Vətəndə əlacı olmayan ağır xəstəlik



Yüklə 0,55 Mb.
səhifə3/10
tarix10.05.2018
ölçüsü0,55 Mb.
#43389
1   2   3   4   5   6   7   8   9   10

Anar müstəntiqin bu son sözündən elə bil yuxudan ayıldı. O, başın qaldırıb Cəmşidova baxdı:

- Niyə, Tarvediyə nə olub ki? Haradan necə belə tez öyrəniblərsə axşam təlbə yoldaşımın qohumu gəlmişdi yanıma. Dedi ki, səni Allah gönrərib bura. Bizə kömək elə. Tarverdinin qayınları qardaşları nə bilim Bakıdakı bir iki qohumları on min toplayıblar, prokurora de alsın o pulu, o gedəni buraxsın. Mən də dedim ki, mən elə şey edə bilmərəm. Təzəyəm tay pul nətəhər olur. Razısınızsa deyim gətirsinlər.

Müstəntiq Cəmşidov bir az diqqətlə Anara baxıb:

- Deyirsən bu yüz faizlik söhbətdi?

- Mən faiz bilmirəm. Ancaq bu sözü mən deyirəm sizə.

- Onda bir dəqiqə görüm şeyf nə deyir.

O, bir azdan qayıdıb gəldi. Yerinə oturmayıb Anara yaxınlaşıb:

- Şeyf deyir ki, bu pis deyil. Cəhd etmək olar. Heyvanı oğurlanan Sədulla kişi izahatın geri götürməlidir. Gərərk bir də onun yanına adam göndərəm. Pul təklif eləyək görək nə deyir.

- Şeyfə de ki, Sədulla kişilik əngəl yoxdu. Tarverdinin adamları deyirlər ki, onunla özümüz razılaşacağıq. Gəlib izahat verəcək ki, heyvanları tapıblar. Müstəntiq Cəmşidov Anarın bu sözündən sonra yerindən tullanırmış kimi tərpənib:

- Tay bu çim yağ oldu ki, deyib otaqdan çıxdı.

Anar anasına zəng edib:

- Ana, mənə iyirmi min pul göndər- dedi.

Anası üç gün bundan qabaq evdən elə demək olar ki o qədər pulla çıxan oğlunun bu tezlikdə yenə bu qədər pul istəməsindən narahat olub:

- Oğlum Anar!...

- Ana bilirəm nə deyəcəksən. Evdən götürdüyüm pulu itirməmişəm sorğusuz-sualsız atamgilə də hay-haray salmadan vəkildən mənə iyirmi min pul göndər. Elə et ki, pul üç saata mənə çatsın. Sağ ol nigaran qalma.

Anar Əlinin maşınına oturub salamlaşıb:

- Əli, sən heyvan yiyəsi Sədulla kişinin yerin evin tanıyırsan?

- Hə Anar, niyə tanımıram. O da bizlə qonşu kənddə yaşayır.

- Onda sür gedək onlara.

Əli iş vaxtı bu adamgilə getməsin özündə işi aparmayan müstəntiq kimi nədən ibarət olacağın başa düşmədi. Ya da fikirləşdi ki, ola bilsin nəyisə ondan soruşmağa göndəriblər, ya da özü onunla nəyisə aydınlaşdırmağa gedir. O, fikirləşdi ki, bu Anar nə edəcəksə Tarverdinin xeyrinə olacaq. O, bunları soruşmağa ehtiyat etdi. O, bir az da gözlədi ki, bəlkə Anar özü ondan Tarverdinin yanına nələr apardığını soruşa. Çox gözlədi, gördük Anar bu baradə heç nə soruşmaq istəmir. O, özü:

- Anar, nə lazımdı, necə deyərlər bitdən sirkəyə həm pal-paltar, həm yemək, həm də başqa lazım olan şeyləri alıb apardım.

Anar bir az gecdə olsa:

- Sağ ol Əli. Bu ən vacibi idi ki, sən etdin. Görək işin dalı necə olacaq.

Sədulla kişinin həyətinə kimi heç biri danışmadı. Əli Anara:

- Bax bu evdi. Sədulla kişinin deyəndə

Anar ona dedi ki, Əli mən burda düşərəm. Al bu əlli manatı get Tarverdigilə, onun yoldaşı Gülnaz bacını gör, denən mən göndərmişəm. Ya öz qardaşlarınmdan, ya da Tarverdinin qardaşlarından- yəni ürəyi qızdığı adamı tapsın. Ona kömək et. O kim olsa bu pulu ver, de ki maşın tutsun özün rayon mərkəzinin harasında deyirsən orasında səni gözləsin. Telefonu olsa nömrəsində götür. Sonra gəl bura.

- Axı Anar birdən Sədulla kişi...

- Əli, sən buna qarışma get. Səni burda gözləyirəm.

Anar maşından düşəndə dam-daş tərəfdən bir kişinin həyətə tərəf gəldiyini gördü. İstintaq matrialından təvəllüdün bildiyinə görə bildi ki, bu elə altımış yaşlı kişi Sədulla özü olacaq. O, uzaqdan:

- Sədulla əmi, sənin qonağın olmaq istəyirəm.

Sədulla nə hə, nə yox deyib açıq qapıya qədər gəlib, Anarla üz-üzə dayanıb, ona xeyli baxıb:

- Hə oğlum, xoş gəlmisən. Üz-gözündən çox yaxşı insan balasına oxşayırsan. Gəl buyur içəri görək mənim bu göyçək balama nə lazımdı. Gəl çıxaq yuxarı evə.

- Sədulla əmi, imkandısa bax o ağacın altında oturaq. Elə deyəsən orda oturacaq da var.

- Hə, nə olar- deyib Sədulla:

- Ay uşaq, ay uşaq çıxın çölə görün kim var, kim yox.

Bu vaxt on dörd on beş yaşlı oğlan uşağı evdən çıxıb:

- Hə baba, nə lazımdı?

- A bala, qoy sənə kömək etsinlər evdən oturacaq çıxarın, o tutun altına qoyun. Deyəsən xeyirli qonağımız gəlib. Anana, nənənə de ki, qonağımız gəlib, çaydan-zaddan hazırlasınlar.

Miz qoyulub örtüyü sərildi. Anarla Sədulla kişi bir-birlərinə baxıb başların aşaqı saldılar. Sədulla kişi dillənib:

- Beş-altı aydı mənim qonaqlarımın çoxu ya sistemdən olur, ya da canımın odundan ora-bura yazıram, bu yazını dalınca nə bilim hərdən Bakıdan çoxu da bu rayon İcra hakimiyyətindən gəlirlər. Hərəsi bir təsəlli verib çıxıb gedirlər. Sən heç cürə polisdən, prokuraturadan olana oxşamırsan.

- Sədulla əmi əslində düz başa düşmüsən, ancaq bir balca yanlışın var. O da sizdə yox, mənim özümdədi. İndi ki söhbət belə başladı, qoy bir başa mətləbə keçək. Əmi, mən bu günlə üçüncü gündü ki, institutu qurtarıb gəlib prakraturada müstəntiq işləyirəm.

Sədulla kişi özün saxlaya bilməyib:

- Bay-bay heyif səndən -deyə mızıldandı.

Anar da bu sözləri eşidə-eşidə davam etdi.

- Dünən Tarverdinin işin müstəntiq mənə verdi ki, elə-belə tanış olum. Axşam da Tarverdinin ailəsinə baş çəkdim. Sədulla əmi, elə axşamda başa düşdüm ki, mənim yerim səhv düşüb. Elə yerim ora ola bilmədiyinə görə də indi sizə gəlmişəm. Sədulla əmi, başqa cürə yoxdu, ya mənim dediklərimə inanmalsan, ya da evdən Quran gətirməlisiz ki, mən Qurana and içim.

- A bala, amandı Quranın adın çəkmə. De görüm nə deyirsən. Danışıqdan hər şey məlum oacaq.

Əmi, bura mən özüm gəlmişəm. Prokurorluqada heç kimin xəbəri yoxdu. Mən bu gecə yatmamışam. Tarverdinin bu oğurluqdan xəbəri yoxdu.

- Oğlum onu bilirəm, özü də çox yaxşı, beş barmağım kimi bilirəm! O gedəni içəri salandan mənim də gözümə yuxu getmir. Mənim davam göz qabağında olan oğrularladı. Bu oğruları bu rayonda uşaq da tanıyır, böyük də. Hamı da bilir ki, bu heyvanları onlar oğurlayıb. Rəis də aldı onların pulun basdı yedi. Adın da qoydu ki, oğrular tapılmır. Oğlum mal dövlət nə olan şeydi ki, bu gün var sabah yoxdu. Söhbət ondan getmir. Məsələ ondadı ki, bu oğrular mənim gözümün qabağında gəzirlər. Çoxu da o rəisin alçaq iş tutmasına görə yazıram ki, onun yediyin gözündən gətirim. Ancaq bu it uşaqı da!

O, bu sözünə görə bir az dayanıb:

- Oğlum, bağışla məni, canım o qədər odludu ki, özümü dilimi saxlaya bilmirəm. Bu insafsıza başqa nə deyəsən ki, sən günühsız adamı tut sal içəri ki, sən oğrusan. Evlərinə də, özünə də sifariş göndərmişəm ki, mənim oğrum Tarverdi deyil.

- Əmi nahaqdan adam tutanın ünvanına nə desən layiqdi. Əmi, Tarverdi tutulsa onun dörd balasının, arvadının taleyi necə olacaq? Əmi, gəl sənə bir açıq söz deyim. Mən nazir oluyam. Mən bu iki gündə bilmişəm ki, atamın qazndığı daha doğrusu, əldə etdiyi pullar kimindir. Dünənə qədər elə başa düşürdüm ki, elə pul bizim evimizdədirsə deməli bizimdir. İndi başa düşmüşəm ki, o pul bizim yox sizlərindi. De görüm həmin öz pulunuzdan heyvanları almaq üçün sizə pul versəm məni həyətdən qovmarsan ki? Mənə elə gəlir ki, Tarverdinin balalarının qalmamasının xatirinə sən məni bu həyətdən qovmayacaqsan.

Anar cibindən beş min pulu çıxarıb mizin üstünə qoydu.

- Oğlum, kaş siz pulu çıxarmamışdan qabaq bu sözü deyəydim. Onda sən də mənə inanmalısan. Mən hələ gözləyirdim. Gözləyirəm ki, görüm bu bərbəxti buraxacaqlar, yoxsa yox. Əgər Tarverdinin tutulması gerçəkləşsəydi mən bilirəm nə oyun çıxaracam. Həm gedim izahat verəcəm ki, heyvanları tapmışam, həm də onlara deyəcəm ki, əgər onu buraxmasanız kənddən əlli nəfər toplayıb gedib töküləcəyik prezident aparatının qabağında. İndi ki, sən belə deyirsən işi də məndən yaxşı bilirsən ki, o yetimi heç nədən tutacaqlar. Mənə bu pul da lazım deyil. Nə deyirsən onu da edim. Təki o gedə tutulub, uşaqları başsız qalmasın. Bala o mənə görə- mənim dörd heyvanıma görə tulsa mən tay niyə oruc tutub, namaz qılıram! Mən kəndə çıxıb, adamların gözünə necə görünə bilərəm. O, Tarverdinin kəndi ilə də xeyrimiz, şərimiz birdi.

Əmi, onda biz səninlə ürək açıqlığı ilə sənin bir tikə çörəyini yeyə biləcəyikmi?

- Niyə yeyə bilmirik, yeyəcəyik o yana da keçəcəyik!

Əmi, onda sənə and verirəm səninlə o kəsdiyimiz halal çörəyə bu pulu apar qoy evə, anama da bacıma da de ki, o həyət toyuqlarından birini tutub kəsib bişirsinlər. Mən bu üç gündə doyunca çörək yeməmişəm.

- Ay oğlum, sən niyə belə anda verdin. Yaxşı, lap tutaq ki, mən səndən pul götürürəm. Axı bu pul o heyvanların dəyərindən çoxdu. Anar ayağa qalxıb Əmi, qalx ayağa, götür bu pulu əmi-balalıq arasına söz-söhbət salma. İstəyirsənsə mən bir də bu evə birdə gəlim, iki də gəlim bunu apar qoy evə gəl.

- Yaxşı ay oğlum, vallah mən səni görən kimi bildim ki, sən xeyirli adamsan. Qaldı toyuğa onlar artıq kəsilib. Bizim toyuq damımız sən görən yerdə deyil.

Süfrəyə Əli də gəlib çıxdı. Gedəndə Anar Sədulla kişiyə çıxarıb yüz manat pul verib:

- Əmi, saat yarımdan sonra bu pulla bir maşın tut gəl prokurorluğa. Mən sənin yanına gedəcəyəm müstəntiqlə bir otaqda oturaram. Biz bir-birimizi tanımırıq. Tarverdinin qohumlarından kimsə sizdən xahiş edib, ya da elə özünüz gəlmisiniz. Onlar sizi görəndə sevinəcəklər. Çünki bu işdə də xeyirləri var. Sağ ol. Biz getdik.

Anar Əliyə dedik ki, Tarverdinina adamı məni tanımalıdı. O otağa girəndə məni tanıyırmış kimi gətirib pulu mənə verməlidi ki, mən də deyim ki, götür pulu ver Cəmşidova. Əli oğlan gözləyən yerdə maşnı saxlayıb onu çağırdı. Oğlan gəlib çmaşına oturdu. Anar ona dedi ki, mənə bax Əli sənə on min pul verəcəm. Gəl prokurorluğa de ki, sizi Kərimov çağırtdırıb. Bizim otağa girib yanımda başqa müstəntiq olduğuna görə bir təhər apar. Elə bil ki, mənə nəyisə deməyə çətinlik çəkirsən. Mən sizə deyəcəm ki, nə qədər gətirmisən. Denən on min manat. Mən sənə deyəcəm ki, apar ver o cənaba. Pulu ver ona sonra mənə bax. Sonrası ilə işin olmasın. Mən nə desəm onu da eləyərsən. Desəm gözlə gözləyərsən. Desəm get bir yerdə məni gözlə, gəlib burda gözləyərsən.

Anar ona pul gətirən vəkilə dedi ki, rayona çatanda bu nömrəyə zəng elə, o adamın maşın nömrəsi bu, adı da Əlidir. Pulu ver ona. Özü qayıdıb işə gəldi.

Cəmşidovun keyfi kök idi. Üzü gülür, gözlərindən işıq tökülürdü. Anar ona baxsa da, baxmasa da O, Anara baxıb dişin ağardırdı. Onu sevindirən bu günki gəlirdən başqa, həm də şübhə ilə yanaşıb bir az ehtiyat etdiyi bu nazir oğlu müstəntiqin elə ikinci gün birinci addımından pula belə girişməsi idi. O, fikirləşirdi ki, bu arxalı oğlanın əli ilə çox büyük işlərə girişib, ağı qara, qaranı da ağ edib yaxşı pul qazanmaq olar. Ancaq çox narahat idi. Bir də fikirləşirdi ki, belə arxalı yerdə böyüyən adamlarda məsuliyyət hisssi olmadığına görə özlərin yekə aparıb, işin ciddinə getməyib, hər iş düzələr deyirlər. Allah bilir bu da işi tam danışmamış özün prokurora göstərmək üçün belə dedi. Nə oldu, bu lüt Tarverdidə birdən-birə on min manat tapıldı? Həm də neçə dəfə prokurorun çağırıb pul təklif etdiyi heyvan yiyəsi Sədulla kişi bu işə boyun qoydu. İşin axrına iki saat qalıb. Bu da elə oturub ki, elə bil heç nə olmayıb. Heç kimə söz verməyib. Bu vaxt daxili telefon zəng çaldı. Cəmşidov dəstəyi götürüb:

- Bəli, şeyf! Nə bilim? Hə burdadı.Yaxşı, baş üstə.

O, dəstəyi yerinə qoyub:

- Kərimov şeyf soruşur ki, nə oldu onun dediklər?

Anar hiss edirdi ki, müstəntiq bir yerdə toxdaya bilmir. Bu işin necə olacağına görə çobalayır. İndi prokurorounda zəng edib bu işi soruşması Anarı qıcıqlandırsa da, o üzdə özün çox ciddi ancaq daxilində məzə üçün:

- Nə oldu? Cəmşidov, siz nəyi soruşursunuz?

Cümşüdovun başına elə bil qaynar su tökdülər. O, yazıq vəziyyət alıb:

- Kərimov, necə yəni nə? Heç üç saat deyil mənimlə, şeyflə o boyda söhbət etmisən. Demisən pul Tarverdinin adamlarının əlində hazırdı.

- Hə, Cəmşidov başa düşdüm. Axı mən nə vaxt dedim ki, pul üç saata burda olmalıdı. Heyvan yiyəsi də o nədi Sədulla kişi yüyürə-yüyürə gəlməlidi. Bir də axı siz Tarverdiyə söz verdiniz onu Bayılla buranın arasında ağıllandıracaqsınız. Niyə tələsirsiniz? Beş gün tez, beş gün gec. Düzələcək də!

Cəmşidov istədi deyə, mən kiməm ki, prokuror özü soruşur. Bu vaxt qapı döyüldü. Gözətçi polis icazə alıb içəri girib üzün Anara tutub:

- Cənab Kərimov, sizin yanınıza gələn var. Buraxım gəlsin?

- Hə, buraxın gəlsin-dedi.

Anar Cəmşirdova baxdı. Onun sifətindəki bataqlığın tuluq yerinə dərhal qırmızı palçıq gəldi.

Polisin içəri gətirdiyi oğlan bir-iki addım Anara tərəf gəlib: - Mən..-deyib dayandı.

Anar ona baxıb:

- Ehtiyat etmə, nə qədər gətirmisən?

- Danışılan kimi, cənab Kərimov! On min manat. Çıxart ver cənab Cəmşidova. Oğlan aparıb pulu mizin üstünə qoyub geri qayıdıb Anara baxmağa başladı.

Anar:

- Cəmşidov, pulu saymaq fikiriniz varsa yiyəsi burda ikən saya bilərsən.



Cəmşidov Anara dişin ağardıb:

- Siz olan yerdə nə pul saymaq, ayıb şeydi. İcazə ver qoy getsin.

- İcazə verirəm verməyinə, ancaq mən də bunlara söz vermişəm ki, pul verilən gün hətta həmin saat Tarverdi buraxılacaq.

Cəmşidov bozarmış halda:

- Axı biz danışmışıq ki, Sədulla kişi gəlib izahat verəcək ki...

Bu vaxt yenə keşikçi polis qapını döyüb, içəri girib Cənab Cəmşidov, o heyvanı oğurlanan kişi yenə gəlib, deyir ki...

Cəmşidov sevincək:

- Hə, özüm çağırmışam. Buraxın gəlsin.

Anar Cəmşidova baxıb:

- Hə mən nə deyib Tarverdinin qardaşına?

- Bu dəqiqə Kərimov, mən şeyfə deyim gəlim.

Get, ancaq de ki, mən necə söz vermişəm elə də olacaq.

Anar oğlana üzün tutub:

- Bayaq soruşmadım, sən Tarverdinin nəyisən?

- Mən onun qardaşıyam. Adım da Akifdi.

- Akif, sən get elə o gözlədiyin yerdə ol. Narahat olma. Tarverdini bu gün buraxdıracam.

Sədulla kişi izahat yazıb verdi ki, mənim heyvanlarım hansısa uzaq kənddən tapılıb. Ona görə mən daha şikayətçi deyiləm. O, müstəntiq Cəmşidova sonda da: “Qurban olasan o Tarverdinin özünə, balalarına. Yoxsa səni iynə dəliyindən keçirib sapa döndərəcəkdim”- deyib çıxıb getdi.

Müstəntiq Cəmşidov prokurorun yanından gəlib Anara dedi ki, şeyf deyir ki, bəlkə qalsın səhər tezdən buraxaq? Çünki indi həm gecdi, həm də deyərlər...

Anar bozarıb:

- Cəmşidov, Tarverdinin adamları məni çöldə gözləyir. O, buraxılmayınca mən də burda dustaq qalmalıyam? Mən söz vermişəm. Dustaqın gündüz buraxılmasından gecə buraxılması məqsədə uyğundur. Gecəyə də hələ iki saat qalıb.

Bir saatdan sonra Cəmşidov polisə zəng edib türmə rəisinə dedi ki, Tarverdinin buraxılış sənədlərini göndərirəm. Rəis bilir. On beş dəqiqədən sonra Tarverdini yanımda hazır elə.

Tarverdi ilə burada üz-üzə gəlməmək üçün Anar ayağa qalxıb:

- Mən getdim onlara deyim ki, on beş dəqiqədən sonra adamınız buraxılacaq.

O, çöldən əliyə zəng edib dedi ki, maşınla prokurorluğa yaxın bir yerdə gözləsin. İyirmi dəqiqədən sonra Tarverdi buraxılacaq. Onu apar qardaşına təhvil ver.

Əli dedi ki, Anar göndərilən pul bir də o birisi...

- Hə, yaxşı Əli, onda mən elə həmişəki kimi evə tərəf gedirəm, yaxındasansa gəl.

Anar maşına minib: “məni evə apar”- dedi.

Əli on mini Anara verib:

- O biri Tarverdi üçün verdiyin puldan qalan bu yeddi yüz manatdı. Bunu da alın.

Anar bir az fikirləşib:



- Əli, gəl belə edək. Sən o pulun iki yüz manatın qoy cibinə halal xoşun olsun. Qalan beş yüz manatı isə Tarverdini yola salandan sonra iki dənə qoyun heyvanı al, qalanına da ver una, yağa, çaya, nə bilim evə nə lazımdır al ləngimə apar Tarverdigilə. Heyvanın birin elə bu axşam özün kəsdir, qoy qonaqlar da, uşaqlar da şənlənsinlər. Özün də mənim əvəzimə həm də öz əvəzinə orda iştirak elə. Sağ ol. Əlaqə saxlayacağıq.

Anar evə gəlib yuyunub çarpayıya uzandı. Tarverdinin buraxılmasından azca rahatlıq tapmışdı. Ancaq bu işlə təsəvvür edə bilmədiyi çox ağır bir ictimai bəlanın şahidi olmuşdur. Prokurorluqda və polisdə rüşvətxorluq hökm sürür. Bəlkə bu hal elə mənim gəlib çıxdığım bu rayonda mövcüddur? Elə burada da tək Cəmşidovla prokuror özüdür. Prokuror da rəsi də necə olublarsa ancaq bu işi belə tutmalı olublar. Ancaq Cəmşidov özün elə apardı ki, bu işi elə həvəslə utanıb çəkinmədən tutdu ki, heç cürə birinci işə oxşamır. İki gündə bu iş ortaya çıxdısa on-on beş günə çox şey məlum olacaq. Deməli mən yarımçığam. Bəlkə də elə bütün instutu bitirənlər mənim kimi yarımçıq olurlar. Axı mümkün deyil ki, institut da qurtarasan həyatı da öyrənəsən. Bəlkə həyat bizim evdə də yaşanıb? Sadəcə olaraq mən sadəlövh olmuşam. O evdəki kisə-kisə pullar hardandı. Atam qardaşım onları hardan qazanırlar. Cəmi beş altı ildi atam bu qədər mülki ticarəti tikinti şəbəkəsin nəynən yaratdı. İnstitutdan ixtisas kitablardan müəllimlərdən öyrəndik. Bu ixtisasın nəzəriyyəsi idi. İndi isə təcrübənin gerçəkliyin həyatdan öyrənməliyik. O, darıxdı, qalxıb çarpayıda bir az oturdu. Gözü televizora sataşdı. Qalxıb düyməni basdı. Gördü tanıdığı qadın müğənni verliş aparır. “Ailədə kişi, qadın münasibətləri və bu davranışların uşaların yetişməsindəki rolu barədə”. Müzakirəyə dəvət olunmuş hüquqşünaslar, psixoloqlar, tanınmış politoloqlar və başqa alimlər əyləşib. Haqqında min söz-söhbət gəzən yüngül əxlaqlı aparıcı müğənni qadın onların fikirlərini ya axıra qədər söyləməyə imkan vermir, ya da qoyduğu suala özü necə gəldi cavab verir. Anar aparıcının “Niyə qadın harasa gedəndə və hardansa evə gec gələndə ərinə hesabat verməlidir?”, “Niyə onun hüquqları bu cür kobudcasına pozulmalıdır” sözündən sonra kanalı dəyişdi. Və verlişə dəvət olunanlara yazığı gəldi. O biri kanalda meksika teleseriyalında yatacaqda lümlüt qızla oğlan bir birlərinin ağızların it kimi gəmirirdilər. Anarın gördüyü səhnədən ürəyi bulandı. Həm də üşəndi. Özündən aslı olmayaraq ətrafına baxdı. Ona elə gəldi ki, o bu səhnəyə anasının, bacısının yanında baxdı. Universitet qurup yoldaşları qızlar ona “sənə ayıb olsun, Anar. Sən nə tez pozuldun ki, belə pozğun, ədəbsiz səhnəyə baxırsan”. Anarın sifətindən od çıxdı. Həmən dərhal kanalı çevirmişdi. Ancaq o, özünə gələ bilmirdi. Bunun günahın özündə görürdü. Özün lənətləyirdi: “Axı mən neylədim ki, mən necə eləməli idim? Mən nə bilim bu kanalda belə əxlaqsız verliş gedir”. Birdən onun yadına düşdü ki, axı bu kanal bizimdi. Burda işləyənlər də azərbaycanlıdırlar, özü də müsəlmanından. Bəs onlar niyə necə olur ki, belə tərbiyəsiz teleseriyalları efirə buraxırlar? Bəs onların anaları, bacıları, arvadları, qızları yoxdu? Bəlkə bu elə belə ədəbsiz seriyalları onaların hansınınsa arvadı sifariş verir. ərinə ki, sən orda işləyirsən əlində imkanın var, o kinolardan gətir bizdə doyunca baxaq. Birdən Anarın içindən özünə aid olmayan bir gülüş keçdi. Ona elə gəldi ki, bu cür verliş verən hallarda hansısa kişilərin kişiliyi çatmır. Onların arvadları belə seriyallar sifariş verirlər ki, ərləri bunlara baxa bəlkə kişiliyi oyana gecəni onunla xoş keçirə.Anarın öz fkirindən ürəyi bulandı. O, axı mənə nə oldu birdən-birə. Mən cəmi iki üç gün bundan qabaq belə şeyi heç vaxt fikirimdən keçirə bilməzdim. Niyə mən iki gündə belə kobudlaşdım? Yaddaşımda olmayan mənə yad bu fikirlər hardan gəlib mənim yadıma düşdü? Axı bu kanallara nəzarət edən dövlət idarələri var. Onlar niyə bu cür verlişlərə yol verirlər. Axı onlar tək ana-bacılarına, qız-gəlinlərinə, arvadlarına yox bütün xalqın əxlaqına cavabdeh şəxslərdi. Bəlkə onlarında arvadlarından, qızlarından kimsə...

Onun evləri yadına düşdü. Düzdür mənim atam bu sahəyə baxmasa da, ancaq nə anam, nə də atam bilsələr ki, bizim hər birimiz belə seriyallara baxmaq ürəyimizdən keçir atam oyana qalsın, anam evi alt üst edib bizim niyyətimizi göyə sovurar. Bəs bizdəki o pullar hardandı? Hələ bilmirəm. Bəlkə düzdəndə atamın özəl bankı var? Bəlkə elə qayda var ki, bütün nazirliyin xərci gəlib bizim evdən getməlidi. Ola bilsin atam tez-tez xaricdən kreditlər alır. Elə mülkiyyətində onlardan qazandığı gəlirlə yaradıb. O, kanalı dəyişdi. Bu kanalda meyxana gedirdi. Meyxana deyənin biri o birinə deyirdi ki, alə mən xoruzam sən fərə, gəlmə mənlə üz-üzə, qu deyib qalxaram dikə, kuk deyib səni verərəm ərə. Kanalı çevirdi. Prezident qərb rayonlarının birində idman kompleksi açırdı. O, açılışı edib rayon ictimaiyyətinin qarşısında çıxışa başladı: “Çox gözəl bilirsiniz ki, ölkəmiz durmadan dünyada analoqu olmayan bir surətlə inkişaf edir. Mənim prezdentliyimin son beş ilində bu regionda üç idman kompleksi, camaatın gözəl isitrahətinə sağlamlığına xidmət edən yüksək səviyyədə işıqlandırılmış, keyfiyyətli mərmər döşənmiş, oturmaq üçün rahat oturacaqlar qoyulmuş yeddi park açılıb istifadəyə verilmişdir. Bu bölgədə iki xəstəxana və bir də diaqnostika mərkəzi tikilib xalqımızın istifadəsinə verilmişdir. On bir məktəb tikilib, on beşi əsaslı təmir olunub. Bütün bunlar xalqımızın rifahı üçün, onların yaxşı rahat yaşaması məqsədi ilə edilmişdir. Bizim xalqımızın rifah halı onalrın firavanlığı çox sürətlə inkişaf edir. Ancaq bunu gözü görürməyən paxıllar da var. Onlar xaricdə də var, ölkəmizin daxilində də mövcuddur. Biz belələrinə qarşı həmişə mübarizə aparmışıq, bundan sonra da qətiyyətlə mübarizə aparacağıq. Bu ulu öndər Heydər Əliyevin strategiyasıdır. Biz də bu yolu davam etdirəcəyik”. Bu vaxt Anarın telefonuna zəng gəlidi. O, televizorun səsin azaltdı. Zəng edən anası idi. Onunla xeyli danışıb televizorun səsin yenidən artırdı. Prezident “ölkədə karrupsiya və rüşvətxorluğa qarşı dövlət səviyyəsində ciddi mübarizə aparılır”-dedi. “Bu məqsədlə respublika prokurorluğunun rəhbərliy etdiyi xüsusi idarə yaradılmışdır. Bu da öz səmərəsini vermişdi. Karrupsiyaya qarşı mübarizə idarəsinin səlahiyyət hesabatından görünür ki, bu sahədə xeyli məsul şəxs cinayyət məsuliyyətinə cəlb olunmuşdur. Ancaq bunlara baxmayaraq bəzi beynəlxalq təşkilatlar əsassız olaraq bizim ölkəyə ikili standartlarla yanaşaraq, həm də inkişafımızı gözü götürməyən daxili qüvvələrin qərəzli məlumatlarına əsaslanaraq bizi karrupsiyaner və rüşvətxor ölkələr siyahısına daxil edirlər. Korrupsiya və rüşvət bütün dünyada var. O cümlədən bizdə də”...Anar televizoru söndürdü. Allahatda prezdent biləydi ki, bizdə Cəmşidov kimi rüşvətxoş müstəntiq var. Prezident o yana dursun, baş prokuror xəbər tutsa dərhal onu həbs etdirərlər. Bəs Sədulla kişi deyirdi ki, beş aydı yer qalmayıb ki, ora beş dəfə yazmayım. Axrı məcbur olub beynəlxalq təşkilatlara, səfirliklərə yazdım. İqtidar qəzetlərinə nə qərər yazdımsa birindən də bir qımıltı gəlmədi. Axrı müxalifət qəzetlərinə yazdım. Onlara yazandan sonra lap acığa düşüb dedilər ki, bəlkə sənin heyvanlarının oğrularını tapacaqdıq. İndi ki, sən o qəzetlərə yazmısan get onlar da sənin heyvanlarını tapsınlar.

Anar siyasətdən, o cümlədən də ölkədə mövcud ictimai siyasi durumdan xəbərsiz olduğuna görə Sədulla kişinin dediyinə o qədər də əhəmiyyət verməmiş, ancaq ixtidar qəzetlərinin niyə bu haqlı şikayətə əhəmiyyət vermədiklərinə təəccüb etmişdi. O iki dəfə prezidentin indiki çıxışından sonra ciddi şəkildə fikirləşdi ki, yaxşı tutaq ki, bu xarici düşmənlər aydındı. Hər bir ölkənin dostuda, var düşməni də. Bəs bu daxili düşmənlər kimdi görəsən? Bəlkə elə prezident bu Cəmşidov kimiləri deyir? Prokuratura sistemində rüşvətin işləməsi ölkənin siyasi-ictimai, iqtisadi dayaqlarını sarsıtmaq deməkdir. Bundan da böyük düşmən olmayacaq ki. Ancaq Anar fikirləşdi ki, gərək prezident dünyanın hər yerində korrupsiya və rüşvət var deməyəydi. Bu məntiqdən elə çıxır ki, oralarda varsa bizdə də olmağının eybi yoxdur. Nə olsun dünyada o qədər axmaq şeylər var ki, deməli elə çıxır ki, orada nə varsa pis, yaxşı burda da olmalıdı. Ola bilsin elə Cəmşidov da bu sözdən ürəylənib belə həvəslə heç bir şeydən çəkinmədən həm öz başınalıq edir, həm də rüşvət alır.

Anarın telefonu zəng çaldı. Anar telefonu qulağına apardı. Eşitdiyi söz “Anar, sənə qurban olum, sənin ayaqlarının altında ölüm! Sən bizi- mənim balalarımı məhv olmaqdan, başı açıq ayağı yalın atasız çöllərə düşüb dilənçilik etməkdən qurtardın. Qaradaş mən bu dünyada, bu zamanə də belə insan olduğun ağlıma gətirə bilməzdim. Səni Allah göndərib ki, biz məhv olmaqdan, bu zalımların haqsız, insafsız caynağından qurtarasan”.

Anar nə qədər edirdisə “Yaxşı Gülzar bacı, belə danışma, bunlar lazım deyil”.Onu saxlaya bilmirdi.

Birdən Gülzarın hönkürtüsü gəldi. Anar boğuldu. Neyləsin telefonu qapatsınmı? Bir anlıq sakitlik yarandı. Gülzarın ağlamaq səsi kəsilmişdi. Anar bir az səsin ciddiləşdirib:


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə