VəSİYYƏtnaməNİn etibarsiz hesab ediLMƏSİ: NƏZƏRİ VƏ praktiKİ MƏSƏLƏLƏR



Yüklə 128,85 Kb.
Pdf görüntüsü
tarix08.09.2018
ölçüsü128,85 Kb.
#66937


AMEA-

nın Fəlsəfə, Sosiologiya  və Hüquq  

İnstitutunun  doktorantı Günay Abasova 

Email: g.abasova@inbox.ru

 

VƏSİYYƏTNAMƏNİN   ETİBARSIZ  HESAB  EDİLMƏSİ: NƏZƏRİ VƏ 

PRAKTİKİ MƏSƏLƏLƏR 

Açar sözlər: vəsiyyətnamə,vərəsə,vərəsəlikdə məcburi pay,miras əmlakı,əqdin 

etibarsızlığı, mübahisə edilən əqd, əhəmiyyətsiz əqd 

 

Vəsiyyətnamənin yazılması bir tərəfli əqd olduğuna görə, bir şəxsin istəyi və 



iradəsinin həyata keçirilməsi ilə bağlıdır. Lakin vəsiyyət edənin iradəsinin nəticəsi 

yaxın qohumların hüquq və mənafelərinə toxunulduğu üçün, qanunverici vəsiyyət 

edənin ölümündən sonra, onun iradə ifadəsinin həqiqətən ona mənsub olduğunu, 

vəsiyyətnamənin  şüurlu  şəkildə  tərtib  edildiyini  və  azad,  müstəqil  tərzdə  baş 

verdiyini  müyyən  etməyə  imkan  verib,  onun  etibarlılığını  mübahisə  edilməsinə 

icazə  verir.  Zənnimizcə,  şəxsin  ölümündən  sonra,  onun  iradə  ifadəsinin      şübhə 

altına  salması  bir  daha  sübut  edir  ki,  bir  insanın  bu  dünyada  yığdığı  mal-mülk, 

əldə  etdiyi  əmlak  və  qeyri-əmlak  hüquqları  ona  ölümdən  sonra  qalmayacaq  və 

hətta  onun  iradə  ifadəsi  qohumları  tərəfindən  müzakirə  predmeti  olaraq, 

mübahisələndiriləcək,    ekspertlər  tərəfindən  müxtəlif  növ  rəylər  veriləcək, 

məhkəmələr isə çox ehtimal onu etibarsız hesab edəcəklər.  

Beləliklə,  mülki-hüquq qanunvericiliyi  vəsiyyətnamənin  etibarsız  hesab 

edilməsi  üçün  dəqiq,  geniş  şərhə  imkan  verməyən  əsaslar  sihayısını  müəyyən 

etmiş və bununla da, vərəsələrin vəsiyyət edənin iradə ifadəsinə müdaxiləsini bir 

qədər  qorumuşdur.  Lakin  mülki-prosessual qanunvericilik  baxımından, 

vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün mülki işlərin aparılması və ədalətli 

qərarın çıxarılması psixoloji, mənəvi baxımından keşməkeşli, ağrılı bir prosessdir.    

Vəsiyyətnamə  birtərəfli  əqddir,  bu  səbəbdən  onun  etibarsız  hesab  edilməsi 

üçün  əsaslar  əqdlərin  etibarsız  sayılması  üçün  əsaslarla  üst-üstə  düşür. 

Vəsiyyətnamə tam və ya qismən etibarsız hesab edilə bilər. 

 

Belə  ki,  qanunverici  vəsiyyət  edənin  iradə  ifadəsi  azadlığına  və  sabitliyinə 



hörmətlə yanaşaraq, onun vəsiyyət sərəncamlarının ayrı-ayrılıqda hüquqi qüvvəyə 

malik  olduğunu  bir  daha  Mülki  Məcəllədə  təsdiqləyir.  AR  Mülki  Məcəlləsinin 

1228-

ci maddəsinə əsasən, əgər bir neçə vəsiyyət sərəncamından biri etibarsızdırsa 



v

ə  ya qüvvədən  düşmüşdürsə  və  miras  qoyan  başqa  sərəncamlar verməmişdirsə, 

v

əsiyyətnamənin qalan sərəncamları qüvvədə qalır. 



Məsələn,  əgər  vəsiyyətnamədə  mirasda  məcburi  pay  hüququna  malik  olan 

şəxslərin adları çəkilmirsə, həmin vəsiyyətnamə qismən etibarsız hesab edilə bilər. 

Həmən  vəsiyyətnamənin  etibarsız  hesab  edilməsi  haqda  iddia  ilə  məhkəməyə 

müraciət  etmək  gərək  olmur,  çünki  qanunun  tələblərinə  riayət  edilməyən    əqd, 

bağlandığı andan etibarsızdır (bu halda əhəmiyyətsizdir). Məcburi pay hüququna 



malik olmasına dəlalət edən sənədləri notariusa təqdim etməklə, notarius vərəsəyə 

vərəsəlik  şəhadətnaməsi  verməyə  borcludur,  baxmayaraq  ki  həmin  şəxsin 

vəsiyyətnamədə adı çəkilməmişdir.   

Beləliklə,  qanunverici  tərəfindən  mülkiyyətçinin  öz  əmlakına  dair  sərəncam 

vermək  hüququ  müəyyən  dərəcədə  pozulmuş  olur.  Çünki,  miras  qoyan  şəxsin 

iradəsi ondan ibarət olmuşdur ki, məsələn, müəyyən yaxın qohuma (həyat yoldaşı, 

övladı və s.) onun əmlakından heç bir şey çatmasın. Lakin qanunverici mirasda 

məcburi  pay  anlamını  müəyyən  etməklə,  vəsiyyət  edənin  əmlak  və  qeyri-əmlak 

hüquqlarının  tək  özünə  aid  olmadığını,  həmçinin  yaxın  qohumlarına  (həyat 

yoldaşına, övladlarına, ata-anasına) aid olduğunu və mülkiyyət hüququnun tərkib 

hissəsi  olan  sərəncam  vermək  hüququnun  mütləq(absolyut)    hüquq  olmadığını 

təsdiq  edir.  Mənəviyyat  fəlsəfəsi  nöqteyi  nəzərindən  bu  məsələyə  baxsaq,  başa 

düşmək  olar  ki,  bu  dünyada  yığılan  əmlak  ölümdən  sonra  şəxsə  lazım  deyil  və  

valideynlərin, ailə üzvlərinin qarşısında mənəvi vəzifələrin olmasını nəzərə alaraq, 

mirasda    məcburi  pay  anlamı  azərbaycan  mülki  qanunvericiliyində  müəyyən 

edilmişdir. Əlbəttə, bu barədə filosoflar, hüquq alimləri hüquq ədəbiyyatında bir 

çox  müzakirələr  aparıb,  lakin  vahid  nəticəyə  gələ  bilməyiblər  ki,  mülkiyyət 

hüququ  (vəsiyyətnamə  sərəncamı)  mütləq  hüquqdur  yoxsa  yox?  Post-sovet 

ölkələrin  mülki  qanunvericiliyində  vərəsəlikdə  məcburi  payın  almasında 

səlahiyyətli  olan  yaxın  qohumların  vəziyyətinə  aid  müxtəlif  nəzərlər  əks 

edilmişdir. Məsələn, miras qoyanın yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti 

olmayan 


uşaqları,  əmək  qabiliyyəti  olmayan  həyat  yoldaşı  və  valideynləri, 

həmçinin miras qoyanın himayəsində onun ölümündən bir il qabaq (bir yerdə və 

ya  ayrılıqda)  yaşamış  əmək  qabiliyyətli  olmayan,  lakin  qeyd  etdiyim  qohumlar 

siyahısına  daxil  olmayan  şəxslər  Rusiya  Federasiyasının  Mülki  Məcəlləsinin  

1149-

cu  maddəsinə,  Ukraynanın  Mülki  Məcəlləsinin  1241-ci  maddəsinə  əsasən 



isə  yalnız  əmək  qabiliyyəti  olmayan  uşaqlar,  valideynlər  və  həyat  yoldaşı 

vərəsəlikdən  məcburi  pay  hüququna  malikdirlər.  Azərbaycan  qanunvericiliyi  isə 

məcburi  payın  almasına  heç  bir  məhdudiyyət  qoymadan,  istənilən  halda 

valideynin, həyat yoldaşın və övladın miras payında əmlak hüquqlarını qorumuş 

olur  və  milli  adət-ənənəyə  uyğun  olaraq  ailə  bağlılıqlarına  mühüm  yer  vermiş 

olur. 


   Onu da qeyd 

etmək  lazımdır  ki,  vəsiyyətnamənin  etibarsız  hesab  edilməsi 

qanun  üzrə  vərəsəlik  üzrə  vərəsələrin  hüquqlarını  pozmayaraq,  onların  miras 

əmlak payı almasına heç bir maneçilik törətmir (AR Mülki Məcəlləsinin 1229-cu 

maddəsindən belə nəticə çıxarılır) 

Bel


əliklə, vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün aşağıdakı əsasları 

iki qrupa bölm

ək olar: ümumi (yəni əqdlərin etibarsızlığına aid edilən) əsaslar  və 

xüsusi  (yalnız  vəsiyyətnamələrin  etibarsızlığına  aid  edilən)  əsaslar.  

V

əsiyyətnamənin  etibarsız  hesab edilməsinin  əsaslarından  asılı  olaraq,  onun 



etibarsızlığı məhkəmə yolu ilə (mübahisə edilən vəsiyyətnamə) və ya məhkəmədə 

iddia  qaldırılmadan  tərtib edildiyi andan etibarsız  (əhəmiyyətsiz vəsiyyətnamə) 

olur.  

Ümumi 


əsaslarla vəsiyyətnamə aşağıdakı hallarda etibarsız hesab edilə bilər: 


 

V



əsiyyətnamə Mülki Məcəllə və sair qanunların tələblərinə uyğun olmadan 

t

ərtib edildiyi halda



 

V



əsiyyətnamə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə fəaliyyət 

qabiliyy


əti olmayan şəxs tərəfindən tərtib edildikdə; 

 



Öz h

ərəkətlərinin mənasını  dərk etməyən və  ya onlara rəhbərlik edə 

bilm

ədiyi vəziyyətdə şəxs tərəfindən vəsiyyətnamə tərtib edildikdə



 

v



əsiyyətnamə təsir altında yazıldıqda; 

 



ağır  xəstəlik  zamanı  və  ya həyatın  ağır  şəraiti nəticəsində  vəsiyyətnamə 

t

ərtib edildikdə; 



 

v



əsiyyətnamə aldatma, zorakılıq və hədələmə nəticəsində tərtib edildikdə; 

 



sair 

əsaslar. 

V

əsiyyətnamənin etibarsız hesab edilməsi üçün aşağıda göstərilən xüsusi əsasları 



qeyd etm

ək olar: 

 

V



əsiyyətnamədə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər olduqda; 

 



V

əsiyyətnamənin yazılı formasının tələbinə riayət etməmə; 

 

V



əsiyyətnamə notarius və ya ona bərabər şəxslər tərəfindən təsdiq edilirsə

onun yazılı  tərtibatının tələbləri pozulduqda; 

 

V



əsiyyət edənin  imzası  olmadıqda    (vəsiyyət edən  şəxs fiziki  qüsuru  

s

əbəbindən imza etmədiyi hallar istisna olmaqla).     



T

əəsüflə qeyd etməliyik ki, Azərbaycan Mülki Məcəlləsinin  1225-ci maddəsində 

v

əsiyyətnamənin  etibarsız  hesab  edilməsi üçün mümkün olan bütün əsaslar 



göst

ərilməmişdir.  Azərbaycan  əhalisi  aşağı  hüquqi  biliklərə  malik  olduğu  üçün, 

v

əsiyyətnamənin Mülki Məcəllədə  göstərilən  qaydalrın  pozulması  ilə 



v

əsiyyətnamənin hansı hallarda tərtib edilməsi və onun etibarsız hesab edilməsini,  

öz hüquq v

ə mənafelərinin pozulub-pozulmadığını düzgün qiymətləndirə bilmirlər. 

Bu s

əbəbdən, zənnimizcə, AR Mülki Məcəlləsinin 1225-ci maddəsində  



v

əsiyyətnamənin  etibarsız  hesab  edilməsi  üçün  dolğun  siyahısını,  mümkün  ola 

bil

əcək halları qeyd etmək zəruriyyəti vardır.  



  Qeyd edil

ən əsaslardan hər hansı biri mövcud olarsa,  vəsiyyətnamə ilə  hüququ 

pozulan v

ə maraqlarına toxunan şəxs,  məhkəməyə  iddia ərizəsi ilə müraciət edə 

bil

ər. Bu şəxslərə qanun üzrə və ya vəsiyyətnamə üzrə vərəsələr, vəsiyyətnaməni 



icra ed

ən  şəxs, vərəsəlikdən imtina edən  şəxslər, qanuni nümayəndələr və 

prokuroru aid edilirl

ər.    Onu da qeyd etmək  lazımdır  ki,  vəsiyyətnamənin 

mübahis

ələndirilməsi  miras  qoyanın  ölümündən öncə  (həmçinin ölüm günü) 



mümkün deyil.  

 

İstifadə olunmuş ədəbiyyatın siyahısı: 


1.

 

Az

ərbaycan Respublikasının Mülki Məcəlləsi 

2.

 

Rusiya Federasiyasının Mülki Məcəlləsi 

3.

 

Ukrayna Respublikasının Mülki Məcəlləsi 

4.

 

Mülki Hüquq, II cild, E.A.Suxanov, Moskva 2008 

 

5.

 

Medvedev İ.Q. Beynəlxalq xüsusi hüquq və notarial fəaliyyət (ikinci buraxılış)-M., 

2005  

6.

 

V

ərəsəlik hüququ. Zakirov R.Y., Qrişina Y.S, Maxmutova M.M., 2008 

 

 

 

 

 

 

NƏTİCƏ 

 

M



əqalədə  vərəsəlik hüqununun gündəmdə  olan mövzusu, vəsiyyətnamənin  

etibarsız  hesab  edilməsi məsələsi  araşdırılmış,  hüquqi  və  praktiki problemlər 

açıqlanmışdır.  Vəsiyyət  edənin  iradəsinin  nəticəsi  yaxın  qohumların  hüquq  və 

mənafelərinə  toxunulduğu  üçün,  qanunverici  vəsiyyət  edənin  ölümündən  sonra, 

onun  iradə  ifadəsinin  həqiqətən  ona  mənsub  olduğunu,  vəsiyyətnamənin  şüurlu 

şəkildə  tərtib  edildiyini  və  azad,  müstəqil  tərzdə  baş  verdiyini  müyyən  etməyə 

imkan verib, onun etibarlılığını mübahisə edilməsinə icazə verir. 

Bel


əliklə, həm ümumi mülki hüquqda  əqdlərin  etibarsız  hesab  edilməsi  əsasları 

nöqteyi n

əzərdən, həm də xüsusi olaraq, vəsiyyətnamənin etibarsız hesab edilməsi 

üçün Az


ərbaycan mülki qanunvericiliyində  göstərilsə  də,  onun  işlənilməsinə, 

hüquqi boşluqların doldurulmasına böyük ehtiyac vardır 



 

SUMMARY 

 

 

 

 

 

 



 

 

 

 

 



 

 

Yüklə 128,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə