VəLİyev dünyamali əMİr oğLU


MИLLИ DÖVLƏTLƏRИN QLOBAL MALИYYƏ-ИQTИSADИ MÜHITƏ ИNTEQRASИYASININ NƏZƏRИ VƏ



Yüklə 7,05 Mb.
səhifə7/51
tarix10.12.2017
ölçüsü7,05 Mb.
#14936
1   2   3   4   5   6   7   8   9   10   ...   51

MИLLИ DÖVLƏTLƏRИN QLOBAL MALИYYƏ-ИQTИSADИ MÜHITƏ ИNTEQRASИYASININ NƏZƏRИ VƏ

PRAKTИKИ ƏSASLARI
2. 1 Qlobal əmək bölgüsü sisteminə inteqrasiyanın nəzəri əsasları.
İnformasiyaya əsaslanan istehsal və rəqabətin beynəlxalq əmək bölgüsü sistemində formalaşan qloballaşma ölkələrarası asılılıq, regionallaşma və hər bir re­gion­da diversifikiasiyanın durmadan artması ilə xarakterizə edilir, tarixən for­malaşmış iqtisadi coğrafiyanın dəyişdirilməsinə doğru aparır. [188. s. 119]

Hər bir ölkədə geniş təkrar istehsalı prosesinin mühüm amillərindən biri olan beynəlxalq əmək bölgüsü (BƏB) milli iqtisadiyatla qlobal iqtisadiyatın qar­şılıqlı əlaqəsini şərtləndirir, zəruri beynalxalq iqtisadi proporsiyaları forma­laşdırır və inkişaf etdirir.

Təbii sərvətlərin milli dövlətlər arasında qeyri-bərabər bölgüsü BƏB-in mövcudluğunu şərtləndirir və hər bir ölkə ərazisində milli iqtisadiyyatın forma­laşmasının əsasını təşkil edir. Lakin qloballaşma dövründə baş verən informasiya və texnologiya inqilabları təbii şəraitin və təbii sərvətlərin həlledici rolunu ikinci plana keçirir. Müasir dövrdə hər bir ölkədə sosial-iqtisadi tərəqqi informasiya və texnologiya sahəsində durmadan baş verən dəyişikliklərdən necə və nə dərəcədə istifadə olunmasından asılıdır.

Ölkələr arasında qarşılıqlı əlaqələr də BƏB sahəsində özünü göstərən təma­yüllər nəzərə alınmaqla həyata keçirilməlidir. Qloballaşma prosesləri sənaye ölkələrində irimaşınlı sənayenin inkişafının daha da sürətlənməsi ilə nəticələnir. Bu isə istehsalın miqyasını əvvələr görünməmiş dərəcədə artırmaqla onların satışı və xammal mənbələri uğrunda dünya bazarlarında gedən mübarizəni olduqca kəskinləşdirir. Digər tərəfdən isə İEOÖ-lərin elmi-texniki nailiyyətlərdən istifadə etmə zərurəti də durmadan artır.

Qloballaşma da, əslində bu ehtiyacların təsiri altında yaranmış və inkişaf edir. Beynəlxalq əmək bölgüsü dərinləşdikcə kapital və maliyyənin, işçi qüvvəsinin beynəlxalq hərəkəti genişlənir.

Qərbin aparıcı tədqiqatçılarının BƏB-nün modernləşdirilməsi sahəsindəki görüşlərini iki qrupa bölmək olar:

1. ölkələrin qarşılıqlı asılılığının müxtəlif variantları;

2. mövcud BƏB modelinin yenidən qurulmasına yönəlmiş tövsiyələr.

Xarici asılılıq nəzəriyyəsi 20-ci illərdə "Üçüncü dünya" ölkələrində populyarlıq qazanmağa başlamışdır. [198. 588. 89]

Sözügedən nəzəriyyəyə əsasən, zəif inkişaf etmiş ölkələr varlı İEÖ tərə­findən istismar olunur və ölkələrin yoxsulluğu onların dünya iqtisadiyyatına necə inteqrasiya olumasından asılıdır. Nəzəriyyəyə görə, gələcək inkişafın təmin olun­masında zəif inkişaf etmiş ölkələr üzərindəki müstəmləkəçiliyin təsirləri nəzərə alınmalıdır. Sözügedən nəzəriyyə qeyd edir ki:



  • Kasıb ölkələr varlı ölkələr üçün təbii resurslar, ucuz işçi qüvvəsi və onların texnologiyaları üçün bazar rolunu oynayır.

  • İEÖ müxtəlif siyasət və təşəbbüslər vasitəsilə kasıb ölkələri özlərindən asılı vəziyyətə salırlar.

  • Asılı ölkələr İEÖ-in təsirlərinə müqavimət göstərdikdə isə varlı ölkələr tərəfindən onlara tətbiq edilən iqtisadi sanksiyalarla, hərbi təcavüzlə və güclü nəzarətlə üzləşirlər.

Bu nəzəriyyə ilk dəfə P. Baranın Artımın əsərində öz əksini tapmışdır. O qeyd edirdi ki, qərbin İEÖ əslində İEOÖ-in yoxsulluqdan azad olmasına mane olur. Baran həmçinin vurğulayır ki, İEOÖ əldə etdikləri mənfəətləri iqtisadi artıma səbəb olacaq sərmayə qoyuluşlarına yatırmırlar. Baranın nəzəriyyəsini təkmilləş­dirən A. Frank qeyd edirdi ki, Qərbin burjuaları İEOÖ-i inkişafını ləngitməklə öz hazır malları üçün bazar və zavodları üçün isə ucuz xammal təchizatını təmin edirlər. Bu yolla da İEOÖ İEÖ-dən asılı vəziyyətə düşürlər. Kapitalist ölkələrdə üçüncü dünya ölkələrinin dominant təbəqələri ilə alyans yaradaraq həmin ölkələrin inkişafına mane olmuşdur. Kapitalist ölkələrdən asılı olan üçüncü dünya ölkələ­rinin dominant təbəqələri Qərb ölkələrinə xammal ixrac etməklə gəlir əldə edir və birinci dünya ölkələrindən bahalı mallar idxal edirlər. Sözügedən nəzəriyyə ölkələri 2 müxtəlif inkişaf kateqoriyasına - mərkəz və periferiyaya bölmüşdür. Mərkəzə inkişaf etmiş və müstəmləkəçi dövlətləri, periferiyaya isə inkişaf etməkdə olan və müstəm­ləkə dövlətləri daxildir. Mərkəz periferiyanı istismar edir və müstəmlə­kəçilik nəticəsində inkişafını təmin etmiş olur.

Bu nəzəriyyəyə görə, Qərbin şirkətləri İEOÖ-in bazarlarına girməyə, oradakı ucuz işci qüvvəsindən istifadə etməyə can atır, kapitaltutumlu və ekoloji cəhətdən zərərli zavodları bu ölkələrə köçürür. Lakin həmin ölkələrə özlərinin tədqiqat və inkişaf potensialını ixrac etmirlər. Nəticədə, üçüncü dünya ölkələrinin sənayeləri "ikinci nəsil″ texnologiyalara əsaslanır, xaricdən gətirilən xammal istifadə edən əcnəbilərə məxsus olur, az sayda iş yerləri açılır və ölkə iqtisadiyyatında fəaliyyət göstərən digər istehsalçılar ilə az bağlılıq yaranır. Eyni zamanda, üçüncü dünya ölkələrinin xarici valyuta ehtiyatları azalır, çünki xarici şirkətlər öz mənfəətlərini ölkələrinə göndərirlər. Bununla əlaqədar olaraq, üçüncü dünya ölkələri xarici valyuta əldə etmək üçün daha çox xammal ixrac etməyə məcbur olurlar. Buna görə, üçüncü dünya ölkələrinin iqtisadiyyatlarının sağlamlığı inkişaf etmiş ölkələrə xammal ixrac etməkdən asılı olacaqdır. Bununla yanaşı, iş yerləri açılmadığından həmin ölkələrin əhalisi bu artımın yalnız kiçik faydasını görəcəklər. Ona görə də, üçüncü dünya ölkəlrində baş verən hər hansı iqtisadi inkişaf müəyyən sosial in­ki­şafa gətirib çıxaracaqdır, lakin yenə də birinci dünya ölkələrinin iqtisadiyyat­larının inkişafı ilə müəyyən olunacaqdır. Elə bu səbəbdən də, sözügedən nəzəriyyənin nümayəndələri qeyd edirdilər ki, İEOÖ öz davamlı inkişaflarını İEÖ-dən asılı olmaqla təmin edə bilməzlər. Bununla əlaqədar olaraq, üçüncü dünya ölkələrinin müstəqil milli inkişaf strategiyasına ehtiyacları vardır. Həmin ölkələr birinci dünya ölkələrindən asılı olaraq inkişaf etməməli, iqtisadi cəhətdən öz tələblərini təmin edə bilməlidirlər.

Qeyd olunmalıdır ki, bütün dünya ölkələri bu və ya digər dərəcədə bir-birlərindən asılıdırlar. Həmçinin, hər bir ölkə özünün iqtisadi inkişafını təmin etmək üçün digər ölkələrlə iqtisadi və ticarət əlaqələri qurur. Qloballaşma şəraitinin bütün dünya ölkələri qarşılıqlı sürətdə bir-birilərindən asılıdırlar və özlərinin iqtisadi inkişafını təmin etmək məqsədilə öz səylərini əsirgəmirlər.

ABŞ iqtisadçısı R. Kuper qarşılıqlı asılılıq problemini müxtəlif nöqteyi nəzərdən araşdırır. Onun fikrinə görə, dörd növ qarşılıqlı asılılıq mövcuddur:

1. Struktur asılılığı. Ölkələr bir-biri ilə o qədər qarşılıqlı asılılıq vəziyyətin­dədirlər ki, hər hansı bir ölkənin iqtisadiyyatında baş verən əhəmiyyətli dəyişiklik dərhal digər ölkələrdə əks-səda doğurur.

2. İqtisadi siyasət sahəsində qarşıya qoyulan məqsədlərin qarşılıqlı asılılığı;

3. İqtisadi inkişafın xarici amillərinin qarşılıqlı asılığı.

4. Siyasi cəhətdən qarşılıqlı asılılıq həmin nəzəriyyə öz reallığı ilə fərqlənir. [124, 551].

Göstərilən nəzəriyyələr qloballaşma dövründə BƏB sisteminin modernləş­dirilməsi sahəsində digər nəzəriyyələrin meydana çıxmasına şərait yaratmışlar.

BƏB modernləşdirilməsi və milli dövlətlərin bu prosesə uyğunlaşması ideyalarının əsas məzmunu ondan ibarətdir ki, İEOÖ himayəçilik siyasətindən imtina etməlidirlər və xarici kapitalın ölkəyə daha çox daxil olması üçün şərait yaratmalıdırlar. İEOÖ-in çoxu həmin nəzəriyyələrin işığında "açıq qapı" siyasətini həyata keçirir, müştərək müəssisələrin, azad iqtisadi zonaların yaradılmasını sürətləndirirlər.

Bu sahədə Cənubi-Şərqi Asiya və Latın amerikası ölkələri xeyli nailiyyətlər əldə etmişlər. Bununla yanaşı, onlar himayəçilik siyasətindən də tam imtina etməyiblər. Onlar himayəçilik rejiminin yumşaldılması siyasətinin İEÖ tərəfindən də həyata keçirilməsini tələb edirlər.

Qloballaşma dövründə BƏB sisteminin modernləşdirilməsi ideyasının əsas məzmununu İEOÖ-lərin sənayeləşmə siyasətinin sahə strukturunun yeni istiqa­mət­lərinin müəyyən edilməsi təşkil edir. Onlara təklif olunur ki, İEÖ-in ehtiyaclarını ödəmək üçün əməktutumlu, materialtutumlu, standartlaşdırılmış məhsul və mə­mulatların istehsalına üstünlük versinlər. Həmin məhsulların ixracı hər vasitə ilə stimullaşdırılsın. İEÖ isə yüksək ixtisaslı işçi qüvvəsi tələb olunan elmi-texniki tərəqqinin özünü çox göstərdiyi sahələrin inkişafına üstünlük verməlidirlər. [124, 5. 51-52]

80-cı illərdə ABŞ, Kanada, Böyük Britaniya və AFR-da konservativ hökü­mətlərin hakimiyyətə gəlməsi iqtisadi nəzəriyyədə və siyasətdə neoklassik əksinqilab ilə nəticələndi. Onlar İEÖ-lərdə məcmuu təklifin stimullaşdırılmasına və dövlət müəssisələrinin özəlləşdirilməsinə üstünlük verdilər. Həmin nəzəriyyənin tərəfdarları üçüncü dünya ölkələrində iqtisadiyyata dövlət müdaxilələrinin ixtisar olunması ideyasını irəli sürdülər. Həmin ideyalar aparıcı beynəlxalq iqtisadi təşkilatlar olan BVF və Dünya bankı tərəfindən qəbul olundu. Ona görə də azad ba­zar ideyalarını əsas götürən neoklassik məktəbin nümayəndələri asılılıq nəzəriyə­sinin tərəfdarlarına qalib gəldilər. Onlar hesab edirdilər ki, bazarlara sərbəstlik ver­məklə, dövlət müəssisələrini özəlləşdiməklə, ixracatın qarşısındakı maneləri götür­məklə və xarici kapitalı cəlb etməklə iqtisadi inkişafı sürətləndirmək mümkündür.

Asılılıq nəzəriyyəsi tərəfdarlarından fərqli olaraq neoklassiklər hesab edirdilər ki, üçüncü dünya ölkələri öz inkişafında İEÖ-lərin irticaçı siyasətlərinə görə deyil, iqtisadiyyata dövlət müdaxilələrinin yüksək olmasına görə geri qalırlar.

Neoklassik nəzəriyyənin nümayəndələrindən biri olan P. Bauer qeyd edirdi ki, üçüncü dünya ölkələrinin əhalisi, xüsusən də kənd yerlərində yaşayanlar bazar rasionallığının qaydalarına əməl etmirlər. Bauer hesab edir ki, dövlət yox, fərdlər iqtisadiyyatın sahibkarlığını təmin etməlidirlər. Bu nəzəriyyənin digər nüma­yəndəsi T.Şults isə qeyd edirdi ki, kəndli fermerlər fermalarında çox az vaxt və ka­pital işlədirlər. Bunun səbəbi isə dövlət siyasətinin həmin fermerlərin bir sahibkar kimi formalaşmasına göstərdiyi mənfi təsirlə bağlıdır. Belə ki, dövlət siyasəti ya həmin fermerləri kapitaldan məhrum edir, ya da kənd təsərrüfatındakı qazancları çox aşağı endirir.

Bu nəzəriyyənin digər nümayəndələri C. Bhaqvatı, V. Ramasvami, H. Con­son, B. Balassa, Ə. Kruqer və V. Korden əsas diqqəti proteksionizmin itkilə­ri­nə və val­yutanın həddən artıq yüksək qiymətləndirilməsinə yönəltmişlər. [198, 590] Onlar hesab edirdi ki, üçüncü dünya ölkələri bazara və özəl təşəbbüsçülüyə sərbəstlik verməklə ehtiyatların səmərəli bölgüsünü və sürətli inkişafı təmin edə bilərlər. Buna misal olaraq, Cənubi-Şərqi Asiya ölkələri göstərilir. [198, 5. 93-94] Lakin üçüncü dünya ölkələrinin təcrübəsi göstərdi ki, neoklassik nəzəriyyələr uzun müd­dətli prespektivdə özünü heç də həmişə doğrultmur. Xüsusən keçid iqtisadiy­yatı ölkələrində sosial-iqtisadi proseslərin tənzimlənməsində bazar mexanizminə bir mənalı şəkildə üstünlük verilməsi və dövlət tənzimləmələrinin rolunun zəif­lədil­məsi həmin ölkələrdə mövcud problemlərin üzunmüddətli perspektivdə həllini sürətləndirə bilməz. Amerikan tədqiqatçısı Manuel Kastelsin fikrinə görə, qlobal proseslər dərinləşdikcə rəqabət mübarizəsi dünyanın iqtisadi mərkəzləri, regionları və ölkələri arasında getdikcə kəskinləşir, BƏB sisteminin sturukturunda ciddi dəyişikliklər baş verir. [188. 5. 153-154]. Yeni BƏB anlayışı qlobal iqtisadiy­yatda dörd əsas istehsalçılar qrupu­nun mövqeni əks etdirir: ixtisaslı əməyə əsas­lanan yüksək dəyər isteh­salçıları; az əmək haqqı ödəmələrinə əsaslanan miqdarca böyük həcmdə məhsul istehsalçıları; təbii ehtiyatlara əsaslanan xammal isteh­salçıları; qiymətdən düşmüş məhsul isteh­salçıları. Lakin həmin müxtəlif növ əmək bölgüsü ölkə bölgüsü ilə uyğun gəlmir. Onlar qlobal iqtisadiyyatın infor­masiya infra­strukturundan istifadə edil­mək­lə şəbəkə və axınlar şəklində təşkil olunurlar. Coğ­rafi cəhətdən onlar planetin bir sıra regionlarında təmərküzləşir və qlobal iqtisa­diyyata differensial xarakter verirlər. Lakin yeni BƏB ölkələr arasında deyil, yuxarıda göstərilən dörd əmək növü şəklində qlobal iqtisadiyyatda şəbəkə və axın­lar şəklində yerləşdirilmiş iqtisadi agentlər arasında baş verir. Həmin dörd mövqe bütün ölkələrdə möv­cuddur və onlar öz reallığı və məqsədləri baxımından qlo­baldırlar. Hətta ən marjinal iqtisadiyyatda belə, az da olsa, yüksək dəyər isteh­sal­çıları mövcuddur və əksinə, ən qüdrətli iqtisadiyyatda da, marjinal seqmentlər mövcuddur (Məs. Nyu-York, Osaka, London və yaxud Madriddə).

BƏB-də mövqe, prinsip etibarilə, ölkənin xarakterindən deyil, onun əmək ehtiyatlarının xüsusiyyətlərindən, bilik səviyyəsindən və onun qlobal iqtisadiyyata daxil olma dərəcəsindən asılı oldugu üçün dəyişikliklər qısa tarixi dövr ərzində baş verə bilər. Bu prosesdə hökümətlərin və biznes strukturlarının fəaliyyəti həlledici rol oynayır. Yeni beynəlxalq əmək bölgüsü, əmək ehtiyatları və texnologiya bazası əsasında formalaşır və hökümətlər və sahibkarların fəaliyyəti ilə istiqa­mətlənir.

2. 2. Qloballaşma şəraitində innovasiyanın inkişafında

dövlətin strateji rolu
Bu gün qabaqcıl ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onların tərəqqisini elm müəyyən etmişdir. Nə təbii sərvətlər, nə də ki, coğrafi vəziyyət deyil, məhz intellektual kapital, məhz elmin səviyyəsi hər bir ölkəni lider ölkəyə çevirir.

İlham ƏLIYEV,

Azərbaycan Respublikasının Prezidenti
İqtisadi qloballaşma ölkələrin istehsal sistemləri ilə yanaşı innovasiya sistemlərini də bir-birindən asılı vəziyyə salmışdır. Qloballaşma şəraitində bazar­larda rəqabətin artması, elm və texnologiyada sürətlə özünü göstərən dəyi­şikliklər təsərrüfat subyektlərini məcbur edir ki, innovasiyadan fasiləsiz istifadə etsinlər. Məlum olduğu kimi, innovasiyanın iki növü vardır: texnologiya və idarəçilik sahəsində innovasiyalar. Idarəçilik sahəsində firmalararası şəbəkələşmə və əmək­daşlıq rəqabət gücünü artırmaq üçün müstəsna əhəmiyyət kəsb edir. Firmalararası şəbəkələşmə, bazar və istehsal sahəsində biliklərin yayılması və birgə hərəkət ənənəsinin yaradılması texnoloji infrastrukturun daha da yaxşılaşdırılması üçün əməkdaşlığa şərait yaradır. Bundan başqa, firmadaxili idarəçilik yenilikləri və texnoloji dəyişiklikdən rəqabət gücünü artırmaq məqsədilə istifadə edilməsi həyati əhəmiyyət kəsb edir.

Texnologiya sahəsində yeniliklər firmalar, xüsusən kiçik müəssisələr üçün getdikcə daha böyük əhəmiyyət kəsb edir. İnnovasiyanın məhsuldarlığı yalnız bu sahədə çalışanların (məsələn firmaların, elmi-tədqiqat müəssisələrinin, universitet­lərin) yalnız professional fəaliyyətindən asılı deyildir, eyni zamanda, innovasiya sisteminin aparıcıları kimi onların yerli, milli və beynəlxalq səviyyədə əlaqələrindən asılıdır. İnnovasiya sisteminin verimliliyi bir çox amillərdən asılıdır. Bunlar arasında fərdləri və müəssisələri öyrənməyə stimullaşdıran şərtlər, maliyyə sisteminin etibarlılığı, bu sahədə dövlət tənzimləmələrinin səmərəliliyi və s. mü­hüm rol oynayır. Məsələn, innovasiya prosesinin milli iqtisadiyyata əhəmiyyətli təsir göstərə bilməsinin mühüm şərtlərindən biri elmi-tədqiqat müəssisələri və universitetlər ilə sahibkarlar arasında qarşılıqlı əlaqələrin yaradılması və inkişaf etdirilməsidir. Bu sahədə dövlətin üzərinə böyük vəzifələr düşür. Bunlar aşağıda­kılardır:

İnnovasiya sisteminin gücləndirilməsi. Bu funksiya qloballaşma dövründə milli dövlətlər qarşısında duran həyati əhəmiyyətli məsələdir. Qloballaşma tex­noloji infrastrukturun formalaşma prosesində bu sahədə bazar mexanizmində özü­nü göstərən çatışmazlıqları aradan qaldırmağa yardım edə bilər. İnnovasiya tətbiq edilərkən mövcud olan qeyri-müəyyənliklər bu sahəyə kapital qoyuluşunu çətin­ləşdirir. Bu çətinliklərin aradan qaldırılması sahəsində dövlət öz funksiyasını yerinə yetirmədikdə qloballaşmanın verdiyi ən mühüm üstünlük - texnologiyanın fasi­ləsiz tətbiqi reallaşdırıla bilməz ( 279. s. 45). İnkişaf etmiş sənaye ölkələrində, ənə­nəvi olaraq, texnoloji irəliləmə sahəsində dövlət öz üzərinə böyük məsuliyyət gö­türür və genişmiqyaslı təşkilatçılıq fəaliyyətini həyata keçirir, tənzimləmələr aparır.

İnnovasiya üçün zəruri şəraitin yaradılması. Dövlət özünün texnologiya və innovasiya siyasətini həyata keçirdiyi bütöv iqtisadi strategiyanın tamamlayıcı ünsürü hesab edir. Bu siyasət daxilində dövlət biliyin ölkə iqtisadiyyatını bütöv­lüklə əhatə edən idarə olunması sistemini yaratmaq və onu təsirli hala gətirmək funksiyasını öz üzərinə götürür. Bu funksiya çərçivəsində innovasiya üçün lazımi şəraitin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Bunlara aşağıdakılar daxildir:

1. İnnovasiya sahəsində rəqabəti təşviq edən siyasət.

2. İnsan kapitalının formalaşmasını təmin edən təhsil siyasəti.

3. Bürokratik maneələrin aradan qaldırılmasına istiqamətlənmiş idarəçilik sahəsində və müəyyən sistemində islahatların aparılması.

4. Kiçik müəssisələrə kapital axınını təşviq edən maliyyə siyasəti.

5. Əmək bazarında elastikliyi artırmağa istiqamətlənmiş işçi qüvvəsi siyasəti.

6. İnformasiyanın yayılmasını yüksək səviyyəyə çıxaran və elektron şəbəkələrin geniş tətbiqinə əsaslanan rabitə siyasəti.

7. Qlobal səviyyədə yaradılan texnologiyanın milli sərhədlər daxilində yayılmasını genişləndirən xarici kapital və ticarət siyasəti ( 279, s. 88).

İnnovasiya mədəniyyətinin yayılması. Firma və müəssisələrin əksəriyyətində işin zəif təşkili və idarəçilik praktikasının geoloji texniki yeniliklərə uyğun gəlmir. Bu problemin həll edilməsində dövlətin üzərinə böyük vəzifələr düşür:

1. dövlət iş dünyası, elmi-tədqiqat işlərində və təhsildə innovasiya mədəniy­yətinin yayılmasında əlverişli şərait yaratmalı, böyük və kiçik bütün müəssisə və firmaların innovasiya və idarəçilik sahəsində müəllif təcrübələrini tətbiq və təşviq etməlidir;

2. dövlət yeni texnologiyanın yayılmasını asanlaşdırmağa istiqamətlənmiş dövlət proqramları tərtib etməli, firmaların innovasiya fəaliyyətini təşviq etməlidir;

3. yenilikçi sahibkarların birinci fəaliyyətində mövcud olan maneələr aradan qaldırılmalıdır;

4. dövlət və xüsusi bölmədə elmi-tədqiqat işlərində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin iş şəraiti nəzərdən keçirilməli və yaxşılaşdırılması üçün tədbirlər görülməlidir;

5. özəl sektorda risk yüksək olan innovasiya sahəsində səhmdar kapitalın formalaşdırılması və inkişaf etdirilməsi üçün tədbirlər görülməlidir

Yeni texnologiyanın yayılması. Dövlət emaledici sənayedə yüksək texnolo­gi­yadan istifadə edilən biliktutumlu sahələrə xüsusi diqqət verməlidir. Məlum olduğu kimi, iqtisadi əməkdaşlıq və inkişaf təşkilatında (OЭCP) istehsalın üçdə ikisi və məşğulluğun 70%-i xidmət sektoruna aiddir. Texnologiyanın yayılması mexanizminin təkmilləşdirilməsi dövlətin iqtisadi siyasətinin aparıcı istiqamət­lərindən biri olmalıdır. Bu mexanizm yalnız texnologiyanı tətbiq edən firmaları deyil, həm də ənənəvi üsullarla istehsalı təşkil edən müəssisələri də əhatə etməlidir.

Qabaqcıl dünya dövlətlərinin təcrübəsi göstərir ki, hökumət texnologiyanın yayılmasında fərdləri təşviq etməklə yanaşı, bu sahədə təşkilatlanmağa da xüsusi diqqət verirlər. Texnologiya sahələrindəki biliklər xaricdən mütəxəssislər cəlb olunması yolu ilə də artırıla bilər. Təhsil siyasəti təhsil alma müddəti bitdikdən sonra da davam etdirilməlidir. İşləyənlərin təhsilinin artırılması, özəl və dövlət bölməsi arasında mütəxəssis mübadiləsi sistemi yaradılaraq inkişaf etdirilməlidir.

Şəbəkələşmə və təmərküzləşmənin təşviqi. Şəbəkələşmiş firmalarla innova­siya yaradan müəssisələr arasındakı əlaqələr innovasiya prosesinin başlıca mənbəyi halına gəlmişdir. Belə vəziyyət informasiya texnologiyalarının inkişafının nəticəsi kimi yeni texnologiyanın yayılmasında əldə etdikləri üstünlük ilə əlaqədar yaran­mışdır. Yenilikdən praktikaya qədər yolda məsafə olduqca yüksəkdir və getdikcə artmaqda davam edir və yenilikçi müəssisələr nə qədər böyük olsalar da, onlar həmin məsafəni təkbaşına qət edə bilmirlər. Ona görə də onlar ehtiyac hiss etdikləri yeni bilikləri və mütəxəssisləri bəzən firma daxilində əldə edə bilmirlər və buna görə də həmin problemi həll etmək üçün strateji ittifaqlar yaradırlar. Günümüzdə belə ittifaqların sayı durmadan artır, şəbəkələşmə genişlənir. Firmalar innovasiya prosesində çox vaxt alt sənaye sahələri, müştəriləri və hətta rəqibləri ilə də əmək­daşlıq edirlər. ( 279, s. 86)

Bir çox qabaqcıl ölkələrdə yenilikçi firmaların təmərküzləşməsi iqtisadi inkişafın aparıcı mühərrikinə çevrilmişdir. Yenilikçi iqtisadi fəaliyyətin təmərküz­ləşməsi yeni texnologiyalar, yüksək ixtisaslı mütəxəssislər və tədqiqat işlərinə kapital qoyuluşları üçün cazibə mərkəzlərinə çevrilmişdir. Belə təmərküzləşmə mərkəzləri daha çox irimiqyaslı ölkələrdə aparıcı firmaların mövcud olduğu, innovasiya mədəniyyətinin geniş yayıldığı regionlarda yaranır. Lakin belə təmər­küzləşmə mərkəzləri təbii üstünlüyə malik olan ölkələrdə də yaradıla bilər.

Bazar iqtisadiyyatında innovasiya prosesləri, hər şeydən əvvəl, ölkənin özünün milli təhsil sistemində yaradılmış sağlam təmələ əsaslanmalıdır. Bu sağlam təməl universitetlərdə və dövlət elmi- tədqiqat mərkəzlərində daha çox dövlət vəsaiti ilə dəstəklənən tədqiqatlardır. Dövlət elmi-tədqiqat müəssisələrinin həyata keçirdikləri elmi fəaliyyət əsas etibarılə səhiyyəyə, ekologiyaya və milli təhlükə­sizliyin təmin olunmasına yönəldilməklə yanaşı təhsilin inkişafına, qabaqcıl bilik­lərin yüksəldilməsinə xidmət edir. Elm və təhsilin inkişafı texniki innovasi­yanın əsas mənbəyidir. Firmalar bu mənbədən yeni texnologiya yaradılması üçün istifadə edirlər.

Modernləşmə sahəsində qloballaşmanın tələblərinə uyğun zərurəti biliyə əsaslanan əmək məhsuldarlığı qlobal iqtisadiyyatın əsas fərqləndirici xüsusiy­yətidir. ( 188, s. 84)

Xaricdən texnologiya idxalı modernləşmə prosesini sürətləndirə bilər. Lakin dövlətlərin çoxu bu halda ölkənin özünün tədqiqat və araşdırma qabiliyyətinin və müvafiq olaraq innovasiya gücünün itirilməsindən narahatdırlar. Ona görə də in­novasiyaya kapital qoyan qlobal səviyyəli xarici şirkətlərlə əməkdaşlıq etmək fay­dalıdır. Lakin belə əməkdaşlıqdan fayda götürülməsi oyunun şərtlərindən asılıdır.

Milli istehsalın texnoloji quruluşunun müasir dünyada mövcud olan yüksək səviyyəyə yüksəldilməsi və milli iqtisadiyyatın özündə texnoloji şəbəkələr yara­dılmasının təmin edilməsi belə əməkdaşlığın əsas şərti olarsa, ondan əhəmiyyətli fayda götürmək mümkündür. Belə siyasətin həyata keçirilməsi üçün yerli inno­vasiya müəssisələrinin yaradılması, təmərküzləşməsinin təşviqi qlobal şirkətlərin innovasiya qoyuluşlarının və xarici tədqiqatçıların cəlb edilməsi üçün olduqca vacibdir.

Qloballaşma prosesində ölkələr bənzər problemlərlə qarşılaşaraq bu sahədə milli siyasətlərini milli ənənələrə və mövcud olan sistemlərə uyğun olaraq formalaşdırırlar. Başqa sözlə, milli innovasiya siyasəti də ölkənin iqtisadi inkişaf xüsusiyyətlərini və tarixi ənənələri nəzərə almalıdır.

Tədqiqatların və texnologiyanın inkişaf etdirilməsi sahəsində mövcud olan xüsusiyyətləri və innovasiya fəaliyyətinin əhəmiyyəti və dərəcəsi bazar iqtisadiy­yatının inkişafı səviyyəsi ilə sıx əlaqədardır. Təhsil və texnologiya sahəsində siyasəti formalaşdıran qurumların gücü və ənənələri, bu sahədə məsuliyyətin mərkəzi və yerli orqanlar arasında bölgüsü, müxtəlif nazirliklərin rol və gücləri, hökumət-sənaye əlaqələrinin xarakteri, dövlət-özəl şirkətlərin mövcudluğu dərəcəsi baxımından ölkədən ölkəyə ciddi fərqlər mövcuddur. Bəzi ölkələr (məsələn, Yaponiya) təhsilin təməlinin gücləndirilməsinə üstünlük verdik­ləri halda, digər ölkələr (məsələn, ABŞ) dövlət tədqiqat müəssisələrinin məlum məqsədlərə istiqa­mətlənmiş fəaliyyətinə xüsusi əhəmiyyət verirlər. Müxtəlif Avropa ölkə­lərində isə innovasiya mədəniyyətinin, xüsusən kiçikmiqyaslı müəssisələrdə yüksəldilməsi ön plana çəkilir (198, s. 348)

Texnologiya siyasətinin müəyyən bir xəttə tabe edilməsi hökümət müdaxil­ə­lərinin səmərəliliyinin azaldılması riskini artıra bilər. Ancaq bu, eyni zamanda, ölkənin innovasiya qabiliyyətinin artırılmasında misilsiz faydalar verə bilər.

İqtisadi əməkdaşlıq və inkişaf təşkilatının yeni üzvlərə milli innovasiya sistemlərini mövcud olan, lakin qırıq-sökük ünsürlərini birləşdirərək qorumaq məcburiyyətindədirlər. Bununla yanaşı, həmin ölkələr milli innovasiya sistemini formalaşdırmaq üçün bir sıra fundamental əhəmiyyətli müəssisələr də yaratmağa başlamışlar. Bu ölkələrdə yerli firmalar təqlidçilikdən yaradıcılığa keçmək məcbu­riyyətində olduqları halda, zəruri texnologiyanın yaradılmasında aciz qaldıqları günün ən ciddi problemlərindəndir. Lakin bu ölkələrin üstünlükləri də vardır. Onlar mövcud təcrübədən geniş miqyasda istifadə edə bilərlər. Ancaq unutmaq olmaz ki, texnologiya idxalı heç vaxt sağlam təməl üzərində yaradılmış milli innovasiya potensialını əvəz edə bilməz. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan xalqının milli sərvəti onun intellektual potensialıdır, mədəniy­yətidir, ədəbiyyatıdır. Biz müstəqil dövlətimizi boş yerə qurmağa başlamamışıq. Bizim iqtisadi potensialımız kimi başqa bir sərvətimiz- intellektual potensialımız da var. Bunu yaradanlar var. Bu dahi insanlar Azərbaycanın böyük intellektual potensialını, mülkiyyətini yaradıblar”. Əsas məsələ odur ki, yarada-yarada öyrən­mək və tədqiq edərək öyrənmək yolu ilə «nou-hau» -nu özünküləşdirmək bir çox dövlətlərin təcrübəsində üstünlük təşkil edir.

Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi:“Azərbaycan xalqının milli sərvəti onun intellek­tual potensialıdır, mədəniyyətidir, ədəbiyyatıdır. Biz müstəqil dövlətimizi boş yerdə qurmağa başlamamışdıq. Bizim iqtisadi potensialımız kimi başqa bir sərvətimiz-intellektual potensialımız da var. Bunu yaradanlar var. Bu dahi insanlar Azərbaycanın böyük intellektual potensialını, mülkiyyətini yaradıblar”.

Akademik Ramiz Mehdiyev əsaslandırır ki: “Ümumən ölkənin iqtisadiyyatı sabitləşmiş sənaye cəmiyyətindən postindustrial cəmiyyət müstəvisinə transfor­masiya üçün real bazis yaradır”. «Azərbaycan sosiumun» müasir özünüdərkini və milli «Mən»ini formalaşdıran model öz yerini latent şəkildə dəyişərək, posmo­dernist siyasi və iqtisadi determinantlar üçün məkan yaradır. Özlüyündə qlobal­laşma milli iqtisadiyyatın inkişafı, siyasi və demokratik təsisatların təkmilləş­dirilməsi üçün yeni imkanlar yaradır və daha geniş perspektivlər açır. Buna görə də cəsarətlə deyə bilərik ki, İlham Əliyevin prezidentliyinin birinci dövrünün əsas vəzifəsi - davamlı və tərəqqi edən iqtisadi sistemin formalaşdırılması uğurla real­laş­dırılır. Məhz iqtisadi modernləşmə, bazarın sabitliyi, bank mühitinin tək­milləşməsi, orta sinfin formalaşması və ölkənin ÜDM-ində özəl sahibkarlığın rolu­nun güclənməsi ictimai şüuru latent şəkildə təzələyəcək, onu yeni demoqratik ənənələr və təsisatlar müstəvisinə yönəldəcəkdir»(76).

Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev xüsusi vurğulayır: “Biz öz təbii sərvətlərimizdən çox böyük səmərə ilə istifadə edərək təbii resurslarımızı insan kapitalına çeviririk. Bu gün əsas prioritetlərdən biri Azərbaycan xalqının və gələcək nəslin bilikli olmasıdır, eyni zamanda, bizim milli adət-ənənlərimizin təmin olun­ması şərti ilə dünyada gedən proseslərə qoşulmasıdır, dünya birliyinə inteqrasiya etməsidir”.





    1. Yüklə 7,05 Mb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə