ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи


Əhməd ibn Hənbəlin elmi və iCtimai mövqeyi



Yüklə 5,57 Mb.
səhifə3/42
tarix15.03.2018
ölçüsü5,57 Mb.
#32240
1   2   3   4   5   6   7   8   9   ...   42

Əhməd ibn Hənbəlin elmi və iCtimai mövqeyi


Əhməd ibn Hənbəl öz müasiri olan böyük alimlərin çoxundan bəhrələnmişdir. Əvvəldə onların bəzilərinin adını qeyd etdik. “Əhmədin, adları bundan əvvəl qeyd olunmayan ən qədim ustadlarından bəziləri: Məhəmməd ibn Həmid Yəşkuri, Ziyad ibn Əbdüllah Bəkkayi, İbadullah ibn Əvamm, Məhəmməd ibn Sübeyh ibn Səmmak Yusif ibn Yəqub Macişun.”2

Onun şagirdləri raviləri çoxdur. Onlardan Əhmədin fikir əsərlərini sonrakı nəsillərə nəql edənlərdən ən mühümlərinin adlarını qeyd edirik: “Əbul Abbas Əhməd ibn Cəfər İstəxri, Əhməd ibn Əbixəsimə, Züheyr ibn Hərb, Əbuyəla Musili, Əbu Bəkr Əhməd ibn Məhəmməd ibn Həccac Məzudi, Əbu Bəkr Əsrəm, Əbul Abbas Sələb, İbrahim Hərbi, Əbu İshaq İbrahim ibn Hani Nişapuri sair.”3

Əhməd ibn Hənbəl hədis elmində bununla bağlı sair elmlərdə yüksək məqama malik idi. “Müsnədadlı kitabı sair əsərlərinin araşdırılması onun bu barədəki mövqeyini göstərə bilər. Əbu Zərə Razinin yazdığına görə o, minlərlə hədis əzbərləmişdi. Əhmədin özündən rəvayət olunur ki, o bu qədər hədisi əli ilə yazmışdı. Hələ bu, başqalarının onun üçün yazdığı hədislərdən tamamilə ayrı olan hədislərdir... Əhməd rical elminə, ravilərin tanınmasına, həmçinin hədisin səbəblərinə bələd idi. Xüsusilə onun rical elmindəki rəyləri həmişə ricalşünasların diqqət mərkəzində olmuşdur. O, qiraət elmində dərin biliyə malik idi4.

Əhmədin şagirdləri ardıcılları onun elmi məqamı əxlaqi xüsusiyyətləri barəsində çoxlu mətləblər nəql etmişlər. Onun yaxın adamları onunla eyni səviyyədə olan böyük dini şəxsiyyətlərdən müxtəlif cür təriflər nəql olunmuşdur. Bu təriflərin hamısı əksər hallarda mübaliğə şişirtmə ilə yanaşı olmuşdur. Belə ki, “Böyük İslam Enskilopediyasıkitabında bu barədə belə qeyd olunur: “Aydındır ki, bu cür hekayələrin yazılıb yayılmasında nəql olunmasında dini məqsədlər məzhəbi təəssüblər çox təsir qoymuşdur. ƏhmədinMöhnəhadisəsində Quranın məxluq olmasını qəbul etmək qarşısında göstərdiyi imtina ilə əlaqədar məruz qaldığı əzab-əziyyətlər vasitəsi ilə yaranan sevimliliyi hədis səhabələri arasında qazandığı məhəbbət təbii bir idi. Xüsusilə o, bəzilərinin yanında əsrlər boyu həmin ehtirama layiq görülməmişdi. Hənbəlilər onun məqam qüdrətinə təzim etmək üçün bu cür rəvayətləri quraşdırırdılar.”1

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə