Vətən harayına səs verənlər” Milli Qəhrəman Rövşən Hüseynov 50



Yüklə 24,5 Kb.
tarix04.11.2017
ölçüsü24,5 Kb.
#8373

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi

Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Vətən harayına səs verənlər”
c:\users\hp\downloads\-qızıl_ulduz-_medalı.png
Milli Qəhrəman Rövşən Hüseynov - 50
c:\users\depo-elx\desktop\rövşən hüseynov.jpg
Küləklər saçını darayır onun,

Buludlar çətirdi başının üstdə.

Gözündən başlanan həsrətin yolu-

Tökülür Vətənin daşının üstə.



(N.Kəsəmənli).

Metodika-biblioqrafiya” şöbəsi



Neftçala-2017.

Tərtib etdi: Səmədova R.

Vətən harayına səs verənlər”


Ümummilli lider “Hər bir vətəndaş vətənpərvər olmalıdır” fikrini rəhbər tuturdu. Haqlı olaraq hesab edirdi ki, əgər öz vətənini, torpağını, millətini sevməsən, öz xalqının mənəvi dəyərlərinə sadiq qalmasan, şübhəsiz ki, başqa dəyərləri də qiymətləndirə bilməzsən. Xüsusi vurğulayırdı ki, bizim əsas vəzifəmiz gənclərdə vətənpərvərlik ruhunu yüksəltməkdir. “Vətəni, torpağı müdafiə etmək hər bir gənc üçün müqəddəs vəzifə olmalıdır”. Böyük rəhbər “Gənclərimiz bizim tariximizi, keçmişi yaxşı bilməlidir, dilimizi, milli dəyərlərimizi yaxşı bilməlidir. Vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq- budur vətənpərvərlik!”-deyirdi. Ona görə də böyüməkdə olan nəslin və gənclərin vətənpərvərlik tərbiyəsində ulu öndər Heydər Əliyevin bu sahədə yaratdığı ənənələrə, məktəbə, əslində onun qoyub getdiyi irsə, azərbaycançılıq məfkurəsinə əsaslanmaq lazımdır.

Ordumuzun gücü ilk növbədə ordumuzda hökm sürən vətənpərvərlik ruhundadır. Döyüş qabiliyyətimiz də, Vətən sevgisi də buna bağlıdır. Hər bir Azərbaycan gənci Vətəni hər şeydən çox sevməlidir və Vətən uğrunda öz qəhrəmanlığını göstərməlidir.

Vətənin müdafiəsi həm də böyük cəsarət, iradə, bütün çətinliklərə dözmək əzmi tələb edir. Ölkə başçısı həmişə xüsusi vurğulayır ki, vətənpərvərlik baxışları və əqidəsinin formalaşması ilə sıx bağlıdır. Bu gün vətənpərvərlik idealı tələb edir ki, dostlar üçün məhəbbətimizi, düşmənlərə nifrətimizi ifadə etməyi bacaraq. Bu istiqamətdə ən böyük ağırlıq isə gənclərin üzərinə düşür.

Bütün bunlar müstəqil Azərbaycanın tarixinə zəfər günlərinə doğru atılan addımlardır. Bu, əslində, hər bir nizam yerişli, müfəssəl əskər kimi, tutduğu vəzifəsindən aslı olmayaraq, Vətənə xidmətin nümunəsidir. Bu, ümummilli lider Heydər Əliyev məktəbinin yetirdiyi Ali Baş Komandanın vətənpərvərlik dərsi, həm də dövlətimizin və xalqımızın gələcəyinə hesablanmış siyasi, iqtisadi və hərbi yoldur!


Vətən bir budaqdır,

yaşıl bir bir budaq,

Ümiddən asılı yarpağam mən də,

Ayağım altında çırpınır torpaq,

Yeriyən,

Düşünən torpağam mən də...


Qəriblik qəlbimi sıxsa hardasa

Yalnız vətən olar,

Vətən dərmanım.

İlhamın qanadı buludlardasa

Vətən torpağında köküm var mənim.

(N. Kəsəmənli.)



Vətən oğlu Milli Qəhrəman

Rövşən Hüseynovun 50- illik yubileyi

münasibətilə
Rövşən Şəmil oğlu Hüseynov 1967-ci il Fevral ayının 22-də Ağdam rayonunun Quzanlı kəndində doğulmuşdur. 1984-ci ildə burada orta məktəbi bitirdikdən sonra Ağdam rayon mədəniyyət evində işləmişdir.

1985-ci ildə Bakı Dövlət Universitetinin fizika fakultəsinə daxil olmuş, lakin ordu sıralarında hərbi xidmətə çağırılmışdır. 1985-1987-ci illərdə hərbi xidmətdə olmuş, qayıtdıqdan sonra təhsilini davam etdirmişdir. Ölkəmizə erməni təcavüzkarlarının hücumu başlayanda, Rövşənin təşəbbüsü ilə 1992-ci ildə Bakı Dövlət Universitetinin 20 tələbəsi dövlət imtahanlarının başlanmasına üç ay qalmış, təhsillərini yarımçıq qoyaraq iki ay hərbi hazırlıq keçirlər. Sonra onlar ən qaynar döyüş nöqtəsinə- Goranboya yollanırlar. Tələbə taqımı 703 saylı hərbi hissəyə təhkim olunmuşdur. Ən ağır sınaq saatı Holandağ yüksəkliyi uğrunda gedən döyüşlərdə olmuşdur. Holandağdan Ergəc, Mənəşli, Buzluq və Ağcakənd nəzarət etmək mümkün idi. Düşmənin 300-dən artıq əskər və zabiti müasir hərbi texnika ilə silahlanaraq Holandağa hücuma keçmişdir. 1992-ci il aprel ayının 28-də ilk hücumun qarşısı məharətlə alıınmışdır. Tələbə taqımı qarşısındakı bu məğlubiyyətdən qəzəblənən düşmən dörd gündən sonra daha böyük qüvvə toplayaraq hücuma keçmişdi. Rövşənin taqımı düşmənin ilk zirehli texnikasını və onlarla canlı qüvvəsini məhv etmişdi. Düşmənin Holandağı alıb Çaykəndə çıxmaq planı alt-üst edilmişdi.

1992-ci il mayın 11-də gedən döyüşdə Mingəçevir bölüyünün 27 döyüşçüsü mühasirəyə düşmüşdü. Briqada komandiri onları mühasirədən qurtarmaq üçün tələbə döyüşçülərə müraciət etmiş və Mingəçevir bölüyünü mühasirədən çıxartsalarda özləri mühasirəyə düşmüşlər. Bu qeyri-bərabər döyüşdə tələbələrdən ikisi həlak olmuş, bir neçəsi yaralanmışdı. Rövşən vəziyyəti ani olaraq qiymətləndirmiş və döyüş dostlarının əsir düşəcəyini görüb, atəş nöqtəsini öz üzərinə götürmüşdü. Onun pulemyotu düşmənin başına od ələyirdi. Cəsur komandirin əmri ilə döyüş dostları mühasirədən çıxmış, özü isə qəhrəmancasına həlak olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 1994-cü il tarixli 202 saylı Fərmanı ilə Hüseynov Rövşən Şəmil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.

Ağdam rayonunun Quzanlı kəndində dəfn edilmiş, Bakı Dövlət Universitetində büstü qoyulmuşdur.


Kitabxanalarda görüləcək işlər:

Milli Qəhrəman Rövşən Hüseynovun 50-illik yubileyi qeyd olunur. Bununla əlaqədar filial kitabxanalarımızda məlumat günləri, söhbətlər, sərgilər, ədəbi-bədii gecələr təşkil olunmalıdır. Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynovun keçirdiyi döyüş məharəti hər bir gənc nəslə nümunə olunmalıdır. Bununla əlaqədar təşkil olunan sərgilərdə aşağıdakı başlıqlardan istifadə etmək olar.




  1. Vətən sevgisi”

  2. Əsl döyüşçü”

  3. Vətənin keşiyində”

  4. Şəhidlik ölməz, vətən bölünməz”

  5. Torpaq, uğrunda ölən varsa Vətəndir!”


Ədəbiyyat siyahısı :
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: ( Hüseynov Rövşən Şamil oğlu- siravi- Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borcunu şərəflə yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərinə görə): Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 16 Sentyabr 1994-cü il // Azərbaycan.- 1994.-21 sentyabr.- S. İ.-(Ölümündən sonra).



  1. Əskərov. V. Hüseynov

Rövşən Şəmil oğlu // Əskərov V.Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.-s.124-125.

  1. Hüseynov Rövşən Şəmil oğlu // Azərbaycanın Milli Qəhrəmanları: Biblioqrafiya /Azərb.Milli Kitab-sı: tərt.ed.N.Həmidova.- Bakı, 2008.-s.90.

  2. Seyidzadə, M. Hüseynov Rövşən Şəmil oğlu //Seyidzadə M. Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.-s.96.



İnternetdə:


  • httr: //veten- uğrunda .az / milliqehremanlar / 88-hseynovrvn-ml-olu.html

  • https:// az. Vikipedia.orğ.../Rövşən Hüseynov

Metodika və biblioqrafiya” şöbəsi. Səmədova Rəfiqə.



Neftçala-2017
Yüklə 24,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə