Вцгар ящмяд



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/43
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5545
  1   2   3   4   5   6   7   8   9   ...   43


VÜQAR ƏHMƏD
ƏDƏBİYYATŞÜNASLIQ
BA K I – 2007


2
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN MÜƏLLİMLƏR İNSTİTUTU
ƏDƏBİYYATŞÜNASLIQ
Filologiya fakültəsinin tələbələri üçün
İxtisas: «HS 020200 – Azərbaycan dili və ədəbiyyatı»
Azərbaycan
Respublikası
Təhsil
Nazirliyinin «   »
2007-ci il tarixli «
» saylı əmri ilə təsdiq edilmişdir
«Müəllim» nəşriyyatı
BAKI – 2007


3
Redaktor:
Vasim
Məmmədəli
oğlu
MƏMMƏDƏLİYEV
akademik
Rəyçilər:
Fikrət Ramazan oğlu XALIQOV
AMİ-nin Azərbaycan dili, ədəbiyyatı və
tədrisi metodikası kafedrasının müdiri,
filologiya elmləri doktoru
Əlibala Qüdrət oğlu Hacızadə
filologiya elmlər namizədi, MEA-nın Ziya
Bünyadov adına Şərqşünaslıq İnstitutunun
«İran filologiyası» şöbəsinin baş elmi işçisi
Nazilə Əbdül qızı ABDULLAZADƏ
AMİ-nin Azərbaycan dili, ədəbiyyatı və
tədrisi
metodikası
kafedrasının
baş
müəllimi, pedaqoji elmlər namizədi
Vüqar Mikayıl oğlu Əhməd.
Ədəbiyyatşünaslıq. Dərslik – Bakı, «Müəllim»
nəşriyyatı, 2007.
AMİ-nin professoru, filologiya elmləri doktoru, tanınmış şair,
ədəbiyyatşünas alim Vüqar Əhmədin «Ədəbiyyatşünaslıq» dərsliyi
filologiya fakültələrinin tələbələri üçün nəzərdə tutulmuşdur.
Vəsaitdən kollec və orta məktəblərin müəllim, tələbə və
şagirdləri, elmi işçilər və ədəbiyyatsevərlər də faydalana bilərlər.
Ümumiyyətlə, kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.


4
Ədəbiyyatşünaslığa yeni töhfə
(V.Əhməd «Ədəbiyyatşünaslıq» Bakı 2008)
Hər bir xalqın tarixi keçmişi, bu günü və gələcəyi onun mənəvi
sərvətində yaşayır. Bu mənəvi sərvətdən başlıcası söz sənəti olan bədii
ədəbiyyatdır. Həyat həqiqətlərinin obrazlı inikasını təcəssüm etdirən bədii
ədəbiyyat söz mövcud oldduğu gündən bu çağa qədər keşməkeşli yol
keçmiş, onu yaradanların dünyagörüşünü, meyl və maraqlarını, arzu və
istəklərini poetik nümunələrdə yaşatmışdır. Nəzəri biliklərin vəhdətinə
əsaslanan ədəbiyyat tarixi yarandığı kimi, müasir ədəbi proses də düzgün
istiqamətə, təhlilə daim ehtiyac duymuşdur. Bu baxımdan ədəbiyyat
nəzəriyyəsini bilmək istər hər bir söz yaradıcısı (şair, yazıçı) üçün, istərsə
də bu elmi – ədəbiyyatşünaslığı öyrənmək arzusunda olanlar üçün
başlanğıc hesab edilir.
Yunan ədəbiyyatından vüsət alan ədəbiyyat nəzəriyyəsi ümumi
nəzəri-müddəalarla zənginliyinə baxmayaraq, mənsub olduğu xalqın milli
düşüncə və deyim tərzini, keçdiyi inkişaf mərhələlərini, həyatiliyini,
müasirliyini spesifik boyalarla özündə əks etdirir. Bədii ədəbiyyatda növ və
janrlar, ədəbi cərəyan və metodlar, ədəbi məktəblər, qədim dövr, ellinizm,
intibah, maarifçilik mərhələlərinin nəzəri görüşləri daim araşdırmalara
ehtiyac duymuş, ədəbiyyatşünasların diqqət mərkəzində olmuşdur.
Filologiya elmləri doktoru, professor, söz sərrafı V.Əhmədin gərgin
tədqiqatçılıq axtarışlarının məhsulu olan «Ədəbiyyatşünaslıq» əsəri bu
mənada çağdaş ədəbiyyat tariximizdə vəsait kimi gənc alim və
tədqiqatçılara, ədəbiyyatsevərlərə, ali məktəb tələbələrinə əvəzsiz töhfədir.
Vəsaitin elmi dəyəri, hər şeydən əvvəl, onun müasirliklə köklənməsində,
özünəqədərki tədqiqatlardan orijinallığı ilə seçilməsindədir. V.Əhməd ədəbi-
nəzəri məsələlərin tədqiqi tarixinə dialektik səpkidə yanaşmış, gəldiyi
nəticələri faktlarla əsaslandırmış, bədii nümunələrin seçiminə xüsusi diqqət
yetirmişdir. O, yeri gəldikcə, əsrlər boyu hökmünü saxlayan təriflərlə


5
kifayətlənməmiş, öz mülahizələrini irəli sürərək sənətin doğruçuluğa xidmət
etməli olduğunu bir daha sübuta yetirmişdir.
Vüqar Əhməd şair qələminin ucunu elmlə itiləyib nəzəriyyəçi kimi
ədəbi janrların özünəməxsusluğunu, həyat hadisələrinin inikas vasitələrini,
cərəyan və məktəbləri, yaradıcılıq metodlarını tədqiq etmiş, ədəbiyyatın
keçdiyi inkişaf yolu, tənəzzül və tərəqqisi səbəblərini ədəbiyyat tarixçisi kimi
obyektiv özünəməxsusluqla şərh etmiş, müasir ədəbi prosesə tənqidçi gözü
ilə yanaşmışdır. V.Əhmədin vəsaitinin dəyərliliyi hər şeydən öncə,
özünəqədər deyilənləri ümumiləşdirib orijinal nəticəyə gəlimdədir. Müəllif
seirşünaslığın əsas problemlərinə toxunmuş, müasir ədəbiyyatda yeni bənd
növlərinin izahını vermiş, Azərbaycan ədəbi prosesində indiyədək
öyrənilməyən bəlağət elminin ədəbiyyatşünaslıqda yeri və əhəmiyyəti
haqqında yeni fikirlər söyləmişdir.
Tədqiqatın ən dəyərli cəhəti mövcud mülahizələrin sistemləşdirilərək
verilməsidir. Müəllif müxtəlif cərəyan və məktəblərin qayda-qanunlarını şərh
edərkən mövcud dövr və şəraiti nəzərə almış, ədəbi-nəzəri fikrin inkişafına
əngəl olanlara biganə qalmamışdır. Hər sətrində milli ruh, kökə bağlılıq,
azərbaycançılıq və təəssübkeşlik ruhu duyulan vəsait şair qəlbinin
poetizmi,
müdriklik,
kövrək
lirizm
sənətkarlıq
nöqteyi-nəzərdən
təqdirəlayiqdir. Fikrimizcə, bədii ədəbiyyatdan bəhs edən hər bir əsərdə
tədqiqatçı-alim düşüncəsi ilə yanaşı bədii zövqlə köklənən sənətkar qələmi
vəhdət təşkil edərsə, söylənən hər fikir təzə, bakirə olar. Vüqar Əhmədin
dilindəki lirizm, həssas duyum, axıcılıq, qulağa yad ifadələrdən uzaqlıq,
səmimilik əsərə yeni bir ruh verir.
Prof.V.Əhmədin «Ədəbiyyatşünaslıq» əsəri müasir dövrümüzdə
ədəbiyyat tariximizin öyrənilməsində əhatəli və məzmunlu dərs vəsaiti
olmaqla yanaşı, ictimai əhəmiyyətə malik bir tədqiqat əsəridir.
Nazilə ABDULLAZADƏ
pedaqoji elmlər namizədi


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə