222
günahdan təmiz, pak-pakizə, məsum olan Əhli-beytin (ə) həqiqi
ardıcılları, başqa sözlə, imamiyyə şiələri həqiqi İslamın və Məhəmmədin
(s) həqiqi dininin ən gözəl ardıcıllarıdır. Əlbəttə, İranda İslam inqilabının
qələbə çalması və Həzrət Məhəmmədin (s) gətirdiyi həqiqi İslam dininin
hakim olması sayəsində artıq bu barədə heç bir şəkk-şübhə qalmır.
Vəhhabilərin Məkkə şəhərində gördükləri vəhşiliklər və yaramaz işlər,
törətdikləri çirkin əməllərin biri də bu idi: “Onlar Məscidül-həramda
bəzi namazların yerinə yetirilməsinin qarşısını alır və göstəriş verirdilər
ki, sübh namazını Şafei, zöhr namazını Maliki, əsr namazını Hənbəli,
axşam namazını Hənəfi məzhəbinə uyğun və işa namazını isə hər kəs
necə istəsə qılsın. Eləcə də cümə namazını müfti (Məkkənin müftisi)
qılsın... Vəhhabilər camaatın siqaret çəkməsini qadağan etdilər və onları
məcbur etdilər ki, başqalarından kömək diləməsinlər, qəbirlərin üzərində
məqbərə
tikməsinlər,
qəbirləri
öpməsinlər,
eləcə
də
onların
(vəhhabilərin) şirk hesab etdikləri işləri yerinə yetirməsinlər... (Səud)
Məkkə alimlərinə göstəriş verdi ki, Məhəmməd ibn Əbdül-Vəhhabın
kitablarını və onun əqidələrini “Kəşfüş-şübəhat” adlı risalədən
öyrənsinlər. Onlar da bununla müxalifət etməyə cürət edə bilmirdilər.”
1
Səud 1218-ci hicri qəməri ilində Cəddəni ələ keçirmək üçün Məkkədən
hərəkət etdi. Cəddənin vəhhabilərin vasitəsilə səkkiz günlük mühasirəyə
alınması onlar üçün məğlubiyyətdən başqa bir nəticə vermədi. Çünki
Səuda Diriyyədən və Nəcddən çatan bəzi xəbərlər Nəcddə əmin-
amanlığın aradan getməsindən, ixtilafın yaranmasından və əcəmlərin
Diriyyəyə hücum etməsindən xəbər verirdi. Buna görə də məcbur oldu
ki, Məkkəyə qayıtmadan birbaşa Diriyyəyə doğru hərəkət etsin.
Vəhhabilərin əmirinin Hicazdan çıxdığı və Şərif Qalib üçün füsət
yarandığı bir vaxtda, o, özünü sürətlə Məkkəyə çatdırıb vəhhabiləri
həmin şəhərdən qovdu. Sonra Taif və onun ətrafında Müzayiqi
(vəhhabilərin yeni rəisi) ilə döyüşdü. Həmçinin Sultan Osmaninin yanına
məktublar və qasidlər göndərdi. Vəhhabilərlə mübarizə etmək üçün
ondan kömək istədi. Babi-Ali də türk əsgərlərindən bir neçəsini muzdur
kimi onun üçün göndərdi.
Belə nəzərə gəlir ki, Səud Cəddəni mühasirə etməyi tərk etdiyi və
Hicazdan xaric olduğu zaman orada özünün vəhhabi hakimlərinə əmr
etmişdi ki, Cəddəni işğal etmək üçün səy göstərsinlər. Vəhhabi əmirinin
göstərişi nəticəsində Bişənin hakimi İbn Şəkban və Taifin hakimi Osman
Müzayiqi 1219-cu hicri qəməri ilinin Məhərrəm ayında yenidən Cəddəni
mühasirəyə aldılar. Vəhhabilərin tarixini yazan təhqiqatçılardan biri bu
1
Əl-əmin, Möhsün. “Tarixçe və nəqd və bərrəsiye əqaid və amali vəhhabiha”,
tərcümə Seyyid İbrahim Seyid Ələvi, səh. 29-30.
223
barədə belə yazmışdır:
“...İbn Şəkban və Müzayiqi 1219-cu ilin Məhərrəm ayında on iki min
nəfər cəngavərlə birlikdə Cəddəni mühasirəyə almaq üçün hərəkət
etdilər. Şərif Qalib Məkkənin ətrafını möhkəmləndirdi. Çünki, o bilirdi
ki, onlar Cəddəni ələ keçirə bilməyəcəklər. O, əmr verdi ki, camaatın
hamısı hərəkət etsinlər. Camaat da hamılıqla silahlanıb Zahirə gəldilər və
orada yeddi gün qaldılar. Lakin Cəddə şəhərini mühasirədə saxlayan
vəhhabilər üç gün qaldılar. Onlar gündə bir dəfə şəhərə hücum edirdilər,
amma şəhərin topxanası onları pərakəndə vəziyyətə salır, onlar da
məcburyyət qarşısında qalıb yenidən öz çadırlarına qayıdırdılar.
Onlardan o qədər adam ölmüşdü ki, arxlar və çalalar onların cəsədləri ilə
dolmuşdu. Belə ki, 10-20 nəfəri bir yerdə dəfn edirdilər. Onlar vəziyyəti
belə gördükdə qaçmağa başladılar...”
1
Vəhhabilər bu dəfə də Cəddənin mühasirəsində məğlubiyyətə
uğradıqları üçün geri çəkilmək məcburiyyətdə qalıb öz düşərgələrinə
qayıtdılar. Bundan sonra, Şərif Qalib Hicazın müxtəlif məntəqələrinə
hərbi qüvvə göndərməyə başladı. Bu barədə gəlib çatan bəzi xəbərlər
vəhhabilərin əmin-amanlığı, nizam-intizamı bir-birinə vurmaqda
göstərdikləri fəaliyyətlərini bildirir. Onların əksər hərəkətləri karvanlara
hücum edib onların mal-dövlətlərini qarət etməkdən, yollarda əmin-
amanlığı pozmaqdan, Hicazda yaşayan qeyri-vəhhabilərə zərbə vurmaq
üçün gözlənilməz siyasətdən bəhrələnməkdən, bir sözlə, onların arasında
qorxu və vəhşət hissi yaratmaqdan ibarət idi.
Bəhsimizin bu hissəsində Möhsin Əl-Əmininin Şərif Qalibin
vəhhabilərlə üzləşməkdə gördüyü bəzi hərbi tədbirləri barəsindəki
nəzərini qeyd edirik: “...Şərif böyük şəxsiyyətlərin birinin sərkərdəliyi ilə
quru yoldan Hüseyn Ağanın başçılıq etdiyi yüz türk süvarisini və dəniz
yolu ilə türklərdən ibarət olan başqa bir ordunu Reyhanın vəziri
Müfərrəh Ağa Ətiqin başçılığı ilə yemək-içmək və döyüş sursatı ilə dolu
olan on böyük gəmini Leysə doğru göndərdi. Bu qoşun Leysə çatdıqda
müharibə etmədən və qan tökmədən şəhər əhalisi təslim oldular. Bundan
sonra quru qoşunları gəlib çatdı. Üç gündən sonra dörd min vəhhabi
onlara hücum etdi. Onların arasında ağır döyüş başlandı və vəhhabilərin
məğlubiyyəti ilə sona yetdi və onlardan çoxu öldürüldü. Quru qoşunun
başçısı Şərif Həsən də qətlə yetirildi. Türklər öldürülmüş vəhhabilərin
başlarını bir yerə yığıb Şərif Qalib üçün göndərdilər. O da bu başları
Məkkənin kənarında ağaclardan asdı. Camaat da tamaşa etmək üçün
oraya getdilər. Sonra Şərif Qalib başqa bir ordu hazırlayıb Leysə
göndərdi. Amma onlar orada bir kəs də belə tapa bilmədilər. Sonra
1
Həmin mənbə, səh. 33.
Dostları ilə paylaş: |