Vergi SİYaSƏTİ UoT 336. 22 (479. 24) vergi Sİstemi VƏ “aZƏRBaYcaN 2020: GƏLƏcƏYƏ BaXIş” İNKİşaf konsepsiYasindan doğan təLƏBLƏr vəlizadə Səftər



Yüklə 155,55 Kb.
Pdf görüntüsü
tarix11.03.2018
ölçüsü155,55 Kb.
#31209
növüXülasə




VERGİ SİYaSƏTİ

UoT 336.22 (479.24)

VERGİ SİSTEMİ VƏ “aZƏRBaYcaN

2020: GƏLƏcƏYƏ BaXIş” İNKİşaF

KONSEPSİYaSINDaN 

DOĞaN TƏLƏBLƏR 

Vəlizadə Səftər 

Vəli oğlu

Azərbaycan Dövlət Neft

Akademiyasının magistrı

Az 1014, bakı ş.

seftervelizade@ymail.com

Xülasə

Tədqiqatın  məqsədi  –  Azərbaycan  Respub-

likasının  vergi  sisteminin  gələcək  inkişaf  is-

tiqamətlərini araşdırmaqdır. 

Tədqiqatın metodologiyası – sistemli yanaşma,

müqayisəli təhlil. 



Tədqiqatın nəticələri – aktiv vergi siyasətindən

passiv  vergi  siyasətinə  keçidi  təmin  etmək

məqsədilə  vergi  sisteminə  ümumi  yanaşma  tərzi

dəyişilməli, mövcud tələbə uyğun stimullaşdırıcı

vergi  mexanizmləri  formalaşdırılmalı  və  vergi

dərəcələrinin optimallaşdırılması mərhələli və tən -

zimlənən şəkildə aparılmalıdır.  

Tədqiqatın məhdudiyyətləri – tədqiqatda strateji

məsələlərə  toxunulmuş,  vergi  sistemi  qarşısında

duran taktiki məqsədlər aydınlaşdırılmamışdır.

Tədqiqatın praktiki əhəmiyyəti – vergi islahat-

larının  həyata  keçirilməsində,  vergi  mexanizm-

lərinin səmərəliliyinin yüksəldilməsi tədbirlərinin

hazırlanmasında,  mütərəqqi  vergi  sisteminin  for-

malaşmasında  elmi  mənbə  kimi  istifadə  edilmə

imkanı. 


Tədqiqatın orijinallığı və elmi yeniliyi – vergi sis-

teminin  inkişaf  istiqamətləri  “Azərbaycan  2020:

Gələcəyə Baxış” İnkişaf Konsepsiya çərçivəsində

araşdırılmışdır. 



açar  sözlər:  “Azərbaycan  2020:  Gələcəyə

Baxış” İnkişaf Konsepsiyası,  vergi islahatları, vergi

sistemi.

səh. 183-200

4/2013

183

n

Ümummilli lider 



Heydər Əliyevin 

90 illik yubileyi 

münasibətilə 

“Azərbaycanın 

vergi jurnalı”nın 

«Azərbaycan-2020: 

vergi sisteminin 

gələcəyinə baxış»

mövzusunda 

magistrantlar arasında 

referat yazılışı üzrə 

keçirdiyi beynəlxalq 

müsabiqənin qalibi –

iii yer

PDF processed with CutePDF evaluation edition

www.CutePDF.com



1. Giriş

1991-ci ildə siyasi və iqtisadi müstəqillik əldə etdikdən sonra problemlərlə dolu

çətin müstəqillik yolları ilə irəliləyən respublikamız bazar iqtisadiyyatına keçid kimi

missiyanı qarşısına qoymuşdur. Bu missiya 70 il sonra öz dövlət müstəqilliyini

yenicə bərpa etmiş respublikanın qarşısına mühüm vəzifələr qoyurdu. Çünki ölkədə

uzun  müddət  inzibati-amirlik  sistemi  və  insanlarda  sosializm  psixologiyasının

mövcud olması sistem dəyişikliyinin tədrici olaraq və həssaslıqla aparılmasını zəruri

edirdi. Lakin, SSRİ-nin dağılmasından sonra ittifaq respublikaları ilə ənənəvi təsər-

rüfat əlaqələrinin qırılması, Ermənistanla müharibə vəziyyəti iqtisadi sistemi iflic

vəziyyətə salaraq iqtisadi islahatları mümkünsüz etmişdir. 1993-cü ildə ümummilli

lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkədə siyasi sabitlik bərqərar oldu,

tezliklə atəşkəs müqaviləsi imzalandı və iqtisadiyyatda islahatların aparılması üçün

əlverişli şərait formalaşmağa başladı. Qısa zaman ərzində baş verən geriləmə pro -

sesinin qarşısı alınaraq canlanma, islahatların aparılması və irimiqyaslı özəlləşdirmə

prosesləri ilə əvəz olundu. Bu dövrdə qəbul edilmiş iqtisadi proqramlara əsasən hə -

yata keçirilən islahatlar və özəlləşdirmə prosesi əsasən makroiqtisadi sabitliyin və

struktur dəyişikliklərin təmin olunmasına yönəldilmişdi. Məhz həmin iqtisadi isla-

hatların uğurla reallaşdırılması nəticəsində, iqtisadiyyatımızda iqtisadi artım temp -

lərinin yüksək göstəricilərə çatdırılması, sahibkarlığın, kiçik və orta biznesin təşəkkül

tapması, regionların sosial iqtisadi inkişafında qısa zamanda real nəticələr əldə ol-

undu. Uğurla aparılan islahatlar proqramı qarşıya qoyulan məqsədlərin həyata keçir-

ilməsinə, həmçinin iqtisadi artıma və əhalinin maddi rifahının yüksəldilməsinə zəmin

yaradırdı.

Nəticə olaraq müstəqillikdən sonrakı 20 il ərzində Azərbaycan özünün rəqabətqa-

biliyyətli və stabil iqtisadi sistemini formalaşdırmış və qlobal enerji layihələrində

aktiv iştirak etməklə dünya iqtisadiyyatına uğurla inteqrasiya olunmaqdadır. Artıq

inzibati-amirlik üsul-idarəsinə söykənən formasiyadan azad sahibkarlıq və bazar

münasibətlərinə  əsaslanan  sosial-iqtisadi  quruluşa  keçid  tamamlanmışdır  [1].

Dünyada baş verən sürətli qlobal dəyişikliklərlə əlaqədar olaraq yeni tələblər mey-

dana çıxmışdır ki, bunlarda respublikamızın da qarşısına mühüm vəzifələr qoymaqla

onu daim strateji inkişaf perspektivləri haqqında düşünməyə vadar edir. Bu baxım-

dan, bu gün qarşıya innovativ və yeni çağırışlara cavab verən müasir iqtisadi sistemi

formalaşdırmaq məqsədi qoyulmuşdur və bu məqsədlə “Azərbaycan 2020: Gələcəyə

Baxış” İnkişaf Konsepsiyası hazırlanmışdır [2]. “İnnovativ iqtisadiyyat” inkişaf

etmiş iqtisadiyyatdır, iqtisadi artımın innovasiya amilinə əsaslandığı iqtisadiyyatdır.

Bu baxımdan, “innovativ iqtisadiyyatlı ölkə” inkişaf etmiş, yüksək iqtisadi və sosial

rifaha malik ölkədir.

Müstəqillik illəri ərzində iqtisadi inkişafla paralel olaraq Azərbaycan Respub-

likasının vergi sistemi də daim yeniləşmiş və müasir dövrün tələbləri əsasında qu-

4/2013

S.Vəlizadə

vERgİ sİsTEMİ vƏ “AzƏRbAyCAN 2020: gƏlƏCƏyƏ bAXıŞ”...



184


rulmuşdur. Təbii ki, “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında

nəzərdə  tutulan  məqsədlərin  müvəffəqiyyətlə  həyata  keçirilməsi  iqtisadiyyatın

hərəketverici qüvvəsi [3] və tənzimləmə aləti olan vergi sisteminin də qarşısına

mühüm məqsədlər qoyur. Ölkə iqtisadiyyatına strateji baxışının keyfiyyətcə yeni is-

tiqamət alması, xammal iqtisadiyyatından innovativ iqtisadiyyata keçid vergi siyasə -

tinə yeni yanaşma tərzinin mövcudluğunu tələb edir. Bu baxımdan, “Azərbaycan

2020:  Gələcəyə  Baxış”  İnkişaf  Konsepsiyasında  vergi  sisteminin  missiyasının

araşdırılması ölkə iqtisadiyyatı üçün son dərəcə aktual və mühüm əhəmiyyət kəsb

edən məsələdir.

2. “azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası 

azərbaycanın perspektiv inkişaf zərurəti kimi

Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra

iqtisadi sahədə də öz suveren hüquqlarının gerçəkləşdirməyə və müstəqil siyasət

aparmağa başladı. Bu siyasət müxtəlif mülkiyyət növlərinə əsaslanan iqtisadi sistemə

- bazar iqtisadiyyatına keçidə istiqamətlənmişdir. Müstəqil Azərbaycanın iqtisadi

inkişaf yoluna qısa nəzər salmaq üçün onu aşağıdakı dövrlərə bölərək aydınlaşdıraq.

Birinci mərhələ 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və tənəzzül dövrü.

1991-1993-cü illər həm SSRİ dövründən miras qalmış tənəzzül, həm də səriştəsiz

və məsuliyyətsiz idarəçilik ölkə iqtisadiyyatı böhran vəziyyətə salmışdır. 1991-93-

cü illərdə ölkədə əsas makroiqtisadi göstəricilər o cümlədən, ÜDM-in və sənaye is-

tehsalının həcmi 2 dəfə, kənd təsərrüfatı məhsullarının ümumi həcmi 40%, əsaslı

vəsait qoyuluşu 3 dəfə, yük dövriyyəsi 4 dəfə azalmışdı. Xüsusilə, regionda və

ölkədə baş verən siyasi proseslər milli dövlətçiliyi belə təhlükə altına qoymuşdur

[4]. 1994-1995-ci illərdən başlayaraq əvvəlki illərdən qalmış böhranın və xaosun

qarşısını almaq üçün mühüm tədbirlər görülməyə başlandı. 

İkinci mərhələ 1996-2003-cü illəri – makroiqtisadi sabitlik və dinamik iqtisadi

inkişaf dövrünü əhatə edir ki, bu dövr də əsasən bazar iqtisadiyyatına keçmək üçün

əlverişli infrastruktur bazasının formalaşmasını nəzərdə tutmuşdur. 1995-2003-cü

illər ərzində ümumi daxili məhsul 90,1%, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin

valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2%, kənd təsərrüfatı is-

tehsalının həcmi 53,9%, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olan-

ların orta aylıq real əməkhaqqı 5,6 dəfə artdı, inflyasiya səviyyəsi 2-3%-ə qədər

endirildi, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların

ümumi həcmi 20 milyard ABŞ dollarını çatmışdır ki, bütün bunlar yeni-yeni iqtisadi

islahatların aparılmasına əlverişli zəmin yaratmışdır [4].

Üçüncü mərhələ 2003-2012-ci illəri əhatə edir ki, bu dövr yeni iqtisadi sistemə -

bazar iqtisadiyyatına keçid dövrünün tamamlanması mərhələsini əhatə edir. Bu dövr

Azərbaycanın neft amilindən daha aktiv istifadə edərək Avropa bazarlarına çıx-



4/2013

S.Vəlizadə

vERgİ sİsTEMİ vƏ “AzƏRbAyCAN 2020: gƏlƏCƏyƏ bAXıŞ”...



185


mağını, qlobal enerji layihələrinin mərkəzi oyunçusu olaraq dünyanın enerji təh-

lükəsizliyinin təminatçısı statusu adını alması, regionların sosial-iqtisadi inkişafının

və bu inkişafın xüsusilə qeyri-neft sektorunun hesabına baş verməsinin ön plana çə -

kilməsini əhatə edir ki, bunlar dünya iqtisadiyyatına səmərəli inteqrasiya olunmağa

əlverişli şərait yaratmış, eyni zamanda, bazar iqtisadiyyatına keçid mərhələsinin

müvəffəqiyyətlə tamamlanmasında mühüm rol oynamışdır. Bu dövrlər üçün hazır-

lanmış beynəlxalq təşkilatların hesabatlarına nəzər salsaq, 2009-2010-cu illərdə

“Qlobal Rəqabətlilik” hesabatında Azərbaycan 133 ölkə arasında 51-ci yerə [5],

2012-2013-cü illərdə isə 144 ölkə arasında 46-cı yerə [6], MDB-də 1-ci yerə [6]

çıxmışdır. Həmçinin Beynəlxalq reytinq agentliklərinin respublikamıza verdikləri

indikatorlarda da artım olmuşdur. 

Fikrimizin əyaniliyini sübut etmək üçün dövrün əsas makroiqtisadi göstəricilərin

əks olunduğu aşağıdakı qrafikə nəzər salaq:

Qrafik 1: Əsas makroiqtisadi göstəricilər 

Mənbə: www.stat.gov.az – saytının məlumatları əsasında müəllif tərəfindən işlənmişdir.

Qrafikdən göründüyü kimi, əsas makroiqtisadi göstəricilərin ümumi səviyyəsində

2009-cu il istisna olmaqla bütün illər üzrə artım olmuşdur. Belə ki, 2012-ci ildə ÜDM

2005-ci ilə nəzərən 4,3 dəfə, dövlət büdcəsi 8,5 dəfə, əsas kapitala investisiya qoyu-

luşu  2,7  dəfə  artmışdır.  Əlavə  olaraq,  bu  illər  ərzində  iqtisadiyyatda  inflyasiya

səviyyəsi bir rəqəmli səviyyədə saxlanmış, strateji valyuta ehtiyatları təqribən 25

dəfə artaraq 46 milyard dolları ötmüşdür [4].

Dördüncü  mərhələ  2013-2020-ci  illəri  – innovasiyalı  iqtisadiyyata  keçid

mərhələsini  əhatə  edəcəkdir  ki,  bu  mərhələnin  sonunda Azərbaycanı  dünyanın

qabaqcıl iqtisadiyyatlı ölkələri sırasına qoşulmasını nəzərdə tutur. İnnovasiyalı iqti-

sadiyyata keçid respublikamızın əvvəlki dövrlərdə əldə olunmuş və yuxarıda az bir

qismini sadaladığımız nailiyyətlər hesabına qlobal çağırışlara qoşulma prosesini

özündə əks etdirən iqtisadi inkişaf mərhələsidir. Hazırkı dövrdə, qlobal aləmdə in-

4/2013

S.Vəlizadə

vERgİ sİsTEMİ vƏ “AzƏRbAyCAN 2020: gƏlƏCƏyƏ bAXıŞ”...



186


novasiya fəaliyyətinin keyfiyyətcə yeni müstəvidə keçməsi və müasir iqtisadi pro -

seslərin dəyişmə tempi innovativ texnologiyların praktikaya tətbiqini sürətlənmişdir.

Digər tərəfdən, dünyada baş verən qloballaşma meyilləri kapital, əmək, istehsal

miqrasiyasını kəskin sürətləndirmişdir. Belə bir şəraitdə, Azərbaycan iqtisadiyyatının

üzərinə düşən vəzifə qlobal çağırışlara qoşulmaqla müasir dünyadan geri qalmamaq,

qeyri-neft sektorunun rəqabət qabiliyyətini artırmaq və müqayisəli üstünlüyə malik

üstünlüyü olan yeni istehsal sahələrini formalaşdırmaqdır [8].

3. “azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının 

məqsəd və hədəfləri

“Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası 2011-ci ildə ölkə prezi-

dentinin sərəncamı ilə hazırlanmasına göstəriş verilmiş və 2012-ci ildə hazırlanaraq

təsdiq  edilmişdir.  Əvvəldə  qeyd  etdiyimiz  kimi,  konsepsiya  iqtisadiyyatın  yeni

mərhələyə qədəm qoymasının və iqtisadi artımın isə keyfiyyətcə yeni müstəviyə

keçməsini özündə əks etdirir. Konsepsiyanın əsas strateji baxışı mövcud vəziyyəti

qiymətləndirməklə iqtisadiyyatda davamlı iqtisadi artım və yüksək  sosial rifah,

səmərəli dövlət idarə edilməsi, vətəndaş cəmiyyətinin ictimai proseslərdə aktiv işti-

rakı ilə səciyyələnən inkişaf mərhələsinə nail olmaqdır [8].

Konsepsiya əvvəlki illərdə əldə olunmuş nailiyyətlər hesabına qlobal inkişaf me -

yillərinə qoşularaq diversifikasiya etmiş, səmərəli və rəqabətqabiliyyətli iqtisadiyyatı

formalaşdırmağı hədəfləyir ki, bu da özündə makroiqtisadi sabitliyin qorunması,

biznes mühitinin yaxşılaşdırılması, özəl təşəbbüsün dəstəklənməsi, xarici iqtisadi

əlaqələrin genişləndirilməsi, ölkədə investisiya mühitinin yaxşılaşdırılması, səmərəli

dövlət tənzimlənməsinin qurulması, ixrac yönümlü iqtisadiyyatın qurulması kimi

çoxsaylı məqsədləri əhatə edir [8].

Statistik olaraq İnkişaf Konsepsiyası 2020-ci ilə kimi adambaşına düşən ÜDM-

un 2 dəfə artaraq 13000 dollara, adambaşına düşən qeyri-neft ixrac həcmi 1000 dol-

lara, qeyri-neft üzrə ÜDM-un artım tempinin 7%-ə çatdırılmasını nəzərdə tutur [8].

“Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının əsas xarakterik

cəhəti odur ki, Konsepsiyada nəzərdə tutulmuş məqsədlərin reallaşmasında inno-

vasiya amili mərkəzi nöqtədə durur. Qlobal dünyada innovasiya amilinə diqqətin

artdığı bir vaxtda Azərbaycan iqtisadiyyatının da bu amil əsasında “xammal iqti-

sadiyyatı”ndan “innovativ iqtisadiyyat”a keçidi hədəflənməkdədir. İnnovativ iqti-

sadiyyat dövlətin iqtisadi, ekoloji, sosial və mədəni fəaliyyətini özü əhatə edən və

özündə məhsuldar istehsal amilləri nəticəsində səmərəli və müqayisəli üstünlüyə

malik istehsal sahələri saxlayan iqtisadi sistemdir. Bu məqsədlə Konsepsiyada elmi

infrastrukturun təkmilləşdirilməsi, bilik iqtisadiyyatının formalaşdırılması, elmtu-

tumlu məhsulların hazırlanması üçün mütərəqqi texnologiyanın tətbiqinin stimul-

laşdırılması kimi çoxsaylı məqsədlər nəzərdə tutulur [8].



4/2013

S.Vəlizadə

vERgİ sİsTEMİ vƏ “AzƏRbAyCAN 2020: gƏlƏCƏyƏ bAXıŞ”...



187


2020-ci il innovativ iqtisadiyyatın əldə olunması istiqamətində sadaladığımız

məqsədlər birbaşa insan kapitalının inkişaf etdirilməsi, sosial rifahın yüksəldilməsi

ilə bağlıdır. Çünki, innovasiya prosesinin başlanğıcında insan beyninin, zəkasının

məhsulu olan ideya, elmi-texniki yenilik durur. Bu baxımdan, İnkişaf Konsepsiyası

insan amili, onun təhsil və elmi səviyyəsi, analitik təfəkkürünün yüksəldilməsi kimi

məsələləri xüsusilə əhatə etmişdir. Konsepsiyanın əhatə etdiyi dövrdə əhalinin hər

il orta hesabla 1,1% artaraq 10,2 milyon səviyyəsinə çatdırılması, BMT İnkişaf Pro-

qramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən “yüksək insan inkişafı” ölkələri

qrupunda üst sıralara yüksəlməsi hədəflənməkdədir [8].

Konsepsiyada nəzərdə tutulmuş məqsədləri ümumi şəkildə aşağıdakı kimi qrup -

laşdıra bilərik [8]:

İnsan  kapitalının  inkişaf  etdirilməsi,  əhalinin  sosial  rifahın  və  sosial



müdafiəsinin yüksəldilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi; 

İqtisadi artımın məhz innovasiya amilinin təsiri altında reallaşması;



İqtisadiyyatın diversifikasiya prosesini sürətləndirməklə ÜDM artımının qeyri-

neft-qaz sektorunun hesabına təmin etmək;

Qeyri-neft amilinin xüsusilə regionların hesabına üstünlüyünün əldə olun-



masına nail olmaq;

İxracın təşviq edilməsi (xüsusilə qeyri-neft ixracının) və yerli müəssisələrin



xarici bazara çıxışına nail olunmaq;

Konsepsiyanın əhatə etdiyi dövrdə xüsusi iqtisadi zonaların yaradılması və



iqtisadi potensialı nəzərə alınmaqla hər bir iqtisadi rayon üzrə sənaye şəhər-

ciklərinin qurulması hədəflənir; 

Müqayisəli üstünlüyə malik yeni sənaye sahələrinin formalaşdırılması;



İqtisadiyyatın rəqabətqabiliyyətliyinin artırılması məqsədilə biznes mühitinin

yaxşılaşdırılması, özəl təşəbbüsün dəstəklənməsi, maliyyə xidmətləri bazarının

inkişafı,  inflyasiyanın  məqbul  səviyyədə  saxlanması  və  s.  kimi  tədbirləri

nəzərdə tutur;

İKT və rabitə xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi, infor-



masiya kommunikasiya texnologiyalarını inkişaf etdirilməsi istiqamətində

etibarlı təhlükəsizlik sisteminin yaradılması, milli standartların formalaşdırıl-

ması və e-dövlət xidmətlərinin 100% tətbiq edilməsi əsas prioritetlərindən biri

kimi diqqət mərkəzində olacaqdır.

Təbii ki, Konsepsiyada nəzərdə tutulan iqtisadi-sosial məqsədlərin reallaşdırıl-

ması beynəlxalq səviyyəli rəqabət gücünə malik iqtisadi sistemin mövcudluğunu

şərtləndirir. Tarixi və müasir dünya təcrübəsi göstərir ki, belə bir iqtisadi sistem azad

sahibkar təşəbbüslərinə və sərbəst rəqabətə malik bazar münasibətlərinə şəraitində

mövcud ola bilər. Bununla yanaşı, iqtisadi sahələrdə davamlı yüksək artım temp -

lərinin təmin olunması, innovativ iqtisadiyyatın müsbət effektləri ilə bərabər mənfi

effektlərinin də mövcudluğu səmərəli dövlət tənzimlənməsini zəruriləşdirir.

4/2013

S.Vəlizadə

vERgİ sİsTEMİ vƏ “AzƏRbAyCAN 2020: gƏlƏCƏyƏ bAXıŞ”...



188


4.Müstəqil azərbaycanın müasir vergi sisteminin 

formalaşması istiqamətində aparılan islahatlar

Əlverişli vergi mühiti bazar iqtisadiyyatının hərəkətverici qüvvəsi olub ölkənin

sosial-iqtisadi inkişafında, biznes münasibətlərinin genişlənməsində mühüm rol oy-

nayır.  Bu  baxımdan  respublikamızda  bazar  iqtisadiyyatına  keçid  mərhələsinin

müvəffəqiyyətlə başa çatmasında qurulmuş vergi sisteminin və həyata keçirilmiş

vergi islahatların rolu az olmamışdır. Ümumiyyətlə, keçid iqtisadiyyatının obyektiv

zərurəti kimi ötən dövrlərdə passiv vergi siyasəti aparılmış, vegi qanunvericiliyində

vergi ödəyiciləri üçün ümumi güzəştlər müəyyən edilmişdir. Eyni zamanda, iqtisadi

artımı stimullaşdıran, mütərəqqi vergi sisteminin formalaşdırılması üçün mühüm is-

lahatlar  aparmışdır.  Bu  baxımdan,  vergi  sisteminin  gələcək  perspektivlərini

qiymətləndirmək üçün respublikamızın vergi sisteminin formalaşması istiqamətində

aparılan islahatları qısa təhlil edərək nəzərdən keçirək.

Ümumiyyətlə,  respublikamızda  uzun  müddət  vergi  sistemi  ilə  məşğul  olan

müstəqil orqan olmamış və vergi siyasəti Maliyyə Nazirliyinin tərkibində fəaliyyət

göstərən Baş Dövlət Vergi Müfəttişliyi tərəfindən aparılmış, yalnız 2000-ci il 11

fevral tarixli Fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilmiş, onun bazasında

ölkədə dövlətin vergi siyasətinin həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı -

Vergilər Nazirliyi yaradılmışdır. Vergilər Nazirliyini yaradılması ilə vergi sisteminin

təkmilləşdirilməsi ilə bağlı ardıcıl və məqsədyönlü islahatlar aparılması üçün əlve -

rişli zəmin formalaşmışdır. 2001-ci ilin yanvarın 1-də qüvvəyə minən Vergi Məcəl-

ləsi müstəqil Azərbaycanın həyatında yeni tarixi bir hadisə olaraq vergi sisteminin

təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində

atılmış mühüm addımlardan biri kimi çıxış etmişdir [9].

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli sərəncamı

ilə “Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi dövlət pro-

qramı” təsdiq olunmuşdur. Dövlət Proqramı vergi ödəyicilərinin hüquqlarının qorun-

ması, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi, vergilərin məcburi

ödənilməsi sisteminin təkmilləşdirilməsi və vergi borclarının yaranmasının qarşısının

alınması kimi həyati əhəmiyyətli məsələləri əhatə etmişdir [9].

2006-cı ildə vergi menecmentinin elektron qaydada qurulmasına imkan verən Av-

tomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) tətbiqinə nail olunmuşdur.

AVİS  elektron  xidmətlərin  göstərilməsinə  əlverişli  şərait  yaratmış,  vergi  prose-

durlarını asanlaşdırmış və nəticədə vergi ödəyicilərinə xidmət səviyyəsinə yük-

səlməsinə şərait yaratmışdır. 2008-ci ildən sahibkarlıq subyektlərinin qeydiyyatının

“bir pəncərə” prinsipi tətbiq edilməklə aparılması göstərilən elektron xidmətlərin

mühüm tərkib hissəsi olmaqla vergi ödəyiciləri və beynəlxalq təşkilatlar tərəfindən

çox müsbət qiymətləndirilmişdir [10].

2007-ci ildə ölkəmizin ən böyük dövlət portallarından biri olan Vergilər Nazir-



4/2013

S.Vəlizadə

vERgİ sİsTEMİ vƏ “AzƏRbAyCAN 2020: gƏlƏCƏyƏ bAXıŞ”...



189


liyinin İnternet Vergi İdarəsi portalı istifadəyə verilmiş və bəyannamələrin elektron

variantda göndərilməsinə başlanılmışdır [11]. Elektron bəyannamə sisteminin tətbiqi

ümumilikdə bəyannamələrin tərtib edilməsi və onların vergi orqanına göndərilməsi

üçün lazım olan vaxtı əhəmiyyətli şəkildə azaltmışdır. 2012-ci ildə vergi ödəyiciləri

tərəfindən Vergilər Nazirliyinə daxil olan bəyannamələrin 89,9 %-i [9], 2013-cü ilin

yanvar-mart aylarında isə 94,3% [12] elektron formatda göndərilir.

Qlobal böhran şəraitində belə, Prezident İlham Əliyevin tapşırığı əsasında Azər-

baycanda vergi yükünün azaldılması yolu ilə real sektorun təşviqi haqqında qanun-

verici qərar qəbul edilmiş, 2009-cu ildə vergi qanunvericiliyinə ciddi dəyişikliklər

olunmuşdur. Nəticədə, 2010-cu ilin yanvarından mənfəət vergisi 22 faizdən 20, fiziki

şəxslər üçün gəlir vergisinin maksimal dərəcəsi 35 faizdən 30 faizədək azaldılmış,

fərdi sahibkarlar üçün isə bu dərəcə 20 faizədək endirilmişdir. Qeyd edək ki, 2012-

ci  Vergi  Məcəlləsinə  dəyişiklik  edərək  fiziki  şəxslərin  gəlir  vergisinin  14%-lik

dərəcəsinin tətbiq edildiyi maksimum hədd artırılmışdır [13].

2012-ci ildə Vergi Məcəlləsinə çoxsaylı əlavə və dəyişikliklər edilmişdir ki, bun-

ların əsas istiqaməti innovativ iqtisadiyyata keçidlə əlaqədar olaraq formalaşdırılması

nəzərdə tutulan sənaye-texnologiyalar parklarının stimullaşdırılması üçün çoxsaylı

güzəştlər paketi nəzərdə tutulmuşdur [13].

Son zamanlar vergi sisteminin orta perspektivlər üçün inkişaf istiqamətlərini

müəyyən edən mühüm sənədlər - “Vergi qanunvericiliyinin təkmilləşdirilməsinin

strateji istiqamətləri” və “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə infor-

masiya-kommunikasiya texnologiyalarının istifadə imkanlarının genişləndirilməsi

haqqında”  konsepsiyalar  və  2011-2015-ci  illəri  əhatə  edən  “Vergi  orqanları

tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafı Konsepsiyası” qəbul

edilmişdir ki, bura elektron ticarət üzərindən vergi nəzarətinin təşkili, həmçinin elek-

tron ticarətə ƏDV-nin tətbiqi, transfert qiymətlərin tənzimlənməsi ilə bağlı qanun-

vericilik  bazası,  özəl  vergi  xidməti  haqqında  qanunvericilik  bazasının

formalaşdırılması, elektron audit sistemi, əvvəlcədən doldurulmuş bəyannamə sis-

temi, vergilərin plastik kartlarla ödənilməsi kimi vergi sistemini daha da müasir-

ləşdirəcək məsələlər daxildir [14].



5.Müstəqil azərbaycanın müasir vergi sisteminin 

formalaşması istiqamətində aparılan islahatların nəticələri

Əvvəldə qeyd etdiyimiz kimi, 1993-cü ildən vergi xidmətində çoxşaxəli islahatlar

və 2000-ci ildən başlayaraq vergi orqanlarının strukturunun yenidən qurulması ilə

vergi sisteminin təkmilləşdirilməsi, onun vahid hüquqi bazasının yaradılması, vergi

dərəcələrinin aşağı salınması və güzəştlərin azaldılması hesabına vergitutma baza-

sının genişləndirilməsi, iqtisadiyyatda investisiya qoyuluşunun stimullaşdırılmasına,

kiçik və orta sahibkarlıq üçün əlverişli şəraitin yaradılmasına yönəldilən vergi siyasə-

4/2013

S.Vəlizadə

vERgİ sİsTEMİ vƏ “AzƏRbAyCAN 2020: gƏlƏCƏyƏ bAXıŞ”...



190


tinin  həyata  keçirilməsi,  habelə  vergi  xidməti  orqanlarının  fəaliyyətinin

səmərəliliyinin artırılması istiqamətində mühüm məqsədyönlü işlər görülmüşdür.

Bütün bunlar nəticəsində ölkədə sabit və rəqabət qabiliyyətli vergi sistemi qurulmuş,

elektron xidmətlərin kəmiyyət və keyfiyyəti artırılmış, vergi ödəyiciləri və vergi

orqanları arasında əlaqələr minumuma endirilmiş, fiziki və hüquqi şəxslərin qey-

diyyatı elektron formada həyata keçirilməyə başlanmış və iqtisadi islahatların aparıl-

ması üçün əlverişli zəmin formalaşmışdır ki, bütün bunlarda istər dövlət büdcəsinə

vergi daxil olmalarının həcmində, istərsə də digər göstəriciləri yüksəlməsində özünü

göstərmişdir.

Bu baxımdan vergi növləri üzrə büdcəyə daxilolmaların əks olunduğu aşağıdakı

qrafikə nəzər salaq:

cədvəl 1. vergi növləri üzrə büdcəyə daxilolmalar

Mənbə: http://www.taxes.gov.az. 

Qrafik 2012-ci ildə vergi daxilolmalarının həcminə görə sıralanmışdır. Göründüyü

kimi,  illər  üzrə  vergi  daxilolmaları  həm  ayrı-ayrı  vergilər  üzrə,  həm  də  ümumi

həcmdə artım müşahidə edilmişdir. 2012-ci ildə ümumi vergi daxilolmalarının həcmi

2005-ci ilə nəzərən təqribən 4,2 dəfə, hüquqi şəxslərin mənfəət vergisi üzrə bu

göstərici 6,3 dəfə, fiziki şəxsləri gəlir vergisi üzrə 2,5 dəfə, Əlavə Dəyər Vergisi üzrə

4,3 dəfə və s. artmışdır.

Ölkədə vergi sistemini xarakterizə edən iqtisadi göstəricilərdən biri də vergi

yüküdür. Ümumi praktikada vergi yükünü həm vergi daxilolmalarının ümumi daxili

məhsula nisbəti, həm də cəmi daxilolmaların ümumi daxili məhsula nisbəti kimi

təyin edilir. Araşdırdığımız məsələnin mahiyyətinə uyğun olaraq birinci metodu is-

tifadə edərək, yəni  cəmi vergi daxilolmalarının ÜDM bölməklə vergi yükünü illər

üzrə hesablayaraq dinamikasına nəzər salaq.

4/2013

S.Vəlizadə

vERgİ sİsTEMİ vƏ “AzƏRbAyCAN 2020: gƏlƏCƏyƏ bAXıŞ”...



191

vergi növləri

vergi növləri üzrə büdcəyə daxilolmalar, mlyn manat

2005

2006

2007

2008

2009

2010

2011

2012

Mənfəət vergisi

356,958 1375,562 2459,185 2863,950 1329,193 1429,825 2133,993 2252,223



Ədv

346,058 400,539 669,649 1169,894 1180,281 1271,463 1387,663 1483,585



Gəlir vergisi

319,212 412,250 596,597 637,800 581,873 590,235 715,656 812,958



aksizlər

121,250 164,047 330,585 395,811 417,368 452,027 417,394 454,642



Mədən vergisi

53,540


100,202 123,233 147,750 121,904 130,074 129,770 125,783

sadələşdirilmiş vergi

18,825


29,694

48,106


65,656

63,574


65,525

100,426 111,423



Əmlak vergisi

40,436


56,254

72,760


113,256

66,169


101,812 103,867 105,087

Torpaq vergisi

15,268


18,821

27,288


30,790

26,236


35,311

35,321


30,596

yol vergisi

9,023


10,339

17,144


27,366

16,463


15,169

28,095


28,655

dövlət rüsumu

35,667


33,500

50,063


59,871

72,875


89,519

104,805 103,186



sair daxilolmalar

111,217 115,414 154,649 234,456 237,466 111,840 318,071 517,226



cəmi

1427,453 2706,282 4549,259 5746,566 4113,400 4292,800 5475,062 6025,367




Qrafik 2:  vergi yükünün qrafik təsviri

Mənbə: www.stat.gov.az və www.taxes.gov.az– saytlarının məlumatları əsasında müəllif tərəfindən işlənmişdir.

Qrafikdən görünür ki, vergi yükü 2007-ci ildən 2010-cu ilə kimi kəskin sürətdə

azalmış, 2011 və 2012-ci illər ərzində nisbətən artmışdır. 2007-ci ildə vergi yükünü

kəskin artması həmin ildə əvvəlki ilə nəzərən toplanmış vergilər daha çox artması

(təqribən 1,7 dəfə) nəticəsində baş vermişdir. onu da qeyd edək ki, respublikamızda

vergi yükü dünyanın əksər inkişaf etmiş ölkələrindən aşağıdır. Məsələn, 2010-cu

ildə  Türkiyədə  vergi  yükü  0,24,  ABŞ-da  0,26,  Yaponiyada  0,28,  bəzi  Avropa

ölkələrində isə daha yüksək Almaniyada 0,27, Norveçdə 0,42, İsveçdə 0,46 olmuşdur

[16]. 2010-cu ildə respublikamızda isə eyni metodika əsasında hesablanmış vergi

yükü (vergi daxilolmalarının ÜDM-də payı) 0,10 olmuşdur.

Qeyri-neft sektorundan ümumi vergi daxilolmalarının neft sektoru ilə müqayisəsi

maraqlı olardı.



diaqram 1: sektorlar üzrə vergi daxilolmaları

Mənbə: www.stat.gov.az və www.taxes.gov.az saytlarının məlumatları əsasında müəllif tərəfindən işlənmişdir. 

4/2013

S.Vəlizadə

vERgİ sİsTEMİ vƏ “AzƏRbAyCAN 2020: gƏlƏCƏyƏ bAXıŞ”...



192


4/2013

S.Vəlizadə

vERgİ sİsTEMİ vƏ “AzƏRbAyCAN 2020: gƏlƏCƏyƏ bAXıŞ”...



193

Qrafikdən görünür ki, 2009-cu il dünya maliyyə böhranı ölkəmizdən də yan

keçməmiş və bu həm neft sektorunun, həm də qeyri-neft sektorundan büdcəyə vergi

daxilolmalarının həcminin azalmasında özünü göstərmişdir. Lakin, son illər qeyri-

neft  sektorundan  daxil  olan  vergilərin  həcmi  neft  sektorunun  daxilolmalarını

üstələmiş,  neft sektoru ilə müqayisə daha yüksək nisbi artım sürətinə malikdir.

Bütün bunlarla yanaşı vergi orqanları tərəfindən elektron hökumətin qurulması

istiqamətində görülmüş işlər ölkədə hüquqi prosedurları azaldaraq əlverişli biznes

mühitinin inkişafına mühüm töhfələr vermişdir. Belə ki, “bir pəncərə” sistemini tət-

biq edərək fiziki şəxslərin elektron qeydiyyat zamanı prosedurların sayını 3 dəfə,

qeydiyyat dövrünü isə 20 dəfə azaldaraq 72 gündən 3 günə qədər, azaltmışdır. Əvvəl-

lər qeydiyyat prosesində 500 adam istifadə edilirdisə, yeni sistemin tətbiqindən sonra

bu say 85 nəfərə qədər endirilmişdir [17].

Hüquqi şəxslərin elektron qeydiyyat sisteminin tətbiqi qeydiyyat prosesini daha

da asanlaşdırmışdır. Elektron qeydiyyat iki üsulla: sürətli və adi qaydada həyata

keçirilir. Təsisçi bir nəfər olduqda sürətli elektron qeydiyyat tətbiq edilir. Bu halda

təsisçi özü, MMC-nin rəhbəri və fəaliyyət sahəsi barədə məlumatı sistemə daxil

edərək elektron şəkildə imzalayır. Bununla da hüquqi şəxsin dövlət qeydiyyatı üçün

tələb olunan məlumatlar qeydiyyat orqanına təqdim edilmiş sayılır. MMC-nin nizam-

naməsi və digər qeydiyyat sənədləri proqram təminatı vasitəsilə elektron formada

hazırlanır və nəticədə qeydiyyat prosesi cəmi bir neçə dəqiqə çəkir [18].

Hüquqi şəxslərin elektron qeydiyyat sisteminin tətbiqi nəticəsində biznesə başla-

maq üçün prosedurların sayı 6-dan 3-dək, tələb olunan sənədlərin sayı isə 7-dən 2-

dək azaldılıb, müvafiq sənədlərin notarial qaydada təsdiqi zərurəti aradan qaldırılıb.

Təsisçilərin sayı 1-dən çox olduqda, eyni zamanda, hüquqi şəxsə aid daha geniş

məlumatların daxil edilməsi tələb olunduqda isə adi elektron qeydiyyat üsulu seçilir,

bu zaman qeydiyyatın başa çatdırılması 20 dəqiqədən 3 günədək davam edir [18].

Nəticə olaraq, vergi sistemində aparılan islahatlar respublikamızın vergi sistemini

dünyanın qabaqcıl ölkələrinin vergi sistemləri səviyyəsinə çatdırmaqla vergi siste -

minin daha da yeniləşdirilməsi üçün əlverişli baza formalaşmışdır.



6. “azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında

vergi sisteminin təkmilləşdirilməsi ilə bağlı nəzərdə tutulan məsələlər

Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan

məqsədlərin reallaşdırılması üçün vergi sistemi təkmilləşdirilməsi ilə bağlı tələbləri

iki  istiqamətdə  araşdırmaq  lazımdır.  Birincisi,  Konsepsiyada  vergi  sisteminin

inkişafını nəzərdə tutan birbaşa müddəalar, ikincisi Konsepsiyanın ümumiqtisadi

məqsədlərinin  reallaşdırılması  üçün  vergi  sisteminin  qarşısına  qoyulan  dolayı

məqsədlərdir.  Birbaşa  məqsədlər  innovativ  iqtisadiyyatın  xarakterik  xü-

susiyyətlərindən irəli gələn və “açar” rolunu oynayan məqsədlərdir, dolayı məqsədlər




isə innovativ iqtisadiyyatın reallaşdırılması mərhələlərinin tələbləri nəzərə alınaraq

vergi sisteminin iqtisadi sistemə uyğunlaşma vasitəsidir. 

Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında rəqabətqabiliyyətli

və  səmərəli  iqtisadiyyatın  qurulması  istiqamətində  vergi  sisteminin  təkmil-

ləşdirilməsi üçün iki mühüm məqsəd qoyulur:

1.İqtisadi  sistemin  rəqabət  qabiliyyətini  artırmaq  üçün  tədricən  passiv  vergi

siyasətindən aktiv vergi siyasətinə keçid [8];

Aktiv vergi siyasətinə keçid vergi sisteminin fiskal tarazlığını pozmadan onun

stimullaşdırıcı rolunun artırılmasını nəzərdə tutur ki, bu da ölkə iqtisadiyyatının

qarşısına  qoyduğu  yeni  inkişaf  mərhələsinə  uyğun  olaraq  “xammal

iqtisadiyyatı”ndan qeyri-neft sektoruna, elmtutumlu və innovativ sahələrə keçidi

daha çox əhatə etməlidir. Aktiv vergi siyasəti sadəcə vergilərin sayının, dərəcələrinin

azaldılması və bu yolla təsərrüfat subyektlərinin sərəncamında qalan vəsaitin artırıl-

masını yox, həm də həmin sərəncamda qalan vəsaitin əlavə investisiya qoyuluşu

şəklində təkrar istehsalın genişləndirilməsinə, kapitalın və əmək resurslarının məh-

suldarlığının artırılmasına yönəldilməsini təmin edən vergi siyasətidir. Yəni, aktiv

vergi siyasətində vergi büdcənin əsas maliyyə mənbəyi olmaqla bərabər biznes mühi-

tinin də inkişafının mühüm stimullaşdırıcı alətinə çevrilir. Aktiv vergi siyasəti in-

vestisiya mühitini stimullaşdırmaq, məşğulluğu artırmaqla yanaşı, eyni zamanda,

əhali arasında bazar iqtisadiyyatının tələblərindən irəli gələn sosial-iqtisadi bərabər-

sizliyi də tənzimləməlidir.

İqtisadi elmlər doktoru, professor Akif Musayev qeyd edir ki, aktiv vergi siyasə-

tinin ikililik, yəni duallıq prinsipi mövcuddur. Vergi siyasətini həyata keçirən sub-

yektlər-insanlar, eyni zamanda, onun əsas məqsədinə və obyektinə çevrilirlər. Aktiv

vergi siyasətinin əsas məqsədi son nəticədə iqtisadi inkişafın təmin edilməsindən,

əhalinin həyat səviyyəsinin yüksəldilməsindən, onun maddi rifahının yaxşılaşdırıl-

masından, cəmiyyətin müxtəlif təbəqələri arasında sosial partnyorluq prinsipinin

formalaşdırılmasından, vətəndaş cəmiyyətinin yaradılmasından və daha yüksək mo -

dern inkişaf mərhələsinə daxil olmasının təmin edilməsindən ibarətdir. Vergi ödəyi-

ciləri  bu  gün  ödədikləri  vergi  əvəzinə,  gələcəkdə  sosial  təhlükəsizliyinin  əldə

olunmasına əmin olmalıdırlar. Yalnız bu duallıq səbəb və nəticə arasında asılılıqların,

düz və əks əlaqələrin praktiki sosial-iqtisadi fəaliyyətdə həyata keçirilməsi insan

cəmiyyətinin inkişafının təmin edilməsində həlledici rol oynayır [20, səh.71-84]. Bu

fikirlər onu göstərir ki, aktiv vergi siyasəti cəmiyyətin vergi mədəniyyəti ilə də sıx

bağlı olan iqtisadi anlayışdır. 

2.Əlverişli investisiya mühitinin formalaşdırılması üçün vergi dərəcələrinin op-

timallaşdırılması [8].

İnkişaf Konsepsiyasında nəzərdə tutulan vergi dərəcələrinin optimallaşdırılması

əslində aktiv vergi siyasətinə keçidin bir mərhələsi kimi qiymətləndirilə bilər. Re-

spublikamızda keçid dövrü iqtisadiyyatında daim vergi dərəcələri aşağı salınmış və



194

S.Vəlizadə

vERgİ sİsTEMİ vƏ “AzƏRbAyCAN 2020: gƏlƏCƏyƏ bAXıŞ”...



4/2013


vergi yükü azaldılmışdır. Lakin, vergi dərəcələrinin aşağı salınması prosesi vergi

ödəyicilərinə heç bir inzibati yük qoymamışdır. Aktiv vergi siyasətində isə vergi

dərəcələrinin optimallaşdırılması ölkənin iqtisadi inkişaf səviyyəsinə uyğun olaraq

aparılan müntəzəm proses olmalıdır. Bu azalma bir növ iqtisadi prosesləri qabaqla-

malı və iqtisadi artıma əlverişli şərait formalaşmalıdır. onu da nəzərə almaq lazımdır

ki, bu proses də çox böyük həssaslıqla həyata keçirilməlidir, çünki tez - tez dəyişən

vergi sistemi biznes fəaliyyəti subyektlərinin həyata keçirdikləri biznes planlarının

reallıq səviyyəsini aşağı salır ki, bu da ümumi biznes mühitinin düzgün proqnoz -

laşdırılmasına mənfi təsir edə bilər. Bu baxımdan, vergi sistemi və biznes dünyası

arasında informasiya axının daha mütəşəkkil təşkil edilməsi mühüm əhəmiyyət kəsb

edir.

İnkişaf Konsepsiyasında vergi sistemi ilə bağlı məqsədlərin təhlili göstərir ki,



konsepsiya əslində iqtisadi sistemə paralel olaraq həmin iqtisadi sistemin mərkəzi

həlqəsi olan vergi sisteminin də qarşısına mühüm məqsədlər qoymaqla onun key-

fiyyətcə yeniləşməsini və daha da mobilliyini nəzərdə tutur.

7. “azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında 

nəzərdə tutulan məqsədlərin reallaşmasında vergi sisteminin rolu

“Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası vergi sisteminin tək-

milləşdirilməsi üçün birbaşa məqsədlərlə yanaşı, həm də ümumi iqtisadi mühitlə,

xüsusilə innovasiyalı iqtisadiyyata keçidlə bağlı mühüm məqsədləri nəzərdə tutur

ki, bu da vergi sisteminin üzərinə dolayı vəzifələr qoyur. Bu vəzifələrin aydınlaşdırıl-

ması üçün İnkişaf Konsepsiyasının məqsədləri vergi sisteminin mövcud vəziyyətini

qiymətləndirərək qarşılıqlı təhlil edilməlidir.

İnkişaf Konsepsiyası ilkin olaraq insan amilini əsas götürür və onun iqtisadi-sosial

rifahını ön plana çəkir. Bu məqsədə vergi sistemi nöqteyi nəzərindən baxdıqda i.e.d.,

prof. Akif Musayevin də qeyd etdiyi kimi cəmiyyətdə ümumi vergi mədəniyyətinin

artırılmasını zəruriləşdirir [20]. Vergi mədəniyyətinin artırılması vergiyə ümumi

yanaşma tərzinin dəyişdirilməsi ilə vergi öhdəliklərinin məcburi əməl edilməsindən

könüllü əməl edilməsinə keçidi təmin etməlidir. Yəni, cəmiyyətin hər bir üzvü bilmə-

lidir ki, bugünkü ödədiyi vergi onun və gələcək nəsillərinin təminat vasitəsidir. 

Digər tərəfdən, cəmiyyətdə vergi mədəniyyəti o tərzdə formalaşdırılmalıdır ki,

vergini vaxtında və tam ödəmək  biznes subyektləri üçün imic rolunu oynasın. Vergi

müasir dünyada yeni formalaşmaqda olan sosial-yönümlü marketinq konsepsiyasının

[21] alətinə çevrilməlidir. Sosial yönümlü marketinq konsepsiyası, yəni biznes sub-

yektləri  artıq  ənənəvi  reklamçılıq  fəaliyyətlərindən  fərqli  olaraq  cəmiyyətin

gələcəyinin, ümumi problemlərinin (sağlam vətəndaş cəmiyyətinin formalaşması,



ətraf  mühitin  çirklənməsi  və  s.)  qayğısına  qaldıqlarını  göstərməyə  çalışırlar.

Cəmiyyətin hər bir üzvü öz vergi öhdəliklərini daha dolğun yerinə yetirən biznes



195

S.Vəlizadə

vERgİ sİsTEMİ vƏ “AzƏRbAyCAN 2020: gƏlƏCƏyƏ bAXıŞ”...



4/2013


subyektinə daha çox inanmalı və nəticədə onun xidmət və məhsullarından daha çox

yararlanmalıdır.  Məsələn,  bununla  bağlı  biznes  subyektlərinə  müəyyən  reytinq

dərəcələri verilə bilər və bu reytinq dərəcələrinin yüksək vergi mədəniyyətinə sahib

cəmiyyətdə reklam aləti kimi istifadə edilmə imkanı mövcud olacaqdır. Fikrimizcə,

vergi  mədəniyyəti  uzun  müddət  vergi  sisteminin  əsas  şüarı  olmuş Amerikanın

məşhur siyasi xadimi Bencamin Franklinin (1706-1790) vergini ölümlə eyniləşdirən

“vergidən və ölümdən yayınmaq olmaz” deyimindən [22] vergiyə yeni yanaşmanı

ifadə edən “vergidən, beləliklə imicimizdən imtina edə bilmərik” deyiminə keçməni

təmin etməlidir. 

Bundan əlavə, vergi orqanları və vergi ödəyiciləri arasında sağlam informasiya

mübadiləsi təmin edilməsinin bu prosesə mühüm əhəmiyyəti olacaqdır. Belə ki, bu

amil vergini sabit və proqnozlaşdırılan etməklə vergi orqanları baxımından vergi

siyasətinin təkmilləşdirilməsi istiqamətlərini asan müəyyən etməyə, vergi ödəyiciləri

baxımından isə vergi sistemindəki dəyişikləri daha tez qavramağa kömək edəcəkdir.

Eyni zamanda, verginin proqnozlaşdırılan olması biznes subyektlərinin gələcəyə

hesablanmış layihə və proqramlarında vergi amilinin daha dəqiq müəyyən edilmə -

sinə imkan verəcəkdir.

İnkişaf Konsepsiyasında nəzərdə tutulan iqtisadi modelin təhlili göstərir ki, neft

sektorunun inkişafından əldə edilən maliyyə vəsaitləri gələcəkdə iqtisadiyyatın di-

versifikasiyasına, yəni qeyri-neft sektorunun inkişafına istiqamətləndiriləcəkdir. Bu

isə aktiv vergi siyasətinin və stimullaşdırıcı vergi mexanizminin formalaşmasını

zəruriləşdirir. Aktiv vergi siyasəti innovativ texnologiyaların tətbiqini, təkrar is-

tehsalın genişlənməsinə, insan kapitalının daha da inkişaf etdirilməsini təmin etməklə

diversifikasiya siyasətinə şərait yaratmalı və eyni zamanda, diversifikasiya etmiş

qeyri-neft  sektorunun  ixrac  potensialının  yüksəldilməsini  stimullaşdırmalıdır.

Bununla bağlı artıq 2012-ci ildə Vergi Məcəlləsinə bir sıra əlavə və dəyişikliklər

edilmişdir  ki,  bunlarında  içərisində  sənaye  və  texnologiyalar  parkı  ilə  mühüm

güzəştlər paketi yer almaqdadır [13].

İnkişaf Konsepsiyasında qeyri-neft sektorunun inkişafının daha çox regionlarının

hesabına  üstünlüyünün  təmin  edilməsi  və  azad  iqtisadi  zonaların  yaradılması

hədəflənir. Bu baxımdan, regionlarda vergi ödəyicilərinə xidmətin səviyyəsi daha

da təkmilləşdirilməli, ticarət, xidmət, iaşə obyektlərində PoS terminalların sayı

artırılmalı və respublikamızın ayrı-ayrı regionlarının təbii-iqtisadi xüsusiyyətləri

nəzərə  alınaraq  onlar  üçün  daha  mütərəqqi  metodlarla  vergi  güzəştlərinin  is-

tiqamətləri hazırlanmalıdır.

İnkişaf Konsepsiyasında nəzərdə tutulan innovasiyalı iqtisadiyyatın əldə olunması

üçün innovasiya və investisiya fəaliyyətinin, innovasiya biznesi ilə məşğul olan

biznes subyektlərinin stimullaşdırılması üçün vergi mexanizmləri formalaşdırıl-

malıdır. Bu vergi mexanizmləri vergi yükünü azaldılması hesabına biznes subyekt -

lərinin əldə etdiyi əlavə vəsaiti yenidən iqtisadiyyata qoyulmasını təmin etməlidir.



196

S.Vəlizadə

vERgİ sİsTEMİ vƏ “AzƏRbAyCAN 2020: gƏlƏCƏyƏ bAXıŞ”...



4/2013


Ancaq sonda onu da nəzərə almaq lazımdır ki, vergi sistemində nəzərdə tutulan

bu dəyişikliklər onu çətinləşdirməməlidir. Çünki, vergi sisteminin mürəkkəbliyi in -

zibati xərclərin artırılmasına səbəb olur ki, bu da vergi ödəyicilərinin ayrı-ayrı qrup -

ları arasında vergi sisteminin qeyri bərabər bölüşdürüldüyünə inam yaradır. Bu

baxımdan vergi sistemi maksimal dərəcədə sadələşdirilməlidir. 

Göründüyü kimi, “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında

vergi sistemi qarşısına mühüm və həyati əhəmiyyətli məqsədlər qoyulmaqdadır.

Yəni, formalaşdığı gündən daim yeniləşməyə və müasirləşməyə istiqamətlənmiş

vergi  orqanları  bu  gün  qlobal  və  yerli  tələblərdən  dolayı  yeni  iqtisadi  sistemin

tələblərinə uyğun olaraq daha da yeniləşməli və rəqabətqabiliyyətli iqtisadi sistemin

formalaşmasına mühüm töhvələr verməlidir.

8.nəticə

Respublikamız sürətli inkişaf yolu keçərək bazar iqtisadi sisteminə keçid dövrünü

uğurla başa vurmuşdur. Bu həm iqtisadiyyatda baş verən keyfiyyət, həm də kəmiyyət

dəyişikliklərində özünü göstərmişdir. Belə ki, qrafik 1-dən də göründüyü kimi, 2005-

ci ilə nəzərən 2012-ci ildə ÜDM 4,3 dəfə, dövlət büdcəsi 8,4 dəfə, iqtisadiyyata

yönəldilən investisiyalar 2,7 dəfə artmış, eyni zamanda, bazar iqtisadi sisteminə xas

institutlar formalaşdırılmışdır. Bütün bunlar respublikamızın yeni inkişaf mərhələ -

sinə – innovasiyalı iqtisadiyyata qədəm qoymasına zəmin yaratmışdır. Bu məqsəd

qanunauyğun olaraq iqtisadiyyatın bir çox sahəsinə, o cümlədən vergi sahəsinə

müəyyən tələblər qoymuşdur. Məqalədə səsləndirilmiş fikirlər və aparılmış təhlillər

göstərir ki, respublikamızın vergi sistemi uzun inkişaf yolu keçərək müasirləşmişdir.

Eyni zamanda, təhlil nəticəsində müəyyən edilmişdir ki, respublikamızda vergi yükü

dünyanın bir çox ölkələrində analoji göstəricilərdən aşağıdır. Lakin “sektorlar üzrə

vergi daxilolmaları” diaqramından (Diaqram 1) görünür ki, 2012-ci ildə respublikada

neft sektoru üzrə vergi daxilolmalar ümumi vergi daxilolmalarının 45,5%-ni təşkil

edir. Təbii ki, bunlar respublika iqtisadiyyatında qeyri-neft sektorunun artımı üzrə

hələ də böyük potensial olduğunu göstərir. Bu baxımdan, ölkə iqtisadiyyatının neft-

dən asılılığını azaltmaq məqsədilə vergi sistemi qeyri-neft-qaz sektorunu, inno-

vasiya-investisiya fəaliyyətini stimullaşdıran vergi mexanizminə malik olmalıdır.

Digər tərəfdən, passiv vergi siyasətindən aktiv vergi siyasətinə keçidlə bağlı vergi

dərəcələrinin optimallaşdırılması nəzərdə tutulur ki, fikrimizcə bu proses mərhələli

şəkildə və yüksək həssaslıqla həyata keçirməlidir.

Eyni zamanda, cəmiyyətdə vergi məhfumuna ənənəvi yanaşma tərzinin dəyiş -

dirilməsinə mühüm ehtiyac vardır. Yeni yanaşma tərzinin şüarı məqalədə müəllif

tərəfindən  “vergidən,  beləliklə  imicimizdən  imtina  edə  bilmərik”  şəklində  səs-

ləndirilmişdir. Bunun üçün cəmiyyətdə vergi mədəniyyəti o tərzdə formalaşdırıl-

malıdır ki, vergi müasir dünyada yeni formalaşmaqda olan sosial-yönümlü iqtisadi

197

S.Vəlizadə

vERgİ sİsTEMİ vƏ “AzƏRbAyCAN 2020: gƏlƏCƏyƏ bAXıŞ”...



4/2013


siyasətin əsas alətinə çevrilsin. Cəmiyyətin hər bir üzvü vergiyə onun gələcəyinin

təminatı, sığortası kimi yanaşmalıdır. Vergi ödəyicilərinə vergi öhdəliklərini yerinə

yetirilməsi ilə bağlı reytinq dərəcələrinin verilməsi stimullaşdırıcı amil ola bilər. 

Aktiv vergi siyasətinə keçid vergi orqanları və ödəyiciləri arasında informasiya

mübadiləsini təkmilləşdirilməsini zəruriləşdirir. Bu da vergi siyasətində baş verə

biləcək dəyişikliklərin vergi ödəyiciləri tərəfindən əvvəlcədən proqnozlaşdırılmasına

imkan verəcəkdir.

Ədəbiyyat siyahısı

1. http://www.anl.az/down/meqale/azerbaycan/2011/may/175816.htm. "2011-

2020-ci  illərdə  Azərbaycan  Respublikasında  qiymətli  kağızlar  bazarının

inkişafı" Dövlət Proqramı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il

16 may tarixli sərəncamı ilə təsdiq edilmişdir

2.  http://www.president.az/articles/3689  (15.04.2013).  “Azərbaycan  2020:

gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Res -

publikası Prezidentinin Sərəncamı.

3. http://vergiler.az/art-view/841/ VN-nin Vergi siyasəti və strateji araşdırmalar

Baş İdarəsinin rəisi A. Musayevin “vergi dostları” qarşısında çıxışı.

4.http://vn.taxes.gov.az/2009/modul.php?name=azerbaijan&bolme=iqti-

sadiyyat&lang=  (15.04.2013).  Azərbaycan  iqtisadiyyatı  haqqında  ümumi

məlumat.

5.  http://azerbaijan.az/portal/Economy/General/general_a.html  (19.06.2013).

Azərbaycan iqtisadiyyatı haqqında ümumi məlumat.

6. http://economy.gov.az (19.06.2013). Azərbaycan Respublikası İqtisadi İnkişaf

Nazirliyinin saytı.

7. www.stat.gov.az Azərbaycan Respublikasının Statistika Komitəsi.

8. “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası.

9. Vəlizadə S.V. (2012) Azərbaycanın müasir vergi sisteminin formalaşması is-

tiqamətində aparılan islahatlar, onların nəticəsi və perspektiv inkişafı, “Azər-

baycanın vergi xəbərləri”. № 4, s 181-198.

10. http://www.taxes.gov.az/?name=metbuat&bolme=chixish&lang 

(07.04.2013). Azərbaycan  Respublikasının  vergilər  naziri  F.Ə.Məmmədovun

“Azərbaycan” qəzetinə müsahibəsi.

11. http://www.milli.az/news/economy/89595.html. (07.04.2013). Azərbaycan

Respublikası Vergilər naziri F.Ə. Məmmədovun xarici KİV-nə müsahibəsi.

12. http://vergiler.az/news-view/69/ (18.07.2013). İllik vergi bəyannamələri.

13.Azərbaycan Respublikasının Vergi Məcəlləsi. (2012). Bakı: Hüquq Ədəbiy -

yatı. 


14.“Müstəqil Azərbaycanın vergi sistemi: 20 il. (1991-2011)”, Vergilər Nazirliyi. 

198

S.Vəlizadə

vERgİ sİsTEMİ vƏ “AzƏRbAyCAN 2020: gƏlƏCƏyƏ bAXıŞ”...



4/2013


15. http://www.taxes.gov.az/?name=statistika (15.04.2013). Dövlət büdcəsinə

vergi və sair daxilolmalar haqqında məlumat.

16. İ. Ceyhan. (2011). Vergi yükü: Türkiyə və oECD ölkələrinin qarşılaşdırılması.

“Vergi dünyası”. №369, s 16-30.

17. Abdullayeva Y.Ə. (2012). Azərbaycanın Respublikasının vergi siyasəti və

onun modernləşmə istiqaməti, “Azərbaycanın vergi xəbərləri”. № 3, s 179-

200.

18.mhttp://www.anl.az/down/meqale/yeni_az/2012/fevral/231198.htm



(20.06.2013). Vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti

müşaviri Sahib Ələkbərovun  www.yap.org.az saytına müsahibəsi.

19. Musayev A.F. (2012). Modernləşmə və aktiv vergi siyasəti, “Azərbaycanın

vergi xəbərləri”. №6, s 71-84.

20. Musayev A., Qəhrəmanov A. (2010). “Vergi mədəniyyəti”. Bakı: Çaşıoğlu.

21. Filip Kotler. Marketinq: ilk addım.

22. Jared Sparks. (1817). “The Works of Benjamin Franklin”. Boston.

Велизаде Сафтар Вели оглы

магистрант Азербайджанской Государственной Нефтяной Академии



Налоговая система и требования, вытекающие из Концепции 

Развития “Азербайджан 2020: Взгляд в будущее”

Аннотация

Цель исследования – исследование будущих направлений развития налого-

вой системы Азербайджанской Республики.



Методология исследования – системный подход,сравнительный анализ.

Результаты исследования – с целью обеспечения перехода от активной на-

логовой политики к пассивной, должна быть изменена форма общего подхода

к системе налогообложения; в соответствии с существующими требованиями

должны быть сформированы стимулирующие налоговые механизмы; оптими-

зация  налоговых  ставок  должна  проводиться  поэтапно  и  в  регулируемой

форме.


Ограничения исследования – в работе затронуты стратегические вопросы,

не выяснены тактические цели, стоящие перед налоговой системой.



Практическая значимость исследования – возможность использования дан-

ного исследования как научного источника во время проведения налоговых ре-

форм  в  жизнь,  подготовки  мер  по  повышению  эффективности  налоговых

механизмов, формирования прогрессивной налоговой системы.



199

S.Vəlizadə

vERgİ sİsTEMİ vƏ “AzƏRbAyCAN 2020: gƏlƏCƏyƏ bAXıŞ”...



4/2013


Оригинальность и научная новизна исследования – проведен анализ направ-

лений развития налоговой системы в рамках Концепции Развития “Азербай-

джан 2020: Взгляд в будущее”.

Ключевые слова: Концепция развития “Азербайджан 2020: Взгляд в бу-

дущее”, Налоговые реформы, налоговая система.

valizadeh saftar vali oglu 

master student of Azerbaijan State oil Academy



The tax system and requirements arising from the development concep-

tion of “azerbaijan 2020: future vision”

abstract

Purpose – researching of directions of development of the tax system of Azer-

baijan Republic.



Methodology – systematic approach, comparative analysis.

Findings – the general approaching style to taxes system must be changed, the

stimulating tax mechanism must be formed and the optimization process of tax rates

should be carried out in stages and regulated form for transition from active tax po -

licy to passive tax policy.



Research limitations– in the research, strategic matters are discussed, tactical ob-

jectives are not defined.



Practical implications – is its use in the putting into practice of tax reforms, the

preparing of measures improve efficiency of tax mechanism, the forming of prog -

ressive tax system as scientific source.

Originality – the development directions of the tax system are investigated within

the demands arising from the Development Conception of “Azerbaijan 2020: Future

Vision”. 

Keywords: the Development Conception of “Azerbaijan 2020: Future Vision”,

tax policy, tax reforms,tax system.

JeL classification codes: E62, H21, H71.

Məqalə redaksiyaya daxil olmuşdur: 10.07.13.

Təkrar işlənməyə göndərilmişdir: 17.07.13.

Çapa qəbul olunmuşdur: 19.08.13.



200

S.Vəlizadə

vERgİ sİsTEMİ vƏ “AzƏRbAyCAN 2020: gƏlƏCƏyƏ bAXıŞ”...



4/2013

Yüklə 155,55 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə