Vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən qanunvericiliyin



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
tarix19.10.2018
ölçüsü0,61 Mb.
#74732


 

 



Vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən qanunvericiliyin 

təkmilləşdirilməsinə dair  

Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin 

VAHİD TƏKLİFLƏR PAKETİ 

 

 



Giriş 

Birləşmək  azadlığı  hüququ  malik  olduğumuz  ən  əhəmiyyətli  insan  hüquqları  arasındadır. 

Dinc toplaşmaq azadlığı ilə yanaşı bu, insanların bir araya gələrək ümumi rifah (xeyir) üçün 

işləmək imkanını qorumaq məqsədilə nəzərdə tutulmuş əsas hüquqlardan biridir.  

Bu hüquq bir çox digər mülki, mədəni, iqtisadi, siyasi və sosial hüquqların həyata keçirilməsi 

üçün önəmli bir vasitədir. Birləşmək azadlığı hüququ həmçinin dialoq, plüralizm, tolerantlıq 

və  geniş  dünyagörüşünə  kanal  olan,  azlıqlara  və  ya  müxalif  fikirlərə  və  ya  inanclara  xüsusi 

hörmət edilən effektiv demokratik sistemlərin yaranmasında və mövcudluğunda həlledici rol 

oynayır.  

Birləşmək  hüququnu  Azərbaycan  üçün  yeni  saymaq  olar.  Azərbaycan  müstəqillik  əldə 

etdikdən  sonra  öz  Konstitusiyasında  bu  hüququ  təsbit  edib,  vətəndaşlar  bu  azadlığı  ondan 

sonra  dadmağa  başlayıblar.  Azərbaycanın  Avropa  Şurasına  üzv  olması  ilə  bu  hüquq  daha 

geniş yayılıb. 

 Bu  hüququn  ayrılmaz  hissəsini  Qeyri-Hökumət  Təşkilatlarında  birləşmək  haqqı  təşkil  edir. 

Azərbaycanda  2001-ci  ildən  başlayaraq  daha  geniş  areala  yayılan  QHT-lərdə  birləşmək 

hüququ uzun müddət ciddi maneələrə məruz qalıb.  

Rəsmi bilgilərə  görə, hazırda Azərbaycnda dörd  mindən artıq  QHT qeydiyyatdan keçib.  Bu 

ilk baxışdı böyük rəqəm kimi  görünə bilər, ancaq qonşu, tərəqqidə olan ölkələrin durumu ilə 

müqayisədə olduqca kiçik rəqəmdir.  

60 ildən artıq Azərbaycanla birgə Sovetlər Birliyinin daxilində olmuş, əhalisi 1.5 milyondan 

az  olan  Estoniyada  2015-ci  ilin  bilgilərinə  görə,  34  mindən  artıq  QHT  fəaliyyət  göstərir. 

Başqa  bir  Sovetlər  Birliyi  ölkəsi,  əhalisi  4  milyon  civarında  olan  qonşu  Gürcüstanda  20 

mindən artıq QHT fəaliyyətdədir. Müqayəsədə Azərbaycandakı durum ürəkaçıcı deyil.  

Ürəkaçıcı olmayan digər məqam ölkədə QHT mühitinin olduqca pisləşməsidir. 2013-cü ildən 

başlayaraq  QHT  mühitinə  müdaxilələr  hazırda  olduqca  gərgin  vəziyyət  yaradıb.  Dövlət 

qeydiyyatına  alınmış,  özəlliklə  gerçək  fiunksiyalarını  yerinə  yetirən,  toplumun  ayrı-ayrı 

kəsimləri üçün faydalı olan QHT-lərin əksəriyyəti fəaliyyətini dayandırmaq zorunda qalıb. 

 Bu  təkliflərin  təqdim  edilməsinin  məqsədi  2013-cü  ildən  başlayaraq  QHT  mühiti  ilə  bağlı 

yaşanan  hüquqi  və  praktik  problemləri  aradan  qaldırmaq,  həmin  problemləri  yaradan 

qanunvericiliyin  yenidən  nəzərdən  keçirilməsinə  və  demokratik  hüquq  prinsipləri 

çərçivəsində  yeni  qanunvericiliyin  formalaşmasına  hökumətin  və  ictimaiyyətin  diqqətini 

çəkməkdir. 



 

 

 


 

 



Ümumi mövqe 

Azərbaycan  Respublikası  Konstitusiyanın  58-ci,  habelə,  Avropa  İnsan  Hüquqları 

Konvensiyasının  11-ci,  BMT-nin  “Mülki,  siyasi  və  mədəni  hüquqlara  dair”  Paktının  22-ci 

maddələrinin  mahiyyətinə  uyğun  olaraq,  birləşmək  hüququnun  qanuni  tənzimləməsini 

müəyyən  edən  ölkə  qanunvericiliyi

1

  son  zamanlar  yaranan  hüquqi  problemlər  də  nəzərə 



alınaraq monitorinq edilməli və yenidən işlənməlidir. 

Konstitusiyanın  58-ci  maddəsində  birləşmək  azadlığı  daha  geniş  şəkildə  qorunur  və 

birləşmək  azadlığının  həyata  keçirilməsi  üçün  hər  hansı  məhdudlaşdırıcı  qanuni 

proseduraların  zəruriliyi  nəzərdə  tutulmur.  Konstitusiya  ilə  nəzərdə  tutulmayan  bir 

proseduranın qanunda nəzərdə tutulması və üstəlik bu proseduralarda çoxlu məhdudlaşdırıcı 

normaların  olması  Konstitusiyanın  mahiyyətinə  ziddir.  Qanunla  birləşmək  azadlığının 

tənzimlənməsi  müəyyən  məhdudlaşdırıcı  proseduralara  tabe  tutula  bilər  lakin,  bu 

proseduralar demokratik cəmiyyətdə zərurilik testinə uyğun olmalı, azadlığı məhdudlaşdıran, 

onu  təməldən  yox  edən  normalar  yox,  onun  reallaşmasını  asanlaşdıran  və  tənzimləyən 

normalar olmalıdır.  

QHT  və  fondların,  ictimai  birliklərin,  qeyri-kommersiya  qurumlarının,  icmaların,  bir  sözlə 

vətəndaş  cəmiyyəti  qurumlarının  fəaliyyətini  tənzimləyən  qanunvericilik  aktları  demokratik 

dəyərlərə  hörmət  göstərən  ictimaiyyətin  iştirakı  ilə  (QHT  sektorunun,  siyasi  partiyaların, 

media nümayəndələrinin, dini icmaların və müstəqil ekspertlərin aktiv iştirakı və konsensusu 

ilə)  yenidən  işlənməli,  mövcud  qanunlarda  olan,  eyni  zamanda  sonradan  daxil  edilən 

azadlıqları  məhdudlaşdıran  və  daraldan,  habelə  onun  həyata  keçirilməsini  çox  qəliz 

proseduralara  bağlayan  normalarından  təmizlənməli,  azadlıqlar  sadəcə  Azərbaycanın 

qoşulduğu  beynəlxalq  hüquq  normaları,  Avropa  İnsan  Hüquqları  Məhkəməsinin  prisedent 

hüququ  və  beynəlxalq  təşkilatların,  o  cümlədən  Venetsiya  Komissiyasının  rəyləri  nəzərə 

alınmaqla tənzimləyən qanunvericilik halına gətirilməlidir.  

Məsələnin  kökündən  düzəlməsi  üçün  əslində  bu  sahədə  qanunların  artıq  dəyişikliklər  ilə 

düzəlmə  ehtimalı  çox  azdır.  Çünki  azadlıqları  nəzarət  altına  alıb,  məhdudlaşdırmaq  üçün 

edilən  çoxsaylı  dəyişiklik  və  əlavələrdən  sonra  qanunların  təkrar  müəyyən  dəyişikliklə 

normal vəziyyətə gətirilməsindənsə, birbaşa yeni layihələr üzərində işləmək, azadlıqları daha 

çox  qoruyan  layihələr  müzakirəyə  çıxarıb  qəbul  etmək  doğru  olar.  Bu  addım  atılanadək,  ən 

azından  birləşmək  azadlığının  bərpası,  vətəndaş  cəmiyyəti  institutlarının  fəaliyyətinin 

mümkün olması baxımından təxirəsalınmadıan aşağıdakı qanunlarda müəyyən dəyişikliklərin 

olması zəruridir.  

 

 

 

 

 

                                                 

1

 “

Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanun, “Hüquqi şəxslərin dövlət 



qeydiyyatı və dövlət reyestri haqqında” Qanun, “Qrant haqqında” Qanun, “Dini etiqad azadlığı haqqında” 

Qanun, “Dini ekstremizmlə mübarizə haqqında” Qanun, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinin 

müvafiq normaları, Azərbaycan Respublikası Prezidentinin bu sahə üzrə Fərmanları, Nazirlər Kabinetinin, 

nazirliklərin və komitələrin bu sahə üzrə qərarları

 



 

 



“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” 

Azərbaycan Respublikasının Qanunu 

 

A.

 

Qeydiyyat və fəaliyyət problemlərinin aradan qaldırılması 

 

1.



 

Konstitusiyada  birləşmək  azadlığı  əvvəlcədən  müvafiq  dövlət  orqanından 

icazə  alınaraq  həyata  keçirilən  azadlıq  deyil.  Odur  ki,  birləşmək  azadlığını 

reallaşdırmaq istəyən və QHT, ictimai birlik quran şəxslərin, habelə xarici qeyri-



kommersiya qurumlarının filial və nümayəndəliklərinin qeydiyyat proseduraları 

sadələşdirilməli,  qeyri-kommersiya  qurumlarının  qeydiyyatı  mətbu  orqanlarda 

olduğu kimi bildiriş sisteminə keçirilməlidir. İstənilən hüquqi və fiziki şəxs və ya 

şəxslər qrupu öncədən icazə almadan birləşə bilməli və buna dair bir bildirişi müvafiq 

dövlət  orqanına  verərək,  müəyyən  vaxtdan  sonra  (ən  çoxu  3  gün)  sərbəst  fəaliyyətə 

başlaya bilməlidir. Bu zaman ölkədə elektron hökumət sisteminin infrastrukturundan 

istifadə  imkanları  tam  təmin  edilməli,  bildiriş  elektron  sistemə  uyğunlaşdırılmalıdır. 

Müvafiq  dövlət  orqanı  3  gün  ərzində  eyni  adda  hüquqi  şəxsin  qeydiyyatda  olması 

halı, habelə Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsinin 2-ci bəndində 

göstərilən əsaslar istisna olmaqla, həmin təşkilatı rəsmi dövlət qeydiyyatına götürməli 

və  təsisçilərə  şəhadətnamə,  habelə  reyestrdən  çıxarışı  təqdim  etməlidir.  Bütün 

hallarda  təşkilat  3  gün  sonra  hüquqi  fəaliyyətə  başlaya  bilməlidir.  Xarici  qeyri-

kommersiya qurumlarının filial və nümayəndəliklərinin qeydiyyat proseduraları da bu 

prinsiplərə  uyğun  olaraq,  habelə  aid  olduğu  ölkə  qanunvericiliyində  qeydiyyata 

alındığını  təsdiqləyən  və  nümayəndəlik  açılması,  nümayəndə  təyin  edilməsinə  dair 

qərarlar təqdim edilməklə qeydiyyata götürülməlidir.  

 

2.

 



QHT-lərdən  tələb  olunan  sənədlərin  dairəsi  kəskin  azaldılmalıdır.  Təsis 

yığıncağının  Qərarında  təsisçilər  haqqında    və    təşkilatın  yerləşdiyi  yer  üzrə 

məlumatlar  olduğundan  əlavə  sənədlərə  zərurət  faktiki  olaraq  yoxdur.  Ümumi 

yığıncaq  da  təsisçilərə  dair  hər  hansı  dəyişiklik  baş  verməyib  və  qanuni  təmsilçi 

dəyişməyibsə  yeni  məlumatların  Ədliyyə  Nazirliyinə  təqdim  olunmasının  tələb 

edilməsi əsassız olduğundan qanunvericilikdən çıxarılmalıdır. Nümunəvi Nizamnamə 

qəbul  edildikdən  sonra  nizamnamə  dəyişikliyinə  ehtiyac  olmayacağına  görə  belə 

dəyişikliyin qeydə alınması da tələb oluna bilməz.  

3.

 

Qanunda  QHT-lərin  adına  dair  normaların  olması,  eyni  adların 



mövcudluğu halı istisna olmaqla müəyyən adların seçilməsinin yolverilməzliyinin 

bildirilməsi,  məqsədi  ilə  adın  uyğunluğunun  tələb  edilməsi,  dolaylı  olaraq 

azadlığı  məhdudlaşdıran  və  legitim  əsaslardan  birinə  söykənməyən 

səbəblərdəndir. Qanunda belə məhdudiyyətlərin olması yolverilən deyil. Bu səbəblə 

adların  seçilməsində  gətirilən  məhdudlaşdırıcı  yanaşmadan  imtina  edilməlidir. 

Xüsusilə  məşhur  şəxslərin  adının  istifadəsinə  görə  onların  yaxınlarından  icazə 

alınması  qəbuledilməzdir.  Çünki,  Nizami  Gəncəvinin,  yaxud  Fizulinin,  Nəsiminin 

irsini  araşdıran  bir  ictimai  birliyin  təsisçiləri  onların  varislərini  haradan  tapıb  icazə 

almalıdır? Bu məntiqli və icrası mümkün tələb deyil. 

4.

 

“Qeyri-hökumət  təşkilatları  (ictimai  birliklər  və  fondlar)  haqqında” 



Qanun ilə bərabər, QHT və Fondlar üçün Nümunəvi Nizamnamə təsdiq edilməli, 

bu  Nizamnamədə  istər  birliyin,  istərsə  də  fondun  vahid  idarəetmə  forması 

müəyyən  edilməli,  bütün  QHT-lər  bu  formaya  uyğun  idarəetmə  sistemi 

mənimsəməlidir. Beləliklə, Nizamnamələrin qanunvericiliyə uyğunsuzluğuna dair bir 


 

 



iddianın  ortaya  çıxmasının  qarşısı  alınacaq.  Ayrıca,  bu  Nümunəvi  Nizamnamədə 

QHT-lərin  Konstitusiyada  və  Avropa  İnsan  Hüquq  və  Azadlıqlarına  dair 

Konvensiyada  birləşmək  azadlığının  məhdudlaşdırılmasını  tələb  edən  legitim  əsaslar 

göstərilərək, QHT-lərin fəaliyyətinin çərçivəsi müəyyən edilməli, beləliklə, bu çərçivə 

hər  kəs  üçün  öncədən  müəyyən  etdiyi  və  qəbul  etdiyi  fəaliyyət  çərçivəsi  olmalıdır. 

Nümunəvi  Nizamnamədə  QHT-lərin  hüquqa  uyğun  fəaliyyət  istiqamətlərini  seçmək 

sərbəstliyi  təmin  edilməlidir.  Beləliklə,  QHT-lərin  hüquqa  uyğun  fəaliyyəti  təmin 

ediləcək.  

5.

 

QHT-lərin  fəaliyyətini  tənzimləyən  birbaşa  və  əlaqəli  normativ  hüquqi 



aktlar  yenidən  nəzərdən  keçirilməli,  onların  müddəaları  QHT-lərin  fəaliyyətini 

əngəlləyici olmamalı, tənzimləyici olmalıdır

6.

 



Qeyri-kommersiya  qurumlarının,  xarici  qeyri-kommersiya  qurumlarının  filial 

və  nümayəndəliklərinin  fəaliyyətinə  mane  olan  bütün  legitim  olmayan  normalar 

aradan qaldıırılmalıdır. Qrant və ianələrin qeydiyyat sistemi ləğv edilməli, alınan 

qrant  və  ianələr  haqqında  məlumat  sadəcə  illik  maliyyə  hesabatında  təqdim 

edilməli,  qrant  və  ianələrə  dair  banklarda  əməliyyat  heç  bir  ön  şərtə  bağlı 

olmadan tam sərbəst olmalı, qrant və ianə ödənişlərində qanunla yol verilən hər 

iki ödəniş sistemi, nağd və köçürmə sistemi mümkün olmalıdır. 

7.

 

Donorların qeydiyyatını tələb edən sistemdən imtina edilməli, donorların 

sərbəst fəaliyyətinə mane olan bütün normalar qanunvericilikdən çıxarılmalıdır. 

8.

 

Xarici  mənbədən  alınan  vəsaitlərlə  xidmət  göstərilməsi  zamanı  xidmət 

müqavilələrinin  qeydiyyatını  nəzərdə  tutan  normalardan  imtina  edilməli, 

mənbədən  asılı  olmayaraq  bütün  gəlirlər  vergi  bəyanlarında  nəzərdə  tutulan 

sistem daxilində təqdim edilməlidir.  

9.

 



Azərbaycanda 

fəaliyyət 

göstərən 

xarici 

QHT-lərin 

filial 

və 

nümayəndəliklərinin  Azərbaycandakı  hər  hansı  fəaliyyətinə  məhdudiyyət 

qoyulmamalı,  birdən  çox  yerdə  filial    açmasına  əngəl  yaradılan  normalar  ləğv 

edilməli,  belə  qurumlarda  müavin  vəzifəsinin  məcburi  qaydada  Azərbaycan 

vətəndaşı  olması  şərti  qaldırılmalı,  qanunvericilikdə  bu  tip  ayrı-seçkiliklərə  yer 

verilməməlidir.  

10.

 

Qanunvericilikdə  xarici  hüquq  şəxslərin  nümayəndəlik  və  filiallarının 



qeydiyyatı  üçün  tələb  olunan  əngəlləyici  proseduralar  sadələşdirilməli,  xüsusilə 

saziş bağlama tələbi ləğv edilməli, Azərbaycan QHT-ləri ilə onların  hüquqların 

eyniliyi  təmin  edilməlidir.  Yerli  QHT-lər  üçün  tələb  olunan  proseduradan  əlavə, 

xarici  hüquqi  şəxslərin  filial  və  nümayəndəliklərinin  qeydiyyatı  üçün  öz  ölkəsində 

hüquqi  baxımdan  fəaliyyət  göstərdiyini  təsdiq  edən  sənədin  təsdiqlənmiş  surəti  və 

təşkilatın  nümayəndəlik  və  ya  filial  açmasına  dair  qərarını  təqdim  etmək  yetərli 

olmalıdır.  “Azərbaycan  Respublikasında  xarici  dövlətlərin  qeyri-hökumət 

təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı Sazişin 

hazırlanması  üçün danışıqların aparılması  və  bağlanması  Qaydaları"nın təsdiq 

edilməsi  haqqında  16  mart  2011-ci  il  tarixli  Azərbaycan  Respublikasının 

Nazirlər  Kabinetinin  43  saylı  qərarı  ləğv  edilməli,  bu    mərhələdə  hökumətin 

müdaxilə imkanları aradan qaldırılmalıdır.  

11.

 

QHT-lərin,  ictimai  birliklərin  fəaliyyət  dairəsi  qanunda  legitim  əsas 



olamadan  məhdudlaşdırılmamalıdır.  QHT-lərin  hansı  fəaliyyətlərlə  məşğul  ola 

biləcəyinin  göstərilməsi  birbaşa  məhdudlaşdırıcı  yanaşma  olduğundan  bu 

metoddan imtina edilməlidir. Fəaliyyətə məhdudiyyətlər yalnız ölkə Konstitusiyası, 


 

 



Konstitusiya Qanunu, AİHK-nın 11-ci maddəsinə göstərilən legitim məhdudlaşdırıcı 

hallar  olduqda  və  demokratik  cəmiyyətdə  zəruri  sosial  basqıdan  doğduqda  balanslı 

şəkildə  tətbiq  edilə  bilməlidir.  Ümumiyyətlə,  ada  görə  fəaliyyətin  müəyyən 

edilməsi,  yaxud  fəaliyyətin  adda  da  əks  olunmasının  tələb  edilməsi,  exit-poll 

keçirilməsinə  qoyulan  məhdudiyyətlər  birbaşa  azadlıqlara  legitim  olmayan 

müdaxilələrdir və bu metodun seçilməsi yolverilməzdir.  

 

B.



 

Fəaliyyətə xitam verməyə dair problemlərinin aradan qaldırılması 

 

QHT-lərin fəaliyyətinə xitam verilməsi yalnız məhkəmə qaydasında olmalı: 



 

Xitam  verilməyə  əsas  təşkil  edəcək  səbəb  Konstitusiyon  və  Konvensional 



əsaslar  göstərilməklə  qanunda  kifayət  qədər  aydın,  dəqiq  və  ətraflı  nəzərdə 

tutulmalı,  qadağanları  öncədən  aydın  görməyə  imkan  verməli  və  şərhində 

mülahizə  sərbəstliyi  verən  qeyri-müəyyən  ifadə  və  normalardan  ibarət 

olmamalıdır

 



Xitam verilməyə əsas təşkil edəcək hüquqi səbəblərin məqsədi və nəticəsi 

yalnız,  “Azərbaycan  Respublikasında  İnsan  Hüquq  və  Azadlıqlarının  Həyata 



Keçirilməsinin Tənzimlənməsi haqqında Konstitusiya Qanunu”nun 3.5-ci və 3.6-

cı  maddələrində,  habelə  Avropa  İnsan  Huquqlarının  və  Əsas  Azadlıqların 

Mudafiəsi Haqqında Konvensiyanın 11-ci maddəsinin 2-ci bəndində  sadalanmış 

legitim ictimai mənafelərdən birinin və ya bir neçəsinin, yəni milli təhlükəsizlik, 

ərazi  bütövlüyü,  ictimai  asayiş  və  təhlükəsizlik,  iğtişaşların  və  cinayətin 

qarşısının  alınması,  sağlamlığın  və  mənəviyyatın  qorunması,  digər  şəxslərin 

hüquq və azadlıqlarının mudafiəsi üçün olmalıdır; 

 



Xitam verilmə o zaman baş verməlidir ki, bu demokratik cəmiyyətin varlığı 

üçün  zəruri  olan  ən  mühüm  dəyərlərin  qorunmasına  yönəlib  və  demokratik 

cəmiyyətdə son zərurət kimi tətbiq edilir. Yəni, legitim ictimai mənafeləri qorumaq 

üçün  birləşmək  azadlığını  daha  az  məhdudlaşdıracaq  başqa  ağlabatan  və  səmərəli 



vasitələr tükənib;  

 



Birləşmək  azadlığına  son  verərək  QHT-nin  fəaliyyətinə  xitam  vermə, 

yaxud  digər  cərimə  sanksiyaları  tətbiq  etmə  birləşmək  azadlığına  mütənasib 

olmalıdır,  yəni  legitim  ictimai  mənafeni  qorumaqdan  əldə  olunan  fayda 

məhdudlaşdırmanın  (tətbiq  ediləcək  sanksiyalar  nəzərə  alınmaqla)  birləşmək 

azadlığına vuracağı zərərdən daha üstün olmalıdır.  

1.

 

QHT-lərin  fəaliyyətinə  xitam  verilməsinə  əsas  təşkil  edən  süni  səbəblər 

Qanundan  çıxarılmalıdır.  QHT-nin  yazılı  xəbərdarlıq  alması,  yaxud  inzibati 

qaydada cəzalandırılması təkbaşına onun ləğvinə əsas təşkil etməməlidir. İnzibati 

cərimələrin miqdarı 2008-ci ilədək olan limitlərə geri çəkilməli, ölkədə tətbiq olunan 



minimum  əməkhaqqı  indeksinə  uyğunlaşdırılmalı,  heç  bir  kommersiya  məqsədi 

olmayan  qeyri-kommersiya  qurumlarının  astronomik  cərimələri  İnzibati  Xətalar 



Məcəlləsindən çıxarılmalıdır.  

 

2.

 

Ədliyyə  Nazirliyinə  QHT-lərin  fəaliyyətinin  qanunvericiliyə  və 

Nizamnaməsinə  uyğunluğunu  yoxlanma  səlahiyyətinin  verilməsini  tənzimləyən 

normalar  qanunvericilikdən  çıxarılmalı,  QHT-lərin  fəaliyyətini  tamamilə 

məhdudlaşdıran  Ədliyyə  Nazirliyinin  Kollegiyasının  28dekabr  2015-ci  il  tarixli, 

№  11-N  saylı  “Qeyri-hökumət  təşkilatlarının,  xarici  dövlətlərin  qeyri-hökumət 


 

 



təşkilatlarının  filial  və  ya  nümayəndəliklərinin  fəaliyyətinin  öyrənilməsi 

Qaydaları”nın təsdiq edilməsi barədə Qərarı ləğv edilməlidir.  

 

C.



 

Qanunvericiliyin tətbiqini pozanlara görə məsuliyyət 

 

1.



 

QHT-lərin  azadlıqlarına  məhdudiyyət  gətirən,  əsassız  olaraq  qeydiyyat 

aparmayan, əlavə sənədlər tələb edən, süründürməçilik edən qanuni fəaliyyətinə 

süni maneələr yaradan hərəkətlər kim tərəfindən edilməsindən asılı olmayaraq, 

inzibati  və  cinayət  məsuliyyəti  yaratmalıdır.  Müvafiq  olaraq  İnzibati  Xətalar 

Məcəlləsinə  və  Cinayət  Məcəlləsinə  yeni  maddələr  əlavə  edilməli,  QHT-lərin 

fəaliyyətinə mane olan, onun hüquqlarını  qanunsuz məhdudlaşdıran, qanunsuz 

hərəkət  və  hərəkətsizliklərə  yol  verən  rəsmi  şəxslər  və  qurumlar  inzibati  və 

hüquqi məsuliyyət daşımalı, əgər bu hərəkətlər qəsdən yaxud tamah məqsədi ilə və 

ya  vəzifə  səlahiyyətlərindən  sui-istifadə  edərək  edilərsə  cinayət  məsuliyyəti  nəzərdə 

tutulmalıdır.    

 

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 



Azərbaycan Respublikası Qanunu 

1.

 



“Hüquqi  şəxslərin  dövlət  qeydiyyatı  və  dövlət  reyestri  haqqında”  Qanunda 

QHT-lərə  dair  normalar  tamamilə  yenilənməli,  dövlət  qeydiyyatı  bildiriş 

sisteminə  görə  sadələşdirilmiş  formada  həyata  keçirilməli,  legitim  hüquqi 

məqsədə söykənməyən normalar ləğv edilməlidir.  

 

2.



 

Komersiya və qeyri-kommersiya qurumlarına görə gətirilən fərqləndirmə 

qeyri-kommersiya  qurumlarının  lehinə  tamamilə  yenidən  formalaşmalıdr. 

Xarici qeyri-kommersiya qurumlarının filial  və nümayəndəliklərinin qeydiyyatı 

yuxarıda  nəzərdə  tuutlduğu  kimi  sadələşdirilməli,  Saziş  şərti,  habelə  süni 

problemlər yaradan digər normalar ləğv edilməlidir. 

 

3.

 



Ümumiyyətlə 2010-2016-cı illər ərzində bu Qanuna dəyişiklik edən on fərqli 

qanun  qəbul  edilib  və  bunların  hər  birində  məqsəd  məhdudlaşdırıcı  olub.  Odur  ki, 



texniki  dəyişikliklər  istisna  olmaqla  bu  qanunların  gətirdiyi  məhdudlaşdırıcı 

normalar  da  qanunvericilikdən  çıxarılmalıdır.  Xüsusilə,  “nizamnaməsində  dini 

dəyərlərin  təbliği  ilə  bağlı  fəaliyyət  istiqamətləri  olan  qeyri-kommersiya  hüquqi 

şəxslərin  dövlət  qeydiyyatına  alınması  üçün  müvafiq  icra  hakimiyyəti 

orqanının rəyinin” tələb olunması hüququn siyasi mülahizəyə tabe edilməsidir və 

azadlıqları qeyri-legitim məhdudlaşdırmaqdadır.  

 

“Qrant Haqqında” Azərbaycan Respublikası Qanunu 

1.

 

Bu  qanuna  2009-cu  ildə  bir  dəfə,  2013  və  2014-cü  illərdə  4  dəfə  müxtəlif 



qanunlarla  18  müxtəlif  məhdudlaşdırıcı  dəyişiklik  və  əlavələr  edilib.  Bunların 

demək olar ki  hamısı  məhdudlaşdırıcı  xarakterli olub.  Odur ki  bunlardan imtina 

edilməlidir.  



2.

 

Qrant  və  ianələrin  qeydiyyatını  nəzərdə  tutan  normalar  ləğv  edilməli, 

alınan  qrant  və  ianələr  haqqında  məlumat  sadəcə  illik  maliyyə  hesabatında 

təqdim  edilməli,  qrant  və  ianələrə  dair  banklarda  əməliyyat  üçün  tələb  olunan 


 

 



bildiriş  təqdim  etmə  şərti  olmadan  əməliyyatlar  tam  sərbəst  aparıla  bilməli, 

qrant  və  ianə  ödənişlərində  qanunla  yol  verilən  hər  iki  ödəniş  sistemi,  nağd  və 

köçürmə sistemi mümkün olmalıdır.  

3.

 

Donorların qeydiyyatını tələb edən sistemdən imtina edilməli, donorların 

yerləşmə  yerindən  asılı  olmayaraq  ölkədə  fəaliyyət  göstərən  istənilən  vətəndaş 

cəmiyyəti qurumlarına, şəxslərə sərbəst qrant vermə yolu açılmalıdır. Qrantların 

məqsədəmüvafiqliyinin  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

edilməsini tələb edən normalar, habelə, fəaliyyətə mane olan digər bütün normalar da 

qanunvericilikdən  çıxarılmalıdır.  Qrant  müqavilələrinin  qeydiyyatını  nəzərdə  tutan 



Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  5  iyun  2015-ci  iltaixli,  №  216-

saylı  “Qrant  müqavilələrinin  (qərarlarının)  qeydə  alınması  Qaydası”nın  təsdiq 

edilməsi”  barədə  Qərarı,  habelə,  Azərbaycan  Respublikasının  Nazirlər 

Kabinetinin 22 oktyabr 2015-ci il tarixli, № 339 saylı  “Xarici donorlar tərəfindən 

Azərbaycan  Respublikasının  ərazisində  qrant  vermək  hüququnun  əldə  edilməsi 

Qaydası”nın təsdiq edilməsinə dair Qərarı ləğv edilməlidir.  

4.

 

“Qeyri-hökumət  təşkilatının,  habelə  xarici  dövlətlərin  qeyri-hökumət 

təşkilatlarının  filial  və  ya  nümayəndəliklərinin  qəbul  etdiyi  ianələrin  məbləği  və 

ianəni  vermiş  şəxslər  barədə  məlumatların  təqdim  edilməsi  Qaydası”nın  təsdiq 

edilməsi barədə Azərbaycan respublikası Nazirlər Kabinetinin 21 oktyabr 2015-ci il 

taixli, № 336 saylı Qərarı ləğv edilməlidir. 

5.

 



Xarici  mənbədən  alınan  vəsaitlərlə  xidmət  göstərilməsi  zamanı  xidmət 

müqavilələrinin  qeydiyyatını  nəzərdə  tutan  normalardan  imtina  edilməli,  mənbədən 

asılı  olmayaraq  bütün  gəlirlər  vergi  bəyannamələrində  nəzərdə  tutulan  sistem 

daxilində təqdim edilməli, o cümlədən xarici mənbədən alınan qrantlardan xidməti 



müqavilələrin qeydə alınması”nı tənzimləyən qaydalar ləğv edilməlidir.  

6.

 

Qrant verilməsi və alınmasına dair donorlara, respiyentlər üçün nəzərdə 

tutulan bütün inzibati cərimə sanksiyaları ləğv edilməli və  İnzibati Xətalar 

Məcəlləsindən çıxarılmalıdır.   

 

“Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanunu 

 

“Qeyri-hökumət  təşkilatları  (ictimai  birliklər  və  fondlar)  haqqında”  Qanunun  11-ci 



maddəsinə  2013-cü  il  19  dekabrda  əlavə  edilən  bənd  təsbit  edir:  “Qeyri-hökumət 

təşkilatlarında köməkçilərin mövcudluğu və onların hüquqi statusu qeyri-hökumət təşkilatının 

təsis  sənədləri və  “Könüllü  fəaliyyət  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu ilə 

müəyyən  edilir”.   “Könüllü  fəaliyyət  haqqında”  Qanunun  6-cı  maddəsində  könüllü 

fəaliyyətin  təşkilatçıların  vəzifələri  sayılmış  və  QHT-lər  əgər  onlar  könüllü  cəlb  etməli 

olsalar   hökmən  könüllü  ilə yazılı  formada  müqavilə  bağlamalı, könüllünün  həyat  və 

sağlamlığını  bütün  hallarda  sığorta  etdirməli,  zəruri  olduqda  onu  təlimlərə  cəlb  etməli, 

könüllü əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə Azərbaycan Respublikasının Dövlət 

Miqrasiya  Xidmətinə məlumat  verməlidir.  Burada  işin  xarakterinə  baxmadan,  onun 

qısamüddətli,  yaxud  birdəfəlik  olmasından  asılı  olmayaraq  eyni  standartın  tələb  olunması 

doğru  yanaşma  deyil.  Bəzən  QHT-lər  hansısa  bir  neçə  saatlıq  tədbirdə  könüllülərin 

köməyindən  istifadə  etməli  olurlar.  İndiki  halda  artıq  bu  mümkün  deyil.  Bu  tələb  faktiki 

olaraq QHT-lərin əl-qolunu bağlamağa xidmət edir.

 



 

 



Ayrıca, Qanunun 10-cu maddəsində “Beynəlxalq könüllü fəaliyyətin təşkilatçıları, habelə 

könüllü  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasının 

ərazisində  könüllü  fəaliyyətlə  yalnız  Azərbaycan  Respublikasının  könüllü  fəaliyyət 

təşkilatçıları  ilə  birgə  məşğul  ola  bilərlər”.  Bu  yanaşma  tam  məhdudlaşdırıcı 

xarakterlidir.  Ölkədə  xarici  dili  könüllü  tədris  etmək  istəyən  müəyyən  könüllü  missiya 

iştirakçılarının  beləliklə  bütün  fəaliyyət  imkanları  məhdudlaşdırılır.  Odur  ki, 



qanunvericilikdən  bu  məhdudlaşdırıcı  müddəalar  çıxarılmalı  və  mövcud  normalar 

yumşaldılmalıdır.   

 

“Dini etiqad Azadlığı haqqında” Qanun və  “Dini ekstremizmlə 



mübarizə haqqında” Qanun 

 

1.



 

20 avqust 1992-ci ildə qəbul edilən “Dini etiqad Azadlığı haqqında” Qanun 16 

dəfə fərqli qanunlarla dəyişiklik və əlavələrə məruz qalıb. Xüsusilə son 7 ildə 11 dəfə 

qanunla dəyişiklik və əlavə edilib. Bunların 6-ı bilavəsitə 2013-2015-ci illərdə baş 

verib.    Cəmi  31  maddədən  ibarət  olan  Qanuna  son  7  ildə  62  fərqli  əlavə  və 

dəyişiklik  olub.  Bu  dəyişikliklərin  mütləq  əksəriyyəti  məhdudlaşdırıcı 

xarakterlidir.  Bu  qanunla  bərabər  2015-ci  ildə  “Dini  ekstremizmlə  mübarizə 

haqqında”  Qanun  da  qəbul  olunaraq,  bu  sahədə  azadlıqları  maksimum  məhdudiyyət 

altına  almağa  xidmət  edib.  Odur  ki,  bu  qanun  bütün  məhdudlaşdırıcı  müddəalardan 

təmizlənməlidir. 



 

2.

 

Qanunda  dini  təyinatlı  ədəbiyyatın  dövlət  qurumu  tərəfindən  xüsusi 

nəzarət  markası  ilə  markalanma  şərti  gətirilmişdır.  Bu  vicdan  və  ifadə 

azadlığına ciddi məhdudityyət deməkdir və qanunvericilikdən çıxarılmalıdır.   

 

3.

 

Ölkədə  dinlərarası  ayrı-seçkilik  yaradan  xeyli  müddəa  qanuna  salınıb.  Digər 

dinlərdən  fərqli  olaraq,  islam  dininə  aid  ayin  və  mərasimlərin  aparılması  yalnız 

Azərbaycan  Respublikasının  vətəndaşları  tərəfindən  həyata  keçirilə  bilər.  Xaricdə 



dini  təhsil  almış  Azərbaycan  Respublikasının  vətəndaşlarına  islam  dininə  aid 

ayin  və  mərasimlərin  aparılması  qadağan  edilib.  Bütün  bu  müddəalar 

qanunvericilikdən çıxarılmalıdır.  

 

4.



 

Dini  qurumların  və  dini  icmaların  qeydiyyata  alınması  qaydalarına  dair 

müddəalar  gülüncdür.  Qeydiyyat  üçün  tələb  olunan  sənədlər  arasında  “Hüquqi 

şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 

Qanununda nəzərdə tutulmuş digər sənədlərlə bərabər“azı  əlli  nəfər yetkinlik yaşına 

çatmış  şəxs  və  ya  onların  səlahiyyətli  nümayəndələri,  icmanın  təsis  protokolu  və 

nizamnaməsi,  əlavə olunmuş  ərizə, habelə vətəndaşlığı, yaşayış yeri və doğum tarixi 

göstərilməklə  dini  icmanı  təsis  edən  şəxslərin  siyahısı,  şəxsiyyətlərini  təsdiq  edən 

sənədlərin  surəti,dini  təlimin  əsasları,  o  cümlədən  dini  icmanın  yaranması  tarixi, 

onun fəaliyyətinin forma və metodları, ənənələri, ailəyə, nikaha və təhsilə münasibət, 

həmin  icmanın  üzvlərinin  hüquq  və  vəzifələrinə  qoyulan  məhdudiyyətlər  barədə 

məlumatlar”tələb  edilir.  Bu  məlumatların  böyük  əksəriyyətinin  birləşmək 

hüququnu  həyata  keçirmək  üçün  ön  şərt  olması  legitim  yanaşma  deyil  və 

qanunvericilikdə bu formada məhdudlaşdırıcı normalar ləğv edilməlidir.  

 



 

 



5.

 

Dini  icmaların  qeydiyyata  alınması  üçün  bütün  sənədlərdən  əlavə  Dini  işlər 



üzrə  Dövlət  Komitəsinin  rəyinin  tələb  olunması  hüquqi  prosedurları  kilidləyən 

və azadlığı əsassız məhdudlaşdıran normadır və ləğv edilməlidir.  

 

6.



 

Dini  icmaların  yalnız  qeydiyyat  ünvanında  fəaliyyətinə  icazə  verilməsi, 



ölkə üzrə fəaliyyətinə imkan verilməməsi bir başqa məhdudlaşdırıcı yanaşmadır 

və ləğv edilməlidir.  

 

7.

 

İbadətgahlardan  kənarda,  ictimai  yerlərdə  dini  şüarların  və  digər  dini 

atributların  nümayiş  etdirilməsinin  qadağan  olunması  şəxslərin  sərbəst 

toplaşmaq  hüququna  və  ifadə  azadlığına  qeyri-legitim  müdaxilədir  və  ləğv 

edilməlidir.  

 

8.

 



Dini  qurumların  aldıqları  qrantları  və  ianələri  qeydiyyata  aldırmanı 

nəzərdə  tutan  normalar,  habelə  buna  görə  müəyyən  olunan  məsuliyyətlər  ləğv 

edilməlidir. Sadəcə hesabatlılıq tələb edilə bilər.   

 

 



İnzibat Xətalar Məcəlləsi, Cinayət Məcəlləsi 

 

1.

 



Vətəndaş  cəmiyyətinin  fəaliyyətini  məhdudlaşdıran  normalar  qanunvericiliyə 

daxi  edildikdən  sonra  İnzibati  Xətalar  Məcəlləsinə  əlavə  edilən  aşağıdakı 



normalar tamamilə qanunvericilikdən çıxarılmalıdır:  

 



“Qrant  alınması  (verilməsi)  haqqında  qanunvericiliyin  pozulması”nı 

tənzimləyən 432-ci maddə; 

 



“İanələr  barədə  məlumatın  maliyyə  hesabatına  daxil  edilməməsi”ni  nəzərdə 

tutan 465-ci maddə; 

 



“İanə  edilən  pul  vəsaitlərinin  nağd  şəkildə  verilməsi  və  qəbul  edilməsi”ni 

tənzimləyən 466-cı maddə; 

 



“Qeyri-hökumət  təşkilatları  haqqında  qanunvericiliyin  pozulmasını” 

tənzimləyən 579-cu Maddə; 

 



“Qeyri-hökumət 

təşkilatlarının, 

xarici 

dövlətlərin 

qeyri-hökumət 

təşkilatlarının  filial  və  ya  nümayəndəliklərinin  fəaliyyətinin  onların 

nizamnamələrinə 

(əsasnamələrinə) 

və 

qanunvericiliyə 

uyğunluğunun 

öyrənilməsinə maneələrin törədilməsi”ni tənzimləyən  580-ci Maddə; 

 



“Qeyri-hökumət  təşkilatları,  xarici  dövlətlərin  qeyri-hökumət  təşkilatlarının 

filial  və  ya  nümayəndəlikləri  tərəfindən  müvafiq  icra  hakimiyyəti  orqanının 

xəbərdarlığında  və  ya  göstərişində  bildirilmiş  pozuntuların  vaxtında  aradan 

qaldırılmamasını” tənzimləyən  581-ci Maddə; 

 



“Xarici 

dövlətlərin 

qeyri-hökumət 

təşkilatlarının 

filial 

və 

ya 

nümayəndəliklərinin  fəaliyyət göstərməsi qaydalarının pozulmasını” tənzimləyən 

582-ci Maddə. 

2. Cinayət Məcəlləsinə yeni daxil edilən, birbaşa ifadə azadlığını icazəyə bağlayan və 

mahiyyət  etibarı  ilə  cinayət  əməli  kimi  tanınması  demokratik  hüquqi  prinsiplərlə 

uyğun gəlməyən və 5 ilədək azadlıqdan mərhumetməni nəzərdə tutan aşağıdakı 

maddələr Cinayət Məcəlləsindən çıxarılmalıdır. 

 



M a d d ə  167-2.   Müvafiq  razılıq  olmadan  dini  təyinatlı ədəbiyyatı  (kağız  və 

elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini 


 

10 


 

məzmunlu  başqa  məlumat  materiallarını  istehsal  etmə,  satış  və  ya  yayma 

məqsədi ilə idxal etmə, satma və ya yayma

 



M a d d ə   1 6 8 .  Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında 

fəaliyyət  göstərən  və  bu  fəaliyyətlə  ictimai  asayişi  pozan,  yaxud  vətəndaşların 

sağlamlığına  zərər  vuran  və  ya  formasından  asılı  olmayaraq  vətəndaşların 

hüquqlarını  pozan,  habelə  vətəndaşların  qanunla  müəyyən  edilmiş  vəzifələrini 

yerinə  yetirməkdən  yayındıran  qrup  təşkil  etmə,  ona  rəhbərlik  etmə  və  ya  belə 

qrupda iştirak etmə;  



 



Maddə 168-1. İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış 

Azərbaycan  Respublikasının  vətəndaşı  tərəfindən  aparılması  və  əcnəbi  və  ya 

vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılması. 

 

İmzalar: 

1.

 

Ağaəliyev Xalid, hüquqşünas, Sivil Toplum Platforması 

2.

 

Ağayev Rövşən, iqtisadçı-ekspert, Sivil Toplum Platforması 

3.

 

Bağırov Xalid, hüquqşünas, Sivil Toplum Platforması 

4.

 

Cəfərov Rəsul, İnsan Hüquqları Klubu 

5.

 

Çobanoğlu Şahvələd, jurnalist, Sivil Toplum Platforması   

6.

 

Əliyev İntiqam, Hüquq Maarifçiliyi Cəmiyyəti 

7.

 

Əliyev Mehman, “Turan” İnformasiya Agentliyi, Sivil Toplum Platforması 

8.

 

Əliyev Samir, Media və İctimai Təşəbbüslər İB 

9.

 

Gülalıyev Oqtay, Demokratik İslahatlar uğrunda İB 

10.

 

Hacıbəyli Rövşən, Demokratik Jurnalistika Məktəbi 

11.

 

Hüseynov Emin, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 

12.

 

Quliyev Ziya, Hüquq Təşəbbüsləri Mərkəzi 

13.

 

Qurbanov Akif, Demokratik Təşəbbüslər İnstitutu 

14.

 

Kazımlı Samir, hüquq müdafiəçisi, Sivil Toplum Platforması 

15.

 

Kazımov Seymur, jurnalist, Sivil Toplum Platforması 

16.

 

İbadoğlu Qubad, iqtisadçı-ekspert 

17.

 

İmranova Aynur, Media və Demokratiyanın İnkişafına Dəstək İB 

18.

 

İsmayıl Şəhla, Rasional İnkişaf uğrunda Qadın Assosiasiyası  

19.

 

Mahmudov Kamran, jurnalist, Sivil Toplum Platforması 

20.

 

Mehtiyev Azər, İqtisadi Təşəbbüslərə Yardım İB 

21.

 

Məmmədli Anar, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi 

22.

 

Məmmədli Ələsgər, hüquqşünas, Sivil Toplum Platforması 

23.

 

Məmmədli Nəsimi, Yayımların Monitorinq Mərkəzi  

24.

 

Mustafayev Əsabəli, Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi 

25.

 

Rəhimli Mehriban, Sivil Toplum Platforması 

26.

 

Süleymanlı Bəşir, Vətəndaş Hüquqları İnstitutu 

27.

 

Toğrul Qalib, İqtisadi Tədqiqatlar Mərkəzi 

28.

 

Zeynallı Əvəz, “Xural” qəzeti, Sivil Toplum Platforması 

29.

 

Zöhrab İsmayıl, İqtisadiyyatın İnkişafına Yardım İctimai Assosiasiyası 

Əlaqələndiricilər:  

Ələsgər  Məmmədli,  hüquqşünas,  Sivil  Toplum  Platforması,  +994  50  235  32  50, 

elesgerm@gmail.com

  

Rəsul  Cəfərov,  hüquq  müdafiəçisi,  İnsan  Hüquqları  Klubu,  +99450  586  35  37, 

resul.j@gmail.com

  

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə