Vazomotor rinitlər,formaları



Yüklə 80,99 Kb.
Pdf görüntüsü
tarix15.10.2018
ölçüsü80,99 Kb.
#74365

background image
   Vazomotor rinitlər ,formaları .Klinikasının  ,müalicəsinin                                                                                                     

                                 xüsusiyyətləri  

 

  İnhalasiyon allergenlərlə əlaqədar inkişaf edir və hədəf orqan burun boşluğunun 



selikli qişası ilə yanaşı konyuktiva , eyni zamanda digər selikli qişalar da ola bilər 

.Xəstəlik adətən ,irsi- ailəvi xarakter daşıyır .Əgər yaz ,yay aylarında ( ağaclar 

çiçəklənən zaman ) meydana çıxarsa , buna mövsumi allergik rinit , il boyu davam 

edərsə , daimi allergik rinit adlanır .Daimi alllergik rinit , əsasən , göbələk ,heyvan  

tükləri ,ev tozu  , ev bitkiləri  , müxtəlif qidalarla əlaqədar inkişaf edir. Bu zaman 

burun boşluğunun selikli qişasında tosqun hüceyrələr , makrofaqlar tərəfindən 

çoxlu miqdarda İgE ifraz olunur ,müxtəlif bioloji aktiv maddələr –histamin 

,leykotrien ,trombosit aktivləşdirici amil sintez edilir.Nəticədə kavernoz ciblər 

genişlənir ,damar keçiriciliyi artır və damarlardan burun boşluğuna çoxlu maye 

xaric olur .Allergik rinitin xarakterik simptomları : 

-burun tutulması  

-su xarakterli burun axıntısı  

-paroksizmal asqırma (15-20 dəfə ) 

-burunda və boğazda qaşınma  

 

Gündəlik olaraq allergenin qəbuluna cavab olaraq burunun selikli qişası 



şişkinləşərək burun yollarını tutur və bu səbəbdən allergik rinit (zökəm) inkişaf 

edir. Uşağın burnu axır, vaxtaşırı olaraq ağızla nəfəs almaq üçün qida ilə 

doldurulmuş qabın əmziyini ağzından çıxarır. Bu iltihab əksər hallarda qulaqlara 

da keçərək, hərarətin yüksəlməsi və kəskin ağrılarla müşayiət edilən allergik otitə 

(orta qulağın iltihabı) keçir. Allergik rinit gah sakitləşərək, gah da kəskinləşərək 

illərlə davam edə bilər. 

2-3 yaşdan yuxarı olan uşaqlarda allergik rinitin kəskinləşməsi burunda çoxlu 

miqdarda maye ifraz olunması ilə müşayiət olunur və onları burun damcıları ilə 

dayandırmaq mümkün olmur. Zökəmdən başqa, uşaqda gözlərin qızarması, göz 

qapaqlarında şişkinlik və qaşınmanın olması, gözlərdən yaş axması əlamətləri də 



qeyd edilir.  

 

Yüklə 80,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə