcburiyyətdən  bu  savaş  mədəniyyəti  daha  çox  inkişaf 

dövrünü yaşamışdır. Orhun abidəsindəki Bilgə Tonyukukun yazısı, bu məcburiyyəti təsdiq edir: 

Çuğay  Kuzda,  Qara  qumda,  məskən  salmışdıq.  Maral  yeyərək,  dövşan  yeyərək  otururduq. 



Xalqın boğazı tox idi. Ətrafdakı düşmənlərimiz yırtıcı quş tək, biz isə ov kimi idik.” 

4

   



 

Çin  hərbçi  alimləri  müharibələrin  gedişində  çoxsaylı  hərbi  traktatlarda  köçərilərlə  (Hun 

türkləri və Göy türklər) müharibə metodları ümumiləşdirirdilər. Hərbi və döyüş sənəti məktəbləri 

peyda  olurdu.” 

5

   Məlum  olur  ki,  saylarına  görə  “Çinin  əhali  sayının  yüzdə  biri  ilə  müqayisə 



edilə  bilməyən  Türklər” 

6

   öz  mükəmməl  yüksək  döyüş  sənəti  qabiliyyəti  nəticəsində  Çinlilərə 



hərbi  texnologiyanı  və  döyüş  sənətlərini  formalaşdırması  məcburiyyəti  qarşısında  qoymuşdur. 

Ancaq nəzərə alsaq ki, qədim türklərin sayı çinlilərdən çox az idi və onlar bu böyük imperiyanın 

hərb sənətinin formalaşdırmasına rəgmən türklərin qarşısında duruş gətirə bilmirdi, demək ki, bu 

fakt özü sübüt edir ki, qədim türklərin savaş sənəti, döyüş mədəniyyətinin ən yüksək pilləsində 

idi. “Sülh dövründə sıravi türkün həyatı köçlərdən (ildə 2-4 dəfə), hərbi döyüş təlimlərindən və 

yaz  və  bahar  aylarındakı  sərbəstlik  zamanı  istirahətdən  ibarət  idi.  Yorucu  əməyin  olmaması, 

daima  ovla  məşğul  olma,  at  belində  çapmalar  və  ox  atmalar  fiziki  inkişafa  və  döyüş  sənətinin 

təkmilləşməsinə xidmət edirdi.” 

7

   


 

Bəzi yabancı tarixçilər qədim türklərin Suvarilik sənətinin daha yüksək səviyyədə olduğu 

üçün, onları piyada, xüsusilə əlbəyaxa döyüşdə təsəvvür etmək istəmirlər.  Düşünürəm ki, indiki 

halda onlar bunu ağıllı formada qəsdən məqsədli şəkildə edir ki, kapitalizm dəyərlərinin mövcud 

olduğu müasir dünyada türk xalqları əlbəyaxa döyüş sənəti formalaşdırmaq üçün heç bir qədim 

mənbəyə  əsaslanmasın.  Axı  hamıya  məlumdur  ki,  müxtəlif  xalqlar  XX  əsrdən  başlayaraq  bu 

günə qədər döyüş sənəti formalaşdırmaq üçün bir yarışa girib. Bunun həm siyasi, həm iqtisadi, 

həmdə mədəni tərəfləri olduğu üçün bu sahəyə diqqət böyükdür.  Məgər XX əsrdə döyüş sənəti 

formalaşmasında ən çox irəli gedən Yapon, Çin, Koreya, Avropa və s. xalqların qədim tarixində 

At, Qılınc, Ox, Zireh mövcud olmamışdır ? Axı necə düşünmək olar ki, məhz bu amillərə görə 

qədim  türklərin  əlbəyaxa  döyüşə  ehtiyacı  yox  idi?    Türkün  dastan  ədəbiyyatı  Kitabi-Dədə 

Qorqud, KOROĞLU, MANAS və s. başdan ayağa əlbəyaxa döyüş mədəniyyətindən ibarətdir.  




Yox əgər dastan ədəbiyyatını mif sayırlarsa, bəs o zaman niyə Damonun (Badhidharma) 

Hindistandan  Çinə  gələrək  döyüş  sənəti  yaratması  mif  sayılmır?  Əslində  isə  dərindən 

araşdırdıqda,  elə  əsl  əlbəyaxa  döyüş  sənəti  mədəniyyətinin  də  bünövrəsini  qədim  türklərdən 

gəlməsini görmək çətin deyil. 

Əgər  belə  olmasaydı,  XX  əsrin  ən  böyük  imperiyası  olan  (SSRİ-də)  Sovetlər  birliyində 

döyüş sənəti sahəsində yenilik edilərkən əsas türk xalqlarının döyüş mədəniyyəti araşdırılmaz və 

qaynaq  götürülməzdi.  Bütün  idman  xadimlərinə  məlumdur  ki,  SSRİ-nin  (sovetlər  birliyinin) 

tanınmış idman xadimi, Sambonun qurucusu V.Xarlampiyev, bu döyüş sənətini formalaşdırarkən  

Azərbaycanlıların,  Başqırdların,    Kazakların,  Türkmənlərin,  Özbəklərin  güləş,  küreş,  kuraş, 

yakalaşma  və  Kulsanat,  Qolsənət    kimi  müxtəlif  türk  ləhçələrində  bilinən  adlarda  olan  döyüş 

mədəniyyətindən  istifadə  edərək  SAMBO  (Samozaşita  Bez  Orujiya)  adlı  döyüş  sənəti 

qurmuşdur. Əlbətdə ki, Sovetlər Birliyinin dövlət dili rus dili olduğu üçün məhz döyüş sənətinə 

qoyulan ad rus dilində idi.  



Sual  olunur:  Bəs  bu  Döyüş  sənəti  mədəniyyəti  haradan  qaynaqlanırdı  və  necə 

formalaşırdı?  Qeyd  edək  ki,  qədim  türklərin  həyat  tərzi  haqqında  informasiya  əldə  etmədən, 

türk  idman  mədəniyyətini  və  xüsusilə  də  döyüş  sənətininin  sirlərini  görmək  mümkün  deyil. 

Çünki türk savaş sənəti məhs türk həyat tərzindən doğurdu.  Beləliklə,  qədim türklərin əlbəyaxa 

döyüş sənətinə verdikləri töhfələr üzərində dayanaq. 



 

ƏLBƏYAXA DÖYÜŞ SƏNƏTİ 

 

Tarixin  inkişaf  dinamikasında  bəzi  əlbəyaxa  döyüş  sənət  növləri  sırf  mərasim  (oyun  və 

rəqslər) və  ya idman (yarışmalar) xarakteri almışdır.  Əlbəyaxa  döyüş özü tarixin dinamikasında 

bir neçə şaxələrə ayrılır:  



1)  Yalnız  fiziki  gücə  və  hazırlığa  əsaslanan  əlbəyaxa  döyüş  (əl  və  ayaqların  vasitəsilə 

rəqibdən müdafiə, hücum və güləş);  



2)    Müxtəlif  alət  və  vasitələrdən  (ip,  ərkan,  dəyənək,  şüvül,  tir  və  d.)  istifadə  edilən  döyüş 

sənəti;  



3)  Müxtəlif  təyinatlı  silahların  (bıçaq,  qılınc,  cida,  nizə,  ox  və  d.)  istifadəsini    ehtiva  edən 

döyüş sənətləri.  

Ancaq  bu  bölünmələrə  baxmayaraq,  günümüzdə  yaradılan  əksər  döyüş  sənəti  növlərinin 

bazasında  hər  üç  forma  yaşayır.  Məsələn,  bir  çox  döyüş  sənətlərində  özünü  müdafiə 

proqramlarında  müxtəlif  soyuq  silahlardan  istifadə  və  müdafiə  texnikalarının  mövcüdlugu  hər 

kəsə  bəllidir.  Biz  bu  ənənəni  döyüş  idman  yarışlarının  açılış  mərasimlərində  nümunəvi  çıxış 

formasında  da  açıq  aşkar  görə  bilərik.  Hətta  Samuraylara  qarşı  formalaşan  TOTE  nin  (daha 

sonra  Okinava  Te  və  son  olaraq  Karate)  yarışlarının  açılış  mərasimində  belə,  bir  birinə  zidd 

olmasına baxmayaraq Samuray dəbilqələrində qılınclarla nümunəvi çıxışları görürük.  

Bütün bunlar sübut edir ki, qədim dövrdə hərb savaş sənətinin təlim prosesində fiziki gücə 

hesablanmış  texniko  fənlər  olmuş,  bu  təlim  prosesi  ordu  daxilində  müxtəlif  sınaqlarla 

(yarışmalarla)  müşahidə  olunmuş,  daha  sonrakı  dövrlərdə  isə  bu  sınaqlar  və  ya  döyüş  sənəti 

metodikaları müxtəlif adlarla konsepsiya olunmuşdur. Hal hazırda fəaliyyətdə olan köklü döyüş 

sənətlərinin qədim dövrlərdə  hərb savaş sənətinin tərkib hissəsi olması heç kimə sirr deyil. 

 

Bu prizmadan baxdıqda, Qədim türklərin həyat tərzində bahadır olmadan yaşamaq mümkün 



olmadığı  üçün  uşaqların  körpəlikdən  ən  sərt  qanunlarla  və  hərbi  döyüşçü  məşqləri  ilə  tərbiyə 

olunması məhs bahadır olmağa hesablanmışdı. Hərblə əlaqədar olaraq bütün əsgəri təlimlər, eyni 

zamanda  əlbəyaxa  döyüş  sənəti  qədim  türklərdə  uşaq  yaşlarından  başlanılırdı.  “Hunlar  doğulan 

uşağı qışda qarın üstünə atır, bir müddət keçdikdən sonra isə dəriyə bükürdülər. Yeniyetməni ən 

qorxulu səfərlərə göndərirdilər. Çin mənbələrinin yazdığına görə, hunlarda “döyüşçülərin güc və 

bacarığı  ilə  ölçülər,  kişilər  savaş  təlimi  keçir,  qəfil  basqın  və  hücumlar  edirdilər.  Bu  onların 

anadangəlmə  fitrətindəndir.

 8

 Bu başqa cür ola da bilməzdi, çünki  “Bozqır türklərinin ayrıca bir 



ordu  yaratmasına  ehtiyacı  yox  idi,  hər  bir  elatın  özü  bütövlükdə  bir  ordu  idi.” 

9

 Məhz  bu 



səbəbdən də istənilən əsgəri təlim forması tayfanı bütövləşdirən ailədən başlanırdı.  


Məsələn, Yakut mənbələrində necə bir sərt əsgəri təlim haqqında məlumat bildirilir: “Təlim 

3 yaşından başlayırdı. Öncə onun üzərinə qızarmış kömür atırdılar ki,  onda zərbədən yayınmaq 

bacarığı yaransın. Bundan sonra silahla rəftar təlimi keçirilirdi. Dəyənəklə döyürdülər və ondan 

yayınma    bacarığı  aşılayırdılar.    Gənclər  18  yaşında  hərbi  hazırlığı  bitirməli  idilər.  Öyrədilmiş 

gənci  son  sınaqdanda  keçirirdilər.  O,  evdə  oturarkən,  mahir  bir  əsgər  siyirmə  qılınc  ilə 

gözlənilmədən  onun  üzərinə  hücum  edərək  haradan  gəldi  vurur.  Sonra  Gəncin  paltarını 

soyundurub, onun bədənini  yoxlayırdılar. Əgər bədəndə  qılıncdan dəymiş  bir kəsik görünsəydi, 

təlim  bitməmiş  hesab  olunurdu.  Sınaqdan  keçənə  bacadan  bir  tikə  ət  atırdılar.  Gənc  əti  bıçağın 

ucu  ilə  tutmalı  idi.  Bundan  sonra  onun  üzünə  eninə  (yanı  bədən  hissələrinə)  tikiş  qoyurdular. 

Tikiş onun ən yaxşı əsgər olmasının işarəsi idi.” 

10

  

 



Qədim türklərdə  təkbətək döyüş, bahadırların  bir-birinə  özünü və  soyunu təqdim etməsi  və 

savaş tanrısının şərəfinə dua oxuması   ilə  başlayırdı. Yakutlar babalarının  savaş qaydasını  belə 

xatırlayırlar:  “Adətən  hər  bir döyüş qarşısında qana  həris olan ruhun (müharibə tanrısının İblis 

kaanın) şərəfinə   mahnı oxuyurdular. Bu zaman onlar öz babalarının adlarını  sadalayardılar. ... 

Biz Batas Myondükenin nəvələriyik. Onun Ortancıl oğlu Yurunq bas-Boltonqonun övladlarıyıq. 

İlbis-Kıısı  (Müharibə  tanrısı  –Ə.Ə.,  M.Q.)  çağırırıq.”    Eyni  mötiv  Dədə  Qorqud  dastanında 

savaşdan öncə  oğuz igidlərinin islam örtüyünə bürünmüş Tanrıya dua etməsi faktı da bəllidirr.  

 

Bu  ritual  ənənələr  bu  günə  qədər  müxtəlif  türk  xalqlarının  savaş  mədəniyyətində 



yaşamaqdadır.   Bahadırlar bir birləri  ilə  əlbəyaxa döyüşdən öncə rəqs oynaması  bu günə qədər 

türk  nağıl  və  dastanlarında  öz  əksini  tapmışdır.  İstər-istəməz  Azərbaycan  milli  ənənəsində 

güləşçilərin güləşdən öncə rəqs etmələri  yada düşür. Bu fakt sözgedən savaş  ənənənəsinin  çox 

qədim tarixə malik olduğunu göstərməkdədir. Bu fikrin gerçəkliyi maddi mədəniyyət nümunələri 

ilə türk dastanlarının, eləcədə türk mədəniyyətinin müqayisəsi təsdiq edir.” 

11

  

 

Qədim  türklərin  adət  ənənələrində  əlbəyaxa  döyüş  sənətinin  varlığı  bu  aşağıda  qeyd 



edəcəyimiz  arxeoloji  faktlardan  da  açıq-aşkar  görünür.  Döyüşün  son  mərhələsində,  əlbəyaxa 

savaşı təsvir edən gümüş kuzənin (Tümen vilayətinin Koçq kəndində tapılıb ) tarixi bizim eranın 

I  minilliyinin  ortalarına  aid  edilir.  (şəkil.1)  Şəkildə  təsvir  olunan  (və  M.P.Qryaznovun 

nəzərindən  qaçan)  bir  çəhət  bu  təsvirin  müəəyyən  bir  qəhrəmanlıq  dastanı  ilə  bağlı  olduğunu 

təsdiq edir.  Savaşan bahadırlar öz silahlarına doğru can atır. Solda dayanan at bahadırın silahını 

ayağı  ilə  ona  doğru  itələyir.  Türk  xalqlarının  dastanlarında  bahadırın  atının  bahadıra  yardımçı  

olması motivini nəzərə alsaq, onda bu təsvirin müəyyən dastanla əlaqəsi  bir daha təsdiq olur.

12

 



                         Şəkil.1  Gümüş küzə 

Ş 

 



 


Bu  təsvir  isə  Ordosdan  (Altayın  Çinə  düşən  hissəsi)  tapılmış  e.ə.  III  əsrə  aid  toqqadır. 

Toqqanın üzərindəki təsvirdə əyani şalvarlı iki bahadır cəng edir, toqqada onların atları, ağac və 

quş təsvir olunmuşdur ( Şəkil.2). Güləşmək üçün qurşağadək soyunmaq türk xalqlarının ənənəsi 

kimi yaşamaqdadır. 

13

   


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 2. Ordosdan tapılan Qızıl toqqa 

 

Yuxarıda  qeyd  etdiyimiz  kimi,  qədim  türklərin  Suvarilik  sənəti  yüksək  dərəcədə  olduğu 



üçün,  onları  piyada  da,  yəni  yerdə  döyüşdə  təsəvvür  etmək  istəmirlər.    Ancaq  bu  faktdır  ki, 

"Səlcuqlu  ordusunun  təməlini  təşkil  edən  suvarilər  lazım  olduqda  atlardan  enib  yerdə  döyüşə 

bilirdilər,  həmçinin,  piyada  birlikləri  də  vardı.  Məsələn,  Toğrul  Bəyin  ölüm  xəbəri  üzərinə 

Xorasandan  hərəkətə  keçən  Alparslanın  ordusu  20.000  atlı    və  10.000  piyada  döyüşçüyə  malik 

idi.

 

Kirman Səlcuklularında isə, piyada birliklərinin sayı süvarilərinkindən daha çox idi. Məlik II 



Arslanşah cəmi 16.000 döyüşçüyə sahib idi və bunların 6000-i süvari, 10.000-i isə piyada qoşun 

idi”.


14

   Əlbətdə  ki,  bu  piyada  birliklərdəki  savaşçılar  qılınc,  ox,  nizə  qalxan  və  sairə  soyuq 

silahlarla döyüşürdülər. Ancaq, nəzərə alsaq ki, oxun yayı qurtara bilər, nizə və qılınc qırıla bilər, 

mütləqdir  ki,  əlbəyaxa  döyüşə  şərait  yaransın.  Rus  arxeoloqu  M.P.  Qryaznovun  bu  mövzüda 

araşdırması  tam  yerinə  düşür.  O,  Uralda  tapılmış  qabın  (şəkil.3  )  üzərindəki  təsviri  türk 

xalqlarının  dastanlarında  əks  olunan  döyüş  səhnəsi  ilə  müqayisə  etmiş  və  türk  xalqlarının 

dastanlarında təsvir olunan döyüş səhnəsinin əksi olması fikrinə gəlmişdir:  

Bahadırlar  bir  neçə  neçə  növ  silahları  sınaqdan  çıxarıblar.  Onların  ayağının  altına 



qırılmış qılınclar, qalxanlar, savaş baltaları, toppuzlar düşüb. Bu sujet türk xalqlarının çoxunun 

qəhrəmanlıq  dastanlarında  yer  alır.  Belə  ki,  dastanlarda  bahadırlar    bir  neçə  silah  növü  ilə 

(nizə,  ox,  qılınc,  toppuz)  mübarizə  aparır  ancaq  sonda  mübarizə  əlbəyaxa  ilə  nəticələnir. 

Bahadırların  mübarizəsi  monqol-oyrat  eposu  (Bum-Erdeni,  Erqil-Türgül  və  s)  Kazax  eposu 

(Şura-Batur),  Altay  eposu  (Kan-Sulutay)  və  Buryat  (Alamji  Mergen)  eposunda  eyni  ilə  təsvir 

olunmuşdur.  Bu  süjet  o  qədər  səciyyəvidir  ki,  bütün  bu  qəhrəmanlıq  poemalarındakı  mərkəzi 

epizodlardan  biri  olan,  masir  qəhrəmanlıq  dastanındakı  bahadurların  tək--bə-tək  döyüşünün 

Kulaqışdan  olan  qabın  üzərindəki  təsvir  ilə  eyniləşdirilməsinin  doğruluğuna  heç  bir  şübhə  ola 

bilməz. 


Qeyd  edək  ki,  gümüş  qab  bizim  eranın  birinci 

minilliyinin  ortalarına  aid  edilir.  Müəllif  qılıncların, 

baltaların,  əmudların  qırılıb  yerə  tökülməsinin  türk 

xalqlarının  dastanlarında  bahadırların  döyüş  zamanı 

müxtəlif  silah  növlərindən  istifadə  etməsi  və  məqsədə 

nail  olmayanda  bahadırların  əlbəyaxa  döyüşlə  qələbə 

çalmaları  motivi  ilə  müqayisə  etmişdir.  Onun  fikri 

inkarolunmaz  həqiqətdir.  Gördüyünüz  kimi,  qədim 

dövrdə savaşların qol gücünə əsaslandığı bir dövrdə, ordu 

formalaşmasında 

əlbəyaxa 

döyüşün 


olmamasını 

düşünmək məntiqsizdir. 

 

 

                                                                                    Şəkil 3.  Kulaqışdan olan gümüş qab 



 

Bu mövzüda dastan ədəbiyatında da əlbəyaxa döyüş izlərini görməmək mümkün deyil. Belə 

ki, Dədə Qorqud dastanında  Əmranla Təkurun savaşı belə təsvir edilir:  Kafər Təkur dedi: “hələ 

bir  döz,  əblah  oğlu,  mən  sənə  gəlim  çatım”  Altı  pərli  gürzünü  ələ  alıb,  atını  oğlanın  üzərinə 

sürdü.  Oğlan  qalxanını  gürzün  qabağına  tutdu.  Kafər  yuxarıdan  aşağıya  oğlanı  bərk  vurdu: 

qalxanını  ovdu,  dəbilqəsini  əzdi,  üz-gözünü  sıyırdı,  ancaq  oğlanı  məğlub  edə  bilmədi.  Gürzlə 

döyüşdülər:  böyük  iti  polad  qılıncla  vuruşdular,  atıla-atıla  meydanda    qılınclaşdılar:  çiyinləri 

doğrandı,  qılıncları  ovulub  töküldü,  bir-birinə  üstün  gələ  bilmədilər.  Qarğı  budağından  olan 

sünğülərlə çarpışdılar, meydanda buynuzlarını bir birinə sançmaq istəyən buğalar kimi döş-döşə 

gəldilər. Əlbəyaxa savaşda  Əmran təkura qalib gəlir.  

Oxşar motiv  Koroğlu dastanında daha geniş yayılmışdır. Koroğlu ilə Ərəb Reyhanın döyüşü 

dastanda belə təsvir olunur: “ Dava başlandı, yetmiş yeddi fəndin hamısını işlətdilər. Amma heç 

biri  o  birinə  döv  (  qalib)  gələ  bilmədi.  Nə  qılıncdan  kar  aşdı,  nə  nizədən  iş  çıxdı,  nə  əmuddan 

murad  hasil  oldu.  Axırda  Koroğlu  qəzəblənib  atdan  düşdü.  Paltarının  ətəklərini  belinı  sancdı. 

Qollarını  çırmadı.  Meydanda  gərdiş  eləməyə  başladı.  Ərəb  Reyhan  da  atdan  düşdü.  Küştü 

başlandı.”    Xalq  yaradıcılığı  olan  dastanlarda    sübüt  edir  ki,  qədim  türklərin  əlbəyaxa  savaş 

sənəti mövcud olmuşdur.  

Göründüyü  kimi,  qədim  türlərin  həyat  tərzi  olan  savaş  mədəniyyətində,  türkü  əlbəyaxa 

döyüşsüz təsəvvür etmək mümkün deyil. Barmaqları ilə saf daşdan kəsik qoparan, güləş zamanı 

barmaqlarını qəniminin  ətinə  yedirdib onu diz çökdürən,  öküzü başı üstünə qaldıran və  ya  bir 

zərbə  ilə  öküzü  yerə  sərən  şir  biləkli  bahadırlar  haqqında  söhbətlər  xalq  arasında  geniş 

yayılmışdır.  Həmin  söhbətlərin  arxasında  türk  savaş  ənənələrinin  müəyyən  əlamətləri 

gizlənmişdir.

15

 Fiziki  dözümlüyü  olmayan  və  eyni  zamanda  silahla  rəftar  etməyi  bacarmayan 



türk  döyüşçüsü  bahadır  sayılmırdı,  məhz  bu  səbəbdən  də  artıq  12-14  yaşına  yetişmiş  oğlan 

uşaqları  həm  fiziki  cəhətdən  formalaşırdı,  eyni  zamanda    silahlardan  mükəmməl  səviyyədə 

istifadə etməyi bacarırdı. Ən əsası isə, bu formalaşmada psixoloji cəhətdən də hazırlıq metodları 

tətbiq olunurdu. Qədim türklər öz uşaqlarına döyüşdə ölümdən qorxmamağı öyrədirdilər və  son 

dərəcədə sərt  əsgəri qanunlarla  yaşayırdılar. Dörd bir tərəfin amansız düşmənlə  əhatə  olunduğu 

Turanda  yaşamağın  başqa  bir  yolu da  yox  idi.  Bilgə Tonyukukun Orhun  abidəsindəki   yazısını 

təkrar birdə  qeyd edək:  “Çuğay Kuzda, Qara qumda, məskən salmışdıq. Maral yeyərək, dövşan 

yeyərək otururduq. Xalqın boğazı tox idi. Ətrafdakı düşmənlərimiz yırtıcı quş tək, biz isə ov kimi 

idik.” 

16

   



Əlbətdə  ki,  biz  bu  kimi  faktların  sayını  artıra  bilərik.  İstər  Orta  Asiya  məzar  abidələrində, 

istərsə də digər yazılı nümunələrdə. Qədim türklərin adət ənənələrində əlbəyaxa təkbətək döyüş 

sənətinin  varlığı  türk  hərb  üsulunun  tərkib  hissəsidir. 

Böyük  çöldə,  Turan  adlanan  coğrafiyada 

yaşanan bu döyüş sənəti mədəniyyətinin öz tarixi əsası, fəlsəfəsi, qədim türk dünya görüşləri və adət və 

ənənələrinə, Tanrıçılığa söykənən dərin mənəviyyatı, öz taktika və tərzi vardır. Məhs bu səbəbdəndir ki, 

qədim  türklərin  tarixinə,  mədəniyyətinə  və  döyüş  sənətlərinə,    müraciət  edilərək  yeni  bir  döyüş  sənəti, 

idman növü olan “ALPAQUT-TURAN DÖYÜŞ SƏNƏTİ” formalaşdırılıb.

 



ALPAQUT 

TURAN DÖYÜŞ SƏNƏTİ  



 

Alpaqut 

Türk xalqlarının  qədimdən  yaşayan  döyüş  sənətlərindən  götürülmüş  və  müasir 

döyüş  sənətləri  ilə  sintezləşdirilmiş  bir  döyüş  sənətidir.  Döyüş  sənətinin  adının  anlamı 

"Alpaqut"  (Alp:  döyüşçü, Qut:  qutsal  (kutsal)  -  Müqəddəs  Döyüşçü  mənasındadır.  Bu  döyüş 

sənəti Türk xalqlarının döyüş  sənətlərindən qaynaqlandığı üçün, Turan sözü (Turan:  türksoylu 

xalqların yaşadığı coğrafiya)  marka kimi əlavə olunmuşdur. 



Alpaqut  döyüş  sənəti  Turan  coğrafiyasında  yaşayan,  Türk  xalqlarının  ortaq  mədəni 

dünya görüşünü təmsil və təblig edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirərək, xüsusilə 

qədim Türklərin döyüş mədəniyyətini müasir döyüş sənəti üzərində konsepsiyalaşdıraraq, dərin 

fəlsəfi ideoloji mənası olan və kökləri sirli qalan milli döyüş mədəniyyətinin qlobal mədəniyyətə 

çıxışını təşkil edir. Milli özünə məxsusluq hissini  inkişaf etdirən və super etnomədəni fəlsəfəni 

milli  düşüncə  əsasında  konsepsiyalaşdıran  ALPAQUT    idman  növü,  u

şaqlarda  milli  iftixar 

hissini,  Vətənə  və  Dövlətə  hörmət  və  məhəbbət  hissini  formalaşdırır.  Alpaqut  döyüş  sənətinin

 

əsasını təşkil edir:



 

 

1.



 

VIII BAZA YÖNDƏMLƏRİNDƏN İBARƏT TƏLİM PROGRAMI 

 



 

Yumruk yöndəmləri 

 

Tepik yöndəmləri 



 

Ayça yöndəmləri 



 

Atış yöndəmləri 



 

Badalaq Yöndəmləri 



 

Bağdamak yöndəmləri 



 

Boğuçan yöndəmləri 



 

Koruy yöndəmləri 



 

2.

 

IV ÜSTÜNGÜDƏN İBARƏT İMTAHAN PROGRAMI 

 

Hər  bir  ÜSTÜNGÜ-də  (mərhələ)  verilən  dərəcələr,  kəmərlərlə 

müəyyən  olunur  və  kəmər  rəngləri  qədim  türk  xalqlarının  tarixində 

olan  yönlərin  rənglərinə  uyğun  olaraq  tətbiq  olunmuşdur.  Şəkildə 

göstərildiyi kimi: 

BATI (qərb)- ağ rəng 

DOĞU (şərq)- göy rəng 

GÜNEY (cənub) – qırmızı rəng 

KÜZEY (şimal) – qara rəng 

Alpaqut Turan Döyüş Sənətində verilən kəmər, dərəcə və rütbələr və tətbiq olunmuş 

Üstüngülər (keçid mərhələləri) aşağıdakı cədvəldəki kimidir : 

KEÇİD MƏRHƏLƏSİ 

ÜSTNÜGÜ 

(Mərtəbə atlama) 

KƏMƏR RƏNGLƏRİ 

DƏRƏCƏLƏR 

(QUR, YET, SAN) 



RÜTBƏLƏR və MƏNALARI 

Yenilik mərhələsi 

1-ci üstüngü: 

ALP ÜSTÜNGÜ 

Ağ kəmər 

Dərəcə Yoxdur, 

yeni gələnlər üçün 

ALP 

Döyüşçü, Cəngavər 

Başlanğıc mərhələsi 

2-ci üstüngü: 

ALPATAÇ ÜSTÜNGÜ 

Qırmızı kəmər 

I,II,III QUR 

ALPATAÇ 

Atasına bağlı, Atasının 

yolunda olan döyüşçü. 

Yetkinlik mərhələsi 

3-cü üstüngü: 

BİLGİNALP ÜSTÜNGÜ 

Göy Kəmər 

I,II,III YET 

BİLGİNALP 

Bilən, Bilikli, Hər bir suala 

savadlı cavab verən, elmdə 

yetişmiş 

Ustalıq mərhələsi 

4-cü üstüngü: 

YARĞAN ÜSTÜNGÜ 

Qara Kəmər 

I,II,III SAN 

YARGAN 

Yararlı, faydalı, güvənilən 

 

3.

 

III FƏRQLİ DÖYÜŞ SİSTEMİNDƏN İBARƏT YARIŞMA QAYDALARI 

 

  Bu sistemlər belə adlanır: 1-ci sistem: AYPARA, 2-ci sistem: BATUR, 3-cü sistem: CAYMAZ  



Qeyd: Qısa olaraq bu sistemləri əlifba sırasıyla A, B, C də adlandırmaq olar.  

 

4.



 

QURD VƏ BERKUT ÇEVRƏSİNDƏN İBARƏT HAKİMLƏR PROQRAMI 

Hakimlər proqramı hər üç döyüş sistemi üzrə, Qurd çevrəsi və Berkut çevrəsindən ibarətdir. 

Qiymətləndirmə, Sarqut>Acar>Utku balları ilə, Cərimələnmə isə Qınaq balı ilə tətbiq olunur. 



Bu  döyüş  sənəti  bütün  türk  dünyasına  aid  olsa  da  ancaq  o  bütün  hüquqi  haqlarla 

Azərbaycanda  qeydiyyatdan  keçmişdir.  Belə  ki,  bütün  türksoylu  xalqlar  kimi,  Azərbaycan 

xalqının  tarixi  və  mədəni  irsinə  aid  olan  “ALPAQUT”  adı,  Azərbaycan  Respublikası 

Mədəniyyət  və  Turizm  Nazirliyinin  14.10.2014-cü  il  tarixli  37  saylı  sənədi  əsasında  bu  döyüş 

sənətinin  müəllifi,  Türk  Döyüş  Sənətləri  üzrə  araşdırmaçı, Beynəlxalq    Dərəcəli   idman   ustası 

Namazov Vasif İmran oğluna istifadəsi üçün rəsmi icazə verilmişdir. Eyni zamanda Azərbaycan 

Respublikası  Patent  üzrə  Dövlət  Komitəsi  tərəfindən  17.11.2014-ci  il  tarixli  iddia  sənədinin 

201400542  saylı  Patent  Şəhadətnaməsi  də  verilmişdir.  Əlavə  olaraq,  ALPAQUT  idman 

növünün  təlim  və  tədrisinin  həyata  keçirilməsi  üçün  hazırlanan  metodiki  vəsait  proqramları 

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin 16.10.2015 tarixli 04/C-8157-15 saylı 

Şəhadətnaməsi ilə təsdiq olunmuşdur. Bu idman növünün beynəlxalq arenada inkişafı məqsədilə 

Dünya Alpaqut Federasiyası adında qurum 12.02.2014-cü il tarixində B14003831 saylı sənədinə 

əsasən  beynəlxalq  təşkilat  kimi  qeydiyyata  alınmışdır.  Dünya  Alpaqut  Federasiyasının 

prezidenti,  Azərbaycan  Respublikası  Milli  Məclisinin  Millət  Vəkili  Nizami  Cəfərovdur.  Bu 

beynəlxalq  Federasiya  2014-cü  ildən  başlayaraq  bir  neçə  beynəlxalq  tədbirlər  (3  beynəlxalq 

turnir, 1 Avrasiya kuboku, 4 beynəlxalq seminar) həyata keçirmişdir. Federasiyanın Azərbaycan 

başda olmaqla Almaniya, Birləşmiş Krallıq/İngiltərə, Çexiya, Türkiyə, Gürcüstan, İran, Pakistan, 

Hindistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Rusiya  Federasiyası  (Yekaterinburq, Moskva 

vilayəti, Başqırdıstan) üzrə rəsmi nümayəndəlikləri var. 

 

Dünya Alpaqut Federasiyasının həyata keçirdiyi Beynəlxalq tədbirlərin cədvəli aşağıdakı kimidir.  



 

Beynəlxalq Arenada keçirilən tədbirlər 

Tədbirin adı 

Tarix 

Yer 

Alpaqut üzrə 1-ci açıq «Qara Dəniz Kuboku» 

20-24.07.2014 

Gürcüstan 

Alpaqut üzrə 2-ci açıq «Qara Dəniz Kuboku» 

24-28.07.2015 

Gürcüstan 

Alpaqut üzrə beynəlxalq “Xəzər Kuboku” 

6-9.09.2015 

Azərbaycan 

Alpaqut üzrə Avroasiya Kuboku 

14-18.04.2016 

Gürcüstan 

Alpaqut üzrə Beynəlxalq seminar 

22.05.2016 

Türkiyə 


Alpaqut üzrə Dünya Kuboku 

24-28.09.2016  

Gürcüstan 

Alpaqut üzrə “Turan Savaşçıları” Beynəlxalq Turnir 

24.12.2016 

Azərbaycan 



 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT 

                                                             

1.Monqol – türk dilində Əbədi El kimi istifadə olunan siyasi termin olan bir sözlük. 

2.Firudin Ağasıoğlu Cəlilov – Doqquz Bitik Əsəri 

3Məmmədəli Qıpçaq, Əfzələddin Əsgər Türk Savaş Sənəti 1996. Səh 37 

4. Tonyukuk 7-8 

5. Türk Döyüş Sənəti 1995. Rəfael Bezertinov “İdel” jurnalı, № 4, , Kazan şəh.              

6. Tonyukuk 

7 .Türk Döyüş Sənəti 1995. Rəfael Bezertinov “İdel” jurnalı, № 4, , Kazan şəh.              

8.Türk Savaş Sənəti 1996. Səh 11 

9. Doqquz Bitik  2014. Firudin Ağasıoğlu 

10. Məmmədəli Qıpçaq, Əfzələddin Əsgər Türk Savaş Sənəti 1996. Səh 12 

11. Məmmədəli Qıpçaq, Əfzələddin Əsgər Türk Savaş Sənəti 1996. Səh 13,14   

12  Məmmədəli Qıpçaq, Əfzələddin Əsgər Türk Savaş Sənəti 1996. Səh 16.17   

13. M.İ. Artamonov Sakların xəzinəsi 

14. M.A Köymen  “Alparslan və  Zamanı”, s 263,  

15. Məmmədəli Qıpçaq, Əfzələddin Əsgər  Türk Savaş Sənəti 1996. Səh 18     

16 .Tonyukuk .7-8



 

Yüklə 124,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə