ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 5,57 Mb.
səhifə4/42
tarix15.03.2018
ölçüsü5,57 Mb.
#32240
1   2   3   4   5   6   7   8   9   ...   42

Əhməd ibn Hənbəlin etiqadlarI


Əhməd ibn Hənbəl barəsində müxtəlif kitablarda yaradılan təsəvvür adətən bu mehvər əsasında cərəyan edir: onu sünnəyə meyl edən, fəqahət ictihadın əksinə olan bir mühəddis hesab etmişlər. O, rəyə istinad etməmiş, yalnız Allahın kitabına hədislərə istinad etmişdir. Hədisə istinad edərkən çox şişirtməyə yol verdiyindən İslamın böyük şəxsiyyətlərindən bəziləri, o cümlədən, Məhəmməd ibn Cərir Təbəri, Məhəmməd ibn İshaq Ənnədim onu İslam müctehidlərindən deyil, hədis imamlarından hesab etmişlər. Amma bunu heç vaxt unutmaq olmaz ki, İbn Hənbəl heç olmazsa hədis məsələsi çərçivəsində müstəqil bir müctehid olmuş İbn Teymiyyənin dediyinə görə böyük hədis toplumu, eləcə ustadlarından öyrəndiyi çoxlu rəylərin arasından özü üçün xüsusi bir yol seçmişdir.2

İbn Hənbəl görkəmli bir mühəddis və əshabi-hədis təriqətinin ardıcılı kimi, Quran ayələri və Peyğəmbərə (s) mənsub edilən hədislər üçün hər hansı bir təvil (yozum) ilə müxalif idi. Rəy səhabələrinin böyükləri ilə müxalifətçilik edirdi.

Məlum olur ki, Hənbəli məzhəbi sünnülərin sair məzhəbləri ilə, xüsusilə Maliki məzhəbi ilə müqayisədə hədis ilə əlaqədar daha ciddi təəssüblərə malik olmuşdur. Məşkur bu barədə belə yazır: “Hənbəli məzhəbi 5 prinsip üzərində möhkəmlənmişdir: 1.Allahın kitabı. 2.Sünnə. 3.Peyğəmbəri-Əkrəm (s) səhabələrinin fətvaları. 4.Allahın kitabı sünnə ilə müvafiq olduğu təqdirdə bəzi sahabələrin sözləri. 5.Bütün mürsəl zəif hədislər.”1

İbn Hənbəl Kufənin, Bağdadın, Şamın sair İslam məntəqələrinin hədis sahabələrini münhərif azğın adlandıranlarla düşmənçilik edir, cühəmiyyə, mötəzilə, qədəriyyə şiələrlə daha artıq mübarizə aparırdı. Həqiqətdə Əhməd onun etiqadiyyatıəshabi-hədisin bu qruplarla müxalifətlərinin tarixində dönüş nöqtəsi hesab olunur.”2

Əhməd Peyğəmbəri-Əkrəm (s) sünnəsinə daha artıq əhəmiyyət verirdi. Onun ideoloji əsaslarını Qurandan sonra Peyğəmbəri-Əkrəm (s) sünnəsi, səhabə tabeinlərin sözləri hesab etmək olar. O, sünnə ilə müxalifəti bidət adlandırır. Həvayi-nəfs bidət əhli ilə müxalifətçilik edir, kəlam elmindəki elmi mübahisələrə qarşı çıxırdı.3

Əhməd ibn Hənbəlin bəzi əqidələrini “Böyük İslam Enskilopediyası” kitabından nəql edirik: “Məhəmməd ibn Himyər Əndərabinin nəql etdiyinə görə, Əhməd sünnə və cəmaət əhlindən olan möminin xüsusiyyətlərini belə dəyərləndirir ki, mömin şəxs gərək Allahın yeganəliyinə, Peyğəmbərin (s) risalətinə iman gətirsin, ilahi peyğəmbərlərin dəvət etdikləri şeylərə inansın. Peyğəmbərin (s) bütün səhabələrinə ehtiram qoyub fəzilətlərinə inansın, onların arasında baş verən ixtilaf və münaqişələrlə əlaqədar heç bir söz deməsin, cümə və camaat namazını hər bir əmirlə – facir və günahkar olsa belə, qılsın. Mömin şəxs Quranı Allahın kəlamı və qeyri-məxluq hesab etməli və inanmalıdır ki, iman sözdən və əməldən ibarətdir, artıb azalmağa da qabildir. (Mömin) inanmalıdır ki, cənnət əhli qiyamətdə Pərvərdigarı görəcək.

(Əhməd Müsəddəd ibn Müsərhədə yazdığı risaləsində mühüm məsələlərə işarə edir , o cümlədən, inanırdı ki, ) rafizilər, yəni Əlini (ə) Əbubəkrdən fəzilətli hesab edənlər, eləcə Əlinin (ə) İslamı Əbubəkrdən qabaq qəbul etdiyinə inananlar Allahın kitabı Peyğəmbəri-Əkrəm (s) sünnəsi ilə müxalifət etmişdir... Səhabələrdən birinin digərindən üstün olmasında yalnız bunu demək olar ki, onların arasında Əbubəkr, Ömər Osman biri digərindən sonra ən fəzilətlidirlər.” O, Həzrət Əlinin (ə) fəziləti barəsində isə sukut etmişdir. Çünki, Əbdüllah ibn Ömərdən rəvayət olunan hədisə əsasən Peyğəmbərin (s) dövründə ümmətin ən fəzilətlisi Əbubəkr, ondan sonra Ömər, ondan sonra isə Osman idi. Bu rəvayətdə Həzrət Əlinin (ə) adı çəkilməmişdir. Onun nəzərinə görə Peyğəmbəri-Əkrəm (s) sünnəsinə inanmaq müsəlmanların imamlarına itaət etməyi gərəkli edir mömin şəxs hədis səhabələrinin tutduğu yola inanmalıdır. O, deyir: “Hər kəs xəlifə, yaxud möminlərin əmiri olsa, camaat da onun hakimiyyəti barədə yekdil fikirdə olsalar, yaxud zorla qılınc gücünə xilafətə çatsa ümmət ona itaət etməlidir. Ona itaət etmək sünnətdir. Belə bir əmir əgər günahkar da olsa onunla çiyin-çiyinə döyüşmək cümə namazı qılmaq lazımdır.” Əhməd təkid edirdi ki, hər kəs xəlifənin əleyhinə qiyam etsə müsəlmanların birliyini pozmuşdur belə bir şəxs cahiliyyət ölümü ilə öləcəkdir... (Bundan əlavə) Əhməd Quranın hədisin nəssinə xüsusi diqqət yetirir bu xüsusda təvil yozumu caiz hesab etmirdi...”1

Şübhəsiz, Əhməd dini işlərlə əlaqədar ciddi təəssübkeş və dünyəvi işlərdə isə nisbətən mülayim idi.

İBN HƏNBƏLİN ƏSƏRLƏRİ


Əbu Hənifənin Şafeinin əksinə olaraq, Əhməd üsuli fiqhi məsələlərin yazılmasını dini baxımdan caiz hesab etmir, yalnız hədis yazılmasını mübah bilirdi. Onun kitab yazılması barədə nəzəri bir o qədər müsbət deyildi. Öz ardıcıllarını da onun fətvalarını müxtəlif məsələlər barəsində suallara verdiyi cavabları yazmaqdan çəkindirirdi. Bununla belə hədis, əqaid, Quran rical elmində müxtəlif əsərlər yazmışdır. ÇoxlarıƏhməd ibn Hənbəlin məsələləriadı altında fiqh əqaid məsələlərindəki fətva rəylərini yazmışlar.1 Əhmədin ən məşhur kitabıMüsnədkitabıdır. İbn Cozinin dediyinə görə bu kitab otuz min hədisi əhatə edir. Əmədin özü bu kitaba müstəsna əhəmiyyət verirdi. Əmədin çap olunan əsas etibarı ilə öz oğlu Əbdüllahın rəvayəti əsasında yazılan əsərləri aşağıdakılardan ibarətdir:

1.Əhkamun-nisa

2.Əl-əsami vəl-kuna

3.Əl-əşribə

4.Ər-rədu ələl-cühəmiyyə

5.Əz-zuhd

6.Əs-səlat

7.Əl-iləlu və mərifətür-rical

8.Fəzailüs-səhabə

9.Əlvərə2

Əhməd ibn Hənbəlin fiqhi

Əhməd ibn Hənbəlin üsuli-fiqhi


Şafeinin əksinə olaraq Əhməd ibn Hənbəl üsuli-fiqh elmində heç bir kitab yazmamışdır. Ondan sonra başqa üslubda yazılan məktəbin, eləcə başqa əsərlərinin onun təfəkkür tərzinin dəqiq göstəricisi olmasını iddia etmək olmaz. Buna əsasən, “onun fiqhi nəzəriyyələri barədə ümumi bir görüş əldə etməyin yeganə yolu şagirdlərindən nəql olunan fikirləri təhlil etməkdir.”3

Aydındır ki, Əhmədin şagirdlərinin ondan nəql etdikləri məsələlər hənbəlilərin sonrakı nəsillərinin əsərlərində çap olunmuşdur. Əhməd ibn Hənbəldən müxtəlif məsələlər barəsində bir-biri ilə təzadlı olan rəylər nəql olunmuşdur bu məsələ Əhməd ibn Hənbəlin öz nəzəriyyələri ilə hənbəli fiqhi arasında gözə çarpan fərqləri göstərə bilər. Əhmədin fiqhi Hənbəli fiqhi çərçivəsində Əbu Yəla ibn Fərra, Əbul-Xəttab Kəluzani, İbn Teymiyyə İbn Qəyyim Coziyyə kimi alimlər təhqiqat aparmışlar. Buna baxmayaraq, Əbu Hənifə, Malik Şafei fiqhinin əksinə olaraq Əhmədin fiqhinin əsas bünövrəsi barəsində bir neçə rəyin arasından qəbul olunası bir təhlil əldə etmək çox çətindir.1

1. nəqli dəlillər


a) Kitab.

Əhməd ibn Hənbəlin fiqhində sünnə, Quranın bəyanedicisi kimi əsaslı təfəkkür olaraq daha artıq təkidlə irəli çəkilir. O, “Ərrəddu əla mən əxəzə bizahiril-Quran tərəkəs-sünnəadlı əsərində Peyğəmbəri-Əkrəm (s) sünnəsini Quranın zahir batini, ümum xüsusu, nasix mənsuxundan Allahın əsas məqsədinin bəyanedicisi hesab etmiş bunun ardınca Peyğəmbərə (s) itaət etməyin vacib olduğunu göstərən Quran ayələrini qeyd etmişdir.”2

b) Sünnə.

Peyğəmbəri-Əkrəm (s) sünnəsinə itaət etmək əshabi-hədisin fiqhində ümumi Əhmədin fiqhində xüsusi şəkildə yüksək məqama malikdir. Həqiqətdə bu məktəb ardıcılları çox hallarda hədisi öz rəylərindən irəli keçirdiklərinə görəəshabi-hədisadı ilə məşhurlaşmışlar. Əhməd ibn Hənbəlin risaləsində qeyd olunur ki: “Bizim nəzərimizdə sünnə Allah Rəsulunun əsəridir...” “Sünnədə qiyasa təmsilə yer yoxdur, əql həva (nəfsin istəyi) ilə dərk olunmaz. Əksinə bu, ona itaət etmək həvanı tərk etməkdən başqa bir şey deyildir.”3

v) Səhabə və tabeinlərin rəyi.

Müxtəlif mənbələrdə Allahın kitabı Peyğəmbərin (s) sünnəsindən sonra səhabələrin nəzəri Əhməd ibn Hənbəlin etimad etdiyi dəlillər sırasında qeyd olunur. O, səhabələrin nəzərini qiyas rəydən irəli hesab edir. Əgər Əhməd səhabələrin hamısından, yaxud təklikdə birindən hər hansı bir hökmü tapsaydı onun qarşısında səhabədən bir müxalif tapmasaydı bu halda onu itaət edilməsi lazım olan hökm hesab edirdi. Səhabələrin ixtilaf etdiyi hallarda isə bəzi hənbəli alimlərinin dediyinə görə Əhməd Allahın kitabına Peyğəmbər (s.ə.v.v) sünnəsinə ən yaxın olan nəzəriyyəni seçir səhabələrin nəzəriyyələrindən xaricə çıxmırdı. Hansının seçilməsinin çətin olduğu halda isə, heç birinə üstünlük vermədən hər iki nəzəriyyəni irəli çəkirdi. Əhmədin ehtiyatlı davranması hətta bir səhabədən iki müxtəlif rəvayət nəql olunduğu halda belə, gözə çarpır. İbn Qəyyim inanır ki, Əhməd ibn Hənbəl səhabələrin ixtilaflı olduğu halda dörd xəlifənin nəzərini sair səhabələrdən üstün hesab edirdi.”1

q) İcma.

Ümumiyyətlə, mövcud məlumatlara əsasən Əhməd ibn Hənbəlin səhabə tabeinin icma fikir birliyindən necə bəhrələnməsini belə bəyan etmək olar: Səhabələrin icması ixtilaf barədə agahlığın olmaması mənasına götürüldükdə Əhmədin nəzərində buna görö mötəbər sayılır ki, səhabənin nəzəri höccətdir, nəinki icma qeyd olunan mənada səhabənin sözünə höcciyyət vermiş olsun. Amma tabein onlardan sonrakı nəsillərə gəldikdə isə, belə demək olar ki, Əhməd ibn Hənbəlin tutduğu üslub o zaman əshabi-hədisin fəqihlərinin arasında mövcud olan üslubla əşhər (ən məşhur) nəzəriyyəyə tabe olmaq idi. YalnızQərineyi sarifəmövcud olan hal istisna olunur. İcma iddiası etmək onun nəzərində cəsarətli bir söz ehtiyatdan uzaq nəzər kimi cilvələnirdi.”2

2. Qeyri-nəqli yollar


Böyük İslam Enskilopediyasıkitabında bu barədə belə qeyd olunur: “Şübhəsiz, Əhməd ibn Hənbəl əshabi-rəy fəqihləri ilə müqayisədə qiyası ictihad rəyindən daha az məhdud səviyyədə istifadə edir ondan istifadə edilməsini nəqli dəlillərdən istifadə etməklə məhdudlaşdırırdı. Həqiqətdə o, qiyas rəydən yalnız o zaman istifadə edirdi ki, sabit bir məna, yaxud səhabədən bir nəzəriyyə, yaxud zəif ya mürsəl bir hədis tapılmırdı. Suallara cavab vermək üçün – “istishab”, “məsalihi-mürsələ”, “zəraye s. kimi üslublar da Əhmədin fiqhində çox çətin araşdırılmalı olan məsələ olduğundan başqa bir çarə olmurdu. Amma, bunlar hənbəli fiqhində nəzərə çarpacaq dərəcədə istifadə olunmuşdur. Bu mühüm məsələyə işarə etmək lazımdır ki, Əhmədin fiqhində3* ibadət bölməsində əsl ilkin qayda onun batil olması, müamilə bölməsində isə əsl ilkin qayda onun səhih olmasıdır. Bu, o deməkdir ki, Əhməd ibadətlə əlaqədar məsələlərdə şəriət sahibinin əmrləri ilə uyğun olanlardan başqasını səhih hesab etmir onun barəsində son dərəcə ehtiyat edirdi. Onun xüsusi hallarından biri kimi, hökmlər barəsində ehtiyatdan uzaq olması, orucun yeməklə içməklə batil edilməsi zamanı kəffarənin lazım olmaması qəzasının kifayət edilməsini qeyd etmək olar. İlk nəzərdə qeyri-təəbbüdi işlər olan müamilələr barəsində Əhmədin müqabilində (nəhyin gəlib çatdığı hallar istisna olmaqla) ilkin nəzəriyyənin səhih olduğu əsas götürülür.”1

Əhməd ibn Hənbəlin fiqhinin tarixi inKişafI yayIlmasI


Bu məsələ ilə əlaqədar “Böyük İslam Enskilopediyası” kitabında belə qeyd olunur:

“Əhməd ibn Hənbəl əsas etibarı ilə onun öz rəylərinin yazılmasını xoşlamırdı. Bu işi onun şagirdlərindən bir neçəsi, o cümlədən, Əbdüllah ibn Əhməd və Hənbəl ibn İshaq aşkar şəkildə xatırlatmışdır. O, tam ciddiyyətlə inanırdı ki, kitab yazarkən şəxsi nəzəri, hədislərə qatmadan yazmaq lazımdır. Fiqhi kitabların yazılması tamamilə adi bir iş olan dövrlərdə Əhməd qeyd olunan səbəblər üzündən nə özü fiqh sahəsində kitab yazmağa başladı, nə də şagirdlərinə onun öz nəzarəti altında kitab yazmağa icazə verdi. Bununla belə, Əhmədin istəyinin əksinə olaraq onun şagirdlərinin yazdığı əsərlər yalnız hənbəli fiqhinin sonrakı nəsillərə nəql olunması üçün bir vasitə idi. Ümumi halda “Məsaili Əhməd” adlandırılan əsərlərdən Əbu Davud Sicistaninin yazdığı “Məsaili Əhməd”, həmçinin Əbdüllah ibn Əhməd ibn Hənbəlin də həmin adda yazdığı başqa bir kitabı qeyd etmək olar. İshaq ibn Mənsur Kusəcin öz dostu ibn Rahvəyhlə bir yerdə yazdığı “Məsaili-Əhməd” kitabını qeyd etmək olar.

“Məsaili-Əhməd” adlı kitablardan əlavə, bəzən Əhməd ibn Hənbəlin şagirdləri onun fiqhi rəylərini özlərinin yazdığı başqa kitablarda da irəli çəkmişlər. İbn Nədim onun şagirdlərindən olan Əbu Bəkir Əsrəmin bir əsərinə işarə etmişdir ki, onda fiqhi sünnələri Əhmədin məzhəbi əsasında və hədisdən olan şahidləri zikr etməklə bir yerə toplamışdır.

Əhməd ibn Hənbəlin fiqhi təlimləri onun öz həyatı dövründə əshabi-hədis məzhəbinin yayıldığı məntəqələrdə çox diqqət mərkəzində idi. Üçüncü hicri əsrinin ortalarında Əhmədin rəyləri ibn Rahveyin rəyləri ilə yanaşı, əshabi-hədisin nəzərində özünəlayiq əhəmiyyətə malik idi. Üçüncü hicri əsrin axırlarında və dördüncü əsrin əvvələrində “Əhməd fiqhinin yeniləşdiricisi” ünvanı ilə tanınan Əbu Bəkr Xəllal “Əl-camiul-ulum Əhməd ibn Hənbəl” adlı bir kitab yazaraq onda həmin vaxta qədər müxtəlif kitablarda “Məsaili-Əhməd” barəsində yazılan təlimləri bir yerə toplamışdı. Ondan bir qədər sonra onun müasiri Əbul Qasim Xərqi “Əl-müxtəsər” adlı bir kitab yazmaqla Hənbəli fiqhini sırf şəkildə fiqhi əsərlərin yazılması mərhələsinə daxil etdi.

IV hicri əsrinin ikinci yarısında Əhməd ibn Hənbəlin ardıcılları onların ən mühüm mərkəzləri olan Bağdaddan əlavə Cəzirədə, Xəzər dənizinin qərb və cənub məntəqələrində, Xuzistanda və Misirdə də çox yayılmışdı. Amma ilk dərəcəli fiqhi məzhəblər sırasında Əhmədin məzhəbinin adı çəkilmədən yalnız üç əsas məzhəblə əlaqədar mənbələr IV hicri əsrində çox gözə dəyir. Bəzən də Davud Zahirinin məzhəbinin artırılması ilə dörd məzhəbdən söhbət gedir. V hicri əsrində üç məzhəblə yanaşı Əhməd və Davudun məzhəbləri də ikinci dərəcəli məzhəblər adı ilə tanınırdı.

Şübhəsiz, bu barədəƏhməd fəqih deyil, yalnız mühəddisdirsözü barəsindəki qədim mübahisələr müxaliflərin arasında V hicri-qəməri əsrinə qədər davam etdi. Hətta Əbul-Vəfa ibn Əqili (513- h.q) şiddətli etiraza vadar etmişdir. Hənbəlilərin rəyasət cəmiyyət səhnəsində nüfuzları genişləndiyi üçün VI hicri əsrinin birinci yarısından etibarən Əhməd ibn Hənbəl müxtəlif İslam ölkələrində əhli-sünnə immalarının dördüncüsü kimi təsdiq edildi. Bunun əks-sədası Vəzir ibn HübeyrəninƏl-İfzakitabında da gözə dəyir (560- h.q).1

Şübhəsiz, Əhməd ibn Hənbəl 150 ildən artıq bir müddət ərzində sünnülərin, xüsusilə əhli-hədisin əqidəvi rəhbəri olmuşdu. Sünnə və bidətin əsas meyarı Əhmədin sözləri sayılırdı. Onun əhli-hədis üçün tərtib etdiyi üsul (prinsiplər) sayəsində təcəssüm (Allahı cisim hesab etmək) və təşbih (Allahı məxluqata oxşatmaq) əqidələrinə olan meyllər daha da artmağa başladı. “Allahın müəyyən bir məkanda yerləşməsi”, “Öz ərşində qərar tutması”, “oradan ərşinin aşağısına baxması” və s. bu əqidələrin bir qismi hesab olunurdu. Belə ki, hənbəli məktəbinin əsası hədis barəsində təəssüb hədinə qədər tərəfdarlıq, eləcə də şəri və fiqhi hökmlərin əldə edilməsində rəy və qiyasdan istifadə olunması ilə müxalifət əsasında qurulmuşdu.

Əlbəttə, əhli-hədis müstəqil bir qrup şəklində yalnız IV əsrə kimi davam gətirə bildi V hicri əsrindən bu tərəfə sair sünnü qrupları, o cümlədən, əşairə, mürciə hətta mötəzilə müəyyən qədər əhli-hədisin nəzərlərindən ayrıldı özünə yeni sima aldı. Bütün bunlarla belə, hənbəli məktəbinin (sair sünnü firqə ideologiyaları ilə müqayisədə) həmişə azlıqda olmasının heç vaxt onlar qədər rəvac əhəmiyyət tapa bilməməsinin səbəbi bu idi ki, “bu məzhəbin ardıcılları hədisə, Peyğəmbər (s) sünnəsinə səhabələrin əməl rəftarlarına qarşı ciddi təəssübə malik olduqlarına görə müəyyən qədər azad fikirləşən, onlar qədər təəssübə malik olmayan, öz məzhəblərində istidlal yenilikçiliyə meyl edən hər hansı islami məzhəb firqələrlə müxalifət edir, sair məzhəblərin, o cümlədən şafeilərə şiələrə maneçilik törətməklə, əzab-əziyyət verməklə onlarla mübarizə aparırdılar.”2

Ümumiyyətlə, hənbəlilərin ifratçı təəssüblərə, çox donuq təfəkkürlərə malik olmaları, kəlamın zahiri mənalarını əsas götürüb ona istinad etmələri, əqidələrinin səthi olması, eləcə onların fiqhi məktəblərinin tarixi reallıqlardan uzaq düşməsi, həyatda ictimaiyyətdə mövcud olan gündəlik hadisələrdən uzaq qalmaları üst-üstə toplanaraq bu məzhəbin süquta, tənəzzülə uğramasına səbəb oldu. Buna görə sair məzhəblərə nisbətən tərəfdarı az oldu.”1

Həqiqətdə Əhməd ibn Hənbəlin (241-ci h.q ilində) ölümündən sonra təqribən bir əsr müddətində onun düşüncə fikirləri sünnə ilə bidətin ayırd edilməsində əsas meyar sayılırdı. Amma əşəri məzhəbinin yayılması ilə Əhmədin əqaidi tədriclə səhnədən çıxarıldı sələfiçilik unuduldu. Ustad Cəfər Sübhani bu barədə belə yazır: “(İbn Hənbəlin düşüncələrinin rövnəqlənməsinin ardınca) mütəfəkkirlər bu məsələyə yenidən baxdılar, yəhudilərdən məsihilərdən bu məzhəbə irs keçən bidətlərdən təmizlənməsi sürətləndi. (Nəhayət Əbül Həsən Əşəri hənbəli məktəbinə yaxınlaşmaqla onda əsaslı dəyişikliklər aparmağa çalışdı.) Hər bir halda, əşəri məzhəbinin yaranması ilə sələfiçilik, təcəssüm təşbihə təzahür etmək unuduldu.”2

Dördüncü hicri əsrində Əbu Məhəmməd Həsən ibn Əli ibn Xələf Bərbəharinin sələfi məzhəbinin dirçəldilməsi uğrunda ciddiyyətlə çalışmasına baxmayaraq, camaatın onun əleyhinə olan qiyamları müqabilində heç bir tədbir görə bilmədi.3

Cənab Ənsari Lari onun barəsində belə yazır: “Bərbəhari Bağdad hənbəlilərinin rəisi xüsusi rəylərə malik idi. Özünün düşüncə əqidələri ilə müxalifətçilik edən hər bir şəxsi şiddətlə döyüb yaralayır öz tərafdarlarını camaatla kobud rəftara vadar edirdi. Bərbəhari onun tərəfdarlarının Quran ayələrinin zahiri səthi mənalarını əxz edərək dərin mənalarına nəzər salmamaq, zehni çıxarlara inanclara arxalanmaq, yersiz qürur, cəhalət təəssübü onların yaydığı fitnə-fəsad səviyyəsinin genişlənməsinə, cəmiyyətin asudəlik asayişinin pozulmasına səbəb oldu camaat da onların əleyhinə qiyam edərək onlarla həmişəlik çarpışırdılar.”1

Sonralar, VII əsrin axırlarında VIII əsrin əvvəllərində əvvəlcə İbn Teymiyyə, daha sonra isə İbn Qəyyim Coziyyənin şagirdləri hənbəli əqidələrini daha artıq ifratçılıqla dirçəltdilər. “XII hicri əsrində hənbəli məzhəbi Məhəmməd ibn Ədül Vəhhabın təbliği Ali-Səudun qılıncı ilə daha geniş səviyyədə yayıldı Vəhhabi məzhəbiadı ilə bu ölkənin (Ərəbistanın) qanuni rəsmi məzhəbinə çevrildi. Tədricən Fars körfəzi ölkələrində Misirdə yayıldı.”2 Hazırkı dövrdə Məhəmməd ibn Əbdül-Vəhhabın törəmələri vəhhabiliyin İslama zidd olan əqidələrini dünya müsəlmanlarına qəbul etdirmək istəyirlər.

Əsas bəhsin davam etdirilməsindən və vəhhabiliyin ideoloji rəhbərlərinin işinin gedişatını araşdırmazdan əvvəl “sələfiyyə” sözünün lüğət və istilahdakı (termin kimi) mənasını bəyan etməyi zəruri hesab edirik. Bundan sonra sələfilərin etiqad üsulları barəsində müəyyən qədər bəhs aparacağıq ki, VII əsrin axırlarında və VIII əsrin əvvəllərində hənbəli fiqhini və sələfiçiliyi yeniləşdirən İbn Teymiyyə ilə əlaqədar bəhslərə zəmin yaransın.

Sələfiliyin lüğətdəKi və istilahdaKI mənasI


Sələfi sözünün lüğətdəki mənasıköhnəpərəst mühafizəkar müsəlmanlar”, bu günkü istilahda isəölüb gedənlərə təqlid etmək”, “ölülərə təqliddə qalmaqmənasını verir.3 Amma onun istilahdakı mənasına gəldikdə isə “IV hicri əsrində yaranan hənbəlilərdən bir qrupu özlərini sələfi adlandırırdılar. Çünki, onlar özlərini saleh sələflərin ardıcılları hesab edir etiqad, əməl fellərində Peyğəmbərə (s), səhabəyə tabeinə tabe olduqlarını iddia edirdilər.4Sələfilər öz sözlərində Əhməd ibn Hənbələ istinad edirdilər. Lakin bu xüsusda hənbəlilərin fəzilətli adamlarından bir qrupu bu sözlərin Əhməd ibn Hənbələ aid edilməsi xüsusunda onlarla münaqişəyə girişdi. Bu zaman sələfilərlə əşərilər arasında şiddətli mübahisə münaqişələr başlandı. Bu iki firqədən hər biri özlərinin saleh sələflərin yoluna dəvət etdiklərini iddia edirdilər.

Sələfilər mötəzililərin tutduğu yol ilə müxalif idilər. Çünki, mötəzililər İslam əqidələrinin bəyan olunmasında yunan məntiqindən əldə olunan fəlsəfi yolla gedirdilər. “Sələfilər İslam əqidələrini səhabə tabeinin əsrində mövcud olan qaydada bəyan etmək, yəni İslam əqaidindən istədikləri şeyi Kitab sünnədən öyrənmək istəyirdilər. Eləcə alimlərin Quran dəlillərindən başqa dəlillər barədə fikirləşməkdən məhrum edilmələrinin tərəfdarı idilər. Sələfilər əqli məntiqi üslublara ümumiyyətlə etiqad bəsləmir, yalnız Quranın hədisin aşkar göstərdiyinə inanır, Quranın nəssindən (aşkar, heç bir yerə yozula bilməyən bəyanlarından) başa düşülən dəlillərə istinad edirdilər.”1 Onlar deyirdilər ki, “dini əqidələri hökmləri əldə etmək üçün istər icmal, istərsə təfsil yolu ilə, eləcə istər etiqad, istərsə istidlal ilə Quran Quran əsasında olan sünnədən başqa, eləcə Quran sünnə əsasında olan üslubdan başqa bir yol mövcud deyildir.”2

Məhəmməd Əbu Zöhrə “Tarixül-məzahibil-İslamiyyə” kitabının 245-248-ci səhifələrində yazır: “Başçıları İbn Teymiyyə olan sələfilər deyirlər: “Hər bir əməl Peyğəmbərin (s) dövründə mövcud olmayıb, yerinə yetirilməyibsə sonralar da yerinə yetirilməməlidir.” İbn Teymiyyə bu ümumi qanundan digər üç qanunu da əldə edirdi:

a) “Heç bir yaxşı əməl sahibini, yaxud Allah dostlarından olan bir şəxsi Allah dərgahına yaxınlaşmaq üçün vasitə qərar vermək olmaz.”

b) “Heç bir diriyə və yaxud ölüyə pənah aparmaq, heç bir şəxsdən kömək istəmək olmaz.”

v) “Heç bir peyğəmbərin, yaxud əməli saleh şəxsin qəbrinə təbərrük etmək, təzim göstərmək olmaz.”3

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə