Vətən mənə oğul desə nədərdim,
Mamır olub qayasında bitərdim
“Vətən torpaq yolunda özünü qurban verənlərin xatirəsi qəlbimizdə daima yaşayacaq, onların şücaəti Azərbaycan xalqının tarixinə qızıl hərflətlə yazılacaqdır !”
Heydər Əliyev
Vətənimiz od içindədir ! Müqəddəs torpaqlarımızın beşdə biri yağı tapdağı altindadır. Qırmızı bəzədilmlş gəlin maşınlarını Şəhid tabutları əvəz edir. Respublika əhalisinin hər yeddi nəfərdən biri qaçqın, məcburi köçkündür. Müharibə adlı kabus bizi addım addım izləyir, kimimiz oğul, kimiz qız, kimimizdə həyat yoldaşı itirmişik, elə bu gündə itiririk.
Düşmən qarşısında baş əyməyən, lakin müqəddəs torpaqlarımızın səcdəsinə əyilən əzizlərimiz müqədəs amal yolunda şəhid olublar. Onlar ölməyib, hər gələn baharda yenidən yaşıl pöhrələr kimi cücərmək üçün Vətən torpağina əkiliblər.! Bəli məhz əkiliblər.! Ulularımız kimi biz də həmişə əmin olmuşuq ki, böyütdüyümüz, ərsəyə çatdirdığımız övladlarımız dar gündə də, xoş gündə də Vətənindir, xalqındır!
Biz fəxr edirik ki, yağı gülləsi düşmən gözünə ox olan övladlarımızı arxadan haqlamayıb, onlar torpağın üstündə şərəflə gəzdikləri kimi Vətən uğrunda mərdliklə öıməyi də bacarıblar.
Öz şəxsi dərdimizi bizə unutduran başqa bir dərdimiz var. Doğma torpağımız hələ də düşmən ayaqları altinda inildəyir.
Ayağa dur, Vətən oğlu! Qarı düşmənə kimliyini tanıt! Onu qarşında diz çökdürməyincə silahını yerə qoyma! Koroğlu nəslinin basılmazlığını erməni faşistlərinə və onların havadarlarına sübut et! Bunu səndən hər qarış torpağından qan daman Şuşa, Laçın, Kəlbəcər, Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan tələb edir.
Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Səmədağa Mehmandarov, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkərdələrimizin şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirmişdir. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir.
1
Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır
olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər
bir uğuruna sevinməkdir.
- “Ulu öndərimiz Heydər Əliyevin həmişə kəlamı bela olub ki: “Müstəqillik qazanmaq
olar, amma onu saxlamaq çox çətindir”. Onu saxlamaq üçün isə bizim gənclərimiz
öz səylərini bu yolda əsirgəməməlidirlər”.
“Vətənpərvərlik insanın canından, qanından gəlməlidir. İstər- istəməz hər kəs bu
vətənin övladıdır və hər kəs bu Vətənə borcludur”.
-“Məncə Azərbaycanın, bu Vətənin suyunu içiriksə, havasını içimizə çəkiriksə, məncə
biz də bu Vətənə borcluyuq.
Məhəmməd Peyğəmbərimiz buyurmuşdur ki, əgər hümbətimin dilinə, dininə
və ərazisinə yadlar təcavüz edərsə, o zaman haqqsıza qarşı cihad vacibdir.
Vətəni qorumaq, Haqq yolunun yolçusu olmaq ən şərəfli vəzifədir. Bu yol
hər kəs üçün, hamı üçündür. Bu yolda qəhramanlıqla həlak olan, itkin düşən,
digər dəhşətli təbii və sünii hadisələrdən ölənlər Şəhidlərdir.
Şəhidi olan Vətən, xalq uludur, böyükdür. Şəhidsiz vətəndə yoxdur. Vətənin
müdafiəsi uğrunda ölən olanda Vətən bir azda böyüyür. Rəbbimizin dərgahında
Şəhidlər ölməzlərdir. Cismini torpağa ruhunu Tanrının ulu göylərinin qoynuna tapşıran
Səhidlər “Cənnətə” gedərlər.
Şəhidliyin zirvəsi göylər qədər ucadır,
Şəhidliyin dünyası min dünyadan qocadır,
Şəhidlik igidliyə açılan bir bacadır.
Şəhidlər “Cənnət” əhli, Şəhid “Salavat” umar,
Şəhidlər ölməzlərdir, Ölməzi ağlamazlar.
Vətənpərvərlik mahiyyəti vətənə məhəbbət və öz şəxsi maraqlarını vətən
yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdır. Bu bağlılıq həm də özünün
2
mənsub olduğun millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə
arxalanan milli hissiyyat və ya milli qürür kimi də hallanır. Burada vətəninin xarakterini və
mədəni incilərini qorumaq və özünü bu keyfiyyətlərlə millətin başqa üzvləri ilə
tanımaq, vətənin və öz xalqının marağını qorumaq da vətənpərvərlik keyfiyyətlərinə aiddir.
Vətənpərvərliyin tarixi kökü min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dilinə
və adət ənənələrinə bağlanmış dövlətçilik durur. Millətin və dövlətçiliyin formalaşması
şəraitində vətənpərvərlik onun inkişafının ümumimilli anlarını əks etdirən ictimai
düşüncənin tərkib hissəsinə çevrilir.
Vətənpərvərliyin mahiyyəti Vətənə məhəbbət və öz şəxsi maraqlarını Vətən yolunda
qurban Vətənpərvərlik anlayışı mücərrəd olmasına baxmayaraq, hər bir vətəndaş
üçün əhəmiyyətlidir. Çünki hər bir vətəndaş öz Vətəni yolunda canından keçməyə, öz
torpağını qorumağa borcludur. .
. Qədim dövrlərdən Azərbaycan işğalçı qüvvələrin hücumuna məruz qalmışdır. Ayrı-ayrı
dövrlər ərzində həmin işğalçılara qarşı döyüşən igidlərimiz, sərkərdələrimiz olmuşdur.
Onlar öz Vətəninə, xalqına olan sədaqəti, məhəbbəti, ehtiramı göstərmək üçün canlarından
belə keçməyə hazır olduqlarını göstərmişlər. Babək, Cavanşir, Qaçaq Nəbi kimi igidlər
öz Vətənlərini qorumaq üçün əlindən gələni etmişlər. Qeyd etmək istəyirəm ki, Babək
ölən zaman son sözü Azərbaycan olmuşdur. Bundan başqa digər vətənpərvər igidlərimiz
olub ki, öz Vətən torpaqlarını göz bəbəyi kimi qorumuşlar.
Son günlərdə baş verən hadisələr buna bariz nümunədir. Aprel ayının 2-də
erməni faşistlərinin törətdiyi təxribata qarşı milli ordumuzun göstərdiyi qəhramanlıqlar
göz önündədir. Torpaqlarımızın əlverişli mövqelərinin geri alınmasında Vətən
oğullarimız yüksək qəhramanlıq nümunəsi göstərərək Şəhidlik zirvəsinə
yüksəlmişlər Hamı birlik olub torpaqlarımızı düşmən
tapdağindan azad etmək üçün birlik, bərabərlik nümayiş etdirdilər
Vətəni sevmək sadəcə torpağı sevmək deyil, vətənin daşını, havasını, suyunu sevmək
3
deməkdir. Əks təqdirdə bu sevgi kamil sayılmır.Vətənə bağlılıq onu sevmək, qorumaq və
inkişaf etdirməkdir. Çünki nə vətənsiz bir millət, nə də millətsiz bir vətən ola bilər. Vətən
əldən gedərsə, o millətin hər cür milli-mənəvi dəyərləri də yox olub gedər. Vətəni qorumaq
dövlət və milləti qorumaq, vətəni sevmək də dövlət və milləti sevməkdir. Vətənə bağlılıq
milli- mənəvi dəyərlərə, ailəyə, bayrağa, dilə, tarixə, adət-ənənəyə, dinə, sənətə, milli birlik
və bərabərliyə bağlılıqdır.Vətəni sevmək, onu düşmənlərə verməmək, hər cür hücum
eh timalına qarşı tədbirli olmaq və lazım olduğu zaman onun üçün canını vermək müqəddəs
bir vəzifədir. Milli-mənəvi dəyərlərini, haqqı-həqiqəti, namusu, şan-şərəfi sevən bir insan
vətənini də mütləq sevməlidir. Çünki bunlar vətənsiz yaşaya bilməz. Vətənə hücum
varlığımıza, birlik-bərabərliyimizə, azadlığımıza edilən hücumdur. Buna görə
vətən düşmənlərinə qarşı ayıq-sayıq olmaq, onlarla mübarizə etmək ən böyük və
ümdə vəzifəmizdir. Bu vəzifəni yerinə yetirərkən ölmək həyatdan şərəflə ayrılmaq, şəhid
olub ən uca mərtəbələrə çatmaqdır, yaralanmaq isə şərəflə dönməkdir, qazilikdir. Vətəni
sevmək təhlükə anında vətənin imdadına yetişmək, lazım olduğunda canını sevə-sevə
verə bilməkdir.
İnanırıq ki, qeyrətli övladlarımız torpaqlarımızın iniltisinə, qız- gəlinlərin ah-naləsi
nə dözməyəcəklər! Düşmənə qarşı hər bir zərbə torpaqlarımızın işgalçılardan qarış-
qarış təmizlənməsi Şəhidlərimizin ruhunu şad edəcək, göynəyən qəlblərimizi ovunduracaqdır.
“Vətən yolunda canlarını qurban vermiş, Şəhid olmuş Azərbaycanın Milli
Qəhramanlarının həyatı, onların qəhramanlığı bütün xalqımız üçün, xüsusən,
gənclərimiz üçün örnəkdir, dərsdir”
.
Tərtib edəni:
Metodika və biblioqrafiya şöbəsinin müdiri: Cəfərova Tutu
Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti: Həsənova Bahar
Dostları ilə paylaş: |