VəRƏSƏLİk hüququ



Yüklə 93,42 Kb.
tarix24.02.2018
ölçüsü93,42 Kb.
#27655


VƏRƏSƏLİK HÜQUQU.
PLAN.
Giriş.

1. Vərəsəlik hüququnun əsas anlayışları.

2. Vərəsəlik üzrə hüquq varisliyinin subyektləri.

3. Qanun üzrə vərəsəlik.

4. Vəsiyyət üzrə vərəsəlik.

5. Mirasın qəbul edilməsi və mirasdan imtina.

Nəticə.


İstifadə olunmuş ədəbiyyat.


GİRİŞ.

Mülki hüquq - fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini, əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirən, müqavilə və digər öhdəlik münasibətlərini, sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən hüquq sahəsidir.

Mülki hüququn əsas sahələri aşağıdakılardır:

1. Öhdəlik hüququ

2. Əmlak hüququ

3. Vərəsəlik hüququ

Vərəsəlik mülki hüququn ən mürəkkəb institutlarından biri olaraq bütün dövrlərdə olduğu kimi, indi də böyük əhəmiyyət kəsb edir. Vərə-səlik hüququ nədir? Bu hüquq necə həyata keçirilməlidir? Ümumiyyətlə, mülki qanunvericiliklə müəyyən edilmiş qaydada bu hüquqlardan necə istifadə edilir?

Zaman-zaman bu suallara bir çox şəxslər cavab tapmaqda çətinlik çəkirlər. Qeyd edək ki, ölkə vətəndaşları müxtəlif dövlət aktları və ya vərəsəlik hüququ əsasında əmlak sahibi olurlar. Vəfat etmiş şəxsdən mi-ras qalmış əmlakın onun vərəsələrinin adına rəsmiləşdirilməsi vərəsəlik hüquq normaları ilə nizamlanır. Azərbaycan Respublikası Mülki Məcəl-ləsinin 527-ci maddəsinə müvafiq olaraq vərəsəlik qanun üzrə və və-siyyət üzrə həyata keçirilir. Deməli, vərəsəlik ya qanun, ya da vəsiyyət üzrə olmalıdır.

1. VƏRƏSƏLİK HÜQUQUNUN ƏSAS ANLAYIŞLARI.

Ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçə) keç-məsi vərəsəlik adlanır. Başqa sözlə, vərəsəlik dedikdə, ölən vətəndaşın (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür.

Mülkiyyət (iqtisadi mənada) dövlət və hüquq yaranana qədər, mül-kiyyət hüququ isə dövlətin yaranması ilə meydana gəldiyi kimi, vərə-səlik hüququ da mülkiyyət hüququnun nəticəsi qismində yalnız dövlətin yaranması ilə meydana gəldi.

Vərəsəlik (xüsusi mənada) universal varislikdir. Bu o deməkdir ki, vərəsəliyə daxil olan vərəsə miras qoyanın bütün əmlakını (və ya bir neçə vərəsə olduqda əmlakın müəyyən hissəsini) vahid tam kimi bir akt-la əldə edir. Vərəsəliyin ümumi xarakteri onda özünü göstərir ki, mirasın tərkibinə daxil olan həm hüquqlar, həm də vəzifələr dərhal vərəsəyə ke-çir, vərəsə mirasın tərkibində elə hüquq və vəzifələr əldə edə bilər ki, onların mövcud olması barədə heç bilmirdi və s. Vərəsəlik ümumi vəya universal hüquqi varislik kimi başa düşülür. Onu xüsusi və ya sinqulyar hüquqi varislikdən fərqləndirmək lazımdır. Sinqulyar hüquqi varies yal-nız hər hansı bir hüquq və ya hüquqlar qrupunu əldə edir. Ona ayrı-ayrı vəzifə də keçə bilər.

Universal hüquqi varislik bilavasitə varislikdir, çünki hüquq və və-zifələr bir şəxsdən başqasına üçüncü subyektin iştirakı olmadan keçir. Sinqulyar varislik isə öz hüquqlarını və ya ayrı-ayrı hüququ bilavasitə miras qoyandan deyil, vərəsədən alır.

Bununla yanaşı Roma hüququnda ölən şəxsdən sonra sinqulyar varislik, yəni şəxsə ayrı-ayrı hüquqlar - leqatlar və imti-nalar adlanan hüquqlar verilməsi də məlum idi .

Vərəsəlik hüququnu obyektiv və subyektiv mənada fərqləndirmək lazımdır. Obyektiv mənada bu, ölən vətəndaşın hüquq vəzifələrinin di-gər şəxslərə keçməsi prosesini tənzimləyən normaların toplusudur. Sub-yektiv mənada vərəsəlik hüququ dedikdə, şəxsin vərəsəliyə çağrılmaq hüququ və eləcədə mirası qəbul etdikdən sonar onun səlahiyyətləri başa düşülür.

Vərəsəlik ya vəsiyyətnamə üzrə, ya da qanun üzrə (şəxs vəsiyyət-namə qoymadıqda, ya o etibarsız hesab edildikdə, ya da vəsiyyətnamədə təyin edilən vərəsə vərəsəliyi qəbul etmədikdə) mümkün idi.

Roma vərəsəlik hüququnun xarakterik xüsusiyyəti eyni bir şəxsdən sonra vərəsəlik zamanı göstərilən iki əsasın (vəsiyyətnamə və qanunun) birləşdirilmə-sinin yol verilməzliyi idi, yəni mirasın bir hissəsinin vəsiyyətnamə üçün vərəsəyə keçməsinə, həmin mirasın digər hissəsinin isə qanun üzrə vərəsələrə keçməsinə yol verilmirdi ("nemo pro parte testatus pro parte intestatus decedere potest" aforizmini də bu mənada başa düşmək lazımdır,yəni ölmüş şəxsin əmlakının bir hissəsinə vərəsəlik üzrə, o biri hissəsinə isə qanun üzrə vərəsəlik ola bilməz).

Vərəsəlik prosesində vərəsəliyin açılmasını və vərəsəliyə daxil ol-manı fərqləndirmək lazımdır. Vərəsəliyin açılması vərəsəlik hüquq mü-nasibətlərinin əmələ gəlməsi adlanır. Vərəsəlik miras qoyan öldüyü anda açılır (ümumiyyətlə, yalnız ölmüş fiziki şəxsdən sonra miras almaq olar-dı). Yəni, vərəsəliyin açılması həmişə müəyyən vaxtda və müəyyən yer-də baş verir ki, bu da çox mühüm əhəmiyyət kəsb edir. Vərəsəliyin açıl-ması vaxtı miras qoyanın ölüm günü, onun ölmüş élan edilməsi halında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün hesab olunur. Müəyyən şəxslər üçün miras əldə etmək hüququnun alınması vərəsəliyin açılması ilə bağlıdır. Ancaq bu şəxslər vərəsəlik açılan anda miras qoyandan son-ra qalan əşyaların mülkiyyətçiləri, onun öhdəlikləri üzrə borclu və s. ol-murlar, bir sözlə, vərəsəlik açılan anda vərəsəlik hüququ hələ vərəsələrə keçmir, hüquqlar yalnız vərəsə mirası qəbul etmək iradəsini ifadə et-dikdə vərəsəliyə daxil olma anında keçir. Ancaq qeyd etmək lazımdır ki, qədim aqnat ailədə bilavasitə ev sahibinə tabe olanlar (uşaqlar, həmçinin əvvəllər ölmüş uşaqlardan olan nəvələr) "zəruri" vərəsələr hesab edilir-dilər və vərəsəliyin qəbul edilməsi aktından asılı olmayaraq miras əmlak əldə edirdilər. Vəsiyyət edənin vəsiyyətnaməsi ilə azadlığa buraxılan və vərəsə təyin edilən qul da "zəruri" vərəsə hesab olunurdu.

Bir-birinə münasibətdə vərəsələr olan şəxslərin eyni vaxtlı ölümü halında, vərəsəlik onların hər birinin ölümündən dərhal sonra ayrı-ayrı-lıqda açılır. Vərəsəliyin açılma yeri miras qoyanın axırıncı daimi yaşayış yeridir. Bu məlum olmadıqda isə onun əmlakının və ya əmlakın əsas his-səsinin yerləşdiyi yerdir.

Müvəqqəti olaraq xaricdə yaşayan və orada ölmüş vətəndaşlardan sonra vərəsəliyin açıldığı yer onların xaricə gedənə qədər axırıncı daimi yaşayış yeri hesab olunur. Bu da məlum olmadıqda isə onun əmlakının və ya əmlakın əsas hissəsinin ölkəmizin ərazisindəki yerləşdiyi yer he-sab olunur. Xaricdə daimi yaşamış vətəndaşlar üçün vərəsəliyin açıldığı yer onların yaşadıqları ölkə hesab olunur.

Vərəsəliyin açılış yeri mənzil-istismar təşkilatının, küçə komitəsi-nin , yerli hakimiyyətin arayışı ilə və ya miras qoyanın yaşayış yeri gös-tərilməklə iş yerindən arayış ilə təsdiq edilir.
2. VƏRƏSƏLİK ÜZRƏ HÜQUQ VARİSLİ-YİNİN SUBYEKTLƏRİ.

Vərəsəlik üzrə hüquq münasibətlərinin varisliyin subyektləri miras qoyan və vərəsələrdir. Miras qoyan ölümündən sonra vərəsəlik üzrə hü-quq varisliyinin baş verdiyi şəxsdir. Miras qoyanlar xarici ölkə vətəndaş-ları, eləcə də ölkə ərazisində yaşayan vətəndaşlığı olmayan şəxslər ola bilər. Hüquqi şəxslər miras qoya bilməz: onlar xitam olunduqda (ləğv edildikdə, yenidən təşkil edildikdə) onların əmlakı öz nizamnamələrinə və ya mülkiyyətçinin göstərişinə əsasən başqa şəxslərə keçir.

Vərəsələr – miras qoyanın hüquqi varisləri kimi qanunda və ya və-siyyətnamədə göstərilən şəxslərdir. Mülki hüququn hər bir subyekti: və-təndaş, hüquqi şəxs, dövlət və ya bələdiyyə qurumu irs qoya bilər. vətən-daşlar və dövlət həm qanun üzrə, həm də vəsiyyətnaməyə görə vərəsə ola bilərlər. Həm də, vətəndaşın miras almaq imkanı onun fəaliyyət qa-bliyyətinin həcmindən asılı deyildir. Təşkilatlar yalnız onların xeyrinə vəsiyyətnamə tərtib edildiyi halda vərəsə ola bilər.

Qüvvədə olan qanunvericilik ləyaqətsiz vətəndaşları vərəsəlik hü-ququndan məhrum etmək haqqında normaları nəzərdə tutur.

Birinci, miras qoyanın onun vərəsələrindən hər hansı birinin əley-hinə, yaxud miras qoyanın vəsiyyətnamədə ifadə olunmuş axırıncı iradə-sinin həyata keçirilməsi əleyhinə hüquqazidd hərəkətlər etməklə özləri-nin vərəsəliyə çağrılmasına imkan yaradan vətəndaşlar nə qanun üzrə, nə də vəsiyyər üzrə vərəsə ala bilməzlər. Bu hallar məhkəmə qaydasında təsdiq edilməlidir.

İkincisi, valideynlik hüququndan məhrum edilən və vərəsəlik açı-lan anda bu hüququ bərpa edilməyən valideynlər uşaqları öldükdən son-ra qanun üzrə valideyn ola bilməzlər. Bu hal məhkəmə qaydasında təs-diq edilməlidir.

Üçüncüsü, miras qoyan şəxsi saxlamaq üzrə öz vəzifələrini yerinə yetirməkdən qəsdən boyun qaçıran valideynlər və yetkinlik yaşına çat-mış uşaqlar qanun üzrə vərəsə ola bilməzlər. Bu hal məhkəmə qaydasın-da təsdiq edilməlidir.

Nəzərə almaq lazımdır ki, ikinci və üçüncü hallarda söhbət ancaq qanun üzrə vərəsəliyin qadağan olunmasından gedir. Nə qədər ki, əmlakı istənilən şəxsə vəsiyyət etmək olar, belə hallarda vəsiyyət üzrə vərəsəlik istisna olunmur.

Təşkilatlar yalnız vəsiyyət üzrə vərəsə ola bilər. bununla yanaşı on-lar məhz təşkilatın xeyrinə mirasdan imtina etmiş vərəsələrdən əmlakı ala bilər.

Dövlətin həm qanun üzrə, həm də vəsiyyət üzrə əmlakın hamısına və ya bir hissəsinə vərəsə olmaq imkanı vardır. Mülki Məcəllənin 552-ci maddəsində miras əmlakın tam və ya qismən dövlətə keçməsi haqqında konkret hallar sadalanır:



  1. əmlak dövlətə vəsiyyət edilmişdirsə;

2.miras qoyanın nə qanuna, nə də vəsiyyətə görə vərəsələri yox-dursa;

3. vərəsələrin hamısı miras qoyan tərəfindən vərəsəlik hüququndan məhrum edilmişdirsə;

4. vərəsələrin heç biri mirası qəbul etməmişdirsə;

Vərəsələrdən kimsənin mirasdan dövlətin xeyrinə imtina etdiyi hal-da, həmin vərəsəyə çatmalı plan miras əmlak payı dövlətə keçir. Əgər qanun üzrə vərəsələrin olmadığı halda miras qoyanın əmlakının bir his-səsi vəsiyyət edilmişsə, miras əmlakın qalan hissəsi dövlətə keçir.




  1. QANUN ÜZRƏ VƏRƏSƏLİK.

Qanun üzrə vərəsəlik aşağıdakı hallarda baş verir:

1. miras qoyan vəsiyyətnamə tərtib etmədikdə və ya onun vəsiyyət-naməsi tamamilə etibardız sayıldıqda;

2. əmlakın yalnız bir hissəsi vəsiyyət edildikdə və ya vəsiyyətna-mənin müəyyən hissəsi etibarsız sayıldıqda; belə halda miras əmlakın vəsiyyətnamə ilə əhatə edilməmiş hissəsi qanun üzrə vərəsəlik qayda-sında keçir;

3. vəsiyyətnamədə göstərilən vərəsə vərəsəlik açılmazdan əvvəlı vəfat etdikdə və ya mirası qəbul etməkdən imtina etdikdə;

Qanunların hökmran olduğu bir zamanda yaşadığımızdan bu məsə-lənin tənzimlənməsi də qanunvericiliyin üzərinə düşür. Qanunda mirası tələb etməli olan şəxslərin dairəsi və onların növbəliliyi müəyyən olu-nur. Amma təəssüf ki, bəzi hallarda, xüsusilə regionlarda insanların bu sahədə savadsız və məlumatsız olması onları qanuni miras payından məhrum edir. Buna görə də öncə Azərbaycan qanunvericiliyinə görə kimlərin vərəsə hüququna sahib ola bilməsinə aydınlıq gətirmək zəru-ridir. Qanun üzrə vərəsələr 5 növbəlidir: "Vərəsəlik açıldıqda qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən, övladlığa gö-türülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) bi-rinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Bu zaman qız və ya oğlan övladı arasında fərq qoyulmur. Belə bir fərq ola da bilməz. Çünki Konstitusiyanın 25-ci maddəsinə görə hamı qanun qarşısında bə-rabərdir. İkinci növbədə ər-arvad, valdeynlər, bacı-qardaş durur. Üçüncü növbədə nənələr, babalar dayanır. Dördüncü növbədə xala, dayı, bibi, əmi, beşinci növbədə isə dayı, xala, bibi, əmi uşaqları varis sayıla bilər. Əgər ölən şəxsin birinci növbəli qohumu yoxdursa, varislik avtomatik olaraq növbəti qohuma keçir".

Miras qoyan şəxsin nəvə və nəticələri də vərəsə ola bilərlər, lakin: "Onlar bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun, yəni onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bə-rabər olan payı alırlar. Birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar".

Müvafiq növbəlilik üzrə çağrılmış vərəsələrin hamısı bərabər pay-larla mirası alır. Əmlak onların arasında (gündəlik ev və məişət pred-metləri istisna olmaqla) bərabər bölünür. Bundan əlavə digər qohumlarla birgə mirasa sağ qalmış ər və ya arvad səlahiyyətlidirsə, əvvəlcə birgə yaşadığı vaxtdakı əmlakda onun pay hissəsi müəyyən edilir, sonra əm-lakın qalan hissəsi sağ qalmış ər və ya arvad da daxil olmaqla qanun üz-rə vərəsələr arasında bölünür.

Valideynlərdən sonra mirasa uşaqların çağrılmasının əsasında qan qohumluğu, yəni uşaqların həmin valideynlərdən qanunla nəzərdə tutul-muş qaydada əmələ gəlməsi dayanır. Qanunverici miras qoyanın qeydiy-yatdan keçmiş və ya ona bərabər tutulan nigahından doğulmuş oğullarını və qızlarını nəzərdə tutur. Nigahdan kənar doğulmuş uşaqlara gəldikdə isə anadan sonra onlar həmişə, atadan sonra isə yalnız atalığın qanunda nəzərdə tutulan qaydada, yəni ya valideynlərin birgə ərizəsi əsasında təs-diq edildiyi hallarda vərəsə olurlar.

Nigah-ailə qanunvericiliyinə uyğun olaraq, nigahın etibarsız sayıl-ması bu nigahdan doğulan uşaqların hüquqlarına təsir etmir, ona görə də valideynlərinin ölümündən sonra belə uşaqlar onların qanun üzrə vərə-sələri olur.

Övladlığa götürülənlər və onların övladları övladlığa götürənlərə və onların qohumlarına münasibətdə hüquq və vəzifələrin bütün komp-leksində bərabər tutulur. Ona görə də övladlığa götürülənlər övladlığa götürənin ölümündən sonra onun doğma uşaqları ilə birlikdə birinci növ-bəli vərəsələr cərgəsinə daxil olurlar. Övladlığa götürülənlər və onların övladları öz valideynlərinin və digər qan qohumlarının ölümündən sonra vərəsəlik hüququnu eyni vaxtda itirirlər.

Ögey atalar və ögey analar ögey oğullara və ögey qızlara vərəsə ola bilmədiyi kimi ögey oğullar və ögey qızlar da ögey ataların və ögey anaların vərəsələri ola bilmirlər. Onların qeyri-əmlak qabiliyyətli hima-yədə yaşayanlar kimi mirasa vərəsəliyə çağrıldığı hallar istisna təşkil edir.

Qanun üzrə vərəsələrə ölmüş adamın himayəsində ölümünə qədər bir ildən az olmayaraq yaşamış əmək qabiliyyətli olmayan şəxslərdə aid-dir. Onlar vərəsələrin xüsusi kateqoriyasını təşkil edirlər və vərəsəliyə çağrılan növbədə bərabər miras alırlar.

Himayədə olan şəxslər elə şəxslərdir ki, qeyri-əmək qabiliyyətli olaraq miras qoyanın tam təminatında olsun və özlərinin yaşayışı üçün əsas və daimi vəsaiti ondan almış olsunlar. Buna görə də, qeyri-ardıcıl, epizodik maddi yardım şəxsin himayədə yaşamasının qəbul edilməsi üçün əsas sayıla bilməz.

55 yaşına çatmış qadınlar, 60 yaşına çatmış kişilər, I, II, III qrup əlillər; 16 yaşına çatmış şəxslər, 18 yaşına çatmamış şagirdlər əmək qa-biliyyəti olmayan hesab olunurlar. Bu zaman pensiya təyinatı deyil, pen-siya yaşına çatma və ya əlilliyin alınması faktı əhəmiyyət kəsb edir. Pen-siya yaşına çatandan sonra əmək fəaliyyətinin davam etdirilməsi qeyri-əmək qabiliyyətli hesab olunmaq hüququndan məhrum etmir.

Qanunvericilik təmsil etmə hüququ üzrə vərəsə olan şəxslərin dai-rəsini çox ciddi şəkildə məhdudlaşdırır. Onlar miras qoyanın yalnız nə-vələri və nəticələri ola bilər. Nəvələr bir neçə nəfər olduqda, onlar vəfat etmiş valideyinininə çatmalı olan payı bərabər bölüşdürür və birinci növbəli digər vərəsələrlə bərabər vərəsə olurlar.



4. VƏSİYYƏT ÜZRƏ VƏRƏSƏLİK.

Vəsiyyət vətəndaşın ölüm halında ona məxsus əmlak üzərində qa-nunda nəzərdə tutulmuş formada edilmiş şəxsi sərəncamdır. Hüquqi tə-biətində vəsiyyət birtərəfli əqdir. O, vəsiyyət edənin şəxsi iradəsinin ifa-dəsidir, bilavasitə onun şəxsiyyəti ilə bağlıdır. Ona görə də vəsiyyətna-mə vəsiyyət edən tərəfindən şəxsən nizamlanmalıdır. Vəsiyyətnamənin müvəkillər, himayəçilər tərəfindən tərtibinə yol verilmir.

Qanun vəsiyyətnamənin məcburi notarial formasını nəzərdə tutur. Vəsiyyətnaməni təsdiq edən şəxs vəsiyyət edənin fəaliyyət qabiliyyətini müəyyən etməlidir. Mülki Məcəllənin 11-ci maddəsinə əsasən vəsiyyət etmək hüququ 18 yaşına çatmış və ya yetkinlik yaşına çatana qədər niga-ha daxil olmuş şəxslərə aiddir.

Aşağıdakılar notariat qaydasında təsdiq olunmuş vəsiyyətnamələrə bərabər tutulur:



1. xəstəxanalarda, digər stasionar müalicə profilaktika müəssisələ-rində, sanatoriyalarda müalicə olunan və ya qocalar və əlillər evlərində yaşayan vətəndaşların bu müalicə müəssisələrinin, sanatoriyaların və xəstəxanaların baş həkimləri, onların tibb üzrə müavinləri və ya növbətçi hakimləri, eləcə də qocalar və əlillər evlərinin direktorları və baş həkim-ləri tərəfindən təsdiqlənmiş vəsiyyətnamələri;

2. ölkə bayrağı altında ölkənin daxili sularında və ya dəniz gəmilə-rində üzən vətəndaşların həmin gəmilərin kapitanları tərəfindən təsdiq-lənmiş vəsiyyətnamələri;

3. geoloji-kəşfiyyat, arktik və bunlara oxşar digər ekspedisiyalarda olan vətəndaşların həmin ekspedisiyaların rəisləri tərəfindən təsdiqlən-miş vəsiyyətnamələri;

4. qospitallarda, sanatoriyalarda və digər hərbi-müalicə müəssisələ-rində müalicədə olan hərbi qulluqçuların və digər şəxslərin həmin müəs-sisələrin rəisləri və onların tibbi hissə üzrə müavinləri və növbətçi hə-kimləri tərəfindən təsdiqlənmiş vəsiyyətnamələri;

5. hərbi qulluqçuların, idarə və hərbi-tədris müəssisələrində fəhlə və qulluqçuların, onların ailə üzvlərinin və hərbi qulluqçuların ailə üzv-lərinin həmin hissələrinin, birləşmələrin, idarə və müəssisələrin rəisləri tərəfindən təsdiqlənmiş vəsiyyətnamələri;

6. azadlıqdan məhrumolunma yerlərində olan şəxslərin həmin yer-lərin rəisləri tərəfindən təsdiqlənmiş vəsiyyətnamələri;

Qanunda nəzərdə tutulmuş qaydada təsdiqedilməmiş vəsiyyətnamə etibarsız hesab olunmalıdır.

Vəsiyyətnamənin əsas məzmunu vərəsəlik qaydasında verilən əm-lakın göstərilməsilə vərəsələrin təyin olunmasından ibarətdir. Vəsiyyət üzrə vərəsələr həm qanun üzrə vərəsələr dairəsinə daxil olan şəxslər, həm də kənar şəxslər adlanan, qanun üzrə vərəsələr dairəsinə daxil ol-mayanlar və dövlət və ya ayrı-ayrı təşkilatlar ola bilər.

Lakin vəsiyyət etmək azadlığı qanunda varislərin dairəsinin müəy-yən edilməsi ilə məhdudlaşdırılmışdır. Bəzi vərəsələr mirasda məcburi pay almaq hüququna malikdir. Bu payın miqdarı qanun üzrə varislikdə hər birinə çatmalı olan hissəsinin üçdə ikisindən az olmamalıdır.

Vəsiyyət edən notariat tərəfindən təsdiqlənmiş vəsiyyəti istənilən vaxt ləğv edə və ya dəyişdirə bilər. Mülki Məcəllənin 543-cü maddəsinə uyğun olara, vəsiyyəti 2 yolla ləğv etmək olar:

1. yeni vəsiyyətnamədə təsdiq etməklə;

2. əvvəl tərtib edilmiş və təsdiqlənmiş vəsiyyətnaməni ləğv etmək barədə notariat orqanına ərizə verməklə.

Vəsiyyətnamənin dəyişdirilməsi yenisinin tərtib edilməsi ilə icra edilir. Yeni vəsiyyətnamədə əvvəlkinə hansı dəyişikliklərinedilməsi və-siyyət edən tərəfindən göstərilir.

Vəsiyyətin icra edilməsi vəsiyyətnamədə təyin olunmuş vərəsələrin üzərinə qoyulur. Vəsiyyətnamə təsdiq edildikdəvəsiyyəti icra edənin hə-rəkətləri, onun hüquq və vəzifələri razılaşdırılmalıdır. Vəsiyyəti icra edən öz fəliyyətinə görə haqq almır. O yalnız vəsiyyəti icra edərkən çək-diyi xərclərin miras əmlakın hesabına əvəzinin ödənilməsi hüququna malikdir.

İcraçı fəaliyyətinin sona çatdırdıqda vərəsələrə onların tələbinə gö-rə öz hərəkətləri barədə hesabat təqdim etməyə borcludur. Vərəsələr və-siyyəti icra edənin hərəkətləri ilə razılaşmadıqda məhkəmə qaydasında mübahisə edə və hətta onu vəsiyyətin icrasından kənarlaşdırmağı xahiş edə bilər.

Vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıl-dığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətna-mə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə mə-lumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamə altı aydan tez də verilə bilər.

Qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən və-rəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik hü-ququ haqqında şəhadətnaməyə yazıla bilərlər. Razılıq vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək yazılı surətdə ifadə edilməlidir. Əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəy-yənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, onun və-rəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilərlər.

Vərəsəlik hüququ haqqında şəhadətnamə həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Və-rəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.

Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya və-rəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr və-rəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir; əgər miras qoyan şəxs qocalar, əlillər , sağlamlıq imkan-ları məhdud uşaqlar üçün müəssisələrin, müalicə, tərbiyə və sosial təmi-nat müəssisələrinin təminatında olmuşdursa, onların mülkiyyətinə keçir.

Əmlak vərəsəlik hüququ üzrə dövlətə keçdikdə dövlətin vərəsəlik hüqu-qu haqqında şəhadətnamə vәrәsәliyin açıldığı gündən altı aydan tez ol-mayaraq Dövlət Əmlakı Nazirliyinə verilir.

5. MİRASIN QƏBUL EDİLMƏSİ VƏ MİRASDAN İMTİNA.

90-cı illərinin əvvəllərindən ölkəmizdə dünyəvi dövlət quruculu-ğuna başlanılıb. Həmin illərdə müasir dövrün tələblərinə uyğun olaraq ictimai-siyasi, iqtisadi və mədəni həyatımızın bütün sahələrini tənzim-ləyə biləcək yeni qanunların qəbul edilməsinə ehtiyac var idi. Hal-hazır-da qanunvericiliklə bağlı islahatlar həyata keçirilir. Bunun nəticəsi ola-raq ölkəmizdə sahibkarlıq fəaliyyətinin bərqərar olması və inkişaf etməsi üçün də hüquqi baza yaranıb. Artıq vətəndaşlarımız öz əmlaklarından istifadə etməklə müstəqil surətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanı əldə ediblər.

Ölkə vətəndaşları müxtəlif dövlət aktları, özgənikiləşdirmə və ya vərəsəlik hüququ əsasında əmlak sahibi olurlar. Vəfat etmiş şəxsdən mi-ras qalmış əmlakın onun vərəsələrinin adına rəsmiləşdirilməsi vərəsəlik hüquq normaları ilə nizamlanır. Bu baxımdan vərəsəlik hüququ önəmli bir institutdur.

1964-cü ildə qəbul olunmuş Azərbaycan SSR Mülki Məcəlləsinin cəmi 41 maddəsi vərəsəlik hüquq münasibətlərinin tənzimlənməsinə həsr olunduğu halda 2000-ci ildə qəbul olunmuş yeni Mülki Məcəllənin 192 maddəsi məhz bu münasibətlərin nizama salınması ilə bağlıdır. Bu da ölkəmizdə vətəndaşlarımızın əmlak hüquqlarının qorunmasına yönəl-miş addımlardan biri kimi qiymətləndirilməlidir.

Vətandaşa çatası miras əmlakın qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə onun adına rəsmidləşdirilməsinin əhəmiyyəti bö-yükdür. Nəzərə alınmalıdır ki, indi ölkə əhalisinin böyük bir hissəsi ya fərdi qaydada, ya da xüsusi müəssisələr vasitəsi ilə sahibkarlıq fəaliy-yətilə məşğul olurlar. Notariuslar vərəsəlik hüququnu rəsmiləşdirilərkən, miras əmlakın mühafizəsini təşkil etmək və vərəsələrin dairəsini dəqiq müəyyənləşdirməklə insanların əmlak hüqüqlarının qorunması yolu ilə sahibkarlığın inkişafına da kömək edirlər. Təminatı mülkiyyət hüququ-nun qorunması olan sahibkarlığın inkişaf etdiyi bir dövrdə insanların və-rəsəlik, mirasın qəbul olunması ondan imtina edilməsi haqqında bilgilərə malik olmaları vacibdir.

Qanunvericiliyə nəzər saldıqda görürük ki, vərəsələr vərəsəlik hü-quqlarını təmin etmək üçün qanunla müəyyən olunmuş zəruri hüquqi hə-rəkətləri etməyə borcludurlar.

Misal üçün, həmin hərəkətlərdən biri miras açıldıqdan sonra mi-rasın qəbulu və şəhadətnamənin istənilməsi barədə ərizə ilə notariusa müraciət etmələridir. Bu hal vərəsələrə həm qanun, həm də vəsiyyət üzrə heç bir fərq qoyulmadan eyni dərəcədə aiddir.

Mirası qəbul edib-etməməsi vərəsələrin öz iradəsinə bağlıdır. Qa-nunvericilikdə onların arzularına zidd heç bir məcburi qayda nəzərdə tu-tulmayıb. Lakin bəzən elə hallar olur ki, miras qoyanın vərəsələrinin mi-rasın qəbulu ilə əlaqədar hüquqi hərəkətləri vaxtında yerinə yetirmə-mələri onun qəbulu ilə bağlı müddətin buraxılması ilə nəticələnir. Bu halda mirasın qəbuluna, buraxılmış müddət məhkəmə qaydasında bərpa edildikdən sonra yol verilir ki, bu da əlavə vaxt itkisi deməkdir. Ona gö-rə də mirasın qəbul olunması müddətini və qaydasını bilmək çox önəm-lidir.

Qüvvədə olan qanunvericilik mirasın qəbul olunmasının müddətini və qaydalarını müəyyənləşdirib. Həmin qaydalar vərəsənin mirasın açıl-dığı yer üzrə notariat kontoruna onu qəbul etdiyi barədə ərizə verməsi, əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktiki başlanma-sından ibarətdir.

Eyni zamanda vərəsənin mirasın bir hissəsinə sahiblik etməyə və ya onu faktiki idarə etməyə başlaması da mirasın qəbulu kimi qiymət-ləndirilir.

Təcrübə göstərir ki, birgə nigah dövründə ər-arvadın ümumi birgə mülkiyyətində olmuş əmlak üzrə mirasın qəbulu zamanı bəzən vərəsələr arasında anlaşılmazlıqlar meydana çıxır. Bir çox vərəsələr elə hesab edirlər ki, miras qoyanın adına rəsmi qeyd edilən əmlak birgə nigah döv-ründə əldə olunub-olunmamasından asılı olmayaraq bütövlükdə vərəsə-liyin obyektidir. Əslində isə sağ qalan ər və ya arvadın birgə nigah döv-ründə əldə etdikləri ümumi əmlakdakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə almaq hüququ vardır. Qeyd edilməlidir ki, bu halda şəha-dətnamə ümumi əmlakın yarısına verilir. Vərəsəlik işi açılarkən miras əmlakdan həmin hissə çıxıldıqdan sonra yerdə qalan hissə miras əmlak hesab olunmalıdır.

Mirasın notariat kontoruna ərizə verilməklə qəbul olunması üçün əsas şərt həmin ərizənin yazılı olması və onun ancaq mirasın açıldığı yer üzrə notariat kontoruna verilməsidir. Notariusa bu barədə ərizə vermiş şəxs mirası harada yerləşməsindən və nədə ifadə olunmasından asılı ol-mayaraq qəbul etmiş sayılır.

Mirasın hansısa şərtlə və ya hansısa müddətə qismən qəbul edil-məsinə yol verilmir. Əgər bu cür hal baş versə, vərəsə miras əmlakı bü-tövlükdə qəbul etmiş sayılır.

Mirasın qəbulundan imtina vərəsələrin tam sərbəstliyi şəraitində həyata keçirilir. Ümumiyyətlə, mirasın qəbulundan imtina vərəsələrin mirasın açıldığı yer üzrə notariat kontoruna rəsmi ərizə təqdim etməsilə reallaşdırılmalıdır. İstər mirasın qəbulu, istərsə də ondan imtina ilə əlaqədar ərizədəki imzaların həqiqiliyi başqa notariat kontorunda və ya qanunla nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən təsdiq olunmaqla da mirasın açıldığı yer üzrə notariat kontoruna göndərilə bilər. Bu ərizənin müvafiq notariat kontoruna daxil olduğu vaxtdan asılı olmayaraq, ərizə-dəki imzanın həqiqiliyinin təsdiq olunduğu gün miras əmlakın qəbulu və ya onun qəbulundan imtina vaxtı hesab edilməlidir. Vərəsələr mirasın qəbulundan qanun və ya vəsiyyət üzrə vərəsələr dairəsinə daxil olan şəxslərin, həmçinin dövlətin xeyrinə imtina edə bilərlər. Vərəsələr dairə-sinə daxil olmayan kənar şəxslərin, məhkəmə qərarı ilə ləyaqətsiz vərəsə sayılan və ya vəsiyyətnamə ilə birbaşa vərəsəlik hüququndan məhrum edilən şəxslərin xeyrinə mirasdan imtinaya yol verilmir.

Mülki Məcəllədə mirasdan imtina etmək üçün üç aylıq müddət mü-əyyənləşdirilib. Mirasa sahibliyə və ya onu idarə etməyə faktiki başlamış vərəsələr isə mirasın qəbulu üçün müəyyən edilmiş vaxt ərzində ondan imtina edə bilərlər. Deməli, belə hallarda vərəsələrin miras əmlakın qə-bul olunmasından 6 ay müddətində də imtina etməsi mümkündür. Vərə-sə iradəsini sərbəst ifadə etməklə ərizəsində mirasın qəbulundan vərəsə-lərdən kimin xeyrinə imtina etdiyini göstərə bilər. Mirasın qəbulundan imtina ərizəsində vərəsənin miras əmlakdan kimin xeyrinə imtina etməsi göstərilmədikdə onun payı qanun üzrə vərəsəliyə çağrılmış vərəsələr, bütün əmlaka vəsiyyətnamə əsasında şəhadətnamə verildiyi halda isə və-siyyət üzrə vərəsələr arasında bərabər bölüşdürülməlidir.

Eyni zamanda dövlətin ona çatası mirasdan imtina edə bilməməsi, yeganə vərəsənin mirasdan imtina etməsi zamanı mirasın sonrakı növə vərəsələrə keçməsi və nəvənin xeyrinə mirasın qəbulundan imtina olun-ması qaydaları qanunvericiliklə müəyyənləşdirilib.

Bundan əlavə, qanunvericilik vərəsələrin kənd təsərrüfatı təyinatlı torpaq, avadanlıq, əmək alətləri və mal-qara üzrə mirasın qəbulundan imtina etmələrinin müstəsna qaydasını müəyyən edib. Aqrar islahatların uğurla həyata keçirildiyi bir vaxtda qanununvericilikdə kənd təsərrüfatı ilə məşğul olmayan vərəsələrin kənd təsərrüfatı təyinatlı torpağı, ava-danlıqları, əmək alətlərini və mal-qaranı qəbul edib-etməmək hüqu-qunun xüsusi qaydaları nəzərdə tutulub. Bu heç də o demək deyil ki, qa-nunvericilikdə həmin normaların müəyyən olunması bütün mirasın han-sısa şərtlə və ya hansısa müddətə qismən qəbul olunmasına və ya ondan imtina edilməsinə şərait yaradır.

Diqqətlə fikir verdikdə görürük ki, burada vərəsələrin tam sərbəst-lik prinsiplərinə riayət olunmaqla kənd təsərrüfatı ilə məşğul olmayan vərəsələrlə kənd təsərrüfatı ilə məşğul olan vərəsələr arasında müəyyən fərqlər qoyulub. Deməli, kənd təsərrüfatı ilə məşğul olan vərəsələr miras qalmış kənd təsərrüfatı təyinatlı torpaq, avadanlıq, əmək alətiləri və mal-qaranı bir miras əmlak kimi qəbul edə və ya ondan imtina edə bilər. An-caq kənd təsərrüfatı ilə məşğul olmayan vərəsələr qanunun onlara ver-diyi müstəsna hüquqlardan istifadə edərək göstərilən əmlakları qəbul et-məyə bilərlər, lakin bu, mirasın qəbulundan imtina kimi qiymətləndirilə bilməz.

Qanun vərəsələrə mirasın qəbul edilməsi və onun qəbulundan im-tina olunması ilə bağlı notariat kontoruna verdikləri ərizələri geri gö-türməyi qadağan edib.

Onu da qeyd etmək lazımdır ki, mirasın qəbulu və onun qəbu-lundan imtina edilməsi qaydalarının düzgün tətbiq olunması vətən-daşların əmlak hüquqlarının qorunmasına təminat verir.

Mirasın qəbul edilməsi ilə vərəsəyə miras əmlakın təkcə aktivi de-yil, həm də passivi keçdiyinə görə o, miras qoyanın borcları üzrə məsu-liyyət daşıyır.

Miras qoyanın kreditorlarının hüququnu müdafiə edərək, Mülki Məcəllənin 553-cü maddəsi belə bir qayda müəyyənləşdirir ki, mirası qəbul etmiş vərəsə ona keçən əmlakın həqiqi dəyəri çərçivəsində miras qoyanın borcları üzrə cavabdehlik daşıyır.

Vərəsəlik hüquq varisliyi nəticəsində yaranan vərəsələrin ümumi paylı mülkiyyət hüququna miras əmlakı bölmək yolu ilə xitam vermək olar.

NƏTİCƏ.

Buradan belə nəticəyə gəlinir ki, vərəsəlik hüququ Mülki hüququn əsas sahələrindən biridir. Burada vərəsəlik hüququnun əhəmiyyəti, onun vətəndaşların mülkiyyət hüququ ilə sıx şəkildə bağlı olması ilə müəyyən edilir. Axı, bir tərəfdən vərəsəlik öz əmlakına sərəncam səlahiyyətini hə-yata keçirməyə imkan verir, digər tərəfdən isə, mülkiyyət hüququnun əmələ gəlməsinin əsaslarından biridir.

Vərəsəlik hüququ heç bir vaxt müstəqil qurum olmamışdır. O, və-təndaşların mülkiyyətini nizama salan hüquqi normaların ümumi kütlə-sinə münasibətdə törəmə olmuş, olaraq qalır və olacaqdır. Aydındır ki, bizim ölkədə bölgü münasibətlərinin təkmilləşdirilməsi prosesi daha aş-kar şəkildə həyata keçirildiyinə görə, istər-istəməz vərəsəliyin əhəmiy-yəti mütləq özünü saxlayır. Müasir dövrdə əmlakı vərəsəlik üzrə öz ya-xınlarına vermək və mirası öz yaxınlarından almaq imkanı müasir icti-mai münasibətlər sistemində insana özünü daha inamlı və stabil hiss et-məyə şərait yaradır.

Onu da qeyd edim ki, vərəsəlik institunun təkmilləşdirilməyə eh-tiyacı vardır.

Həmçinin, vərəsəliyin dolayı tənzimlənməsində dəyişikliklər, mə-sələn, vergi siyasətinin təkmilləşdirilməsi çox şey verə bilər. Bu məsələ-ləri həll edərkən nəzərə almaq lazımdır ki, vərəsəlik hüququnun inkişaf etdirilməsi, vərəsəliyin ədalətli tənzimlənməsi-təsərrüfat mexanizminin yenidən qurulmasının xeyrinə olan arqumentlərdən biridir. Axı insan təkcə özü və cəmiyyət üçün deyil, həm də özünə yaxın adamlara möh-kəm maddi baza yaratmaq üçün işləyir. Beləliklə, vərəsəlik institunun mövcud olmasının özü və onun gələcək inkişaf etdirilməsi məhsuldar əməyə sövq edən ən güclü stimullardan birinin yaradılması ilə sıx şə-kildə bağlıdır.

Deməli, vərəsəlik hüququ insanların, vətəndaşların və ümumiyyət-lə cəmiyyətin həyatında mühüm rol oynayır. Yəni vətəndaşların qanun-vericiliklə nəzərdə tutulmuş əmlakının müdafiəsini bir növ həyata ke-çirir.



İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT.

1. Azərbaycan Respublikasının Mülki hüququ. I hissə.

Sabir Allahverdiyev.

Bakı – 2003

2. Azərbaycan Respublikasının Vərəsəlik hüququ: Vərəsəlik qanunveri-ciliyinin kommentariyası (dərs vəsaiti).

Sabir Allahverdiyev.

Elmi redaktor: S.Səlimov.

Bakı – Nurlan – 2004



3. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

“Hüquq ədəbiyyatı” nəşriyyatı.



Bakı – 2006

4. az.wikipedia.org/wiki/

MÜNDƏRİCAT.

1. Giriş......................................................................................................2

2. Vərəsəlik hüququnun əsas anlayışları...................................................3

3. Vərəsəlik üzrə hüquq varisliyinin subyektləri......................................6

4. Qanun üzrə vərəsəlik............................................................................9

5. Vəsiyyət üzrə vərəsəlik.......................................................................13

6. Mirasın qəbul edilməsi və mirasdan imtina........................................17

7. Nəticə..................................................................................................23

8. İstifadə olunmuş ədəbiyyat.................................................................25

9. Mündəricat..........................................................................................26



Yüklə 93,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə