65
vaxt xəstəliyin vaxtında aşkar olunmaması səbəbindən ölürlər. Differensial diaqnostika zamanı
ailədə olan uşağın batsilyar xəstələrlə kontaktı, ağciyərlərdə və yaxud başqa orqanlarda, nəhayət
prosesi sürətləndirən faktorun olması nəzərə alınmalıdır. Diaqnozun dəqiqləşdirilməsi məqsədi
ilə qanı qidalı mühitdə əkmək olar. Lakin bir şeyi yadda saxlamaq lazımdır ki, vərəm
mikobakteriyaları qidalı mühitdə çox yavaş inkişaf edir (orta hesabla 2-3 həftə). Adi sepsis də
batsilemiya ilə müşahidə olunur. Bu zaman qanda stafilokokk və streptokokkların inkişafını
görmək olar. Bu səbəbdən 12-24 saat ərzində bu mikrobların qanda qidalı mühitdə inkişaf etməsi
vərəm sepsisinin xeyrinə olan cavabdır. Diaqnozu müəyyən etmək üçün bəzən “ex juvantibus”
müalicə aparılması məsləhətdir.
Miliar vərəmin tifoid forması
N.İ.Piroqov vərəmin bu formasını XIX əsrdə yaralı və həddən artıq zəifləmiş əsgərlərdə
aşkar etmişdir. Kliniki gedişinə görə vərəmin bu forması qarın yatalağını xatırladır.
Miliar vərəmin yatalaq formasını qarın yatalağından differensiasiya etmək üçün aşağıdakı
kriterilərdən istifadə etmək lazımdır.
•
Yatalaq xəstəliyi tədricən başlayır, miliar vərəmin yatalaq forması isə kəskin başlayır.
•
Miliar vərəm zamanı bədən hərarəti qeyri bərabər xarakterli olur, qarın yatalağında isə
hərarət
xarakterik əyriyə malikdir, yəni birinci ilk həftə ərzində tədricən qalxır.
•
Qarın yatalağı zamanı qarnın köpməsi, ishal olur ki, bu da miliar vərəm üçün xarakterik
deyil.
•
Qarın yatalağında leykopeniya və nisbi limfositoz olur. Miliar vərəmdə isə leykositlər
xəstəliyin əvvəlində artır, leykositar formulanm sola meyli və limfopeniya aşkar edilir.
•
Mərkəzi sinir sisteminin fəaliyyəti miliar vərəmə nisbətən yatalaq xəstəliyində daha
düşgündür.
•
Nəhayət qarın yatalağı üçün nisbi bradikardiya, müsbət Vidal reaksiyası və bədən
dərisində rozeolaların meydana gəlməsi xarakterikdir.
Miliar vərəmin ağciyər formasında qabarcıqlar əsas etibarilə ağciyərlərdə əmələ gəlir.
Kəskin inkişaf etmiş intoksikasiya və hərarətdən başqa xəstələrdə təngnəfəslik, sianoz, quru
öskürək, perkutor və auskultataiv əlamətlər isə cüzi formada, zəif olur. Ağciyərlərin kəskin
emfizeması inkişaf edir. Ona görə də perkusiya zamanı ağciyər səsi timpanik çalarlığa malik
olur. Tənəffüs zəifləmiş və yaxud gərgin olur, quru və kiçik qabarcıqlı xırıltılar eşidilir.
Rentgenoloji müayinələr zamanı xəstəliyin əlamatələri ayırd olunmaya bilər. Lakin
rentgenoqrammada çoxsaylı simmetrik yerləşmiş 1-2 mm diametr ölçülərində darıvari
qabarcıqlar aşkar olunur. Orta və aşağı şöbələrdə ağciyərlərin körpücük sümüyü üst və alt
zonalarından çox olur. Belə ki, ağciyərlərin həcmi bu zonalarda azdır. Xəstəliyin başlanğıcında
ocaqlı dəyişikliklər az intensivli və incə tor şəklində görünür. Bu, ağciyər damarlarının qanla
dolmasının artması ilə əlaqədardır. Vərəm əleyhinə antibakterial dərmanların tətbiq olunduğu
dövrə qədər, xüsusilə də meningitin inkişafı ilə əlaqədar olaraq xəstəlik uşaqlarda və eləcə də
böyüklərdə ölümlə nəticələnirdi. Vərəm əleyhinə dərmanlar belə xəstələrin sağalmasına imkan
yaratdı. Bununla belə, müalicənin nəticəsi miliar vərəmin vaxtında aşkar olunmasından asılıdır.
Antibakterial müalicə ilə yanaşı dezintoksikasion terapiya, tənəffüs çatışmazlığı inkişaf edirsə,
uzun
müddətli oksigenterapiya, ürək-damar sisteminin müalicəsi, kortikosteroidlər,
immunomodulyatorlar istifadə olunur. Müalicə qanda və müxtəlif orqanların toxumalarında
bakterial populyasiyanın azalmasına, intoksikasiyanın aradan götürülməsinə və tənəffüs
66
çatışmazlığına qarşı yönəldilir.
Müsbət nəticə əldə etmək
üçün müalicə kompleks şəkildə aparılmalıdır.
Miliar vərəmin müalicəsi qısamüddətli, yaxud da
düzgün aparılmasa, vəziyyət bir qədər yaxşı olsa da
sonralar vərəm xəstəliyinin kəskinləşməsi baş verir və
miliar vərəmin xroniki forması inkişaf edir.
Ağciyərlərin xroniki miliar vərəmində vərəm
qabarcıqları ilə bərabər, diffuz pnevmoskleroz da qeydə
alınır. Bu formanın müalicəsi xəstəliyin kəskin
formasından daha çətindir. Antibakterial dövrə qədər
xroniki miliar vərəmdə kiçik, orta və iri petrifikatlar
əmələ gəlirdi. Müasir zamanda daha çox fibroz inkişaf
edir. Antibakterial müalicə nəticəsində vərəm ocaqları
sorulur, ya da onların yerinde çapıqlar əmələ gəlir.
Ocaqların petrifikasiyası indi çox nadir hallarda yaranır.
Bu yəqin təkcə antibakterial müalicə ilə yox, həm də
onunla izah olunur ki, indi xəstələr daha erkən aşkar
olunur və ocaqlarda kazeoz-nekroz hələ inkişaf etmiş ol-
mur.
AĞCİYƏRLƏRİN OCAQLI VƏRƏMİ
Yaşlı şəxslərdə ikincili vərəmin ən erkən forması ağciyərlərin ocaqlı vərəmidir. Ağciyərlərin
ocaqlı vərəmi ekzogen superinfeksiya nəticəsində yarana bilər. Lakin vərəmin bu forması əsas
etibarilə vərəm mikobakteriyalarının limfa düyünlərində, böyrəklərdə, sümüklərdə və digər
orqanlarda gizli vərəm ocaqlarından endogen yayılması nəticəsində də baş verir.
Vərəmin ocaqlı forması yeganə patogenezə malik deyil. Ağciyərlərin ocaqlı vərəminin əsas
əlamətləri zədələnmənin məhdud olmasıdır. Patoloji dəyişikliklər tək-tək ocaqlarla təqdim
olunur və ölçüləri l sm-dən artıq olmur. Adətən ağciyərlərin yuxarı paylarında yerləşirlər.
Ağciyər vərəminin ocaqlı forması adətən,
birtərəfli olur, ancaq ikitərəfli də ola bilər.
Ocaqlı vərəmin iki forması ayırd olunur: yumşaq ocaqlı və fibroz ocaqlı vərəm. Bu
formaların ayırd edilməsinə səbəb bunların müxtəlif genezli olması, fərqli patomorfoloji şəklinin
və potensial aktivliyinin olması və prosesin geriyə sorulmasına meylliyin eyni cür olmamasıdır.
Yumşaq ocaqlı vərəm ikincili vərəmin başlanğıcı sayılır ki, bu da sonrakı formaların inkişafı
üçün prosesin bu mühüm formasının mahiyyətini təşkil edir. Yumşaq ocaqlı forma infiltratlardan
fərqli olaraq daha zəif intoksikasiya əlamətləri ilə keçir. Ağciyər toxumasında parçalanma
yoxdursa, stetoakustik əlamətlər aşkar olunmur.
Rentgenoloji müayinələr zamanı isə 1 və ya bir neçə sm diametr ölçülərə qədər ocaqlar
aşkar olunur. Prosesin normal gedişi zamanı bu ocaqlar sorulur və yerində çapıq
inkapsulyasiyaya uğramış ocaqlar əmələ gəlir. Proses inkişaf edirsə, infiltrativ və yaxud
ağciyərin kavernoz vərəmi yarana bilər.
Fibroz ocaqlı vərəmin gedişi xoşxassəli olur. Vərəmin bu formasında uzunmüddətli
subfebrilitet, arıqlama və intoksikasiyanın inkişaf etməmiş zəif əlamətləri müşahidə olunur.
Fibroz ocaqlı vərəmə tutulmuş xəstələrdə müvafiq ağciyərin zirvəsi büzüşmüş olur və körpücük