226
sakit qalmayıb Məkkənin ətraf nahiyələrində camaatı öldürür və oranın
əmniyyətini pozurdular. Bu işlə əlaqədar 1219-cu hicri qəməri ilində
camaatın bir dəstəsi bu fitnə və çəkişmələr nəticəsində Kəbənin
ziyarətinə gedə bilmədilər.”
1
Hicazın ətraf nahiyələrində məntəqəyə hakim olan əmin-amanlığı
pozan vəhhabilər Şərif Qalibin nəzarəti altında olan Məkkə ilə sair
şəhərlər arasında yaranan daxili ixtilaflar əmin-amanlığın olmaması
nəticəsində hacıların Məkkəyə ziyarətə gəlmədikləri üçün Şərif Qalibin
qarşılaşdığı iqtisadi böhranlar, Məkkənin vəhhabilərin vasitəsilə hər
tərəfdən mühasirə edilməsi, Şərif Qalibə Babi-Ali və Şam hacılarının
əmiri və hakimi İbrahim Paşa tərəfindən əsaslı köməklər olunmaması və
s. kimi digər amillər nəticəsində Məkkənin əmiri daxildən yavaş-yavaş
süstlük və zəifliyə düçar oldu və onun vəhhabilərlə sülh bağlamasına
zəminə yaratdı.
Həmin vaxtlar Məkkənin ətrafında yaşayan ərəblərin çoxu vəhhabilərlə
beyət etmişdilər. Səud da öz hakimlərinə – Üseyrin hakimi Əbdül-
Vəhhab Əbu Nöqtəyə, Bişənin hakimi Salim ibn Şəkbana və Taifin
hakimi Osman Müzayiqiyə göstəriş verdi ki, Məkkəni kəskin mühasirəyə
alıb şəhərə gələn yemək ehtiyatlarının qarşısını alsınlar. 1219-cu hicri
qəməri ilinin Zil-həccə ayının axırlarında başlanan və 1220-ci ilin Zil-
qədə ayına qədər davam edən bu hadisə nəticəsində fəqirlik və bahalıq
şəhər əhalisinə üz gətirdi. Belə ki, “camaat şiddətli aclıq nəticəsində
köhnə dəriləri, dəvənin turşumuş və iylənmiş südlərini bişirdikdən sonra
yeyirdilər. Hətta pişik, it və hər bir heyvanın ətini yeyir, qan içirdilər...
Camaatın çoxu aclıqdan ölürdü.”
2
Məkkənin mühasirəsindəki və camaatın çətinliklərinin artmasındakı
ibrətamiz və əhəmiyyətli məsələ Məkkə böyükləri və sərvətlilərinin
vəhhabiliyə üz gətirmələridir. Bu da göstərir ki, yüksək təbəqədən olan
insanlar, böyük şəxsiyyətlər, əşraf-əyanlar və sərvətlilər müəyyən bir
çətinliklə üzləşsələr düşmənin xeyrinə qalxan və mübarizə səhnəsindən
qaçan ilkin şəxslər olurlar. Vəhhabilər Şərif Qalib üçün müxtəlif
çətinliklər yaratdıqdan sonra şəhəri mühasirədən çıxarmağa qadir
olmadıqlarını gördülər. Bu zaman öz tərəfindən onun yanına bir
nümayəndə göndərib sülh istədilər. “Hineynədən olan Əbdürrəhman ibn
Nami adlı bir vəhhabi alimi Şərif Qalibin yanına gəlib onunla sülh
bağlamaq barəsində söhbət etməyə başladı. Belə bir şərt də qoydu ki,
Şərif onların Allah evini ziyarət etməyə və sonra öz məntəqələrinə
qayıtmalarına icazə versin. Əlbəttə, camaatın hamısı vəhhabilərin
1
Həmin mənbə, səh. 36.
2
Həmin mənbə, səh. 42.
227
hökuməti altında, Məkkə şəhəri isə Şərifin hakimiyyəti altında olsun.
Həmçinin, Hineynəni qaytarmağı, maddi və cani zərərlərin öhdəsindən
gəlməyi öz üzərinə götürdü. Bir sözlə məsləhət gördükləri hər bir şeyin
zərərini ödəməyi qəbul etdi, Məkkə əhalisi ilə mülayim və
mehribancasına davranmağı söz verdi.”
1
Sonra Səudu bu hadisədən
xəbərdar edib onun cavabını gözlədilər. Vəhhabilər şəhərə daxil olub
Məhərrəm ayının on birinə qədər orada qaldıqdan sonra çıxıb getdilər.
Şərif Qalib (1220-ci hicri qəməri ilində) Məkkəni, Cəddəni, Yənbunu və
onların ətraf nahiyələrini sahmana salmaq üçün bir fürsət tapdı. Həmin
ildə Səudun tərəfindən (Diriyyədən) bir neçə qasid Şərifin yanına gəlib
Məhəmməd ibn Əbdül-Vəhhabın əqidələrinin bərqərar edilməsi ilə
əlaqədar məktubları ona verdilər. Bu, vəhhabilərin Məkkəyə nüfuz
etmələrinin başlanğıcı idi.
Sultan Osmani tərəfindən heç bir yardım almayan Məkkə əmiri son
dərəcə zəifləmişdi. Vəhhabilərlə zahirdə xoş davranırdı. Lakin daxildə
Osmanlı dövləti ilə daim əlaqədə idi. Məktub yazır, onları Məkkə və
digər şəhərləri vəhhabilərin əllərindən çıxartmaq üçün bir ordu
göndərməyə təşviq edirdi. Digər tərəfdən də Sultan Osmanlı sultanı
Misirin hakimi Məhəmməd Əlipaşanın yanına qasidlər göndərməklə onu
Ərəbistan yarımadasında vəhhabilərin işini tamamlamağa əmr edirdi.
Bəlkə də Misirin hakimi Əlipaşanın vəhhabilərin əleyhinə gec qalxmağın
əsas dəlili bu ola bilər ki, o, Şərif Qalibin hərbi qüvvəsinin kifayət qədər
zəifləməsini gözləyirdi ki, Misir qüvvələrinin daxil olduğu zaman onlara
qarşı tamamilə hərbi üstünlükləri olsun.
Cənab Fəqihi vəhhabilərin Mədinə şəhərində gördükləri fəaliyyətləri
barəsində belə yazmışdır: “...Vəhhabilər 1220-ci hicri qəməri ilində
Mədinəni ələ keçirtdilər. Mədinəni ələ keçirtməklə Səud Peyğəmbərin (s)
hərəmində mövcud olan bütün qiymətli əşyaları öz ixtiyarına keçirtdi. Bu
zaman Məkkə və Mədinənin Osmanlılar tərəfindən olan qazisini
Mədinədən qovdu. Sonra qəbirlər üzərində tikilən məqbərələri və
binaları uçurtmağa başladı.”
2
Vəhhabilər Məkkənin qaziliyini Şeyx Əbdül-həfizə, Mədinənin
qaziliyini isə bu şəhərin bəzi alimlərinə tapşırdılar. Onlar camaata
Peyğəmbərin (s) qəbrini ziyarət etməyi qadağan edirdilər. “Tarixi-
Məkkə” kitabında vəhhabilərin 1221-ci hicri qəməri ilində Mədinəyə
hücumlarının elan edilməsi ilə yanaşı belə göstərilir: “(Vəhhabilər) 1221-
ci hicri qəməri ilində Mədineyi-Münəvvərəyə hücum edib şəhərə daxil
oldular və orada olan məqbərələri, o cümlədən “Bəqi” qəbiristanlığında
1
Həmin mənbə, səh. 42.
2
Həmin mənbə, Fəqihi, səh. 310
228
yerləşən imamların məqbərələrini uçurtdular...”
1
Beləliklə, həcc karvanlarının həcc mərasiminə gəlişi kəsildi və Məkkə-
Mədinə vəhhabilərin hakimiyyəti altında olduğuna görə hacılar bir neçə
il həccə gedə bilmədilər. Belə ki, “1221-ci hicri qəməri ilində Şam
hacılarının və 1222-ci ildə Misr hacılarının karvanının həccə gəlişi
kəsildi. İraqda həcc proqramı dörd il, Şamda üç il və Misrdə də iki il
dayandırıldı.”
2
Vəhhabilərin Şərif Qaliblə sülh etməsi nəticəsində yavaş-yavaş Hicazın
hamısı vəhhabilərin ixtiyarına keçdi. Onlar öz məslək və ayinlərini güclü
şəkildə təbliğ etməyə başladılar və öz müxalifləri ilə də şiddətlə
davranırdılar.
Vəhhabilərin Hicaza qələbə çalmalarından bir neçə il sonra misirlilər
tərəfindən onların əleyhinə hərbi hərəkat başlandı. Bu, Sultan Osmaninin
və Misir hakimi Əlipaşanın vəhhabilərlə etdikləri ciddi rəftarlarının
başlanğıcı idi. “Nizami Ali Səud” kitabının müəllifi bu barədə belə
yazmışdır:
“...Bu zaman bəzi məsələlərdən və xarici müharibələrdən çıxan
Osmanlı imperiyası da əks hücumlara başladı. Misirin hakimi
Məhəmməd Əlipaşa bu hərəkatın rəhbəri oldu. Misir qüvvələri Tosun
oğlu Məhəmməd Əlinin başçılığı ilə 1191-ci hicri şəmsi ilində (1812-ci
miladi ilində) Mədinəni, sonrakı ildə isə Məkkəni aldılar. 1193-cü hicri
şəmsi (1814-cü miladi) ilində Səudun kürsüsündə əyləşən Əbdüllah
məcburiyyət qarşısında qalıb çəkişmələri tərk etmək barəsindəki
müqaviləni imzaladı...”
3
1
“Bəqi” qəbiristanlığı Mədinənin şərqində, Sovr darvazasının birləşdiyi bir yerdə
yerləşən böyük bir qəbiristanlıqdır. Onun divarı üç zər` hündürlüyündə olub daşdan və
əhəngdən tikilmişdi. Dörd qapısı vardı. Orada imamlardan dördü – İmam Həsən (ə),
İmam Səccad (ə), İmam Məhəmməd Baqir (ə) və İmam Cə`fər Sadiq (ə) dəfn
olunmuşdur. Həmçinin bu qəbiristanlıqda Peyğəmbərin (s) əmisi Abbas və qızı
Fatimeyi-Zəhra (s) da dəfn olunmuşdur. (Fəqihi, Həmin mənbə, səh. 410-411.)
2
Əl-əmin Möhsün. “Tarixçe və nəqd və bərrəsiye əqaid və amali vəhhabiha”,
tərcümə Seyyid İbrahim Seyid Ələvi, səh. 5-184.
3
Klevd Fuiyə, səh. 23.
229
Mündəricat
MÜQƏDDİMƏ ............................................................................................................ 3
BİRİNCİ BÖLMƏ ....................................................................................................... 4
VƏHHABİ FİRQƏSİNİN YARANMASI VƏ ONUN İDEOLOJİ RƏHBƏRLƏRİ . 4
ƏHLİ-SÜNNƏ VƏL-CƏMAƏT ................................................................................. 4
ƏHLİ-SÜNNƏ VƏ ONUN TARİXİNDƏKİ DƏYİŞİKLİKLƏR .............................. 4
ƏSHABİ-RƏY ............................................................................................................. 6
ƏSHABİ-HƏDİS ......................................................................................................... 6
ƏHLİ-HƏDİSİN TARİXİNƏ BİR BAXIŞ ................................................................. 8
VƏHHAB İLƏRİN İDEOLOJİ RƏHBƏRLƏRİ ...................................................... 10
ƏHMƏD İBN HƏNBƏL (164-241 HİCRİ QƏMƏRİ)* ........................................... 10
ƏHMƏD İBN HƏNBƏLİN ELMİ VƏ İCTİMAİ MÖVQEYİ ................................. 16
ƏHMƏD İBN HƏNBƏLİN ETİQADLARI ............................................................. 17
İBN HƏNBƏLİN ƏSƏRLƏRİ .................................................................................. 19
ƏHMƏD İBN HƏNBƏLİN FİQHİ ........................................................................... 20
ƏHMƏD İBN HƏNBƏLİN ÜSULİ-FİQHİ .............................................................. 20
1.
NƏQLİ DƏLİLLƏR .............................................................................................. 20
2.
QEYRİ-NƏQLİ YOLLAR .................................................................................... 21
ƏHMƏD İBN HƏNBƏLİN FİQHİNİN TARİXİ İNKİŞAFI VƏ YAYILMASI ..... 22
SƏLƏFİLİYİN LÜĞƏTDƏKİ VƏ İSTİLAHDAKI MƏNASI ................................ 26
SƏLƏFİLƏRİN NƏZƏRİNDƏ TÖVHİD ................................................................ 27
SƏLƏFİLƏRİN NƏZƏRİNDƏ SÜBUTİ VƏ SƏLBİ SİFƏTLƏR .......................... 27
SƏLƏFİLƏRİN ƏMƏL VƏ RƏFTARLARI ................................................................ 28
ƏHMƏD İBN TEYMİYYƏ ...................................................................................... 29
TƏRCÜMEYİ-HALI ................................................................................................. 29
İBN TEYMİYYƏNİN MÜXALİFLƏRİ VƏ MÜDAFİƏÇİLƏRİ ........................... 39
İBN TEYMİYYƏNİN ƏSƏRLƏRİ .......................................................................... 42
İBN TEYMİYYƏNİN ƏQİDƏ VƏ RƏYLƏRİ ........................................................ 43
İBN QƏYYİM COVZİYYƏ ..................................................................................... 48
TƏRCÜMEYİ-HALI ................................................................................................. 48
İBN QƏYYİM COVZİYYƏNİ ŞAGİRDLƏRİ ........................................................ 51
İBN QƏYYİM COVZİYYƏNİN ƏQİDƏ VƏ RƏYLƏRİ ....................................... 51
TÖVHİD MƏSƏLƏSİ............................................................................................... 51
QURANIN TƏFSİRİ VƏ ŞƏRHİ ............................................................................. 52
230
HƏDİS ELMİ ............................................................................................................ 52
FƏLSƏFƏ, HİKMƏT VƏ SUFİLİK......................................................................... 53
İBN QƏYYİM COVZİYYƏNİN ƏSƏRLƏRİ ......................................................... 54
ALİ ƏBDÜL-HADİ................................................................................................... 56
VƏHHABİ FİRQƏSİNİN YARANMASI ................................................................ 62
ÜMUMİ NƏZƏR ...................................................................................................... 62
VƏHHABİLİYİN BANİSİ MƏHƏMMƏD İBN ƏBDÜL-VƏHHAB ..................... 63
MƏHƏMMƏD İBN ƏBDÜL-VƏHHABIN FƏRDİ, İCTİMAİ, ELMİ VƏ SİYASİ
FƏALİYYƏTİ ........................................................................................................... 66
MƏHƏMMƏD İBN ƏBDÜL-VƏHHABIN İLK RƏSMİ VƏ AŞKAR DƏVƏTİ .. 71
MƏHƏMMƏD İBN ƏBDÜL-VƏHHABIN FƏALİYYƏT ÜSLUBU .................... 73
VƏHHABİLİYİN MƏHƏMMƏD İBN ƏBDÜL-VƏHHAB ÖVLADLARININ
DÖVRÜNDƏKİ CİDDİ TƏDBİRLƏRİ ................................................................... 78
SÜNNÜ VƏ ŞİƏ ALİMLƏRİNİN VƏHHABİYYƏT ƏLEYHİNƏ TƏNQİDLƏRİ
................................................................................................................................... 81
İKİNCİ HİSSƏ .......................................................................................................... 85
VƏHHABİLİYİN YARANMASI VƏ İNKŞAF ETMƏSİ AMİLLƏRİ .................. 85
VƏHHABİLƏRİN YARANIB İNKŞAF ETMƏSİNDƏ ZONAL AMİLLƏR ........ 86
ALİ-SƏUD SÜLALƏSİNİN ÖZÜNƏ QANUNİYYƏT QAZANMAQ ÜÇÜN
VƏHHABİYYƏTDƏN FAYDALANMASI ............................................................ 86
OSMANLI İMPERATORLUĞUNUN HİCAZ VƏ NƏCD HAKİMİYYƏTİ ......... 92
ƏRƏBİSTANIN XÜSUSİ COĞRAFİ MÖVQEYİ .................................................. 99
1-NƏCDİN DİNİ MÖVQEYİ ................................................................................. 102
2-NƏCDİN SOSİOLOJİ MÖVQEYİ ...................................................................... 103
3-NƏCD ƏYALƏTİNƏ HAKİM OLAN QƏBİLƏ-İCMA QURULUŞU ............. 103
4-MƏHƏMMƏD İBN ƏBDÜL-VƏHHABIN NƏCDDƏ XÜSUSİ TƏLİMLƏRİ 104
HƏRİMƏLƏ, ÜYƏYNƏ VƏ DİRİYYƏ MƏHƏMMƏD İBN ƏBDÜL-
VƏHHABIN ƏQİDƏSİNİN YAYILDIĞI İLK YERLƏR ..................................... 106
VƏHHABİ TƏFƏKKÜRÜNÜN YARANMASINDA BEYNƏLXALQ ŞƏRAİTİN
ROLU ...................................................................................................................... 112
İSTİSMARÇI QÜVVƏLƏRİN OSMANLI İMPERATORLUĞUNDA APARDIĞI
İŞLƏR ...................................................................................................................... 114
OSMANLI İMPERATORLUĞUNUN DAXİLİNDƏKİ QARIŞIQLIQLAR VƏ
İĞTİŞAŞLAR .......................................................................................................... 116
İNGİLİS MÜSTƏMLƏKƏÇİLİYİNİN VƏHHABİLİYİN İNKİŞAF EDİB
GENİŞLƏNMƏSİNDƏ OYNADIĞI ROL ............................................................. 123
ÜÇÜNCÜ HİSSƏ .................................................................................................... 133
ALİ-SƏUD
HÖKUMƏTİNİN
YARANIB
FORMALAŞMASINDA
VƏHHABİLƏRİN ROLU ....................................................................................... 133
MƏHƏMMƏD İBN ƏBDÜL-VƏHHABIN ALİ-SƏUDLA İDEOLOJİ VƏ SİYASİ
BAĞLILIĞI ............................................................................................................. 134
MİSİRLİLƏRİN DİRİYYƏYƏ HAKİM KƏSİLDİYİ VAXTA QƏDƏR ALİ-SƏUD
DÖVLƏTİNİN TƏSİS OLUNMASI ...................................................................... 135
231
VƏHHABİLƏRİN MƏHMMƏD İBN SƏUDUN (1735–1766) HAKİMİYYƏTİ
DÖVRÜNDƏ TÖRƏTDİYİ CİNAYƏTLƏR ......................................................... 135
VƏHHABİLƏRİN ƏBDÜL-ƏZİZ İBN MƏHƏMMƏD İBN SƏUDUN
HAKİMİYYƏTİ DÖVRÜNDƏ (1766–1803) GÖRDÜKLƏRİ TƏDBİRLƏR ..... 140
VƏHHABİLƏRİN SƏUD İBN ƏBDÜL-ƏZİZİN RƏHBƏRLİYİ DÖVRÜNDƏKİ
CİNAYƏTLƏRİ (1803–1814) ................................................................................ 145
VƏHHABİLƏRİN ƏBDÜLLAH İBN SƏUDUN HAKİMİYYƏTİ DÖVRÜNDƏKİ
CİNAYƏTLƏRİ (1814-1818) ................................................................................. 148
VƏHHABİ HÖKMRANLIĞININ İKİNCİ DÖVRÜ .............................................. 150
VƏHHABİLƏRİN İBN RƏŞİDİN NƏCDƏ HAKİM OLDUĞU DÖVRƏ
QƏDƏRKİ QÜDRƏTİ ............................................................................................ 150
TÜRKİ İBN ƏBDÜLLAH (1821-1834) ................................................................. 151
MÜŞARİ İBN ƏBDÜR-RƏHMAN İBN MÜŞARİ ............................................... 151
FEYSƏL İBN TÜRKİ (1834-1838) ........................................................................ 153
XALİD İBN SƏUD (1840-1842) ............................................................................ 154
ƏBDÜLLAH İBN SƏNYAN İBN İBRAHİM (1842-1843) ................................... 154
FEYSƏL İBN TÜRKİ (1843-1865) ........................................................................ 154
ƏBDÜLLAH İBN FEYSƏL İBN TÜRKİ (1865-1871) ......................................... 155
SƏUD İBN FEYSƏL İBN TÜRKİ (1871-1874) .................................................... 155
ƏBDÜLLAH İBN FEYSƏL İBN TÜRKİ (1875-1887) ......................................... 156
MƏHƏMMƏD İBN SƏUD İBN FEYSƏL............................................................. 157
ƏBDÜR-RƏHMAN İBN FEYSƏL (1891) ............................................................. 157
İBN SƏUDUN RİYAZA QƏLƏBƏSİ, ALİ-SƏUD RƏHBƏRLƏRİNİN YENİ
DÖVRÜNÜN BAŞLANMASI ............................................................................... 158
VƏHHABİLƏRİN İBN SƏUD ADI İLƏ MƏŞHUR OLAN ƏBDÜL-ƏZİZ İBN
ƏBDÜR-RƏHMAN İBN FEYSƏLİN DÖVRÜNDƏ GÖRDÜYÜ İŞLƏR (1902-
1953) ........................................................................................................................ 159
VƏHHABİLƏRİN SƏUD İBN ƏBDÜL-ƏZİZİN HAKİMİYYƏTİ DÖVRÜNDƏKİ
CİNAYƏTLƏRİ (1953-1964) ................................................................................. 173
VƏHHABİLƏRİN
FEYSƏL
İBN
ƏDBÜL-ƏZİZİN
RƏHBƏRLİYİ
DÖVRÜNDƏKİ TƏDBİRLƏRİ (1964-1975) ........................................................ 183
VƏHHABİLƏRİN FEYSƏLDƏN SONRA İRAN İSLAM İNQİLABINA QƏDƏR
GÖRDÜYÜ İŞLƏR ................................................................................................. 193
İRAN İSLAM İNQİLABININ ƏZƏMƏTLİ QƏLƏBƏSİNDƏN SONRA
VƏHHABİLƏRİN GÖRDÜYÜ İŞLƏR ................................................................. 195
VƏHHABİLƏRİN SİYASİ VƏ HƏRBİ TƏDBİRLƏRİNİN ARAŞDIRILMASI 207
VƏHHABİLƏRİN
HÜCUMLARI
VƏ
SƏUDİLƏRİN
BUNA
QARŞI
GÖSTƏRDİKLƏRİ REAKSİYALAR .................................................................... 208
MƏKKƏ ƏMİRİNİN VƏHHABİLƏRLƏ APARDIĞI MÜBARİZƏ (1205-1220-Cİ
H.Q) ......................................................................................................................... 210
Dostları ilə paylaş: |