ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 5,53 Mb.
səhifə1/60
tarix15.03.2018
ölçüsü5,53 Mb.
#32065
  1   2   3   4   5   6   7   8   9   ...   60


VƏHHABİLİYİN SİYASİ TARİXİ


MÜƏLLİF: DOKTOR MƏNSUR HƏQİQƏTPUR



Kitabın adı......................................“Vəhhabiliyin siyasi tarixi”

Müəllif:................................................Doktor Mənsur Həqiqətpur

Tərcümə edən:....................................................................M. Əlizadə

Nəşr edən:........................................................................

Tiraj:............................................................................................3000

Çap növbəsi: Birinci

Müqəddimə


İslamın əbədi ayini coğrafi cəhətdən Asiyanın cənub-qərbindəki quru və yandırıcı iqlimə malik olan Ərəbistan diyarında (610-cu miladi ilində) zahir oldu. Bu diyarın əhalisi İslamdan öncə cahiliyyət dövründə yaşayırdılar. Böyük əksəriyyət çirkin və insanlığa yaramayan əxlaqa malik idi. Ərəb cəmiyyətlərinə hakim olan qəbilə icması şəklində olan həyat tərzinin əsas xüsusiyyətlərindən biri daim çarpışma, müharibə və qan axıtma idi. Amma İslam dini zühur edərkən qəbilə icması formasında olan yaşayışa hörmətlə yanaşdı. Belə ki, İslam cahil ərəblərə onların qeyri-insani əməl və əqidələrinin tərk olunması üçün müəyyən yollar təyin etdi və sonuncu peyğəmbər Həzrət Məhəmməd (s) vahid bir ümmətin, nurani bir cəmiyyətin yaradılması üçün yol göstərdi. Peyğəmbəri-Əkrəm (s.ə.v.v) iyirmi üç il ərzində insanları İslam dininə dəvət etdi. O, təzə müsəlman olmuş cəmiyyətin genişlənib inkşaf etməsi və tərəqqiyə çatması üçün özünün var-qüvvəsi ilə çalışdı və cəmiyyətdə dərin dəyişikliklər yarada bildi.

Allah tərəfindən göndərilən sonuncu Peyğəmbərin (s) vəfatı ilə bünövrəsi təzəcə qoyulmuş İslam cəmiyyətinin vəziyəti tamamilə dəyişdi, Əhli-beytin (ə) hüquqlarının tapdalanması ilə yeni-yeni çətinliklər yarandı.

Bəni-Saidə səqifəsində baş verən hadisələr İslam ümmətində sonrakı təfriqələrin və nifaqların çoxunun mənşəyi oldu, Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) vəfatından sonra onun haqq canişini olan Həzrət Əlinin (ə) Qədir-Xumda təyin olunan məqamı unuduldu və o Həzrət (ə) iyirmi beş il müddətində öz haqqından məhrum qaldı.

O Həzrət (ə) bu müddət ərzində xəlifələrin (Əbu Bəkr, Ömər və Osman) işlərinə ciddi şəkildə nəzarət edir, daim onların həqiqi İslam yolundan çıxmalarının qarşısını alırdı. İnsaf və ədalət simvolu olan Həzrət Əli (ə) 35-ci h.q ilində müsəlmanların israrı ilə xilafətə çatdıqda, onun ədalətinə tab gətirə bilməyənlər müxalifətçiliyə qalxdılar. Nəhayət təəssübkeş və quru müqəddəslər (xəvaric) tərəfindən şəhid edildi.

Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) vəfatından sonra İslam cəmiyyətində baş verən dəyişikliklər, bir-birilə müxtəlif düşüncələrə və rəylərə malik olan firqələrin yaranmasına səbəb oldu və bu da öz ardınca çoxlu yeniliklər gətirdi.

BİRİNCİ BÖLMƏ

Vəhhabi firqəsinin yaranması onun ideoloji rəhbərləri

Əhli-sünnə vəl-Cəmaət


Əhli-sünnə İslam ümmətinin təqribən dörddə üçünü təşkil edən böyük bir müsəlman qrupuna deyilir. Onlar dörd sünnü məzhəbinin imamları olan Əbu Hənifə, Malik ibn Ənəs, Əbdüllah ibn İdris Şafei Əhməd ibn Hənbələ tabedirlər.1 Onlar özlərinin Allahın kitabı, Peyğəmbərin (s) sünnəsi, sahabə tabeinlərinin yolunda olduqlarını deyirlər.2

İcma əhli barəsində bunu qeyd etmək lazımdır ki, imamın təyin olunmasında bəziləri inanırdılar ki, imam ittifaq ixtiyar əsasında müəyyən olunur, başqa sözlə müsəlmanların əksəriyyəti fikir birliyi ilə bir kəsi imamətə seçsələr o, imam kimi tanınır. Buna görə əhli-cəmaətə bəzən əhli-icma da deyilir.3

Tarixi araşdırmalardan aydın olur ki, hər kəs Raşidi xəlifələrin xilafətinə tabe olsa Əbu Bəkr, Ömər, Osman Əli (ə) kimi Raşidi xəlifələrini qəbul edib, onların imamətini qəbul etsə, istər onların dövründə olsun, istərsə hal-hazırda yaşasınsünnü, yaxud əhli-sünnə vəl-cəmaət adlandırılır.4 Əhli-sünnə cəmaət özlərini İslam əhlinin vasitəsi5, yaxud orta ümmət adlandırır, yəni özlərini seçilmiş nümunə bir ümmət hesab edirlər.

Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə