Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası



Yüklə 240,28 Kb.
səhifə2/2
tarix14.04.2018
ölçüsü240,28 Kb.
#38494
1   2
3. NİKAHIN QEYDƏ ALINMASI

3.1. Nikahın qeydə alınması nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi hər hansı bir Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən həyata keçirilir.

3.2. Nikaha daxil olmağı arzu edənlər bu barədə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməkləşəxsən yazılı ərizə verirlər. 

Əgər nikaha daxil olmaq istəyən şəxslərdən birinin üzrlü səbəbə görə (ağır xəstəlik, uzunmüddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) ərizə vermək məqsədilə Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və icra hakimiyyətinin nümayəndəliyinə gəlmək imkanı olmadıqda, gəlmiş ikinci tərəf digər tərəfin özünə aid hissəsini şəxsən doldurduğu birgə ərizə və ya ayrı-ayrı ərizələri təqdim edir.

Gəlməmiş tərəfin ərizədəki imzasının həqiqiliyi onun yaşadığı yerin Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən və ya notariat qaydasında təsdiq edilməlidir.

3.3. Ərizədə nikahın bağlanmasına mane olan halların - nikahın yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar) arasında, övladlığa götürənlər və övladlığa götürülənlər arasında, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər arasında, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında bağlanması hallarının olmadığı təsdiq edilməli, habelə hərənin neçənci nikaha daxil olduğu və neçə uşağı olduğu, nikahın bağlanmasından sonra daşımaq istədiyi soyad göstərilməli və ərizə blankında göstərilmiş digər suallara cavab verilməlidir. 



Ərizədə tibbi müayinənin keçirilməsini təsdiq edən müvafiq arayışın verilməsi tarixinə, nömrəsinə və onu tərtib edən tibb müəssisəsinə dair məlumatlar qeyd olunmalıdır. 

3.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmadıqda, evlənmək arzusunda olan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin vəziyyətini təsdiq edən sənədlərində onların ailə vəziyyəti barədə qeydin olmamasına əsaslanaraq, onlardan vətəndaşı olduqları və ya daimi yaşadıqları ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş ailə vəziyyəti haqqında arayış tələb edilir. Arayış müəyyən olunmuş qaydada leqallaşdırılmalıdır.

Qeyd olunan arayış verildiyi gündən 6 ay müddətində etibarlıdır.

3.5. Ərizəni qəbul etmiş Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi nikaha daxil olanları nikahın qeyd olunması şərtləri və qaydası ilə tanış etməli, bu şəxslərin bir-birinin tibbi müayinəsinin nəticəsi və ailə vəziyyəti haqqında xəbərdar olduqlarını aydınlaşdırmalı, habelə gələcək ər-arvad və ya valideyn kimi onlara hüquqlarını və vəziyyətini izah etməlidir. Ərizənin forması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilir.  

Ümumi uşaqları olan şəxslər arasında nikah bağlandığı hallarda Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi onlara eyni zamanda atalığın müəyyən olunması qaydasını izah etməlidir.

3.6. Əvvəllər nikahda olmuş şəxslər yalnız nikahın pozulması haqqında şəhadətnaməni (surətini) və ya ərinin (arvadının) ölüm şəhadətnaməsi (surətini), yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya ondan çıxarışı təqdim etdikdə yeni nikah qeydə alına bilər.

3.7. Nikahın qeydiyyatının günü və saatı nikaha daxil olan şəxslərlə razılaşdırılaraq müəyyən edilir.

Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi ərizəni qəbul etdikdən sonra evlənənlərin razılığı ilə istirahət günü də nəzərə alınmaqla nikahın bağlanması günü və saatı təyin edilir.

Nikahın bağlanması vaxtının təyin olunması haqqında ərizədə, habelə ərizələrin uçotu jurnalında qeyd aparılır.

Nikahın bağlanması vaxtı elə təyin edilməlidir ki, o, eyni binada ölüm və nikahın pozulmasının qeydiyyatı ilə bir vaxta düşməsin.

Nikahın qeydiyyatı günü təyin edilərkən Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi nikaha daxil olanların nikahı təntənəli şəraitdə bağlamaq arzusunda olub-olmadıqlarını aydınlaşdırır.

Nikahda daxil olanlar nikahı təntənəli şəraitdə bağlamaq arzusunda olduqlarını bildirdikdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi bunun üçün şərait yaradır.

3.8. Nagah Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq onların iştirakı ilə bağlanır.

3.9. Üzrlü səbəblər olduqda nikahın bağlanma müddəti Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər.

Müddəti azaltmaq və uzatmaq üçün əsas ola bilən üzrlü səbəblərə təcili olaraq uzunmüddətli ezamiyyətə getmə və ya daimi yaşamaq üçün başqa yerə köçmə, birgə uşaqların olması, nikaha daxil olmaq istəyən qadının hamilə olması, evlənənlərin və ya onların yaxın qohumlarının ağır xəstəliyi, hərbi xidmətə çağırılma və digər hallar aid edilə bilər. Bu hallar müvafiq sənədlərlə (ezamiyyə vərəqəsi, tibb arayışı, doğum haqqında şəhadətnamə və s) təsdiq edilməlidir.

Xüsusi hallarda (hamiləlik, birgə uşağın olması, nikaha daxil olmaq istəyən şəxslərin hər ikisinin yaşının 50-dən yuxarı olması, bu Qaydanın 3.9-cu bəndində nəzərdə tutulmuş digər hallarda) nikah ərizə verilən gün bağlana bilər.

3.10. Konkret vəziyyətdən asılı olaraq hər bir ayrı-ayrı halda müddətin azaldılması və ya uzadılması vaxtı müəyyən edilir. Səbəbi göstərilməklə ərizələrin uçot jurnalında nikahın qeydə alınması müddətinin azaldılması və ya uzadılması haqqında müvafiq qeyd aparılır.

Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinin vəzifəli şəxsi nikahın bağlanması haqqında ərizəyə dərkənar yazmaqla ona icazə verir.

3.11. Nikaha daxil olmağı arzu edən şəxslər müəyyən olunmuş vaxtda gəlmədikdə və gəlməməyin səbəbi üzürlü hesab edilmədikdə nikahın qeydə alınması haqqında ərizə ləğv edilir.

Nikaha daxil olmağı arzu edən şəxslər fikirlərini dəyişmədikdə yenidən ərizə verməlidirlər. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi isə nikahı qeydə almaq üçün yenidən 1 aylıq müddət müəyyən etməlidir.

3.12. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. 

3.13. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruridir.

3.14. Nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin yerli icra hakimiyyəti nikah yaşının azaldılmasına icazə verdikdə nikah haqqında akt qeydinin 16-cı qrafasında "_______ rayon (şəhər, şəhərdə rayon) icra hakimiyyəti başçısının 20___ci il_________tarixli_______nömrəli sərəncamı ilə vətəndaş_________ nikah yaşı__________ilədək (ayadək) azaldılmışdır" məzmununda qeyd aparılır.

3.15. Nikahı qeyd etmək üçün təyin olunmuş günədək nikahın qeyd edilməsinə qanuni maneələrin olduğu haqqında Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ərizə daxil olarsa, qeydiyyat təxirə salınır, nikaha daxil olmağı arzu edən şəxslər bu barədə məlumatlandırılır, ərizə verənə ərizəni təsdiq edən sənədli sübutlar təqdim olunması üçün 1 aydan çox olmayaraq vaxt verilir.

Nikahın qeydiyyatı üçün maneələrin olmasını təsdiq edən sübutlar təqdim edildikdə, Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi nikahı bağlamaqdan imtina edir, nikaha daxil olmağı arzu edən şəxslərə bu barədə yazılı surətdə bildirir.

Müəyyən edilmiş müddətdə əsaslı sübutlar təqdim olunmazsa, nikah qeydə alına bilər. Bu barədə nikaha daxil olmağı arzu edən şəxslərə məlumat verilir.

3.16. Nikaha daxil olan şəxslərin arzusu ilə nikahın qeydə alınmasında digər şəxslər iştirak edə bilərlər. Nikah haqqında aktın qeydində imza edən şahidlər iki nəfərdən artıq olmamalıdır.

3.17. Müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrası zamanı məhkumlarla, barələrində həbs qətimkan tədbiri seçilmiş və istintaq təcridxanalarında saxlanılan şəxslərlə nikahın qeydə alınması aşağıdakı xüsusiyyətlər nəzərə alınmaqla, ümumi qaydada həyata keçirilir:

3.17.1. məhkumlarla və istintaq təcridxanalarında saxlanılan şəxslərlə nikah cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanalarının olduğu yer üzrə Qeydiyyat şöbəsi tərəfindən qeydə alınır;

3.17.2. nikah bağlamağı məhkum arzu edirsə, cəzaçəkmə müəssisəsinin müdiriyyəti onu müəyyən olunmuş forma üzrə nikah haqqında ərizə blankı ilə təmin edir. Məhkum ərizənin özünə aid hissəsini doldurduqdan sonra cəzaçəkmə müəssisəsinin müdiriyyəti ərizədə göstərilən məlumatları məhkumun şəxsi işindəki sənədlərlə tutuşdurur, onun imzasını və ərizədə göstərilən məlumatların doğruluğunu (cəzaçəkmə müəssisəsi rəisinin imzası və möhürlə) təsdiq edir;

məhkumun şəxsi işində onun ailə vəziyyəti haqqında məlumat olmadıqda, natamam və ya ziddiyyətli olduqda cəza müəssisəsi müvafiq orqanlar və təşkilatlar vasitəsilə həmin məlumatların alınması və ya dəqiqləşdirilməsi üçün tədbirlər görür;

bundan sonra cəzaçəkmə müəssisəsinin müdiriyyəti ərizəni məhkumun nikaha daxil olmağı arzu etdiyi şəxsə göndərir. Belə ərizəni alan şəxs nikah bağlamağa razı olduqda, özünə aid hissəsini doldurur və Qeydiyyat şöbəsinə şəxsən təqdim edir;

3.17.3. Qeydiyyat şöbəsi nikah haqqında birgə ərizəni qəbul edərək nikahın qeydiyyatı gününü və vaxtını cəzaçəkmə müəssisəsinin müdiriyyəti ilə razılaşdırmaqla müəyyən edir, bu barədə nigah bağlayan şəxslərə, o cümlədən məhkuma cəzaçəkmə müəssisəsinin müdiriyyəti vasitəsilə qabaqcadan məlumat verir;

3.17.4. məhkumla nikahın qeydiyyatı nikaha daxil olmaq istəyən şəxslərin iştirakı ilə cəzaçəkmə müəssisəsinin müdiriyyətinin Qeydiyyat şöbəsi ilə razılaşdırmaqla müəyyən etdiyi yerdə (binada, otaqda) həyata keçirilir;

3.17.5. barələrində həbs qətimkan tədbiri seçilmiş və istintaq təcridxanalarında saxlanılan şəxslərlə nikahın qeydə alınması eyni qaydada həyata keçirilir. Nikahın qeydiyyat tarixi isə cinaytə işi icraatında olan orqanla da razılaşdırılır;

3.17.6. müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrası zamanı məhkumlarla, barələrində həbs qətimkan tədbiri seçilmiş və istintaq təcridxanalarında saxlanılan şəxslərlə nikahın qeydə alınmasını digər tərəf arzu etdikdə, nikahın qeydə alınması bu Qaydanın 3.17.1-3.17.5-ci yarımbəndləri nəzərə alınmaqla, ümumi qaydada həyata keçirilir.

3.18. Azərbaycan Respublikasının ərazisində əcnəbi şəxs üçün nikahın bağlanma şərtləri onun ölkəsinin qanunvericiliyi ilə yanaşı Azərbaycan Respublikasının qanunvericiliyindəki tələblərə əməl olunmaqla müəyyən edilir.

Nikah bağlayan şəxsin vətəndaşlığı yoxdursa, Azərbaycan Respublikasının ərazisində nikahın bağlanması şərtləri onun daimi yaşadığı ölkənin qanunvericiliyi ilə və Azərbaycan Respublikasının qanunvericiliyindəki tələbləri əməl olunmaqla müəyyən edilir.

3.19. 1944-cü il 8 iyul tarixinədək faktiki nikah münasibətlərində olmuş şəxslər faktiki birgə yaşadığı vaxtı göstərib qeyd etdirmək yolu ilə öz nikahlarını rəsmiləşdirə bilərlər. Nikah münasibətlərinin bağlanılması vaxtı nikahı rəsmiləşdirən şəxsin göstərişinə əsasən nikahın qeydə alınması haqqında akt qeydinin 16-cı qrafasında yazılır.

1944-cü il 8 iyul tarixinədək faktiki nikah münasibətlərində olmuş şəxslərdən biri öldükdə və ya xəbərsiz itkin düşdükdə Qeydiyyat şöbəsi və konsulluq idarəsi faktiki nikah münasibətlərində olma faktını təsdiq edən məhkəmə qərarına əsasən nikah münasibətlərinin başlanması vaxtını göstərir. Nikahın bağlanması haqqında akt qeydində faktiki nikah münasibətlərində olma faktını təsdiq edən məhkəmə qərarının tarixi, bu qərarı çıxaran məhkəmə və bu qərara əsasən nikah münasibətlərinin bağlanması vaxtı göstərilir.

3.20. Nikaha daxil olmağı arzu edən şəxslərdən biri ağır xəstəliyi ilə əlaqədar nikahın qeydə alınması üçün Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyinin yerləşdiyi binaya (otağa) gələ bilmədikdə nikahın qeydiyyatı nikaha daxil olanların hər ikisinin iştirakı ilə, bu Qaydaların şərtlərinə əməl olunmaqla evdə, tibb müəssisələrində aparıla bilər.

Bu halda nikaha daxil olmağı arzu edən şəxsin Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyinin yerləşdiyi binaya (otağa) gələ bilməməsinin səbəbi həkim arayışı ilə təsdiq olunur və bu arayış nikah haqqında ərizəyə əlavə edilir. Nikah haqqında akt qeydinin 16-cı qrafasına nikahın bağlandığı yer və həkim arayışı barədə məlumatlar daxil edilir.

3.21. Nikaha daxil olmağı arzu edən şəxslərin müraciətinə əsasən nikah toy mərasimində qeydə alına bilər.

Nikahın qeydiyyatı günü təyin edilərkən nikaha daxil olmağı arzu edən şəxslər Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə nikahın toy mərasimində qeydə alınmaq istəyi barədə məlumat verirlər.

3.22. Nikahın bağlanması haqqında qeyd aparıldıqda nikah haqqında şəhadətnamə verilir.

3.23. Ər-arvadın hüquq və vəzifələri Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır.



4. ÖVLADLIĞA GÖTÜRMƏNİN QEYDƏ ALINMASI

4.1. Övladlığa götürənlər övladlığa götürmə haqqında məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən ən geci bir ya ərzində övladlığa götürmənin qeydə alınması məqsədilə Qeydiyyat şöbəsi və konsulluq idarəsinə müraciət etməlidirlər.

4.2. Övladlığa götürmənin dövlət qeydiyyatı övladlığa götürənlərin birgə ərizəsi və ya onlardan birinin ərizəsi ilə övladlığa götürmə haqqında məhkəmə qətnaməsinə əsasən qətnamənin çıxarıldığı yer üzrə Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən aparılır.

4.3. Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən övladlığa götürmə haqqında akt qeydi məhkəmə qətnaməsində və övladlığa götürənlərin və övladlığa götürülənin şəxsiyyətini təsdiq edən sənədlərdə göstərilən məlumatlar əsasında tərtib edilir.

4.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən övladlığa götürmə haqqında akt qeydi tərtib olunarkən övladlığa götürülənə soyad və ata adı verilməsi, habelə onun adının dəyişdirilməsi, övladlığa götürülmüş uşağın doğulduğu yerin və ya tarixin dəyişdirilməsi, övladlığa götürənlərin valideyn kimi yazılması zəruriliyi övladlığa götürmə haqqında məhkəmə qətnaməsinə əsasən müəyyən edilir.

4.5. Övladlığa götürülmüş uşağa övladlığa götürənin adı ilə ata adı və soyadı verilərsə, habelə övladlığa götürülənin adı dəyişdirilərsə və ya övladlığa götürənlər övladlığa götürülənin valideynləri kimi yazılarsa, eləcə də övladlığa götürülənin doğulduğu yer dəyişdirilərsə, övladlığa götürülmüş uşağın doğum haqqında akt qeydinə Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən dəyişikliklər edilir və bu dəyişikliklər nəzərə alınmaqla doğum haqqında ilkin şəhadətnamə verilir.

4.6. Əgər övladlığa götürülənin doğumu başqa yerdə qeyd olunubsa, övladlığa götürülənin doğumu haqqında akt qeydinə müvafiq dəyişikliklərin edilməsi məqsədilə akt qeydinin birinci nüsxəsinin olduğu yerdəki Qeydiyyat şöbəsinə və konsulluq idarəsinə bildiriş göndərilir. Həmin orqan doğum haqqında akt qeydində dəyişiklik edib doğum haqqında yeni şəhadətnamə göndərir və övladlığa götürülənin doğumu barədə akt qeydinin ikinci nüsxəsində eyni dəyişiklikləri etmək üçün bildirişi Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə göndərir.

4.7. Məhkəmə övladlığa götürməni etibarsız hesab etdikdə Qeydiyyat şöbəsi və konsulluq idarəsi övladlığa götürmə haqqında qeydi ləğv edir, övladlığa götürmə məhkəmə tərəfindən ləğv edildikdə isə övladlığa götürmə haqqında qeydlərdə övladlığa götürmənin ləğvi haqqında qeydlər aparır. Belə hallarda məhkəmənin övladlığa götürməni ləğv etmək haqqında qətnaməsi qanuni qüvvəyə mindikdən sonra övladlığa götürülənin doğumu haqqında akt qeydində övladlığa götürmədən əvvəl olmuş bütün ilkin məlumat bərpa edilir. Bu haqda Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə bildiriş göndərilir.

4.8. övladlığa götürənlərə övladlığa götürmə haqqında şəhadətnamə verilir.

4.9. övladlığa götürənlərin razılığı olmadan, onlar öldükdə isə qəyyumluq və himayə orqanının razılığı olmadan övladlığa götürmə haqqında hər hansı məlumat vermək, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarından övladlığa götürənlərin övladlığa götürülənin doğma valideynləri olmadığını göstərən çıxarışlar vermək qadağandır.

4.10. Övladlığa götürmənin sirri qanunla mühafizə olunur.

5. NİKAHIN POZULMASININ QEYDƏ ALINMASI

5.1. Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Bu halda nikahın pozulmasının dövlət qeydiyyatı aparılmır.

Ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikah pozula bilər.

5.2. Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikah onların razılığı əsasında Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən pozula bilər.

5.3. Yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikahın pozulması aşağıdakı hallarda Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən aparılır:

5.3.1. ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;

5.3.2. ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

5.3.3. ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətində azadlıqdan məhrum olunduqda.

5.4. Bu Qaydanın 5.3-cü bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda, nikah məhkəmə qaydasında pozulur.

5.5. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri Qeydiyyat şöbəsi və konsulluq idarəsində nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir.

5.6. Ərizə əsasında nikahın pozulmasını ər-arvadın və ya onlardan birinin yaşadığı və ya nikahın qeydiyyata alındığı yer üzrə, məhkəmə qətnaməsi əsasında nikahın pozulmasını isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə Qeydiyyat şöbəsi və konsulluq idarəsi qeydə alır. 

5.7. Ərizə əsasında nikahın pozulmasını ər-arvadın və ya onlardan birinin yaşadığı və ya nikahın qeydiyyata alındığı yer üzrə, məhkəmə qətnaməsi əsasında nikahın pozulmasını isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə Qeydiyyat şöbəsi və konsulluq idarəsi nikahın pozulması haqqında aktların qeydiyyat kitabında nikahın pozulması barədə akt qeydlərini aparır. 

5.8. Nikahın pozulmasının dövlət qeydiyyatı:

5.8.1. nikahın pozulması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə;

5.8.2. yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvadın nikahın pozulması haqqında birgə verdikləri ərizəyə;

5.8.3. məhkəmə qaydasında itkin düşmüş hesab edilən, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən və ya cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunan şəxslə nikahın pozulması haqqında ər-arvaddan birinin ərizəsinə;

5.8.4. məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsinə əsasən həyata keçirilir.

5.9. Məhkəmənin qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınması aşağıdakı qaydada aparılır:

5.9.1. məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında nikahın pozulmasını həm ər ilə arvadın hər ikisinin, həm də onlardan birinin ərizəsi üzrə Qeydiyyat şöbəsi və konsulluq idarəsi qeydə alır.

ər-arvadın yalnız birinin ərizəsi əsasında nikahın pozulması qeydə alındıqda, nikah pozulmuş hesab edilir;

5.9.2. məhkəmənin qətnaməsinə əsasən ər (arvad) nikahın pozulmasının qeyd edilməsi haqqında ərizə verdikdə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi digər tərəfin ərizəsi üzrə həmin Qeydiyyat şöbəsi və konsulluq idarəsində əvvəllər nikahın pozulması barədə akt qeydinin olub-olmamasını yoxlayır. Əgər nikahın pozulmasının dövlət qeydiyyatı aparılıbsa, nikahın pozulması haqqında akt qeydinə çatışmayan məlumatlar əlavə edilir, nikahın pozulması haqqında akt qeydinin ikinci nüsxəsi saxlanılan Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə bu barədə bildirilir. Müraciət etmiş tərəfə nikahın pozulması haqqında şəhadətnamə verilir, orada nikahın pozulması haqqında birinci tərəfə verilmiş şəhadətnamədəki tarix göstərilir. Əgər nikahın pozulmasının dövlət qeydiyyatı aparılmayıbsa və ərizəçinin nikahı haqqında qeydlərdə nikahın pozulması barədə məlumat yoxdursa və ya nikah başqa Qeydiyyat şöbəsi, konsulluq idarəsi, yaxud icra hakimiyyətinin nümayəndəliyində qeyd edilibsə, onda müvafiq Qeydiyyat şöbəsi və konsulluq idarəsində artıq pozulmuş nikahın qeydiyyatı barədə qeydlər olub-olmaması haqqında sorğu edilir. Bu cür məlumatların olmadığı bildirildikdə nikahın pozulmasının qeydiyyatı ümumi qaydada həyata keçirilir;

5.9.3. nikah Qeydiyyat şöbəsi və konsulluq idarəsində pozulduqda, nikahın pozulmasının dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır;

5.9.4. məhkəmənin qətnaməsinə əsasən nikahın pozulmasının qeydiyyatı haqqında ərizəyə nikahın pozulmasının qeydiyyatı haqqında ərizəyə nikahın pozulması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsindən çıxarış və məhkəmənin qətnaməsində dövlət rüsumunu tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş ər (arvad) tərəfindən dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməlidir. Qeydiyyat üçün ikinci müraciət etmiş şəxsdən dövlət rüsumunun ödənilməsi barədə sənəd tələb olunmur;

5.9.5. məhkəmənin qətnaməsi əsasında nikahın pozulması bu barədə ərizə verilərkən qeydə alınır.

5.10. Yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı üzrə nikahın pozulmasının qeydə alınması aşağıdakı qaydada aparılır:

5.10.1. yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvad nikahın pozulması haqqında ərizədə özlərinin qarşılıqlı razılıqlarını və onların yetkinlik yaşına çatmayan uşaqlarının olmadığını qeyd etməyə borcludurlar;

nikahın pozulması haqqında ərizəyə nikah haqqında şəhadətnamə və qeydiyyat üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməlidir. Şəhadətnamənin olmadığı hallarda nikahın pozulması haqqında ərizədə nikah şəhadətnamənin olması qeyd edilir;

5.10.2. ər-arvaddan birinin üzürlü səbəbə görə (ağır xəstəlik, uzun müddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) ərizə vermək məqsədilə Qeydiyyat şöbəsi və konsulluq idarəsinə gəlmək imkanı olmadıqda, gəlmiş ikindi tərəf ər-arvadın birgə ərizəsini və ya ər-arvadın ayrı-ayrı ərizələrini təqdim edir;

gəlməmiş tərəfin ərizədəki imzasının həqiqiliyi onun yaşadığı yerin Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən və ya notariat qaydasında təsdiq edilməlidir;

ərizə verərkən nikahın pozulmasının qeydiyyat tarixi müəyyən edilir, gəlməmiş ərə (arvada) bu barədə məlumat verilir;

5.10.3. nikahın pozulması ərizə verildiyi gündən 1 ay keçdikdən sonra həyata keçirilir;

5.10.4. nikahın pozulmasının qeydiyyatı ər-arvadın iştirakı ilə həyata keçirilir;

ər-arvad üzürlü səbəbə görə onlar üçün müəyyən edilmiş gündə nikahın pozulmasını qeyd etdirmək üçün Qeydiyyat şöbəsi və konsulluq idarəsinə gələ bilmədikdə, qeyd müddəti onların xahişi ilə başqa vaxta keçirilir;

müəyyən edilmiş vaxtda gəlməməyin səbəbi üzürlü hesab edildikdə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi yeni vaxt müəyyən etmədən onların gəldiyi gün nikahın pozulmasını qeyd edə bilər. Ərizədə və ərizələrin uçot jurnalında bu barədə qeyd aparılır;

gəlməməyin səbəbi üzürsüz hesab edildikdə, lakin ər-arvadın nikahı pozmaq arzusu dəyişmədikdə, onlar nikahın pozulması haqqında Qeydiyyat şöbəsi və konsulluq idarəsinə yenidən ərizə verə bilərlər. Qeydiyyat şöbəsi və konsulluq idarəsi nikahın pozulmasını qeyd etmək üçün yenidən 1 ay müddət təyin edir;

gəlməməyin səbəbinin üzürlü hesab edilməsini Qeydiyyat şöbəsi və konsulluq idarəsinin vəzifəli şəxsi müəyyən edir;

5.10.5. ər-arvadın biri və ya hər ikisi üzürlü səbəbə görə Qeydiyyat şöbəsi və konsulluq idarəsinə gələ bilmədikdə və nikahın pozulması üçün onların (onun) razılığını təsdiq edən və özləri (özü) olmadan nikahın pozulmasının qeyd olunmasına xahiş edən ərizə təqdim edildikdə, nikahın pozulmasını qeyd etmək olar. Bu zaman gəlməmiş tərəfin (tərəflərin) imzasının həqiqiliyi yaşadığı yerin Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən və ya notariat qaydasında təsdiq edilməlidir.

5.11. Ər-arvaddan birinin ərizəsi üzrə nikahın pozulmasının qeydə alınması aşağıdakı qaydada aparılır:

5.11.1. yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikahın Qeydiyyat şöbəsi və konsulluq idarəsində pozulması hallarında nikahı pozmaq haqqında ərizə vermiş ər (arvad) həmin ərizəyə arvadın (ərin) xəbərsiz itkin düşmüş və ya ruhi xəstəlik, yaxud kəmağıllıq nəticəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsini, yaxud da arvadın (ərin) azı 3 il müddətinə azadlıqdan məhrum edilməyə məhkum olunduğu barədə hökmdən çıxarışı, dövlət rüsumunun ödənilməsi barədə sənədi əlavə etməli və azadlıqdan məhrumetmə növündə cəza çəkən ərin (arvadın) və ya fəaliyyət qabiliyyəti olmayan ərin (arvadın) qəyyumunun, yaxud xəbərsiz itkin düşmüş hesab edilən ərin (arvadın) əmlakı üzərində qəyyumluq edənin ünvanını bildirməlidir;

5.11.2. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə nikahı pozmaq haqqında ərizə təqdim edildikdə, qeydiyyat şöbəsi və konsulluq idarəsi nikahın pozulmasını ərizə verilən gün ərizəçinin iştirakı ilə qeydə alır;

3 gün müddətində bu barədə //çıxarılıb// fəaliyyət qabiliyyəti olmayan ərin (arvadın) qəyyumuna, yaxud xəbərsiz itkin düşmüş hesab edilən ərin (arvadın) əmlakım idarə edənə məlumat göndərir. Müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxsə qəyyum təyin edilməmişdirsə, məlumat fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxsin yaşadığı yerin qəyyumluq və himayə orqanına göndərilir. Məlumatda uşaqlar haqqında, ər-arvadın ümumi birgə mülkiyyəti olan əmlakın bölgüsü haqqında və ya fəaliyyət qabiliyyəti olmayan və yardıma ehtiyacı olan ərə (arvada) aliment verilməsinə dair mübahisə olduğu halda, onun həlli üçün məhkəməyə müraciət etmək hüququ izah edilir; KMQ1

nikahın pozulması haqqında qeyd aparıldıqda, nikahın pozulması haqqında şəhadətnamələr verilir. Nikahın pozulması haqqında şəhadətnamə təqdim olunmaq üçün şəxsin yaşadığı yerin Qeydiyyat şöbələri və konsulluq idarələrinə və ya cəzaçəkmə müəssisəsinin müdiriyyətinə göndərilir, bu barədə ərizəçiyə xəbər verilir.

5.12. Ər (arvad) ona nikahdan əvvəlki soyadının verilməsini arzu edirsə, nikahın pozulmasının qeydə alınması zamanı bunu Qeydiyyat şöbələri və konsulluq idarələrinə bildirməlidir. Ərə (arvada) nikahdan əvvəlki soyadının verilməsi barədə həmin orqan müvafiq qeyd aparır.

5.13. Xəbərsiz itkin düşmüş və ya ruhi xəstəlik, yaxud kəmağıllıq nəticəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, yaxud cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum edilməyə məhkum olunmuş şəxslə nikahı pozmaq haqqında ərin (arvadın) ərizəsinə əsasən nikahın pozulması qeyd edilərkən nikahın pozulması haqqında ərizə verən ər (arvad) nikahdan əvvəlki soyadını daşımaq arzusunda olduğunu ərizədə göstərir. //çıxarılıb//   

5.14. Əgər nikahın pozulmasının qeydiyyatı nikahın bağlandığı yerdə aparılarsa, Qeydiyyat şöbəsi və konsulluq idarəsi nikahın bağlanması haqqında akt qeydində nikahın pozulması barədə qeyd edir və nikahın pozulması haqqında qeydin icrası üçün nikahın bağlanması barədə akt qeydinin ikinci nüsxəsinin saxlandığı Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə nikahın pozulmasının qeydiyyatı haqqında bildiriş göndərir.

5.15. Əgər nikahın bağlanması başqa yerdə qeydə alınıbsa, nikahın pozulmasını qeyd etmiş Qeydiyyat şöbəsi və konsulluq idarəsi nikahın pozulması haqqında qeydin icrası üçün nikahın bağlanmasının qeyd edildiyi yerdəki Qeydiyyat şöbəsi və konsulluq idarəsinə nikahın pozulması haqqında bildiriş göndərir.

Nikahın bağlanmasının qeyd edildiyi yerdə Qeydiyyat şöbələri və konsulluq idarəsi bildiriş əsasında nikahın bağlanması barədə akt qeydində nikahın pozulması haqqında qeyd edir və nikahın pozulması barədə qeydlərin icrası üçün bildirişi Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə göndərir.

5.16. Ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən ər (arvad) gəlib çıxdıqda, məhkəmənin müvafiq qətnaməsi ləğv olunmaqla nikah Qeydiyyat şöbəsi və konsulluq idarəsində onların birgə ərizəsinə əsasən bərpa oluna bilər.

Tərəflərdən biri yeni nikaha daxil olubsa, nikah bərpa oluna bilməz.

5.17. Qeydiyyat şöbəsi və konsulluq idarəsi ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən ərin (arvadın) nikahının pozulmasını qeyd etdikdən sonra o, gəldikdə və onun ölmüş elan edilməsi və ya itkin düşmüş hesab edilməsi barədə məhkəmənin qətnaməsi ləğv olunduqda, Qeydiyyat şöbəsi və konsulluq idarəsi həmin ərin (arvadın) ərizəsinə əsasən ona nikahın pozulması haqqında şəhadətnamə verə bilər. Həmin şəhadətnamə nikahın pozulması haqqında digər tərəfə verilmiş şəhadətnamə göstərilən tarix göstərilir.

5.18. Nikahın etibarsız sayılması hallarında, məhkəmənin nikahın etibarsız sayılması barədə qanuni qüvvəyə minmiş qətnaməsi əsasında vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydləri müəyyən olunmuş qaydada ləğv olunur, bu halda şəhadətnamə verilmir. Bu barədə Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə bildiriş göndərilir.

6. ATALIĞIN MÜƏYYƏN EDİLMƏSİNİN QEYDƏ ALINMASI

6.1. Ərizə əsasında Atalığın müəyyən edilməsinin qeydə alınması valideynlərdən birinin yaşadığı yerin, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yerin Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən həyata keçirilir. 

6.2. Atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır.

6.3. Qeydiyyat şöbəsi və konsulluq idarəsi ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yaşadığı yeri müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalığın müəyyən edilməsini yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanlarının razılığı ilə uşağın atasının ərizəsi əsasında qeydə ala bilər.

6.4. Valideynlərdən biri üzürlü səbəbdən atalığın müəyyən olunmasını qeyd etdirmək üçün Qeydiyyat şöbəsi və konsulluq idarəsinə gələ bilmədikdə, onun birgə ərizədəki imzasının həqiqiliyi yaşadığı yerin Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən və ya notariat qaydasında təsdiq edilməlidir.

6.5. Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən atalığın müəyyən olunmasının dövlət qeydiyyatı zamanı atalığın müəyyən olunması haqqında aktların qeydiyyat kitabında atalığın müəyyən olunması barədə akt qeydləri tərtib edilir.

6.6. Uşaq aralarında nagah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, habelə uşaq yetkinlik yaşına çatdıqda Qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsini atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi ilə məhkəmə qaydasında müəyyən edildikdə sonra məhkəmə qətnaməsinə əsasən qeydə alır.

6.7. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının Qeydiyyat şöbəsinə və konsulluq idarəsinə birgə ərizə vermələri ilə müəyyən olunur.

6.8. Yetkinlik yaşına çatmayan valideynlər nikahda daxil olmamışlarsa, onların uşaqları doğulduqda həmin valideynlər 16 yaşına çatdıqdan sonra atalığın müəyyən edilməsi məqsədilə müraciət edə bilərlər.

6.9. Atalığın müəyyən olunması haqqında birgə ərizə verməyin uşağın doğulmasından sonra qeyri-mümkünlüyü və ya çətinliyi güman olunduğu hallarda gələcək uşağın öz aralarında nikahda olmayan valideynləri bu ərizəni Qeydiyyat şöbəsi və konsulluq idarəsinə ananın hamiləliyi dövründə vermək hüququna malikdirlər. Əgər doğum qeydə alınanadək verilmiş ərizə ata və ya ana tərəfindən geri götürülməyibsə, yeni ərizə tələb olunmur və atalığın müəyyən edilməsinin qeydiyyatı doğumun qeydiyyatı ilə eyni vaxtda aparılır.

6.10. Atalığın müəyyən edilməsinin dövlət qeydiyyatının doğumun dövlət qeydiyyatı ilə eyni vaxtda aparıldığı hallar istisna olmaqla, atalığın müəyyən edilməsi haqqında ərizəyə uşağın doğum haqqında şəhadətnaməsi əlavə edilməlidir.

6.11. Bu Qaydanın 6.3-cü bəndində nəzərdə tutulmuş hallarda atanın ərizəsinə müvafiq olaraq aşağıdakı sənədlər əlavə olunmalıdır:

6.11.1. yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının müvafiq razılığını təsdiq edən sənəd;

6.11.2. ananın ölümü haqqında şəhadətnamənin surəti;

6.11.3. ananın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsindən çıxarış;

6.11.4. ananın valideynlik hüquqlarından məhrum olunması barədə məhkəmə qətnaməsindən çıxarış;

6.11.5. ananın xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsindən çıxarış və ya onun yaşadığı yeri müəyyən etməyin mümkün olmasını təsdiq edən daxili işlər orqanlarından müvafiq sənəd.

Atalığın müəyyən edilməsi haqqında akt qeydinin qeydlər üçün müəyyən olunmuş qrafasında bu sənədlər barədə məlumatlar qeyd olunur.

6.12. Yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının razılığı ilə yol verilir.

Bu barədə yetkinlik yaşına çatmış şəxsin razılıq ərizəsi valideynlərin ərizəsinə əlavə edilməlidir. Belə razılıq şəxsi imzası ilə valideynlərin birgə ərizəsində (atanın ərizəsində) də ifadə oluna bilər. Eyni zamanda, yetkinlik yaşına çatmış şəxs ərizəsində atanın soyadını qəbul etmək, yaxud bundan əvvəl daşıdığı soyadında (ananın soyadında) qalmaq arzusunda olduğunu bildirməlidir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydində müvafiq qeyd edilir.

6.13. Atalığın müəyyən olunmasını qeyd edərkən uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir, valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı uşağın yaşadığı yerin yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll olunur.

6.14. Doğum haqqında akt qeydində ata haqqında məlumat göstərilmişdirsə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsi barədə ərizəni qəbul etməmişdən əvvəl doğum haqqında akt qeydində ata haqqında məlumatın hansı əsasla yazıldığını yoxlamalıdır.

Uşağın doğum haqqında akt qeydində ata haqqında məlumat nikahın bağlanması və ya atalığın müəyyən edilməsi haqqında akt qeydlərinə əsasən yazılmışdırsa, doğum haqqında akt qeydində müvafiq dəyişikliyin edilməsi barədə məhkəmənin qərarı olmadan atalığın müəyyən edilməsinin qeydə alınmasından imtina olunmalıdır.

6.15. Uşağın doğumu Qeydiyyat şöbəsi və konsulluq idarəsində qeydə alınmamışdırsa, atalığın müəyyən edilməsinə doğum qeydə alındıqdan sonra yol verilir. Doğum haqqında akt qeydi itirildiyi hallarda atalığın müəyyən edilməsinin qeydiyyatı doğum akt qeydi qanunvericiliklə müəyyən edilmiş qaydada bərpa olunduqdan sonra həyata keçirilə bilər.

6.16. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər.

6.17. Atalığın müəyyən edilməsinin qeydə alınmasının doğumun qeydə alınması ilə bir vaxtda aparıldığı hallarda ayrılıqda doğum haqqında və atalığın müəyyən edilməsi haqqında akt qeydləri tərtib olunur.

6.18. Atalığın müəyyən edilməsi haqqında akt qeydində ana haqqında məlumatlar doğum haqqında akt qeydinə və ya doğum haqqında şəhadətnaməyə əsasən yazılır. Ana atalıq müəyyən edilənədək nikah bağladıqda, atalığın müəyyən edilməsi haqqında akt qeydinin qeydlər üçün müəyyən olunmuş qrafasında nikahın bağlanması haqqında akt qeydinin nömrəsi və tarixi, ananın soyadı barədə məlumatlar göstərilir.

6.19. Qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən olunması haqqında qeydlərə əsasən uşağın doğumu haqqında qeydlərdə dəyişikliklər edir və doğma haqqında yeni şəhadətnamə verir.

Doğum haqqında əvvəllər verilmiş şəhadətnamə ləğv edilir.

Doğum haqqında akt qeydlərinin ikinci nüsxəsində düzəlişlər edilmək üçün Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə edilmiş düzəlişlər barədə məlumat verilir.

6.20. Uşağın doğum haqqında akt qeydi başqa Qeydiyyat şöbəsində, konsulluq idarəsində, yaxud icra hakimiyyətinin nümayəndəliyində tərtib edilibsə, atalığın müəyyən edilməsini qeyd etmiş Qeydiyyat şöbəsi və konsulluq idarəsi doğum haqqında akt qeydinin birinci nüsxəsində müvafiq dəyişikliklərin edilməsi məqsədilə akt qeydinin birinci nüsxəsinin olduğu yerdəki Qeydiyyat şöbəsinə və konsulluq idarəsinə bildiriş göndərilir, həmin orqan doğum haqqında qeyddə dəyişiklik edir, doğum haqqında yeni şəhadətnamə göndərir və doğum haqqında akt qeydinin ikinci nüsxəsində dəyişiklikləri etmək üçün Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə bildiriş göndərir.

6.21. Atalığın müəyyən edilməsinin qeydə alınması barədə uşağın yaşadığı yerin yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanına və əhalinin sosial müdafiəsi orqanlarına 5 gün müddətində məlumat verilir.

6.22. Atalığın müəyyən edilməsi haqqında akt qeydinə əsasən atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi atalığın müəyyən edilməsi haqqında akt qeydinin 18-ci qrafasında göstərilir.

7. ADIN, ATA ADININ VƏ SOYADIN DƏYİŞDİRİLMƏSİNİN QEYDƏ ALINMASI

7.1. Adın, ata adının və soyadın dəyişdirilməsi bu Qaydaya və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"na uyğun olaraq həyata keçirilir.

7.2. Ad, ata adı və soyad dəyişdirildikdə, qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən bu barədə akt qeydi tərtib edilməklə qeydiyyat aparılır.

8. ÖLÜMÜN QEYDƏ ALINMASI

8.1. Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır.

8.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.

8.3. Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır.

8.4. Ölüm haqqında məlumat Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir. 

8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır.

Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

8.6. Ölüm, ölüm haqqında aktların qeydiyyat kitabında ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir.

8.7. Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümünün, ölüm haqqında məlumatın verilməli olduğu müddət keçdikdən sonra ölümün qeydiyyatı Qeydiyyat şöbəsində, konsulluq idarəsində və icra hakimiyyətinin nümayəndəliyində ölüm haqqında aktların qeydiyyat kitabında ümumi qaydalarla ilk qeydiyyat kimi həyata keçirilir, lakin sıra nömrəsindən sonra "Vaxtı keçmiş qeydiyyat" sözləri əlavə edilir.

Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeyd edilərkən ölüm haqqında akt qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir.

8.8. Naməlum (tanınmamış) şəxslərin ölümünün qeydiyyatı tibb müəssisəsinin müvafiq sənədində əksini tapan məlumatlar əsasında aparılır.

8.9. Yol getdiyi yerdə (qatarda, gəmidə, təyyarədə və s.) ölmüş şəxslərin ölümü yaxındakı Qeydiyyat şöbəsində, konsulluq idarəsində və icra hakimiyyətinin nümayəndəliyində qeyd oluna bilər.

8.10. Qəzaların icrası zamanı ölən məhkumların, barələrində həbs qətimkan tədbiri seçilmiş və istintaq təcridxanalarında saxlanılan şəxslərin ölümünün qeydə alınması ümumi əsaslarla həyata keçirilir.

8.11. Ölüm qeyd edilərkən, ölənin yetkinlik yaşına çatmayan uşaqları barəsində məlumatı olan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi uşaqların yaşadığı yerin yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanına bir gün müddətində məlumat verməlidirlər.

8.12. Ölümün qeydiyyatı zamanı ölən şəxsin, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən qəbul edilmiş şəxsiyyətini təsdiq edən sənədlər hər ay siyahı üzrə bu orqanların yerləşdiyi yerdə daxili işlər orqanlarının müvafiq qurumlarına, ölən şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs olduqda isə Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazəsini təsdiq edən sənədlər Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə təhvil verilir.

8.13. Ölmüş şəxs hərbi vəzifəli və ya çağırışçı olduqda, ölümün qeydə alınması zamanı Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi hərbi bilet və s. hərbi xidmətlə bağlı olan sənədləri onların hərbi qeydiyyat yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə təhvil verirlər. Bu orqanlar eyni zamanda, ölmüş şəxsin sənədlərinin Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə təhvil verilməməsi barədə də məlumatlandırılır.

8.14. Ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir.

8.15. Ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur.



9. VƏTƏNDAŞLIQ VƏZİYYƏTİ AKTLARININ QEYDİYYATI HAQQINDA TƏKRAR ŞƏHADƏTNAMƏLƏRİN VERİLMƏSİ

9.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir.

9.2. Təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər.

9.3. Təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir:

9.3.1. ərizəçinin adı, soyadı və atasının adı;

9.3.2. ünvanı;

9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı;

9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü;

9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar.

9.4. Əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. Nikahın bağlanması və ya pozulması haqqında təkrar şəhadətnamə tələb olunan hallarda nikahın kiminlə bağlanması və ya pozulması göstərilir.

9.5. Qeydiyyat şöbəsində və konsulluq idarəsində vətəndaşlıq vəziyyəti haqqında akt qeydləri olmadıqda, təkrar şəhadətnamə verilməsi haqqında ərizə icra olunmaq üçün Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə göndərilir.

9.6. Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivində vətəndaşlıq vəziyyəti haqqında akt qeydi barədə məlumatlar olmadıqda, ərizəçiyə vətəndaşlıq vəziyyəti haqqında akt qeydinin olmaması barədə arayış verilir (göndərilir).

9.7. Yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər.

Valideynlik hüquqlarından məhrum edilmiş şəxslərə uşağın doğumu haqqında təkrar şəhadətnamələr verilmir.

Ölüm haqqında təkrar şəhadətnamə ölmüş şəxsin qohumlarına verilir.

Əgər nikah pozulubsa, Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən nikahın qeydiyyatı haqqında təkrar şəhadətnamə verilə bilməz. Lazım gəldikdə keçmiş ərin (arvadın) xahişi ilə ona müvafiq arayış verilə bilər.

9.8. Qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir.

Təkrar şəhadətnamələrin göndərilməsi barədə vətəndaşların sorğuları 7 gün müddətində icra olunur.

Başqa şəhərlərdən tələb edilən təkrar şəhadətnamələr ərizəçinin yaşadığı yerin Qeydiyyat şöbəsinə və konsulluq idarəsinə göndərilir.

Hərbi qulluqçulara təkrar şəhadətnamələr hərbi hissə riskinin (komandirinin) adına göndərilə bilər.

Vətəndaşların ərizələrinin üzərində verilən (göndərilən) təkrar şəhadətnamələrin seriyası və nömrəsi, Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin, hərbi hissəsinin və digər dövlət orqanlarının adı, verilmə (göndərilmə) tarixi qeyd olunur.

Şəhadətnamələr yalnız sifarişli məktubla göndərilir.

9.9. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələr vətəndaşlıq vəziyyəti akt qeydlərinə və ya kağızı kitablarına uyğun yazılır.

9.10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələr yaş kağızı kitablarına əsasən verildikdə tarix yeni stillə göstərilməlidir. Bunun üçün yaş kağızı kitablarında göstərilmiş tarixə 1 yanvar 1901-ci il tarixədək edilən qeydlər barədə 12 gün, 1 yanvar 1901-ci il tarixdən 31 dekabr 1917-ci il tarixədək edilən qeydlər barədə 13 gün əlavə edilir.

9.11. Yer adları təkrar şəhadətnamənin verildiyi gün mövcud olan inzibati ərazi vahidlərinin adlarına uyğun yazılır.

9.12. Əgər vətəndaşlıq vəziyyəti akt qeydlərinin ayrı-ayrı qrafalarında heç bir məlumat göstərilməmişdirsə, şəhadətnamələrin həmin qrafalarında xətt çəkilir.

9.13. Akt qeydləri əsasında (yaş kağızı kitabları) təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələr kitablar üzrə yoxlanılır, ərizədə göstərilən ilik akt qeydləri nəzərdən keçirilir, həmin ilin vətəndaşlıq vəziyyətinin akt qeydləri olmadıqda, ərizədə göstərilmiş ildən üç il əvvəl və üç il sonrakı vətəndaşlıq vəziyyətinin akt qeydləri yoxlanılır.

9.14. Vətəndaşlıq vəziyyəti akt qeydləri haqqında arayışların verilməsi təkrar şəhadətnamələrin verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

9.15. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin surətləri yalnız Qeydiyyat şöbəsi, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi, məhkəmə, prokurorluq, milli təhlükəsizlik, daxili işlər orqanlarının, Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, notariusların sorğuları üzrə göndərilir.

9.16. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin və ya onların surətlərinin vətəndaşlara və bu Qaydanın 9.15-ci bəndində göstərilən orqanlar istisna olmaqla, digər təşkilatlara verilməsi qadağandır.

9.17. Təkrar şəhadətnamələrin (arayışların) xaricə göndərilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsilə qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

9.18. Təkrar şəhadətnamələr vermək haqqında vətəndaşların ərizələri Qeydiyyat şöbəsi və konsulluq idarəsində bir il müddətində saxlanılır, sonra məhv edilir.



10. VƏTƏNDAŞLIQ VƏZİYYƏTİ AKTLARININ QEYDİYYAT KİTABLARININ DOLDURULMASI

10.1. Vətəndaşlıq vəziyyəti aktlarının bütün qeydlərinin iki nüsxədə tərtib edilməsinə müvafiq olaraq, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları iki nüsxədə aparılır.

Vətəndaşlıq vəziyyəti akt qeydlərinin birinci və ikinci nüsxələri eyni vaxtda doldurulur və eyni sıra nömrəsi ilə nömrələnir.

 Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirən hər bir orqanda aparılan aktların qeydiyyat kitablarında akt qeydləri hər təqvim ilinin əvvəlində birinci nömrədən başlayaraq nömrələnir və il ərzində ardıcıl davam etdirilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin hər bir növünə ayrıca nömrə yazılır.

 Vətəndaşlıq vəziyyəti akt qeydlərinin korlanmış blankının hər iki nüsxəsinin üstündən qara və ya göy rəngli mürəkkəblə xətt çəkilir. Korlanmış blankın birinci nüsxəsi müvafiq hesabata əlavə edilir və Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təhvil verilir, ikinci nüsxəsi isə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabında saxlanılır. Korlanmış blankdakı akt qeydlərinin nömrəsi vətəndaşlıq vəziyyəti akt qeydi düzgün aparılan təmiz blanka keçirilir.

10.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında şəhadətnamədə göstərilən məlumatlar vətəndaşlıq vəziyyəti akt qeydlərində göstərilən məlumatlara uyğun olmalıdır.

10.3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilən metodiki təlimatla müəyyən edilir.

11. VƏTƏNDAŞLIQ VƏZİYYƏTİ AKTLARININ QEYDİYYATI HAQQINDA HESABAT

11.1. İcra hakimiyyətinin nümayəndəliyi hər ayın 2-dən gec olmayaraq hesabatla birlikdə doğum, nikah və ölüm haqında akt qeydlərinin birinci və ikinci nüsxələrini, tibb müəssisəsinin sənədini, həkim və feldşer arayışlarını əlavə etməklə, müvafiq rayonun Qeydiyyat şöbəsinə təqdim edir.

11.2. Qeydiyyat şöbəsi icra hakimiyyətinin nümayəndəliyindən daxil olmuş akt qeydlərinin düzgün doldurulmasını yoxlayır.

Tam tərtib edilməmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydləri yenidən tərtib olunmaq üçün icra hakimiyyətinin nümayəndəliyinə qaytarılır. Akt qeydləri müəyyən olunmuş qaydada tərtib edildikdən sonra üç gün müddətində geri göndərilməlidir.

11.3. Qeydiyyat şöbəsi hər ay bütün rayon, ayrı-ayrı qəsəbələr və kəndlər üzrə müəyyən olunmuş formaya əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında iki nüsxədən ibarət hesabat cədvəli tərtib edir. Növbəti ayın 7-dən gec olmayaraq hesabat cədvəlinin birinci nüsxəsini və tibb müəssisəsinin sənədi, həkim və feldşer arayışlarını əlavə etməklə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin yerli orqanlarına təqdim edir. Hesabat cədvəlinin ikinci nüsxəsi Qeydiyyat şöbəsi və konsulluq idarəsində saxlanılır. 

Vətəndaşlıq vəziyyəti aktlarının elektron məlumat bankının aparılmasını təmin etmək məqsədilə Qeydiyyat şöbələrində və icra hakimiyyətinin nümayəndəliklərində tərtib edilən bütün akt qeydlərinin birinci nüsxələri növbəti ayın 5-dən gec olmayaraq, Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təhvil verilir. 

Akt qeydlərinin ikinci nüsxələrindən ibarət olan vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları Qeydiyyat şöbəsində və konsulluq idarəsində saxlanılır. 

Doğum, nikah, nikahın pozulması və ölüm haqqında akt qeydlərində olan məlumatlar növbəti təqvim ayı bitdikdən sonra 20 gün ərzində Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivi, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivi tərəfindən elektron şəbəkə vasitəsilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim edilir.

11.4. Konsulluq idarəsi akt qeydlərinin birinci nüsxələrini Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə göndərir, ikinci nüsxələr konsulluq idarəsində saxlanılır.

11.5. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, konsulluq idarəsi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müəyyən olunmuş formada tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında yarımillik və illik hesabat cədvəli təqdim edir. Hesabat cədvəlinin ikinci nüsxəsi Qeydiyyat şöbəsi və konsulluq idarəsində saxlanılır.

11.6. Vətəndaşlıq vəziyyəti aktlarının elektron məlumat bankı yaradılır. 

Vətəndaşlıq vəziyyəti aktlarının elektron məlumat bankının (arxivinin) aparılması ilə bağlı Qeydiyyat şöbələrinın və icra hakimiyyəti nümayəndəliklərinin fəaliyyətinin təşkili qaydaları Ədliyyə Nazirliyi tərəfindən müəyyən olunur.

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı aparılarkən, bütün akt qeydlərində göstərilən məlumatlar Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində əks etdirilməsi üçün müvafiq kompüter sisteminə ötürülür.

11.7. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 



12. ŞƏHADƏTNAMƏ BLANKLARININ UÇOTU VƏ SAXLANILMASI

12.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsini, konsulluq idarəsinin icra hakimiyyətinin nümayəndəliyini müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və rayon, şəhər, şəhərdə rayon icra hakimiyyətləri vasitəsilə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şəhadətnamələri, ərizə blankları və qeydiyyat kitabları ilə təmin edir.

12.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blankları ciddi hesabat sənədləridir. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsləri vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blanklarının uçotunu və saxlanılması təmin etməlidirlər.

12.3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blankları yaranmayan şkaflarda və ya dəmir yeşiklərdə saxlanılır və işdənkənar vaxtlarda müəyyən edilmiş qaydada möhürlənir.

12.4. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən şəhadətnamə blanklarının qəbulunun nəticələri barədə iki nüsxədən ibarət akt tərtib edilir, aktın bir nüsxəsi Qeydiyyat şöbəsi tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyin, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə, konsulluq idarəsi tərəfindən Azərbaycan Respublikasının xarici İşlər Nazirliyinə və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanına təqdim olunur.

12.5. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinin vəzifəli şəxsləri vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blanklarını nömrələr üzrə yoxlanmaqla şəxsən qəbul edirlər.

Qüsurlu blanklar aşkar edildikdə (mühafizə toru, çap mətni olmadıqda və ya onlar zədələndikdə, eyni nömrəli, əyilmiş hərfli, düzgün kəsilməmiş, səhv formatlı blanklar olduqda, bağlamalardakı nişanlarla blank seriyaları və nömrələri uyğun gəlmədikdə) iki nüsxədən ibarət akt tərtib edilir. Aktın bir nüsxəsi uyğun gəlməyən blanklarla birlikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qaytarılır.

12.6. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blanklarının uçotu aşağıdakı istiqamətlərdə aparılır:

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində və müvafiq yerli icra hakimiyyəti orqanında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blankları mədaxil və məxaric uçot kitablarında, müvafiq olaraq Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi üzrə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blanklarının uçotunun şəxsi hesablar kitabında uçota alınmaqla;

Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyində vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blanklarının mədaxil və məxaric uçot kitablarında uçota alınmaqla.

12.7. Uçot kitabları dəqiq və aydın doldurulur, buraxılmış səhvlər müvafiq qeydlərdə düzəldilir.

12.8. Yarımillikdən sonra gələn ayın 13-dən gec olmayaraq yarımilliklər üzrə Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə, konsulluq idarəsi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, icra hakimiyyətinin nümayəndəliyi müvafiq yerli icra hakimiyyəti orqanına müəyyən edilmiş formada keçən yarımillik dövr üçün vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blanklarının istifadə olunması haqqında hesabat təqdim edirlər.

12.9. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blanklarının itirilməsi və ya oğurlanması hallarında tədbirlərin görülməsi üçün həmin gün daxil işlər orqanı vasitəsilə itirilmiş və ya oğurlanmış blankların axtarılması üçün tədbirlər görür, hadisə və görülmüş tədbirlər barədə Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə, konsulluq idarəsi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, icra hakimiyyətinin nümayəndəliyi müvafiq yerli icra hakimiyyəti orqanına məlumat verir.

12.10. Doldurularkən korlanmış vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində düzəlişlər edilməsi ilə əlaqədar olaraq dəyişdirilmək üçün təhvil verilmiş şəhadətnamələr əvəzinə təkrar şəhadətnamələr, tapılmış, digər Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən göndərilmiş və 6 ay ərzində vətəndaşlar tərəfindən alınmamış şəhadətnamələr məhv edilməlidir.

12.11. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və rayon (şəhər) icra hakimiyyəti bu məqsədlə yaradılmış komissiyalar ildə bir dəfədən az olmayaraq akt bağlamaqla yandırmaq yolu ilə məhvetməni həyata keçirirlər.

13. QEYDİYYAT ŞÖBƏSİNİN VƏ KONSULLUQ İDARƏSİNİN FƏALİYYƏTİNİN YOXLANILMASI

13.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeyd edilməsinin düzgünlüyünə nəzarət baxımından, Qeydiyyat şöbəsinin və Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinin, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinin, icra hakimiyyəti nümayəndəliyinin fəaliyyətinin yoxlanılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən, konsulluq idarəsinin fəaliyyətinin yoxlanılması ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

13.2. Bu məqsədlə qeyd olunan orqanlar aidiyyəti üzrə:

13.2.1. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarına, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarına düzgün əməl olunmasına;

13.2.2. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələri blanklarının müəyyən olunmuş uçot və saxlanılma qaydalarına əməl olunmasına;

13.2.3. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə təhvil verilməli olan sənədlərin-şəxsiyyəti təsdiq edən sənədlərin, hərbi biletlərin, qeyd edilmiş şəhadətnamələrin alınması, uçotu, təhvil verilməsi və ləğv edilməsi qaydalarına riayət edilməsinə;

13.2.4. vətəndaşların ərizələrinin və digər müraciətlərinin uçotu qaydalarına və icra müddətinə riayət edilməsinə .

13.2.5. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair metodiki təlimat və vətəndaşlıq vəziyyəti aktlarının elektron məlumat bankının (arxivinin) aparılması ilə bağlı Qeydiyyat şöbələrinın və icra hakimiyyəti nümayəndəliklərinin fəaliyyətinin təşkili qaydalarına riayət edilməsinə nəzarət edirlər.

13.3. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyinin fəaliyyəti iki ildə bir dəfədən az olmadan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada yoxlanılmalıdır.

13.4. Qeydiyyat şöbəsində və icra hakimiyyətinin nümayəndəliyində aparılmış yoxlamanın nəticələri barədə iki nüsxədən ibarət arayış tərtib edilir, arayışın birinci nüsxəsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir, ikinci nüsxə Qeydiyyat şöbəsində və icra hakimiyyətinin nümayəndəliyində saxlanılır.

13.5. Konsulluq idarəsində aparılmış yoxlamanın nəticələri barədə üç nüsxədən ibarət akt tərtib edilir, aktın birinci nüsxəsi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, ikinci nüsxəsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir, üçüncü nüsxə konsulluq idarələrində saxlanılır.

13.6. Qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsləri yoxlama aparılmasına səlahiyyəti şəxsə Qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin bu sahədə fəaliyyətinə aid bütün məlumat və sənədlər təqdim etməyə borcludurlar.

 





İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       22 iyul 2005-ci il tarixli 145 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 7, maddə 678)



2.       7 fevral 2006-cı il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 185)

3.       19 aprel 2006-cı il tarixli 110 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 378)

4.       14 oktyabr 2006-cı il tarixli 224 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 902)

5.       15 may 2007-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 546)

6.       25 oktyabr 2007-ci il tarixli 167 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 1026)

7.       07 fevral 2008-ci il tarixli 33 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 114)

8.       14 iyul 2010-cu il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 700)

9.       5 iyul 2011-ci il tarixli 108 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 737)

10.    10 fevral 2012-ci il tarixli 33 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 178)

11.    16 noyabr 2012-ci il tarixli 264 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 noyabr 2012-ci il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1203)

12.    11 dekabr 2012-ci il tarixli 295 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 14 dekabr 2012-ci il, № 279, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1359)

13.    29 mart 2013-cü il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 2 aprel 2013-cü il, № 67, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 348)

14.    29 may 2013-cü il tarixli 94 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 2 iyun 2013-cü il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 580)

15.    5 may 2014-cü il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 may 2014-cü il, № 107; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 554)

16.    8 avqust 2014-cü il tarixli 271 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 15 avqust 2014-cü il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 8, maddə 1005)

17.    13 may 2015-ci il tarixli 188 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 669)

18.    1 iyul 2016-cı il tarixli 263 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2016-cı il, № 144)



Konstitusiya Məhkəməsinin Qərarları

KMQ1 Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.2.3-cü maddəsinin və 182-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılmasına dair (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 7 iyul 2013-cü il tarixli qərarı) – (“Respublika” qəzeti, 20 iyul 2013-cü il, №156)



 
Yüklə 240,28 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə