Və Plastronun Morfoloji Xüsusiyyətləri



Yüklə 61,43 Kb.
Pdf görüntüsü
tarix20.10.2017
ölçüsü61,43 Kb.
#5751


AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 70, №3, səh. 78-81 (2015)

 

78 



Aralıqdənizi Tısbağalarında (Testudo graeca L., 1758)  Karapaksın  

Və Plastronun Morfoloji Xüsusiyyətləri 

 

 

C.Ə. Nəcəfov*, R.R. Haqverdiyeva  

 

Azərbaycan Tibb Universiteti, Bakıxanov küçəsi, 23, Bakı AZ1022, Azərbaycan;   

*E-mail: canbaxish @gmail.com 

 

Məqalədə Abşeron yarımadasında aralıqdənizi tısbağalarında karapaksın və plastronun morfoloji 

xüsusiyyətləri şərh olunur. İstər plastronda və istərsədə karapaksda olan pulcuqların ölçüləri dişilərdə 

erkəklərlə müqayisədə iridir. Dişilərdə bu göstəricilərin iri olması onların çoxalması üçün yumurta 

hazırlaması və əlverişsiz illərdə isə öz bədənlərində saxlaması ilə əlaqədardır. Lakin, bir neçə pulcuq-

da, xüsusilə karapaksın və plastronun anal pulcuqunun maksimal və minimal eni göstəricisində er-

kəklər üstünlük təşkil edir ki, bu da onların normal cütləşməsi və mayalanması  ilə əlaqadardır.  

 

Açar sözlər: Abşeron, aralıqdənizi tısbağası, çanaq, karapaks, plastron, pulcuq 

 

 

GİRİŞ  

                                 

Ətraf aləmin düzgün anlaşılmasının mühüm 

yollarından biri də heyvanların morfogenezində 

simmetriyanın meydana çıxmasının öyrənilməsidir 

(Черепанов, 2002, 2005, 2013). Bu proses orqaniz-

min morfofunksional inteqrasiyası mexanizminı,  

ontogenetik və tarixi inkişafının qanunauyğunluq-

larını (Aнаньев  и  др., 2008) müəyyənləşdirməyə 

imkan verir. Hazırda bioloji ədəbiyyatlarda onur-

ğalılarda davranış və funksional assimetriya, soma-

tik və visseral orqanların anotomik assimetriyası, 

simmetrik və assimetrik inkişafın genetik nəzarəti 

geniş müzakirə obyektidir. Morfofunksional və 

təkamül baxımından onurğalı heyvanların sağ-sol 

bərabərliyi-simmetrikliyi və onun pozulması müasir 

biologiya elmində yeni, vacib istiqamətin formalaş-

masına səbəb olub (Rogers, Andrew, 2002; Cooke, 

2004; López-Gracia, Ros, 2007; Новрузов, 1987). 

Qeyd etməliyik ki, onurğalıların simmetriyası  və 

asimetriyasının öyrənilməsi üçün daha münasib ob-

yekt müasir sürünənlərin pulcuq örtüyüdür.  Pulcuq 

örtük bir tərəfdən özündə taksonomik əlaməti  əks 

edir, digər tərəfdən isə müəyyən sistematik forma-

ları  dəqiqləşdirir, eləcə  də taksonun təkamülündə 

filogenetik  əlaqəni göstərir. Yuxarıda göstərilənlər 

bilavasitə  tısbağalar dəstəsinə  də (Testudines) aid-

dir, belə ki, onun buynuz qalxanın öyrənilməsi bu 

qrup heyvanların tarixi inkişaf prosesini və təkamü-

lünün necə getməsini dərindən anlamasına kömək 

edir. 


 

 

MATERİAL VƏ METODLAR  

 

Aralıqdənizi tısbağasının Abşeron yarımada-



sında morfometrik parametrlərini müəyyənləşdir-

mək məqsədilə yarımadanın müxtəlif  bölgələrində 

əvvəlcədən secilmiş transeklər üzrə ekspedisiyalar 

təşkil olunmuşdur. Ekspedisiyalar qış  fəsli istisna 

olmaqla  ilin bütün fəsillərində aparılmışdır. Hər iki 

cinsiyyətdən olan tısbağalar tutularaq (11 ədəd er-

kək, 14 ədəd dişi olmaqla) onların üzərində aşağıda 

qeyd olunan sxem üzrə morfometrik ölçülər apa-

rılmışdır. Tısbağaların təqribi yaşı karapaksdakı 

buynuz pulcuqlarda rast gəlinən illik həlqələrə görə 

hesablanıb (Иноземцев, Перешкольник, 1985) 

 

 



 

Şəkil 1. Aralıqdənizi tısbağalarını çanağının (solda 

karapaks və sağda  plastron) ayr-ayrı hissələrinin 

ölçüləri. 

 

 Tısbağalar üzərində morfometrik parametrlər 



Leontyeva, Sidorçuk-un (2002) təklif etdikləri 

aşağıdakı sxem üzrə aparılıb:  Orta xətt üzrə kara-

paksın uzunluğu -LC; karapaksın anal qalxanın 

uzunluğu –Lca; karapaksın birinci pulcuğunun eni 

1- SC 1; karapaksın 2-ci pulcuğunun eni -2-SC 2; 

karapaksın 3-cü pulcuğunun eni -3-SC 3; kara-

paksın anal qalxanın minimal eni SCa 1; karapaksın 

anal qalxanın maksimal eni –SCa 2;  –orta xətt üzrə 

plastronun uzunluğu –LP; plastronun anal qalxan-

ları arasındakı tikişin uzunluğu -LPa; plastronun 




Aralıqdənizi Tısbağalarında (Testudo graeca L., 1758) 

79 


boyun qalxanan  maksimal eni –SP 1; plastronun 

çiyin qalxanın  maksimal eni –SP2; plastronun  qa-

rın qalxanın maksimal eni –SP 3; plastronun bud 

qalxanın maksimal eni –SP 4; plastronun anal 

qalxanın maksimal eni –SP 5;  plastronun anal qal-

xanın minimal eni –SP 6; zirehin maksimal hün-

dürlüyü –H; Quyruğun uzunluğu –L caud (Şəkil 1).  

 

 



NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ  

 

Orta xətt üzrə karapaksın uzunluğu -LC; er-



kəklərdə 176, 80±14,03 olduğu halda dişilərdə 

189,25±21,6 olub, fərq 12,35 bərabərdir.  0rta 

kənarlanma isə erkəklərdə 170,6 ilə 204,1, dişilərdə 

isə165,8-218,4 olub. Dişi fərdlərdə karapaksın 

erkək fərdlərə nisbətən uzun olmasına səbəb ilk 

növbədə onların nəsil artırması üçün yumurta  ye-

tişdirmələri, qoymaları və ekstremal şəraitdə isə öz 

bədənlərində saxlamaları ilə  əlaqədar təkamüldə 

qazandığı vacib əlamətlərdən biridir. Qeyd etmə-

liyik ki, aralıqdənizi tısbağaları  ildə bir dəfə, ilin 

xoş keçməsi ilə əlaqədar olaraq isə iki dəfə çoxala 

bilir. Lakin iqlimin dəyişilməsi nəticəsində yumurta 

qoymaq  əlverişsiz olduqda ana fərd hazır yumur-

taları (3-cü generasiyadan formalaşanları  Ələk-

bərov,1978)  torpağa qoymur və öz bədənində gəz-

dirir, yəni yumurta bədənində  qış yuxusuna gedir. 

Növbəti ilin yazında yumurtaları təbiətə (torpağa və 

yaxud quma) qoyurlar (Наджафов  и  др., 1992). 

Karapaksın anal pulcuğunun (qalxanın) uzunluğu –

Lca- erkəklərdə 35,72±3,56, dişilərdə isə 

33,14±6,12, kənarlanmalar isə müvafiq şəkıildə 

birincilərdə 24,6-37,4, ikincilərdə 25,2-40,8 ara-

sında dəyişir. Anal qalxanın uzunluğunun cinsiy-

yətlər arası  fərqinə  gəldikdə burada erkəklər 2,58 

mm üstünlük təşkil edir. Fərqin belə olması yenə də 

çoxalma ilə  əlaqədardır, belə ki, çütləşmə zamanı 

dişilərdə anal qalxanın qısalması  nəticəsində nor-

mal cütləşmə gedir və penisin dişinin cinsi yoluna 

çatması mümkün olur (Наджафов  и  др., 1992). 

Müşahidələr göstərdi ki, bəzi hallarda, xüsusilə 

erkəklər dişi fərdən boyca və kütləcə kiçik olduqda 

erkək dişini çanağı ilə vuraraq qovur və elə vəziy-

yətə  gətirir ki, erkəyin penisi dişinin cinsi yoluna 

çata bilsin.  Karapaksın birinci pulcuğunun eni - 

SC1 erkəklərdə 121,56±10,20, dişilərdə isə 

126,44±13,76 mm-ə  bərabərdir, kənarlanma birin-

cilərdə 107,50-139,60 arasında, dişilərdə 198,90-

143,53 arasında dəyişir. Göründüyü kimi karapak-

sın birinci pulcuğunun eni parametrində  də dişilər 

üstünlük təşkil edir.  

Karapaksın 2-ci pulcuğunun eni -SC 2; er-

kəklərdə 138,86±12,40 mm, dişilərdə 145,70±12,84 

mm-dir. Orta kənarlanma müvafiq olaraq 126,70-

146,64 və 132,20-156,52 arasında dəyişir (Сədvəl 

1). Alınan nəticələri Abxaziyada rast gəlinən T.qra-

eca nikolskii (Пестов  и  др., 2009) tısbağalarının  

nəticələri ilə müqayisə etdikdə Abşeron yarımadası 

tısbağalarının bir qədər iri olmasını görürük. 

Guman etmək olar ki, təbii şərait, ilk növbədə qida 

ehtiyatı  və ilin fəsillərinin,  xüsusilə payız və  qış 

fəsllərinin daha əlverişli keçməsi  onların normal 

qidalanmasına və böyüməsinə imkan verir.  

                                                   

Cədvəl  1. Aralıqdənizi tısbağalarının karapaks və 

plastronunda olan pulcuqların bəzi morfoloji 

parametrləri (mm-lə) 

Əlamətlər Erkəklər n=11 

Dişilər  n=14 

LC 176, 


80±14,03 

189,25±21,6 

 170,6-204,10 

165,8-218,4 

LCa  

35,14±3.56 



33,72±6,12 

 24,6-37,4 

25,2-40,8 

SC¹ 121,56±10,20 

126,44±13,76 

 107,50-139,60 

108,90-143,52 

SC² 138,86±12,40 

145,70±12,84 

 126,70-146,64 

132,20-156,52 

SC³ 149,80±14,22 

153,10±15,46 

 132,76-166,42 

130,64-168,60 

SCa¹ 29,20±3,96 

27,49±3,84 

 22,56-36,4 

24,60-34,12 

SCa² 61,72±5,68 

54,26±6,64 

 50,25-66,86 

42,56-60,42 

LP 154,10±13,72 

170,43±18,40 

 140,60-162,80 

142,56-176,60 

LPa 18,64±3,76 

28,26±4,21 

 14,64-22,80 

24,50-30,46 

SP¹ 33,62±5,42 

35,38±6,24 

 26,8-39,40 

23,60-41,36 

SP² 87,44±5,8 

90,24±7,54 

 83,25-94,6 

79,64-98,4 

SP³ 117,4±9,8 

126,8±10,6 

 108,6-126,3 

112,4-136,8 

SP

4



  

88,64±7,9 

98,43±8,6 

 79,4-98,2 

84,6-104,7 

SP

5



 72,84±7,3 

66,21±5,9 

 61,42-79,6 

54,6-76,8 

SP6 57,64±6,2 

42,82±5,6 

H 95,68±8,6 

93,64±11,21 

 86,4-104,7 

84,62-106,8 

Lcaud 52,6±7,2 

44,64±4.96 

 42,8-59,4 

36,6-48,6 

 

Karapaksın  3-cü pulcuğunun eni -SC3; Abşe-



ron yarımadası aralıqdənizi tısbağalarında bu gös-

tərici hər iki cinsiyyətdə karapaksın 2-ci pulcu-

ğunun eninə nisbətən bir qədər iridir, lakin bu fərq 

dişilərdə daha qabarıq müşayət olunur (Сədvəl 1).  

Karapaksın bu hissəsi heyvanın bədəninin arxa 

nahiyyəsini əhatə edir, dişilərdə enli olmasına səbəb 

isə yenə cinsiyyət olqanlarının və yumurtaların 

burada yetişməsi və  bəzən isə  bədəndə saxlan-

masına imkan verən təkamüldə qazanılan əlamətdir. 

Karapaksın anal qalxanın minimal  (SCa 1) və 

maksimal eni (SCa 2) ölçüləri daha maraqlı  nəticə 

ortaya qoyur. Belə ki karapaksın üzərindəki qal-

xanlarda aparılan bütün ölcülərdə bir qayda olaraq 

dişilər üstünlük təşkil etdiyi halda, anal qalxanda 

isə əksinə erkəklər üstünlük təşkil edir. Karapaksın 



Nəcəvof və Haqverdiyeva 

80 


anal qalxanının minimal eni erkəklərdə 29,20±3,96 

olduğu halda,  dişilərdə 27,49±3,84 mm olub, eyni 

adlı qalxanın maksimal eni isə müvafiq surətdə 

birincilərdə 61,72±5,68, ikincilərdə 54,26±6,64 mm 

bərabərdir. Bu fərqi cütləşmə amili ilə izah etmək 

olar, prosesin normal getməsi üçün orqanizmin belə 

uyğunlaşma əlaməti qazanması baş verib.  

Karapaksıın üzərindəki qalxanların ölçüləri 

böyük  əksəriyyətində dişilər üstünlük təşkil edir, 

lakin SP5-dən başlayaraq (plastoronun anal qal-

xanın maksimal eni –SP 5;  plastoronun anal qalxa-

nın minimal eni –SP 6; zirehin maksimal hün-

dürlüyü –H; Quyruğun uzunluğu –L caud) bütün 

qöstəricilərdə erkəklər üstünlük təşkil edir.  

Qeyd olunan parametrlə yanaşı olaraq cin-

siyyət dimorfizmini daha ətraflı müəyyənləşdirmək 

məqsədi ilə plastronun anal qalxanları arasındakı 

tikişin uzunluğu (-LPa) parametrinin, plastronun 

anal qalxanın minimal eni (SP 6) parametrinə olan 

nisbəti, eləcə  də maksimal eninə olan nisbəti in-

deksini araşdırmışıq (Сədvəl 2). Bununla yanaşı 

olaraq quyruğun uzunluq ölçüsünün (L caud) 

plastronun  anal qalxanları arasındakı tikişin uzun-

luğuna (-LPa) olan nisbəti indeksinə də baxılıb. 

 

Cədvəl 2. Aralıqdənizi tısbağalarında cinsiyyət 

dimorfizmini təyin etmək üçün istifadə olunan 

ingekslərin parametrləri.                                            

LPa : SP 6 

0,27±0,02 0,38±0.04 

0,23-0,28 0,32-0,39 

LPa : SP 5 

0,38±0,03 0,76±0.11 

0,26-0,46 0,55-0,86 

Lcaud:LPa 

3,36±0,54 1,27±0,16 

2,84-4,16 1,10-1,41 

 

Cədvəl 2-dən göründüyü kimi birinci indeks 



erkəklədə 0,27±0,02, dişilərdə 0,38±0,04 bərabər 

olub, orta kənarlanma isə 0,23-0,28 və 0,32-0,39 

arasındadır. Plastronun anal qalxanları arasındakı 

tikişin uzunluğu (-LPa) parametrinin, plastronun 

anal qalxanın maksimal eni (SP6) parametrinə olan 

nisbəti erkəklərdə 0,38±0,03, dişilədrə 0,76±0,11 

nisbətindədir, orta kənarlanma isə birincilərdə 0,26-

0,46, ikincilərdə 0,55-0,86 bərabərdir. Quyruq 

uzunluğunun plastronun anal qalxanları arasındakı 

tikişin uzunluğu (-LPa) parametrinə olan nisbəti 

indeksində  də erkəklərlə dişilər arasında müəyyən 

fərq görünür, yəni üst-üstə düşmür. Qeyd olunan  

indekslərin fərqli olması  təbiidir, lakin sonuncuda 

bir qədər qeyri dəqiqlik ola bilər ki, bu da quyruğun 

uzunluğu ölçüsünü aparan zaman müşayət olunur. 

Belə ki, ölçü aparılan zamanı tam təbii ədədin əldə 

olunmaması ilə  əlaqədardır. Digər tərəfdən plast-

ronun qalxanlarının inkişafında qidalanma ilə  əla-

qədar anomaliyalara da təsadüf oluna bilir (Nov-

ruzov, 1987).  



 

ƏDƏBİYYAT 

 

Алекперов  А.М.  (1978)  Земноводные  и  пре-

смыкающиеся Азербайджана. Баку: Елм, 263 с.  



Ананьева  Н.Б.,  Мильто  К.Д.,  Островских 

С.В.,  Пестов  Г.М.,  Пестов  М.В. (2008) Про-

ект по изучению и охране средиземноморской 

черепахи  (Testudo graeca Nikolskii) на  Запад-

ном  Кавказе – первые  итоги  и  перспективы. 



Вопросы герпетологии: Материалы третьего 

съезда  герпетол.  о-ва  им.  А.М.Никольского. 

Зоол. ин-т РАН. СПб, c. 25-30.  

Иноземцев  А.А.,  Перешкольник  С.Л. (1985) 

Современное состояние и перспективы охраны 

обитающей  на  черноморском  побережье  Кав-

каза  черепахи.  Влияние  антропогенных  фак-



торов на структуры и функционирование био-

геоценозов: Сб. науч. тр. Калинин. КГУ, с. 60-

79.  


Леонтьева О.А., Сидорчук Е.А. (2002). Состав 

популяции и морфологические характеристики 

средиземноморской  черепахи  на  полуострове 

Абрау.  Биоразнообразие  полуострова  Абрау: 



Сб. науч. тр. М.: МГУ, с. 90-98.  

Наджафов  Дж.А.,  Искендеров  Т.М.  Эминова 

А.А. (1992) Некоторые особенности  биологии 

размножения 

средиземноморской 

(Tesudo 



graeca)  черепахи    в  условиях  Азербайджана. 

Зоол. Журн. (Москва), 71(вып. 4): 148-153.  

Новрузов  Н.Э. (1987) Аномалии  в  развитии 

панциря черепах. Ж.Природа, №7: 53.  



Пестов  М.В.,  Маландзия,  В.И.,  Мильто  К.Д., 

Дбар  Р.С.,  Пестов  Г.М.  (2009)  Средиземно-

морская черепаха Никольского (Теstudo graeca 

Nirjolskii)  в  Абхазии.  Ж.  Современная  герпе-

тология, 9(вып. 1/2): 41-51. 

Черепанов Г.О. (2005) Панцирь черепах: мофо-

генез и эволюция. СПб: СПбГУ, 184 с.  



Черепанов  Г.О. (2002) Щиткование  панциря 

черепах  в  онто-  и  филогенезе.  Зоол.  журн.



81(вып. 4): 480-488. 

Черепанов  Г.О. (2013) Морфогенез  в  индиви-

дуальном  и  историческом  развитии:  симмет-

рия  и  асимметрия.  Серия  «Гео-биологические 

системы  в  прошлом».  М.:  ПИН  РАН,  с. 276–

292. 


Cooke J. (2004) The evolutionary origins and sig-

nificance of vertebrate left-right organization. 



Bioessays, 26(No 4): 413-421. 

López-Gracia M.L., Ros M.A. (2007) Left-right 

asymmetry in vertebrate development. Advances 



in anatomy, embryology and cell biology. Berlin, 

Heidelberg: Springer-Verlag, 126 p.  



Rogers L.J., Andrew R. (eds). (2002) Compara-

tive vertebrate lateralization. Cambridge: Cam-

bridge Univ. Press, 660 p. 

 



Aralıqdənizi Tısbağalarında (Testudo graeca L., 1758)

 

81 



Морфологические Особенности Карапакса И Пластрона У Cредиземноморской  

(Testudo graeca L.1758)  Черепахи 

 

Дж.А. Наджафов, Р.Р. Агвердийева 

  

Азербайджанский медицинский университет 

 

В  работе  рассматриваются  морфологические  особенности  карапакса  и  пластрона  у  средиземномор-



ской черепахи, обитающей на Абшеронском полуострове. Установлено, что чешуи карапакса и плас-

трона самцов крупнее, чем у самок. Это, по-видимому, связано с тем, что самки образуют яйца и вы-

нашивают их на себе на протяжении неблагоприятного периода. Однако для некоторых чешуи, осо-

бенно  для  анальной  чешуи  пластрона  и  карапакса,  максимальное  и  минимальное  значение  ширины 

чешуи у самцов больше, чем у самок, что связано с нормальным спариванием и оплодотворением. 

 

Ключевые слова: Апшерон, чешуи,  панцирь, карапакс, пластрон,  средиземноморская черепаха 

 

 



 

Morphological Features Of The Carapace And Plastron  of The Mediterranean  

(Testudo graeca L.1758) Turtle 

 

J.A. Najafov,  R.R. Hagverdiyeva 

 

Azerbaijan Medical University 



 

The paper deals with the morphological features of the carapace and plastron from Mediterranean tortoises 

living on the Absheron Peninsula. It was found that the scales of the carapace and plastron of males are 

larger than those of females. It probably relates to the fact that females form eggs and hatched them during 

adverse periods. However, for some scales, especially for anal scales of plastron and carapace, the maximum 

and minimum width of scales in males are more than in females because of the normal mating and 

fertilization. 

 

Key words: Apsheron, scales, shell, carapace, plastoron, Mediterranean turtle 

 

 



 

 

 



 

Yüklə 61,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə