72
Ümumiyyətlə, Hərimələdə vəhhabi dəvətini qəbul etmək o şəhərin
qəbilə icması şəklində yaşayan cəmiyyəti üçün ağır idi. Amma, vəhhabi
yazıçıları
İbn
Əbdül-Vəhhabın
Hərimələdə
müvəffəqiyyət
qazanmamasının səbəbini Həmyan qəbiləsinin əmr be mərufa və nəhy əz
münkərə dəvət etməsi hesab edirlər! (Bu qəbilə Hərimələdə yaşayan iki
qəbilədən biridir ki, çox yaramaz və əxlaqsız işlərlə məşğuldurlar.) Buna
görə də onu qətlə yetirməyi qərara aldılar və o, bu hadisədən xəbər
tutaraq şəhərdən qaçdı.
1
Amma “Hərimələ şəhərinin qəbilə rəisləri iki
qəbilədən olub hər biri də rəyasət iddiası etdiyindən
2
“o, bu mərhələdə
siyasi-dini baxımdan müvəffəqiyyət qazana bilmədi. Həqiqətdə qəbilə
icması həyatında camaat öz rəislərinə tabe olaraq hər bir işi görür, rəis
istəməzsə o işi yerinə yetirməzlər. Hər bir qəbilə rəhbəri öz qəbilələrinin
qüdrətinin başında dayanır, o, hər nə əmr edərdisə icrası vacib olurdu.
Digər mühüm məsələ budur ki, o, Hərimələdə sakin olan qəbilələrin
heç birindən deyildi. Buna görə də oranın əhalisi onun özü, rəyləri və
nəzərlərindən tam agah deyildilər.
Buna görə də İbn Əbdül-Vəhhab yerini dəyişməyə məcbur oldu və öz
məsləkini təbliğ etməkdə fəaliyyətini davam etdirmək üçün yeni bir
şəhəri – Üyeynə şəhərini seçdi. Bu şəhərin seçilməsi onun üçün üç
cəhətdən əhəmiyyət daşıyırdı. Biri bu idi ki, bura onun ilkin vətəni hesab
olunurdu. Buna görə də camaat onun özü və ailəsi ilə müəyyən qədər
tanış idilər. Həmçinin o, Üyeynədə sakin olan qəbilənin üzvü idi və
oranın həyat, mühit, təfəkkür tərzi və siyasi məsələləri ilə yaxşı tanış idi.
İkincisi, atasının Üyeynədə malik olduğu mənsəb – yəni hənbəli fiqhini
tədris etməsinə və qəzavət kürsüsündə olmasına görə, camaat Əbdül-
Vəhhab ailəsinə hörmət göstərirdi. Üçüncü məsələ budur ki, İbn Əbdül-
Vəhhab Üyeynənin siyasi mövqeyi ilə tanış idi və Ehsa hakiminin
nəzarəti altında idi, oranın əmiri Osman ibn Əhməd zahirdə camaata
hökmranlıq etdiyinə görə Üyeynə şəhərini seçdi. O çalışırdı ki, mümkün
olan hər bir vasitə ilə oranın əmirini özünün ixtira etdiyi məsləki qəbul
etməyə vadar etsin. Bununla da çox güclü arxaya malik olsun və Ehsanın
əmirinin nəzarətindən xaric olsun.
Üyeynədə Məhəmməd İbn Əbdül-Vəhhabın dəvətinin davam etməsinə
görə “o bu dövrdə müsəlmanların xüsusi və ümumi təbəqələrindən
həvayi-nəfsə tabe olan çoxlarını özü ilə həmfikir və həməqidə edə bildi...
Buna görə də onun şan-şöhrəti yayılmağa başladı: hər bir yerdə və dini
məclislərdə, hətta siyasi məclislərdə belə ondan və onun işlərindən
1
Fəqihi Əliəsğər. “Vəhhabilər”, “İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.120-
121
2
Həmin mənbə, səh.120
73
söhbət gedirdi.”
1
Onun şöhrətinin artmasına və işinin rövnəqlənməsinə
səbəb olan ardıcıllarının və havadarlarının çoxluğu Ehsa hakiminin
nigarançılığına səbəb oldu. Buna görə də o, Üyeynənin əmiri Osman ibn
Əhməd ibn Müəmməri ibn Əbdül-Vəhhabı öz yolu üzərindən götürməyə
vadar etdi. Məhəmməd ibn Əbdül-Vəhhab Nəcdə tam hakimiyyət
vədəsini (onunla həmkarlıq edəcəyi təqdirdə) Osmana verməsinə
baxmayaraq, o, hər an Üyeynəyə hücum etməsi gözlənən Ehsa əmirinin
qorxusundan Məhəmmədi bu şəhəri (Üyeynəni) tərk etməyə məcbur etdi.
Məhəmməd ibn Əbdül-Vəhhab daha sonra Diriyyə şəhərinə getdi
(Nəcd şəhərlərindən biridir). Oraya Ali-Səud sülaləsi hakim idi və oranın
həyatı qəbilə və tayfa qayda-qanunları və mədəniyyəti əsasında cərəyan
edirdi. Qeyd etmək lazımdır ki, qəbilə icmasında qəbilə üzvləri öz hakim
və rəislərinə itaət edir, müharibə fərmanı, sülh bağlanması, yer dəyişmə,
mühakimə və qəbilənin ən çox siyasi və ictimai məsələləri rəisin
öhdəsinədir və bundan əlavə, o hər hansı ayini və məsləki qəbul edərsə
və qəbilə üzvlərini də onu qəbul etməyə təşviq edərsə qəbilə üzvləri də
bunu alqışla qəbul edirdilər.
Məhəmməd ibn Əbdül-Vəhhab da qəbilə icmasına hakim olan qayda-
qanunları bildiyindən, qəbilə və onun rəisinin vəziyyətindən agah
olduğuna görə öz hədəfini həyata keçirmək üçün Diriyyəyə yola düşdü.
O, özünün şöhrətpərəstlik və rəyasət kimi hədəflərinə çatmaq üçün
Diriyyəyə daxil olan kimi oranın hakimi Məhəmməd İbn Səudun yanına
getdi və onu vəhhabiyyət dinini qəbul etməyə təşviq etdi. Bununla yanaşı
onun Nəcdə və Ərəbistanın və sair məntəqələrinə hakim olacağını vəd
etdi. Fəqihi bu barədə yazır: «Məhəmməd ibn Əbdül-Vəhhab Diriyyəyə
gəlib Məhəmməd İbn Səudla razılaşdığı zaman Diriyyə əhalisi son
dərəcə yoxsulluq və ehtiyac içində yaşayır, güzəranlarını təmin etmək
üçün qan-tər içində işləyirdilər..”
2
O, Diriyyə camaatının vəziyyətindən
agah olub Ali-Səudla razılaşmaya gəldiyinə görə özünün ixtira etdiyi dini
təbliğ etmək üçün münasib şərait yarandığını gördü və Ali-Səudla
razılaşıb öz dəvətini Diriyyədən başladı. O, həmin şəhəri vəhhabiliyi
Nəcdin sair məntəqələrininə və Ərəbistan yarımadasının digər yerlərinə
yaymaq üçün bir dayaq məntəqəsi kimi seçdi.
MƏHƏMMƏD İBN ƏBDÜL-VƏHHABIN FƏALİYYƏT ÜSLUBU
Məhəmməd ibn Əbdül-Vəhhab İbn Teymiyyənin, İbn Qəyyimin və İbn
Əbdül-Hadinin rəy və fikirlərindən təsirlənərək vəhhabi məsləkini icad
1
Fəzai Yusif, “Münazirati imam Fəxr Razi”, səh.226
2
Fəqihi Əliəsğər. “Vəhhabilər”, “İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.151
Dostları ilə paylaş: |