Vətəndə əlacı olmayan ağır xəstəlik



Yüklə 0,55 Mb.
səhifə8/10
tarix10.05.2018
ölçüsü0,55 Mb.
#43389
1   2   3   4   5   6   7   8   9   10


Anarın mədəsində baş qaldıran sancı ilə içərisində tuğyan edib daha dəhşətli ağrılar yaradan indi görüb eşitdiyi fikirlər onu haldan salmış huşun kütləşdirmişdi. O özün çarpayıyıa yıxıb bu da başlanmamış həyatın sonu dedi. Prokrorun Respublika prokurorluğu kollegiyasında ordan da yuxarılarda korrupsiyadan rüşvətdən dövlət əmlakının dağıdılmasından narko ticarətdən digər cinayətlərdən necə adi hal kimi özü də küçə adamı səviyyəsində çıxış etdiyini yadına salanda içərisindən vahiməli bir titrətmə keçirdi. Ona ən çox əzab əziyyət verən onun özünün bu həyatdan xəbərsiz qalması idi. Bu barədə fikirləşəndə az qalırdı ki, bu günə kimi belə qalan başın vurub partlatsın. Ruhun yazılmamış kağız kimi saxlayan bədənin qayçı ilə doğrasın. Necə ola bilər axı bu boyda bu yaşda olasan unversitet bitirəsən bu həyatın sakini olasan özü də hüququ şünas olmaq istəyəsən ancaq bu dərəcədə həyatdan xəbərsiz qalasan. O gün aldığı müxalifət qəzetlərndə bu neçə gündə görüb eşitdiklərinin hamısı yazılmışdı. Ancaq bunları gözümlə görməsəydim o oxuduqlarının hamısın böhtan hesab edərdim. Axı adam bu baş verənlərə necə inana bilər. Necə ola bilər ki, rayonun baş prokuroru öz müstəntiqi ilə rüşvət barədə onun necə nə qədər alınması haqqında açıq söhbət eləsin. Oturanlarda hamısı da bilir ki, onların arasında ən böyük rüşvətxor elə baş prokuror özüdür. O üzü rüşvət almasa buna şərait yaratmasa bu idarədə bir işçi bir adamdan bir manat pul ala bilməz. Bəs necə olur ki, bunlar bir-birlərindən utanıb həya eləmirlər. Hamı bilir ki, prokuror yalan danışır. Idarənin rəhbəri qayda-qanunlara əməl olunmasına cavabdeh şəxs heç nədən çəkinmədən öhdəsinə düşən vəzifələri zərrə qədər nəzərə almadan hamının dik gözünün içinə baxa-baxa başdan ayağa saxta yalan üzərində qurulmuş müşavirə aparır. Şəriki rəislə hamısının əli ilə pul aldığı işçiləri ilə rüşvətə korrupsiya narkomaniyaya qarşı mübarizədən danışır. Özü də öz dili ilə deyir ki, rayonda bütün təşkilatlar icra hakimyyəti qarşıq korrupsiyalaşıb. Biz bilirik hansı idarə nə gündədi. Harda nə yeyilir. Nə dağdılır hər yerdə adamlardan rüşvət alınır. Istədiyimiz qədər də narkomanımız var. Istədiyimiz vaxt onlardan tutub uxarının tələbatına cavab verə bilərik. Hacı Cəfər də oğlunun işin yuxarıdan bağlayıb, deməli nə qədər pul veribsə ağır cinayətə aid işin burada istintaqının aparılmasına icazə verilib. Dünən də Cəmşidov dişin ağardıb mənə dedi ki, bu Hacı Allahın bəlasıdı. Onu çox sıxışdırmaq olmaz. Neçə işi burda saxlatdırıb. Elə də qaytartdrar Bakıya, orada bizə verdiyinin yarısına işi həll edib qurtara. Bu faciəli hadsəni bütün republika bilir. Indi respublika prokurorluğunun daxili işlər nazirliyinin prezidenti papratının gözləri qarşısında bu işi ört-basdır edib heç nə olmamış kimi cinayətkar nəinki azadlıqda qalacaq heç ona güldən ağır sözdə deyən olmayacaq. Haqqı borcu günahkarı cəzalandırmaq olan, camaatın ədalət gözlədiyi pokuratura özü cinayətə yol verib ədalətsiz işinin uğur hesab edəcək. Bütün rayon camaatında bunun şahidi olacaq. İlahi buna necə yol vermək olar. Belə işə yol verib sonra necə demək olar ki, biz qanunun keşində dururuq. Camaatın arsına çıxıb onların gözlərinə hansı cəsarətlə həya ilə baxmaq olar. Yox belə hadisələr həyatda ola bilməz. Adi insan olan kəs bu cür iş tuta bilməz. Ya mən başqa məxluqam, gəlib bura düşmüşəm, ya da bunlar insan simasına gimiş bu məmləkəti viranəyə qoymaq üçün bura atılmış eybəcər məxluqlardı. Yenə evləri evlərindəki pul kisələri və atası gəldi duru gözlərinin qabağında. Mən dəli olacam deyib çarpayıdan qalxdı. Bu vaxt çöldən aramsız təcili yardım amaşını siqnalı eşidildi. Az keçmədi ki, qapı döyüldü. O qapını açdı. Dörd nəfər ağ xalatının qabaqda olanı bir az Anara təccüblə baxıb:

- Anar müəllim sizisniz?- deyə soruşdu.

Hiddət Anarı içəridən boğdu. Ona elə gəldi ki, indi bütün binanın sakinləri qapıdan pəncərədən həyatdən tamaşa edir.

- Hə Anar mənəm nə olub ki, belə.

Qabaqdakı ağ xalatlı həkim bir az kəkələyib:

- Bizi baş həkim ona da prokuror diyəsən lap icra başçısıda tapşırıb ki,...

- Yaxşı aydındı, həkim əziyyət çəkib xoş gəlmisiniz. Ancaq mənə deyin görüm sizə kim dedi ki, mən ölürəm siz özünüzü belə hay-küylə çatdırasınız? Indi sizin bu hay küyünüzə bütün bina narahatdır ki, görəsən ölən kimdi, indi binadan kimin meyidi çıxacaq. Görürsünüz ki, mən də ayaq üstəyəm. Hələlik ölmək fikrim yoxdu.

Həkim bir az dartınıb

- Anar müəllim, Allah eləməsin!..

- Həkim, niyə biz sadə bir şeyi başa düşmürk ki, adi çağırışa bu cür səs küylə gedib camaatı narahat etməməliyik. Sağ olun. Həkim xahiş edirəm indi tez çıxıb gedin. Qoy camaat bilsin ki, nə ölən var nə can verən.

Həqiqətən təciliyardım elə sürətlə elə həyacanlı siqnalla binanın həyatinə girmişdi ki, hamı ciddi hadisənin baş verdiyin güman etmişdi.
Arif də həyacan səsinə artırmaya çıxdı. Təcili yardımın onların girişində dayandığın görüb kimdi bu belə görəsən. axı bizim girişdə ciddi xəstə olmamalı idi. O, qapını açıb dəhlizə çıxdı ki, görsün həkim hansı mənzilə girəcək. Xalatlılar ona çatıb salamsız kəlamsız Anarın qapısın döydülər.

Arif həyacandan bilmədi nə etsin. Axı Anar işdə olmalı idi. Səhər binandan çıxanda onu özü görüb.

Anarın o gün dəfələrlə yediyinin qaytardığını görmüşdü. Buna nə oldu görəsən. O, arxadakı həkimin xalatına toxunub ona:

- Həkim nə olub? Axı o, işdə olmalıdı.

Həkim çəpəki ona baxıb:

- Mən də bilmirəm nə olub. Bir şey olub ki, tökülmüşük gəlmişik də. Indi hər şey bilinər.

Arif darıxdı. Istədi qabağa keçib özü qapını döysün Anar deyə çağırsın. Bu vaxt Arifin arvadı çıxıb həkimləri Anarın qapısında görüb var gücü ilə nəfəsin içinə çəkib:

- Arif nə olub ona? Anara nə olub?

Arif çevrilib ona sakit ol görək ağzında qaldı.

Anar qapını açdı. Həkimlər qapıdan çəkiləndən sonra Anar gördü ki, Arif bomboz bozarıb. Divara söykənib arvadı Dilarə əlin üzünə tutub gözlərindən yaş axır.

Anar çaşqın halda onlara baxıb:

- Nə olub sizə? Arif sən.. o, Dilarəyə tərəf gedib:

- Yaxşı-yaxşı bacı, gözünü sil. Elə ona görə bunları acıladım.

Dilarə qardaş sənə qurban olum - deyib Anarı qucaqlayıb hönkürdü.

-Yaman qorxutdun bizi - deyib çevrilib evə girdi.

Qapının ağzında dayanan Arifin on yaşlı qızı Leyla və səkkiz yaşlı oğlu Adil işıqlı gözlərin Anara dikmişdilər. Anar yaxınlşıb onları qolları arsına alıb hər ikisinin üz gözündən öpüb Leylaya dedi ki, get anana de ki, dayım deyir ki, ağlayıb mənə əziyət verməsin.

Leyla - yaxşı deyib evə qaçdı.

Bu vaxt kimsə pilləkənlərlə yuxarı yüyürürdü. Surxay başı aşağı Anargiliə beş altı pillə qalmış nəsə hiss edib başın qaldırıb Anarı görüb yerində mıxlanıb qaldı. Onun da rəngində qan qalmamış, elə bil indi ürəyi yerindən çıxıb düşəcəkdi. O salam vermədən nə də söz demədən gözün Anara dikib qalmışdı. Anar vəziyyəti başa düşüb:

- Surxay qardaş sənə nə olub? Niyə qalxmırsan yuxarı? Niyə salam vermirsən?

Surxay yuxudan ayılan kimi:

- Allah bunlara nələt eləsin elə çaşdrımadılar ki, bizi salam yada düşə. O qəfil yerindən tərpənib tələsik yaxınlaşıb Anarla görüşüb sonra da Arifə qayıdıb Anar tərəfə:

-Dedilər ki, həkimlər guya sənə görə gəlib. Arvad uşaqda eşidiblər ayıq yalın baş açıq tökülüblər həyətə gedim onları sakitləşdirim.

Surxay qayıdıb aşağı qaçanda Anar çağırıb onu saxlayıb:

- Bu yalan şad xəbəri bacıma, bacımın balalarına de, əvəzində bacımdan icazə al düş aşağı. Bizi gözlə. Biz də Ariflə düşürük. Gedəyin bu hadisəni qeyd edəyin.

Anar geyinib çıxıb qapını bağlayıb geri dönəndə artıq Arif çıxıb onu gözləyirdi. Leyla ilə Adil eyni bayaqkı işıqlı nəzərlə ona baxırdılar. Onlardan arxada qapını bağlamaqa hazırlaşan Dilarə dayanmışdı. Anar yenə əyilib uşaqların üz gözündən öpüb cibinə əlinə gələn qədər dəst dollar çıxarıb yarı bölüb hürkək-hürkək gah atasına gah da anasına baxan uşaqları pulu almağa məcbur etdi. Arif bir iki dəfə ciddi səslə:

- Anar etmə, Anar lazım deyil - desə də, Dilarə də - qardaş qurban olum etmə söhbətinə əhəmiyyət verməyn Anar Arifə baxıb:

- Heç kim mənə doğma bacım qədər bəlkə də onlardan da artıq olan bacımın balalarına nəyi edib, nəyi etməməyi qadağan edə bilməz. Bunu birdəfəlik bilin - deyib o Arifin qolundan qabağa dartıb tərpəndilər.

Girişin ağzında xeyli cavan yaşlı qadın toplanmışdı. Anar başın aşağı salıb salıb keçəndə onun biş düşünə baxan Gövhər arvadın onu çağıran səsin eşitdi. Anar geri dönüb baxanda Gövhər arvadın girəcəydəki daşın üstündə oturduğun əlindəki dəsmalla ağlamaqdan qızarmış gözünün yaşın sildiyin görüb bunun ondan örtü olduğun tamam unudub təcüblə onun üstünə gəlib:

- Ana, sənə nə olub niyə ağlayırsan? Tez ol de görüm nə olub?

- Oğlum əyil aşaqı mən qalxa bilmirəm. Bir sənin üz gözündən öpüm bəlkə toxdayım. Allah bunlara lənət eləsin belə iş olar. Oturduğumuz yerdə bizi belə hala saldılar.

Anar indi başa düşdü ki, Gövhər arvad da bu hay-küyə görə bu vəziyyətə düşüb.

Gövhər arvad Anarı qolları arsına alıb:

- Oğlum, nə billah elədim qıçımda taqət qalmadı yuxarı qalxmağa. Eşitdim səndə heç bir şey yoxdu. Yenə bədənimin əsməcəsi dayanmadı ki, çıxım səni gözümlə görüm. Surxay dedi ki, indi düşəcəksən aşağı. Sənə gələn dərd mənə gəlsin. Şükür Allaha ki, belə oldu. Get oğlum yolundan qalma. Mən də bir az toxdayım çıxıb evə əl gəzdirəcəm.

Anar Gövhər arvaddan aralanıb başın qaldırıb bura toplanmış on on beş nəfər qadına ötəri nəzər salıb onların çoxunun gözlərində yaş nəm gördü. O, bu haldan çox sıxılıb başın aşağı salıb buradan tez aralandı. O, binanın altından keçib qabaqda dayanmış taksilərə tərəf tələsidi. Bu vaxt Anar müəllim deyə onu kimsə çağırdı. O baxan da binanın altındakı mağaza sahiblərinin hamısının bir yerə toplanıb yanlarında da beş altı nəfər adam xoş təbəssümlə ona baxdıqların gördü. Anarın yaxşı yadında qaldığı birinci girdiyi mağazanın müdiri Hüseyni tanıdı. Hüseyin:

- Anar müəllim bütün pis xəbərlər belə yalan olsun. Hamımız bu yalana sevindik. Gedin ləngiməyin. Elə hamımız sizə bunu demək istəyirdik.

Anar onlara sağ olun deyib Arifində Surxayında yanında dayandıqları taksiyə oturdu. Anarın fikri qarşıq olduğundan Hüseynin işlətdiyi yalan sözündən ürəyi bulandı. Özlüyündə axı bu sözlə onun nə işi var. O, niyə bu sözü dilinə gətirir. Hüseynin ona dediyi sözləri bir yerə yığıb gördü ki, Hüseyn pis sözlərinin hamısının yalan olması üçün bunu işlətdi. Onlar da elə Xavər(Gövhər) ana kimi mənim xəstələnməyimin yalan olmasına seviniblər. Axı pis şeylər niyə olmalıdır ki. Sonradan camaata bu qədər əziyyət verəndən sonra yalana çıxsın. Ümumiyyətlə bu yalanın zatında elə naqislik var ki, onu yuyub axarlamaqla təmizə çıxarmaq olmaz.

Anar bir də xəbər tutdu ki, hamı küslü kimi oturub sürücü də soruşur ki, hara gedəcəyik. O, çox pis oldu. Uşaqları yeməyə dəvət etməyim nədi özümü bu cür aparmağım. O, şən halda:

- Arif hara gedəyin elə yer olsun ki, yeməklə yanaşı bir az ürəyimiz də açılsın.

Anar Əliyə də dedi ki, gəl filan yerə. O, bütün gücün qoyub şən əhval ruhiyyə yaradıb bir az bundan qabaq yaranmış pərişanlığı aradan götürmüşdü. Bu hadisəni Əliyə də deyib gülə-gülə məzəli bir hadisə kimi danışmışdı. Anar piyaləni əlinə götürüb Ariflə Surxaya baxıb:

- Sizə gərginlik yaşatdığıma görə üzür istəyirəm. Qaldı ki, biz bura nə bu məsələni müzakirə eləməyə, nə yumağa nə axarlayıb təmizə çıxarmağa gəlmişik. Biz bura yeyib içib istirahət etməyə gəlmişik. Sizin üçünüz də mənə eyni dəyərli qardaş əvəzi dostlarsınız. Bunu yəqin biləsiniz. Ona görə mən bu badəni çox ürəy açıqlığı ilə hər üç qardaşımın sağlığına içirəm.

Əli dedi ki, Anar məni bağışla axı mən maşınlayam.

Anar bir az fikirə gedib:

- Əli gəl belə edək içmək istəyirsənsə iç. Tanışladan birinə zəng eləyərsən taksi ilə gələr, sənin maşınını sürər, həm də bizi aparar.

Əli:


- Heç bu mənim yadıma düşməmişdi - deyib arağı içdi.

Anar başın qaldırıb:

- Qoyun bunu deyim narahatçılıq aradan qalxsın. İşdə bir az qanım qaraldı. Möhkəm ürəyim bulandı. Necə olubsa huşumu itirmişəm. Orada həkim çağırmışdılar. Qoymadım dava dərman eləyələr. Kişilərin balalar çox narahat olublar evə də belə qıylı küylü yardım göndəribər. Məsələ belə olub.

O, nədənsə bu sözü deyib Arifə baxdı. Arifdə gözlərin ondan çəkmədi. Onlar hər ikisi başların aşağı saldı. Arif başın qaldırıb Anara baxanda gördüki onun alnında xırda tər damcıları yaranıb sifəti də pörtüb. O, əvvəllər bu nazir oğlu müstəntiqin çox tələsik onunla ünsiyyət qurmaq istəməsin səmimi olmamasına heç cürə inanmaq istməsə də onunla oturduğu və həyatın demək olar ki, hər tərəfindən söhbət etdikləri vaxtı ona diqqətlə fikir vermiş bəzi suallarla onun halının dəyişib dəyişmədiyin keçirtdkdən sonra bu oğlanın təmizliyinə tam inanmışdı. Həm də Anarın özünün dediyi kimi onun bu vaxta qədər həyatdan kənarda qalmasına indi qəfil düşdyü üzləşdiyi hadisələrə tab gətirə bilməməsinə zərrə qədər şübhə yeri qalmamışdı. Anacaq çox təccüblüsü bu idi ki, bu oğlan çox zərif və həssasdı. Gördükləri acıya şirinə çatışana çatışmayana dərhal bir an ləngimədən əhəmiyyət verməsi qeyri adi haldı. Arif hesab edirdi ki, Anar sanki hansı bazara düşdüyün hansı yolun başlanğıcında olduğun anlamır. O, Anarın binanın altındakı mağazalara olan borcları ödədiyini eşitmişdi. Rayona səs yayılmışdı ki, Tarverdinin Bakıdan bir tanış dostu çıxıb gah deyirlər ki, əsgər yoldaşı imiş, indi varlı şirkət sahibidi. Gah da deyirlər ki, kimnənsə o vaxt türmədə olub o adam varlı vəzifəli şəxs imiş. Eşidib ki, dostu Tarverdini nahaqdan tutublar gecəynən gəlib prokurora nə qədər pul veribsə Tarverdini buraxdırıb öz maşını ilə aparıb qoyub evlərinə. Hələ üstəlik cibinə də on min manat pul qoyub. Anacaq Arif bilirdi ki, bunlar hamısı uydurmadı. Tarverdini nə yollnansa Anar buraxdırıb. Ona bir nəfər deyib ki, bir cavan oğlan özü də bu Əlinin maşınında gəlib Sədulla kişiyə nə qədər pul veribsə deyib ki, get izahat ver ki, heyvanlarım tapıldı. Qoy o Tarverdi haqqından tutulmasın elə həmin gün də Sədulla kişi gedib izahat verib. Indi mənə gün kimi aydındır ki, Əli ilə gedən bu Anardı. Bundan başqa heç kim deyil.

Anar badəni qaldırıb:

- Deyəsən Arifin deməyə sözü var. O, çox fikirə gedib. Arif qəfil üstünə düşən bu ağır yükdən boğuldu. Nə desin. Hardan başlayıb harda qurtarsın ki, fikrindən keçənləri çatdıra bilsin. Bu süfrə nə onun üçün nə də burdakılar üçün adi deyildi. Bu oğlan zülmətdə çobalayan darmadağın olub viranəyə qalmış xarabalıqda abadlıq axtarırdı. Göz-gözü görməyən qaranlıqda çıraq yandırmaq istəyir. Bu sayı azalıb az qala kökü kəsimiş indiki şəraitdə mövcudluğu inandırıcı olmayan az qala yaşaması mümkünsüz olan bir insandı. Necə olubsa indi o bizim gözümüzün qabağında var. Mən buna nə deyim. sağ ol gələndən bizə əl tutmusan. Hələ üstəlik filan işləri də görmüsən. Bu sözlər buna aid deyil. Ucalığın nə də ona sağ ol lazım deyil. onun amalına yardımçı olmaq gərəkdir. O imkan bacarıq da bizdə yox.



- Anar əlbəttə söz demək istəyirəm. Burda oturan hər kəs fikrini bildirmək istəyər. Anacaq Allah bilir ki, indiki vəziyyətdə fikrini olduğu kimi ifadə etmək nə qədər çətindi. Çətinlik də ondadır ki, mən və mənə elə gəlir ki, elə üçümüzdə indiki bu dəyişilmiş qəliz həyatdan gözləmədiyimiz heç cürə ağlımıza gəlməyən bir vəziyyətlə üzləşmişik. Mənim deyəcəklərim səninlə bizim və ailələrimiz arsında yaranan nə münasibətə nə də bu münasibətlərdə baş verənlərdə qətiyyən bağlılığ yoxdu. Çünki mən Allaha inandım kimi bu olanların təmizliyinə sədaqətinə inanıram və bilirəm ki, sən bunu ancaq sənə mıxsus və məlum olan içəri dünyanın tələb və çağrışı ilə edirsən. Biz qardaşısa məni maraqlandıran və narahat edən başqa şeylərdi. Anar mənim üçün ən maraqlısı onda ibarətdir ki, ən azı on beş yaşından keçən bu səkkiz ildə ağlının kəsən bir vaxtında unverstetdə pzü də hüquqda təhsil ala ala həyatdan bu qədər kənarda qala bilməyindi. Sənin təhsil aldığın dövlət unversitetində səninlə hüquqda oxuyan uşaqların əksəriyyəti pulla qəbul olunanlardı. Müəllim professorun böyük əksəriyyəti pulla qiymaət yazanlardı. O, müəllimlərə dövlət qəsdən iki yüz üç yüz manat əmək haqqı verir ki, onlar rüşvət alıb çirkaba batsın. Dili qısa olsun. Orda burda elə autoriya da tələbələrin qarşısında xirtdəyə çıxmış haqsızlıqlardan danışmasınlar. Evinizlə unversitetiniz arasında geçdiyin küçədə insanlara diqqətlə baxsaydın tum praşki siqaret satanların adamların qarşısında kəsib nə olar bir iki dənə praşki al deyə yalvarmaqların görsəydin hələ dilənçilərin sayın demirəm. Yol üstü qaçqınların yaşadıqları xaraba yataqxanaları demirəm. Sən bütün bunları görməsəydin belə bu məmləkətdə bu cür öz başınaığın içindən əsəsən meh mövcud abı hava səni dəyişdirməli sərtləşdirməli idi. Sənin bura gəldiyin həyata atılıb işə başladığın on beş gün olmayıb hələ. Anar mən bütün bunları deməkdə elə çıxmasın ki, səni məzəmmət etmək isəyirəm. Yox belə fikrim yoxdu. Yadındadısa sənin ikinci axşamı sizdə çörəy yeyəndə mən sənə dedim ki, Anar səbir elə çox qısa müddətdə indiki həyatın əsil üzü ilə tanış olacaqsan. Indi bu on beş gündə eləb sən iki unversitet bitirdin. Hələ bir yaxın zamanda bir neçəsin də bitirəcəksən. Əslində vallah Anar mənim uzun uzadı danışmağımda məqsədim o deyil ki, dünən nələri gördüyünü və bu gün nələri görürsən. Bu hal az çox hamıda baş verir. Sadəcə olaraq sən təhsili başa vurana qədər uşaq kimi təmiz qalmısan. Qəfil fəal cəmiyyətə qoşulanda tamam başqa abı hava ilə üzləşmisən. Mən həmişə fikirləşirdim ki, görəsən az çox ədalətli olan qanunları işləyən başqa bir ölkədən bir nəfər qəfil azərbaycana gəlib bu vəziyyətlə üzləşsə o bu hala necə dözə bilər. Belə bir şəraitdə yaşaya bilərmi. Biz burda oturanlar sənin timsalında bunu gördük. Surxaya da Əliyə də nisbətən mən səni daha yaxşı tanıyıram. Yəni deməkolar ki, hər axşam səninlə bir yerdə oluram. Ona görə səndə baş verən dəyişikliyi daha yaxşı görürəm. Özündə özünə gündə baxsan görərsən ki, bu on beş gündə canın yarı qalmayıb. Biz həqiqətən səninlə dost qardaşıqsa bundan narahat olub sənin bu vəziyyətini araşdırıb bilməliyik ki, bunun sonu səni hara aparıb çıxaracaq. Bu uşaqların sənin bircə axşam keçirtdiyin həyatdan xəbərləri olsaydı onlar bu məsləni çoxdan açıb demişdilər. Anacaq gecə də olsa indi mən deyirəm. Belə getsə çox çəkməz ki, xəstələnərsən. Onda biz nə edəcəyik. Sən qısa müddətdə başına toplayıb əl tutub quyudan çıxatdığın bacı və bacı uşaqlarının taleyin kimə tapşıracaqsan. Nə də fikirləşmə ki, bunu sənin sağ qalıb ancaq bizə əl tutmağın xatirinə deyirəm. Onda sənin verdiyin çörəy mənə də qənim olar. Lap indi sən bizdən əl çəkib Bakıya qayıtsan və birdən biz tərəfə qayıdıb baxmasan belə bizə bu qısa müddətdə etdiyin ilə artıq bizi uzun müddətə bəlkə də ömürlük dolandıracaqsan. Söhbət səndən sənin sağlamlığından bizdən də başqa kimlərəsə xalqa millətə hüquqa nəhayət atana anana lazımlığından gedir.

Arif sözünün sonunda boğulub kövrələn kimi oldu. O, danışmaqdan ehtiyat edib başın aşağı saldı. Hamı əlindəki badəni mizin üstünə qoymuşdu. Anarın əli isə yarı havada idi. Son günləri bir yerdə olduqları vaxtlar Arif bu məsələyə toxunmaq istəmişdi. Ancaq o buna imkan verməmişdi. Demək olar ki, hər gündə gecə söhbətinin sonunda söz hansısa haqsız sözün üstünə gəlib çıxanda onun ürəyi bir neçə dəfə bulanmış pis vəziyyətə qalandan sonra o gecələri yekunlanmışdı. Ona görə Anar bilirdi ki, Arifin dediklərini imkan edib yox mənə heçnə olmayıb desə Arif indi dediklərindən sərt danışacaq axşamlar onun düşdüyü vəziyyətini uşaqlara açıb danışacaq. Ona görə o da nə olub nə baş veribin üstündə düşünməli oldu. Ortalığı elə ağır sanki qurtulması mümkün olmayan çətin sükut çökdü ki, elə bil kimin cəsarət edib bir kəlmə sözlə bu sakitliyi pozmaq taqəti qalmamışdı.

Surxay boğula boğula dedi ki, Arif düz deyir. Anarın nədənsə çox ağır sıxıntı keçirməyi hətda hərdən bu səbəbdən də ürəyinin sızılıb özündən ketməsi haqqında da söz söhbət gəlib çıxıb. Xəbər çatandanda Cimnaz gözünün yaşın töküb deyir ki, öyrən gör Anarın dərdi nədi. Tay onun dərdi olan yerdə biz başımıza haranın daşın salaq.

Bu sözdə heç kimi ya cavab verməyə ehtiyacı olmadı, ya da cavabın çətinliyindən dil olub dillənmədilər. Yenə ortalığa boğucu sükut çökdü. Anarın üç döstu bir yerə yığıb gətirməkdə məqsədi yüklənmiş olduğu gündəlik həyatın nəinki hüquqa insanlığa aid olmayan onun nəzərində insanı cinə şeytana tülküyə meymuna çevirən şahid olduğu hadisələrdən qaçıb gizlənmək guya özünü aldadıb insan cəmiyyətində yəni bu dostlarının timsalında onların arasında yaşadığına bir anlıq da olsa özünü inandırmaq olmuşdu. Indi o özünü gizlədə bilməmişdi. Dostları onu cinayət başında yaxalamışdılar. Özü də başqalarına hətta cəmiyyətə böyük zərər vuran yalan ifadə verdiyinə görə. Sükutun ağırlığın öz ürəyində hiss edən Əli sanki sağlıq növbəsi ona çatdığın hiss edib:

- Mən də Ariflə razıyam. Anarın nələr çəkdiyinin özüm bilirəm. Burda bizim aramızda gizli bir şey yoxdu. Anar bu rayonda nə iş görürsə hamısın mənim əlimlə edir. Onu bilirəm ki, bu ağırlığa nə dağ nə də baş tab gətirməz. Nə də bu iş belə gedə bilməz. Mən də deyirəm ki, Anarı qorumalıyıq. Biz qorumalıyıq deyəndə mən onu demək istəyirəm ki, bu işdə bizim əlimizdən heçnə gəlməz. Anar özü baxıb görməlidir ki, necə eləsin ki, bu həyatı yaşaya bilsin. Bizim kimi ac yalavac nə beşdi nə ondu nə də haqsız adamların sayı yüzdü mindi. O indidən belə edib özün bu cür odun haqsızlığın qabağına atıb məhv etməməlidir.

- Anar qardaş, düzdü sənin kimi oxumasaq da hüquqşünas olmasaq da biz üçümüzdə ali təhsilliyik. Özü də heç birimiz pulla girib rüşvətlə oxumamışıq. Ancaq həm yaşımız səndən çoxdu, həm də sənin qəfil düşüb dözə bilmədiyin bu həyatın qazanında müəyyən qədər qaynamışıq. Ona görə bu haqsızlıq özbaşınalıq saxtakarlıq divarının nə qədər möhkəmləndiyini gözümüzlə görüb o həyatı yaşamışıq. Biz də bu baş alıb gedən məmur özbaşnalığına yalan üzərində qurulan idarçiliyə qarşı mübarizə etməyə razıyıq. Ancaq bu sənin birdən birə özünü bu divara çırpıb məhv etməyinin əleyhinəyik. Sən bu cür etməklə həm öz zəhmətini həm də gücün çatan qədər hüquqlarını qoruduğun nahaqdan atılmış zindan quyusundan çıxartdığın Tarverdi kimilərinin arxasız qoyursan. Həm də bizim kimi əl tutduğun adamları başsız qoya bilərsən.

Anar da əlindəki badəni mizin üstünə qoyub Əliyə qulaq asıb fikrə getmişdi. O, elə ilk anda hiss etmişdi ki, onun bu yemək içməklə başını aldadıb ona çox ağır gələn daha doğrusu onun üçün daşınması mümkünsüz olan ağır zamanə yükündən yayınmaq asan olmayacaq. Özü də demək olar ki, hər gün söhbətdə olduğu Ariflə birlikdə Əlinin də Surxayın da bu qədər həyatdan xəbərdar həm də yaşadıqları ictimai siyasi mühütə düzgün hüquqi qiymət vermələrini gözləmirdi. Indi o dostlarının bu cəhətlərinə həm sevinir həm də onlardan yayınıb hər hansı bir məqsədini zarafatla ört basdır etməyin mümkün olmayacağının ciddiyətinə varmışdı. O, gözün qaldırıb baxdı ki, heç kim heç kimə baxmş. Hamı başın aşağı salıb itirdiklərini ya da itirəcəklərini fikrinə gediblər.

- Arif düz deyir mən bu on beş gündə iki unversitet qurtardım. O məktəbdən biri indi mənimlə oturan bu üç nəfərin və oturmayan sizin kimi olan əhalinin böyük əksəriyyətinin həyat məktəblərini bir də bunları bu vəziyətə salan bəşəriyətin anlamız ibtidai qurluşlarında da mövcudluğunun mümkün olmadığı bütöv bir vəhşi özbaşına hüquqa haqqa ədalətə zidd bir idarə olunma məktəbi ilə tanış oldum. ən sadə təsəvvür və təhsili olmayan insan üçün belə vəziyyətdə yaşamaq həm adamın anlayış və həyat tərzinə mümkünsüz olub. Bəs mənim kimi hüququ bilən idarə etməni ana yasadan öz başına Cümşidovların səlahiyyətinə verilən cəmiyyətdə yaşaması bu halı qəbul etməsi mümkündürmü? Yox mümkün deyil. Bunu üçün gərək tamam başqa əqidədə baş qa tərbiyədə olasan. Milyardları olan ölkədə körpə analarına döşünə süd gətirmək qədrə güzaran verməmək tələb olunan səviyyədə qidalanmayan sağlamlığını uşaqlıqda itirən nəsil böyüyüb boya başa çatdığı vətəninə vətəndaş ola bilməyən insan yetişdirən ölkədə necə yaşamaq olar. Gör Arif Əli Surxay kimi ailəsinə ərlik uşaqlarına atalıq edə başı aşağı gəzən neçə yüz minlərlə insan var. Müəllimim düz deyirmiş. mənə müstəntiq olmaq həyatın içində yaşamaq olmazmış. O, mənim zəif cəhətlərimi görürmüş. Gərək mən indiki bu cür ictimai bəlaya çevrilmiş həqiqətən dünyada oxşarı olmayaan bu eybəcər idarəetməni yaradan və saxlayan səbəblərin tədqiqi ilə məşğul olaydım. Axı hansı ictimai tələbat yarna bilər ki, hakimiyyət öz vətəndaşlarını bu hala salsın. Onun məmurları Cəmşidov Mirzəyev Canəliyev kimi bütün simasını itirb nə üçün işləyib nəyə görə yaşadığını unudub bu səviyyədə buyruq qulunq çevrilsinlər. Insan hansı səviyyədə alçalmalıdır ki, günahıolmayan adamı cinayətkar kimi həbs etsin. Onun bütün həyatın təhlükəyə atıb ailəsin başsız qoysun. Pul alıb və yaxudda sifarişlə günahkarı açıb buraxıb onu təmiz adam kimi cəmiyyətə qatsın. Öz də bunlar hamısı xalq hakimi haqq ədalət cavabdehi məhkəmənin əli ilə edilsin. Indi onlar yüz əlli min alıb ölən o yeniyetməərin qanın batırıb heç nə olmamış qudurmuşn azğın oğluna get nə bilisən onu da elə səlahiyyətin verəcəklər. Həmin qanlı işdən aldıqları rüşvətlə şad xürrəm evə gedib mən bu evin atası əri oğluyam deyib süfrə başında oturub uşaqların gözlərinə qürurla baxıb mən sizin xoşbəxt gələcəyiniz üçün bu gün bu qədər pul qazanmışam deyə fikirləindən keçiirib qürurlanacaqlar. Birdən özləri də atası da evdə gəzən kisə kisə pullarda yadına düşdü. Ürəyi bulandı. Uşaqlardan üzür istəyib qalxıb getdi. Onun ürəyi bulanmasından böyürtüsü eşidildi. Arif də Surxay Əli də dediklərinə peşman oldular. Üçü də fikirləşdi ki, o bizi bura gətirmişdi ki, bir az deyək gülək ürəyi açılsın. Biz də onu bu gün ikinci dəfə belə ağır vəziyyətə saldıq. Anar gəldi. Ancaq çox halsız idi. Sifəti bomboz olmuşdu. əlləri titrəyirdi.


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə