ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи


Vəhhab ilərin ideoloji rəhbərləri



Yüklə 5,57 Mb.
səhifə2/42
tarix15.03.2018
ölçüsü5,57 Mb.
#32240
1   2   3   4   5   6   7   8   9   ...   42

Vəhhab ilərin ideoloji rəhbərləri

Əhməd ibn Hənbəl (164-241 hiCri qəməri)*2


Tərcümeyi-halı:

Hənbəli firqəsinin banisi Əbu Əbdillah Əhməd ibn Mhəmməd ibn Hənbəl ibn Hilal Şeybanidir. O, əshabi-hədisin ideoloji rəhbərlərindən sayılır. “O, nəinki əhli-hədisin tutduğu yolu əvvəlkilərdən irs aparmamışdı üstəlik onu bir daha dirçəltmiş, özünün təqdim etdiyi təlimləri ilə onların ideoloji bünövrələrini möhkəmlətməyə çalışmışdır. Buna görə ondan sonra əshabi-hədis öz fikirlərini əsaslandırmaq üçün hamıdan artıq onun yazı sözlərini dəlil olaraq gətirmişdir.”3

Əhməd ibn Hənbəli onun öz şagirdi İbn Teymiyyənin vasitəçiliyi ilə Vəhhabi məzhəbinin rəhbəri müəyyən qədər sələfilərin mühafizəkar məzhəb hərəkatına ilham verən bir şəxs hesab etmək olar4. Əliəkbər Dehxuda onun əsil-nəsəbi barəsində belə yazır: “Əhməd ibn Məhəmməd ibn Hənbəl ibn Hilal ibn Əsəd ibn İdris ibn Əbdüllah ibn Həyyan ibn Əbdüllah ibn Ənəs ibn Ovf ibn Qasit ibn Mazin ibn Şeyban ibn Zühəl ibn Sələbə ibn Əkabət ibn Səb ibn Əli ibn Bəkr ibn Vail ibn Qasit ibn Hənəb ibn Əqsa ibn Dəmi ibn Cüdeylə ibn Əsəd ibn Rəbiə ibn Nəzar ibn Məhəmməd ibn İrfan əş-Şeybani əl-Mərvəziyyul-əsl Əl-mükənna ibn Əbiəbdillah...”1

Milliyyətcə ərəb olan Əhməd ibn Hənbəl İraq və Xorasanın fəthində mühüm rol oynayan Bənu-Şeyban qəbiləsindən (Rəbieyi Ədnani) idi. Onun nəsli əvvəlcə Bəsrədə yaşamış və sonra onun əcdadı Hənbəl Hilal Mərvə getmişdi. Əhmədin cəddə-babası əməvilərin xilafətində Sərəxsin valisi təyin edilmişdi və bəni-Abbasın xilafət iddiaçılarından birincisi idi.

Əhməd ibn Hənbəl 164- h.q ilinin rəbiül-əvvəl ayında (780- miladi ilində), atası Məhəmməd ibn Hənbəl (o Xorasan ordusunun tərkibində idi) Bağdada köçəndən sonra dünyaya gəlmiş2 orada da qalmışdır. “O, 179-cu ilin axırlarında əvvəlcə Əbu Yusifin, sonra Həşimin (Həşim ibn Bəşir) yanında hədis dinləmiş elə həmin ildə Əli ibn Haşim ibn Bəriddən hədis öyrənmişdir.”3

Əhməd ibn Hənbəl çox səfər edən bir fəqih idi. O, elm hədis öyrənmək üçün Şama, Hicaza, Yəmənə, Kufəyə Bəsrəyə səfərlər edərək çoxlu hədis toplamış, onlarıMüsnədi-Əhməd ibn Hənbəladlı bir kitab şəklinə salmışdır.”4 Əhmədin fiqhdə hədisdə çoxlu ustadları olmuşdur. Belə ki, “İbn Xülləkan onu imam Şafeinin xüsusi tələbələrindən hesab edirdi.”5

O, özünün ilk elmi səfərində Kufəyə gedərək Vəki ibn Cərrahın yanında hədis öyrəndi. Sonra Bəsrədə Mötəmər ibn Süleymandan Yəhya İbn Səud Qəttandan, Vasitdə isə Yəzid ibn Harundan hədis öyrəndi. 187-ci h.q ilində Məkkəyə səfər edib Süfyan ibn Üyəynədən, 199-cu ildə isə Əbdürrəzzaq ibn Həmmam Sənaninin yanında (Səna şəhərində) hədis öyrəndi. O, Şama Cəzirəyə səfərlər etmiş (209-cu h.q) həmin ölkələrin məşhur hədis alimlərindən elm öyrənmişdi.1 Amma İbn TeymiyyəninMinhacüs-sünnəkitabında qeyd etdiyi kimi, onun fiqhi təlimlərinin əsasıhədis məktəbi Hicazdan idi.”2

Əhməd ibn Hənbəl öz elmi səfərləri, fiqh hədisin öyrənilməsində göstərdiyi səylər nəticəsində çox erkən fiqh hədis tədrisində bir mərcə kimi tanındı. Xəbərlərdə qeyd olunduğu kimi o, hələ Süfyan ibn Üyeynənin sağlığında Məkkədə fiqh hədis öyrənir fətva verirdi. Bununla belə demişlər ki, o 40 yaşından əvvəl fətva verməmişdir.3

Mühnəhadisəsini Əhməd ibn Hənbəlin həyatında dönüş nöqtəsi saymaq olar. Belə ki, bəzən tərifləyənlər onun barəsində həddi aşmışlar. “Mühnə hadisələri barəsində verilən tarixi məlumatlara əsasən Məmun 218-ci h.q ilində Rüqqədən İshaq ibn İbrahimə bir məktub yazaraq ona əmr etdi ki, qazilərin mühəddislərin Quranın məxluq olması ilə əlaqədar əqidələrini yoxlasın.”4 İbn Hənbəl Quranın məxluq olmasına etiqadı qəbul etməkdən şiddətlə imtina edir onu sünnə ilə müxalif sayırdı.5 O inanırdı ki, Qurandakı hərflər səslər hazırkı formasında əzəldən sabit olmuş Allahın zatı ilə qaim olmuşdur.6 Beləliklə o, Quranın qədim olmasına məxluq olmamasına inanırdı. Bu xəbər Tusda Məmuna çatdıqda göstəriş verdi ki, ibn Hənbəli bu əqidə ilə müxalif olan Məhəmməd ibn Nuh ilə birlikdə onun hüzuruna göndərsinlər. Əhməd ibn Hənbəli zəncirə bağlayıb qaytardılar, lakin bir az sonra Rüqqədə Məmunun ölüm xəbəri gəlib çatdı. Yenidən hər ikisini Bağdada qaytardılar. İbn Nuh yol əsnasında (Mərvdə), ibn Hənbəl isə Bağdada çatdıqdan sonra əvvəlcə Yasirəyyədə, sonra Darül-İmarədə, daha sonra isə ümumi zindanda həbs edildi.7

Sonrakı xəlifə Mötəsim qərara almışdı ki, əqaid təftişçiliyindən əl çəksin. Lakin deyilənlərə görə, mötəzili qazisi olan Əhməd ibn Davud ona xəbərdarlıq etmişdi ki, rəsmi şəkildə qəbul olunan vəziyyətdən dönməsi xilafətə yaraşan deyildir.1

Əhməd, Mötəsimin dövründə öz əqidəsini qoruyub saxlamaq üçün çox israr edirdi. Nəhayət 219-cu h.q ilində xəlifə onu üç gün müddətində camaatın hüzurunda öz əqidəsini tərk etməyə məcbur etdi. Bunun təsiri olmadığından ona şallaq vurulmasını əmr etdi. İki il həbs edildikdən sonra öz evinə qayıtmaq icazəsi verildi.” Həbsdən xilas olduqdan sonra xəlifənin göstərişi ilə aşkar şəkildə hədis söyləməsi elm tədris etməsi qadağan olundu. Yalnız 227-ci ildə Mötəsimin vəfatından sonra aşkarda qısa müddətli hədis yığıncaqlarını bərqərar etdi. Bu da tez bir zamanda bağlandı.”2

Vasiqin dövründə Quranın məxluq olması əqidəsi barəsində bir kəs Əhmədə toxunmadı. Amma buna baxmayaraq xəlifənin işarəsi ilə ömrünün axırına qədər gizlin şəkildə yaşadı. Məşhur ərəb yazıçısı Əmir Əli ibn Hənbəlin Məmunun və Mötəsimin xilafəti dövründəki vəziyyətini belə qeyd edir:

“...İbn Hənbəl Məmun onun canişini Mötəsimin hökuməti dövründə... (hər ikisi mötəziləçi idi) məşhurlaşdı. İbn Hənbəlin ifratçı təəssübləri bu barədə göstərdiyi səylər xalq kütlələrinin hakimlər əleyhinə təəssübünü şölələndirdi. Bu da onun hakimlərlə münasibətini gərginləşdirdi... İbn Hənbəl onun təəssübçü donuq ayini Məmunun mötəzilə firqəsinin islam imperiyasının hər yerində yaymaqda müvəffəqiyyət əldə etməməsinə, eləcə əzab-əziyyətlə işgəncələrin yenidən təkrarlanmasına səbəb oldu ki, bu da İslam dünyasını müsəlmanların qanının rəngi ilə boyadı.”3

Mütəvəkkilin xilafəti ilə eyni zamanda 232-ci h.q ilindəƏshabi-hədisin vəziyyəti birdən-birə dəyişildi xəlifənin onları himayə edib mötəziləçilərlə mübarizə aparması nəticəsində Əhməd xilafət aparatında izzətə malik oldu.”4

Bağdadın intizam rəisi İshaq ibn İbrahimin ölümündən sonra yeni xəlifə ilə Əhməd ibn Hənbəlin yaxınlaşması üçün şərait yarandı. Əhməd ibn Əbudüvad işdən çıxarıldıqdan sonra əhli-hədisə meydan verilməsinə fürsət yarandı.

Mütəvəkkil 238-ci hicri ilində ibn Hənbəli Samirraya dəvət etdi. Zahirən o nəzərə almışdı ki, ibn Hənbəli öz övladı Mötəzzə hədis ustadı seçsin. Amma bəziləri demişlər ki, Samirraya daxil olduqdan sonra yaşının çox xəstə olduğuna görə öz istəyi ilə xidmətdən götürüldü. “İbn Hənbəlin Mütəvəkkil tərəfindən onun üçün hazırlanan güzəştlər qarşısında etinasızlığı nəticəsində xəlifə Bağdad yolunu onun üçün açmağa razı oldu.”1

Əslində isə Mütəvəkkil əvvəlki xəlifələrin əksinə olaraq hənbəliləri müdafiə etdi. Onları razı salmaq üçün lazım olan tədbirləri gördü. O, şiələri kütləvi şəkildə qətlə yetirməkdən əlavə, İmam Hüseynin (ə) qəbrinin ziyarətini onlara qadağan etdi və Kərbəlanın şumlanması və üzərinə su buraxılması əmrini verdi. Bu əqidə də məhz hal-hazırda Səudiyyə Ərəbistanında Vəhhabilərin icra etdikləri işdir. Onlar bu əqidənin ardıcılları və müdafiəçiləridir.

Ustad Cəfər Sübhani Abbasi xəlifələrindən olan Mütəvəkkilin hənbəliləri himayə etməsini belə qeyd edir: “...Mütəvəkkilin əsrində Əhmədin etiqadiyyat barəsində imaməti (rəhbərliyi) əhli-hədisin sair firqələrinin aradan qalxması onların yalnız adlarının nişanələrinin qalmasına səbəb oldu. Xüsusilə Mütəvəkkildən sonrakı Abbasi xəlifələri Əhməd ibn Hənbəl onun şagirdlərini himayə etməkdə heç nəyi əsirgəmir, Əhmədin əqidə hökmlərdə dediklərini qeydsiz-şərtsiz qəbul edirdilər. Təbii olaraq həyat məişətləri əksər hallarda hökumət tərəfindən təmin olunan mühəddislərin vəziyyətləri ağırlaşdı. Öz adətlərini tərk etmək məcburiyyətində qaldılar əqidələrini gizlətdiklərinə görə tədricən məhv oldular.”2

Əhməd ibn Hənbəl 77 il ömür sürdükdən sonra 241-ci h.q ilinin rəbiül-əvvəl ayının 12- doqquz günlük xəstəlikdən sonra Bağdadda öldü. Onun cəsədiniBabi-hərbqəbiristanlığında torpağa tapşırdılar. “Böyük İslam Enskilopediyasıkitabında Əhmədin övladları barəsində belə qeyd olunur: “Əhmədin bir neçə övladı var idi. Onun özündən nəql olunanlara əsasən təqribən 40 yaşında evlənmişdi. Birinci həyat yoldaşı Fəzlin qızı Əbasə, Saleh adlı bir övlad dünyaya gətirdi. Onun vəfatından sonra Əhməd Reyhanə adlı bir qadınla evləndi ki, ondan da Əbdüllah dünyaya gəldi. Reyhanənin vəfatından sonra da Əhməd Hüsn adlı bir kənizdən Zeynəb, Həsən, Məhəmməd Səid kimi övladlara sahib oldu. Əbülfəzl Saleh 203- ildə dünyaya gəldi İsfəhanın qazisi oldu 265-ci ildə elə həmin yerdə vəfat etdi. O, öz atasından çoxlu hədis eşitmişdi. Atasının çoxlu hədislərini rəvayət edən Əbu Əbdürəhman Əbdüllah da böyük məşhur mühəddislərdən sayılırdı. O, 212-ci h.q ilində dünyaya gəlmiş 290- ildə dünyadan getmişdi. Əhmədin ölümündən təqribən 50 gün qabaq dünyaya gələn Səid 290- ildən qabaq vəfat etdi. O, bir müddət Kufənin qazisi olmuşdu.”1Bu zaman atasının əqli həyatı ilə yaxından tanış olan Saleh Əbdüllah Hənbəli məzhəbi adlı cəmiyyətin bünövrəsini qoyan ilk şəxslərdən hesab olunur.”2

Əhməd ibn Hənbəlin həyat tarixi sübut edir ki, o bacarıqlı bir mühəddis idi təqribən otuz mindən artıq hədisi əhatə edənMüsnədkitabını öz əsrində yazmışdır. O öz əsrində əqlə daha artıq yer verən mötəziləçilərin müqabilində bir dağ kimi dayandı öz əqidəsini, yəni Quranın məxluq olmamasını isbat etmək üçün çoxlu zülmlərə işgəncələrə düçar oldu. Əhmədin öz əqidəsi yolunda göstərdiyi müqavimət camaatın duyğularını, emosiyalarını canlandırdı, tədricən sünnülərin arasında etiqadi məsələlərində imamət məqamına çatdı onun öz nəzərində mötəbər sayılan rəvayətlər əsasında sünnülərin əqidələrini yaya bildi. Bünövrəsini qoyduğu məktəb onun öz adı ilə–”Hənbəliməzhəbi kimi tanındı. Bu məktəb 5 əsas üzərində qurulmuşdu: “Quran, sünnə, səhabələrin fətvaları, Quran sünnə ilə müvafiq olduğu halda bəzi səhabələrin sözləri. Eləcə bütün mürsəl zəif rəvayətlər.”3 Can Nas Hənbəli məktəbini yerdə qalan üç məktəbdən, yəni Hənəfi, Maliki Şafei məktəbindəndaha zahir”, “daha qurutəqdim etmişdir.1

Tədqiqatçı alimlərin bəyan etdiklərinə əsasən, Əhməd ibn Hənbəl yalnız bir mühəddis idi. O, fiqhi istinbatlardan uzaq gəzirdi. “Deməli, o, istinbat nəzərindən Əbu Hənifənin Şafeinin səviyyəsində deyildi ki, ictihad nəticəsində üsuldan fürunu istixrac edə bilsin. Şübhəsiz ki, Əhməd fətva verib halal-haramı bəyan etməkdən çəkinirdi. Əgər zərurət tələb etsəydi, yalnız açıq-aşkar hökmün mövcud olduğu hallarda fətva verirdi.”2

Fərhəngi əqaid məzahibi İslamikitabının müəllifi bu barədə belə yazır: “ZəhəbininSiyərü əlamin-nübəlakitabındakı geniş bəyanından məlum olur ki, Əhməd bir fiqh yazmamış dünyadan getmişdi. Onun şagirdlərindən biri olan Əbu Bəkr Xəllal Əhmədin nəzər fətvalarını bir yerə toplamışdı. Əbu Bəkr onun fətvalarını ayırd etməkdə onun səhih rəvayətlər onların sənədləri barəsindəki sözlərinə müraciət edərək, bu məsələ barəsindəki nəzəriyyəsini əldə etdi. O, bu məqsədlə müxtəlif məntəqələrə səfər edərək Əhmədin tanışlarından yüz nəfərlə görüşdü. Onun sahabə, köməçi dostlarından müəyyən mətləbləri öyrəndi hamısını tərtibə saldı. Sonra hər biri 3 cilddə tənzim olunanElm”, “İləl”, “Sünnəkitablarını yazdı.”3

Etiraf etmək lazımdır ki, “Əhmədin vəfatından sonra onun məzhəbinin yayılmasının iki əsas amili olmuşdur: İbn Hənbəlin xilafət tərəfindən işgəncələrə məruz qalmasından əlavə, mötəzilə ilə müxalifətçiliyi əshabi-hədisə tərafdar olması onun başqalarından daha artıq diqqət mərkəzində olmasına səbəb oldu. Buna görə onun yaratdığı məktəb sünnü müsəlmanları içərisində avam kütlələr tərəfindən qəbul olundu. Sonradan Abbasi xəlifələri bunu qəbul edərək İslam ölkələrində yaydılar. Əhmədin vəfatından sonra onun fiqhi məzhəbinin yayılmasının iki səbəbinin birincisi onun şagirdləri tərəfdarları, digəri isə onun İslam fiqh rəvayətlərini hədisləri ehtiva edənƏl-Müsnədadlı mühüm kitabıdır.”1



Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə