VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə24/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   20   21   22   23   24   25   26   27   ...   173

 
43 
bət qabiliyyətinin yüksəldilməsinə yönəldilməsini tələb edir.  
Qloballaşmaya,  bir  qayda  olaraq,  inkişaf  etməkdə  olan  ölkələrdə  mənfi  münasibət  bəslənilir. 
İnkişaf etmiş sənaye ölkələrinin elmi və ictimai dairələrində isə adətən bu proseslər pozitiv baxımdan 
dəyərləndirilir. Lakin son vaxtlar sonuncular arasında bu proseslərə tənqidi mövqedən yanaşanların da 
sayı  artmaqdadır.  Bu  qəbildən  olan  alimlərə  görkəmli  amerikan  alimi,  2001-ci  ildə  iqtisadiyyat  üzrə 
Nobel  mükafatı  laureatı  Cozef  Stiqlis  də  aiddir.  Onun  «Globalization  and  Discontents»  adlı  kitabı 
dünyada  böyük  əks  səda  doğurmuşdur.  [188]  C.  Stiqlis  akademik  dairələrdə  özünün  fundamental 
tədqiqatları ilə tanınmış və iqtisad elminin müasir mərhələdə inkişafına əhəmiyyətli təkan vermişdir. O, 
iqtisad  elminin  yeni  sahəsi  olan  «İnformasiya  iqtisadiyyatının»  banisi  hesab  olunur.  C.  Keynis 
nəzəriyyələrinin  və  F.  D.  Ruzveltin  «Yeni  kursunun»  davamçısı  kimi  iqtisadiyyatda  dövlətin  fəal 
rolunun  tərəfdarıdır  və  hesab  edir  ki,  müasir  kapitalizm  təkmilləşə  bilər  və  təkmilləşməlidir.  1993-cü 
ildə  C.  Stiqlis  ABŞ  prezidenti  B.Klinton  yanında  iqtisadçı  məsləhətçilər  Şurasının  başçısı  təyin 
edilmişdir.  1997-2001-ci  illərdə  o,  Dünya  Bankının  baş  iqtisadçısı  və  prezident  müavini  olmuşdur  ki, 
bu,  ona  Beynəlxalq  Valyuta  Fondunun  (BVF)  praktik  fəaliyyəti  ilə  yaxından  tanış  olmağa  imkan 
vermişdir  və  belə  bir  inam  əldə  etmişdir  ki,  bu  nəhəng  təşkilatın  fəaliyyəti  əksər  hallarda  qeyri-
səmərəlidir. [88]   
Nə  üçün  bu  qədər  faydalı  nəticələrə  malik  olan  qloballaşma  kəskin  mübarizə  predmetinə 
çevrilmişdir? - sualına o belə cavab verir: beynəlxalq ticarət üçün bazarların açılması bir çox ölkələrə 
imkan  verdi  ki,  onlar  çox  sürətli  iqtisadi  inkişafı təmin  edə  bilsinlər,  lakin  nəzərə  almaq  lazımdır  ki, 
beynəlxalq  ticarət  o  zaman  iqtisadi  inkişafı  sürətləndirir  ki,  ixracat  ölkənin  iqtisadi  artımına  təsir 
göstərir.  C.  Stiqlis  sürətlə  inkişaf  edən  və  əhalisini  varlandıran  Asiya  ölkələrini  buna  misal  göstərir. 
Məhz  qloballaşmanın  nəticəsində  dünyanın  bir  çox  xalqlarında  ömür  uzanmış,  rifah  səviyyəsi 
yüksəldilmişdir.  Qloballaşma  inkişaf  etməkdə  olan  ölkələrdə  təcrid  olunma  hissini  azaltmış,  onların 
çoxu üçün müasir yüksək biliklərin qapısını açmışdır. Anti-qloballaşma hərəkatı da dünya ölkələrinin 
qarşılıqlı asılılığının artmasının nəticəsidir. Bu hərəkat İnternet vasitəsilə bütün dünyada öz fəaliyyətini 
tənzimləyir  və  qüdrətli  dövlətləri  pis  nəticələr  verə  biləcək  müəyyən  tədbirlərdən,  məsələn,  süvarilər 
əleyhinə minalardan istifadə olunmasından imtina etməyə vadar etmişdir. Kasıb ölkələrin borclarının 
bir  hissəsinin  silinməsi,  xarici  yardımların  artması  da  qloballaşmanın  müsbət  cəhətlərindəndir. 
C.Stiqlisə görə qloballaşmanı tənqid edənlər çox vaxt onun faydalı nəticələrini nəzərə almırlar.  
Bununla yanaşı o hesab edir ki, qloballaşma tərəfdarları da çox vaxt qabaqcadan hasil olan qənaəti 
əsas götürürlər. Sonuncular hesab edirlər ki, qloballaşma tərəqqidir və inkişaf etməkdə olan ölkələr, əgər 
səmərəli  artıma  nail  olmaq  və  kasıbçılığı  aradan  qaldırmaq  istəyirlərsə,  mütləq  onu  qəbul  etməlidirlər. 
Lakin  ölkələrin  bir  çoxu  qloballaşmadan  gözlədikləri  iqtisadi  faydalara  nail  ola  bilmirlər.  Varlı  və  kasıb 
ölkələr  arasında  mövcud  olan  uçurumun  daha  da  artması  «üçüncü  dünya»  ölkələrində  əhalinin  böyük 
əksəriyyətini  kasıblığın  qəddar  məngənəsində  saxlayır.  90-cı  illərdə  dünyada  adambaşına  gəlirin  orta 
hesabla  ildə  2,  5%  artımına  baxmayaraq,  kasıbçılıq  şəraitində  yaşayan  insanlar  daha  100  milyon  nəfər 
artmışdır. Afrikada müstəqillik əldə edildikdən sonra yaranmış böyük ümidlər puç oldu.  
C. Stiqlisin fikrinə görə, əgər qloballaşma yoxsulluğun azaldılmasında bir şey edə bilməmişdirsə, 
sabitliyin  təmin  edilməsində  daha  az  nəticəyə  nail  olmuşdur.  Asiya  və  Latın  Amerikasında  özünü 
göstərən böhranlar inkişaf etməkdə olan ölkələrin hamısının iqtisadiyyatı və sabitliyi üçün ciddi təhlükə 
yaratdı.  O,  hesab  edir  ki,  qloballaşma  Rusiya  və  kommunizmdən  bazar  iqtisadiyyatına  keçən  bütün 
digər ölkələrdə də gözlənilən nəticəni vermədi. Qərbin verdiyi vədlərə baxmayaraq, yeni iqtisadi sistem 
bu  ölkələrin  əhalisinin  çoxu  üçün  onların  kommunist  liderlərinin  öngördüklərindən  də  pis  nəticələr 
doğurdu.  Bazar  iqtisadiyyatına  keçid  bu  ölkələrdə  beynəlxalq  iqtisadi  təşkilatların  sxemi  əsasında 
həyata  keçirilmiş  və  bəzən  çox  pis  nəticələr  əldə  edilmişdir.  Halbuki,  öz  proqramı  əsasında  həmin 
prosesləri idarə edən Çində çox böyük nəticələrə nail olunmuşdur.  
Bu proses makro və mikro səviyyədə özünü göstərir. Milli dövlətin müasir dövrdə mühüm tarixi 
vəzifəsi həmin strategiyanı hazırlayıb həyata keçirməkdir. Yeni beynəlxalq iqtisadi və maliyyə mühiti 
dünyada gedən qlobal inkişafın və eyni zamanda milli dövlətlərin beynəlxalq inteqrasiya proseslərinə 
iştirakı şərtlərini  müəyyən  edir.  Həmin mühit  bu proseslərdə milli  dövlətləri  təmsil  edən təsərrüfat  və 
maliyyə subyektlərini müəssisə və şirkətlərin qəbul etdikləri qərarlara təsir edir. Milli iqtisadi inkişafın 
postsənayeləşmə erasının tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin etmək üçün yeni iqtisadi 
və maliyə mühitin özəlliklərini nəzərə almaq olduqca vacibdir.  
Qloballaşma  bir  çox  baxımdan  neoliberal  modelin  sərt  qanunları  əsasında  inkişaf  edir.  Bu 
modeldə  isə  dünya  milli  dövlətlərin  maraqlarının  harmoniyası,  onlarla  olan  müxtəlif  təsərrüfat 
ukladları  və  milli  mədəniyyətlərin  qorunması  prinsipi  əsasında  deyil,  sosial  darvinizm  prinsipləri 
əsasında inkişaf edir. Bu sərt qanunlara uyğunlaşa bilənlər sürətlə inkişaf edir, uyğunlaşmayanları isə 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə