Vətəndə əlacı olmayan ağır xəstəlik



Yüklə 0,55 Mb.
səhifə6/10
tarix10.05.2018
ölçüsü0,55 Mb.
#43389
1   2   3   4   5   6   7   8   9   10

Əmir müəllim sualın cavabın hazırlayıbmış kimi qarşısındakı vərəqə baxdı. Respublika prokurorluğunun son müşavirəsində hörmətli prezdentimizin göstərişinə əsasən

Bu vaxt oturanlardan biri:

- Hörmətli Əmir müəllim, niyə prezidentin göztərişinə əsasən prezident beş il bundan qabaq fərman imzalayıb. O fərmanda nəzərəd tutulan qaydalar milli məclisdən keçib və qanun halına minib. Sizin fəaliyyətiniz üçün əsasnamə təşkil olunub. Prezidentin təsdiqlədiyi o əsasnamə necə oldu onu hara atdınız ki, indi prezident sizə təzədən göstəriş verməli olur? Onda o fərman yaramadı?

Aparıcı sual verənə:

- Əhsən müəllim, xahiş edirəm çox xahiş edirəm. Imkan verin sözün desin.

Korrupsiya idarəsinin mümayəndəsi öz çıxışına bir az düzəliş edib:

- Ulu öndərimizin daxili və xarici siyasətini uğurla davam etdirən hörmətli prezidentimizin respublika prokurorluğunun fəaliyyətinə dərin qayğısı və nəzarəti sahəsində:

Yenə Əhsən müəlim:

- Belə çıxır ki, siz Prezidentin qayğısı nəzarəti olmasa öz vəzifənizi yerinə yetirməyəcəksiniz.

Aparıcı yenə:

- Əhsən müəllim, xahiş edirəm.

Çıxış edən bir müddət mən neylim baxışı ilə aparıcıya baxdı.

Aparıcı:

- Əliş müəllim, üzür istəyirəm davam edin - dedi.

O dediyinin dalın davam etdirib:

- Biz fəlaliyətimizi gücləndirərək Prezidentin göstərişlərindən özümüzə istiqamət seçərək bir çox nəaliyyət əldə etmişik. Belə ki, keçən ilin yekunlarına görə korrupisiya ilə mübarizə idarəsi min yeddi yüz iyirmi bir min mənimsəmə əlaməti aşkarlayıb müvafiq hüquqi tədbirlər həyata keçirmişdir.

Yenə Əhsən müəllim ancaq bu dəfə sakit səslə:

- Deməli sizin rəqəmdən məlum oldu ki, iki min səkkizə nisbətən iki min doqquzda mənimsəmə başvermələri artıb.

Bu vaxt bu qeyru hökmət təşkilatlarının nümayəndəsi müxalifət yönümlü hüquqşünasın dövlətin nüfuzlu məmurlarını belə saymamazlıqla pərt etməsinə dözməyən cır-cır səsli hökumət deputatı:

- Bu məsələni elə də şişirdib tamaşaçıları çaşdrımaq lazım deyil. Nə də heç kim özün başqalarından biliyli ağıllı hesab etməsin. Korrupsiya dünyanın bütün ölkələrində ən güclü demakratik ölkələrində də var.

O bununla bu məsələni qapatmış qalıb kimi müxalifət yönümlü Əhsənə baxdı. Əhsən də ona baxıb:

- Çox yaxşı cənab deputat. Onda gəlin İngiltərədə lütlər cəmiyyətindən, Hollandiyadakı mavilər təşkilatından, Almaniyada nasist, dünyanın hər yerində olan rəsmi fahişəxanalardan, terror təşkilatlarından biz də açaq. Başlayaq başqa ölkələrdə yeyilən ilan qurbağa yeməyə. Cənab deputat burda oturanlardan hər birimizi tibb müayinəsindən keçirsələr hamımızda hələlik bizi yorğan döşəyə salmayan xəstəlik aşkarlanar. Ancaq indi xəstəliyin şiddətindən ölüm ayağında olanlarda var. Bəli Almaniyada Amerikada korrupsiya halları var. Onlarda bu on milyona bir nəfər timsalında. Bizdə isə bir milyona yüz min nəfrə və yaxudda daha doğrusu müəllimdən tutmuş böyük məmura nazirə kimi korrupsiyadan kənarda qalan yoxdur. Cənab deputat, bunları həm də o ağır xəstə ilə özünü, məni eyniləşdirmək də məqsədiniz nədir? Axı ört-basdır eləməyin! Dümağı qaraya çevirməyin. Bir qaydası olmalıdır. Birincisi bu deyilən rəqəm bütün Respublikada bir il müddətində aşkar olmuş mənimsəmələrin sayıdır. Bu aşkarlanma korrupsiya idarəsinin fəaliyyətinin nəticəsi deyil. Bura Maliyyə, Vergi, Səhiyyə, Təhsil, kömrük və başqa nazirliklər və komitələr tərəfindən öz sahələrində yoxlama aparıb aşkar etdikləri, pokuratura, polis və təhlükəsizlik nazirliklərinin aşkar etdikləri mənimsəmə cinayətinə aiddir. Necə olur bunlar hamısı korrupsiya ilə mübarizə idarəsinin yaranandan bu ilə qədər mənimsəmə halları ilbəil artır? Əgər bu idarə korrupsiyanın məhv edilməsinə, ən sadəsi onun azaldılmasına qarşı mübarizə aparırsa onda bu hal niyə artır? Biz bu idərənin fəaliyyətinə niyə görə qiymət verməliyik? Korrupsiyanın ilbəil artmasına görə, yoxsa azalmasına? Artmasına görədirsə, onda bu idarəyə keçici qırmızı orden bayraq verilsin. Yox korrupsiyanın azalmasına görə fəaliyyət göstərirsə bu axrıncı rəqəmlər imkan verir ki, bu idarə ləğv olunsun. Dövlət əmlakın yerdə qalan ortaq əmlak hüquqlarının onların dağıdılmasına mənimsənilməsinə qarşı mübarizəni prokurorluq orqanı aparır. Bu sahəyə qarşı mübarizə aparmaq üçün bütün hüquq səlahiyyətliləri və qurumları olan prokurorluq bu işin öhdəsindən gələ bilmirsə sonradan yaradılan qurum prokurorluqdan səlahiyyət baxımından yuxarıda dayanmalıdır. Tay bu işin öz vəzifəsinin öhdəsindən gələ bilməyən təşkilatın nəzarətində yaradılmamalıdır. Bu müstəqil hüquqşünasın bu iradına qarşı həm cır-cırama səsli deputat, həm korrupsiya idarsəinin məsul nümayəndəsi səs-küylü ehtiraza başladılar. Aparıcı heç kimi sakitləşdirə bilmədi. Ara qarışdı. Aparııcı reklam elan etdi. Reklamdan sonra Anar gördü ki, o müstəqil hüquqşünas yoxdu. Nə baş veribsə o, çıxıb gedib.

Anar kanalı dəyişdi. Bu kanalda prezident uğur qazanıb xaricidə bayrağımızı qaldıran idmançılara mükafatlar və hədiyyələr təqdim edirdi.

O, televizoru bağladı. Baxdı verlişdə həm pis, həm yaxşı, həm gülməli, həm ağlamalı fikirlərdən aldığı təssürat ona çox güclü təsir etmişdi. O, sanki on beş dəqiqənin içində həyatın hər tininə baş vuran bir filmə baxmışdı. Bütün həyatı bir nəfəsə təsvir edən bir roman oxumuşdu. Böyük bir müharibənin qalib gələn məğlub olan tərəflərin döyüşçülərinə tamaşa etmişdi. Qalib hesab etdiyi o qeyri hökmət təşkilatının nümayəndəsi hüquqşünas vəkil Əhsənə qəlbində heykəl qoymağa yer axtarırdı. Anar öz özünə mən deyirdim axı hamı rüşvət xor ola bilməz. Ancaq elə Əhsəndə dedi ki, müəllimdən tutmuş böyük məmura qədər hamı korrupsiyaçıdır. Qonşum Arifin dünən dedikləri ilə bunun dedikləri necədə eynidi. Arifə şübhə edirdim. Elə bilirdim ki, Arifin dedikləri çöldə bayırda adam arasında demək olamz. Bu isə heç nədən qorxmadan bu boyda camaatın qabağında deyir. Deməli o düz deyir ki, onu elə orada da qandallayıb tuturlar. O, Əhsəni tapıb necə də onunla tanış olmaq istəyərdim. Bu beş ildə bizim müəllimlərimizdən biri də bizə belə söhbət eləməyiblər. Anar bu fikirdən tutub pis şeyləri yadına salmayıb bir az əhvalın saxlamaq üçün bilmədi neyləsin. Ürəyindən keçdi ki, elə Arifi çağırıb bu söhbəti onunla müzakirə etsin. Həm də bir yüz qramda vursunlar. Vaxtda keçsin ki, yuxusu gəlsin yata bilsin. Saata baxdı, çox gec idi. Yüz qraamlıq piyaləni doldurub arağı başına çəkdi. Yerinə girib yorğanı da elə başına çəkdi ki, çöllə yəni dünya ilə tamamilə alaqəsin kəssin. Bəlkə yata bildi.



Anar yuxuda gördü ki, çöllibiyabandı. Bir tərəfdən Tarverdinin arvadı onun bacı dediyi Gülzar, o biri tərəfdən Seymurun, Samirin, Samirənin anası, elə bir az bundan qabaq ona qardaş deyib hönkürən Əsmarə onu qardaş deyə haraylayırdılar. Onlar üzləri görünməsə də səsləri çox yaxından gəlirdi. Dara düşmüş ölüm ayağında son nəfəslərini yığmış bir harayla onu səsləyib özünü çatdır deyə qışqırırdılar. Anar çox o tərəf bu tərəfə qaçdı. Bir tərəfə qaçanda Gülzarın səsi eşidilmədi. Anar təşviş içində səs kəsilən tərəfə yüyürdü ki, özünü ona çatdırsın. Bu vaxt Əsmarənin səsi eşidilməz olsun.o birdən baxdı ki, Əsmarə də Gülzar da əl-ələ tutub haraylaya haraylaya ona tərəf qaçırlar. Anar sevindi ki, bacıları sağdı. Yanlarında onları yeyən heç bir vəhşi yoxdu. Birdən-birə Gülzar Əsmarə min nəfər on min nəfər oldular. Sonra artıb bütün düzənlliyi doldurdular. Hamısı da Gülzarla Əsmarəyə qoşulub qardaş deyə-deyə haray çəkə-çəkə ona tərəf qaçmağa başladılar. Birdən onaların qarşısında Gülzarında Əsmarənin də uşaqlardavar idi. Bu uşaqda analarının qabağıyca dayı deyə fəyadla qışqıra-qışqıra ona tərəfə qaçırdılar. Bu qız, gəlinlərdən arxada on min, yüz min bütün düzü dolduran kişilər göründü. Bu kişilər ya hündürdə dayanmışdılar, ya da özləri bu qadınlardan beş on dəfə hündür idilər. Ancaq onlar qaçmırdılar. Yerlərində dayanıb başların aşağı salıb əlləri ilə ona tərəf qaçanları Anara göstərirdilər. Anar əvvəl üstünə qaçan bu qədər bacısından bacısı uşaqlarından qorxdu. Mən neyləyəcəm. Bunları necə saxlayacam. əlləri ilə ciblərin yoxladı. Cibləri boş idi. Sonra evlərindəki kisə kisə pullar yadına düşdü. Sevindi. O, pullar bunlarındı. Bunlar öz pullarını arxacınca gəlirlər. O, puların hamısın bunların başına səpəcək. Qoy hamısı doyunca yesin. Yaxşı geyinsin, dounca sevinsinlər. Birdən onun qarşısında pul kiçələri düzüldü. Ona çatan bacıları da hamısının uşaqlarının əllərindən tutaraq bir-bir onun qarşısından keçməyə başladılar. Birinci Gülzar uşaqları ilə sonra Əsmarə sonra da qalanlar. Anar kisələrdəki pillarla bacılarının qucağın doldurdu. Pul alan-alan gül-çiçəyə bürünmüş əl-əlvan bükülmüş halda oynamağa başlayırdılar. Bayaqkı yerlərində dayanmış kişilər bir az da hündürləşib göyün üzün almışdılar. Hamı pul aldı qurtardı. Birdən Gülzarın ən kiçik beş yaşlı qızı dedi ki, Ana mən anara ərə getmək istəyirəm. Anası onun üstünə qışıqrıb kəs səsinin Anar sənin dayındı,özünün də beş yaşın var. Birdən beş yaşlı qız cəmilə böyüyüb ərə getməli qız oldu. O dönüb anasına baxıb Anar mənim yox hamının dayısıdır. O bizim elin atasıdı. Mən ona ərə gerdirəm. O, gəlin paltarında ətrafı gül-çiçəklə əhatə olunmuş qızlarla gəlib bəy paltarında dayanıb onun gözləyən Anarın yanında dayandı. Yaxasındakı güldən birin qoparıb ona verdi. Anar əlin Cəmilənin başının üstünə tutdu. Anarın əlindən Cəmilənin başına al-qumaş rəngində günəş şəfəqinin damcıları tökülməyə başladı. Anarın bacıları onun boynuna xələt dolamağa başladılar. Anarın boynundan qırmızı kəlağayı xələtlər havaya qalxıb göyü qırmızıya bürüdü. Hamının çöhrəsi qan qırmızı oldu. Bu vaxt hardansa üstünə avtomat silahlı ayı başlı adamlar oturan tanklar üstündə Anarın atası ayaq üstündə dayanmışdı. O, əlin yuxarı qaldırdı. Tanklar bomba atmağa ayı başlı adamlar avtomatdan atəş açdılar. Vahiməli hay küy qopdu. Hamı əvvəlki cındır paltarında qaçmağa başladılar. Anarın atası tankın üstündən düşüb onun qarşısına gəlib sənə kim icazə verib mənim min zillətlə topladığım pulu bu dilənçilərə paylayırsan. Deyib var gücü ilə ona sillə vurdu. Sillənin təsirindən Anar yuxudan ayıldı. Yorğanı başından atdı. Qaranlıq işıqlanmadı. Vahimələnən kimi oldu. Atasının silləsi dəyən sifətinin bir tərəfi göynəyib sızıldayırdı. Gördü ki, paltarı tər suyun içindədi. Qalxıb işığı yandırdı. Paltarın dəyişdi. Yuxunun işığlı tərəfləri yadına düşdü. Işığı söndürmədən yerinə girdi. Gördüyü yuxunu əvvəl axır fikirindən keçirdi. Gülzarla Əsmarəni onların uşaqların kişilərin də arasında Tarverdi ilə Fərmanı necə də açıq görürdü. Bu qədrə düzü dünya Gülzarla Əsmarənin qardaş deyə onlardan min dəfə çox qız oğlan uşaqlarının dayı deyə ona tərəf qaçmalarından sevindi. Atasının silləsi yadına düşdü. Pis pərt oldu. Atam niyə ikinci dəfədir məni vurur. Mən ki, o pulu göyə sovurmurdum. Məni qardaş deyə haraylayan bacılarıma verdim. Atamın puldan ötrü necə əli gəlir məni vurmağa. Yuxuda vurursa deməli həyatda da vura bilər. O, diksinən kimi oldu. Yox vurmaz. O, pulu məndən çox istəməz. Bəs bu qədər pulu atam hara xərcləyəcək. Görəsən. Niyə atam ac-yalavacların pulu ilə bizi yetişdirib özünə oğul millətinə vətəndaş etmək istəyir. Gülzarla Əsmarənin qardaş deyə hönkürtülri yadına düşdü. Gülzar bacı bu axşam sizə qonaq gələcəm deyib pəncərədən işıqlanan çölə baxdı.

Üç gün bundan əvvəl hamını lərzəyə salan hadisə baş vermişdi. Rayonun bərk gedənlərindən topdan satış ticarət mərkəzi, tikinti materialları satışı, yanacaq doldurma məntəqələri və xeyli sayda mağazalar olan Hacı Cəfərin on beş yaşlı oğlu rayonun mərkəzindəki məktəbin qarşısındakı mərkəzi küçə ilə böyük sürətlə idarə etdiyi cibbi maşının idarə etməsini itirmiş, maşın məktəbdən çıxan uşaqların bir dəstəsininin üstündən keçib divara çırpılmışdı. Hadisə yerində dərhal iki uşaq- biri on bir, o birisi isə on beş yaşında məktəbli vəfat etmişdir. Dörd nəfər də ağır xəsarətlə xəstəxanaya yerləşdirilmişdir.

Hacı Cəfər qapını döyüb içəri girdi. Hər iki müstəntiqlə salamlaşıb görüşüb Cəmşidovun qarşısındakı masanın yanına qoyulmuş kətildə oturub gah Cəmşidova, gah da Anara tərəf baxmağa başladı. Onun sifətində mazut tüstüsünün qara tutqunluğu açıq-aydın görünsə də o bunu ört basıdır edib şən görünməyə çalışırdı. Cəmşidov onun gah ona, gah da Anara baxmağın səbəbin başa düşüb:

- Anar təzə müstəntiqdir, onun mənim yanıma ona görə veriblər ki, hər cürə istintaqın və söhbətlərin iştirakçısı olsun. Və təcrübə toplasın. Biz onunla bir adamıq. Nə sözün var başla de.

Hacı Cəfər bir iki ağız yalandan öskürüb yenə ala gülümsər Anara baxıb, bir az aşağı əyilib başın Cəmşidov tərəfə uzadıb:

- Canəliyev yoldaşla hər şeyi danışıb razılığa gəlmişik. O, mənə dedi ki, iş sənə verilib. Son söhbəti səninlə edim.

Cəmşidov bir az qımışıb:

- Elədirsə nə çobalayırsan özün uşaq deyilsən ki, bu rayonun tarixində bu boyda bir faciəli hadisə baş verib. Bütün rayon camaatı göz qırpmadan bizi gözləyir ki, görsünlər bu boyda işin qabağında nə tədbir görəcəyik. Oğlun yetkin və sürücülük səlahiyyətli olsaydı. Nə olsun neçə nəfər ölüb. Neçəsi də yaralanıb. Hadisədi də baş verib də. Camaat oğlunu deyil sənin qoluna qandal vurulmasını gözləyir.

Hacı Cəfər ürəyində mənim qoluma qandal vuran hələ anadan olmayıb. Bir də sən kimsən, haranın nəyisən ki, mənim qoluma qandal vurasan. Qurban olsun oğlumun başının bir tükünə varımın yüzdə biri, min də biri.

Hacı Cəfərin rayon icra başçısı ilə arası yaxşı idi. Ümumiyyətlə puluna görə hamı ilə, o cümlədən elə rəisnən, prokurornan da həmişə can bir olmuşdular. İcra başçısının arxası, yəni adamı çox güclü olduğundan Hacı Cəfər elə hadisə günü ona mərkəzə zəng etdirib hadisəni olduğu kimi Respublika prokurorluğunda, Daxili İşlər Nazirliyində rəsmiyətə salınmasının qarşısın almışdı. Qısası Daxili İşlər Nazirliyindən də baş prokurorluqdan da razılaşmışdılar ki, yerdə işi həll eləsinlər. Ancaq İcra başçısının prezident aparatındakı adamı onun da demişdi ki, hadisə miqyasına görə ictimaiyyətin diqqətindədir. Uşağın atası bu işdə xəsislik edib işi uzadıb müzakirəyə çevrilməsinə imkan verməsin.

Hacı Cəfər özünü özgənin çox cinayət işlərini bu idarələr vasitəsi ilə yoluna qoymuşdu. Çox yaxşı da bilir ki, bu orqanların çox pul qoparmaq üsulu milçəyi fil eləməkdir. Ona ağır gələndə bu idi ki, onun bu işi onsuzda fildi. Indi Cəmşidovun ona belə tikənli sözlər deməsi ilə fili böyüdüb nə etmək istəyirdi.

O, biraz şaxlanıb:

- Yoldaş Cəmşidov, Canəliyev yoldaş mənə dedi ki, get gör Cəmşidov nə deyir. O, mənə demədi ki, mən sənə nəsə deyim. Işin qiymətin de. Onu da nəzərə al ki, mən onsuzda özümdə deyiləm.

Cəmşidov hacı Cəfərin kim olduğunu yaxşı bilirdi. Bir də prokuror da ona haralara zəng olunub işin yuxarılardan bağlanmasına razılığın alınmasını demişdi. Başçının da xahişi ilə barəabər Hacı Cəfərdən nə qədər pul alınacağından narahat olmayacağın müstəntiqə anlatmışdı. Prokuror onu da demişdi ki, başçının nə qədər alınacağından narahat deyiləm deməsi ona da pul çatacağına işarədi. O, bu işi yuxarıdan bağlamasaydı işi bizim əlimizdən alacaqdılar. Bu boyda işdən bizə qab dibi yalamaq qalacaqdı. Ancaq özün də bilirsən ki, bu işə mətbuatı susdurmaqdan tutmuş yuxarıları razı salmağa və məhkəmə qərarına qədər nə qədər xərcimiz çıxacaq. Belə imkanlı iş hələ-hələ ələ düşən deyil. Bundan elə istifadə edək ki, biz də bir az özümüzə gələk. Hacı Cəfrin xınzırı var. Olmasın bir iki yanacaq doldurma məntəqəsi. Nə bacarırsan yuxarıdan yapış. Necə süprüşürsən süprüş ki, ancaq elə elə ki, o mənimlə bazarlıq etməli olmasın. Onunla çox çörək yemişik.

- Nə deyirəm, Hacı. Deyirsən de deyim də. Çünki oldun dəyirmançı çağır gəlsin dən Koroğlu. Sən ağıllı adam olduğundan, bir də bu hadisənin içərisinə girib eşələnməyək. Bu işi əvvəl axır yuxarı aşağılı rəisli məhkəməli başçı da içərisində olmaqla bütün hörmət izzəti ortaya qoysaq üç yüz min xərci var.

Hacı Cəfər gürzə vurmuş kimi boğuldu. Ürəyində a köpək oğlu, məqsədin fili böyüdüb div etmək idi. Bunu da dilinə gətirdin.

Prokuror qiymət deməyib onu Cəmşidovun yanına göndərəndə o bilmişdi ki, ona ağıla gəlməz qiymət oxuyacaqlar. O, güclə özün boğub:

- Hə, Cəmşidov deyirsən üç yüz min sizə yüz min rəhmətə gedənlərə yaralıların valideyinlərinə həkimə hüzürə nəyə...Dörd yüzü də dollara çevirəndə təxmini yarım milyon eləyir. Bu pula da türmədəkilərin hamısını açıb buraxmaq olar. Bir də elə bilərsən ki, topdan satışlarım pul alıb satır. Biz...

Cəmşidov onu danışmağa qoymadı.

- Hacı, satdıqlarının nədən ibarət olduğunun əhəmiyyəti yoxdu. Onlar hamısı pulla satıldığına görə elə pul kimi şeydi. Deyəsən hadisənin böyüklüyü hələ sənə çatmayıb. Gərək bunu əvvəldən bilib Cibbinin rolun on beş yaşlı uşağa verməyəydin.

Bu təkrar olan sözə hacı Cəfər ona oxunan üç yüz mindən pis toxundu. Fikrindən keçdi desin ki, a köpək oğlu bu rayonda hansı vəzifəlinin imkanı olan məmurun elə içi siz qarşıq on on beş yaşlı uşaqları sükan arxasında oturub rayonda meymunluq etmir. Elə sən dəyyus Cəmşidovu neçə dəfə görmüşəm ki, sükanı verib on on iki yaşlı oğlanın əlinə özün də oturmusan yanında. Icra başçısının on altı yaşlı oğlu iki ayda üç hadisə törədib. Neçə nəfəri vurub salıb xəstəxanaya. Ört basdır etmisiniz.

O, başın qaldırıb Cəmşidova baxıb:

- Fili div eləmə. Özün dedin ki, mən də uşaq deyiləm, bu dünya da yaşayıram. Nəyin nə qiymətdə olmağın yaxşı bilirəm. Düş aşağı. Özü də vaxtı uzadıb pillə-pillə düşmə. Mərtəbədən mərtəbəyə tullan. Ən azı dediyini iki üç dəfə azalt.

Cəmşidovun üç dəfədən acığı gəlsədə iki dəfdən elə də acığı gəlmədi. Fikirləşdi ki, bu min üstünə nə gələbilsə əlavə qazancdı.

Yuxarılara aşağılara əlli-altımış min çıxar qalanı pis deyil. O, Hacı Cəfərə baxıb bir az gülümsünüb:

- Hacı tutaq ki, mən yuxarıdan getdim. Bəs sən niyə belə insafsızlıq etdin.

- Mən insafsızlıq etmədim. Dedim sizə iki yüz min qalmasın yüz min qalsın. Sənin oxuduğun qiymət avtomat götürüb qabağına çıxanı qırmağın puludu. Düzdür bu iş mənim çox böyük səhvim ucbatından baş verib. Ancaq nə mən nə də oğlum qəsdən adam öldürməmişik. Avtomobillə qəza nə boyda olur olsun təsadüfi qəza sayılır. Oğlum da yeni yatmə kimi güzəştləri var. On on beş min məhkəməyə versəm üç il iş verəcək. Mənə nə edəcəklər. Uşaqdı atasının maşının götürüb ağlı kəsməzlikdən sürüb. Mən nə etməli idim ki. Ancaq dost var düşmən var. Adımda imkanlı çıxıb. Məni söyərlər ki, puldan ötəri uşağı tutdurdu. Çünki hamı bilir ki, pulla hansı ölüm işin desən qurtarmaq olar.

Anarın başı gurlayır ürəyi bulanırdı. O başın aşağı salıb var gücün toplayıb ürəy bulanmasın içərisində boğaraq onun üçün qeyri adi ancaq çox qorxulu olan bu söhbətə qulaq asırdı. Eşitdiyi sözlər onun məqsədini bütün istəy və arzularını yandırıb külə döndərir, sanki onun həyatının bura qədər olduğunu onun qulağına pıçıldayırdı. Onun qırmızı rəngli diplomu bu söhbətdən tökülən qan rənginə boyanırdı. Yenə psixologiya müəlliminin ona dediyi “Anar indiki şəraitdə hüququn başqa sahəsində işləyə bilməzsən. Sən bu sahənin elmi ilə məşğul ol” sözləri yadına düşdü. Atası da ara-sıra deyirdi ki, sən bir az başqalaşıb yaxşı prokuror olmalısan. Deməli atam başqalaşmağı deyəndə mənim bu Cəmşidov kimi olmağımı nəzərdə tuturmuş.

Cəmşidov bir az yumşalıbmış kimi:

- Yaxşı Hacı Cəfə, sən başqası deyilsən. Iki yüz min gətir get arxayın otur evdə. Hacı Cəfər ayağa qalxıb:

- Hörmətin artıq olsun. Siz yeməli olmadınız. Işi sizdən aldırıb Respublika prokurorluğuna verdirəcəm. Orada sən deyənin ən çoxu yarı qiymətinə düzəldib həm də yeni dostlar qazanaram.

O, yeyin addımla qapıya yaxışlaşanda Cəmşidov:

- Yaxşı Hacı, küsüb getmə, get yüz əllini gətir Hacı Cəfər ötəri geri baxıb bir saata pul burda olacaq- deyib çıxdı.

Cəmşidov çox fərəhli bir sifətlə yerində gərnəşib qolların havada oynadıb Anara baxıb öyrən ey, goruma aparmayacam ki, qırmızı diplom almaqla deyil ey. Gördün necə fırladım. Həm biz deyən oldu, həm də o deyən. Tay gedib heç yerdə deyə bilməz ki, haqsızlıq elədilər. Dediyimdən yüz əlli min bağışladım ona.

Anar gördü ki, tay ürəyi qalxıb durub boğazında. Tez qalxıb birinci mərtəbəyə yüyürdu. O, axşam yediyin səhər içdiyi bir istəkan çayı qaytarıb çox halsız vəziyyətdə düşdü. Otağa qayıdıb Cəmşidovla üz-üzə otura bilməyəcəyin hiss edib evə getmək qərarına gəldi. O, prakraturanın çol qapısına yaxınlaşanda bir nəfərin növbətçi polislə mübahisə etdiyini gördü. O, adam:

- Ey oğul, sənə nə var niyə gəlmişik. Sənə dedim ki, qalx prokura de ki, Yuxarı Çölkəndinin on nəfər müəllimi sənin yanına şikayətə gəliblər.

Növbətçi dedi ki, müəllim birinci bu gün qəbul günü deyil, ikincisi də prokuror soruşacaq ki, nədən şikayətə gəliblər. Onda mən nə cavab verim. Axı sizin nədən ötrü gəlməyiniz kitaba işlənməlidir.

Müəlim bir az da hirslənib birincisi bu elə şikayətdir ki, qəbul günü gözləyən deyil. Ona qədər məsələ əhəmiyyətini itirəcək. Bir də deyirsən ki, nədən şikayətə gəlmişəm. Get prokurora de ki, Təhsil nazirliyindən raron şöbəsinə yoxlama gəlib. Indi direktor bizim əmək haqqımızı vermir ki, yoxlamanı yola salmaq üçün müəllimlərin əmək haqqının yarısını saxla. Bizdə...

Bu vaxt söhbəti eşidən Anar yeriyib çöl qapını açıb müəllimlərə üzün tutub hamınız gəlin içəri - dedi. Sonra növbətçi polisə üzün tutub:

- Müəllimləri qaldır yuxarı. Gir prokurora de bunları sal qəbuluna. Desə müəllimləri kim icazəsiz içəri buraxıb denən Anar.

Anar prokurorluqdan çıxanda onun içərisində dəli kimi bir bağırtı ya da gülüş keçdi. Onun özünə elə gəldi ki, o ya bağırdı ya da ucadan güldü. Başın qaldırıb ətrafa baxdı. Yaxınlığında heç kim yox idi. Yolla gedən bir neçə nəfər də ona baxmırdılar. Qonşu Arifin dediyi yadına düşdü. “Darıxma bu dediylərimi özün on-on beş gündə şahidi olacaqsan”. Sonra öz özünə “heç deyəsən beş gündə tamam olmayacaq ki, şübhə ilə yanaşdığım Arifin dediklərindən artığının şahidi olacam”.

Hacı Cəfər dedi ki, sən deyənin yarısı ilə gedib Respublika pokurorluğunda işi həll edərəm. Hələ üstəlik özümə dostlar da qazanaram. Deməli yuxarılarda rüşvət aşağılardan daha asand işləyir. Bu da müəllimlər. Nazirlikdən yoxlama gəlib. Təhsil şöbəsi tapşırıq verib. Direktor müəllimlərin əmək haqqından rüşvət vermək üçün pul yığır. Ilahi bu necə ölkədi. Bəlkə lap yuxarıların bundan xəbəri yoxdu. Yuxarılar hardı. Prokuror iki məktəblinin ölümündən ikisinin də ağır yaralanmasından aldığı rüşvətdən icra başçısına verəcək öz sahəsindəki yuxarılarda. yardım idarəsinin müdiri də dedi ki, biz kimik ki, aşağı yuxarı edək. biz də alıb yuxarı nazirliyə verəcəyik. Deməli mənim atama çatacaq bu imkansızlara dolu qarın çörək tapa bilməyənlərin pulu.

Onun ürəyi yenə bulandı. Dayanıb bir iki dəfə dərindən nəfəs aldı. Yolda camaatın gözü qabağında ürəy bulanmasından qorxdu. Yerişin tezləşdirdi. Bu axşam bacısı Gülzargilə gedəcəyin onun uşaqları ilə görüşəcəyin yadına salıb fikrini yayındırmaq istədi. Evə çatanda binanın altındakı mağazaya girdi ki, özünə hazır yeməy alsın. Otuz-otuz beş yaşında kişiyə satıcı dedi ki, Surxay üz vurma iki dəfə nisiyə buraxmışam vallah imkanım yoxdu.

Surxay adlı kişi ora bura baxıb mağazaya təzə girmiş ona fikir verməyən oğlana baxıb yenə satıcıya tərəf yalvarıcı səslə:

- Bu dəfə də qənddən, çaydan, heç olmasa on kiloluq un ver. Bundan sonra borcumu qaytarmadan nisiyə mal götürməyəcəyəm- dedi.

Satıcı bir az sərt şəkildə:

- Mən borc əlindən mağazanı işlədə bilmirəm. Dedim ki, verə bilməyəcəyəm.

Surxay satıcının sözünün sonun gözləməyib sürətlə mağazadan çıxdı.

Anar azca ləngiyib onun arxasınca tələsdi. Ona yaxınlaşıb:

- Surxay bir dəqiqə dayan - deyə onu çağırdı.

Surxay geri dönüb mağazada onunla satıcının söhbətini eşitmədiyin güman etdiyi oğlanı görüb təccüblə ona baxdı.

Anar Surxaya qədər cibində xəlvəti hazırladığı min manatı onun cibinə qoyub get və bazarlıq et - dedi.

Surxayın gözü çaldı ki, bu tanımadığı adamın onun cibinə qoyduğu pul çoxdu. O, geri qayıtmaq istəyən Anarın qolundan tutub:

- Axı niyə? sən kimsən? Mən...

Anar Surxaya baxıb:

- Mən sənin qardaşın. Bir qardaşın cibində pul çoxdu. O birinin evə qənd almağa pulu yoxdu. Sən mənim yerimə olsaydın nə edərdinsə mən də onu edirəm. Qoy cibində pulu çox olanlar utanıb sıxıllsınlar. Sənin utanmağa haqqın yoxdu. Mən bu binanın ikinci girişi on səkkizinci mənzilində oluram. Adım da Anardı. əgər yaxşı oğlansansa hesab et ki, mən sənin qardaşınam. Sağ ol.


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə