VeriLƏNLƏr bazalari ümumi məlumat



Yüklə 292,45 Kb.
səhifə1/44
tarix15.05.2022
ölçüsü292,45 Kb.
#87088
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   44
C fakepathLav vsait


VERİLƏNLƏR BAZALARI
1. Ümumi məlumat

1.1. Fayl və onun çatışmayan cəhətləri

Fayl (ingiliscə «file»-tikilmiş kağızlar, iş) termini informatikada verilənlərin yüksək səviyyəli struktur növünü ifadə edir. Hazırda fayl anlayışına iki baxış mövcuddur: müasir baxış və klassik baxış.



Fayla müasir baxış fərdi kompüterlər meydana gələndən sonra yaranmışdır və xarici yaddaşda (maqnit və kompakt disk yaddaşında, fləş yaddaşda və s.) saxlanan informasiya mənasında işlədilir. İnformasiyanın xarakteri faylın tipi (məsələn, proqram faylı (exe), mətn faylı (txt), verilənlər faylı (dat) və s.) və atributları (məsələn, «sistem faylı», «gizli fayl», «yalnız oxumaq üçün» s.) ilə təyin edilir. Struktur kimi fayl haqqında məlumat (faylın adı, tipi, ölçüsü, yarandığı və ya son dəyişilmə tarixi, atributları, 1-ci klasterin nömrəsi) məntiqi diskin kataloqunda saxlanır.

Fayla klassik baxış onun ilk dəfə COBOL proqramlaşdırma dilində qəbul olunmuş təyinatına əsaslanır. Bu halda fayla müəyyən əlamətlərə görə bir yerdə toplanmış yazılar çoxluğu kimi baxılır. Proqramlaşdırmada ən çox, verilənlər bazalarında isə həmişə, faylın klassik təyinatından istifadə olunur.

Yazı (ingiliscə «record») proqramlaşdırmada verilənlərin struktur növü kimi müxtəlif tipli verilənlər toplusunu ifadə edir. Yazının məntiqi və fıziki təsvir üsullarına uyğun olaraq «məntiqi yazı» və «fıziki yazı» anlayışlarını ayırırlar.

Məntiqi yazı müəyyən obyekti (məsələn, işçini, tələbəni, məhsulu, avadanlığı, materialı və s.) xarakterizə edən verilənlər toplusudur. Həmin verilənlər müxtəlif tipli (məsələn, tam və ya həqiqi ədəd, simvol və s.) və müxtəlif ölçülü ola bilər. Hər bir verilən obyektin müəyyən xassəsini ifadə edir, məsələn, işçinin adı, soyadı, doğulduğu tarix, iş yeri və s. Yazı anlayışı adətən məntiqi yazını nəzərdə tutur.

Fiziki yazı məntiqi yazının kompüterdə əks olunmasıdır, yəni məntiqi yazıya daxil olan verilənlərin kompüter yaddaşında saxlanma sxemidir. Proqram işini fiziki yazılarla aparır.

Fayllarla işləmək üçün mövcud proqramlaşdırma dillərinin hamısında lazımi elementlər nəzərə alınmışdır. Proqramlaşdırma dilində faylın yalnız bir təsvir üsulundan istifadə olunur. O, faylın həm məntiqi, həm də fıziki səviyyədə təsvirini əvəz edir. Verilənlərin xarici, yəni istifadəçi səviyyəsində təsviri isə lazımi yazıların seçilməsi və verilənlərin həmin yazılardan götürülməsi üçün dilin uyğun operatorları vasitəsilə aparılır.

Ayrı-ayrı fayllarla işləyərkən istər-istəməz aşağıdakı çatışmazlıqlar özünü göstərir:

- bir sıra ümumi əlamətlərə malik oxşar obyektləri xarakterizə edən müxtəlif təyinatlı fayllarda verilənlərin təkrarlanması baş verir və bunun qarşısını almaq mümkün deyil. Faylın həcmi (yazılarının sayı) böyük olduqda təkrarlanan verilənlərin sayı artır, bu isə öz növbəsində yaddaş sərfıni artırır;

- faylın hər üç səviyyədə (xarici, məntiqi və fıziki) təsviri proqramda aparıldığından, həm məntiqi səviyyədə faylda aparılan dəyişikliklər, həm də fıziki səviyyədə aparılan dəyişikliklər proqramda uyğun dəyişikliklər edilməsinə səbəb olur. Yəni verilənlərlə proqram arasında asılılıq yaranır: 1-ci halda-məntiqi asılılıq, 2-ci halda-fıziki asılılıq;

- verilənlər mərkəzləşdirilməmiş şəkildə, yəni hər bir fayl ayrıca idarə olunur. Faylla işləmək üçün ən azı 3 proqram olmalıdır: 1) fayl yaradan və ona yeni yazı əlavə edən proqram; 2) faylda dəyişikliklər edən proqram; 3) lazımi yazıları tapıb emal edən proqram. Əslində bu proqramlar kiçik həcmli olur və əsas proqramın tərkib hissələri (prosedurlar) kimi tərtib olunurlar. Həmin proqramların sayı əsas proqramda faylların sayına mütənasib olaraq artır;

- verilənlərdə ziddiyyətliliyin mümkünlüyü. Verilənlərin təkrarlanmasına yol verildiyindən, müxtəlif fayllarda eyni verilənlər arasında uyğunsuzluq yarana bilər. Bu, o vaxt baş verir ki, müəyyən faylda verilənlər dəyişdirilir, digər faylda isə hansı səbəbdənsə həmin verilənlər dəyişdirilmir;

- verilənlərin mühafizəsinin lazımi səviyyədə təmin olunmaması və verilənlərə icazəsiz müraciətin qarşısınm alınmasında çətinliklərin olması;

- verilənlərin tamlığının qorunmaması. Kompüterdə və sistemdə qəzalar baş verdikdə və ya proqram xətaları yarandıqda verilənlərin itkisiz bərpa olunması vacib şərtlərdən biri hesab olunur. Xüsusi tədbirlər görülmədikdə buna nail olmaq çətin olur.


Yüklə 292,45 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə