Vətəndə əlacı olmayan ağır xəstəlik



Yüklə 0,55 Mb.
səhifə7/10
tarix10.05.2018
ölçüsü0,55 Mb.
#43389
1   2   3   4   5   6   7   8   9   10

Anar qayıdıb mağazaya girdi. Istədiyin alıb mağazaya baxıb:

- Sənə borcu olanlar çoxdu? - deyə soruşdu.

Satıcı bir az bu tanımadığı adama baxıb:

-Qardaş, çoxdu dedin qoydun. Vallah alverimin çoxu nisiyədi. Mən camaatı qınamıram. Kim pulu ola-ola nisiyə mal alar. Ancaq mən də işləyə bilmirəm. Bu maqazada cəmi heç dörd min manatlıq mal yoxdu. Ancaq üç min yeddi yüz manat camaatın mənə borcu olan var.

Anar satıcıya dedi ki, sənin otağın var?

Satıcı şübhəli şübhəli:

- Hə nədi ki? Mən neyləmişəm ki, səninlə otağa keçək? Bayaqkı oğlana görə mənə nəsə demək istəyirsən, onun mənə...

Anar onun səsin kəsib gülümsəyərək:

- Zəhmət olmasa bir dəqiqə otağa keçək - dedi.

Satıcı ani olaraq bəlkə bu oğlan nisiyə dəftərindən kimisə, bəlkə də elə Surxayın arxasıca çıxdı. Onun borcun ödəməy istəyir fikrləşib:

- hə hə buyurun - deyib qabağa düşdü.

Anar satıcıya dedi ki, hanı o borc siyahısı.

Satıcı qayıdıb mağazadan bir dəftər gətirib Anara göstərib:

- budu - dedi. Hər ay bunu təzələyirik. Verənləri çıxardırıq təzələrin yerinə yazırıq.

Anar dəftərə baxaraq:

- sən dedin ki, camaatın sənə üç min yeddi yüz manat borcu var. Mən o pulu sizə versəm sən bu dəftəri mənə verərsən?

Satıcı sevincək olub:

- Nə deyib verməyəcəm!

Anar çıxarıb üç min yeddi yüz manat sayıb satıcıya verib sənin adın nə oldu deyə ondan soruşdu.

- Mənim adım Hüseyndi.

- Hüseyn, mən sənə inanıram ki, sən bu borclulardan təkrar pul almayacaqsan.

Satıcı bir az tutulub:

- Qardaş adınızı da bilmirəm birincisi dəfrət sizdə olacaq, siz bununla maraqlana bilərsiz. Ikincisi də mən nə qədər alçaq adam olmalıyam ki, belə şeyə yol verim.

- Yaxşı sağ ol - deyə Anar yerindən tərpəndi.

Satıcı:

- Axı mən sizin heç adınızı bilmədim?



Anar geri dönüb:

- Hüseyn, bu işdə mənim adım lazım deyil. Ola bilsin ki, nə vaxtsa mənim adımı biləndən sonra bu barədə bir kəsə nəsə desən onda məndən ağır sözlər eşitməli olacaqsan.

Satıcı:

- Yaxşı, yaxşı, qardaş. Allah səndən razı olsun!



Surxay bir az çöldə ləngidi ki, satıcı Hüseyn ona deməsin ki, nə tez pul tapdın. Bir də onun ürəyinə gəlmişdi ki, bu adamın yəni Anarın onun dalıncan çıxmasın Hüseyn görməmiş olmaz.

O, mağazaya girib yüz manatlıq Hüseynə verib utana-utana:

- Borcunu çıx qalanına mənə ayun-oyun ver - dedi.

Hüseyn xoşluqla ona baxıb:

- Sizinin mağazaya borcunuz yoxdur - dedi.

Surxay onun belə tez pul topmağına görə satıcının onu ələ salmaq istədiyini fikirləşib:

- Hüseyn onsuz da özümü yaxşı hiss etmirəm, sən də bir tərəfdən ələ salma, borcumu çıx qalanına ...

Hüseyn ciddiləşib:

- Surxay, bayaq səni əli boş qaytarmağım yetmir hələ bir üstəlik fikirləşirsən ki, səni ələ salıram? Düz sözümdü. Bir taqnımadığım Allah adamı həm sənin, həm də bütün borcluların pulun ödəyib getdi. Bu mağazanı açandan ilk dəfədir ki, tərəzinin yanın da borc dəftəri yoxdu.

Surxay başa düşdü ki, bunu da ona pul verən Anar adlı oğlan edib. O, yüz manatlıq azuqə alıb bunları evə daşımağa başladı.

Beş on manatlıq ən zəruri şeyləri, bir də on kiloluq un almaq üçün gedən ərinin bu qədər aldığını görən Surxayın arvadı təccüb içində həm də acıqlı:

- Ay Surxay, nədir bunlar? Niyə belə elədin? Bu qədər borca niyə girdin? Bunu biz necə verəcəyik?

Surxay arvadına baxıb:

- Çimnaz səs eləmə, görünməz işə düşmüşəm. Borc almamışam.

O, əhvalatı arvadına danışdı. Arvadı daxilində nə qədər sevinsə də:

- Surxay sən gərək necə olur olsun pulu götürmyəydin - deyib kövrəldi.

Surxay arvadına:

- Axı sənə dedim ki, nə qədər elədim heç məni qoymadı danışmağa. Dedi sən də mənim yerimə olsaydın belə edərdin. Yəni etməli idim. Üstündədə pulu olmayanlar yox qoy pulu olanlar utansınlar. Biz qardaşıq- dedi. Mənim də bu sözdən sonra dilim qıfıllandı elə bil. Heç nə deyə bilmədim. Hələ sənə onu da demədim ki, mən qarşıq mağazaya nə qədər borcu olan var hamısının pulun ödəyib gedib. Mən borcumu ödəmək istəyəndə Hüseyn dedi ki, borcun yoxdu. Bir nəfər tanımadığım adam hamının borcun ödəyib.

Nə müddətdi qazan asılmayan evdə uşaqlarının doyun qarın yemədiklərin fikirləşib masının üstündəki pula baxıb gözlərindən axan yaşla əlin yuxarı qaldırıb:

- Ay Allah, o Anar deyilən insanı qardaşımı bəlalardan qoru, ondan müqayıt ol - dedi.

Anar evlərinə girib evlərinə zəng etdi. Anası ilə salamlaşıb nə var, nə yoxdan sonra hər şeyin qaydasında olduğun bildirib sonra:

- Ana mən bu gün o gün göndərdiyin surətlə otuz min pul göndər - dedi.

Anası qulaqlarına inmanmadı. Bir az tutuldu və fkirləşdi. Onun üçün yaxudda bu ailə üçün otuz min, əlli min, bir milyon pul pul sayılmır. Ümumiyyətlə, evdə hər kəs nə qədər pul xərcləməsi ilə digərləri maraqlanmırdı. Nə də bu pulu heç yedə hiss olunmurdu. Anar evdə olsaydı gündə bu qədər pul xərcləsəydi bu heç kimin diqqətin cəlb etməzdi. Anasını narahat edən o idi ki, bu Anarın cibinə qoyduğu yüz manat pul bir aydan sonra yenə eyni şəlildə onun cibində qalırdı. Bu adam anasının da tələbinə baxmayaraq pul xərcləməyi bilmirdi. Indi getdiyi beş gündə əlli min pul istəməsi ona inanılmaz halda çox şübhəli gəlirdi. Odur ki, o ehtiyatla:

- Oğlum Anar, bilirsən ki, söhbət otuzadan, mindən getmir. Mən sevinirəm ki, sən pul istəyirsən. Ancaq beş gündə sənin kimi pulun nə demək olduğun onun xərclənməsin bilməyən adama bu qədər pul özü də tez çatdırmaqla nə üçündür? Mən puldan yox səndən narahatam ki, bu nə işdi.

- Ana aydındı. Mən bilirəm ki, sən belə fikirləşirsən. Və narahat olmağa haqqın var. Narahat olma. Mən də heç bir dəyişiklik olmayıb. Nə də başqa bir hadisə baş verməyib. Qaldı ki pulu neynirəm. Onu vaxtı gələr ana balalıqla söhbət edərik. Indi yubatma o pulu göndər.

Anar evdən pulu aldıqdan sonra yaşadığı doqquz girişli binanın altındakı pulun verdiyi mağazadan əlavə bir ərzaq, bir optek, bir mebil və bir də təsərrüfat malları mağazalarına girib nisiyələri ödəyib, onlardakı borc dəftərlərini götürdü.

O, sürücü Əliyə zəng edib onu çağırdı. Yol üstü hər şeyin olduğu bir mağazaya girib Tarverdiyə, Gülzara və onun gördüyü uşaqlara hər cürə geyim və evə lazı olan bütün ərazaqdan aldılar. Anargil Tarverdigilə çatanda artıq hava qaralmışdı. Anar itin olmadığın bildiyinə görə evin piləkəninə çatanda qapı açıldı. Tarverdinin böyük oğlu qalxan adamı görüb bir az qorxdu. Sonra birdən dayı deyə qayıdıb evə qaçdı.

O:

- Ana, dayım gəldi, həmən dayım gəldi - deyə özün içəri atdı.



O otağa girməmiş hamı onun səsin eşitmişdi. Gülzar yerindən sıçrayıb bayıra qaçdı. Evin qapısında Anarla üz üzə gəldi. O qardaş deyə Anarın ayaqların qucaqlamaq üçün aşağı əyildi. Anar cəld çiyinlərindən tutub onu yuxarı qaldırıb:

- Bacı, sən nə edirsən ?- deyə sanki bağırdı.

Gülzar onun boynun qucaqlayıb hönkürdü. Artıq hamısı dayanıb bu əhvalata tamaşa edirdi. Anar Gülzarı özündən aralayıb:

- Yaxşı bacı da aqardaşı belə qarşılayar. Mən sevinə - sevinə sizi görməyə gəlimşəm ki, bir az eynim açılsın.

Yaxşı-yaxşı deyə-deyə Gülzarın qolundan tutub qoy bacım balaları ilə də görüşüm.

O, bir-bir uşaqların üzündən öpüb Tarverdiyə əl uzadıb:

- Necəsən - dedi.

Tarverdi Anarı qucaqlayıb:- sağ ol qardaş - dedi. Yuxarıda Allah aşağıda sənin sayəndə yaxşıyam.

Onlar evə keçdi. O, Tarverdiyə baxıb çöldə maşın var dedi. Maşındakı ayın-oyunları götürün. Həm də əlində gətir içəri.

Anar hələ də ağlamaqdan özün saxlaya bilməyn Gülzara baxdı:

- Bacı, bəsdi! Indi fikirləş gör nə bişirəcəksən. Biz hamımız bir yerdə şam edəcəyik. Özüm tez gəldim ki, gecikməyim birlikdə süfrədə oturaq.

- Sənə qurban olum qardaş. Gələn ayaqlarının alltında bu bacın ölsün. Özün alan toğlulardan saxlamışıq ki, sən gələndə kəsilsin.

- Yox, bacı, mən onu istəmirəm. Əgər varınızdısa toyuq kəs. Həm çığırtma bişir həm də soyutma elə. Kənd toyuğu quzudan da yaxşıdı.

Anar ömründə etmədiyi bir şənlik yaratmaq istəyirdi. O, uşaqların hamısı ilə ayrı ayrılıqda söhbət edib onlarla tanış olurdu. Onlarda özünə qarşı doğma dayı təəsüratı inamı yaratmağa çalışırdı. Xüsusililə də Xoşgünü qucağından yerə qoymayaraq onu özünə doğmalaşdırırdı. Hamısı bir süfrədə yəni Əli də onlarla şam etdilər. O, söz salıb dedi ki, əgər Əli mənə yaxın adamdırsa deməli o da bu evə doğmadı. Yeməkdən sonra bir xeyli söhbət edib danışıb güldükdən sonra Anar artıq getməyin vaxtırıd - deyib ayağa qalxdı. O, Əliyə baxıb:

- Sən məni on dəqiqə maşında gözlə dedi.

Əli çaxandan sonra o, uşaqlara baxıb Tarverdiyə dedi ki, səninlə bacımla iki dəqiqəlik söhbətim var.

Tarverdi uşaqlara “siz o biri evə keçin” – deyib, Anara baxıb “elə mənim də səninlə işim avrdı”- dedi.

Anar:


- Eşidirəm – dedi. Görüm, sənin mənə nə sözün var. Əvvəl onu həll edək. Sonra mən sözümü deyərəm.

Tarverdi o biri evə keçib geri qayıtdı. Əlindəki bükülü pulu masanın üstünə qoyub:

- Qardaş, bunun üç mini sənin mənə vəkil tutmaq üçün verdiyin puldu ki, ona əl vurmağa ehtiyac olmadı. Sonra da o gün heyvanı oğurlanan Sədulla kişi gəlmişdi. Dedi ki, Anar mənə beş min pul vermişdi. Onun dörd mininə heyvanları aldım. Bu min manat da guya onun ucbatından türməyə düşüb əziyyət çəkdiyimə görə mənə çatacaq. Nə qədər etdimsə də ki, Sədulla əmi onsuzda mənim xərcimi Anar çəkib bu puluda o sənə verib. Mən buna necə yiyə dura bilərəm. Dedi mən də oruc tutub namaz qılan adamam bu işdə artıq pul götürə bilmərəm.

Anar Tarverdini saxlayıb:

- Yaxşı eybi yoxdu. Gərək qaytarmayaydı. O, bəlkə də düz eləyib.

Anar cibindən on min manat pul çıxarıb masanın üstünə qoydu. Tarverdi o dörd mini ver heyvana, qoyuna həm özünün başını qarışdır, həmdə bacım onun südü qatığı ilə başın qatsın. Bu on minə də səliqəli üç dörd otaqlı eyvanlı bir ev başla tikməyə. Mən evə nə qədrə pul getsə onu verəcəm.

Tarverdi birdən-birə tutuldu. Anarın bu hərəkətindən o qədər həyacanlandı ki, o nə nəfəs ala bildi, nə də danışa bildi. O, başın qollarının ütünə qoyub boğulmasın deyə sirkələndi. Ürəyindən gələn harayı gözün yaşartdı. Anar qalxıb əlin onun cibinə qoydu.

- Bil və yadında saxla! Gülzara mən bacı demişəm. Mən sənə heç nə etmirəm. Mən bunları özümə öz bacımın balalrına görə edirəm ki, bizim hamımızın yaşamağa bir balaca evimiz olsun.

Gülzar:

- Ay qardaş, vallah biz buna döz bilmirik. Axı sən...



- Bax bacı, bil birdə belə söhbətə yol versən məni bu evdə görməyəcəksiniz! Qalxın məni yola salın. Uşaqlara korluq verməyin. Onlara üst baş alın. Onlar dayılarının olmağın hiss etsinlər.

Anar hamı ilə görüşüb həyətdən çıxdı.

***

Saat ona beş dəqiqə qalmış Cəmşidov Anara dedi ki, qalx gedək. Hər həftənin bu günü prokuror görülmüş və görüləcək işlər barə də müşavirə keçiri.



Müavinlər, köməkçi yəni beçinci müstəntiq Anar da olmaqla prokurorluğun doqquz işçisi var idi. Rayon polis idarəsinin rəisi polkovnik Səlimovda bura da idi. Anar burdakı bəzi işçilər olmaqla rəisi Canəliyevlə söhbətdən ayrılıb hamının gəldiyin görüb:

- Mən istəyirəm elə Səlimovun burda olmasına və bizim də işçilərimizin yaxşı tanımadığı yeni müstəntiqimiz Kərimov Anar Fərman oğlu ilə sizi tanış edim.

Anarı tanıyanlar da tanımayanalarda Cəmşidov qarşıq ona baxdılar. Prokuror özü də xeyli nəzərlərini Anarda saxlayıb:

- Mənə elə gəlir ki, hörmətli nazir Fərman Kərimov bütün Respublikaya tanış və əziz olduğu kimi sizə də belədi. Qaldı şəxsən Anar haqqında mən uzun müddətli iş təcrübəmdə bir həftəsi tamam olmayan bir müstəntiqin belə uğurlu işə başlamasının şahidi olamamışam.



Hamımıza məlumdır ki, o bu anada rəisə xüsusilə baxdı. Belə baxmaqla da ona demək istədi ki, sənin boğazımıza kəndir elədiyin çoxdan həlli düyünə düşmüş o oğurluq işini cəmi bir gün içində yoluna qoydu. Bizi də baş idarənin danlağınan qurtardı. Rəis çox razılıqla Anara baxıb gülümsədi. Həm də onu da nəzərinizə çatdırım ki, Anar unversiteti heç nəsiz öz biliyi ilə özü də qırmızı diplomla qurtarıb. Anarın bu diplomu almasında hörmətli Fərman Kərimovun heç bir əziyyəti olmayıb. Mən inanıram ki, Anar Kərimovun belə uğurlu gəlişi prokurorluğun ümumi fəaliyyətində ciddi dönüş yaradacaq. Biz onun biliyindən ilk anda ayağı yüngülüyündən həm də çox nüfuzlu ailədən olduğuna görə digər imkanlarından istifadə etməliyik. Öz adımdan hamınızın adından həm də hörmətli polkovnik Səlimovun adından Anara yeni başladığı özü də yaxşı başladığı işində uğur arzulayıram.

Hamı prokurorun uğur deyəndə həmin işdən onun nə qədər irəli düşdüyünü göz önünə gətirib əl çaldılar. Prokuror ölkə Prezidentinin hüquq mühavizə orqanları qarşısına qoyduğu vəzifələrdən, vəzifələrin Respublika prokuroluğunun son kollegiya iclasında müəyyənləşdirilib fəaliyyət proqramı kimi qarşıya qoyulmasından ümumi məlumat verib bu tapşırıqlardan sonra rayon prokurorluğunun hansı işləri görəcəyindən danışmağa başladı. O, belə ki, deyib dərindən nəfəs alıb kollegiya qərarları ilə bağlı görülmüş işlərlə yanaşı fəaliyyətimizdə hələdə xoşa gəlməz hallara təsədüf edilir. Hörmətli Prezidentimizin korrupsiya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizə aparılması barədə tapşırığına kollegiya iclasında bu məsələyə dəfələrlə xüsusi yer ayrılmasına baxmayaraq, hələ də belə hallara yol verilir. Bilirsiz ki, korrupsiya və rüşvətxorluğun fəaliyyətinin aparıcı xətdidir. Növbəti kollegiya iclasına qədər rüşvətxorluğun cinayətinə aid heç olmasa ən azı iki iş verməliyik ki, bizimdə fəaliyyətimiz görünsün. Mən də demək olar ki, axrıncı dəfə xəbərdarlıq edildi ki, bu sahədə planı yerinə yetirim. Nə deyəcəm. Deyəcəm ki, nə rüşvət var nə də korrupsiya. Gözümüzün qabağında rayonun büdcəsi, əmək haqqları, pensiya ödəmələrindən və sair xərclər hara xərclənir bilinmir. Necə mənimsənildiyi də göz qabağındadı. Yuxarıdanda deyiblər ki, maliyyə idarəsi ilə işiniz olmasın. Bizim onlarla pul haqq hesablarımız olur. Təhsildə korrupsiya maliyyə ilə bağlıdı. Ora toxuna bilmərik. Ancaq bu sahəni rüşvət ağzına alıb gedir. Vergi idarəsinnin işçiləri bütün mağazalardan bir manat vergi almırlar. Beş manat özlərinə haqq kəsiblər. Işıq qaz idarələrində açıq aydın korrupsiya baş alıb gedir. Min istifadəçinin qanuni qaz payını üç min adama paylayır. Hamısından da pul yığırlar. Xəstəxanalar dağılıb gedir. Əsaslı cari təmizlərə ayrılan pullar hara xərclənir bilinmir. Sağlamından pul alıb xəstə çıxardıb təqaüdə çıxrırlar. Xəstələrin burnundan vurub geri qaytarılar. Aldığım məlumata görə qaçqınlara tikilən qəsəbəyə ayrılan pulun çoxun basıb yeyirlər. Rayon mərkəzində badlıq işlərinə nəzərdə tutulan pulun üç də ikisi yeyilir. Şəhər bələdiyyəsi yer qalmadı satdı. Onu da yeyir camaatdan yığdığında. Bu boyda öz başınalığın dağıntının içindən bir- iki dənə iş verməyəndən sonra tay nə deyib oturacağıq bu vəzifədə. Düzdü bu elə də asan iş deyil. Bu yerləri qurdalamaqdan qabaq gərək başımızdakı qalxanın vurulacaq qılıncın zərbəsinə tab gətirib gətirməyəcəyini ölçüb biçək. Bu işin ən ağırı da ondan ibarətdir ki, hörmətli Prezident tapşırıq verib ki, belə hallara qarşı mübarizə aparın. Onun yerdəki nümayəndəsi deyir ki işin olmasın. Əgər rayondan iki mənimsəmə bircədənə rüşvət faktı açılsa o saat prezident aparatından başçıya deyəcəklər ki, sən işləyə bilmirsən. Sən hara baxırsan ki, sənin rayonununda belə hal olur. Bu da elə anlam verir ki, elə Prezidentin qoyduğu adam işləyə bilmir. Ona görə də bu iş prezident aparatının da xoşuna gəlmir. Indi gəlin bir iki belə iş qaldırağın. görəyin həmin sahənin nazirləri qoyacaqlar bizi burada işləməyə. Qaldırıb dəstəyi bir başa zəng edəcək baş prokurora deyəcək ki, tay bu nə yoldaşlıq dövlətçiliyimizin ətrafında hamı bir nəfər kimi birləşmək oldu. Sənin filan prokurorun işi gücü yoxdu gəlib mənə sataşır. Və yaxudda elə prezident aparatından başçının adını baş prokurora zəng edib deyəcək ki, sənin filan prokurorun benəlxalq aləmdə rüsvay eləmək istəyir. Indi xarici düşmənlərimizdən çox daxili düşmənlərimiz var var bağıracaqlar ki, ölkəni korrupsiya bürüyüb.

Polis rəisi polkovnik Səlimov aramsız öskürür, yerində qurdalanır fısıldayıb nəfəsin içinə yığıb birdən püskürdü ki, bəlkə bu halı ilə qızışıb özündən çıxmış prokurorun diqqətin cəlb edə. Ona tərəf baxa. O da him cimlə ona işarə verib bu cür danışığa son qoymağı ona anlada. Nə oyundan çıxırdısa prokuror danışığında mənzil başına çatmağa and içmiş adam kimi nəinki ətrafa baxmaq, həttda tutduğu vəzifəni də unudub yadına düşən sözü kiflənmiş dən kimi dəyirman boş qalmasın deyə dənliyə tökürdü.

Rəis həm vəzifə, həm də həyatda əməkdaşlıq etdiyi Canəliyevi yaxşı tanıyırdı. Yoldaşlıqda xeyli üstün cəhədləri olması ilə yanaşı yəni alış verişdə nə qədər pul pərəst olsa da ortalıqda olanın bir qəpiyini də yoldaşdan daldalanmaması, hər kəsin payının düzgün bölünməsinə əməl etməsi və buna bənzər yaxşı xüsusiyyətləri var idi. Bütün bunlarla yanaşı ən böyük nöqsanı ortaya atılmış hər hansı məsələ haqqında bildi-bilmədi uzun-uzadı guya bu işin ən yaxşı bilicisi kimi danışması idi. Məhz prokurorun bu vərdişin yaxşı bilən işçilər də Canəliyev danışığa başlayan kimi onun nə danışacağını gözləmədən hər kəs öz fikrində özünə aid bu günki sabahkı işlərinin hesabının aparırdılar. Bu günün də, sabahın da maraqı olmayanlarda gözü açıq mürgüləməyə çalışırdılar. Belə məsuliyyətli müşavirədə mürgüləməyə ehtiyat edənlər də xəyallarında prokurorun qarşısında masaya birləşdirilmiş dünya boyda kabinetin ortasına kimi gedib çıxan masanın üstün doldururdular dollar bağlamaları ilə. Sonra da burda əyləşənlərdən özlərinə dost seçib onunla ata malı kimi bölüşdürürdülər. Ya da özün ayığ aparıb dünyanın və dünyadakı insanların etibarın tərəzidə çəkəndən sonra onların var yoxun üzlərinə söyüb pulun hamısın yığışdırıb aparardı. Prokurorun mövcud həyatın eybəcər təzadlarından təntənəli çıxış etməsindən tək Anar öz istək və müqəddəs arzularının məsum və müqəddəsliyinə yad yavan bu halı gözləmədiyi qəfil qarşısına çıxmış bu danışan cəlladın dəmir əlləri ilə ağ hamar bildiyi həyat yolunun tikanlı məftilləri üzərindən sürüdülə-sürüdülə dar ağacının altına gətirilmişdi. Bütünlüyün haqqı halalı olan hamıya bərabər bölünməsi ana vətənin döş südünün müdafiəsi etibar edilmiş cavabdeh vətəndaş prokurorun bu çıxışı Anarın gözləri qarşısında dünyanı alova bürüyürdü. Bu alovun içində yanan insanların həray fəryadları yeri göyü sirkələyirdi. Qışqırıq fəryadlarından yaranan alov tufanı göyün üzün tutur, insanlar yerdə yanıb əriyib külə dünürdülər. Onun ürəyi bulanıb içərisi boğazına tıxçananda gözləri böyüyür göz işığı min dəfə artırdı. Bu vaxt prokurorla rəis dönüb olurdular canavar. Müavinlər müstəntiqlər isə qudurmuş itlər. Başlayırdılar masanın üstündəki leşin üstündə boğuşmağa. Onlar timsah dişi ilə bir-birlərin parçalayır dişlərinə keçən əti udurdular. Hər udduqları ətdən iki dəfə böyüyürdülər. ət qoparıb uda bilməyənlər al qanın içində zingildəyə-zingildəyə həsrətlə bir-birlərinin yeyənlərə baxıb can verirdilər. Bu boğuşmada vuruşmada hərdən prokuror hamını parçalayıb yeyib qurtarırdı. Hərdən də bu işi rəislə müstəntiq Cəmşidov başa vururdular.

Anar tez tez nəfəs alıb əli ilə boğazın sıxır ki, xəbərsiz olduğu kənarda qaldığı haqq ədalət baxçası hesab etdiyi bu həyatdan prokurorun çox qorxulu faciəli simfoniyasına axıra qədər qulaq asa bilsin.

Prokuror ani olaraq dayandı. Hamı sevindi ki, o qurtardı. Ancaq bir az ləngisə tutduğu xətdən kənara çıxa biləcəyinin qorxusundan tez də rəisə baxıb:

- Cənab Polkovnik necə olubsa o boyda mühüm hadisəni sizə deməmişəm. Sizin hörmətli nazirdə kollegiyada iştirak edirdi. Mənə elə gəldi ki, elə bu məlumat da onun tərəfindən baş prokurora ötürüldü. Prokuror son dövrlər narkomaniyanın və narkotik məsulların alqı satqı yolu ilə yayımının artmasından çox ciddi danışdı. Bu barədə mübarizənin gücləndirilməsinin vacibliyini nəzərə çatdırdı. Mən onu demək istəmirəm şübhəsiz ki, kollegiyanın qərarını sizdə almısınız. O qərarda polis işçiləri qarşısında çox mühüm təxirə salınmaz vəzifələr quyuldu. Indi o məsələyə gəlib tədbir olanı hazırlanacaq. Sözüm onda deyil. Baş prokuror çox maraqlı bir məlumatı verdi.

O əlindəki kağıza baxıb bir çox rayonlara o cümlədən bizim rayona son altı ay ərzində yüz otuz dörd kiloqram kənardan narkotikanın daxil olduğun bildirdi. Üstəlik də dedi ki, onun altımış faizi rayonun özündə istifadə olunub. Qırx faizi isə satış məqsədi ilə rayondan çıxarılıb. Elə dedi ki, elə bil öz əli ilə çəkib anbardan buraxıb. Ya da sərhəddən keçiriləndə tamojnıdan hansı rayona aid olması qeydiyyata salınıb. Bu məlumatdan sonra bir az da zalda pıça pıç oldu. Ancaq prikuror bunun necə müəyyənləşməsi barədə məlumat vermədi. Elə bu çəkiynəndə rayonlara plan verildi. Bizim rayon tapşırığı yerinə yetirmək üçün hər ay ən azı iki nəfər narkaman tutmalıdır. Hörmətli rəisdə bilir. Bu barədə çətinliyimiz yoxdu. Kifayət qədər narkamanımız var. Ikisinin əvəzinə beşini də tutub baş prokuroluğun təşəkkürünü də ala bilərik. Qaldı korrupsiya sahəsində cinayət işinin açılması burada elə eləməliyik ki, nə şiş yansın nə kabab. Yəni nə daxildən, nə də xaricdən dövlətimizin adına xələl gələməsin.

Prokuror korrupsiya və rüşvətxorluğa qarşı mübarizə səlahiyyətlərinin həvalə olunduğu müavini Qasımlıya baxdı. Gördü ki, o gözlərin qarşıdakı pəncərədə bir nöqtəyə dikib qalıb fikirləşdi ki, bu nöqtəyə baxmaqla müavin ona diqqətlə qulaq asıb onun dediklərin dərindən təhlil edir.



O:

- Cənab Qasımlıya tapşırarıq - dedi. Qasımlının indi ona baxıb bəli cənab prokuror eşidirəm sizi deyəcəyin gözlədi. Gördü ki, müavin necə baxırdısa elə də baxmağında davam edir.



Prokurorun ilk korrupsiya və rüşvətə qarşı mübarizə sözündən sonra Qasımlı fikrində girmişdi rayonun bu başından gəlib çıxmışdı o başından. Balacalı böyüklü bütün idarələrin qapısın möhürləyib rəhbərlərin qandallayıb gətirib yığmışdı prokurorluğun birinci mərtəbəsindəki otaqlarına. Balaca idarələrə sambalı böyüklərinə ürəyi istifadə etdiyi pul oxuyub başlamışdı yığmağa. Rayon büdcəsinin xərclənməsində icra başçısını da dolaşdırıb ondan da opelinin dalı dolu pul almışdı. Pulu artdıqca həvəsi də çoxalmışdı. Açılan cinayət işlərinin aparıb çıxarmışdı yağlı nazirliklərə. Komitələrə şirkətlərə. Onlar da yalvar yaxar edib onun qabağında diz çöküb demişdilər ki, amandı söz kənara çıxmasın. Prezident eşidər bizə ağır söz deyər. Nə qədər istəyirsən pul verək. Qasımlı bunların hamısından pul alıb qurtarandan sonra neft şirkətinin qapısın möhürləyirdi ki, qulağına səs gəldi. Deyəsən səs prokurorun idi. Özü də hirsli. O, elə diksininb yerindən dəli kimi bəli cənab prokuror dedi ki, altındakı kətil dala itələnib yerə yıxıldı. Qabaqdakı o boyda masa irəli getdi. Hamı bu hadisəyə gülməyə başladılar. Prokuror istədi ki, gülüşlərə məhəl qoymayıb hirslənməyində davam etsin. Ancaq baxdı gördü ki, hamının belə ürəkdən gülmələrinin üstündən onun hirslənməyi bir az da pis gülüşə səbəb olacaq. Odur ki, özü də zərəlin yarısından qayıdıb gülənlərə qoşuldu. Prokuror çıxışına bir az fasilə verdi ki, araya düşmüş intizamsızlıq bərpa olunsun. Anara rəis ona nəsə dedi. O, dəsmalla sirsifətin tərləmiş boynunun arxasın sildiyinə görə rəisin nə dediyin eşitmədi. Birdə o bilirdi ki, həmişə çıxışının şirin çağında rəis bir bəhanə tapıb ona deyirdi ki, yekunlaşdır acından bir təhər olduq. Prokuror bunun rəisin onun paxıllığı kimi yozurdu. Odur ki, bu aclığa bir azda bərkdən uzun uzadı danışırdı. Prokuror pərt dayanmış müavini Qasımlıya baxıb istədi ona acı söz dedsin ancaq Qasımlının yuxarıdakı adamları yadına düşdü. Bu fikirdən əl çəkib baş prokurorun tapşırığına əsasən sən bir səssiz küysüz məktəb bir də bir həkim məntəqəsindən zaddan tap. Məktəbdə direktorlardan narazı müəlimlərdən kənddə də kim olursa olsun şahidlər təşkil elə. Onlara beş yüz min dollarda olsa pul ver. De ki hər ikisi həmin müəssisələrdəki nöqsanlar barədə Prezident aparatına, Respublika prokurorluğuna teleqramlar vursunlar. Özün başa sal mətni özün de. Bu vaxt Anar nə qədər elədisə özün boğa bilmədi. O tez qalxıb çölə qaçmaq istədi. Ancaq onun içərisində boğub güclə saxladığı sıfrağ təziq ilə püskürüb masanın üstünə töküldü. Anar ayaq üstə dayana bilməyib diz üstə yerə çökdü. Iki qat olub heyvan kimi böyürməyə başladı. Heç kim heç nə başa düşmədiyinə görə hamı qorxdu. Həm bu yaraşıqlı cavan oğlanın belə olmağna həm də onun nazir oğlu olduğu üçün bir an hamı da çaşqınlıq yarandı. Prokuror əvvəl işçilərinə qışqırdı ki, nə baxırsız görməyirsiz masanın üstü nə gündədi. Tez olun xadiməni çağırın. Bu cür cavan oğlan bu gündədi o masanın üstünün dərdin çəkir. Sonra o əvvəlkindən bərk səslə qışqırdı ki, təcili yardım çağırın. Gördü ki hamı ona baxır. Sonra gördü ki telefon əlinin altında ola ola başqasına qışqırır. O dəstəyi götürüb həkim çağırdı.

Anar haldan düşdü. Onun qoluna girib divana uzatdılar. Anar dartınıb qalxıb oturub boş-boş böyürməyə başladı. Onun içərisində boğazında qayıtmağa heç nə qalmamışdı. Həkim gəldi dedi ki, ya möhkəm soyuq dəyib ya da zəhərlənib. Ancaq sıfradan görünür ki, zəhərlənmə deyil. O, iynə hazırladı. Anar dedi ki, bir ağrı kəsici həbin varsa ver. Mədəm sancıdan doğranır başqa heç nə lazım dedyil. Otağı təmizləmək üçün xadimə tapılamdı. Bu işi polis keşikçiləri etdilər. Hamı o cümlədən rəis hamıdan çox sevindi ki, yaxşı oldu. Anar belə oldu. Prokurorun boş-boş çərənləməsi qurtardı. Anar otaqdan çıxanda prokuror ona dedi ki, sənə bir yaxşı xeyirli iş verəcəkdim. Qaldı sabaha. Indi get və istirahət elə. Bir ehtiyacın olsa mənə deyərsən.


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə