Vətəndə əlacı olmayan ağır xəstəlik



Yüklə 0,55 Mb.
səhifə4/10
tarix10.05.2018
ölçüsü0,55 Mb.
#43389
1   2   3   4   5   6   7   8   9   10

- Bacı, axı biz səninlə belə danışmamışdıq. Sənin mənimlə danışığını eşidənlər varmı?

Gülzar qəhərli səslə:

- Yox, qadaş. Mən evin arxasına keçib xəlvətdə səninlə danışıram.

- Hə, çox yaxşı. Özünü ələ al. Bilki sənə kövrəlməyə mən icazə vermirəm! Get evə, qonaqlarını yola sal. Bacı, balalarının üzündən mənim əvəzimdən öp, deməki, mən demişəm.

- Yaxşı, qardaş, yaxşı. Sən deyən kimi edəcəm. Ancaq bircədəfə səni görüb əl ayağından öpə bilsəydim. Sakitləşərdim.

- Yaxşı, bacı, mən gələcəm! Ancaq qoy bir-iki gün keçsin, mütləq gələcəm! Gecən xeyirə qalsın.

Anar oturub əlləri ilə üzün qapayıb xeyli qarma-qarışıq fikir dalınca yüyürdü. İlk dəfə özündə həvəssizlik hiss etdi. Heç nə ilə məşğul olmaq həvəsi olmadığına görə təklikdən darıxdı. Evdən çıxıb qonşunun qapı zəngin basdı. Dünən gördüyü ev yiyəsi qapını açıb bir az çaşqın, bir az da soyuq baxışlarla ona baxmağa başladı. Anar özü də çaşqın kimi olsa da ona “Axşamın xeyir”- deyib, əlin qabağa uzadıb “Mənim adım Anardı”- dedi.

Qonşu oğlan yuxudan oyanan kimi olub əl verib: “Mənim də adım Arifdi”-dedi. Və Anarın açıq qalmış qapısına baxıb: “Buyurun içəri, xoş gəlmisiniz”- dedi. Anar: “Yox, sağ ol, mən istəyirəm sən bizə gələsən. Xahiş edirəm. Əgər imkanın varsa inkar etmə”.

Qunşu Arif bu nazir oğlu müstəntiqin dəvətinin fikrinə getdi. Dünən onların işıq pulun ödəyən bu oğlandan asıllığın dərəcəsin ölçdü. Sonra da yeni gəlmiş bu müstəntiqgilə keçməyin qonum-qonşuya necə təsir edəcəyini götür qoy etdi.

Ümumiyətlə son dövürdə əksəriyyət kimi Arifin də sistem işçiləri özləri öz əlləri ilə bu hörməti öz ünvanlarından silib atmışdılar. İstər prokurorluq, istər polis, istərsə də məhkəmə ədalət keşiyində durmaqdan aralanıb yuxarıların buyruq qullarına, onların haq-nahaq tapşırıqlarını yerinə yetirən xoşa gəlməz bir idarəçiyə çevrilmişdilər. Nədənsə oğru quldur sözü eşidiləndə admın gözünün qabağına bu idarələr, burda işləyən adamlar gəlir. İnsanlar hər hansı bir insafsız quldurun əlinə düşəndə oradan salamat qurtarmaq imkanı ola bilər. Ancaq polisə, prokuraturaya düşən adamların oradan salamat çıxması çox müşkül məsələyə çevrilir.

Arif bu adamla heç cür üzləşmək, onunla oturub bir stəkan çay içməzdi. Ancaq qapı bir qonşu olması dünən onların nə az nə çox düz yüz manat işıq pulların ödəyən indi də özü gəlib ondan belə xahiş edən bu oğlana başqa söz tapıb deyə bilmədi. Çarəsiz qalıb:

- Yaxşı, siz keçin içəri mən də indi gəlirəm- dedi.

Anar Gövhər arvadın bişirdiklərindən süfrəyə yığmağa başladı. O, içəri girən Arifə xoş gəldin deyib:

- Arif sənə bir əziyyət vermək istəyirəm. İncimə ev işin mən görüm. Çöl işin sən.

O cibindən əlli manat pul çıxarıb:

- Düş aşağı, yaxşı bir arağ al. Yaman bir iki yüz qram vurmaq istəyirəm. Anca Arif qiymətinə baxma. Olsa rus arağı al. Baxma neçəyədi. Sən gəlincən mən süfrəni hala gətirim. Neçəsi eləsə o qədər al.

Arif ürəyindən keçəni təsdiqlədi: “Hə bu çağırıb ki, indi məni yüz qram arağa qonaq edib deyəcək ki, sənin kimi yaxın qonşum ola-ola gedib kənardan adam axtarmayacağam ki, gəl mənə agentlik elə. Iş ver. Mən də gücüm çatandan sənə kömək edim.

Anar qonşu Arifin çox narahat oturduğun, onun sifətinin açılmadığını hiss edirdi. Bunun birinci dəfə oturduqları üzündən olduğunu, ya da elə bunun xasiyyətinin belə olduğun düşünürdü. O, piyaləni götürüb:

- Arif, gəl bunu birinci badəmizi qonşuluq və tanışlığımızın şərəfinə içək. Ola bilsin sənin məndən ehtiyacın yoxdu. Ancaq mənim səndən büyük ehtiyacım var.

Badələri vurub içdilər. Arif fikrində “hə bilirəm sənin məndən büyük ehtiyacın var. Elə ona görə də məni bura çağırıb qonaq edirsən”.

Anar ikinci piyaləni qaldıranda Arif əlin piyaləyə atıb Anara baxıb:

- Anar müəllim, mən bilirəm sən məni bura niyə çağırmısan. Ona görə də sözümü sizə bu başdan deməyə məcburam. Elə olmasın ki, bir tikə çörəy kəsdiyimizə görə bir-birimizə baxanda utanaq. Bilirəm siz mənə sizə agentlik etməyi təklif edəcəksiniz. Bu başdan bilin mən kasıb da olsam bir tikə çörəyi yavan yeməyi bacaran adamam. İş verib yağla çörəyi yeməyi istəmirəm.

Anra əvvəl heç nə başa düşə bilmədi. Arifin “agent”, “iş verən” söhbətin niyə ortaya atdığın anlamadı. O bilirdi ki, sistemdə agentlik şəbəkəsi fəaliyyət göstərir. Ancaq bunların əksəriyəti səlahiyyətdə olan işçilər hesab olunur. İş verənlik nə deməkdi Qəfil onun söz söhbətlərdən məktəbdə uşaqların bir-biri ilə iş verən satqın deyə zarafat və ya gerçək söz deyib bir-birlərinə ilişdikləri yadına düşdü. O əvvəl çox pis oldu. Sonra Arifin bunu belə fikirləşib yəqinliklə dediyin duyub ürəyindən dəli kimi gülmək keçdi. O, əlndəki piyaləni mizin üstünə qoyub sözün deyəndən sonra qapqara boğulub nifrətin gizlədə bilmədiyi gözləri ilə ona baxdığın gördü.

- Arif, ola bilsin gördüyün həyat təcrübəsindən çıxış edərək sən düz tapmısan. Bayaq mən deyəndə ki, sənə ehtiyacım var, mən həqiqətən səndən sənin həyat təcrübəndən istifadə etməyi nəzərdə tutmuşdum. Ancaq inansan da, inanmasan da çox qısa zamanda biləcəksən ki, mənim nəyinki səndən, ümumiyyətlə heç kmidən agent kimi istifadə etmək fikrim yoxdu. Nə də bunu heç vaxt etməyəcəyəm. Birinci hüquq orqnlarında camaat arasında iş verən adlanan adamların əksəriyyəti könüllülərdi. Ancaq əsil yəni rəsmi agentlərdən camaatın xəbəri yoxdu. Onları tanımırlar. Mən istəsəm bu barədə kiməsə yalvarmağa ehtiyac yoxdu. Prokurorluqda rəsmi siyahı var. Onlardan seçib özümə agent tuta bilərəm. Adətən belə agenturadan zəif istintaqı bacarmayan müstəntiqlər istifadə edirlər. Sonra da elə tutaq ki, mənə belə bir agent iş verən lazımdı. Az keçməyəcək ki, bütün rayon biləcək ki, biz sənlə qapı bir qonşuyuq. Bunu bildiklərinə görə heç kimi sənin yanında cinayət digər pozğunlu işlərə dair heç nə danışmayacaq. Yəni mən elə avamam ki, bunu da başa düşmürəm. Mən elə günə qalmışam ki, qapı qonşum özüdə bu rayonda bu evimdə ilk çörək kəsdiyim insana belə bir şey təklif edim.

Arif səhv elədiyin başa düşdü. Onun rəngi açıldı. O, əlin atıb piyaləni götürüb:

- Anar müəllim, məni bağışla. Vallah zamanə elə xarab olub ki, az qala day adam özünə də inanmaq istəmir. Onlar bir-birlərinə mehribanlıqla baxıb içdilər.

Anar dedi ki, Arif mən üç gündür ki, həyata atılıb işə başlamışam. Bu üç günə qədər həyatı ağ vərəq kimi görmüşəm. Həyatdan, nədə ki pokuratura sahəsindəki gedişatdan tamamilə xəbərsiz olmuşam. Həyat təcrübəm ancaq ağızdan-ağıza o da unversitet tələbələri arasında deyilənlərdən ibarət olub. Hüquq təcrübəm isə Bakı şəhər prokurorluğunda ümumi şöbədə kağız- kuğuz arasında eşələnməklə keçib. Bu üç günün iş və həyat təcrübəsində məmin ağ görmək istədiyim ağ vərəqi qapqara gördüm. Mən çaşıb qalmışam. Bu gördüklərimə heç cürə inananmaq istəmirəm. Bunu indi də təsadüfi hesab eirəm. Bunların hər yerdə belə olmasından qorxuram. Mən oxumağı çox istədiyimə görə dərslərdən başqa heç yerə baxa bilməmişəm. Heç öz ailəmizin də nə ilə məşğul olduğundan xəbər tutmamışam. Nazir oğlu olduğuma görü indi atamdan da şübhələnməyə başlamışam. Arif sən düz başa düşmüsən. Mənə ixtisaslı müəllimlərim öyrədib, ancaq həyatı da sən öyrədəcəksən. Mən inan həqiqətən də həyatda baş verənlərdən mənim xəbərim yoxdu. Mən bu iyirmi üç ildə həmişə tək olmaq istəmişəm. İndi elə çaşıb qalmışam ki, heç nə ilə məşğul ola bilmirəm. Nə kitab oxumaq istəmirəm nə qəzet, nə də televizora baxmaq. Ona görə darıxıb səni çağırdım. Mənə böyük qardaşlıq elə həyatla məni tanış et. Sənə demirəm ki, mənə de ki, filan yerdə filan hadisə oldu. Onun indi mənə dəxli yoxdu. Mən indi bu həyatda nələrin baş verdiyi, camaatın necə yaşayıb necə işləməsi, onların hüquqlarının necə qorunması, hansı qanunsuzluqlarla üzləşməsi vəziyyəti lazımdır. Mənim prokuroturada ilk üzləşdiyim gün rüşvətlə başladı. Ən çox təsəvvürümə sığışdıra bilmədiyim nə vaxtsa üzləşəcəyimdən qorxduğum bir hal elə ilk gündə qarşıma çıxdı.

Arif oğlanın danışdıqca rəng verib rəng aldığını bütün bədəninin dediyi sözün ifadəsinə uyğun gərildiyini, həyacandan tez-tez tərini sildiyini görüb bu halın naxələf məqsədə yönəlmədiyini, nə də içdiyinin nəticəsi olmadığını başa düşdü. Sanki boğazacan batdığı bataqlıqdan Arifin onu dartıb çıxartmasına cəmi bir anlıq vaxt qalmış kimi ona baxdığını görüb:

- Anar müəllim.

Anar tez onun sözün kəsib:

- Arif mən səndən ən azı on yaş balaca ola-ola sizə Arif deyirəm. Siz isə özünüzdən bu qədər kiçik olana müəllim. Bu nə deməkdir. Biz bir süfrədə iki qardaş bir çörək kəsirik. Müəllimsiz filansız...

- Yaxşı, Anar oldu! Mən onu demək istəyirdim ki, ola bilər sizin həyatdan xəbəriniz olmasın. Təbii ki, sizin kimi gənclərin əksəriyyətində belə halın olması təccüblü deyil. Əsas da belə şəhər uşaqlarında. Onlardan da təminatlı ailələrdə böyüyən gənclərdə olur. Anar maraqlısı odur ki, sən cəmi üç gündür işə başlamısan belə deyək ki, həyata atılmısan. Elə hala düşmüsən ki, elə bil bu həyatı öyrənməyə cəmi üç gün vaxtın qalıb. Niyə özünü bu qədər gəgin vəziyyətə salırsan. Arif və Ariflər sənə desələr də, deməsələrdə çox yaxın -cəmi iki üç aya süni surətdə yardılmış görüntülərin, hakim səlahiyyətlilərin guya camaatın güzaranının gündən günə yaxşılaşması barədə püskürdükləri yalan ilğımın altında əsil hansı həyatın yaşadığını öz gözlərinlə görüb şahir olacaqsan.

Anar adi insan hesab etdiyi Arifdən belə tutarlı cavab gözləmədiyinə görə utandı və sifətindək tər bir az da artdı. Başa düşdü ki, Arif ona çox düzgün irad tutdu. Ancaq o Arifə necə izah edib onu necə başa salsın ki, bu günə qədər bütün düşüncəsi, arzusu, istəyi haqqın, ədalətin düzlüyün o öyrəndiyi qanunların elə əsiri olub ki, onları Allah sifəti kimi müqəddəs, ülvi toxunulmaz hesab edib. Hesab edib ki, bu haqq-ədalət mizanına xain baxılsa, onlara pis niyyətlə əl uzadılsa həmin anda yer-göy darmadağın olacaq. O, bəşəriyyətin bu günün, sabahının düz düzənə çıxmasının haqq ədalətə quvuşmasının yolunun hüququn və hüquqçuların vicdanından əqidəliyindən, vətənə, millətə bağlılığından keçəcəyini öyrənmişdi. Hamımızın bütün insanların taleyin həll edən bu sahədə kiminsə cəsarət edib səhv yol verə biləcəyinə o inanmamışdı. İnsanların canı, vicdanı azadlığı-namusu və qeyrəti-qüdrəti, etibarı deyilib inanılmış bu sahənin cavabdehlərinin rüşvət alması ona elə ağır təsir etmişdi ki, onun məktəblərdə qazandığı böyük inamı inamlada içərisində qurub tikdiyi vicdan, əqidə binası üç günün içində az qala axıra kimi uçulub dağılmışdı. O, insanların hüquqlarının, yəni həyatlarının keşikçilərinin ədalətə göz yumub ona xəyanət etmələrini həyatın ən zəhərli alçaq işi hesab edir. O belə oxumuşdu oxuduğu elmidə belə başa düşmüşdü.

- Arif, sən düz irad tutursan. Elə ola bilsin ki, buda hələ mənim unversitet partasından ayrıla bilməməyim, ana uşağı kimi qalmağımın nəticəsindir. Ancaq necə deyim ki, vəziyətimi sizə çatdıra bilim. Elə bil gur işıqdan qəfil zülmət qaranlığa düşən adam kimi elə çaşmışam ki, bu qaranlıqdan tez çıxmağa tələsirəm. Ya da elə bu qaranlığın nə olduğun tez öyrənmək istəyirəm. Gözlərim bu qaranlığa öyrənincən buradan çıxıb qaçmaq istəyirəm. Mənim fikir arzularımla bu qaranlıq elə ayrı-ayrı həyatlardı ki, mən burda uzun müddət seyriçi kimi qala bilmərəm. Arif düşdüyüm vəziyyət və bu iki gündə gördüyüm hadisələr nə qədər ağır olsa da mənim üçün bu yad aləmi nə qədər tez öyrənmək istəsəm də ancaq hələ elə vəziyyətə düşməmişəm. Və həm də o şəklidə ağlımı itirməmişəm ki, düşüb küçəyə haray vuram ki, ay adamlar bu işdə mənə kömək edin. Ümumiyyətlə bil ki, mən bundan sonra nə qədər işləməli yaşamalı olacamsa bütün dərdlərimi, gördüklərimi və görmək istədiklərimi səninlə bölüşmək istəyirəm. Bilki, belə bir insana mənim çox ehtiyacım var. İndi başa düşürəm ki, tək yaşamaq bütün olanları tək daşımaq mümkün deyil.

Arif Anara baxa-baxa istehzalı gülümsünüb:

- Bilirsən Anar, indi gizlində heç nə qalmayıb. Pis odur ki, rüşvətlə yalan adi hala çevrilib. Ondan da pis odur ki, biz hamımız bu hala vərdiş edib yalanla, rüşvəti tələb olunan adət kimi həyatımızın bir hissəsinə çevirmişik. Bir az bundan qabaqlar kiminsə yalan danışması və yaxud da kiminsə kimdən rüşvət almsı büyük söz-söhbət hadisəsinə çevrilərdi. Cəmiyyətdə bu hala qarşı təəccüb yaranardı. Soruşub narahat eləyən olmasa da, yalan danışan camaat içərisində bir müddət özün narahat hiss edər, utanıb qızarardı. Rüşvət alanda az müddətə də olsa kölgədə fırlanar gözdən yayınar, bir iki gecə narahat yatardı. İndi nə rüşvət alan utanıb qızarıb gölgəyə çəkilir, nə də gün axşama kimi yalan danışan bir kimsədən abır-həya edir. Mən sənin səmimiyyətinə şübhə etmirəm. Buna şübhə etməli olsaydım belə nəyisə deməyə çəkinməzdim. Əgər gündəlik həyatımızda baş verənlərdən mən sənə nə qədər danışsam belə bundan da on dəfə artıq adamlar məclislərdə, küçədə, toplaşdıqları hə yerdə, o cümlədən mənim gündəlik müşahidəçisi olduğum çayxanada danışırlar. Bu məmləkət rüşvət və yalanla ağzına kimi dolmuş qazan kimi qaynayır. Məmləkətin insanları da rüşvət və yalanın alçaq düşərgəsində alçaldılmış əsir kimi inildəyə-inildəyə yaşamağa məhkum ediliblər.

Arif öz danışığından hirslənirmiş kimi əlin atıb dolu piyaləni götürdü. Anar da eşitdiklərinin təsirindən keflənib yatmış kimi qəfil diksinib əlin piyaləyə atdı. Onlar içdilər. Hərəsi ağızlarına nədənsə qoyub ağızlarındakı zəhəri təmizlədilər. Arif Anardan icazə alıb siqaret yandırdı. Çayxanadan fərqli olaraq ona bu gənc hüquqşünasın həm də nazir oğlunun qarşısında danışmaq ləzzət verirdi. Bir tərəfdən ona görə ki çayxanada ağız deyənin çoxunu qulaqların eşitmədiyi bir şərait var. Bir də oturanların hamısı ayrı- ayrılıqda müxtəlif səviyyəli, hərəsinin başqa-başqa hadisələrə həvəsi ehtiyacı olanlardı. Elə bir ümumi söhbət tapıb söhbət eləmək mümkün deyildi ki, hamı o məsələyə eyni əhəmiyyət verib birlikdə qulaq assınlar. Biri qızlardan danışanda, o biri zibillikdən başlayırdı danışmağa. Mizin bu başında biri erməni alçaqlarının Xocalı qətliamından danışanda, biri o biri başda axşam iştirak etdiyi toyda çalınan oyun havasından başlayırdı danışmağa. İkincisi də Arifə indiki söhbətin xoş gəlməsi axşama kimi çayxanada qarasına danışdıqları nazirin oğlu ilə üzbəüz oturması idi. Arif özü də, başqaları da o qədər qızışıb demişdilər ki, nə ola bu nazirlərədən olanların balalarından biri keçə əlimizə arxasın dirəyək divara. Soruşaq ki, ay insafsızın balası insafsız de görək bu işi niyə belə ağbədiyyə tutub bizi adam yerinə qoymursunuz? İndi nazir özü olmasa da, onlardan birinin oğlu düşmüşdü onların əlinə. Nə olsun bayaq dedi ki, mən nə qədər burdayam səndən başqa heç kimlə dərdimi bölüşməyəcəm. Allah bilir indiki söhbətdən sonra o çalışacaq ki, bir də mənimlə üz-üzə gəlməsin. Ancaq Anara baxdıqca az qalırdı ki, ona yazığı gəlsin. O mizin üstünə yayxanıb uşaq atasına baxan kimi gözlərin zilləyib ona elə qulaq asırdı ki, sanki bu dünyada yoxdu. Arif ürəyi dolu olsa da istədi söhbəti elə bu yerdə kəssin. Bir əlli qramda araq içib çıxıb getsin. Ancaq Anar yenə qolların mizin üstə daraqlayıb çənəsin qollarının üstünə qoyub:

- Hə qardaş davam elə eşidirəm səni -dedi.

- Vallah Anar, danış deyirsən danışım, ancaq ucu-bucağı görünməyən söhbət ölkəni qabağına qatıb elə bil ağır dərd-sərə, uçuruma, məhv olmağa aparan məsələdir ki, bundan başlayıb yarı yolda dayanmaq olmaz. Özü də deyim ki, biz bu söhbətlə Amerika kəşf etmirik. Bayaq dediyim kimi belə söhbətlər bütün günü hə yerdə hamı tərəfindən edilir. Heç onu da deyim ki, belə söhbətlərin xeyri də yoxdu. Lap tutaq ki, mən belə söhbətləri sənin kimi adi müstəntiqin yox, səndən on dəfə böyük məmur yanında danışsam da zərrə qədər xeyri olmayacaq. Bax Anar da məni də ən çox düşündürən və qorxudan vəziyyətin belə ciddi şəkil aldığı vaxtda niyə aşağını da yuxarını da, məhvə aparan bu hadisəyə heç kim tərəfindən əhəmiyyət verilməməsidi. Sən təssəvvür elə ki, şagird də, tələb də rüşvət verir, müəllim də, professorda rüşvət alır. Xəstə barmağındakı son üzüyünü, həyətindəki son inəyini satıb həkimə verir. Məhkəmə rüşvət alır. Polis prakuratura pulsuz ədalətə baxmır. Vergi dövlətə yığdığından çox üzünə yığır. Maliyyə göz yumur, faiz alır. Ölkəyə girən yükdən də, çıxandan da pul alır. Qıçı-qolu olmayanların, gözləri kor olanların şikəsdiklərini onlara pulla satılır. Sağlamı şikəst, şikəsti sağlam yazırlar. Vətənin şərəfi sayılan ölkənin keşiyinə gedən, torpağımızı dövlətimizi, bayrağımızı, namus- qeyrətimizi qoruyan əsgərlərimizi incidib, döyüb, təhqir edib pul alırlar. Anar ən dəhşətlisi də budur ki, ölkənin balacadan tutmuş ən büyük məmurlarına rəhbərlərinə kimi hamısı bu mövcudluğu çox yaxşı bilə-bilə bunu inkar edirlər. Anar bu məmləkətdə bir məmur tapa bilmirsən ki, o rüşvət almasın. Yalan danışmasın. İstəyən də istəməyən də buna məhkum olunub. Əgər sən rüşvətlə yalanın daşıyıcısı olmasan bu ölkə də sənə yer yoxdu. Anar sənin atıldığın həyatın bir hissəsi bundan ibarətdir. Sən də bu həyata uyğunlaşmalısan. Tələb olunan boyunduruğun altına girməlisən. Özü də sizin sahə də rüşvət almağı bacarmayan işçilər çox gülünc vəziyyətə düşür. Onları maymaq adlandırılar. Bilirəm bu söhbətədən sonra məndən acığın gələcək. Bəlkə də bu səninlə birinci və axırıncı yeyəcəyimiz çörək olacaq. Ancaq onu da bil ki, çox yox beş-on günə sənin görəcəklərini mən sənə bir az tez dedim.

Anar özün pis hiss eləməyə başlamışdı. O, məqsədində, ruhunda çox zərif olduğuna görə qəfil ürəyinə uçub tökülmüş daş kəsəyin ağrılarına tab gətirə bilmirdi. Onun indiyə kim ağ vərəq kimi tər-təmiz gördüyü təsəvfür etdiyi həyat tünd qara rəngə çevrilkmişdir. İstəyində axtarıb tapacağı daim yuyunub təmizlənəcəyi hüququn ədalət çeşməsi Arifin sözləri ilə bulanıb ürəy bulandıran lehməyə dönmüşdü. İndilərdən, qədimlərdən bu günə qədər dünya səmasında məşəl kimi yanan bəşəriyyətə insanlıq, ədalət, bərabərlik nuru paylayan Herodotdan, Platondan, Aristoteldən alıb gətirdiyi hüquq elminin işığı gözündə sönməyə, ondan üz döndərib Yunan, Roma xarabalıqlarına dönməyə başlamışdı.Təhsil aldığı unversitetin möhtəşəm binası od-alov içindən çıxmış his-pas basmış daş parçasına dönürdü. Ağızlardan dür tökülən müəllimləri içərilərinə saman doldurulmuş müqəvva adamlara dönürdülər. Evlərində gördüyü o pul kisələri nə vaxtsa həmin evi sakinləri qarşıq göyə sovuracaq atom mombaları idi. Nəzərində çox ucalıqda olan atası sürətlə enməyə başlayırdı. Evlərində gördüyü cəh-cəlal, çöldəki var dövlətləri Tarverdinin çörək tapmayan uşaqları, bu da qarşısında oturan işıq pulu verə biməyən işsiz gənc ailə başçısı. Ali konstitusiya hüququnun yaratdığı ədalət bərabərlik. Keçən il müəllimlərindən biri ona demişdir ki, Anar sən çalış hüququn nəzəriyyəsi ilə elmi araşdırmalarla məşğul ol. İndiki vaxtdan real sahədə işləmək sənin hünərin deyil. Onda Anar o çox istədiyi müəllimdən içərisində burulub incimişdi. Ona elə gəlmişdi ki, müəllimi onu başqalarından aciz tənbəl istintaq tədqiqatının öhdəsindən gələ bilməyəcək zəif tələbə kimi tanıyır. İndi dərk etməyə başlamışdı ki, müəllimi indiki vaxtda bu sahədə işləmək sənin hünərin deyil deyəndə nəyi nəzərdə tuturmuş. Deməli bu sahədə olan bu vəziyyətdə olan müəllimlərin də xəbəri olub.

Anar bu fikirlə burulğandan gözlərin Arifə dikib qalmışdı. Anarın içərisindəki təlatümün hansı səmtə baş alıb getdiyindən xəbəri olmayan Arif bu baxışla indi Anarın Arif bəsdir danışma bir də belə söhbətlərə qayıtma. İndi də dur get mənim evimdən deyəcəyin gözləyirdi. Ancaq gözlədiyinin əksi olaraq Anar fikirdən ayılıb yenə ehtiyaclı baxışalrı ilə ona davam elə işarəsi verdi.

Anar mən Xalq təsərrüfatı İnstitutun sənayenin iqtisadiyyatı fakultəsin bitirmişəm. Özü də kiminsə vasitəçiliyi ilə yox. Öz biliyimlə. Yəni demək istəyirəm ki, Ölkədə mövcud ictimai siyasi vəziyyətdən az çox başım çıxır. Nə olsun ki, işsizəm. Anar Arifin sözün kəsib:

- Arif, bəs niyə iş tapıb işləmirsən? Axı son altı ildə ölkədə altı yeddi yüz min iş yeri açılıb.

Arif özün saxlaya bilməyib bu sözə ürəydən güldü. Səhərdən üzündə zərrə qədər gülüş əlaməti olmayan Arifin qafil onun bu sözünə belə uğunub getməsindən Anar pərt oldu. “Mən nə yüngül, nə pis hrəkət etdim ki, bu belə gelməyə başladı”- deyə fikirləşdi. Arif gülüşün boğub qurtarıb əlin piyaləyə atıb:

- Anar gəl bunu da içək bu böyük yalanın şərəfinə.

Anar ona çox ağır gələn bu sözdən bilmədi səksəndi yoxsa qorxdu. Onu bildi ki, o özün çox pis hiss elədi. Arifin əlin göydə qalıb onu gözlədiyin görüb o da əlin piyaləyə atıb Arif axı bu məmləkəti..

- Anar mən də bilirəm o məmkəkəti kimə verir və verir. Mən onan da dəxli yoxdu ki, ekranda bütün xalqa elan olunur ki, altı ildə yeddi yüz min daimi iş yeri açılıb. Mən də sənə deyirəm ki, bu məlumat dünyada tayı bərabri olmayan yalandı.

Bu vaxt Arif gördü ki, Anarın rəngi saraldı. O, əli əsə- yerə əsə piyaləni qoyub boğula-boğula:

- Məni bağışla- deyib qalxıb əlin ağzına tutub, mətbəxə tərəf qaçdı.

Onun bir neçə dəfə ögümə səsi gəldi. Sonra nə bilim asqırdı, ösgürdü. Boğazın təmizlədi. Qayıdıb halsız halda yerində oturu.

Anarın belə vəziyətə düşdüyünə görə Arif peşman oldu. öz-özün danladı ki, nə olar adama üz verib şərait yaradanda. mən nə bilirəm ki, o, indiki həyatı necə onun hansı tərəfini öyrənmək istəyir. Mən də başlamışam ki, o boyda adamın bu boyda xalqa verdiyi məlumat yalandı. Bir anda yadımdan çıxartdım ki, bu oğlan bu dövlətin yenicə oxutdurub yetişdirdiyi müstəntiqdir. Özü də atası da bu dövlətin naziridir. Düzdən Arifin dediyinin Anara pis təsir etdiyinin ifalın çəkdi. Bu çox qəlbi təmiz həyata yeni atılmış kövrək sadəlövh bir gəncdi. Mən də bunun bu sadəliyindən istifadə edib sərhəddini gözləmirəm. O, Anara baxıb:

- Anar məni bağışla artıq həddimi aşdı. Söhbətim sənə təsir etdi. Əslində, görürəm heç düz əməlli olaraq içən də deyilsən. Mən də səni...

Anar boğazın təmizləyib dəsmalla dodaqların qurlayıb:



- Yox Arif,mən düz deyirəm. Qətiyyən sən deyən kimi deyil. Nə sənin sözlərindən, nə də içkidən bu hala qaldım. Heç özüm də bilmədim niyə içkidən ürəyim bulandı. Ancaq sən bir şeyi düz deyirsən ki, bunların hər ikisi mənim üçün təzədi. Mən içki içən olmamışam. Ola bilər bunlardan hansınısa bədənim götürmədi. Ancaq dəqiq bilirəm ki, bu içkidən deyil. Heç söbhbətdən də belə olmamalıdır. Bilirsən Arif elə bil isti rahat yerdən çıxıb qəfil şaxtaya tufana düşən kimi oldum. Bəlkə də bu ona görədir ki, mən bu danışıqdan həyatın özündən sərtliyindən yalanından düzündən tamamilə kənarda pambığa bükülüb qaldığımdandır ki, indi danışılan həyatdakı həqiqətlərə tab gətirə bilmədim. Ancaq mən belə pambığa bükülüb sadə həyatdan bixəbər qalmaq istəmirəm. Mən də bu həyatda yerimi yolumu müəyənləşdirməliyəm. Ona görə həyatda nələrin baş verdiyin pisin də, yaxşısın da bunlardan hansını həyatda hökmdar olduğun öyrənməliyəm. Düzlüklə əyrinin, təmizsliklə çirkinin hansındasa özümə yer seçib yurd salmalıyam. Ona görə sən söhbətinin davam elə. Özü də fikirlərini deyib üstündən keçib getmə. Dediklərini aydınlaşdır mənə sübut elə.

Bilirsən Anar altı yüz min bizim ölkə üçün çox böyük rəqəmdir. Rusiya kimi ucsuz bucaqsız bir ölkədə bu rəqəmi asanlıqla avamların gözündən yayındrıb ört-basdır etmək olardı. Bizim ölkəmiz çox kiçikdir. Balaca bir təpəyə qalxsan hər yerin görə bilərsən. Altı yüz minlik iş yerini müasir texnalogiya ilə hərəsində beş yüz nəfər işləməklə min iki yüz zavod fabrik deməkdi. Axı qabaqkı zamanə deyil ki, orta səviyəli zavodda iki min üç min insan işləsin. İndi kim deyə bilər ki, Azərbaycanda son on ildə iki yüz üç yüz fabrik zavod tikilib. Bəs bunlar fikirləşməyibsə göz qabağında yoxdursa onda bu iş yerləri harda açılıb. Məgər idman bazalarında, istirahət parklarında, stadiyonlarda on minlərlə adam işləyir. Məktəb, xəstəxana, yeni klinikaların tikilməsi isə yeni iş yerləri deyil. Köhnələrin yenisi ilə əvəz olunmasıdı. Mən razıyam. Bizim ölkədə gedən yol tikintisində qoy on min insan işləsin. O da daimi iş yeri sayılmır. Qalır bizdə hal hazırda bir nömrəli iş yeri sayılan bina tikintiləri ki, həqiqətən bu sahədə qanuni qanunsuz yəni rəsmi, qeyri- rəsmi xeyli insan işləyir. Hamı bilir ki, Azərbaycanda, yəni Bakı da binaların kütləvi tikintisi keçən əsrin doxsanıncı illərin ikinci yarısında sürət götürmüşdü. Bunun tarixi gedib çıxır ən azı on iki il bundan öncəyə. Heç kim deyə bilməz ki, son altı yeddi ildə Bakıda mənzil tikintisi iki dəfə artıb. Lap tutaq ki, bu tikinti o sürətlə artıb ki, son beş altı ildə bura əlavə yüz min işçi cəlb olunub. Bəs bu altı yeddi yüz minin qalanı harda gizlənib görəsən. Əgər bu araşdırma sənin üçün qaranlıq qaldısa sənə dah asan öyrənilməsi mümkün olan bir yol göstərim. Ölkə də açılan bu iş yerlərinin rəsmi hesablama komitəsinin məlumatına görə altı mini də bizim bu balaca rayonun payına düşür. İndi sənin bir müstəntiq kimi imkanın var ki, o rəsmi rəqəmi əldə edib bu rayonda tikilən istifadəyə verilən bircə dənə üç yüz beş yüz yerlik iş yeri tapasan. Anar mənim bu qədər danışmaqda əsas məqsədim başqadır. Daha doğrusu qorxulu şey daha dərindədir. Sən hüquqşünassan bunu daha tez dərk erərsən. Şübhəsiz ki, hər bir nizamlı ölkədə də müəyyən fəaliyyət sahəlirində qeyri qanuni hərəktlərə yol verilə bilər. Ancaq həmin ölkələrdə qanunlar işlədiklərinə görə belə hallar dərhal aradan qaldırılır. Və onun təkrar olunmaması üçün dövlət öz səlahiyyətindən istifadə edir. Ancaq bizdə hər sahədə haqsızlıq, özbaşnalıq, rüşvət, korrupsiya, yalan hər kəsin rəhbərlik etdiyi sahəni talan etməsi qanun və fərnmanların işləməsinə nəzarətsizlik insanların narazılıq və şikayətlərinə nə inki əhəmiyyət verilməməsi, hətda belə insanların sıxışdırılıb təqiblərə məruz qalması, inamın itməsi, mənəviyyatın, irsi mənəvi dəyərlərin taptalanıb məhv edilməsi bütün sahələrdə dəyərli insanların geri itələnməsi, sıxışdırılıb ölkədən çıxarılması bunların yerinə natəmiz, pozğun, mənəviyyatsız, milli dəyərlərdən məhrum, dövlətimizə, torpağımıza, bayrağımıza, Ana yasamıza, vətən vətəndaşına yad adamlarla doldurulmuş, adama elə gəlir ki, bu ölkəni uçuruma aparan bu böyük işin başında gözə görümnəz ancaq çox böyük güclü təşkilat dayanıb. Ancaq bu terror təşkilatılarından tamamilə fərqlənir. Daha doğrusu ölkənin məhvinə yönəlmiş bu terror təşkilatlarından daha güclü dağdıcı təşkilata malikdir. Bu təşkilatın məqsədi və silahı qanunların işləməməsinin qarşısını almaq yolu ilə güclü anarxiya yaratmaq bu anarxiya vasitəsi ilə insanları bezdirib dövlətə, vətənə, millətə nifrətini coşdurmaq, onları bu nifrət içində həkdən salmaq və bununla da millətin, dövlətin gələcəyi olan vətəndaş cəmiyyətinin yaranmasının qarşısın almaq. Axı ola bilməz ki, hamının gözləri qarşısında olan bu qədər özbaşınalıqları dövlət görməsin. Yaxud da görsün bunun qarşısın almasın. Deməli dövlətin yolun kəsən nəsə bizim görə bilmədiyimiz bir güclü qüvvə var. O gün məhkəmədə bıçaqlayana üç il, yanında durana səkkiz il iş verdilər. Bu hadisə də hamının gözləri qabağında baş vermişdi. Bıçaqlayanın adamları on min verib oğlanlarınmın yerin günühı olmayanna dəyişdirdilər. Bir dövlətin ki, ədalət məhkəməsi heç kimdən, heç nədən çəkinmədən rüşvət alıb cinayətkarın əvəzinə günahsız tutacaq o ölkədən yaxşı nə gözləmək olar. O da neyləsin kişin min yüz əli min verib tesdən keçib hakim olub.

Bu vaxt Anar yenə əlin ağzına tutub mətbəxə qaçdı. O bu dəfə ürəyi yerindən çıxacaqmış kimi daha çox böyürüb ögüyüb haldan düşmüş halda geri qayıtdı.


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə