AMEA-
nın Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun doktorantı Günay Abasova
Email: g.abasova@inbox.ru
VƏSİYYƏTNAMƏNİN ETİBARSIZ HESAB EDİLMƏSİ: NƏZƏRİ VƏ
PRAKTİKİ MƏSƏLƏLƏR
Açar sözlər: vəsiyyətnamə,vərəsə,vərəsəlikdə məcburi pay,miras əmlakı,əqdin
etibarsızlığı, mübahisə edilən əqd, əhəmiyyətsiz əqd
Vəsiyyətnamənin yazılması bir tərəfli əqd olduğuna görə, bir şəxsin istəyi və
iradəsinin həyata keçirilməsi ilə bağlıdır. Lakin vəsiyyət edənin iradəsinin nəticəsi
yaxın qohumların hüquq və mənafelərinə toxunulduğu üçün, qanunverici vəsiyyət
edənin ölümündən sonra, onun iradə ifadəsinin həqiqətən ona mənsub olduğunu,
vəsiyyətnamənin şüurlu şəkildə tərtib edildiyini və azad, müstəqil tərzdə baş
verdiyini müyyən etməyə imkan verib, onun etibarlılığını mübahisə edilməsinə
icazə verir. Zənnimizcə, şəxsin ölümündən sonra, onun iradə ifadəsinin şübhə
altına salması bir daha sübut edir ki, bir insanın bu dünyada yığdığı mal-mülk,
əldə etdiyi əmlak və qeyri-əmlak hüquqları ona ölümdən sonra qalmayacaq və
hətta onun iradə ifadəsi qohumları tərəfindən müzakirə predmeti olaraq,
mübahisələndiriləcək, ekspertlər tərəfindən müxtəlif növ rəylər veriləcək,
məhkəmələr isə çox ehtimal onu etibarsız hesab edəcəklər.
Beləliklə, mülki-hüquq qanunvericiliyi vəsiyyətnamənin etibarsız hesab
edilməsi üçün dəqiq, geniş şərhə imkan verməyən əsaslar sihayısını müəyyən
etmiş və bununla da, vərəsələrin vəsiyyət edənin iradə ifadəsinə müdaxiləsini bir
qədər qorumuşdur. Lakin mülki-prosessual qanunvericilik baxımından,
vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün mülki işlərin aparılması və ədalətli
qərarın çıxarılması psixoloji, mənəvi baxımından keşməkeşli, ağrılı bir prosessdir.
Vəsiyyətnamə birtərəfli əqddir, bu səbəbdən onun etibarsız hesab edilməsi
üçün əsaslar əqdlərin etibarsız sayılması üçün əsaslarla üst-üstə düşür.
Vəsiyyətnamə tam və ya qismən etibarsız hesab edilə bilər.
Belə ki, qanunverici vəsiyyət edənin iradə ifadəsi azadlığına və sabitliyinə
hörmətlə yanaşaraq, onun vəsiyyət sərəncamlarının ayrı-ayrılıqda hüquqi qüvvəyə
malik olduğunu bir daha Mülki Məcəllədə təsdiqləyir. AR Mülki Məcəlləsinin
1228-
ci maddəsinə əsasən, əgər bir neçə vəsiyyət sərəncamından biri etibarsızdırsa
v
ə ya qüvvədən düşmüşdürsə və miras qoyan başqa sərəncamlar verməmişdirsə,
v
əsiyyətnamənin qalan sərəncamları qüvvədə qalır.
Məsələn, əgər vəsiyyətnamədə mirasda məcburi pay hüququna malik olan
şəxslərin adları çəkilmirsə, həmin vəsiyyətnamə qismən etibarsız hesab edilə bilər.
Həmən vəsiyyətnamənin etibarsız hesab edilməsi haqda iddia ilə məhkəməyə
müraciət etmək gərək olmur, çünki qanunun tələblərinə riayət edilməyən əqd,
bağlandığı andan etibarsızdır (bu halda əhəmiyyətsizdir). Məcburi pay hüququna
malik olmasına dəlalət edən sənədləri notariusa təqdim etməklə, notarius vərəsəyə
vərəsəlik şəhadətnaməsi verməyə borcludur, baxmayaraq ki həmin şəxsin
vəsiyyətnamədə adı çəkilməmişdir.
Beləliklə, qanunverici tərəfindən mülkiyyətçinin öz əmlakına dair sərəncam
vermək hüququ müəyyən dərəcədə pozulmuş olur. Çünki, miras qoyan şəxsin
iradəsi ondan ibarət olmuşdur ki, məsələn, müəyyən yaxın qohuma (həyat yoldaşı,
övladı və s.) onun əmlakından heç bir şey çatmasın. Lakin qanunverici mirasda
məcburi pay anlamını müəyyən etməklə, vəsiyyət edənin əmlak və qeyri-əmlak
hüquqlarının tək özünə aid olmadığını, həmçinin yaxın qohumlarına (həyat
yoldaşına, övladlarına, ata-anasına) aid olduğunu və mülkiyyət hüququnun tərkib
hissəsi olan sərəncam vermək hüququnun mütləq(absolyut) hüquq olmadığını
təsdiq edir. Mənəviyyat fəlsəfəsi nöqteyi nəzərindən bu məsələyə baxsaq, başa
düşmək olar ki, bu dünyada yığılan əmlak ölümdən sonra şəxsə lazım deyil və
valideynlərin, ailə üzvlərinin qarşısında mənəvi vəzifələrin olmasını nəzərə alaraq,
mirasda məcburi pay anlamı azərbaycan mülki qanunvericiliyində müəyyən
edilmişdir. Əlbəttə, bu barədə filosoflar, hüquq alimləri hüquq ədəbiyyatında bir
çox müzakirələr aparıb, lakin vahid nəticəyə gələ bilməyiblər ki, mülkiyyət
hüququ (vəsiyyətnamə sərəncamı) mütləq hüquqdur yoxsa yox? Post-sovet
ölkələrin mülki qanunvericiliyində vərəsəlikdə məcburi payın almasında
səlahiyyətli olan yaxın qohumların vəziyyətinə aid müxtəlif nəzərlər əks
edilmişdir. Məsələn, miras qoyanın yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti
olmayan
uşaqları, əmək qabiliyyəti olmayan həyat yoldaşı və valideynləri,
həmçinin miras qoyanın himayəsində onun ölümündən bir il qabaq (bir yerdə və
ya ayrılıqda) yaşamış əmək qabiliyyətli olmayan, lakin qeyd etdiyim qohumlar
siyahısına daxil olmayan şəxslər Rusiya Federasiyasının Mülki Məcəlləsinin
1149-
cu maddəsinə, Ukraynanın Mülki Məcəlləsinin 1241-ci maddəsinə əsasən
isə yalnız əmək qabiliyyəti olmayan uşaqlar, valideynlər və həyat yoldaşı
vərəsəlikdən məcburi pay hüququna malikdirlər. Azərbaycan qanunvericiliyi isə
məcburi payın almasına heç bir məhdudiyyət qoymadan, istənilən halda
valideynin, həyat yoldaşın və övladın miras payında əmlak hüquqlarını qorumuş
olur və milli adət-ənənəyə uyğun olaraq ailə bağlılıqlarına mühüm yer vermiş
olur.
Onu da qeyd
etmək lazımdır ki, vəsiyyətnamənin etibarsız hesab edilməsi
qanun üzrə vərəsəlik üzrə vərəsələrin hüquqlarını pozmayaraq, onların miras
əmlak payı almasına heç bir maneçilik törətmir (AR Mülki Məcəlləsinin 1229-cu
maddəsindən belə nəticə çıxarılır)
Bel
əliklə, vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün aşağıdakı əsasları
iki qrupa bölm
ək olar: ümumi (yəni əqdlərin etibarsızlığına aid edilən) əsaslar və
xüsusi (yalnız vəsiyyətnamələrin etibarsızlığına aid edilən) əsaslar.
V
əsiyyətnamənin etibarsız hesab edilməsinin əsaslarından asılı olaraq, onun
etibarsızlığı məhkəmə yolu ilə (mübahisə edilən vəsiyyətnamə) və ya məhkəmədə
iddia qaldırılmadan tərtib edildiyi andan etibarsız (əhəmiyyətsiz vəsiyyətnamə)
olur.
Ümumi
əsaslarla vəsiyyətnamə aşağıdakı hallarda etibarsız hesab edilə bilər:
•
V
əsiyyətnamə Mülki Məcəllə və sair qanunların tələblərinə uyğun olmadan
t
ərtib edildiyi halda;
•
V
əsiyyətnamə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə fəaliyyət
qabiliyy
əti olmayan şəxs tərəfindən tərtib edildikdə;
•
Öz h
ərəkətlərinin mənasını dərk etməyən və ya onlara rəhbərlik edə
bilm
ədiyi vəziyyətdə şəxs tərəfindən vəsiyyətnamə tərtib edildikdə;
•
v
əsiyyətnamə təsir altında yazıldıqda;
•
ağır xəstəlik zamanı və ya həyatın ağır şəraiti nəticəsində vəsiyyətnamə
t
ərtib edildikdə;
•
v
əsiyyətnamə aldatma, zorakılıq və hədələmə nəticəsində tərtib edildikdə;
•
sair
əsaslar.
V
əsiyyətnamənin etibarsız hesab edilməsi üçün aşağıda göstərilən xüsusi əsasları
qeyd etm
ək olar:
•
V
əsiyyətnamədə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər olduqda;
•
V
əsiyyətnamənin yazılı formasının tələbinə riayət etməmə;
•
V
əsiyyətnamə notarius və ya ona bərabər şəxslər tərəfindən təsdiq edilirsə,
onun yazılı tərtibatının tələbləri pozulduqda;
•
V
əsiyyət edənin imzası olmadıqda (vəsiyyət edən şəxs fiziki qüsuru
s
əbəbindən imza etmədiyi hallar istisna olmaqla).
T
əəsüflə qeyd etməliyik ki, Azərbaycan Mülki Məcəlləsinin 1225-ci maddəsində
v
əsiyyətnamənin etibarsız hesab edilməsi üçün mümkün olan bütün əsaslar
göst
ərilməmişdir. Azərbaycan əhalisi aşağı hüquqi biliklərə malik olduğu üçün,
v
əsiyyətnamənin Mülki Məcəllədə göstərilən qaydalrın pozulması ilə
v
əsiyyətnamənin hansı hallarda tərtib edilməsi və onun etibarsız hesab edilməsini,
öz hüquq v
ə mənafelərinin pozulub-pozulmadığını düzgün qiymətləndirə bilmirlər.
Bu s
əbəbdən, zənnimizcə, AR Mülki Məcəlləsinin 1225-ci maddəsində
v
əsiyyətnamənin etibarsız hesab edilməsi üçün dolğun siyahısını, mümkün ola
bil
əcək halları qeyd etmək zəruriyyəti vardır.
Qeyd edil
ən əsaslardan hər hansı biri mövcud olarsa, vəsiyyətnamə ilə hüququ
pozulan v
ə maraqlarına toxunan şəxs, məhkəməyə iddia ərizəsi ilə müraciət edə
bil
ər. Bu şəxslərə qanun üzrə və ya vəsiyyətnamə üzrə vərəsələr, vəsiyyətnaməni
icra ed
ən şəxs, vərəsəlikdən imtina edən şəxslər, qanuni nümayəndələr və
prokuroru aid edilirl
ər. Onu da qeyd etmək lazımdır ki, vəsiyyətnamənin
mübahis
ələndirilməsi miras qoyanın ölümündən öncə (həmçinin ölüm günü)
mümkün deyil.
İstifadə olunmuş ədəbiyyatın siyahısı:
1.
Az
ərbaycan Respublikasının Mülki Məcəlləsi
2.
Rusiya Federasiyasının Mülki Məcəlləsi
3.
Ukrayna Respublikasının Mülki Məcəlləsi
4.
Mülki Hüquq, II cild, E.A.Suxanov, Moskva 2008
5.
Medvedev İ.Q. Beynəlxalq xüsusi hüquq və notarial fəaliyyət (ikinci buraxılış)-M.,
2005
6.
V
ərəsəlik hüququ. Zakirov R.Y., Qrişina Y.S, Maxmutova M.M., 2008
NƏTİCƏ
M
əqalədə vərəsəlik hüqununun gündəmdə olan mövzusu, vəsiyyətnamənin
etibarsız hesab edilməsi məsələsi araşdırılmış, hüquqi və praktiki problemlər
açıqlanmışdır. Vəsiyyət edənin iradəsinin nəticəsi yaxın qohumların hüquq və
mənafelərinə toxunulduğu üçün, qanunverici vəsiyyət edənin ölümündən sonra,
onun iradə ifadəsinin həqiqətən ona mənsub olduğunu, vəsiyyətnamənin şüurlu
şəkildə tərtib edildiyini və azad, müstəqil tərzdə baş verdiyini müyyən etməyə
imkan verib, onun etibarlılığını mübahisə edilməsinə icazə verir.
Bel
əliklə, həm ümumi mülki hüquqda əqdlərin etibarsız hesab edilməsi əsasları
nöqteyi n
əzərdən, həm də xüsusi olaraq, vəsiyyətnamənin etibarsız hesab edilməsi
üçün Az
ərbaycan mülki qanunvericiliyində göstərilsə də, onun işlənilməsinə,
hüquqi boşluqların doldurulmasına böyük ehtiyac vardır
SUMMARY
Dostları ilə paylaş: |