Vətəndə əlacı olmayan ağır xəstəlik



Yüklə 0,55 Mb.
səhifə2/10
tarix10.05.2018
ölçüsü0,55 Mb.
#43389
1   2   3   4   5   6   7   8   9   10

Gülzar ağlaya-ağlaya:

- Qardaş, heç olmasa adını de. Biz bunu heç yerdə demərik.

-Gecəniz xeyrə qalsın, bacı, sən də, uşaqlar da mənim adımı biləcəksiniz, ancaq hələlik lazım deyil. Sən mənim arxamca çıxma.

Gedən baş olduğu kimi qayıdanda da maşında sakitlik idi. Birdən Anar üzünü sürücüyə tərəf tutub:

- Bu rayonda indi mənim gördüyüm kimi kasıb ailələr çoxdur?

Sürücü dinib danışmayan bu cavan oğlanın ona belə yöndəmsiz sual verməsindən tutuldu. Özündən çox uşaq olan bu oğlanın onu niyə belə ələ salmasını səbəbini götür qoy edib ürəyində indi bunun qəlbinə dəyəcəm pulumdan kəsəcək, qəlbinə dəyməyəcəm məni maymaq hesab edəcək. Yenə özlüyündə əşi nə olar olar-deyib:

- Qardaşım, sən məni tanımaya-tanımaya niyə mənə belə sual verirsən? Nə olar sürücü olub xaltura eləyəndə, mənim də ali təhsilim var. Xalq təsərrüfatı institutunu bitirmişəm. Sən bilirsən ki, rayonda nə qədər kasıb var. Bağışla məni bəyəm göydən zaddan düşmüsən ki, bu boyda şeydən xəbərin olmasın?

Anar da sürücünün inadlı iradlarından pərt olub:

- Yenə sürücüyə tərəf dönüb:

- Sizin adınız nədi?

- Mənim adım Anardı- dedi.

Sürücü də mənim də adım Əlidir- deyib incik halda Anara baxdı.

- Qardaş hesab et ki, mə göydən düşmüşəm. Həqiətən həyatdan xəbərim yoxdur. Şəhərdə böyüyüb boya-başa çatmışam. Məktəbdən də başqa heç yerə çıxmamışam. Axı bilə-bilə sizə niyə belə sual verməli idim? Az çox baxdığım televizordan, ondan da az oxuduğum qəzetlərdən bir də unversitet müəllimlərindən aldığım məlumata görə elə bilirdim ki, camaat firavan yaşayır.

Sürücü Əli özündən aslı olmayaraq bir az yuxarı səslə:

- Qardaş oğl, oxşayır imkanlı ailədə böyümüsən. Anca adam inanmaq istəmir ki, harda böyüyürsən böyü bu qədər öz yaşadığın dünyadan xəbərsiz olasan. Elə götürək indi sən getdiyin yerdən. Mən bilirəm sən kimsən, nəçisən. Və ora nə məqsədlə getmisən. Ancaq mən bunlara yaxın kənddə yaşayıram. Tarverdini də ailəsini də yaxşı tanıyıram. O, fağır bir adamdır. Onun bunun həyətində fəhləçilik işi olanda bir tikə çörəyin qazanır. Bir qarın ac, bir qarın tox bir təhər yaşayır ki, acından ölməsinlər. Bu bədbəxt oğlu o vaxt qələt elədi qələt yox həqqi düz elədi bir biqeyrəti əzişdirdi ki, xalxın arvadınla nə işin var. Nə adamı oldu, nə də pulu. Üç il verdilə getdi yatdı gəldi. Sonra mal oğruları həm onun yatıb çıxmasından həm də işsizliyindən istifadə edib onu özlərinə qatmaq istədilər. O da onlara qoşulmadı. Onlarda bu acığa özləri oğurluq üstə tutulan da bunun üstünə şər atdıllar ki, heyvanın yerin bizə Tarvedi nişan verib. Hansı ki, həmin oğrulardan biri həmin heyvan oğurlanan kənddən idi. Tay müstəntiqdə məhkəmədə ona sual vermədi ki, sən həmin kənddən ola-ola sənə niyə başqa bələdçi lazım olub. Beş il verdilər bu bədbəxt oğluna getdi yatdı gəldi. İndi də qardaş oğlu, bütün rayon, polis də, prokuror da bilir ki, beş ay bundan qabaq bu heyvanları kimlər oğurlayıblar. Bu rayonda iki dəstə mal oğrusu var. Bunu uşaqdan böyüyə hamı bilir. Bilirsən bağışla məni bir misal var e “Ulağa gücü çatmır, palanı döyürlər”. Bu dəstələr güclü oğrudular. Oğurlayanda on baş iyirmi baş gomuş inək aparırlar. Beş altısının pulun verirlər polisə, işi batırırlar. Oğrulardan birinin də xalası oğlu icrada müavindi. O müavində prokuror ilə dostdur. Prokuror desə ki, rayonun yarısın batırmaq istəyirəm O da deyəcək ki, yarısın niyə hamısı qurbandı sənə. Heyvan yiyəsi çox yazdı ora bura bunlarda gördülər imkan yodur məcbur olub iş açdılar. Adın da qoydular ki, açılmır. Guya oğruları tapa bilmirlər. Axrı ki, yuxarılar heyvan yiyəsini beynəlxalq təşkilatlara yazmağınadan bezib düyməni basdılar ki, oğru tapılmalıdır. Bu insafsız uşağı da nə var, nə yox bu Tarverdi bir dəfə yalandan heyvan oğurluğun üstündə tutulub deyə bunu basdılar içəri. Qardaş oğlu, belə nahaq yalan işi Allah götürməz. Birinin pulu, adamı olmayanda onu diri-diri basdırmazlar. Bunları ona görə dedim ki, sən dedin ki, bu dünyadan xəbərim yoxdur, mən də deyirəm ki, bax elə bir getdiyin ailədə vəziyyət belədir. Onun dörd uşaqı, arvadı necə olacaq Allah bilir.

Anar söhbətin axrına yaxın tay danışığa qulaq asa bilmirdi. Onun gözün açıb getdiyi əlifba əlifbanın içində “ata”, “ana” sözlərində, “Vətən” şeri də, oxuduğu unversitet də, unversitetdə dərs deyən müəllimlər də, günlərlə oturub elm öydəndiyi kitablar da, oxuduğu kitabxanalar qarşıq alovlanıb yanırdı. Hüquq kitablarının tonqalından çıxan alov göyə qalxır, ətrafa səpələnir hər yeri yandırmağa başlayırdı. O hiss edirdi ki, bədəni od tutub yanır, başı gicəllənir. Ürəyi bulanmağa başlayırdı. Hiss edirdi ki, iyirmi üç illik ömrü də bu alovun içində yanıb külə dönürdü.

Bu qədər danışıqdan sonra bu oğlanın ona bir kəlmə də hə, yox deməməsindən şübhələnən sürücü Əli qarşıdan gələn maşınların düşən işığında dönüb cavan oğlana baxdı. Gördü ki, bayaq gördüyü bu göyçək oğlanın sifəti boğulub ala yanmış kömürə dönüb. Fikirləşdi ki, bu kimdisə bəlkə hökmət adamıdı. Ona görə mənim dediklərim ürəyinə yatmadı. Allah bilir, polisdə prakraturada nə qədər adam var ki, ola bilsin mən tanımadıqlarımdan biridir. Kim olur olsun mən demişəm lap soruşsa lap birdə deyərəm. Pullumdan da kəsəcəksə qoy kəssin. “Deyir dünyadan xəbərim yoxdu”. Mən də dedim ki, dünya bundan ibarətdi. Heç danışdıqlarım olan haqsızlıqların mində biri də deyil.

O, bu oğlanı götürdüyü yerə çatıb maşını saxlayıb:

- Çatdıq - dedi.

Anar sürücü tərəfdən səs eşitdi. Ancaq nə dediyin nə olduğun başa düşmədi. O, çaşmış halda Əliyə tərəf çevrildi. Ondan nə olub söruşdu. Sonra gördü maşın adyanıb yenə Əliyə baxanda Əli ona dedi ki, çatdıq.

Anar yenə fikirdən tam ayrıla bilmədiyinə görə bir şey başa düşməyib:- hara çatdıq - dedi.

Əli yenə bu oğlanın onu doladığın fikirləşib bir az əsəbi:

- Qardaş oğlu, səni götürdüyüm maşına mindiyin yerə çatdıq.

Anar ətrafa baxdı, gördü sürücü düz deyir. O, bir xeyli fikirə gedib:

- Əli, sən mənə qardaş oğlu demə, aramızda on on beş yaş fərq olsa da mənə Anar de. Mən də sənə elə dediyim kimi Əli deyim. Sonra da istəyirəm səndən bir xahiş edim.

Əli bir az fikirləşib hesab etdi ki, ayının min oyunu bir qozun başında olduğu kimi indi buda mənə deyəcək ki, indi pulum yoxdu, sabahda zadda verərəm. Ya da on manat əvəzinə üç manat çıxarıb elə olanım budur deyəcək. Ancaq belə xahişə cavab üçün başqa söz olmadığına görə buyur- dedi. Anar, eşidirəm səni.

- Əli, sənə pul versəm Traverdiyə iki gündən bir yemək, başqa lazım olan azuqə apara bilərsən, ya yox?

Əli bu tanımadığı bir azda şübhələndiyi hökumət adamı da hesab etdiyi oğlandan belə xahiş eşidəndə bir az çaşdı. Bir az sevindi, bir az da inanmayaraq- niyə aparmıram- dedi.

Anar əlin cibinə atıb pul çıxartdı. Bir hissə sayıb: “bunu tut”- dedi.

Sonra bir hisssə də sayıb: “bunu al”- dedi.

Əli iki dəst pulu əlində tutub ona baxmağa başladı.

- Əli, onun biri beş yüz manatdı. O sənindi. O biri min manatdı. O da Tarverdinindi. Sən sabah ona türmə üçün lazım olan pal-paltar, dəsmal, sabun diş sürtüsü, üz qırxan - ümumiyyətlə, mən yaxşı bilmirəm nə lazımdı al. Sonra yeməy, çörəy, siqareti bol elə. Sən bunalrı mənsiz onun yanına ötürə biləcəksənmi?

- Niyə ötürə bilmirəm. Türmənin rəisi ölür puldan ötəri. Növbətçilərə də beş dən üçdən verəcəm başıma dönəcəklər.

- Çox yaxşı, Əli. Pulla düzəlirsə nə qədər istəsələr ver. Tarverdi ilə görüş, öyrən dilə tut gör ona nə lazımdı al. Pulu heç nəyə əsirgəmə. İşdi görüşə bilsən höcət eləsə ki, bunu kim edir, denən dostun kimdisə o. Ancaq səni mən göndərməyimdən heç kimin xəbəri olmasın. Bunu kimdənsə qorxduğuma görə demirəm. Lazım olarsa bunun səbəbini sənə sonnra deyərəm. Əli bir şeyə inan. Mənim həqiqətən bu dünyadan yəni sizin yaşadığınız dünyadan xəbərim yoxdu. Yəni cəmi iki gün bundan əvvəl bu həyata atılmışam. Mənim bu rayonda ilk tanış olduğum Tarverdinin özünün ailəsinin taleyidi. Bir də sənsən. Başqa heç kimi tanımıram. İndi al bu mənim cib telefonum, sən də telefon nömrəni ver mənə. Hər an mənə zəng edə bilərsən. Mən də səninlə vaxtaşırı əlaqə saxlayacam. Əli onu da bil onsuzda biləcəksən mən cəmi üç gündü prakraturada müstəntiq işləyirəm.

Əli bir əlindəki pulu ona göstərib:

- Kaş bunu mənə sizin harda işlədiyinizi bilməmişdən deyəydiniz. Gözləyirdim ki, sözünüzü bitirəsiniz sonra deyim. Onu sizə deyəcəkdim Anar, Tarverdiyə yemək aparmaq üçün sizdən pul götürməyəcəyəm. Yəni mənə verdiyiniz bu beş yüz manatı deyirəm. Bunu geri alın xahiş edirəm.

- Əli, bu barədə bir kəlmədə danışma. Onu sənə ona görə vermirəm. Mənim var mən də sənə onu qardaş kimi verirəm. Sağmol gecən xeyirə qalsın.

Anar maşından düşüb getdi.

Əli xeyli əlindəki pullara baxdı: “Allah, səni tanımayana lənət, hələ yaxşı adamların kökü kəsilməyib. Deməli prokurorluqda belə adamlar var imiş. Düz deyirmiş yazıq uşaq ki, bu dünyadan xəbərim yoxdu. Bu dünyanın içində yaşayıb belə təmiz insaflı qalmaq mümkün deyil”.

Anar evə girib paltarın dəyişdi. Bir az evin ortasında dayanıb qaldı. Nə edəcəyini bilmədi. Çarpayıya uzandı. İstədi bu gün baş verənləri bir də əvvəl axır fikrindən keçirtsin. Qorxdu. Ürəyi sıxıldı. Qalxdı ayağa. Yadına düşdü ki, çörəy yeməyib. Mətbəxə keçdi. Hazır ancaq soyumuş xörəyə baxdı. Meyli heç nə istəmirdi. Elə bil indi doyunca yeyib süfrədən durmuşdu. Otağa qayıtdı. Kitablara baxdı. Əlliyə yaxın hüquqa aid kitab gətirib rəfə düzmüşdü. Kitablardan müdhiş bir qəh-qəhə qopdu. Tez gözün kitablardan çəkdi. Bədii kitab gətirməmişdi. Öz-özünə gülümsündü hansı bədii kitab oxuyacam ki, təkcə bu gün gördüklərimdən dramatik olsun. Darıxdığından televizorun düyməsin basdı. Kanalları bir-bir gəzdi. Yerli ötürücü olduğuna görə üç- dörd kanal işləyirdi. Onun ümumiyyətlə televiziya kanallarından xəbəri yox idi. Harda nə getdiyin bilmirdi. Fikrindən keçdi ki, Viktor Hüqonun “Səfillər” romanına çəkilmiş filim olsaydı ona baxardı. Ürəyindən İau Volyannan üzbəüz oturub söhbət etmək keçdi. Nə təhər olub ki, mən o kitabı dəfələrlə oxumuşam ancaq o həyatı çox uzaqda olan bir yuxu hesab etmişəm.

Tarverdi tutulandan sonra Gülzar o uşaqları necə saxlayacaq, necə oxudacaq, necə tərbiyə verib həyata təhvil verəcək. Necə ola bilər ki, insan dönüb İlyas Cəmşidov kimi olsun. Ancaq onu tutacaq.Özü də çox həvəslə. Tarverdinin dörd uşağı günahsız olaraq ən azı yeddi il atasız qalacaq. İlyas Cəmşidov qalib sərkərdə kimi kürsüdə yaylanıb fərəhlə öz uşaqlarına tamaşa edəcək.

Anar darıxdı. Tuşda yuyundu ki, bir az özünə gəlsin. Bu vaxt qapının ağzında hay-küy qopdu. O, saata baxdı gecə on idi. Bu vaxt nə hay-küydü bu görəsən?

Hay-küy azaldı. Tək-tək səs ucaldı. Xeyli keçdi səs dayanmadı. O, qalxıb qapıya tərəf getdi. İstədi qapını açıb nə baş verdiyin öyrənsin utandı. Öz-özünə “iki gündü gəlmişəm heç kimi tanımıram, heç kim də məni tanımır. Deyərər bu niyə burnun bura soxur”. Səslər ucaldı.

- Ay qardaş, vallah, billah bu balalarımın ölmüşünə yoxumuzdu. Adama neçə dəfə deyərlər. Axı biz də adamıq utanırıq, əziyət çəkirik. Olandan sonra niyə vermirik.

Qadının səsin kobud səs əvəzlədi.

- Mənə dəxli yoxdu sizin varınızdı, yoxunuzdu. İşıq işlətmisiniz pulunu verin. Hələ aktan da borcunuz qalıb. Verməyəcəksiniz mən də bütün girişin işığın kəsəcəm.

Başqa bir kişi:

- Camaatın işığın niyə kəsirsən? Verməmişik bizim işığımızı kəs, çıx get.

Anar bildi ki, söhbət işıq pulundan gedir. Qapını açıb elə qapının ağzından söhbətə qulaq asmağa başladı. Onu görən qapının ağzında dayanmış qonşu oğlan yanında iki uşaqla dayanmış arvadına: “sən keç içəri”- dedi.

İşıq pulu yığılanlardan danışan adam qonşu qapıdan çıxan Anarı görüb bir azda səsin qaldırıb:

- Sən qanan deyilsən. Qoy qonşuların da işığın kəsək onlar səni qandırar- dedi.

Ev yiyəsi dedi ki, qanmaz qanacaqsız sənsən ki, gecə bu vaxtı camaatı narahat edirsən. Gündüz gələrdin mən də bir yerdən on-on beş manat tapıb verərdim.

İşıq pulu yığan on-on beş manatı sox gözünə, səndən pulun hamısın alacam.

Ev yiyəsi:

- Ayə, mərifətsiz oğlu, məni qana salma rədd ol burdan- deyib ona tərəf aşağı düşməyə başladı.

İşıq pulu yığan:

- Kişiliyin var, əlini mənə toxundur, gör səni gecəynən necə basdıraram kepezeyə.

Anar cəld yerindən tərpənib qonşunun qolundan tutub onu yuxarı dartdı. Qonşu oğlan bilirdi ki, qonşuluğa köçən oğlan prakraturada müstəntiq işləyir. Ancaq indi onun qolundan belə sərt tutmasından əsəbləşib ona tərəf çevrildi. Oğlanın sifətindəki ona qarşı mülayim baxışadan yumşaldı.

Anar:


- Qonşu, xahiş edirəm sən keç içəri onunla özüm danışaram- dedi.

Anar oğlanı içəri salıb bir pillə aşağı düşüb yumşaqlıqla:

- Sizdə bura gəlin. Xahiş eləyirəm

İşıq pulu yığan kobud səslə:

- Bizim sizinlə işimiz yoxdu. Biz bu oğlana sübüt edəcəyik ki, nə istəsək onu da edə bilərik.

Anar:


- Yaxşı, nə istəyirsiniz ona da edərsinz, ancaq bir dəqiqə üçünüzü də mənim mənzilimə girməyi xahiş edirəm.

İşıq pulu yığanlar bir-birinin üzünə baxıb yuxarı qalxmağa başaldılar.

Anar onlara yer göstərib:

- Bir dəqiqəliyə oturun- dedi. Üzün qonşu ilə danışan oğlana tutub:

- Bu girişdə neçə nəfər işıq pulun verməyən var?

İşıq pulu yığan bir az bu oğlana zəhrimar sifətilə baxıb:

- Bura bax bizim sizinlə işimiz yoxdu. Sayğacınıza baxmışıq, bu mənzilin borcu yoxdu. Vaxtımızı alma bizim əlimizdə işimiz çoxdur.

Anar məcbur olub səsin qaldırdı:

- Mən səndən bir vətəndaş - sənin işıq istifadəçin kimi soruşuram: bu girişdə neçə nəfər işıq pulu verməyən var?

- İki nəfər özü də az borcları yoxdu - deyə işıq pulu yığan kobud səslə cavab verdi.

- Bəs girişdə necə mənzil var?

- On iki. Bunu niyə soruşursan?

- Ona görə soruşuram ki, iki nəfərə görə niyə on nəfər pul verənin işığın kəsirsən?

İşıq pulu yığan ayağa qalxıb:

- Yaxşı edirəm! Mən öz başıma deyiləm ki, müdir deyib mən də kəsirəm.

Anar gördü ki, ancaq yumşaqlıqla bu kobud oğlanla söhbəti başa vur bilər. Ona görə:

- Yaxşı, əcəb eləyirsən! Mən hər iki qonşunun işıq pulun ödəyəcəyəm. Acaq müdirin telefon nömrəsin ver onunla iki kəlmə danışım.

- Borcu çoxdu. Birinin altımış beş manat, o birinin də qırx beş. Onu siz...

Anar onun sözün kəsib:

- Sən otur çekini yaz.

O, əlin salıb cibindən iki yüz manat mizin üstünə qoydu. Özü də hərəsinə yüz manat, ancaq müdirin nömrəsin de.

Pulu görən işıqçı müdirin nömrəsin dedi.

Anar nömrəni yığıb salamlaşıb uşaqlardan öyrəndiyi adla:

- Mirzə müəllim, sizi on doqquz nömrəli binadan narahat edirəm. Sizin uşaqlar iki nəfər borcluya görə bütün bir girişin işığın kəsmək istəyirlər.

Müdirin kobud səsi gəldi:

- Yaxşı eləyirlər! Mən demişəm.

- Mirzə müəllim, axı biz pulu ödəmişik. Bizim günahımız nədi?

- Mən müstəntiq deyiləm sənin günahının nə olduğun müəyyənləşdirəm. Demişəm lap bir nəfər verməsə bütün binanın işığın kəssinlər.

- Mirzə müəllim, biz birdən nazirliyə şikayət edərik. Yaxşı düşməz.

Telefonun o başından lovğa, iyrənc iddialı gülüş eşidilidi:

- Məni öz arxamla qorxutma. Nazir deyir biz də edirik. Özü də az danış. Vaxtımı alma.

- Onda biz prezidentə şikyət edərik.

- O..özü. Ə qanacqsız dedim başımı ağrıtma. Hara şikayət edirsən et!

Müdir telefonu söndürdü. İşıq pulu yığan çeki yazıb Anara verib:

- Biz üç nəfərik. İşığı kəssəydik çörək pulumuz çıxaçaqdı. Tay sizin xətrinizə görə kəsmədik. Bizi də gör nə qayırırsan, on-on beş manat ver gedək, çörək yeyək.

Anarın bütün bədəni əsirdi. Onun şüuru özündə deyildi. Adətində tərbiyəsində olmadığı bir dəli kimi qışqırıb bağırmaq bu adamlar qarşıq gözünə görükən hər şeyi vurub dağıtmaq istəyirdi. Ancaq bununla belə onu bilirdi ki, kimsə səndən nəsə istəyirsən onu əli boş qaytarmaq olmaz. Gedib paltarlarının cibin eşib bir iyirmiliy tapıb gətirib işıq pulu yığana verib, əlin atıb cibindən vəsiqəsin göstərib:

- Mən prokurorluğun müstəntiqiyəm. Adım Anar. Soy adım Poladlıdı. Sən də çox tərbiyyəsiz kobud adamsan. İndi mənim qonşumun əvəzinə sənin canın çıxar gözünün içindən müdirinə deyərsən sabah saat onda olar mənim yanımda.

İşıq pulu yığanların gözləri bərələ qalaraq otaqdan çıxdılar.

Anar qapını bağlayıb otağın ortasında xeyli dayandı. O nəsə eləmək başın qatmaq istəyirdi, yadına düşdü ki, kaş unversitetin idman zalı burda olaydı.

Anar kitabı sevdiyi kimi idmanı da sevirdi. Bir də hüquq vakultəsində bu işə ciddi əhəmiyyət verirdilər. Onun samboya, güləşə çox həvəsi var idi. İndi uşaqların biri ilə yorulana qədər süprüşüb həyacanını soyuda bilərdi. Bir fikirdə tapıb ondan yapışa bilmirdi. O, heç vaxt boş oturmamışdı. Çarpayıya uzanıb gözlərin tavana dikməmişdi. Kitab, ancaq kitab. Dönüb kitablara baxdı. Kitablar nə dinib danışırdılar, nə də onu harayladılar. Onlar buz, əski parçasına, daş-kəsəyə dönüb dəyərlərin itirmişdilər. Özü də bircə günün içində. Cəmi iki gün bundan qabaq Anar bu kitabları ömrünün parçaları kimi əbədi yolyoldaşları kimi min həvəslə bu rəfə düzmüşdü.Birdən kitabalrın arasından müstəntiq İlyas Cəmşidovun “Bilirsən iş o vaxt açılmalı idi. Nə oldusa kim bu işin qabağına əl qoydusa iş atıldı kənara” səsi gəldi. Sonra prokuror heyvan yiyəsin iki dəfə çağırıb əşşi heyvanlarının qiymaətin de, artıqlaması ilə verək, yazı pozudan əl çək. Sonra da ilə Tarverdiyə səni Bayılla buranın arasında sürütdürəcəm” sözləri gəldi. Anar qaçırmış kimi tərpənib özün kürsüyə yıxdı. O başın iki əli ilə sıxıb dayandı.

Nədənsə bir neçə dəfə atasının onu özü ilə təzə bazara aparması yadına düşdü. Bazarda kənddən şəhərdən olan satıcıların onunla necə xoş sifətlə şirin dillə nəzakətlə söhbət etdiklərin xatırladı. Həmin yadında qalan adamlarda müstəntiq İlyas Cəmşidovu yanaşı qoydu. Görəsən, Cəmşidov da bu kitabları oxuyub? Yox ola bilməz ki, bu kitabları oxuyub öyrənəsən hüququn ədalətin, müqəddəsliyin biləsən. Sonra da onları beləcə kobudcasına pozasan. O, yerindən qalxıb gəzişməyə başladı. Gözü çox qapıya dikildi. Qapının arxasından qonşu gənc ananın bayaq işlətdiyi sözləri sanki təzədən eşitdi. “Ay qardaş vallah billah balalarımın ölmüşünə yoxumuzdu”.

Anargilin evlərində dəfələrlə xüsusi bank kisələrində gördüyü pullar gözünün qabağına gəldi. Bu dolu kisələr ardı arası kəsilmədən gəlib gedirdi. O, heç vaxt bunların hardan gəlib hara getdiyini kimə məxsus olduğuna fikir verməmişdi. İndi o fkirləşdi ki, bu pullar bizə atama aid olmasa idd onlar bizdə görünməzdilər. Bizim evimiz bank filalı olmayıb. O pullar biz də olsun. Sonra atasının həmişə telefonla kiməsə beş miliyona qədər pulun verilməsin dediyin eşidirdi.Onların şəhərdə çoxlu sayda şirniyat və ofisləri olduğunu bilirdi. Tikinti şirkətlərindən gedən söhbətləri eşidirdi. Bəs bütün bunlar haqqında bunların haradan yarandığı barədə niyə düşünməyib. Nə olsun onun atası nazirdi. Nazir nə qədər əmək haqqı ala bilər ki, belə ailə saxlasın. Şirkətlər sahibi olsun. Bütün bu işlərə ondan böyük qardaşı və bir də bacısının əri rəhbərlik edirdi. Hərdən də atası zarafata salıb “Anar da fürsətin belə yaxşı məqamında qurşandı kitablara. Uşaqlar da bu qədər işin öhdəsindən gəlməkdə, hamı pul dalınca düşəndə heç olmasa bir nəfərdə elmlə məşğul olsun. Səni institut qurtarandan beş il sonra prokuror edəcəm” deyirdi.

Anar indiyə qədər bəlkə də on-on beş dəfə içki içməmişdi. O, bilə-bilə ki, evdə içki yoxdu özünə təsəlli vermək üçün mətbəxə göz gəzdirdi. Az qaldı ki, gedib qonşunu çağırıb ona desin ki , evində içki varsa götür gedək bizə, yoxdusa pul verim get ya da gedək alaq gətirək. Fikrləşdi ki, elə birinci gündən bu qonşunun məndən acığı gələr. Fikirləşər ki, bu piyanıska hardan gəldi çıxdı bura. O, geyinib küçəyə çıxdı. Taksi saxlatdırıb:

- Məni bu vaxt işləyən yeməkxanaya apar. Babat yer olsun.

O, taksidən düşüb:

- Bir saatdan sonra gəl burda məni gözlə- dedi.

O, yeməkxanadan qayıdıb evə girəndə hiss etdi ki, başı gicəllənir, ürəyi də bulanır. Hissiyatı kütləşmişdi, buna sevindi. Çarpayıya uzanıb nə vaxt yuxuladığın hiss etmədi.

İşıq idarəsinin müdiri qapını döyüb içəri girdi. Salam verib tandığı İlyas Cəmşidovun üzünə dişin ağardıb Anara tərəf çevrilib:

- Yoldaş kərimov məni siz çağırtdırmısınız? -dedi.

Müstəntiq Cəmşidov dünən gələn müstəntiqin bu gün işıq idarəsinin müdirin yanına çağırtdırmasına təəccüb etdi. Ürəyində “köpək oğlu dərhal hiss elətdirir ki, atasının balasıdı. Birinci kimdən başlamağı yaxşı bilir”. Sonra fikirləşdi ki, ola bilsin, mənzilində nəsə elektirik işi gördürəcək. O:

- Mən də dedim görəsən səhər-səhər bu bizə siftə verməyə gəlib. Hə deməli özün gəlməmisən?

Anar ciddi şəkildə müstəntiqə baxıb:

- İlyas müəllim, zəhmət olmasa mənim bu adamla beş dəqiqə ikilikdə söhbətim var. Buna şərait yarat.

Cəmşidova elə bil donuz gülləsi dəydi. O pərt olub yenə fikirində “bu nazir oğlu deyəsən bizim başımıza bəlaya çevriləcək. Həyasızlığa bax, ay ikinci günün başlanğıcında məni otaqdan çıxarır”.

O, ayağa qalxıb işıq idarəsinin müdirinin yanında nüfuzunu qorumaq üçün:

- Bir az tez elə, işim çoxdur- dedi.

Anar qalxıb qapını arxadan bağladı. Gəlib müdirlə üzbəüz dayanıb:

- Axşam mənə dedin ki, sən tapşırmısan,iki nəfər işıq pulu verməyənlərə nəyinki bir kişinin, həttada bütün binanın işığın söndürsünlər. Özü də dedin ki, yaxşı eləyirəm.

Müdir nəsə demək iştədi, Anar onu danışmağa qoymadı.

- Qoy mən sözümü qurtarım, sonra sən danışarsan. Sonrada dedi ki, nazir deyib sən də eləyirsən. Sonra da mən sənə deyəndə ki, Prezidentə yazacağıq sən də dedin ki, hara yazırsan yaz.

İşıq idaərsinin müdiri tələsik:

- Mən bilmədim sizsiz yoxsa...

- Hə bilmədin səninlə danışan müstəntiqdi, özü də nazir oğlu. Deməli mənim kimlərdən başqa hamı ilə mənimlə danışdığın kimi danışa bilərsən. Sənə bir sual verəcəm. İkincisin yox. Sənin nazirin güclü olar, yoxsa bizim Respublikanın baş Prokuroru?

Müdir dedi ki, sizin.

Anar var gücü ilə müdirin sinəsindən aşağa əyiləndə boynunun ardından zərbə vurdu. İşıq idarəsinin müdiri ağzı üstə yerdə sərili qaldı. Anar keçib yerində oturdu. Bir neçə dəqiqədən sonra müdir yerində qacınıb yavaş-yavaş ayılı özünə gəlib güclə ayağa qalxıb divara söykəndi. Anar ona yaxınlaşıb:

- Deməli, mən səni düz başa düşmüşəm. Mənim nazirim səninkindən güclüdür. Ona görədə istədiyim vaxt səni çağırtdıracam, ya da gətirtdirib bax belə bundan da yaxşı döyəcəm. İndi çıxart pencəyini təmizlə. Üst başını düzəlt, burdan elə get ki, səni heç kim görməsin.

Müstəntiq Cəmşidov gəlib öz yerində oturandan sonra bir az ora-bura qurdalanıb Anara baxdı. Cavan müstəntiqin bozarıb tutulduğun hiss etdi. Ürəyinə gəldi ki, bu nazir oğlu bayaq mənim dediyim “işim var, bir az tez qurtar” sözümdən narazı qalıb. Birdən götürüb atasına zəng edər ki, burda mənə şərait yaratmayan bir müstəntiq var. Denən onu burdan rədd eləsinlər. O, üzünə xoşluq gətirib:

- Əvvəl elə də yaxşı başa düşmədim, sonra elə bil yuxudan ayıldım ki, axı sən təzə binəsən, evində əlli çatışmamazlığın ola bilər. Biz də dünəndən bəri ağzımıza su alıb oturmuşuq. Demirik ki, ay Kərimov, bir dərdin-sərin olsa bizə xəbər elə. Deyəsən evində elektirik əngəli var?

O, müstəntiqin dinmədiyin görüb birdən Mirzə bunun dediyinə nəm- nüm edər.

- Pis oğlan deyil. Bayramlarda, ad günlərində deməmiş özü gəlir bizə hörmət eləyir. Pulun da başına Allah elə daş salıb ki, burdan gəlir, ordan gedir. Həyətdə o qədər iş güc var ki, birin qurtarırsan o biri başlayır. Böyüyüm oğlandı. Hüquqa sala bilmədim. Bu test çıxaranın Allah evin yıxsın,onu bir təhər Xalq Təsərrüfatına düzəltdim. Tay çöldə qalmayacaqdı ki. Bir təhər bir üç otaqlı ev aldım, dedi hamı maşında gəlir gedir. Onu da bir təhər edib alıb altına qoydum. İndi də bu il qız orta məktəbi qurtarır. Deyir həkdi-təkdi tibb institutdu.Ora da bu il yüz iyirmi, yüz otuz min olub. Gələn il Allah bilir aşağısı yüz əlli min olacaq. Qardaşım deyir özünü çox darıxdırma, ortaqlaşıb bir təhər düzəldərik. O da öz rayonumuzda polis rəsisi işləyir.

Səhər rayonlarında polisin sahə rəisi belə yerin bizim kimi prokuror müstəntiqindən on dəfə yaxşı dolanır. Allah bərəkət versin, narkotik işinə. Biri ikisi bəxtinə çıxıb toruna düşdü. Ondan sonra heç ömür boyu işləmə, çıx otur evdə.Yoxsa bizim kim lüt oğru Tarverdidən nə çıxacaq.


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə