Vətəndaşların


FƏSİL 3 KÖNÜLLÜ FƏALİYYƏT



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə10/23
tarix13.11.2017
ölçüsü0,57 Mb.
#9731
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

FƏSİL 3 KÖNÜLLÜ FƏALİYYƏT   

 

3.1.Əvəzi ödənilməyən (könüllü) fəaliyyət  

 

Azərbaycan Rеspublikasının  Əmək Məcəlləsinə görə    işçi-işəgötürənlə  fərdi 



qaydada yazılı  əmək müqaviləsi (kоntrakt) bağlayaraq müvafiq iş  yеrində 

haqqı ödənilməklə çalışan fiziki şəхsdir.  

Bununla bеlə  еlə  iş  yеrləri vardır ki, оrada çalışanların hеç də hamısı  haqqı 



ödənilməklə  çalışmır.  Əksinə bu şəхslər təmənnasız çalışır və  sərf  еtdikləri 

əməyin müqabilində hеç bir əmək haqqı almırlar. Bеlə işçi könüllü (volunteer) 

adlanır.  

Könüllü - təmənnasız  əmək sərf  еtmək yоlu ilə  хеyriyyəçilik fəaliyyəti 

həyata kеçirən fiziki şəхsdir. Könüllülərin fəaliyyət göstərdiyi sfеralar biznеs 

və dövlət sеktоrunu dеyil, adətən üçüncü sеktоru əhatə еdir. Bu gün dünyada 

ictimai və  cəmiyyət maraqları naminə  təmənnasız  əmək sərf  еdən insanların 

sayı оn milyоnlarladır. 1996-cı ildə ABŞ-da gəlirsiz sеktоrda fəaliyyət göstərən 

6,3 milyоn nəfər  оlmuşdur.  Оnların  əməyi qiymətləndirildikdə bu rəqəm yüz 

milyardlarla ABŞ dоlları еdir.  

Azərbaycanda könüllülük fəaliyyəti ölkədə QHT-lərin təşəkkkül tapma 

mərhələsi ilə üst-üstə düşür. Bu baxımdan könüllülük fəaliyyəti ölkəmizə o 

qədər də geniş inkişaf etməmişdir. Bununla belə    əhali tərəfindən formalaşan 

müxtəlif qeyri formal birliklərdə könüllülük fəaliyyəti olmuşdur. Müxtəlif 

iməcliklər, məclislərin hazırlanması və təşkili zamanı əhali arasında bir- birinə 

təmənnasız yardımların, o cümlədən  əmək sərf etməklə yardımların 

göstərilməsi ənənəsinin tarixi çox uzaqlara gedir. 

Lakin ölkədə QHT-lərin yaranmasından sonra bu fəaliyyəti artıq sistemli 

xarakter almağa başladı. Lakin qeyd olunduğu kimi ölkədə könüllü fəaliyyətlə 

məşğul olan əhalinin sayı qərb ölkələri ilə müqaisədə olduqca azdır. 

Yaxın dövrlərə qədər Ölkənin nоrmativ aktlarında könüllülük haqqında hеç bir 

müddəa yох idi və bu fəaliyyəti tənzimləyən hər hansı qanun da mövcud 

deyildir. 

Lakin ölkədə  fəaliyyət göstərən bir sıra vətəndaş  cəmiyyəti qurumlarının 

səyləri nəticəsində 2009-cu ilin iyun ayında Milli Məclis tərəfindən qəbul 

olunmuş  və Ölkə Prezidenti tərəfindən imzalanmış  “Könüllü fəaliyyət 



haqqında” Azərbaycan Respublikası Qanunu bu fəaliyyətin hüquqi əsaslarını 

yaratdı. 



 Qanun hüquqi və fiziki şəxslərin əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti 

sahəsində yaranan münasibətləri tənzimləyir. 

 

25



Qanunun 2-ci maddəsinə görə, “Könüllü fəaliyyət — Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya 

xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir.” 

Qanun müəyyən edir ki, “Əvəzi ödənilməyən fəaliyyət-əmək haqqı 

ödənilməyən fəaliyyətdir”. 

Könüllü fəaliyyətin təşkilatçılarının dairəsi qanunvericiliklə  aşağıdakı  şəkildə 

müəyyən olunmuşdur: 

“Könüllü fəaliyyətin təşkilatçısı — könüllü fəaliyyətin təşkilini və  həyata 

keçirilməsini təmin edən dövlət orqanları, dövlət büdcəsindən maliyyələşən 

təşkilatlar, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatlarıdır”. 

Göründüyü kimi biznes maraqları güdən təşkilatlar könüllü fəaliyyətin 

təşkilatçısı qismində çıxış edə bilməzlər. 

Qanun Könüllü fəaliyyətin əsas istiqamətlərini də müəyyən etmişdir. Qanunun 

3-cü maddəsinə görə könüllü fəaliyyətin əsas istiqamətləri aşağıdakılardır: 

 

əlillərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara və 



məcburi köçkünlərə kömək edilməsi; 

 



 insanpərvərliyin və dözümlülüyün təbliği; 

 



 istehlakçıların hüquqlarının qorunması; 

 



 hüquqi və mədəni maarifləndirmə

 



uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı; 

 



 idmanın inkişafı; 

 



 xəstəliklər və epidemiyalar barədə məlumatlandırma; 

 



sağlam həyat tərzinin təbliği; 

 



 ətraf mühitin mühafizəsi; 

 



 tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması; 

 



silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, 

epidemiyalar, epizootiyalar və digər fövqəladə halların nəticələrinin 

aradan qaldırılmasına, o cümlədən fövqəladə hallar nəticəsində  zərər 

çəkmiş şəxslərə yardım göstərilməsi; 

 

cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, 



məişət zorakılığına məruz qalan şəxslərə kömək edilməsi; 

 



 Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olmayan 

digər fəaliyyət sahələri. 

Qanun həmçinin könüllü fəaliyyətin iştirakçılarının dairəsini, təşkilatçıların və 

könüllülərin hüquq və vəzifələrini müəyyən edir. 

Könüllü fəaliyyət haqqında Qanun qəbul edilənədək   könüllü ilə könüllünü 

əmək fəaliyyətinə  cəlb edən təşkilatçı arasında münasibətlərin hüquqi 

 

26



baxımdan qurulması ciddi problem idi. Qanun bu problemi qismən aradan 

qaldırır. Belə ki, Qanunun 9-cu maddəsi könüllü fəaliyyət münasibətlərini 

tənzimlənməsini müqavilə yolu ilə  həyata keçirilməsini müəyyən edir. 

Qanunun 9-cu maddəsinə görə, “Könüllü fəaliyyətin iştirakçıları arasında 



münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə 

tənzimlənir”. 

Müqavilədə aşağıdakıların olması zəruridir: 

 

müqavilə bağlayan tərəflər haqqında məlumatlar



 

tərəflərin hüquq və vəzifələri; 



 

 görüləcək işlər və göstəriləcək xidmətlər; 



 

 müqavilənin müddəti; 



 

 tərəflərin məsuliyyəti; 



 

 müqaviləyə xitam verilməsi qaydası. 



Qanuna görə könüllü fəaliyyətin təşkilatçıları  tərəfindən cəlb edilmiş 

könüllülərlə bağlanan müqavilədə bu Qanunun məqsədlərinə uyğun olaraq 

digər şərtlər də nəzərdə tutula bilər. 

Müqavilədə Qanuna zidd olmayan digər müddəalar, o cümlədən könüllü 

fəaliyyəti həyata keçirərkən üçüncü şəxslərə vurulmuş  zərərin ödənilməsi 

qaydası, müqaviləyə xitam verilməsi,müqavilənin müddəti, qüvvəyə minmə 

vaxtı və qadaları və s. nəzərdə tutula bilər. 

Bu layihə  çərçivəsində könüllü fəaliyyətlə bağlı hazırlanmış müqavilə 

nümunəsi əlavələrdə verilmişdir. 

 

 



 

 

 



 

 

 



27


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə