Vaxtı ilə K



Yüklə 41,38 Kb.
tarix25.06.2018
ölçüsü41,38 Kb.
#51393

Azərbaycan-Türk ədəbi əlaqələrində

Zəlimxan Yaqubun və Məmməd Aslanın rolu.


İnsanoğlunun attığı hər addım bəzən çox məsum və insanlığın xeyrini güdmüş olsada, nəticə etibarı ilə gözlədiyini əldə edəmmir. Tarixi şəxsiyyətlərin isə bu cür addımları bəzən milyonlarla insanların talehində böyük rol oynayır.

Vaxtı ilə K. Marksın irəli sürdüyü insanlardan fərasətinə görə alıb onlara ehtiyacına görə vermək prinsipi, belə bir cəmiyyətin başlanğıc mərhələsində uğursuzluqla nəticələnmişdi, çünki təbiət etibarı ilə insan nə fərasətinə görə vermək istəyir, nə də ehtiyacı olduğu qədər tələb edir, yəni hər zaman daha çox pay sahibi olmaq fıkrində olur. Bu da cəmiyyətdə böyük ədalətsizliklərə gətirib çıxarır ki, nəticələri isə ən dəhşətli sonluqlarla bitir. İnsanların daha çox əldə etmək prinsipi, bəzən daha peşəkar və kollektiv şəkildə hərəkət etməyə gətirib çıxarır. Bu kollektiv hərəkət SSRİ-nin idarə etmə strukturları içində elə bir qayda-qanunlu, professional, kollektiv bir şəklə bürünmüşdür ki, sanki yuxarıda bildirdiyimiz kimi, dövlət içində dövlət olmuşdur.

Yuxarıda sadaladığımız örnəklər ən son iki qüdrətli türk dövlətinin, Osmanlı və Səfəvi dövlətlərinin ayrı düşməsindən sonra başına gələn fəlakətlərdi. Təbii ki, tarixin gətirdiyi bu dəyişikliklər Azərbaycan cəmiyyətinin birbaşa adət-ənənələrinə təsir etmiş və bəzi tarixi əlaqələrini yenidən bərpa edərək özünə dönmə ehtiyacını doğurmuşdur. Tarixən ən sıx əlaqədə olduğu xalqlardan biri olan Anadolu türkləri ilə eyni dili ve dini paylaşan Azərbaycan türkləri bir-birilərini tarixi dəyişiklikləri də nəzərə alaraq daha yaxından tanımağa ehtiyac duyur. 1920-ci illərdə qopan əlaqələr 1990-ci illərdə yenidən bərpa olunmuşdur. Tarixən bir-biri ilə eyni dəyərləri paylaşan bu millət 70 illik dövrdə tamamilə fərqli inkişaf yolu və həyat tərzi seçmişdir. Azərbaycan Sovet İttifaqının tərkibində ikən Türkiyə Cumhuriyyəti NATO-ya üzv olan ölkələrdən biri idi. Bunun nəticəsi olaraq arada fərqli anlayışların ortaya çıxması gaçınılmaz idi. Bu dəyişiklərin ədəbiyyata təsiri isə təbii idi. Bugün dünyada baş verən cərəyanları və dəyişiklikləri başa düşmək, bizə hər mənada ən yaxın olan müasir türk ədəbiyyatından bəhrələnmək imkanı verir. Xüsusilə müasir türk ədəbiyyatındaki cərəyanlar və tendensiyalar ciddi araşdırılaraq bir nəticə çıxarılmalıdır. Xüsusən ən son Nobel mükafatı laureatının türk yazıçısı Orxan Pamuk olması, müasir türk ədəbiyyatının zirvədə olduğunu bir daha sübut edir. Zamanın nəbzini tuta bilmək üçün Azərbaycan və türk yazıçı və şairlərinin öz potensiallının dünya ədəbi mühitinə nümayiş etdirə bilmələri üçün hər iki tərəfin birlikdə çalışması zərurət olmuşdur. Bu sadəcə tarixin verdiyi bir şuur deyil. Dövrümüzdə baş verən siyasi və ictimai dəyişikliklər də bu addımı atmağa məcbur edir. Bu reallığı görən Azərbaycan ədəbiyyatının bir sıra görkəmli şəxsləri artıq ilk addımlan atmışlar. Şairlərimizdən Zəlimxan Yaqubun, Məmməd Arazın, Bəxtiyar Vahabzadənin şerlər toplusu, yazıçılarımızdan Anarın, Elçinin, Çingiz Abdullayevin əsərləri Türkiyə türkcəsinə çevrilmişdir. Xüsusilə gələcək araştırmamızda Türk ədəbiyyatının Zəlimxan Yaqub və Məmməd Araz yaradıcılığına təsirini təhlil etmək yerinə düşərdi, çünki Azərbaycan ədəbi mühiti daha çox Nazim Hikmətin ve Əziz Nesinin əsərləri ilə tanışdır. Zəlimxan Yaqubun sıx-sıx Yunus Əmrənin, Nəcib Fazil Qısakürəyin, Mehmet Akifin yaradıcıhğından söz açması Azərbaycan oxuyucularına Türk ədəbiyyatına daha fərqli nöqteyi-nəzərdən yaxınlaşma fürsəti verir.

Azərbaycan ədəbiyyatı sanki əsrimizin əvvəlindəki ehtişamından çox uzaqdır. Hətta sovet sistemi dövründə bütün təzyiqlərinə baxmayaraq çox dəyərli əsərlər yazmışlar. Ancaq çox acınacaqhdır ki, bu gün Azərbaycan ədəbiyyatçıları ortaya çıxmış yeni şəraitə və imkanlara adaptasiyada çətinlik çəkirlər; baş verən dəyişikliklər və proseslərə ancaq tamaşaçı mövqeyindən yanaşırlar vəya olub bitəni anlamaya çalışırlar. Bu səbəblə, bu dar məngənədən çıxmaq üçün yeni təkana ehtiyac var.

Bu təkan sadəcə Türk ədəbiyyatının Azərbaycan ədəbiyyatına təsiri ilə bağlı qalmır, eyni zamanda Azərbaycan yazıçılarının əsərlərindən də Türk ədəbiyyatçılarının faydalanması da mühümdür. Belə ki, Türkiyədəki Marksist yazarlar sovet cəmiyyətini bir ideal olaraq qəbul edir və mənfi cəhətlərini dərk etmirlərdi və ya bundan xəbərsizdirlər. Xüsusilə, İsa Hüseynovun "İdeal” əsəri bu dövrün reallıqlarını çox gözəl əks etdirir. Ölkədəki rüşvətxorluq, ədalətsizlik, özbaşınalıq bu sistemin ideal deyil, çox dəhşətli olduğunu göstərir. Bu reallığı Marksist yazarların görməməsi və ya görmək istəməməsi təbii ki, türk cəmiyyəti üçün heç də xeyirli bir nəticə vermirdi. İslamçı və mühafizəkar yazıçıların isə sovet sistemindəki bəzi müsbət elementleri də rədd etməsi obyektiv bir mövqe deyildi. Bu da Türk cəmiyyətindəki mənfi təsirlərin çox bariz nümunələrindən idi. Texnoloji inqilabın baş verdiyi 1960-cı illərdə bir çox ölkələrin inkişaf yolu seçməsi, Türkiyənin isə ideloji ziddiyyətlərin içində olması bu cəmiyyətin iqtisadi, siyasi və ictimai cəhətlərdən digər ölkələrdən geri qalmasına səbəb oldu. Halbuki, bu dövrün ziyalıları, bütün qarşılıqlı ittihamları bir yana qoymaqdan, müxalif görüşlərə hörmətlə yanaşaraq ortaq bir yol axtarmaqdan çox heyif ki, uzaq qalmışlar. Bu daxili çəkişmələr türk cəmiyyətinə çox baha başa gəlmişdir. Bu illərdə Türkiyədə iki dəfə hərbi çevriliş olmuş və anarxiya baş vermişdir. Çox paradoksal bir vəziyyətdir ki, Azərbaycan sovet ədəbiyyatında Kommunist Partiyası prinsiplərindən kənar fikir söyləmənin çox çətin olduğu bir dövrdə min bir zəhmətə qatlanaraq nə isə deməyə çalışan Azərbaycan ziyalıları var olduğu halda, türk ziyalıları azad fıkir söyləmənin dəyərini sanki bilməmişlər. Təbii ki, bunun nəticəsi olaraq böyük çətinliklərdən sadəcə xalq deyil, eyni zamanda türk ziyahları da əziyyət çəkmişlər. 1980-ci illərədə isə bunlardan bir nəticə çıxaran türk ziyalıları yeni bir mərhələyə qədəm qoymuşdur. Burada XX əsrin sonlarına doğru başlayan sürətli dəyişim türk ədəbiyyatında da öz əksini tapmışdır. Xüsusilə qloballaşma yaxud qlokallaşma mövzusu türk ədəbiyyatında ən önəmli və aktual müzakirə mövzusudur. Belə ki, bu mövzunun bəzən 60-ci illərin iki zidd qütbü olan mühafizəkar və Marksist yazıçıları bir araya gətirəcək qədər önəmli təsiri var. Dünyanın güclü ölkələrinin mədəniyyətinin təsirindən öz mədəniyyətinin qorunması və ya dünyada qəbul olunan ortaq dəyərlərə inteqrasiya mövzusu daha çox müzakirə ediləcək kimi görünür. Təəsüf ki, bu cür mövzular Azərbaycan ədəbiyyatında müzakirə edilmir və ya az müzakirə edilərək öz töhfəsini verə bilmir. Cəmiyyətdəki əxlaq normlarının çökməsi, insanların get-gedə yalqızlaşması, texnologiyanın sürətli inkişafı, sənayeləşmə və buna bağlı olaraq sənətin biraz da kölgədə qalması isə ən aktual problemlərdən biridir. Bu dövrə aid bəzi detektiv yazıçılarından da söz açmaq olar, ancaq Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Çingiz Abdullayevin bu janrda yazılan əsərləri öz dövrünün biraz önündədir.

Yuxanda səciyyələndirdiğimiz türk və Azərbaycan ədəbiyyatının son 70 illik inkişafı, dili eyni olan bu iki ədəbiyyatın nə qədər bir-birlərini tanımağa, anlamağa və nəhayət eyni hədəfə doğru getməyin önəmini göstərir. Günümüzdə bu üç xüsusiyyəti cəmləşdirən nadir şairlərdən biri Zəlimxan Yaqubdur. O öz yaradıcılığında türk ədəbiyyatından nümunələr verərək heç bir zaman ideolojik fərq qoymadan türk millətini birləştirməyi çalışan və yenidən tarixi şöhrətinə qovuşdurmağı qarşısına məqsəd qoymuşdur. Onun 2003-cü ildə Türkiyədə çap olunan "Səni sevmək üçün gəldim dünyaya" şerlər kitabında bunu açıqca görmək mümkündür. Onun Nazim Hikmətə həsr etdiyi şerdən bir nümunə fikirimizi tam olaraq izah edər:

Girişmişəm işə

Fikrimi bir yerə yığa-yığa.

Mənə təzə şer yazdırır

Nazim həsrəti, Hikmət məhəbbəti.

Oxuyuram Nazim Hikməti !!!

Zəlimxan Yaqub öz yaradıcılığının başlanqıcını Yunis Imrəyə bağlayır. Ondaki dini təfəkkürün bir nəticəsi olaraq Allah eşqi ve məhəbbəti yaradıçılığının ən önəmli hissəsidir. Dilini ve dinini unudan insanların öz millətini və kökünü qoruyub saxlaması mümkün deyildir. Bu mövzulara da öz kitabında çox geniş yer verən Zəlimxan Yaqub yaradıcılığın fəlsəfəsi dərindən incələnib öz tarixi köklərini taparaq yeni nəsillərə çatdırılmalıdır. Zəlimxan Yaqubun millətinə və dininə bağlılığını göstərmək üçün yenə də şerlərinə müraciət etmək yerinə düşərdi. "Döyüşən türk" şerində olduğu kimi:


Ayaz nədir, şaxta nədir, bürkü nə,

qorxudar haqq yolunda Türkü, nə?

Birə düşsün düşmənlərin kürkünə,

Dəniz kimi dalğalan, Türk, çalxan, Türk

Döyüşən Türk, oynayan Türk, qalxan Türk.

Zəlimxan Yaqubun öz inancına görə qəbul edib poeziya dilinə çevirdiyi Allah eşqi, Allah sevgisi müqəddəsliyə, təmizliyə, sonsuzluğa inamla yoğrulmuş və bu kökdə də formalaşmışdır. Zəlimxan Yaqub Kəbəni ziyarət edərkən şerini "İşıqlan Kəbənin nurunda, könlüm" adlandırır.

Bu da bir fursətdir baxtına düşüb,

Baxtın ucalığın taxtına düşüb.

Zamanına düşüb, vaxtına düşüb

İşıqlan Kəbənin nurunda, könlüm!

...Sığın bu dünyanın yaraşığına,

Peyğəmbər nuruna, haqq işığına.

Çevril sevə-sevə haqq aşığına

İşıqlan Kəbənin nurunda, könlüm!

21-ci əsrdə türk dünyasının inkişafına və dünyada söz sahibi olacağına ürəkdən inanan şair bu hədəfə çatmaq yolunda isə birliyimizə və bir-birimizə olan sevginin sarsılmaz olmasına inanır. Zəlimxan Yaqub yaradıcılığı isə bu sahədə böyük boşluğu doldurur. Onun Azərbaycanın başına gələn qanlı 20 Yanvar, Xocalı, Qarabağ faciələrinin şahidi olması və Azərbaycan tarixində bu cür faciələrin bir çox dəfə də baş verməsi şairi narahat etməyə bilməzdi. O, cəsarətini Nəsimidən, qeyrətini Babəkdən alan xalqını azadlıq uğrunda meydana dəvət edirdi. O əmin idi ki, hər zaman Vətən sevgisi, torpaq sevgisi olan bir millət bu çətinliklərin faciələrin üstəsindən qələcəklər. O öz şerində xalqa belə səslənirdi:

Bu torpağın odunu yer üzünə yayanlar,


Yurdun hər qarışını göz bəbəyi sayanlar,
Məsləkdə Nəsimiyə, Babəkə oxşayanlar,
Meydan bizimdir bu gün!

Təbii ki, şairlərin məqsədi hər zaman eynidir. Onlar hər zaman xalqm ən çətin anlarında onlara dayaq olur, ruh yüksəkliyi verir ve ən ali məqsədlər üçün birgə mücadiləyə sövg edir. Şairlərdə haqsızlığa, qaniçənliyə, vəhşiliyə daha sərt mövge tuturlar. Bu Zəlimxanda da belədir:

Həyatımda heç zaman belə dərd

görməmişdim,

Dərdi belə amansız, belə sərt

görməmişdim,

Mənim düşmənim qədər, mən namərd

görməmişdim,

Namərdlərin başında çaxırdı şəhid qanı.

Bu ruhu Türk ədəbiyyatında böyük türk şairi Türkiyə Cümhuriyətini milli himninin banisi Mehmet Akif Ersoyda da görmək olar. Ve bu təsadüfi deyilki Zəlimxan Yaqub bu mövzularda ilk müraciət etdiyi şairlərdən biridə məhz Mehmet Akifdir. Mehmet Akif öz Safahat adh şer topluluğunda bunu deyir:


Zülmü alkışlayamam, zalimi asla sevemem

Gelenin keyfi için, geçmişe sövemem

Biri ecdadıma saldırdı mı, hatta, boğarım!...

-Boğamazsanki...

-Hiç olmazsa yanımdan kovarım!

Üç buçuk soysuzun ardından zağarlık yapamam

Hele hak namına, haksızlığa ölsem tapamam.

Doğduğumdan beridir aşıkım istiklale,

Bana hiç tasmalık etmiş değil altın lale.

Yumuşak başlı isem, kim demiş uysal koyunum?

Kesilir belke, fakat çekmeye gelmez boyunum.

Hər iki şairin xüsusiyətində də bu Vətən məhəbbəti bir çılğınhg dərəcəsində müşayət olunur. Bu ruhun hər iki şairin yaradıcılığında olması bir təsadüf deyil. Bunlan bir-birinə bağlayan müştərək ənənələr, dəyərlər var. Bu dəyərləri ortaya çıxarmaq ən başlıca məqsədlərdən biri olmalıdır.

Türk ədəbiyatçıları tərəfindən yaxşı tanınan, sevilən və bir çox şerləri tərcümə olunmuş şairimiz Məmməd Aslandır. Vətənin bu acınacaqlı duruma düşməsi, onun şerlərində öz əksini tapmaya bilməzdi. Məmməd Aslan "Ağla qərənfil ağla" şerində öz dərdini öz kədərini dünyaya çatdırırdı. Onun məhz bu şeri, qərənfili bir şəhid qanı simvoluna çevirdi və şəhərlərin küçələri qərənfilə qərq oldu. Məmməd Aslan bu duyğu yüklü şerində bunlan deyirdi:

Qərənfıl - şəhid qanı,

Ağla, qərənfıl, ağla

Ağla, inlət meydanı,

Ağla, qərənfıl ağla.

Bu görkəmli şairlərimiz nəinki təkcə öz Azərbaycanımızın, eyni zamanda bütün Türk dünyasının eşidən qulağı, görən gözü, danışan dilidirlər. Heydər Əliyəvin "bir millət iki dövlət" konsepsiyasını özünə bir hədəf kimi qəbul etmiş hər bir türk oğlu bu ülvi məqsəd uğrunda daha çox məsafə qət edərək bu birliyin daim olması üçün əlindən gələni eltməlidir. Bu konsepsiyanıın helə özüdə başlanğıcını Azərbaycan ədəbiyyatından alır. Belə ki, görkəmli alim Nizami Cəfərov daha 1991-ci ildə yazdığı " Füzulidən Vaqifə qədər " kitabında Azərbaycan çağdaş ədəbiyyatını ümumtürk kontekstinə alaraq bu ədəbiyyatı üç dövrə ayırır:

"müəyyənləşmiş ənənəyə görə, ən qədim zamanlardan XII əsrin sonu XIII əsrin əvvəllərinə qədər", "bizi Azərbaycanın indiki sərhədlərindən kənara çıxmağa məcbur edən" qədim türk poeziyası (I), XIII-XVI əsrləri əhatə edən "türkləşmiş, həzm edilmiş" "müsəlman mədəniyyəti", "necə deyərlər, bir qədər türk İslamı dövrünün poeziyası (2) və o zamandan bəri çağdaş -"müəyyənləşmiş milli təfəkkür" dövrü ədəbiyyatımız (3) ki, "ümumtürk İslam kompleksini (II dövrü - T.M.) bir daha özündən keçirməklə" başlıca olaraq "etnik (ümumtürk) kontekstində mövcud folklor mədəniyyəti" üzərindədir və bu zaman, təbii ki, qədim türk poeziyası (I dövr) daim, "bu gün də potensial genetik istinadgah olmaqda davam edir".

Prof. Nizami Cəfərovun bu konsepsiyası tamamən reallığa, elmi təcrübəyə, ədəbiyyat tariximizin faktlarına söykənir. Bu kontekstəndən yola çıxaraq, Zəlimxan poeziyasının çağdaş Azərbaycan poeziyasmdaki yerini, önəmini və xüsusiyyətini Tehran Əlişanoğlunun fikirləri ilə açıqlamaq tam yerinə düşər:

80-ci illərdə poeziyaya normativ estetik təfəkkürü ilə gələnlər "ədəbiyyata 80-ci illərin eksperimentçilərindən çox şey verir"... Lakin bu sırada çağdaş poeziyanm səviyyə göstəricisi - "daxili təmizlənmə prosesi keçirən xalqın aydın (eyni zamanda qəti!) emosiyası öz əksini tapmış" Zəlimxan Yaqub şeridir ki, "keyfiyyətini folklor "maarifçiliyi" müəyyən edir", bəs "bu, Aşıq Ələsgərin sözüdür, eyni zamanda Səməd Vurğunun sözüdür və nəhayət, Zəlimxanın öz sözüdür"...

(Qeyd edək ki, sitatlar əsasən alimin 1992-ci ilə qədərki yazılarından əxz olunmuşdur).


Beləliklə, ədəbiyyata tarixi yanaşma nəzəriyyəsinin təklif etdiyi konsepsiya özünü tarixin bütün mərhələlərində doğruldur. Doğrudan da, bədii əsər üç mövqedən dərk edilməlidir: əsərdəki hadisələrin cərəyan etdiyi dövr, onun müəllifmin yaşadığı dövr, bir də müasir dövr. Hər bir dövrün öz mövqeyi olduğuna görə, baxışlar hər üç yanaşmada bu və ya digər dərəcədə fərqlidir. Burada məkan xüsusiyyətləri də sözsüz ki, əhəmiyyətli yerə malikdir. Bir xalqın öz ədəbiyyatındakı hadisələri ideologiya yükündən xilas olaraq obyektiv qiymətləndirə bilmədiyi halda, başqa bir xalqın ədəbi tənqidi buradakı ədəbi prosesin hadisələrinə müəyyən qədər obyektiv yanaşa bilər.




Yüklə 41,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə