Vətəndə əlacı olmayan ağır xəstəlik



Yüklə 0,55 Mb.
səhifə10/10
tarix10.05.2018
ölçüsü0,55 Mb.
#43389
1   2   3   4   5   6   7   8   9   10

Anar nə qədər ayağı yerə bərk basıb dərindən nəfəs aldısa da ürəy bulanması ulqumuna tıxcandı. O qalxıb cəld getdi ki, özün əl yuyulan yerə çatdırsın. O, tələsik mədəsin boşaldıb yerinə qayıtdı. İcra başçısı dedi ki, cənablar bizim rayon tarixində iki dəfə hörmətli Prezidentimizin idmana qayğısı nəticəsində keçən hesabat ilində iki ölkə çempionu, bir avropa gümüş medalçısı otuz iki nəfər müxtəlif dərəcəli idman ustası adı qazanıb. Bütün bunların sahəsində əhalimizindı. O, həyat səviyyəsi o biri ilə nisbətən hesabat ilində qırx faiz yaxşılaşıb.

Bu vaxt Anara elə gəldi ki, o dedi ki, yalançının atasına lənət. Özü də o bunu bərk dedi. O bu sözü ürəyindən keçirtdiyini yoxsa bərkdən dediyini yoxlamaq üçün ərtafa baxdı. O, sərbəst olmaq üçün arxada onu tanımayanların arasında oturmuşdu. Anar gördü ki, yanındakılar çaşqın və təəccüblə ona baxırlar. Deyəsən onlarında onu tanıyan bir nəfər ona baxıb gülümsündü. Ona yaxın oturab bir nəfər qalxıb zaldan çıxıb az sonra qayıdıb yerində oturdu. Anar başa düşdü ki, bu adam hər etimala qarşı zala təhkim olunmuş nəzarətçi agentlərdən biridi. Bir neçə dəqiqədən sonra çöldən zala daxil olan şişman bir kişi ara ilə gəzib Anara baxa-baxa keçib getdi. Anar ona yaxın oturan nəzarətçi agaentə baxıb:

- Sən mənim dediyimi olduğu kimi çöldəkilərə çatdıra bildin? Yoxsa. Əgər yoxsa eşitməmisənsə bir də deyirəm ki, yalançının atasına lənət. Sənin şübhən var ki, icra başçısı yalan danışır?

Oğlan qurdalanıb qızarıb bozarıb Anara heç nə demədi. O, gözləyirdi ki, indi çöldən bir neçə nəfər gəlib bu ağzı başına danışan oğlanı aparacaqlar. Ya da içəridə narahatçılıq yaranmasın deyə elə çıxanda onun qolların qandallayacaqlar.

İcra başçısı fikrin çırmalayıb sözün bütün gücündən istifadə edib prezidentin analoqu olmayan fövqaladə qayğısı nəticəsində rayonun necə çiçələnib əhalinin həyatının həmişə bahara çevrilməsidən rüşvətin korrupsiyanın kökünün kəsilib hüquq ədalətin tam bərpa olunmasından danışıb baris nümunə kimi əhalinin icra hakimiyyətinə inam və etinbarının artması nəticəsində sosial vergi toplamaq məişət xidmətləri və hüququ mühavizə məhkəmə sahəsində baş verən özbaşınalıqlardan bizə olan şikayətlərinin sayı üç dəfə artıb.



İcra başçısının bu məlumatından sonra yungül uğultu qalxdı. Deyəsən bunu onun da qulağı çaldı. Nə baş verdiyin ayırdı etmək üçün rəyasət heyətində oturmuş prezident aparatının nümayəndəsinə baxdı. Gördü o, çox sərt narazı halda ona baxır. Sonra yenə onun belə baxdığına aydınlıq gətirmək üçün öz birinci müavininə sonra prokurora baxdı. Gördü ki, onlar da çox təəccübə ona baxırlar. Sonra axırda dediyi sözləri yadına salıb bildi ki, çox böyük səhvə yol verib. Sonda dediyi bir cümlə ilə ona qədər bütün ilhamı ilə qurub yartdığı uğurlu hesabatın evini uçurub yerlə yeksən edib, bir anın içində onu tər basdı. Dəsmal çıxarıb boynunu sirsifətini sildi. Qabağındakı məruzəyə baxdı. Zalı gözdən keçirib yenə prezident aparatının nümayəndəsinə baxdı. Gördü ki, nəsə hörmətli nümayəndə baxışı ilə ona ürəy-dirəy vermək istəyir. Bir də onun çıxışlarını hazırlayan komminist partiyası dövründə uzun müddət partiya komitəsində təlimatçılıqdan ikinci katibliyə qədər yüksəlmiş Əşrəf müəlim ona tapşırmışdı ki, natiqlikdə ən böyük uğur dayanmadan ağzına nə gəldi danışmaqdır. Fasilə vermədən danışanda buraxdığın səhvi işlətdiyin ən qüsurlu fikri və ya sözü sənə qulaq asalların mülahizə etməsinə imkan vermirsən. Bir neçə yeni sözdən sonra onalar sənin əvvəl dediyindən əl çəkməyə məcbur olurlar. Natiqlikdə ən qorxulusu isə nə danışdığının əhəmiyyətinə varnaq, səhv etdikdən sonra dayanıb durmaqdı. Bu alışmaq istəyən ocağı piləmək kimi bir şeydi. Birinci müavin başçını vəziyyətdən çıxarıb ona nəfəs vermək xatirinə həm də zaldakıları qəra olduqları başçının çaşıb düz danışıq ruhundan ayırmaq üçün əl çaldı. Zalda bunu üçün tutuzdurulmuş adamlar bu cəpiki coşdurub zalı doldurdular. İcra başçısı özündən söz deməyə görə üzün bir neçə dəfə söyüb qarşısındakı yazılı məruzəni oxumağa başladı. Ölkəmizin beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklərdən artıqlaması ilə yerinə yetirdiyini insan haqları söz azadlığı insanların sərbəst toplaşmaq hüquqlarının bərqərar olunması sahəsində yüksək şəraitin yaradılımasından danışıb hörmətli prezidentin tapşırığı ilə heç bir qanun pozuntusuna yol vermədən şəffaf seçkilərin keçirilməsi sahəsində dünyada analoqo olamyan vətəndaş cəmiyyəti qurlmuşdu. O, səsin artıraraq özünü hirsli həm də nifrətlə yüklənmiş kimi göstərib, Anar icra başçısına nifrətlə tüklənmiş kimi sözün ona görə işlətdi ki, bu insanlarda məhəbbət də nifrət də saxtadı. Onlarda bu duyğuları hiss edib yaşada biləcək qəlb yoxdu. Insanın xarici aləmə münasibətini müəyənləşdiriən duyğunu bu iki cəhdi çox vacib cəhətlərdi. Və yiyəsini yiyələndiyi zəkanın səviyyəsini müəyyənləşdirməklə ondan kamillik tələb edir. Hadisələrə və insanlara yanaşma qiymət vermək ədalətliyi tələb edir. Ancaq bu icra başçısı və bunu kimi həyatını vəzifə mal, dövlət və şöhrətə həsr edən insanlar ancaq düzgün yönəlmiş zəkanın ortaya qoya biləcəyi ədalətli məhəbbət və nifrətdən məhrumdurlar. Onların şüuru xeyir verən yaxşı, xeyirli olmayan isə pisdir. Pis sənə rüşvət verirsə o yaxşılardandı, prinsip bunların həyat tərzidir.

Icra başçısı səsin qaldırıb gözü ilə zalı elə süzdü ki, elə bil onu hirsləndirib bu hala salanı barmağı ilə göstərib baxın budu o adam deyəcək. O dedi ki, ancaq əfsuslar olsun ki, bu boyda naliyyətləri gözü götürməyən həm xarici, həm də daxili düşmənlərimir prezidentimizin bu boyda zəhmətin gözdən salmağa çalışır və dövlətimizə zərbə vurmağa cəhd edirlər. Anacq qoy onlar bilsinlər ki, hörmətli Prezidentimizin apardığı uğurlu daxili xarici siyasət sahəsində göz qabağında bu parkların çəkilən yolların idman sahəsində ölkəyə gətirilən bu qədər qızıl medallarının qarşısında onların pis niyyətləri baş tutmayacaq. Başçı nə olar olar məruzəyə baxmadan bu axrıncı cümlələri özündən demişdi. ona görə dərhal başın qaldırıb zala baxdı. Sözünün bu səviyədə gurultulu alqışlarla qarşılanmasından qəhərləndi.

Söz sosialist əməyi qəhrəmanı iki dəfə Lelin ordenli şərəf nişanlı əmək də fərqlənmə və digər orden medallarla sinəsindən qurşağına qədər barmaq basmağa yer olmayan Xuduş Zərbəliyevə veriləndə yenə Anar ürəy bulanmasına dözməyib zaldan çıxdı.

***


O, halsız halda çarpayıya uzandı. İlahi mənə kökək ol. Bu nə idi? Mən nələrlə üzləşirəm. Bütün arzularım puç oldu. Bu cür ölkədə heç bir xeyirli toxum cöcərtmək olmaz. Mən işığına sığal çəkmək istədiyim hüququn qanadın dibindən qırıblar. Bir adamın öz həyatını yalan üzərində qurması mümkünsüzdür. Bu boyda hökümət bütün fəaliyyətin necə yalan üzərində qurub özü də heç nə olmamış kimi onun üstündə yaşaya bilir. Necə də gün kimi görüb bildikləri yalana coşqunluqla əl çalırlar. Hamısı da rayonu idarə edən ictimai mövqeyi olan ziyalı saylılan insanlar. Görəsən bunlar hansı yolla aldadılıb insan üçün ən böyük əksik gətirən yalana əl çalmağa cəlb ediblər. Tutaq ki, bunların bir hissəsi dövlət məmurlarıdı. Onlar alçaldılmış təntənəy qatılmaqla hörmət və mənliklərin pula çevirə bilirlər. Axı ondakıların əksəriyyəti sıravi müəllimlər həkimlər sıravi işçilər təqaüdçülər idi. Bəs onlara nə olub onlar nədən qorxub çəkinirlər. Ola bilməz axı onlar mənim gördüyüm onları əhatə edən bəlaları görməsinlər. Ya da görüb hər addımda insan alçalandan özbaşınalıqları görüb göz yumsunlar. Axı insan bu dərəcədə özün zülümə qurban verib hələ üstəlik ağasının başına asand qapaz vurması üçün könüllü başın aşağı əysin. Mən əvvəl elə başa düşürdüm ki, bir nəfərə beş nəfər kömək etməklə nəyisə etmiş olacam. Demə heç nə. lap evdəki pulun hamısın daşıyıb beş yüz min nəfər paylasam bu heç nəyi dəyişməyəcək. Bu öklənin bir hissəsi olan bu boyda rayonun ali icra hakimiyyəti hüquq mühavizə orqanlarının rayon məmur fəallarının qarşısında cəsarətlə belə hamının bildiyi yalan hesabat verə bilirsə deməli bu hal qanuni hal alıb. Və idarə etmənin bu cür forması rəsilməşdirilib.

***


Həmin hesabat müşavirəsindən aldığı zərbədən Anar özünə gələ bilmədi. Bura qədər o eşitdiyi sözlərdən şahid olduğu hadisələrdən ürəy bulanması əsəb gərginliyi keçirirdi. Indi artıq prokurorluğun polisin icranın digər dövlət idarələrinin binasın, televizordakı danışığın yox elə özün görəndə onu ürəy bulanması tuturdu. Nə qədər çalışdı ki, bu gündəlik həyat tərzinə çevrilmiş yalan yaltaqlıq möhtəkirlik və əmiranəlik üzərində qurulan həyat haqqında fikirləşməsin anacaq nə qədər çalışırdısa heç bir an da olsa bunlardan ayrıla bilmirdi. Buna görə də artıq o bütün günü gərginlik içində olur yaxşı yeyə bilmirdi. Və gecələr yuxusuz qalırdı. Anar buradan baş götürüb qaçmaq istəyirdi. Ancaq hara? Evləri ona cəhənnəmdə qaynayan qır qazanın xatırladırdı. O, evdə Anarın yaşaması üçün təmiz hava yox idi. Artıq Anar yorğan döşəkdən qalxa bilmirdi. Evdən anası zəng elədi. Anar Gövhər anaya dostlarına da demişdi ki, onun xəstələnməsi barədə evlərinə heç nə deməsinlər. O, nə xəstəxanaya gedirdi, nə də üstünə həkim gəlməyə icazə verirdi. Ancaq indi Gövhər ana Anarın vəziyyətindən qorxub onun anasına dedi ki, oğlunuz xəstələnib o bizim sözümüzə baxmır nə bacarırsınız tez gəlin.

***


Ölkədə o görkəmli həkim professor qalmadı ki, Anarı müayinə etməsin. Dünyanın ən görkəmli klinikalarının yoxlamsından keçdi, müayinələrin nəticəsi ilə malicə olundu. Artıq bir neçə ay idi ki, Anar evdə əlacı olmayan özü də yaxınları da bu dünyadan gedəcəyi günləri sayılan xəstə kimi yataqda qalmışdı. Rayona xəbər gəldi ki, Anarın vəziyyəti ağırdı. Anarın bu dörd ayda qazandığı bacıları Gülzar, Dilarə, Əsmarə, Çimnaz və Cəmilə bir şalların başlarına salıb ayıq yalın baş alaraq bizim son ümüdümüz olan qardaşımıza dəyməyə deyib küçəyə yüyürdülər. Anar yarı huşda mən qardaşımı görmək istəyirəm deyən Gülzarın nalə səsin eşitdi. O, yerindən dik atıldı. Yanındakı adamların arasında olan anasına baxdı. Anası uşağın belə diksinib qalxmasına təcüb etsə də..hə sənin o işlədiyin xaraba rayondan bir dəstə kişi ilə qadın gəliblər. Deyirlər biz Anarın qardaşıyıq. Bizi buraxın onu görək. Mən də onları...

Anar qalxıb çarpayıdan düşdü.

- Ana o Gülzar bacımın səsidi. Indi mən yuxuda onlarda idim. Elə yaxşı xörəy bişirmişdi ki. Tez de onları içəri buraxsınlar.

Hamı iki adamın köməyi ilə ayağa qaldırılan Anarın indi belə hərəkətə gəlib qalxıb çarpayıdan düşüb pəncərəyə qaçmasına donub qalmışdılar. Bacıları bir bir Anar qardaş deyə göz yaşları içində bağırlarına basıb qardaş hamımız ömrümüzü sənə qurban verməyə gəlmişik deyib göz yaşların sel kimi axıdırdılar.

Anar gözlərinin işığı ilə onlara baxıb:

- Gülzar bacı tez ol mətbəxə mənə kənd beçəsinin çığırtmasın bişir. Acından ölürəm - dedi.

Anar anasına dedi ki, bacılarım gedənə qədər mənim yatacağımı yığışdır. Nə qədər bunlar burdadı mənim yatmağa ehtiyacım olmayacaq.

Arif Anarın anasına dedi ki, xala bizə Anarın həkimi lazımdı.

Anası nə lazımdı mənə deyin mən deyərəm - dedi.

Arif dedi ki, xala mən özüm həkimlə danışmalıyam. Arif ikilikdə həkimə dedi ki, həkim biz Anarın xəstəliyin bilirik. Həkimin suallarına cavab verib Arif Anarın yalandan iyrəndiyini ətraflı professora izah edib dedi ki, onun xəstəliyi bu mühütün içində yaşamasıdı. Professorda xəstəliyin səbəbini başa düşüb Anarın atasına dedi ki, oğlunuz Azərbaycandan bu səbəblərə görə təcili çıxmalıdı. Özü də uzun müddətə. Yəni ölkədəki saxta mühüt yaxşılaşana qədər. Bu sərtlə ki, siz də oğlunuza ən azı beş il zəng etməyəcəksiniz. Əks təqdirdə sizin səsinizi eşidən kimi onun burdakı vəziyyəti xatırlayıb halı pisləşəcək.



Təyyarə havaya qalxıb yerdən uzaqlaşdıqca göz görəti Anarın əhvalı yaxşılaşırdı.

Yavər-2012
Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə