ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи


Məhəmməd ibn ƏBDÜL-VƏHHABIN FƏRDİ, İCTİMAİ, ELMİ VƏ SİYASİ FƏALİYYƏTİ



Yüklə 5,57 Mb.
səhifə14/42
tarix15.03.2018
ölçüsü5,57 Mb.
#32240
1   ...   10   11   12   13   14   15   16   17   ...   42

Məhəmməd ibn ƏBDÜL-VƏHHABIN FƏRDİ, İCTİMAİ, ELMİ VƏ SİYASİ FƏALİYYƏTİ


Məhəmməd ibn Əbdül-Vəhhab h.q tarixi ilə 1115-ci ildə Üyeynə şəhərində (Ərəbistanın Nəcd diyarının şəhərlərindən biridir) doğulmuşdur.2 Onun atası bu şəhərin şəri məhkəmə tədris işlərini öhdəsinə almışdı. Məhəmməd uşaqlıq vaxtlarında sünnülərin təfsir, hədis əqaid kitablarını oxumağa maraq göstərirdi. Hənbəli fiqhini atasının yanında öyrənmişdi. (Atası hənbəli alimlərindən sayılırdı.)

Məhəmməd yeniyetməlik cavanlıq dövrlərindən etibarən öz əqidəsində azğınçılığını göstərən iradlı sözlər danışır, xüsusilə Müsəyləmeyi Kəzzab, Səcca, Əsvəd Ənəsi Təlieyi Əsədi kimi peyğəmbərlik iddiası edənlərin həyatını oxumağa həddindən artıq maraq göstərirdi. Onun müəllimləri uşaqlığının ilk çağlarından onun əqli cəhətdən azğın kütbeyin olmasını başa düşmüşdülər. Onun atası Əbdül-Vəhhab oğlunun azğınçılıqda olduğunu hiss edir həmişə onu danlayır, camaatı öz ailəsini ondan uzaq olmağa çağırırdı.1

Məhəmməd ibn Əbdül-Vəhhab Üyeynədə ibtidai təhslini başa vurduqdan sonra elmini artırmaqdan ötrü səfərlər etməyi qərara aldı. Elə əvvəldən şan-şöhrət və təkəbbürlük xasiyyətinə malik olan Məhəmməd ibn Əbdül-Vəhhab öz arzularını həyata keçirmək üçün ətraf məntəqələrə səfərə çıxdı. O, əvvəlcə Hicazın mədəni və siyasi mühiti barədə çoxlu məlumat almaq üçün Mədineyi Münəvvərə və Məkkeyi Mükərrəmə şəhərlərinə səfər etdi və beləliklə, özünü kiçik və çətin qəbilə həyatından xilas edə bildi. Qeyd olunmalıdır ki, Məhəmməd ibn Əbdül-Vəhhab atasının yanında İbn Teymiyyənin kitablarını da mütailə etdiyinə görə onun səthi və təəssübçü fikirlərinin təsiri altına düşdü.

Şübhəsiz, o, Mədineyi-Münəvvərəyə etdiyi səfərlərində Məhəmməd ibn Süleyman Kürdinin Şeyx Məhəmməd Həyat Sindinin dərslərindən istifadə etmişdir. Lakin hənbəli fiqhinə qarşı malik olduğu quru donuq təfəkkürün təsirindən bir sıra azğın əqidələr bəyan etməyə başladı. Buna görə onun ustadı onu dinsiz azğın əsərlərini görərək deyirdi: «Allah-təala onu yolundan azdıracaq Allahın bədbəxt bəndələri onun səbəbi ilə yollarını azacaqlar.”2

Mədinədə qısa müddət qaldıqdan sonra əvvəlcə Bəsrəyə, daha sonra Bağdada səfər etdi. Bu səfərdə İbn Teymiyyə onun şagirdi İbn Qəyyim Covzinin, eləcə İbn Əbdül-Hadinin rəy fikirlərindən agahlıq əldə etdi. Daha sonra Kürdüstana, Həmədana İsfahana səfərlər etdi. Bu barədə Cənab Müdərrisi TəbatəbaiLüməüş-şübəhat fi siyrəti Məhəmməd ibn Əbdül-Vəhhabkitabından nəql edərək belə yazır: “Şeyx öz vətənindən Bəsrəyə, oradan Bağdada, daha sonra İraq Kürdüstanına getdi. Oradan Həmədana gəldi orada iki il qaldı. Daha sonra isə İsfahana getdi. İsfahanınAbbasiyyəmədrəsəsində 7 il qaldı. Bu müddətdə Mirzəcan İsfahaninin yanındaTəfsiru Quşçinin şərhini, Mir Seyid ŞərifinŞərhu Məvaqif KatibininKəlimətu eynkitablarını oxudu. Sonra Reyə, oradan da Quma gəldi. Daha sonra Osmanlı ölkələrinə, Şama Misrə getdi, Misirdən yenidən Ərəbistana qayıtdı.”1

Məhəmməd ibn Əbdül-Vəhhabın İrana səfər edib-etməməsi, onun səfərinin hansı tarixdə baş verməsinə gəldikdə isə, tarixi mənbələrdən bu məsələnin hicri tarixi ilə XII əsrin ortalarında olduğu məlum olur. Bu barədə cənab Fəqihi belə yazır: “Məhəmməd ibn Əbdül-Vəhhabdan, eləcə vahhabilərin əqidələrindən söhbət açan ən qədim fars dilli kitab Əbdür-Rəzzaq DunbəlininZeylu töhfətil-alimkitabıdır. Bu kitabda şeyxin İsfahanda uzun müddət qalıb, bu şəhərin mədrəsələrində fiqh, üsul, sərf nəhv öyrənməsi qeyd edilmişdir. Məhəmməd ibn Əbdül-Vəhhabın müasiri olan Mirzə Əbu Talib İsfahani onun İsfahana gəlib o şəhərdə elm hikmət öyrənməsini, daha sonra İraqın Xorasanın bir çox yerlərinəQəzvin sərhədinə qədər getməsinə işarə etmişdir. Digər bir tarix isə qacarlar dövründə yazılanNasirux-Təvarixdir ki, onda Məhəmməd ibn Əbdül-Vəhhabın İrana gəlişindən söhbət olunur.”2

Məhəmməd ibn Əbdül-Vəhhabın İrana etdiyi səfərində diqqət yetirilməli maraqlı məsələHafiz hibəkitabının 336- səhifəsində qeyd olunanlardır. Orada belə deyilir: “Şeyx Məhəmməd İrana səfər etdi orada şərq hikmətini, tüfəng bir sıra müharibə ləvazimatını düzəltməyi, döyüş taktikasını öyrəndi.”3 Bu məsələ bəlkə Məhəmməd ibn Əbdül-Vəhhabın şan-şöhrət arzusunda olduğuna gözəl bir sübut ola bilər. Çünki, onun ətraf məntəqələrə səfəri, çox güclü ehtimal üzrə, bu əsrin siyasi-mədəni mühitindən agah olmaq münasib üslub seçməkdən ibarət idi ki, bu yolla da Ərəbistan yarımadasında dəyişiklik yarada bilsin. Bu nəzəriyyəni belə irəli sürmək olar ki, Məhəmməd ibn Əbdül-Vəhhabın Osmanlı imperiyasının nəzarəti altında olan məntəqələrə, eləcə İrana etdiyi səfərlərdə əsas məqsədi bu imperatorluğun qədər qüdrətə malik olmasını, hakimiyyəti altında olan məntəqələri necə idarə etməsini İrana hakim olan mövcud şərait araşdırmaq idi ki, bunlar barəsində müəyyən məlumat əldə etməklə gələcəkdə öz məqsədlərini çox asanlıqla həyata keçirə bilsin.

Şübhəsiz, onun İrana səfəri elə bir zamana təsadüf edirdi ki, Nadir şah (sonradan Əfşarilər silsiləsinin əsasını qoymuşdu) Səfəvi şahzadəsinin himayəsinin əksinə olaraq qüdrətə çatmaq Səfəviləri tamamilə İran siyasəti səhnəsindən çıxarmaq istəyirdi.1 Doktor Hairi Məhəmməd ibn Əbdül-Vəhhabın xüsusi zaman dövründə İsfahana səfərinə işarə edərək yazır: “Məhəmməd ibn Əbdül-Vəhhab Nadir şaha tac qoyulma mərasimi keçirilən ildə (1148-ci h.q. 1736- miladi) İsfahana getdi dörd il müddətində o şəhərdə məşşa-işraq fəlsəfələrini sufiliyi öyrəndi.”2

Bir sözlə, Məhəmməd ibn Əbdül-Vəhhab o dövrdə İrana hakim olan mədəni-siyasi fəzadan agah olmaq (bunun özü ayrılıqda araşdırılmalı bir məsələdir), həmçinin o dövrdə istismarçı qüdrətlərin (Hollandiya, Potuqaliya İngiltərə) Fars körfəzi hövzəsində yerləşən ölkələrə qarşı rəqabətini nəzərə almaqla əvvəlcə Nəcd, daha sonra ətraf nahiyələrdə müəyyən dəyişikliklər etmək qərarına gəldi.3

Amma burada belə bir sual yaranır ki, görəsən Məhəmməd ibn Əbdül-Vəhhabın Şama İraqa etdiyi səfərdə məqsədi idi? O, bu səfərlərdə hansı məsələləri izləyir, hansı əqidə cərəyanları axtarırdı? Şübhəsiz, o, Nəcdin qəbilə icması şəklində yaşayan mühitində böyüyüb boya-başa çatmışdı atasının hənbəli əqidəsinə malik olduğuna, həmçinin onun məhkəmə tədris sahələrində çalışdığına görə hənbəli fiqhini, eləcə bu barədə müəyyən tədbirlər görənlərin, xüsusilə İbn Teymiyyə onun şagirdi İbn Qəyyim İbn Əbdil Hadinin fiqhini araşdırmağa çox maraq göstərirdi. Buna görə yuxarıda adları qeyd edilənlərin əqidə rəyləri barəsində daha artıq məlumat kəsb etmək, eləcə Osmanlı imperatorluğunun hakimiyyəti altında olan Şam İraqın siyasi, ictimai mədəni mühiti barədə məlumat əldə etmək üçün həmin məntəqələrə səfər etmişdi. Cənab Fəqihi Məhəmməd ibn Əbdül-Vəhhabın təlimlərinin mənşəyinə işarə edərək yazır: “... Şübhəsiz, Məhəmməd ibn Əbdül-Vəhhabın sözləri İbn Teymiyyənin rəylərindən qaynaqlanır. Vəhhabi firqəsinin böyük şəxsiyyətləri yazıçıları, eləcə başqa yazıçılardan bir qrupu bu məsələni aşkar şəkildə qeyd etmişlər... Bundan əlavəBöyük İslam Enskilopediyasının yazdığına əsasən Şeyx Məhəmməd Dəməşqdəki hənbəli alimləri ilə əlaqə qurmuşdu təbidir ki, hənbəli alimlərinin əsərlərindən, xüsusilə İbn Teymiyyə onun şagirdi İbn Qəyyim Covziyyənin təlimlərindən bəhrələnmişdir...”1

Bu hadisələri cərəyanları nəzərə almaqla aydın olur ki, Məhəmməd ibn Əbdül-Vəhhab xüsusi məsələləri izləyirdi ki, sonralar vəhhabiyyətinİslama zidd olan məsləkinin əsasını qoysun. Bu zaman bəzi yazıçılar səhvən vəhhabi hərəkatının müsbət nəticələrindən biri kimiİslam Quranın əsas prinsiplərinə əsaslanan iqtidarlı dini hökumət icad etməkkimi qeyd etmişdilər.2 Halbuki, vəhhabiliyin donuqluq, təəssübkeşlik, irticaçılıq, geriçilik fikirləri sair müsəlmanlar qarşısında dəlilsiz ciddiyyətləri xudbinlikləri onların nəzərdə tutduqları dini hökumətin sarsılmasının İslam cəmiyyətində təfriqənin, ikitirəliliyin yaranmasının səbəbi hesab olunurdu. Cənab Əmini bu barədə belə yazır: “Məhəmməd ibn Əbdül-Vəhhab İbn Teymiyyənin nəzərlərini necə icra etmək barəsində çox fikirləşdi. Nəhayət, bu qənaətə gəldi ki, zorakılıq qılınc sayəsindədin onun ilkin çiçəklənən intibah dövrünə qayıdışadı ilə camaatın arasında iğtişaş, qorxu vəhşət yaratsın ki, bununla da sadəlövh insanları aldada bilsin...”1 Qeyd olunanları nəzərə almaqla xülasə şəkildə aşağdakıları qeyd etmək olar:

Məhəmməd ibn Əbdül-Vəhhab Üyeynədə qəbilə icması şəklində olan bir mühitdə dünyaya gəlmişdi. İbtidai təhsilini öz şəhərində atasının və başqalarının yanında başa vurmuş və ilk əvvəldən onun azğın əqidələri aşkar olmuşdu. Çünki, o, peyğəmbərlik iddiasında olanların həyatını mütailə etməyə çox maraq göstərir və İslam cəmiyyətində iğtişaş yaratmaq üçün müasir tipli əqidə və rəy əldə etmək istəyirdi. Amma qəbilə mühiti çox kiçik və bağlı olduğuna görə onun məlumatı həmin mühitin sərhədlərini aşmırdı. Buna görə də icma quruluşunda olan həmin cəmiyyətdən çıxaraq əsaslı dəyişiklik yaratmaq və dini-ictimai islahatçı olmaq fikrinə düşdü.

Aydındır ki, Məhəmməd ibn Əbdül-Vəhhab öz qərarını icra etmək üçün güclü bir dini-elmi arxaya ehtiyac duyurdu. İbn Teymiyyənin, İbn Qəyyimin və İbn Əbdül-Hadinin fikirləri (hənbəli fiqhi İbn Teymiyyənin donuqluq və təəssüb üzündən olan əqidələri və s.) onun öz elmi-mədəni məlumatlarının artıb güclənməsində təsirli oldu. O, Şama və İraqa səfər etməklə lazım olan xüsusi elmi-mədəni agahlıqları əldə etməkdən əlavə, dövrün siyasi və ictimai məsələlərini də araşdıraraq təhlil edirdi.

Şübhəsiz, “Nəcdin qəbiləvi həyatında qohumluq əsasında qurulan cəmiyyətində dəyişiklik aparmaqbir tərəfdən Osmanlı hakimiyyətindəki sarsıntı əmələ gəldiyinə, digər tərəfdən isə şərq ölkələrində dini baxımdan qüdrətli bir hakimiyyətin olmadığına görə (çünki, şiə məzhəbli Səfəvilər əfqanlıların əli ilə məğlub edilmişdi Nadirin qüdrəti kəsb etdiyi vaxta qədər ölkədə iğtişaş hökm sürürdü. Hətta Nadir qüdrəti əlinə aldığı vaxtda belə, özündən aydın bir dini siyasət göstərməmişdi) bütün bunlar ibn Əbdül-Vəhhabın zahirdə dini islahat aparmaq, batində isə özünün məqampərəstlik məqsədlərini qüdrət hərisliyini həyata keçirmək üçün tədbir görməsinə səbəb oldu.” Amma Seyyid Əhməd Zeyni Dehlanın dediyi kimi, “onun rəylərinin əməli nəticəsi nəinki İslam cəmiyyətlərində dini islahat aparılmasına səbəb olmadı, əksinə bunun özü saysız-hesabsız çətinliklər yaratdı.”1

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə