ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 5,57 Mb.
səhifə7/42
tarix15.03.2018
ölçüsü5,57 Mb.
#32240
1   2   3   4   5   6   7   8   9   10   ...   42

Əhməd İbn Teymiyyə


Əhməd İbn Teymiyyə hənbəli məzhəbinin fəqihi, mühəddisi mütəkəllimi idi hər növ azad düşüncəliklə yenilikçiliklə mübarizəyə qalxmışdı. Onun gördüyü mürtəce fikir tədbirlər hənbəli məzhəbinin tədrici olaraq geridə qalıb tənəzzülə uğramasına səbəb oldu. Belə ki, “Münazirati imam Fəxr Razi dər bareyi məzahibi əhli-sünnəkitabında yazılır ki, İbn Teymiyyənin əsrifəlsəfi təfəkkürün, məntiqi istidlalın süstlüyə tənəzzülə uğraması, onun əsrində sünnü ya şiə olmasından asılı olmayaraq, bütün müsəlmanların dinin zahiri mənalarına, quru maarif məzhəbin səthi mənalarına üz gətirməsidövrüdür.2 Həqiqətdə bu əsrdəsəthi təfəkkürə malik olan bəzi fəqih mütəkəllimlər, hənbəli kimiözlərinin xüsusi məzhəbi əqidələrini dinlərini müdafiə etməkadı ilə öz məzhəblərinə hərtərəfli bəraət qazandırmağa başladılar. Bu məqsədin həyata keçməsi üçün bəzi hallarda elm fəlsəfənin əleyhinə qiyam etdilər. İbn Teymiyyə hənbəli məzhəbində qiyam edənlərdən biri onun müdafiəçisi kimi sair İslam məzhəbləri ilə mübarizə edirdi. O, “hənbəli əqidəsinin dirçəldilməsiünvanı ilə yazdığı çoxlu kitablarda öz əqidəsini bəyan etmişdir.”3

TƏRCÜMEYi-HALI


Təqiyuddin Əbul Abbas Əhməd ibn Şəhabuddin Əbdül Həlim ibn Məcduddin Əbdüs Salam ibn Əbdüllah ibn Əbil Qasim Məhəmməd ibn Xizr ibn Məhəmməd ibn Xizr Hərrani Dəməşqi Hənbəli 661-ci h.q il (1263- miladi il) rəbiyül-əvvəl ayının onunda Abbasi xillafətinin Bağdaddakı süqutundan beş il sonra Şamın Hərran məntəqəsində dünyaya gəldi.1 Bu şəhər İbn Teymiyyənin təvəllüdündən qabaqkı illərdə, eləcə onun uşaqlıq dövrlərində həmişə monqol-tatarlar tərəfindən hücuma məruz qalırdı. Buna görə şəhər əhalisi, o cümlədən, Əbdül Həlim (İbn Teymiyyənin atası) bu şəhəri tərk edib Dəməşqə getməyə məcbur oldu (667-ci h.q, 1269-cu miladi). Bu zaman İbn Teymiyyənin yaşı altıdan artıq deyildi.

Onun üçün İbn Teymiyyə adlandırılması barəsindəBöyük İslam Enskilopediyasındabelə qeyd olunur: “VI-VII hicri (XII-XIII miladi) əsrlərində Hərran şəhərində İbn Teymiyyənin ailəsindən hənbəli məzhəbli görkəmli şəxsiyyətlər çıxmışdı. Bu sülalənin İbn Teymiyyə adı ilə məşhurlaşan ilk şəxsi Fəxrud-din Xətib Məhəmməd ibn Xizr idi (542-621-22 hicri, 1147-1225 miladi). Onun üçün belə adlandırılması barəsində deyilmişdir ki, onun atası, yaxud ana tərəfdən olan babası həcc səfərində Teyma adlı yerdən keçəndə gözəl bir qızı görür. O, həcc səfərindən qayıdanda öz körpə qızının Teymadakı qıza oxşadığını görüb onu Teymiyyə adlandırır. O qızın övladları da İbn Teymiyyə adı ilə məşhurlaşırlar. İbn Fəxruddin Məcduddin İbn Teymiyyənin babasının əmisidir (590-622-ci h.q, 1194-1252-ci miladi). O, hənbəlilərin böyük fəqihlərindən olmuş çoxlu kitab yazmışdır. Məcduddinin oğlu Şəhabuddin Əbdül Həlim (627-682-ci h.q, 1230-1283- miladi) Təqiyuddin İbn Teymiyyənin atasıdır ki, o da Hərranın məşhur fəqihlərindən biriŞeyxül-bələd, o yerin xətibi hakimi sayılırdı.”2

İbn Teymiyyənin atası Əbdül Həlimin hənbəli əqidələri səbəb oldu ki, onun öz övladlarını Dəməşqin hənbəli mədrəsələrinə göndərsin və hənbəli fiqhini öyrənməsinə səbəb olsun. Buna əsasən, Təqiyuddin İbn Teymiyyə özünün elmi və dini məlumatlarını ilk əvvəldən Dəməşqin hənbəli alimlərinin yanında təkmilləşdirdi və tədricən o dövrdə keçirilən elmlərdən, o cümlədən, fiqh, hədis, üsul, kəlam, təfsir, fəlsəfə, riyaziyyat, coğrafiya, eləcə də sair dinlərin əqidələri, xüsusilə məsihiyyət və yəhudiyyət əqidələri barəsində məlumatlar kəsb etdi.

O, hənbəli fiqhində ictihad dərəcəsinə çatdı, sair fiqhi məzhəblər barəsində dərin tədqiqat araşdırmalar apardıqdan sonra dördlük təşkil edən məzhəbin fətvaları ilə müxalif olan müəyyən fətvalar verdi bununla da fiqhdə özünün rəy nəzər azadlığını sübut etdi. Hələ 20 yaşına çatmamışdı ki, fətva vermək tədris etmək məqamına çatdı atasının 682-ci ildə vəfat etməsindən sonra 683- ilin əvvəllərində Səkriyyənin Darul-hədis mədrəsəsində tədrisə başladı... Onun ustadlarından İbn Əbdüd-daim Əli ibn Əhməd ibn Əbdüd-daim ibn Nemət Əl-müqəddəs əl-Hənbəlini (699-cu h.q, 1300- miladi), Məhəmməd ibn Əsakir (699 h.q, 1271-ci miladi), Yəhya ibn Seyrəfi (696- h.q), Qasim Ərbili (680- h.q), ibn Əbil Yüsür (672-ci h.q, 1273- miladi), Şəmsəddin Əbul Fərəc Əbdür-rəhman ibn Əbi Ömər Məhəmməd ibn Əhməd ibn Məhəmməd ibn Qüdamə Əl-Məqdisi Hənbəli (682-ci h.q)1, Müslüm ibn Əllan Şəmsəddin Əbul Ğənaim Dəməşqi (680- h.q), İbrahim ibn Dürca (681-ci h.q), Zeynuddin ibn Münəcca Əbul Bərəkat Tənuxi Hənbəli (695-ci h.q) başqalarının adını çəkmək olar.”2

İbn Teymiyyə 682-ci ildə atasının vəfatından sonraSəkəriyyəmədrəsəsinin rəhbərliyini öz üzərinə götürdü ilk dərsini 683- ilin məhərrəm ayının ikisində başladı. Bir il sonra, 684- ilin səfər ayının 10-u Əməvi məscidində Quran tədrisi təfsirinə başladı.”3

691-ci h.q ilinin axırlarına yaxın həccə getdi bu səfərdəMənasikul-həcckitabını yazmaq üçün lazım olan ləvazimatı özü ilə Dəməşqə gətirdi (güclü ehtimala əsasən bu kitabda həcc əməllərinin bəzi bidətlərini rədd etmişdir (692-ci h.q). “İbn Teymiyyənin siyasi həyata daxil olması ilk dəfə 693- ildə Həzrət Peyğəmbəri-Əkrəmin (s) barəsində nalayiq sözlər danışmaqda müttəhim edilən isveçli Əssaf (Əssaq) adlı bir məsihi şəxsin barəsində olmuşdur ki, o, İbn Teymiyyənin göstərdiyi canfəşanlıqlar səbəbi ilə ilk dəfə olaraq Əzraviyyədə həbs edildi. Bununla əlaqədar İbn Teymiyyə özünün böyükƏssarimul-məslulu əla şatimir-Rəsuladlı kitabını yazdı.1

İbn Teymiyyə Zeynuddin ibn Münəccanın vəfatından sonra onun yernə keçərək DəməşqinƏl-Hənbəliyyəmədrəsəsində tədris kürsüsünə əyləşdi öz dərslərini İmad ibn Münəccanın həlqəsində Şəmsuddin Fəxr Bəəlbəkkiyə həvalə etdi (17 şəban 695-ci h.q). O, (Misirin hakimi) “Məlik Mənsur Lacinin hakimiyyəti dövründə Misir hakimi tərəfindən tapşırıq aldı ki, sultanın Kiçik Ermənistana qoşun yeritdiyi zaman müsəlmanları cihada təşviq etsin.”2 Bu qoşun yeritmənin ardınca Kiçik Ermənistanın istehkamlarından bəziləri Misir ordusunun əlinə keçdi.

Əhməd İbn Teymiyyə 698-ci ilə qədər Dəməşqdə qaldı və bir hənbəli ruhanisi kimi yaşadı. Onun haqq yoldan sapması ilk dəfə olaraq bu ildə baş verdi. Ayətullah Cəfər Sübhani bu barəda belə yazır:

“...Amma bu ildə Humat əhalisi (Suriyanın şəhərlərindən biridir) ondan kəlam məsələləri barəsində soruşduğu sualların cavabınıKitabul-əqidətil-həməviyyətil-kubraadlı bir risalədə yazdı. O, bu risalədə Əşərinin kəlam məzhəbini tənqid etmiş aşkar şəkildə Allah üçün istiqamət cəhət olduğunu demiş, Onu cisim hesab etməsini işarə ilə başa salmışdır.”1 Halbuki, Qurani-kərimdə Allah-təala hər növ cisim cisim olmaqdan, eləcə məxluqata hər növ oxşarlıqdan uzaq hesab edilərək buyurur:Ləysə kəmislihi şəyunOnun oxşarı misli olacaq bir şey yoxdur.”

Əşərinin kəlam məzhəbini tənqid etmə məqamında olan bu kitabın yazılmasının ardınca böyük bir iğtişaş yarandı.2 Müxalifləri onu Allahı (məxluqata) bənzətməkdə müttəhim edirdi. O da Dəməşqin hənəfi qazisi Cəllaləddin Əhməd ibn Həssan ibn Ənuşirəvan Razinin hüzurunda (745-ci h.q, 1344-cü miladi) qazinin sultan tərəfindən əqidəvi məsələləri araşdırmaq üçün təyin olunmamasını bəhanə edərək onun hüzuruna getməkdən imtina etdi. “O dövrdə Dəməşqin ən nüfuzlu hakimi olan Əmir Seyfuddin Cağan İbn Teymiyyənin tərəfini saxladı və şəhərdə onun iğtişaş yaradan müxaliflərini döyüb fitnəni yatırtdı.”3 Nəhayət, onunla hənəfi qazisi və şafei qazisinin (İmamuddin Ömər ibn Əbdürrəhman Qəzvininin) arasında olan məclisdə Əmir Seyfuddin İbn Teymiyyəni müdafiə etdiyinə görə onun əleyhinə daha artıq maneələr yaradıldı.

699-cu hicri ilində (1299-cu miladi) Qazan Xan (İranda Elxan Monqol) Şamı ələ keçirmək üçün qoşun yeritdi və (Misir padşahı) Məlik Nasir Qəlavunu məğlub etdikdən sonra) Dəməşqin əhalisi ciddi təhlükə hiss etilər. Bu zaman İbn Teymiyyə onları müqavimət göstərməyə təşviq edənlər sırasında idi. Lakin Dəməşq şəhəri monqollar tərəfindən kütləvi qırğına məruz qaldı.

Bunlardan əlavə, İbn Teymiyyə 699-cu h.q ilinin şəvval ayının 20- franklara monqollara kömək etməkdə ihtiham olunan Kəsravan şiələrinin əleyhinə qoşun yeridilməsində iştirak etdi. 700- h.q ilində Şam bir daha monqollar tərəfindən təhdid olunmağa başladı. “İbn Teymiyyəyə tapşırıq verildi ki, camaatı cihada təşviq etsin. O, 700- h.q ilinin camadiyül-əvvəl ayında Qahirəyə getdi ki, sultan Məmluk Məhəmməd ibn Qəlavundan Şamın işlərinə müdaxilə etməsini istəsin. İbn Teymiyyə monqolların yenidən hücumu ərəfəsində, yəni 702-ci ilin Ramazan ayının 4- Şəqhəbin fəthində iştirak etdi. Bu müharibədə İbn Teymiyyəyə əmr olunmuşdu ki, fətva verərək mücahidləri oruc tutmaqdan azad etsin.”1

Bundan sonrakı illər İbn Teymiyyə üçün ağır mübahisələr dövrü olmuşdu. Belə ki, 704-cü ilin rəcəb ayında İbrahim Qəttan adlı bir şəxslə (o həşişdən istifadə etməkdə mühtəhim olunurdu), eləcə də yuxu təbiri və başqa şeylərlə mühtəhim olunan Şeyx Məhəmməd Xəbbaz Bəlasi ilə (İbn Teymiyyənin nəzərinə əsasən yuxu yozumunun heç bir elmi əsası yoxdur) münaqişəsi başladı və onlara bu işləri qadağan etdilər.

Bundan sonra 704- h.q ilində Dəməşqin müsəllasının yaxınlığında yerləşənNarənc” (yaxudTarix”) məscidinə getdi üstündə həzrət Peyğəmbərin (s) ayaq izləri olan camaatın təbərrük etdiyi bir daşı sındırdı dedi ki, ona təbərrük etmək öpmək caiz deyildir!”2

İbn Teymiyyənin bu düşüncə tərzində fikirlərində dərindən diqqət yetirməklə məlum olur ki, onun fikrindəki təəssüb donuşluq bütün əsər fikirlərinə hakim kəsilmiş bu da camaatın etiqadlarından çoxu, xüsusilə şiələrin etiqadı ilə müxalifətə qalxmasına səbəb olmuşdur. O, yaranan hər bir fürsətdən onlara zərbə vurmaq üçün istifadə edirdi. Belə aydın olur ki, İbn Teymiyyənin öz nəzər təfəkkürlərini məhz Dəməşqdə irəli çəkməsinin dəlillərindən biri budur ki, onun şiələrlə çoxdan bəri yaxşı münasibəti yox idi (Dəməşq əhalisinin dini keçmişlərinə diqqət yetirməklə məlum olur ki, onların İslam barəsində kifayət qədər məlumatları yox idi həqiqi İslamın əsl varislərini tanımırdılar). Buna görə “704- ilin axırlarında Kəsrəvan rafizilərinin əleyhinə yeridilən qoşunlarda3 iştirak etdi Dəməşqə qayıdarkən rəisləri monqolları himayə etməklə mühttəhim olunan Əhmədiyyə Rəfaiyyə firqəsinə həmlə etdi.”1

Qeyd olunmalıdır ki, bu dövrdə İbn Teymiyyə öz müxaliflərinəmonqollarla həmkarlıqdamğası vuraraq onları öz yolu üzərindən götürür, onlarla son dərəcə kobud rəftar edərək acı sözlər deyirdi. İbn Teymiyyənin əqidələrinə qarşı çıxmağa onun həbs edilməsinə səbəb onun 703- ildə gördüyü tədbirlər olmuşdu. O, bu ildə Mühyiddin Ərəbini söyüb lənətləməyə başladı, onun yazdığıFüsusül-hikəmkitabını öz əqidələri ilə müxalif hesab etdi ibn Ərəbinin ardıcılları olan firqələrlə mübarizəyə qalxdı. Misir sultanının canişini Əmir Bibris ona çox əqidə bağladığı Şeyx Əbul Fəth Nəsr ibn Süleyman Mənbəci Məqri Qahirədə Şeyx Kərumiddin, Şeyx Xaniqah Səidus-Süəada Mühyiddin Ərəbinin ardıcıllarından kəskin pərəstişkarlarından idi. İbn Teymiyyə onlara bir məktub yazaraq ibn Ərəbini çox məzəmmət etmişdi. “Nəsr Mənbəci bu məktubdan qəzəbləndi, Əmir Bibris Caşəngirin yanında malik olduğu ehtiram hörmətə görə Qahirədə (malikilərin qazisi) qazi Zeynuddin Əli ibn Məxluf ibn Nahiz Malikini vadar etdi ki, Bibrisdən istəsin ki, İbn Teymiyyəni Misirə çağırıb onu mühakimə etsin, tövbə etdirib öz puç əqidəsindən dönməyə məcbur etsin.”2

Bundan əlavə, İbn Teymiyyənin 705-ci h.q ilində yazdığıƏl-əqidətul-vasitiyyəkitabı onun mühakimə edilib əqidəsinin qarşısının alınmasının digər bir səbəbi idi. “Bu məsələnin araşdırılması üçün Dəməşqin hakimi Əfrumun vasitəsilə 705-ci ilinin 8 12 rəcəb tarixində Misirdə bir məclis təşkil olundu. Fəxruddin Razinin şagirdlərindən olan Səfuyiddin Hindinin1 iştirak etdiyi ikinci məclis2 belə nəzər verdi ki, vasitiyyə əqidəsində Quran sünnəyə müxalif bir mətləb yoxdur. Zahirən bu sona çatdırılmışdı. Lakin Mahmud İsfəhaninin şagirdi, şafei qazisi İbn Sərsəri bu işə yenidən baxılmasını tələb etdi İbn Teymiyyənin şagirdlərindən bir neçəsinə şallaq vurdurub Mühəddis Mizzini zindana saldırdı. Bu işə yenidən baxılmaq üçün təşkil olunan digər bir məclis 705-ci ilin şəban ayının 7- sultanın əmri ilə hakimin qərargahında təşkil edildi. Bu məclisdə vasitiyyə əqidəsi məhkum olunmadı ibn Sərsəri öz işindən istefa verdi.”3 Bu zaman Misirə belə bir xəbər çatdı ki, “Dəməşqin səltənət müşaviri elan etmişdir ki, hər kəs İbn Teymiyyənin əqidəsi barəsində bir söz desə, edam olunacaqdır. Sonra qazi Şəmsuddin ibn Ədlan Kənani Misri (şafeilərin mötəbər tanınmış qazisi) qəzəbləndi qazi Əli ibn Məxlufla birlikdə İbn Teymiyyənin əleyhinə qiyam etdi.”4 Nəhayət, İbn Teymiyyəni İbn Sərsərini Qahirəyə çağırdılar. 705-ci ilin Ramazan ayının 23- (1305-ci miladi, aprel ayı) Qahirənin Cədəl adlı qalasında qazi başçılarının (Misrin dörd qazil-qüzatının), fəqihlərin böyük dövlət işçilərinin iştirakı ilə məhkəmə təşkil olundu İbn Teymiyyə özünün təşbih təcəssüm əqidəsinə görə zindana məhkum edildi. Həmçinin, Dəməşqin Came məscidində qiraət olunmaq üçün bir məktub da yazıldı. Bu məktubda İbn Teymiyyə Allahı cisim bilmək, Allahın yuxarıda olmasına inanmaq, eləcə Quranın səs hərfdən ibarət olması, onun qədim olması əqidəsilə müttəhim edildi belə hökm çıxarıldı ki, əgər hənbəlilər bu əqidədən əl çəkməsələr öz məqamlarından kənar edilməlidirlər.

İbn Teymiyyə 707-ci h.q ilinin rəbiyül-əvvəl ayının 26-a qədər (təqribən bir il yarım) QahirəninƏrkzindanında həbsdə qaldı. Sonra o, Bibrəs Caşəngirin rəqibi Əmir Səlların bədəvi əmir Mühənna ibn İsanın vasitəçiliyi ilə azad edildi məlum olmayan tarixdəƏl-əqidətut-tədəmmuriyyəadlı kitabını onların adına yazdı.”1

İbn Teymiyyənin həbsdən azad olunmasına baxmayaraq Dəməşqə qayıtmağa haqqı yox idi. O, öz gümanı əsasında hər bir bidəti məhkum edir, bidətçini zındıq və dinsiz sayırdı. Buna görə də Misirin ən nüfuzlu sufiləri olan ibn Ətaullah (o, Əbul Həsən Mursinin şagirdi idi) və Kərumiddin Amuli (“Darus-səidis-süəda”nın rəisi) çəkişməyə başladı. Bunun ardınca 707-ci ilin şəvval ayında camaatın ümumi iğtişaşının ardınca onu şafei qazisi Bədruddin ibn Cəmaətin hüzuruna çağırdılar. Qazi ondan istədi ki, özünün təvəssül və istiğasə (Peyğəmbəri (s) və yaxud hər hansı bir övliyanı köməyə çağırma) barəsindəki nəzərini desin. Daha sonra Şama qayıtmasına icazə almasına baxmayaraq İbn Teymiyyəni Qahirənin qazilər zindanında bir neçə ay həbsdə saxladılar.

Cənab Himməti yuxarıdakı mətləbə işarə edərək yazır: “707-ci ildə Bibris Caşəngirin qüdrətə və hakimiyyətə çatması ilə eyni zamanda İbn Teymiyyənin əzab-əziyyətləri və işgəncələri yenidən başlandı. 709-cu ilin səfər ayının axır gecəsində onu ciddi nəzarət altında İsgəndəriyyəyə apardılar və orada da onu nəzarət altında saxladılar... Səltənət qəsrində həbsdə olduğu yeddi ay ərzində Misirdən keçən məğriblilərin çoxu onun görüşünə gəlirdilər. Bu müddət ərzində bir neçə mühüm kitab yazmışdı ki, onlardan “Ər-rəddu ələl-məntiqiyyin” kitabını qeyd etmək olar.

709-cu h.q ilinin şəvval ayının əvvəlində yenidən Məhəmməd ibn Qəlavun hakimiyyətə gəldi. O, İbn Teymiyyəni həbsdən azad etdi Qahirədə öz hüzuruna qəbul etdi. İbn Teymiyyə təqribən 3 il ərzində o şəhərdə qaldı. Məhəmməd ibn Qəlavun (Əl-məlikün-Nasir) Şamla əlaqədar məsələlərdə bəzən onunla məşvərət edirdi. Bu müddət ərzində İbn Teymiyyə xüsusi şəkildə dərs verir ondan soruşulan müxtəlif suallara cavab verirdi. Həmin dövrdə özünün məhkəmə işləri ilə əlaqədar olanKitabus-siyasətiş-şəriyyəkitabını təkmilləşdirməyə başladı... Qısa müddət ərzində aradan gedən monqolların yeni təhdidləri İbn Teymiyyəni Dəməşqə çəkdi (712-ci h.q). Əl-məlukun-Nasir 713- ilin məhərrəm ayının 11- həcc səfərindən qayıdanda bu şəhərin maddi idari qurumunu yeniləşdirmək üçün müəyyən tədbirlər gördü. Bundan əlavə, 712-ci ilin rəbiüs-sani ayında Əmir Tənkəz bu şəhərə hakim təyin edildi. İbn Teymiyyə mədrəsənin rəyasəti məqamına təyin olundu. Havadarları ona müstəqil bir müctəhid gözü ilə baxırdılar. Bu dövrdə onun ən fəal şagirdi olan İbn Qəyyim Covziyyə onun fikir əqidələrinin yayılmasında çox ciddiyyət göstərdi nəticədə öz ustadı kimi giriftarçılığa düçar oldu. Təqribən 716- h.q ilinin axırlarında İbn TeymiyyəMinhacüs-sünnətin-Nəbəviyyəkitabını yazaraq1bu kitabda Əllamə Hilliyə həmlə etdi. Bununla belə, onun azadlıq dövrü gəlib çatdı, 718-ci h.q ilində sultandan bir fərman gəldi. Bu fərman İbn Teymiyyəni hənbəli məzhəbindəki etiqadlarla müxalif olan təlaq barəsində hər növ fətva verməkdən çəkindirirdi. İbn Teymiyyəyə irad tuturdular ki, o bir məclisdə üç təlaqın səhih olmağını inkar edir onunla təlaq vermək qəsdi ilə yanaşı olmadığı halda təlağa dair and içməyi mötəbər saymırdı. Bu xüsusda Tənkəzin rəyasəti ilə 718-719-cu illərdə iki məhkəmə məclisi təşkil olundu. Üçüncü məclis 720-ci il rəcəb ayının 20- təşkil olundu İbn Teymiyyə sultanın əmr fərmanlarına itaət etməməkdə müttəhim olunaraq həbsə məhkum edildi. Məmurlar dərhal İbn Teymiyyəni tutaraq DəməşqinƏrkzindanına saldılar. Orada 5 aydan çox qaldı, məhərrəmin 10-da Məlik Nasirin fərmanı ilə azad edildi. 726- il şəban ayının 16-da heç bir məhkəmə hökmü olmadan İbn Teymiyyə bir daha tutuldu sultanınƏməviməscidində hamı üçün oxunan əmri əsasında fətva vermək səlahiyyətindən məhrum edildi. Onun yazdığıZiyarətül-quburkitabına irad tuturdular. Çünki, o bu kitabda ilahi övliyaları müqəddəs saymağı haram bir hesab etmişdi. Onunla yanaşı şagirdlərindən bir neçəsini zindana saldılar. Lakin İbn Qəyyim Covziyyədən başqa onların hamısı az bir müddətdən sonra azad edildilər...”1

Cənab Fəzai İbn Teymiyyənin Dəməşqin hakiminin əli ilə zindana salınmasının səbəbini belə bəyan edir: “İbn Teymiyyə müsəlmanların, eləcə öz havadarlarının şagirdlərinin arasında malik olduğu elmi şöhrətə görə özünə çoxlu tərəfdar toplaya bilmişdi. Həmçinin, mövcud siyasətə məzhəbi əqidələrə qarşı etirazlı tənqidçi fikirlərə malik olduğuna görə Dəməşqin hakimi onun özündən, həmçinin ardıcıllarının etirazçı fikirlərinin çoxluğundan qorxurdu. Buna görə ona əzab-əziyyət verib ağır təzyiqlərə məruz qoydu. Sonra da bir müddət onu həbs edib Dəməşqin zindanına saldı...”2

“Böyük İslam Enskilopediyası”nda qeyd olunanlara əsasən, “bu dövrdə İbn Teymiyyənin zindana salınmasının əsas səbəbi onun şagirdi İbn Qəyyim Covziyyə və onun öz ustadından öyrəndiyi fikir və düşüncələri idi. Məqrizinin yazdığına görə “sultanın fərman verməsinin səbəbi bu idi ki, İbn Teymiyyənin tanınmış şagirdi olan Şəmsəddin İbn Qəyyim Covziyyə Qüds şəhərində şəfaət və peyğəmbərlərə təvəssül məsələsi barəsində danışmışdı. Yəni ustadı İbn Teymiyyənin fətvasına əsasən onu caiz hesab etdi və o Həzrətin (s) məscidini nəzərə almadan sadəcə o Həzrətin (s) qəbrinə üz gətirməyi inkar etdi. Beytül-müqəddəsin əhalisi bu fətvadan narahat oldular və Dəməşqin qazil-qüzatı Cəlaləddin Məhəmməd Qəzviniyə məktub yazdılar. Bu xəbər sultan Məlik Nasir ibn Qəlavuna çatdı. O da məsələni hənəfilərin qazil-qüzatı Şəmsuddin Məhmməd ibn Osman Həriri Hənəfiyəyə göndərdi. Qazil-qüzat Hənəfi də İbn Teymiyyəni bərk məzəmmət etdi və Məlik Nasir də onun tutulub zindana salınmasına dair hökm verdi.

İbn RəcəbTəqabatulhənabiləadlı kitabında qeyd edir ki, Misirdə həva-həvəs (nəfsani istəklər) əhlindən 18 nəfər İbn Teymiyyənin əleyhinə fətva verdilər. Onların da başında maliki qazil-qüzatı Təqiyuddin Məhəmməd ibn Əbubəkr ibn İsa ibn Bədran Əqnai (750-ci h.q, 1349-cu miladi) idi. Misirin dörd məzhəbinin hər birinin qazisi onun həbs olunmasına dair fətva verdi.”3

İbn Teymiyyə 728-ci ilə qədər Dəməşq zindanında qaldı elə orada da kitab yazıb fətva verməsini davam etdirdi. O, üsuli-fiqh barəsindəkiMəaricül-vüsul”, eləcə Rəful-məlamƏr-rəddü ələl-əfnaikitablarını bu dövrdə yazmışdı. Onun bu dövrdəki ən qatı müxaliflərindən biri Qahirədə maliki qazil-qüzatı Təqiyüddin Əfnai Dəməşqdə şafei qazil-qüzatı Əlauddin Qunəvi (İbn Ərəbinin şagirdlərindəndir) idi. “Əfnai sultana şikayət etdi. Sultanın fərmanı ilə İbn Teymiyyəni 728-ci hicri ili camadiyül-axır ayının 9-da kitab, kağız qələmdən məhrum etdilər.” Beş aydan sonra, zil-qədə ayının 20- İbn TeymiyyəƏrkzindanında öldü böyük bir kütlə tərəfindən DəməşqinSufiyyəqəbristanlığında dəfn edildi”.1

Cənab Fəqihi İbn Teymiyyənin ölümü barəsində belə yazır: “...İbn Teymiyyənin dəfn mərasimində iştirak edənlərin sayını iki yüz min nəfər qeyd etmişlər. Bəziləri onun meyyit qüslunun suyunu təbərrük olaraq içir, ona aid olan hər bir şeyə ehtiram göstərirdilər. Bununla da demək olar ki, İbn Teymiyyənin tərəfdarlarından bir qrupu Şamda qaldı. Məhəmməd ibn Əbdül-Vəhhabın dövrünə qədər onun ardıcılları Şamda olmuşlar. Ehtimal üzrə Məhəmməd ibn Əbdül-Vəhhab öz əqidələrini ondan əxz etmişdir.”2

İbn Teymiyyənin tərcümeyi-halını şərh edərkən onun öz rəy və əqidəsində müəyyən ardıcıllıq görürük. Eyni halda, bunlar onun sözlərinin düzgün olmasına dəlalət etmir, əksinə, onun bütün İslam alimləri və dördlük təşkil edən sünnü məzhəbinin alimləri qarşısında inadkarlığını göstərir. Belə ki, o, danışıqda kobud, acıdilli olduğuna görə onun məktəbi çox da rəvac tapmamışdı. Onun ölümü ilə də məzhəbi süquta doğru sürüklənirdi. Baxmayaraq ki, onun məşhur şagirdləri, o cümlədən, İbn Qəyyim Covziyyə və ondan sonra İbn Kəsir bu məzhəbi yaymağa başladılar. Lakin bu barədə nəzərə çarpacaq dərəcədə müvəffəqiyyət qazana bilmədilər. Nəhayət, hicrətin XII əsrində Məhəmməd ibn Əbdül-Vəhhab İbn Teymiyyənin sərt və təəssübkeşlik əsasında olan düşüncələrini və rəylərini bir daha dirçəltdi.

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə