Vətəndə əlacı olmayan ağır xəstəlik



Yüklə 0,55 Mb.
səhifə9/10
tarix10.05.2018
ölçüsü0,55 Mb.
#43389
1   2   3   4   5   6   7   8   9   10

- Bağışlayın- dedi. Sizi narahat etdim.

Arif dedi ki, Anar sən bizi bağışla, biz çox böyük səhvə yol verdik. Onsuzda sən bu gün bu halı birdəfə yaşamısan. Birdə..

.- Yox, Arif sizdə günah yoxdu. Əslində sözlərin düzdü. Mən indiki halda sizdən kömək gözləyirdim. Dedim bir az yeyib içib deyib gülüb fikirdən yəni yaşamağa məhkum olduğumuz mühütdən aralanaq. Özü də mənim şahid olduğum insanlar arsında mövcudluğu mümkün olmayan meymun oynuna bənzər bir hadisədən sonra. Ancaq bu vəziyyətdən qaçmaq mümkün deyil. bilirəm siz bunun həqiqətən məni qorumaq indiki düşdüyüm vəziyyətdən qurtarmaq xatirinə ürəydən mənə yanaraq deyirsiniz. Ancaq Arif söhbət səni məni o birin yəni tək tək adamları qurumaqla bitmir. Əslində bu işlərdən yəni haqsızlıqlardan öz başınalıqlardan qurunmaqda çox qorxuludu. Bu vəziyyəti başa düşüb bu cür başdan ayağa qanunsuz idarə etməyə qarşı az çox düşünən və ya nə cürsə mübarizə aparan bir kəsi qorumaq minlərlə insanı bu haqsızlığın girdabına atmaq deməkdir. Bizim çətinliyimiz həm bir birimizi qorumaq həm də qorumamağın nə demək olduğun dərk etməkdən ona qiymət verməkdən ibarətdir. Mən bu badəni içirəm belə bir haqsız rejimə qarşı mübarizədə özün və dostların qorumayanların şərəfinə.

Hamı dediklərin və fikirlərində dolanan bulanıqları unudub Anarın bu qədər əziyyətdən sonra az da olsa əhvalının düzəlməsi, həm də çörəy yeməsi üçün şən görünməyə çalışdılar.



***

Anar həyatın içərilərinə doğru acgözlüklə irəliləyirdi. Onun yolunun üstü məhrumiyyətlərlə, haqsızlıqlarla, hüquqsuzluğun əsir düşərgəsində yaşayan mənəviyyat və madiyyət qəsb edilib ölü və yarımcanlı halına salınmış insanlarla dolu olsa da, o böyük ləşkər qırmış kənd-kəsəy xaraba qoymuş qalib sərkərdə həvəsində idi. Çünki o, gözü kor yaşmış olduğu indiyə qədər ki, həyatdan fərqli yeni həyat - əsil həyatın özün kəşf edirdi. Anar gülə gülə ağlayırdı. Bu həyatı öyrənmək marağının içərisində boğulurdu. Qırmızı diplomla qurtardığı unversitetin haqq ədalət üzərində bina edilmiş hüququ nəzəriyyəsini həyatın içərisinə daşıdıqca onun öyrənib gələcəyə tətbiq edəcəyi yaddaşı xəcil-xəcalət içərisində əriyib gedirdi. O bitirdiyi təhsil unversiteti arasındakı nəhəng fərqi gördükcə ikincinin birincidən nə qədrə mühüm əhəmiyyət kəsb etdiyini öyrəndi. Ona elə gəlmişdi ki, bütün zamanlarda və hər yerdə olduğu kimi onun məmləkətində də təhsil təcrübənin yəni həyatın möhkəmlənməsinə onun sağlamlaşıdırıb ayaq üstə durmasına xidmət edir. İctimai vəziyyət təhsilin arxasınca gedən ondan aslı olan bir qurumdur. Ancaq indi o görürdü ki, ikinci birincini necə ayaqları altında əzib onu zibil qutusuna atıb. Ana yasa Azərbaycan respublikasının cinayət məcəlləsi qərar qətnamələri və başqa hüquqi aktlar Cəmşidovların gözdən uzaq siyirmələrinin tozlu küncünə atılmışdı. Dövlət və qeyri dövlətin bütün sahələrini əhatə edən işlərin icrası hüquqi sənədlər əsasında yox həmin sahələrə məsul olan məmurların şəxsi istəyi əsasında yerinə yetirilirdi. Qanun məmuru yox məmur qanunu idarə edirdi. Yəni yuxarı aşağı bütün məmurlar qanunun baaşına ip atıb onu istədikləri yerə onlara sərf edən şəkildə sürükləyirdilər. Anarın gördükləri dünya yaranandan bu günə kimi tarixin saxtalaşdıra bilmədiyi bir tamaşa idi. O bu idarəsizlikdə özbaşınalıqda idarə olunmanın sirrinə qüdrətinə təccüb qalmışdı. Bu rəzil həyatın senarisin yazan qurluşun verən dahinin bacarığın görürdü. Ancaq başdan ayağa nazirdən siraviə qədər hamını belə yalan böhtqan gerçəkliklə heç bir əlaqəsi olmayan ümumi havaya eyni cürə oynadılmasının fikrini dərk edə bilmirdi. Anar üç ay müddətində dövlət və onun bütün qanunlarının qanundan kənar idarə edildiyini tam yəqin edəndən sonra, bunun üzərində baş sındırırdı ki, hesab edək ki, nə dövlət var nə də onun qanunları. Cəmiyyət öz özünü necə bacarırsa elə də idarə edir. Heç kimdən nə məcburi tələbat var nə də onların üzərində nəzarət. Bu idarə etdiklərin tək bir sənin vicdanının və insafının ümudündədirlər. Belə olan halda necə ola bilər ki, adam səlahiyyətində olan öz vətən evladı qardaş bacısına qarşı bu qədrə insafsız amansız olub yağı kəsilsin. Onun bütün hüquqlarının əlindən almaqla əlindəki son bir tikə çörəyə də göz tiksin. O öyrənib biləndə ki, qaçqınlara gələn yadım oğurlanıb yarıba yarı mənimsənilir və ondan icra başçısına və digər hüquq mühavizə orqanlarına da verilir. Dəfin pulu almaq üçün toplanan sənədlərdən ötrü ölü yeyəsindən pul alınır. Qarabağ əlilərinə tikilən mənzillərə görə verilən maşna görə. Onları hər bir imtiyaza salmaq üçün onlardan pul alınır. Qolsuz-qıçsız, əbədi yorğan döşək xəstələrindən bütün dərəcə təqaüdə çıxarmaq üçün pul alınır. Pulu olmayan ömrünə anlar qalan xəstə pul verməsə cərrahiyyəyə hər cürə müalicəyə götürülmür. Anar bunları bunlardan da betərlərini eşitdikcə mənə əriyib fiziki gücdən düşürdü. O bütün məmurların tmsalında gözlərin Cəmşidova zilləyib qalırdı. Nə qədrə əlləşirdisə fizionomiyası adam olan Ccümşüdovdan insan düzəldə bilmirdi. Adama aid xüsusuyyətləri Cəmşidova yaxınlaşdırıb ona yapıdıra bilmirdi. Onların heç biri buna aid deyildi. Zahirən adama oxşayan daxilən insanlıqla heç bir əlaqəsi olamyan bu adamda və belə adamlarda meymun tülkü və canavar xüsusiyyəti var. Insanlığa vurula biləcək ən böyük zərbə belə adama oxşayanlara insan deyib onları cəmiyyət sayına qatmadı. Anarın bu canlıya baxıb ürəyi bulanırdısa adamda mahiyyət dəyişikliyinin necə hansı yolla nələrin təsiri nəticəsində yarana biləcək maraqları ürəy bulanmasına üstün gəlirdi. Hansı təsir qüvvələrinin insanı öz mənsubluğundan ayırıb meymun halına sala biləcək hallar bu adamların davranışında görünürdü. Prokuror ən güclü haqsızlıq ediləcək cinayətkarın törətdiyi əməlinin dəyişdirilib duruya çıxarılması lazım olan və yaxud bunun əksinə olan işləri Cəmşədova verirdi. Bu anlarda Cəmşidov barı yeyilməmiş banan ağacı tapan meymun kimi şənlik edirdi. Meymun budaqdan-budağa tullanıb sevincini əritdiyi kimi Cəmşidovda bir yerdə dura bilmir prokurorluğun bütün otaqlarının qapısın açıb onları ona verilən və xeyir gətirilən iş haqqında məlumat verirdi. O, belə işləri prokurordan almaq üçün ona tülkü yaltaqlığı ulağ xidməti göstərirdi. Ancaq cinayət işi onda olan cürəssirlərin qarşısında o canavara dönürdü. Sir nədədir ki, adamlar bu cür Cəmşidov həyatı qazanmaq üçün meymuna ulağa tülküyə canavara dönürlər. Məqsəd mənsəb və puldusa onlardan hansından ötəri insan öz dəyərin tərəziyə qoyub öz-özün cəmiyyət içərisində hörmətsiz yararsız şərəfsiz edə bilər. Çox qəribədi insanla nadanlığın şərəflə alçaqlığın yerlərini çox ustalıqla dəyişən bu qurluşun müəllifi dövləti və cəmiyyəti qoruyacaq onun namus və şərəfini üzərinə götürməli cəmiyyətin başı üzərində dayanan adi adamların tapşırdığı qurumlar öz alçaq hərəkətlərinin üstündə tutduqları mövqeyləri ilə ört-basdır edirlər məsələn ictimaiyyətin bu idarələrə inam və etibarı onların tərbiyyəsi imkan vermir ki, inansınlar ki, onların taleyi həvalə olunmuş nazir, komitə, sədr, icra başçısı, rayon prokuroru, polis rəisi, hakimi rüşvət alır. hətta insanlar bir-birləri ilə mübahisədə edirlər ki, ola bilməz dünya dağılsa da onlar belə etməzlər. Bu alçaqlığa enməzlər. Anarın yenə sözünün qabağına evlərində gördüyü kisə pullar gəldi. Onun ürəyi bulanması gücləndi. Gözlərin Çəmşidovun sifətindən çəkib qalxıb otaqdan çıxdı.

O, ürəyin yenicə boşaldıb yenicə otağa girmişdi ki, növbətçi polis zəng edib dedi ki, çağırdığınız şikayətçilər gəlib.

- Burax gəlsinlər - dedi.

Anar bir gəlin ondan boşanmaq istəyən ərindən şikayət ərizəsi yazmışdı. ərizəni diqqətlə oxuyan Anar qadının şikayət məqsədində başı örülü də olsa ərinə təziq etmək boşanmağın qarşısı alınması cəhdini hiss etmişdi. O, şikayətin içində baldızının da adın çəkərək onu səbə olmuş hadisəyə şərik çıxarmağa çalışmışdı. Müstəntiq Anar da Çimnaz adlı şikayətçinin həm həyat yoldaşını, həm də baldızın dindirməyə dəvət etmişdi.

Anar onlara yer göstərib oturun deyəndən sonra Cəmşidova özün tutub:

- Deyəsən, siz aşağıda bir stəkan çay içmək istəyirdiniz - deyib sonra üzün çevirib Çimnza baxıb:

- Deyəsən, şikayət edən Çimnaz xanım sizisniz?

Çimnaz ona bəli cavab verib başın aşağı saldı.

Birincisi həm Çimnazın, həm də ərinin görkəmləri hər ikisinin həddən artıq yaraşıqlı şirin sifət olduqları onun içərisin qaynatdı. Bu ərarvadın bir-birlərində boşanmağa qədər şikayətçi olmalarından çox pis oldu. Çimnaz çox gözəl qadın idi. Bacısı Güllü də yaraşıqda demək olar ki, yaşına görə onlardan geri qalmırdı.Onun gəldiyi qənaitə görə Çimnazın otuz, Güllünün isə qırx yaşı olardı.

Anar dedi ki, mənim hayla küylə aram yoxdu. Görürəm sizdə elə adamlara oxşamırsınız. Həm də Çimnaz xanım şikayətinizdən də hiss etmişəm ki, yoldaşnızdan elə bir ciddi narazılığınız yoxdu. Ona görə çox qısa şikayətinizi dillə deyin həm yoldaşınız, həm də baldızınız eşitsin.

Çimnaz həm ərinə, həm baldızına baxıb:

- Vallah Anar qardaş, əlində mənim heç bir şikayətim yoxdur. Həsən məndən ayrılmaq üçün məhkəməyə ərizə verib. Ərizəyə də səbə odur ki, mən onun bacsı ilə mal gətirib satmaq üçün iki aydan bir Türkiyəyə gedirəm. Bu işə də əvvlədən bacısı Güllinin istəyi ilə özü razılıq verib. Mən bacısı ilə gedib gəlirəm. Sən də mənim qardaşım indi başlayıb ürəyinə min fikir gətirməyə. Nə oldu keçən bir ildə qısqanıb şübhələnmədi indi birdə-birə. Mən heç nə demirəm. Həyat yoldaşım deyir getmə getmirəm. Ancaq məsələ ondadır ki, biz gətirdiyimiz malın əksəriyyətin nisyə veririk. Mayanı yığan kimi yenə mala gedirik ki, ara kəsilməsin. Çünki mal paylamağa ona versək gəlirimiz borcumuzu ödəmir. Mən də bu işə başlayanda Həsən bacısı Güllünün əli ilə beş min manat aşağı faizlə pul götürmüşdüm. İndi hər ay o pulun faizinin ödəyirəm. Ailəmizdə dolanır, mayanında yarısı qədər nisiyə artıq pulum var. Ancaq mən istəsəm də o pulu bir neçə aya yığa bilmərəm. Əgər malın dalı gəlməsə elə əlimizdəki maya faizə gedəcək. Ona görə Həsənə deyirəm ki, mən oturm evdə sən bacınla kimlə istəyirsən onunla get mal daşı ki, borca düşməyək. Ya da bir müddətinə faizsiz borc pul tap nisiyə malların pulun yığıb hissə-hissə borcumuzu verək.

Çimnaz sözün qurtarıb ərinə baxıb başın aşağı saldı.

Anar Çimnazın bacısı Güllüyə baxdı. Güllü dedi ki, Çimnaz düz deyir yeməyə çörək tapmırdılar. Mən də bir dəstə külfət saxlayıram. Bunlara kömək edə bilmərəm. Bu iş Həsənin özünün razılığı ilə olub. O, əvvəldən fikirləşməli idi ki, başqa ölkələrə gedib gələn qadınlar qurandan donda geyinsələr onlar haqqında dedi qodular olur. Ər olan yerdə Çimnaz kimdi ki, desin ki, mən belə edirəm elə edirəm. Anacaq mən də, Çimnaz da deyirik sabah borc yeyəsi gəlib qapının ağzında nələr deməsi bundan da pisdi. Pul tapa və yaxudda alveri özün davam elətdir arvadın otursun evdə. Ona kim nə deyibsə gedib məhkəməyə boşanmaq haqqında ərizə verib. Güllü sözün qurtardı.

Anar Həsənə baxdı. Onu tər basmış qıpqırmızı olmuşdu. Anar fikirləşdi ki, ona nə sual versin. Bu neçə ayda onun yanında Arifgil dəfələrlə demişdilər ki, rayondan neçə-neçə cavan gəlinərə getməmiş qız ehtiyac ucbatından Dubaya, Türkiyəyə ya alverə, ya da bədənlərini satıb pul qazanmağa gediblər. Neçə qız gəlində ya burda əri qardaş tərəfindən, ya da xaricdə naməlium adamlar tərəfindən qətlə yetirilib. O, diqqətlə baxıb gördü ki, Həsən də alverçiyə məxsus əlamətlər yoxdu. Bu ölkədə hamı nəyisə alıb satmağa məhkum edilib. Həya, mədənilik, ziyalılıq insanların yaşaması üçün bir maniyəyə çevrilib. Anar Çimnaza baxıdı. Çimnaz başın aşağı salmışdı. Ona qardaş deyən bu qız sifətli qadının gözəliyi onun qurandan geymiş olduğu ismət libasını tikə-tikə edib havaya sovururdu. Birdən yad kişilər ona qardaş deyən Çimnaza əl uzatdılar. Elə bil Anarın qeyrəti qürüru milliyəti murdar ayaqlar altında taptandı. Onun nəfəsi tıxcandı. Bu vaxt telefon zəng çaldı. Prokuror idi. O dəstəyi qaldırdı. Prokuror ona yanıma gəl dedi. Prokuror binaya girən qadınlara Çimnaza hərisliklə baxmışdı.

Prokuror qızarmış halda ona dişin ağartmaq istədi. Sonra nə fikirləşdisə ciddiləşdi. Ancaq qızartısı çəkilmədi.

Anara otur deyib deyəsən deyəcəyimi bir yerə yığmaq üçün bir az ora bura baxıb fikirləşdi ki, Anara elə desin ki, o qadınları başqa məqsədlə yanıma çağırmasından şübhələnməsin. Prokuro onları görən kimi Çəmşidovu yanına çağırıb onların kim olduğun nə üçün gəldiklərin öyrənmişdi. Cəmşidov prokurorun niyyətin başa düşüb siz də belə işləri elə adama verirsiniz ki, prokurroda ürəyindən a köpəy oğlu mən hardan biləydim ki, bu başı boş köpəy oğlunun boşamaq istədiyi bu cür gözəldir. Keçirib öyrən gör o ər-arvad kimlərdəndi. Götürgələri nə üstə qurulub demişdi.

Prokuror xəbərsiz kimi:

- O qadınlar hansı işdən ötrü gəliblər-deyə Anardan soruşdu.

Anar ilk anda heç nə hiss etməyib:

- Birinin əri boşanmaq üçün məhkəməyə ərizə verib. Qadın da boşanmaq istəmədiyinə görə ərinin haqsız olduğu barədə bizə şikayət ərizəsi yazıb. Sizdə o şikayət ərizəsin mənim araşdırmama yazmısınız.

Prokuror eşitdiyindən ayılıbmış kimi hə yadıma düşdü, elə mən də həmin iş bilib səni çağırdım. Bir nəfər hörmətli adam məndən xahiş edib ki, o qadına kömək edim. İşini qurtarında sonra köməkçimə de onları mənim yanıma gətirsin.

Prokuror onları özün gətir desə idi, bəlkə də Anar başqa fikirə düşməzdi. Köməkçim deyəndə birdə o qadınlar içəri girəndə Cəmşidovun Çimnaza necə hərisliklə baxdığın yadına salıb yuxudan ayılan kimi olub. Bu onları ya özü görüb, ya da Cəmşidov bunların gözəlliyin ona təsvir edib. Burda nə qəliz iş var ki, bunu özü kömək istəyir. Bir də ki, qadına köməklik etmək istəyirsə ərin çağırıb söhbət eləsin ona təsir eləyib hədə-qorxu gəlsin və ya xahiş eləsin ki, arvadımı boşama.

Anar bayaq ona qardaş deyən Çimnaza ərəbin ər azatlığın gözləri qarşısına gətirəndə hiddətdən boğulmuşdu. İndi özmüzdən öz qeyrətimizə əl uzatmaq istəyəni görəndə o bütün təmkinini itirdi.. indi ayaq üstə dayana bilməyəcəyin hiss edib oturdu. Prokurora baxıb onu ala toran görəndən sonra cənab Canəliyev dedi:

-Siz gecikmisiniz. Qeyrətli ləyaqətli milli heysiyyatı səninlə mənə tapşırılmış o vətəndaş bacımızın hakim əl uzadıb. Indi onların ailəsin dağıtmaqla üç uşaqlarında başsız qoymaq istəyirlər.

Prokuror heç cürə gözləmədiyi və ömründə eştimədiyi bu sözə yerində qurcalanıb anar sən kimnə nə danışdığının bilirsən?

Anar yerindən qalxıb:

-Bəli cənab prokuror, mən kimin otağında olduğumu sizə nə dediyimi çox yaxşı blirəm. Ancaq sizə sual verirəm siz nə hərəkət etdiyinizi hansı niyyətdə olduğunu başa düşürsüz? Yoxsa məni bu dərəcədə uşaq, anlaqsız hesab edirsiz? Onlar sizin yanınıza gəlməyəcək. Ancaq mən sizə bir fikir deyib getmək istəyirəm. Fikirləşirəm ki, atamı nazirlikdən sizdə burdan çıxarıb oğurluqla yığdığınız var yoxunuzu da əlinizdən alıblar. Atamın da sizin də arvadınız ya da qızınız ailələrini dolandırmaq məcburiyytində qalıb Çimnazın getdiyi ölkələrə gediblər. Indi bu ailənin başına gələn sizində başına gəlib, sizin arvadınızı prokuror ya rəis ya hansısa müstəntiq görüb xoşuna gəlib.

Prokuror istədi hay küy edib Anara təsir edə, ancaq gördü ki, Anar elə vəziyyətdədir ki, bu otaqda nə var götürüb onun başına çırpa bilər. Yaxud da xidməti silahı ilə onu vurar. Onun atası mənim qanımı elə bu otaqda basdırar. Odur ki, ürəyində yalvadı ki, Anar ucadan onun üstünə qışqırmayaydı. Birdə bu onda işçilərdən heç kim qapısını açıb içəri girməyəydi.

Anar artıq dözə bilmədiyini görüb otaqdan çıxdı. O otağına girib seyfin açıb on min manat pul götürüb gətirib Həsənin qarşısına atıb:

- Götür bunu get borcunu ver, qalanına da özünə bir məşğuliyyət tap. Ailəni dolandır. Nə ehtiyacında olsa utanmadan mən de.

Həsən bir oturanlara, bir də Anara baxıb:

- Axı...

Axısı zadı yoxdu. Mən o pulu mənə qardaş deyən Çimnaz bacıma onun balalarına verirəm. Sən də olurasa mənim üçün doğma adam. Ged, ərizəni geri götür. bir də sənin mənim səhlən karlığımız ucbatından bacımız belə yerlərə gəlməin. Sizn həyatınızla maraqlanacam. Öz bacım kimi sizə gəlib gedəcəm. O, üzün Çimnaza tutub mənə sən qardaş dedin. mən də sənə bacı deyirəm. Indi qalxın gedin.

Çimnazın gözlərindən yaş axırdı. Güllünündə gözləri yaşla dolmuşdu.

***


Anar çox zəifləmişdi. Yeməyindən qalmışdı. Belə ürəy bulanmalarından sonra qaytarmaq üçün olmadığına görə güclü sancılar keçirirdi. Bir neçə saat bəzən bir gün yataqdan qalxa bilmirdi. Əgər onun bu halın xidmətçi gövhər xala görüb hiss edirdisə o türkə çarə otlardan içirməklə südlü xörəy bişmiş toyuq ətinin suyunun və başqa qidanan yerdizdirməklə onu tez ayağa qaldırırdı. Anar əlacsız qalıb Gövhər arvda zəng edib halsız olduğunu deyib gələməsini xahiş etdi. Gövhər arvad gör bu necə ağrınırsa mənə zəng edib. Allah məni öldürsün. Bala səni ağrıyan görməyib deyib on üç yaşlı qız nəvəsinə ay qız tez ol Fərididə geyindir gedək mənə kömək elə görək nə edəcəyik. O, hərdən yır-yığışa kömək etmək üçün nəvəsi Naxiləni özü ilə götürürdü. Anacaq evdə adam olmadığına görə məcbur olub üç yaşında olan nəvəsi Fəridi də özü ilə götürməli oldu. Onlar içəri girəndə Gövhər arvad Anarın sancıdan yarım qovrulmuş halda bükülüb oturduğunu gördü. Oğlum bir dəqiqə deyib mətbəxə keçdi. Nazilə də nənəsinin arxasına getdi. Fərid evin ortasında dayanıb bükülüb oturmuş adın bildiyi Anar əmiyə baxmağa başladı. Anar başın qaldırıb dünyanın bütün işığın yaraşığın nurun özünə hopduran alacalanıb nəmlənmiş gözlərini ona dikən uşağa gördü.. elə bil bu uşağın büründüyü nurdan içərisinə axıb doldu. Anar bir az diləlib sənin adın nədir deyə soruşdu. Uşaq mənim adım Fəriddi. Ancaq mən sənin adını bilirəm. Sənin adın Anar əmidir.

Anar bəs sənin indiyə kimi Anar əmingilə niyə gəlməmisən?

- Mən nənəm sizə gələndə həmişə demişəm ki, məni də apar Anar əmimi görüm. nənəm deyib ki, olmaz. ancaq bir dəfə atam sizi mənə göstərib. Dedi ki, Anar əmi odur.

- Fərid sən nə şirindil uşaqsan. Deyəsən Gövhər nənənə oxşamısan.

Bu sözdən Fərid bir az şaxlanıb ciddiləşib:

- Yox, mən Gövhər nənəmə oxşamamışam. Mən kişiyəm. Atama oxşamışam. Nənəmə Nəzakət bacım oxşayır.

Anar Fəridi yanına çağırıb onu qolları arsına alıb onun alnından öpüb:

- Fərid sən mənimlə əmi bala olarsan?

Fərid Anarın gözlərinə baxıb:

- Hə niyə olmuram. Onsuzda evdə nənəmdə atamda mən də hamımız səni çox istəyirik.

Anar Fəridi bir də qucaqlayıb üz gözündən öpüb onu qaldırıb mizin yanındakı kürsüdə oturub:

- Onda oturub əmi bala çörk yeyək -dedi.

O, asılqandakı pencəyinin cibindən iyirmi dənə yüzlük manat götürüb gətirib Fəridin hər əlinə onun qoyub:

- Onda tanışlıq dostluq üçün əmindən bunları al ki, biz əmi bala ola bilək.

Fərid ora-bura baxıb:

- Yox, istəmirəm! Nənəm qoymaz. Atam hirslənər.

- Bəs götürməsən axı mən də səndən küsərəm.

- Onda sən mənə pul vermə, maşın al.

- Fərid, baş üstə. De görüm sənə nə boyda maşın alım.

- Atam birin almışdı özü gedirdi.Onu sındırdım. O boyda.

- Fərdi, bəlkə lap böyük maşın alım sənə?

- Mən maşın sürə bilmirəm. Ancaq atamın maşını yoxdu.

- Fərid atana maşın alım səni gəzdirsin. Hə al mən də qonşumuz Arif kimi atamın maşınına minmək istəyirəm.

Anar baş üstə deyib yenə Fəridin üz gözündən öpdü. Bu vaxt Gövhər arvad otağa girəndə Fəridin qabağındakı xeyli pulla oynadığını görüb dayandı. Və əlindəki padnos əsdi. O Anara baxıb:

- Oğlum qurban olum sənə belə eləmə - dedi. Acıqlı nəvəsnə baxdı.

Fərid nənə, mən istəmədim, əmi özü verdi. Mən dedim pul istəmirəm, mənə maşın al. O da dedi ki, alacam.

Anar Gövhər arvadı görən kimi qəfil yadına düşdü ki, mədəsindəki sancı bədənindəki sızıltı yoxa çıxıb. Ocaq sönüb külü qalan kimi azca narahatçılığı var. Bildi ki, Fəridi görən kimi əhvalı birdən yaxşılaşdığına görə sevincinin necə nə təhər çəkliməsindən xəbəri olmayıb. Həqiqətən Fəridin simasında şirinlik, gözlərindəki məsum işıq ona elə ilahi bir təsir etmişdi ki, o, özünə lazım olan ən dəyərli bir şey tapmış kimi sevinirdi. Niyə Gövhər arvadın bu uşağı indyə qədər onlara gətirmədiyinə görə təssüflənirdi. O, Gövhər arvadın ona dediyi sözü eşitməmiş kimi:

- Ana niyə bu vaxta qədər Fəridi bura gətirməmisən. Sən inanmarsan ki, bəlkə də heç vaxt mənim əhvalım indiki kimi xoş olmayıb. Indi səni görəndə mətəl qaldım. Içərimdəki tuğyan edən sancı hara çəkilib gedi bilmədim. On dəqiqə bundan qabaq elə halda idim ki, xəstəxanaya yerləşməyi qərara almışdım. Ona görə xahiş edirəm Fəridlə bizim aramıza girib söz söhbət salmayın. Indi o, uşaq aydınlığı ilə ürəyindəkin mənə dedi. Mən də ounun bu arzusun yerinə yetirəcəyimə çox sevinəcəm.

Gövhər arvadla nəvəsi Nazilə süfrəni hazırladılar. Gövhər arvad nədən nə vaxt nə qədər yeyib içdiyini başa saldı və Anarın qucağında onun boynuna sarılmış Fəridə düş gedək dedi.

Anar Fəridin üz gözündən öpüb:

- Biz bundan sonra hər gün görüşəcəyik - dedi.

Onu yerə qoyub əlindəki bükülü pulu onun əlinə verib:

- Ver atana sənə maşın alsın - dedi.

Sonra Gövhər arvada baxıb Anar:

- Burda on iki min manatdı. Elçinə de on-on bir min manat dəyədində bir işlənmiş Mersedes alsın. Onu mən Fərid üçün edirəm. O min manat da onun özünündü. Özünə bacılarına üst baş almaq üçün.

Gövhər arvadın göz yaşı kipriyinin ucunda durmuş kimi yanağına axaraq:

- Anar oğlum, sənə qurban olum etmə. O min manatı vermisən bəsdi. Bizə maşın lazım deyil. Sən bizi xəcalətdən öldürəcəksən.

Anar gövhər arvada yaxınlaşıb:

- Ana, bu pul nə qədər bizdədi, məndədi haramdı. Çünki o oğurluqdu. Özü də o pul sizdən sizin evinizdən cibinizdən oğullanıb. Qoy o pulu sizdən oğurlayıb sizi çörəysiz maşınsız qoyanlar xəcalət çəksin. Evin yuxarı rahat yerində oturub ağbirçəklik edən vaxtında səni evində xidmətçi işlədən nazir oğlu Anar xəcalət çəksin. Mən indi o pulu Fəridə verəndə o təmizə çıxdı, indi gedin. Ancaq ana bilki, necə olur olsun, nə işim olursa olsun mən hər gün Fəridlə görüşməliyəm.

Anarın əhvalı çox yaxşı olduğundan qonşu Arifi birgə nahar etməyə dəvət etdi. O, Arifə sağ oldan başqa bir şey deməsə də birinci badəni fikrində Həsənin ailəsinin dağılmasına imkan vermədiyinə, prokuror Canəliyevə dediyi sözlərə və indi Fəridin arzusunu yerinə yetirdiyinin şərəfinə içdi.



***

Arif Anara demişdi ki, dəvət olunmasa da rayonun yəni icra hakimiyyətinin illik hesabat yığıncağına qatıl. Bütün ölkənin timsalında idarəçiliyin səhnələşdirilmiş dünyada analoqu olmayann şousuna tamaşa edəcəksən. Yalanın təntənəsinə valeh olacaqsan. Axıra qədər dözüb oturmaq üçün hər lazım olan qədər həb atmalısan. Həm də var gücünlə iradəni toplamalısan ki, ürəyin vaxtından tez bulanmasın. O toplantıdan sonra Azərbaycanda hüququn hansı şəkildə vövcudluğu sənə aydın oacaq. Ondan sonra heç bir tədqiqt aparmaqdan oturub mövcud ictimai siyasi vəziyyət törədən bəlanın ideya və nəzəriyyəsini törədən qüvvənin vövcudluğunu bərqərar edən onların oturuşub möhkəmlənməsinə şərait yaradan xəstəliyin xronologiyasını cızıb anatomiyasın təyin edə bilərsən.

Anar bu toplantıdan qorxsa da, ona dəvət olunmasa da və bəlkə də həmən gün onun qəsdən yığıncağa qatılmağa vaxtı olmaması üçün prokurorun ona vacib taşırıq verməsinə baxmayraq o, hesabat yığıncağına getdi. Başçının verəcəyi hesabata onun ildə gördüyü işlərə layiq olub olmadığını gözləmədən zaldakılar sürəkli alqışlarla icra başçısın nitq kürsüsünə yola saldılar. Kürsü bir damcı yağışı olmayan bulud kimi gurlamağa başladı. İcra hakimiyyətinin idarəçiliyinə daxil olan əraziyə onun ağzın dinlədiyi səs artırıcısından cənnətin bütün əlamətləri tökülməyə başladı: əkilənlər və əkilməyənlərin keçən ildəkindən on beş, iyirmi beş faiz artıq məsul verdi. Yerli dibli vövcud olmayan sənaye istehsalı keçən ildəki ilə müqayisədə iki dəfə artırıldı. İri və xırda baş heyvan-qaranın baş sayı dörddə bir dəfə artırılıb, ancaq ətin qiymətini yada salmadı. Həyət quşlarının sayı çöl quşlarının sayını xeyli qabaqladı. Ara vermədən adı yeri bilinməyən yeni müəssiələr açıldı. Rayonda işsizlik tam ləğv olundu ki, küçədə və çayxanada bir neçə nəfər işsiz qaldı ki, onlarda özləri işləmək istəmədilər. Prezidentin gecə yatmayıb gündüz bir dəqiqə də olsa rahatlıq tapa bilməyib göstərdiyi qayğısı nəticəsində əhalinin əmək haqqı və təqaüdləri o səviyəyə qədər yüksədildi ki, Respublikamız qonşu ölkələri bir neçə dəfə vurub keçərək keçmiş sovet ölkələri arasında birinci yerin başının üstünə qaldırdı. Ölkə əhalisinin işığın qazın, suyun çoxluğundan təminatından o qədər razıdırlar ki, az qalıblar bu razılıqlarından narazı qalalar. Natiq dedi ki, Azərbaycanda qazlaşma bu sürətlə getsə yaxın zamanlarda qonşumuz Gürcüstana çatıb hətta onu geridə qoya bilər. Təhsildə səhiyyədə görülən işlərə görə dünyada birinci yerə çıxmşıq. Dünyanın heç bir ökəsində qısa müddətdə bu qədər məktəb, xəstəxana tikilməyib. Dünyanın əksəriyyət ölkələrində müəllimlər işsiz qaldığı halda biz də iş var ancaq müəllim ora işləməyə getmir. Mədəniyyətdə evrovijin yarışmasına idman qarateyə görə heç kim bizə çata bilməz. Prezidentimizin iş adamlarına rahatlığı yüksək şəraitdə görə doğma Bakımızda bir metr də boş yer qalmayıb. Dünən Bakıdan gedib bu gün qayıdanlar köhnə Bakıdan əsər əlamət qalmadığını görüb inkişafınıza mətəl qalırlar. Regionlardan o cümlədən bizim rayondadı asfaltma işi çox sürətlə gedir. Elə küçəmiz var ki, iki ildə üç dəfə asfalt vurmuşuq. Bir qədər də piyada yolu çəkmişik. Bizim rayon küçələri hasarlara və binalara üzlük çəkmək sahəsində qonşu rayonları xeyli geridə quyub. Son dövrlərdə rayonumuzda Heydər Əliyev adına üç istirahət parkı, bir ulu öndərimiz milli liderimiz Heydər Əliyev mərkəzi, bir ədəd bütün dünya da analoqu olmayan öndərimiz Heydər Əliyev muzeyi, bir ədəd Heydər Əliyev adına idman kompleksi, bir ədəd milli liderimiz Heydər Əliyevin adına küçələr mərkəzi , bir ədəd ulu öndərin adına mədəniyyət sarayı...


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə