Vətəndə əlacı olmayan ağır xəstəlik



Yüklə 0,55 Mb.
səhifə5/10
tarix10.05.2018
ölçüsü0,55 Mb.
#43389
1   2   3   4   5   6   7   8   9   10

Anar gələndə Arif bayaqdan əlində tutduğu arağı içib ayağa qalxdı. Anar nə illah elədisə o oturmayıb yox dedi.

- Anar mən indi başa düşdüm ki, belə söhbət sənə pis təsir edir. Mən getdim. Süfrəyə görə çox sağ ol. Ancaq çoxda ciddi hissə qapılma. Az keçməz ki, sən də bu yaramaz şəraitə uyğunlaşarsan.



Anar Arifin arxasınaca qapını bağladı. Elə bil birdən-birə başı böyüyüb bədəninə ağırlıq edirdi. Beynində qaranlıq işığı yaxşı pisi ayaqları altına alıb əzirdi. Fikrindən ürəyin bulandıran meh əsrdi. Bədəninə ilan əqrəb dırmaşıdı. O, vəziyətinin yüngülləşdirmək üçün dedi ki, belə şey ola bilməz. Arif çox qorxulu şeylər danışırdı. Necə yəni hamı rüşvət alır. Hamı yalan danışır qanunlar işləmir. Milli dəyərlər məhv olub gedir. Guya deyilən altı yüz min iş yeri yalandı. Arif bunları qəsədən məni sınamaq üçün dedi. Həm müstəntiq, həm də nazir oğlu. Yoxlayırdı ki, görsün bu uydurmalara mən tab gətirəcəm ya yox. Bu danışdıqlarının hər biri ağır cinayətdir. Adi bir adam gör dövlətin onun məmurlarının danılnca nələr danışır. Fikir verirdim elə danışırdı ki, elə bil adi söhbət eləyir. Heç rəngi də dəyişmirdi. Mənim halım dəyişib ürəyim bulanmasaydı hələ Allah bilir nələr danışacaqdı. Bəs mənim bu iki gündə gördüklərim necə olsun. Dünən bir bu gün iki rüşvət əlimlə verdim. Sədulla əminin, Tarvedinin dedikləri də yalandı? Yox bu gördüklərim hamının belə olması demək deyil. Bir az vaxt lazımdı. Özüm araşdırıb, özüm qərara gəlməliyəm. Onun içində anlaşılmaz narazılıq qaynadı. Nədəsə özün təqsirkar bilib buna cavab olaraq özün cəzalandırmaq üçün piyaləni doldurub içdi. Yerinə uzanıb gah tək başına, gah da Tarverdi, Sədulla kimi haqqı tapdalananlardan qoşun düzəldib rüşvətxorları, yalan danışanları qılınclaya-qılınclay yuxuya getdi. Anar yuxusunda gördü ki, rüşvət alanlarla yalan danışan nazirlər məmurlar dayanıblar məmləkətin qurtaracağının dörd tərəfindəki təpələrin üstündə. Qalan insanlar hamısı Tarverdi, Sədulla, Tarverdinin arvadı Gülzar elə onun qapı qonşusu Arif dönüb düzü dünyanı doldurub qalmışdılar nazirlərdən məmurlardan aşağı onların ayaqlarının altında. Bu təpədəki nazirlərdən ya da məmurlardan biri əlindəki çörəkdən bir tikə kəsib atır ayaqlarının altındakı camaata tərəf. Camaat üzlərin döndərirlər. O təpəyə tərəf onlara atılan bir tikə çörəyi görüb bir-birlərini itələyib qıynaqlayıb yaxasından saçından tutub ayaqlarının altına alıb haray deyib cumurlar o bir tikə çörəy atılan tərəfə. Həmin bir tikə çörəy havaya qalxmış milyonlarla əllərə çatmamış yoxa çıxır. Həmin təpədə dayanmış məmurlar nazirlər atdıqları bir tikə çörəyin camaata çatmadığın görüb əvvəl bərkdən gülürlər sonra şırıqqa vurub sevinirlər. Sonra onların böyüyü bu vəziyyətdən ruhlanıb musiqiçilərə şaqraq oyun havası deyə əmr edir. Sonra nazirlərdə məmurlarda bu havaya vur çatlasın oynamağa başlayırlar. Sonra o biri təpədəki nazirlər məmurlar bu təpədəki nazir məmurların bu şənliyinə paxıllıq edib onlardan biri camaata bir tikə çörəy atır. Camaat bu biri təpədən atılan bir tikə çörəyi görüb onlara tərəf dönüb bayaqkı tikənin arxasınca gedəndə ayaqları altında qoyub öldürdükləri meyidlərin üstündən adlayaraq bir tikə çörəy atılan təpəyə tərəf qaçırlar. Anar ortada olan bir təpənin üstündə dayanıb bunların hamısın görür. Ancaq o nə qədər dartınırsa yerindən tərpənə bilmir. Kmsə onun ayaqların bir yerə mıxlayıb tərpənməsinə imkan vermir. O görür ki, insanlar bu bir tikə çörəy atılan təpədən o biri tikə atılan təpə arasında qırılıb qurtaracaqlar. Onlar artıq azalmağa başlayır. Onlar azaldıqca təpələrdəki musiqi səsləri artır. Nazirlərində, məmurlarında gülüşlərin də, şırıqqa vurub ura deyib sevinmələrin də, əl qaldırıb oynamaları da şiddətlənir. Təpənin birinin üstündə onun atası da, baş müstəntiq Cəmşidov da, prokuror Canəliyev də var. Atasının da belə hala əl götürüb oynaması onu çox pis darıxdırır. Nə qədər dartınırdısa yerindən qopa bilmirdi. Hərdən atası özü durduğu təpədən qopub onun yanına gəlir, ona göz vurub gülür. Necədi səninçün? Bütün bunları sənin gələcək xoşbətliyin üçün edirəm deyib yox olub gedirdi. Nə də Anarın dili açılmırdı ki, atasına bir kəlmə söz desin. Birdən camaat yorulub əldən düşüb dayandılar. Təpələrdən onalra atılan bir tyikə çörəyə getməyə taqətləri qalmadı. Hamı öz yaxınının yarasın sarımağa ölənin dəfin eləməyə başladı. Nazirlərin mə məmurların böyükləri dörd təpədəkilərin hamısını Anar dayanan təpənin üstünə yığıb iclasa başladı. Nazirlərin məmurların böyüyü dedi ki, hamınızın içindən razıyam. Qoy hamı bilsin ki, biz istər xarici, istərsədə daxili düşmənlərimizin hər cür hücumunun qarşısın almağa hazırıq. Bizim uzun illərdən yartadığımız bax bu cür sabitliyi heç kim cəsarət edib poza bilməz. İclas qurtarandan sonra atası gülə-gülə onun üstnə gəldi. Anarın dili açıldı. O var gücü ilə bağırıb dedi ki, mənə tərəf gələmə. Qoy bu camaat bilməsin ki, sən mənim atamsan. Bu sözdən atası qaraldı, daşa döndü. Yenə cana gəldi. Ancaq atasına oxşamadı. O Anara yaxınlaşıb onun sifətinə güclü sillə vurdu. Anar sillənin təsirindən yuxudan ayıldı. O, geyinib bir stəkan çay içib otuz qırx illik işdən yorulub bezmiş kimi könülsüz işə getdi. Müstəntiq Cəmşidov onun salamına hırıldaya-hırıldaya aldı. Hər başın qaldırıb Anara baxanda da dişin ağartdı. Anar Cəmşidova baxanda onun oturuğu kürsüdə rüşvət yalandan bir tikə çörəy göstərməklə düzü dünya insanları çöllərə salıb ora bur ayürtdürməklə onları yorub alçaldıb əldən salan məmurların arasında görürdü. O elə indi də təpədən ona baxıb hırıldadığı kimi dişin ağardırdı.

Anarın Tarverdinin “uşalarının evdə bir tikə yeməyə çörəyləri yoxdu” sözü yadına düşdü. Gecə yuxuda gördüyü bir yikə çörəydən ötürü hündür təpədən uzadılmış başaldadıcı əllərə tərəf qaçan ayaqlar altında qalıb inildəyən insanlar arasında Tarverdi də, Gülzar da, uşaqlarıda var idi. Dünən Tarverdidən rüşvət aldığı üçün Cəmşidovun təpənin üstündədə indi burda da əhvalı altı beş vururdu.

Cəmşdov başın qaldırıb Anara baxıb dişin ağardıb:

- şeyf səndən çox razılıq elədi. Dedi ayağı düşərli oğlandı. Hələ cibimizdən də xərc qoyub düzəldə bilmədiyimizi bu boyda cəncəl işi bir göz qırpımında həll elədi. Hələ üstəlikdə o boyda bizə xeyir verdi. Üstündən də dedi ki, əlbəttə Anar belə olmalıdı. kişi o boyda təzrübəli hörmətli nazirin ailəsidə böyüyüb boya-başa çatıb. Üstəlik məni də danladı ki, Anarı vermişdim sənin yanına ki, səndən öyrənsin. Indi gərək bəzi şeyləri sən ondan öyrənəsən.

Anar qaralıb boğulmuş sifətini müstəntiqin görməməsi üçün əlindəki qəzeti yuxarı qaldırdı. Müstəntiq prokurorun sözü ilə onun atasının nədə təcübəli olmasın həm də mənim belə rüşvətxor ailədə böyüyüb boya-başa çatıb təcrübə qazandığıma işarə vurur. Yenə evlərində gördüyü metro liftində dayanmış adamlar kimi cərgələnmiş pul kisələri gözünün qabağına gəldi. Yuxuda atsı təpədə bu müstəntiqdən də çox ucada dayanmışdı. Elə bil yuxuda atasının vurduğu sillə indi dəydi onun sifətinə. Sir-sifəti od tutub yandı. Bədəninə istikil doldu, ürəyi bulandı, əlin ağzına sıxıb özün boğdu. Ürəyə bulanmasın güclə qaytarıb yerinə otuzdurdu.

Bu vaxt böyük müstəntiq Cəmşidovun telefonu səsləndi. O, dəstəyi götürdü. Deyilən sözlərə qulaq asdıqca onun sifəti haldan hala düşdü. O, sən ona dedin ki, mən yerimdəyəm? Telefonda deyilən sözə Min dəfə sizə demişəm ki,. Belə adamlar gələndə əvvəl bizlə əlaqə saxlayın. Görün o adam üçün biz yerimizdəyik yoxsa heç on gün işdə olmayacağıq. Tay demisən burax gəlsin. Buraxmasan hay küy edib bütün küçəni götürəcək başına.

Cəmşidov dəstəyi yerə qoyub baş vermiş hadisəni Anarla bölüşdürmək istəyirmiş kimi ona baxıb:

- köpək qızı neçə aydı qırsakkız olub yapışıb yaxama ki, bizə sosial yardım almaq üçün mənə kömək elə. Əslində, şeyfin qəbulunda olmuşdular sonrada göndərib mənim yanıma ki, bunlara kömək elə. Qardaş bir deyil beş deyil hansına kömək edəsən. Hamısının da vəziyyətləri bir birindən betər. Neçəsinə kömək etmişəm.

Cəmşidov Anara demədi ki, bu neçəsinə necə kömək edib. O bu kömək elədiyi adamlara qarşı sosial yardımın işçisi roluna girmiş onlardan və yaxud da sosial müdafiənin özündən bəri başdan altı aylarını pulun alıb özü qoymuşdu cibinə. Artıq onlardan nə o cürnədən başqa cürə xahiş edə bilmirdi. Çünki sosial yardımın müdiri sonuncu dəfə ona demişdi ki, Cəmşidov elə bilərsən bu pulların hamısı bizm cibimizə gedir. biləsən ki, ondan bizə tula payı qalır. Sizdə belə eləyəndə gərək biz pulsuz işləyək. Ondan sonra Cəmşidov qorxmuşdu ki, o bu əməli davam etdirsə müdir həm prokurora həm də icarə başçısına şikayət eləyər. Onlarda cənnətin tər təmiz övladları kimi düşərlər onun üstünə ki, sən bu boyda dövlətin o boda yaratdığı korrupsiyaya qarşı çox ciddi mübarizə aparan idarənin diri-diri göz qabağında öz sahəsində alan gəlirlərdən kənara çıxıb özbaşnalıq edib digər sahəyə də əl atırsan. Hər kəs canı çıxmalıdır öz sahəsində otdamalıdı. Nə də o bu Anar burda olamasaydı həmişəki kimi düşərdi bu sosial müdafiə nazirliyndən ta yerli idarəsinə kimi deyinib söylənərdi şikayətçi də baxıb görərdi ki, bu boyda müstəntiq onun balaca bir işinə görə necə narahatdı. Nə təhər odlanıb o haqsız adamları söyür. Onun işi də düzəlməsə heç olmasa bundan təsəlli tapıb rahatlanıb razı halda çıxıb gedərdi. İndi o Anarın yanında bu barədə heç nə deyə bilməyəcəyinə və onuncu dəfə bu qadının başın aldadıb necə yola salacağını fikirinə getmişdi.

Qapı döyüldü açıldı bir cavan gəlin yanında iki oğlan bir qız uşağı içəri girib başın aşağı salıb dayandı. Cəmşidov fısıldaya-fısıldaya bu işdən həkdən düşüb bezmiş kimi siyirmələrin birindən sancağa keçirilmiş bir dəst sənəd çıxarıb onları əlində bir az o yan bu yana çevirib:

- Bilirsən bacı mən prokuratura da məruzə elədim. Özüm də sən dediyini onlara dedim. Lap müdirin özün çağırtdırmışdım. Bura. Dedi nəinki dörd ayın, heç altı ayında saxlasaq yerimiz yoxdur. Dedilər ilin başı gəlsin. Görək çıxandan zaddan olsa bəlkə yuxarıdan yardım artırsalar onda baxrıq. Tay gör sənin bu balalarının xatirinə məcbur olub prokuror müstəntiqi olmağım qoydum bir kənara onlardan belə açıq danışdım yenə bir köməyi olmadı. Müstəntiq əlindəki kağızları gəlinə tərəf uzatdı. Gəlin balaca oğluna baxdı. Oğlan irəliləyib kağızı müstəntiqin əlindən aldı.

Gəlinin uzaq qohumu ona demişdi ki, müstəntiq onların da sənədlərin almışdı. Düzdü onlar da əvvəl prokurora şikayət etmişdilər. Prokurorda onları göndərmişdi bu müstəntiqin üstünə. Bu da altı ayın pulun bəri başdan alıb cibinə qoymaqla onların işin düzəltmişdi. Elə o qadında Əsmərani məcbur etmişdi ki, göz baxa-baxa acından ölməkdənsə uşaqlarını sal yanına get prokurorun yanına.

Əsmarə bu son xəbərdən sarsıldı. Ailənin acından ölməməsi üçün son ümüd yeri bu idi. Küçələrindəki üç mağazanın üçünə də borcları var idi. ərinin aldığı qırx beş manat pensiya onun özünün siqaretinə dava dərmanına çatmayırdı. Hər gün bir dəfə uşaqları götürüb ya anasıgilə ya da özləri də bir təhər çörəylərini tapan bacısıgilə gedib bir qarın yeyib gəlirdilər. Anasının öz boğazlarından kəsib onlara qır-qırıntı köməyi olmasa onlar heç olmasa on gündə yaşaya bilməzdilər. Anar uşaqlara baxdı. Hər uşaq ona bir dəfə baxıb başların saldılar aşağı. Gəlin ona tərəf baxmamışdı. Qarşısında dayanıb başların aşağı salan dünyünın bütöv anasının ciddiyət və vüqarını gözəlliyini simasında cəmləşdirən bu türk qadını ismətinin səddində bənzərinin solğunluğunda batan günəş kimi çox sürətli qürub edirdi. Qəfil gəlinin gözlərindən yaş axmağa başlad. O, dönüb çıxanda qardaş bizim evdə bədbəxt hadisə baş versə bunun səbəbini başqa yerdə axtarmayın. Bilin ki, bu bir tikə çörək ucbatından olub.

Atasının sifətinin bir tərəfinə vurduğu sillədən min dəfə ağır sifətinin o biri tərəfinə gəlinin bu sözündən dəyən sillə Anarı alova bürüdü. O, yerindən qalxıb:

- Bacı dayan -deyə elə bil bağırdı.

Səsin zəhminə hökmünə Əsmarə də uşaqlarda dayanıb çevrilib ona baxdılar. Anar yeriyib kağızı gəlinin əlindən alıb:

- Rahat gedin evinizə sizə o yardımı çox yaxında elə iki üç günə alacaqsınız- dedi.

Əsmarə əlindən alınmış kağıza baxıb çıxdı. Uşaqları da əvvəl belə səsdən çox pis qorxmuş sonra bu adamın belə dediyi sözlərdən heç nə başa düşməmiş ancaq çaşqın halda ümid gözləri ilə ona baxa-baxa analarının arxasıyca çıxdılar.

Anar başı güruldaya-gurulday başın qatmaq üçün kağızları o tərəf bu tərəfə çevirməyə başladı.

Cəmşidov dedi ki, sənədlər qaydasındadır. Onlara hamıdan qabaq düşür. Beş nəfər qırx beş manata baxır.

Anar otaqdan çıxanda dönüb Cəmşidova dedi ki, məni heç kimi tanımır. Bir sən bilirsən ki, mən ora gedirəm. Onlar mənim kimliyimi bilməməlidirlər.

Cəmşidov dedi ki, arxayın ol. Məlumat vermərəm.. mən də istəyərəm iş düzəlsin. Bunlar mənim yaxamdan əl çəksinlər.

Anar idarəyə girib dəhlizdə üzləşdiyi adamdan yardım almaq üçün kimə müraciət olunacağın öyrənib qapını döyüb içəri girdi. Yanında bir nəfərlə söhbət edən şöbə müdiri başın qaldırıb içəri girən adama görmürsən yanımda adam var demək istəsə də tanımadığı bu şəxsin görkəmindən az da olsa ehtiyat edib sözün saxlayıb eşidirəm sizi dedi. Anar bağışlayın mən gözləyərəm deyib çıxmaq istəyəndə şöbə müdiri çıxmayın deyib yanındakı adama baxdı. O. Adam qalxıb otaqdan çıxdı.

Anar əlindəki kağızları şöbə müdirinə uzadıb mən bunların qohumlarıyam. çoxdan idi gəliş gedişimiz yox idi. Dünən anamı götürüb onlara qonaq gəlmişəm. Vəziyyətlərin çox pis gördüm. Mənim imkanm var. Sizdə qayda necədirsə elə də bunlara kömək edin. Bu iş düzəlsin mən də burdan arxayın gedim.

Şöbə müdiri sənədləri bir az o tərəf bu tərəf çevirib:

- Birincisi pis vaxtdı, ilin nə ortasıdı nə də axrı. Ikincisi də gərək bunlar yoxlanıla. Həyət bacalrına evlərinin içinə çölünə dam daşları olub olmamsına maşın və sair yoxlana. sonra...

Anar çox yumşaq bir vəziyyət alıb:

- Qardaş, siz yaxşı bilirsiniz ki, vəziyyəti yaxşı olub dolanışıq imkanı olan heç kəs bu cüzi yardımdan ötrü bura gəlməz. Bir də onların az da olsa dolanmaq imkanların görsəydim mənim burda nə işim var idi. Bir də hörməti mən bu başdan verəcəm. Nəqd sözü şöbə müdirin açdı.

O:

- Bilirsən də burda qayda necədi.



- Axı mən hardan bilə bilərəm. Birdə onlar daq hərəsi bir söz dedi.

- Bizdə qayda belədir ki, altı ayı bizə yəni bura çatacaq, altı ayların özlərin alacaq. Özü də altı ayı bu başdan biz alırıq. Qalan altı ayı onlar.

Anar şöbə müdirinə baxıb:

- Axı mən nəqd verərəm. bir az...bəlkə dörd ayının pulun verim. Qalanın onlar alsınlar.

- Yox o artıq mənim işim deyil. Idarənin müdiri var onsuz eləyə bilmərəm.

Anar dedi ki, onda yxşı mənə icazə ver özüm idarə müdirindən xahiş edim ki, bir ayda olsa güzəştə getsin. Getməzsə yenə siz deyən qayda ilə gedərik.

Anar icazə alıb müdirin aynına girdi. Onada məsələni deyib bir ay iki ay hörmət olunmasın xahiş etdi. Müdir bir az da acıqlı narazı halda ona baxıb dedi ki, qardaş mən bilmirəm sən kimsən. Mən kiməm ki, bu işdə az çox edəm. Bu qayda yuxarıdan nazirlidən qoyulub. Mən sənin yerinə pul qoyan deyiləm ki, istəyirsənsə düzəlt istəmirsən düzəltmə öz işindi.

Anarda elə müdirin yanına bu məqsədlə gəlmişdi. O gözlədiyi cavabı müdirdən alıb şöbə müdirinin yanına qayıtdı. Ona dedi ki, altı ayın pulun hələ üstəlik iki yüz manat da ona artıq verəcək ki, ailədə pensiya alan Ramizin aldığı qırx beş manatda gəlir kimi hesablama. Arayış al ki, o heç yerə işləmir. Anar yüz manat da şöbə müdirinin cibinə qoyub bunu da sənə ona görə verirəm ki, bu gün işin axrına sənəd mən də olsun. Onlar hara qol çəkəcəklərsə onu sonra yardım alana kimi edərəm. Mən bu gün çıxıb gedəcəm. Bu yardım kağızını onlara hədiyə edib getmək istəyirəm.

Anar idarədən çıxıb binanın tinində olan qəzet köşkünə yaxınlaşıb:

- Mənə qəzet ver- dedi.

Qəzet satan qız:

- Müxalifət qəzeti, yoxsa iqtidar- deyə ondan soruşdu.

O birinci dəfə idi ki, qəzet alırdı. Müxalivət sözü haqqında indi eşidirdi. O bir an nə cavab verəcəyin bimədi. Fikirləşdi ki nə fərqi var iqtidar olsun müxalifət. Ancaq maraq üçün müxalifət qəzeti dedi.

Qızın hanısnı istəyirsiniz sualına Anar hamısından dedi. O, qəzet oxumaqla vaxtın keçirib işin rəfinə gedib hazırlanmış sənədləri götürüb evə gəldi. Bir az bu sənədləri bu ailəyə necə harda verməsi barədə fikirləşdi. Istədi saxlasın sabaha. Işdən zəng edib Əsmarənin əri Fərmanı çağırtdırıb orada versin. Ona elə gəldi ki, hələ də o gəlinin gözlərindən axan yaş dayanmayıb indi o uşqlarda qoşulub analarına ağlayırlar. Bir də Əsmarənin “qardaş bizim evdə bədbəxtlik hadisəsi baş versə bunun səbəbini başqa yerdə axtarmayın, bilin ki, bu bir tikə çörəyə görədi”. Anarın ürəyi çırpınmağa başladı. Ona elə gəldi ki, artıq Əsmarə özün asıb öldürüb indi uşaqları analarının meyidi üstündə yıxılıb ana deyə qışqırıb fəryad edirlər. Ya da indi Əsmarə indi əlində ip özün asmağa yer axtarır.

O, qaranəfəs telefonun üstünə gedib sənədin üzərində olan nömrəni yığdı. Hər bir çağrış səsi elə bil ki, Anara veriləcək dəhşətli küləyi idi. Dəstəydə həyacansız sərbəst uşaq səsi gəldi. Anar özündən uydurduğu bu vahimənin keçib getdiyinə sevinib Fərmangilin evidir- deyə soruşdu.

Uşaq -bəli- deyə cavab verdi.

- Atan evdədir.

- Bəli.


- Onda zəhmət olmasa atanı telefona çağır.

Anar alo deyən kişi səsinə:

- Fərman axşamın xeyir. Sizin sənədləriniz məndədir. Sən zəhmət olmasa unvermağın yanındakı birinci beş mərtəbəli binaya gəl. Ikinci girişdən üçüncü mərtəbəyə qalx. Sol tərəfdəki qapının zəngin bas. Səni gözləyirəm.

Əsmarə ərindən zəng eləyənin kim olduğun soruşdu. Fərman narazı halda ona dedi ki, ola bilsin sizdən sənəd alan oğlandır. Deyir sənədlər məndədir bura gəl. Çox yaxşı düzəltdi. Indi o da bir şey bəhanə edib sənədi geri qaytaracaq. Prokurorun sözü ilə o boyda düzəltməyən işi cavan oğlan hardan düzəldəcək.

Fərman çatıb düyməni basdı. Qapını açan cavan oğlan çox üzlə fərmana xoş gəlmisən deyib buyur içəri dedi. Fərman ləngimək istəyəndə oğlan onun qolundan tutub içəri dartdı. Anar onu Gövhər xalanın hazırladığı süfrəyə gətirib:

- əlinin yumağa ehtiyac yoxdursa buyur əyləş- dedi.

Anar oturmaq istəməyən qonağa baxıb:

- Hə, səni başa düşdüm nigaransan. Gəl bura -deyib onu telefonun yanına çəkdi. Götür dəstəyi evinizi yığ. Mənim Əsmarə bacıma xəbər ver ki, sizin yardım işiniz düzəlib. Özü də elə bu gündən o yardımı alacaqsınız. Səni də siyahıya saldırmışam. Ayda yüz əlli manat edəcək. Sonra bacım de ki, qardaşın məni çörək yeməmiş buraxmayacaq. Ona görədə bir az ləngiyəcəm.

Anar gördü ki, bu xəbərdən Fərmanın sifətində qan qalmadı. Başa düşdü ki, o inanmağı gəlmədiyi bu xoş xəbərdən sarsıntı keçirdi. Onun gözlərinin dibi nəmləndi. Hə- dedi. Anar:

- Tərpən zəng elə gəl. Xörəyiniz soyudu.

Fərman nömrəni yığdı. O, nə fikirləşdisə dəstəyi götürən Əsmarəyə qardaşının sənə sözü var - dedi və Anara baxdı.

Anar bu vəziyyətdən çaşıb qaldı.

Əsmarə də qardaşının sənə sözü var xəbərindən çaşıb qalmışdı. Fikrində bu hara gedib qardaşım harda. nə oldu bu sənəd beş dəqiqədə gedib qardaşıma çatdı. O, dəstəydən bacı axşamın xeyir sözünə aqibətin xeyirə cavab verib qardaşının səsin olmadığın duyub diqqət kəsildi.

- Əsmarə bacı səni narahat eləyən sənədi sizdən alan qardaşınızdır. Sizə onu demək istəyirəm ki, sizi oradan görəndən siz mənim doğma bacımsız. Fərmana dedim o sizə zəng edib desin o da dəstəyi mənə verdi. Sənə demək istəyirdik elə bir şey olmasa da sizin yardım işiniz düzəldi. Özü də bu gündən. Fərmanda Anar dəstəyin o başından:

- Qardaş, sən nə dedin? Bizim yardı...

Sonra hönkürtü səsi gəldi. Anar boğuldu. Və:

- Bacı-bacı axı bəs niyə ağladın, mən dedim ki, sən bir az sakit olasan. Ona görə bu işi sabaha qoymadım qalsın ki, sən darıxmayasan. Sən ağlayırsan. Sən Allah elə eləmə. Indi uşaqlar da sənə baxır. Onlar bilərlər ki, nəsə olub.

- Yaxşı qardaş yaxşı. Birdə ağlamağım qalsın səni görənə. Sən qardaşımın boynuna sarılanda ağlayıb ürəyimi boşaldaram.

- Yaxşı bacı. Yaxşı. Ancaq Fərman bir az ləngiyəcək. Mənimlə nahar eləyər sonra gələr. Sağ ol. Gecən xeyirə qalsın.

Anar Fərmanın sıxılmaması üçün əlindən gələni etdi. Münasibətə daha tez körpü salmaq üçün adama bir az da araq içdilər. Süfrə yekunlaşanda Anar dedi ki, Fərman sən mənim Əsmarəyə qəlbən bacı deməyimə inanmalısan. Bunun səbəbində axtarmağa ehtiyac da yoxdur. Mən istədim ki, bu belə olsun. Mən bu qərarı vermişəm və inanıram ki, Əsmarə də məni qardaşlığa götürəcək. Onda bizm bir birimizə nə edəcəyimiz və onu nə təhər edəcəyimiz barədə nə sual ortalığa çıxmalıdı, nə də bir-birimizdən buna görə sıxıntlı çəkməliyik. Sənin balalarının mən bu gündən dayıları hesab olunuram. Sən də mənim üçün əziz bir adam. bu gün bacımın gözündən axan yaş mənim bütün varlığımı sarsıtdı. Mən bunu indiki kimi etməsəm bilin nə bu gecə nə də qalan gecələri yata bilmərəm. O əlin cibinə salıb çıxartdığı üç min pulu Fərmanın cibinə qoydu.

Fərman dartılmaq istəyəndə o sərtlənib:

- Dayan -dedi. Gör nə deyirəm.

Fərman Anarın qəfil sərtlənməsindən əlacsız qalıb lal mat ona baxmağa başladı.

- Bu az puldu. Onun iki mini bacımla sənindi. Bacım balaları Seymur Samirə və Samirəyə hərəsinə iki yüz manat hədiyyə et. Ən əsası budur ki, indi evə gedəndə boş getmə. Hardan olsa mağaza tap. Evə nə alacaqsan özün bilərsən. O bazarlıq üçün qalan puldan yüz manatlıq ancaq uşaqlar üçün şirniyyat yemək şeyləri və cür-bəcür şirələr al. Sağ ol. Sənə yaxşı yol. Bundan narahat olsan hesab et ki, indiki çörəyi Allah eləməmiş kimi səmimi kəsməmişik. Hamıya salam söylə...ancaq bütün bunlar sizinlə mənim aramda qalmalıdır...

Anar bu gün baş vermiş iki hadisənin arasında çobalayırdı. Onun fikrində Əsmarənin göz yaşı dayandı. Az müddətdə olsa çörəysiz qalmamaq üçün onların yardım işi düzəldi. Indi Fərman uşaqlarına bazarlıq edib aparanda onlar necə sevinəcəklər. Bəlkə də Əsmarə yenə ağlayacaq. Ancaq o bu dəfə uşaqlarının sevincindən kövrəlib ağlayacaq. Buna görə Anarın bir az əhvalı düzəlmişdir. Bu əhvalın tez gedib getməməsi üçün o var qüvvəsi ilə atasının rəhbərlik etdiyi idarədə bu idarəninmüdirinin qorxub qırpınmadan yuxarıdan nazirlik deyir biz də eləyirik sözün kənara itələyib bir an belə bu rəzillikdən kənarda qala bilmirdi. Bu barədə fikirləşdikcə evlərində gördüyü o vaxt əhəmiyyət vermədiyi bu pul kisələri indi alışaraq evlərin alova bürüyürdü. Bu alovun içindən anasının bacısının qardaşının özünün hətta atasının da Fəryad edib bizi buradan xilas edin səsləri eşidilirdi. Bu vaxt onun başı fırlanır özüün harda nə üçün olduğun anlaya bilmir ürəyi bulanır mətbəxə qaçır. O, bu gün baş vermiş hadisəədən yayınmaq üçün televizirun düyməsin basdı. Kanalları gəzdi ki, bəlkə bir ürəy açan verliş tapıb baxa bildi. Bir kanalda narkotik daşıyan dörd nəfər cavan oğlanı tutmuşdular. Ikincisi Arazın o tayından olan türk idi. Iksi də bəri tərəfindən. Onları tutan polis dəstəsinin böyüyü kapitan sevinə sevinə dedi ki, bunlar böyük dəstədirlər. Qalanların da axtarıb tapıb həbs edəcəyik. Sonra anasın öldürən oğulu göstərəndə Anar kanalı dəyişdi. O biri kanalda Bakı şəhərində suyu qazı gəlməəyən işığı yanmayan yolları bərbad olan qəsəbələrincamaatı bir yerə toplanıb dərdlərin televizorçuya(televiziyadan gəlmiş muxbirə) danışırdılar. Deyirdilər ki, biz otuz qırx ildir bu qəsəbəd yaşayırıq. Su xətti də işıq əttidə çəkilib yığışıb öz pulumuzla qaz xəttidə çəkmişik. Ay sənə qurban olum bala bu neçə ildə də oldu olmadı gəldi gəlmədi bunlarında pulun bizdən alırlar. Indi deyirlər ki, siz burda qanunsuz yaşayırsınız. Sənin başına dönüm hər sənədimiz əlmizdədi. Mən bura qız gəlib qocalmışam. Nə təhər olub indi bu boyda qəsəbə qanunsuz oldu. Bəs bu neçə ildə bu boyda qəsəbəni görməyiblər. Bəs qanunsuz idiksə indiyəcən niyə qazın suyun işığın pulun alıblar. Indi nə oldu bu oyda camaata qanunsuz birdən əmələ gəlmə elan olunurlar.

Anar kanalı dəyişdi. Bu kanalda Qubada tonqal vurulmuş almanın yeyəsi gileylənib deyirdi ki, xərc qoyub zəhmət çəkib məhsul yetişdirmişik indi sata bilmirik qalıb çürüyür. Gədəbəyin satılmayan kortofun görəndə Anar kanalı dəyişdi. Buralarda mağazalarda vaxtı keçmiş insan ömrü üçün təhlükəli olan ərzaqlardan söhbət gedirdi.

Bu biri kanalda bir meyxanaçı qarşısındakı rəqibini söyüb təhqir edib cındıra döndərmişdi.

Anar çevirdiyi kanalda xeyli səliqəli simalardan dəyər tökülən adamlar görüb sevindi. Aparıcı üzün oturanlardan birinə tutub əmir müəllim siz karrupsiyaya qarşı mübarizə idarəsinin səlahiyyətli nümayəndəsi kimi idarənin real fəaliyyəti barəsində nə deyə bilərsiniz.


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə