ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə1/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
  1   2   3   4   5   6   7   8   9   ...   106


 

 
 
 
 
 
 
VƏHHABİLİYİN SİYASİ TARİXİ  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
MÜƏLLİF: DOKTOR MƏNSUR 
HƏQİQƏTPUR 
 
 
 
 
 
 
 
 
 
 
 


 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kitabın adı......................................“Vəhhabiliyin siyasi tarixi” 
Müəllif:................................................Doktor Mənsur Həqiqətpur 
Tərcümə edən:....................................................................M. Əlizadə 
Nəşr edən:........................................................................ 
Tiraj:............................................................................................3000 
Çap növbəsi:  .............................................................................. Birinci 


 

MÜQƏDDİMƏ 
İslamın  əbədi  ayini  coğrafi  cəhətdən  Asiyanın  cənub-qərbindəki  quru 
və yandırıcı iqlimə malik olan Ərəbistan diyarında (610-cu miladi ilində) 
zahir  oldu.  Bu  diyarın  əhalisi  İslamdan  öncə  cahiliyyət  dövründə 
yaşayırdılar.  Böyük  əksəriyyət  çirkin  və  insanlığa  yaramayan  əxlaqa 
malik  idi.  Ərəb  cəmiyyətlərinə  hakim  olan  qəbilə  icması  şəklində  olan 
həyat  tərzinin  əsas  xüsusiyyətlərindən  biri  daim  çarpışma,  müharibə  və 
qan  axıtma  idi.  Amma  İslam  dini  zühur  edərkən  qəbilə  icması 
formasında olan yaşayışa hörmətlə yanaşdı. Belə ki, İslam cahil ərəblərə 
onların  qeyri-insani  əməl  və  əqidələrinin  tərk  olunması  üçün  müəyyən 
yollar təyin etdi və sonuncu peyğəmbər Həzrət Məhəmməd (s) vahid bir 
ümmətin,  nurani  bir  cəmiyyətin  yaradılması  üçün  yol  göstərdi. 
Peyğəmbəri-Əkrəm  (s.ə.v.v)  iyirmi  üç  il  ərzində  insanları  İslam  dininə 
dəvət etdi. O, təzə müsəlman olmuş cəmiyyətin genişlənib inkşaf etməsi 
və tərəqqiyə çatması üçün özünün var-qüvvəsi ilə çalışdı və cəmiyyətdə 
dərin dəyişikliklər yarada bildi. 
Allah  tərəfindən  göndərilən  sonuncu  Peyğəmbərin  (s)  vəfatı  ilə 
bünövrəsi  təzəcə  qoyulmuş  İslam  cəmiyyətinin  vəziyəti  tamamilə 
dəyişdi,  Əhli-beytin  (ə)  hüquqlarının  tapdalanması  ilə  yeni-yeni 
çətinliklər yarandı. 
Bəni-Saidə  səqifəsində  baş  verən  hadisələr  İslam  ümmətində  sonrakı 
təfriqələrin  və  nifaqların  çoxunun  mənşəyi  oldu,  Peyğəmbəri-Əkrəmin 
(s.ə.v.v)  vəfatından  sonra  onun  haqq  canişini  olan  Həzrət  Əlinin  (ə) 
Qədir-Xumda təyin olunan məqamı unuduldu və o Həzrət (ə) iyirmi beş 
il müddətində öz haqqından məhrum qaldı. 
O  Həzrət  (ə)  bu  müddət  ərzində  xəlifələrin  (Əbu  Bəkr,  Ömər  və 
Osman)  işlərinə  ciddi  şəkildə  nəzarət  edir,  daim  onların  həqiqi  İslam 
yolundan  çıxmalarının  qarşısını  alırdı.  İnsaf  və  ədalət  simvolu  olan 
Həzrət Əli (ə) 35-ci h.q ilində müsəlmanların israrı ilə xilafətə çatdıqda, 
onun ədalətinə  tab  gətirə bilməyənlər  müxalifətçiliyə qalxdılar.  Nəhayət 
təəssübkeş və quru müqəddəslər (xəvaric) tərəfindən şəhid edildi. 
Peyğəmbəri-Əkrəmin  (s.ə.v.v)  vəfatından  sonra  İslam  cəmiyyətində 
baş  verən  dəyişikliklər,  bir-birilə  müxtəlif  düşüncələrə  və  rəylərə  malik 
olan  firqələrin  yaranmasına  səbəb  oldu  və  bu  da  öz  ardınca  çoxlu 
yeniliklər gətirdi. 


 

BİRİNCİ BÖLMƏ 
VƏHHABİ FİRQƏSİNİN YARANMASI VƏ ONUN İDEOLOJİ 
RƏHBƏRLƏRİ 
ƏHLİ-SÜNNƏ VƏL-CƏMAƏT 
Əhli-sünnə İslam ümmətinin təqribən dörddə üçünü təşkil edən böyük 
bir  müsəlman  qrupuna  deyilir.  Onlar  dörd  sünnü  məzhəbinin  imamları 
olan  Əbu  Hənifə,  Malik  ibn  Ənəs,  Əbdüllah  ibn  İdris  Şafei  və  Əhməd 
ibn  Hənbələ  tabedirlər.
1
  Onlar  özlərinin  Allahın  kitabı,  Peyğəmbərin  (s) 
sünnəsi, sahabə və tabeinlərinin yolunda olduqlarını deyirlər.
2
  
İcma  əhli  barəsində  bunu  qeyd  etmək  lazımdır  ki,  imamın  təyin 
olunmasında  bəziləri  inanırdılar  ki,  imam  ittifaq  və  ixtiyar  əsasında 
müəyyən  olunur,  başqa  sözlə  müsəlmanların  əksəriyyəti  fikir  birliyi  ilə 
bir  kəsi  imamətə  seçsələr  o,  imam  kimi  tanınır.  Buna  görə  də  əhli-
cəmaətə bəzən əhli-icma da deyilir.
3
  
Tarixi  araşdırmalardan  aydın  olur  ki,  hər  kəs  Raşidi  xəlifələrin 
xilafətinə  tabe  olsa  və  Əbu  Bəkr,  Ömər,  Osman  və  Əli  (ə)  kimi  Raşidi 
xəlifələrini  qəbul  edib,  onların  imamətini  qəbul  etsə,  istər  onların 
dövründə  olsun,  istərsə  də  hal-hazırda  yaşasın–sünnü,  yaxud  əhli-sünnə 
vəl-cəmaət  adlandırılır.
4
  Əhli-sünnə  və  cəmaət  özlərini  İslam  əhlinin 
vasitəsi
5
, yaxud orta ümmət adlandırır, yəni özlərini seçilmiş və nümunə 
bir ümmət hesab edirlər. 
ƏHLİ-SÜNNƏ VƏ ONUN TARİXİNDƏKİ DƏYİŞİKLİKLƏR 
Tarixin  müxtəlif  dövrlərində  sünnü  məzhəbi
6
  bir  neçə  mühüm 
                                                 
1
 Ticani,  Seyyid  Məhəmməd,  “Həqiqi  Əhli-sünnə”,  Abbas  Əli  Bəratinin  tərcüməsi, 
“Məarifi İslami” təşkilatı, Qum, payız, 1373-ci il, birinci cild, səh.37 
2
 Dörd məzhəbdə olan sünnülərin üsuli-dində və əqidə üsullarında bir-birilə ixtilaflı 
olmalarına  baxmayaraq,  hamısı  aşağıda  qeyd  olunan  dörd mənbədən  əldə  olunan  əsas 
şəriət hökmləri və əqidələr barəsində fikir birliyindədirlər: 
1.Quran, 2.Hədis, yaxud sünnə, 3.Ümmətin icması, 4.Qiyas. 
3
  Xosrov  Şahi,  Seyyid  Rza,  “İslam  məzhəb  və  firqələrinin  zahir  olma  səbəbləri”, 
Tehran nəşriyyatı, 1341-ci il, birinci çap, səh.16 
4
 Ticani, “Həqiqi Əhli-sünnə”, səh.37-38 
5
 Xosrov Şahi, “İslam məzhəb və firqələrinin zahir olma səbəbləri”, səh.17 
6
 “Hədisi-ma” kitabının müəllifi Əhli-sünnə arasında hədis yazılması barəsində belə 
deyir:  “Sonralar  Əhli-sünnə  adı  ilə  tanınan  Bəni-Saidə  səqifəsi  tərəfdarları  “Allahın 
kitabı bizə bəsdir!” sözünü əsas tutaraq əvvəllərdə hədis yazmırdılar.” Müdir Şanəçinin 
inancına  görə:  “Əhli-sünnənin  hədisi  2-ci  hicri  əsrinin  ortalarına  qədər  şifahi  şəkildə 
nəql olunub. Onun istinadı da ravilərin hafizəsi idi. Çünki sünnülər ikinci xəlifə Ömər 
ibn  Xəttabın  etdiyi  qadağan  nəticəsində  hədis  yazıb  kitab  şəklinə  salmadılar.  Lakin 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə