Vətənpərvərlik ən ülvi hissdir



Yüklə 8,29 Kb.
tarix04.11.2017
ölçüsü8,29 Kb.

Vətənpərvərlik ən ülvi hissdir.

“Dağlıq Qarabağ bizim torpağımızdır, tarixi Azərbaycan torpağıdır və biz onu istənilən yolla, istənilən vasitə ilə işğaldan azad etməliyik. Ona görə də iqtisadiyyat daha da inkişaf etməli, daha güclü ordu yaranmalı, gənclərimiz hərbi vətənpərvərlik ruhunda daha yüksək dərəcədə tərbiyə olunmalıdır”.

İlham Əliyev.

Azərbaycan Respublikasının Prezidenti.

Vətənpərvərlik çox geniş anlayışdır, kökləri bəşər övladının yarandığı dövrlərə qədər gedib çıxır. Hələ qədim vaxtlardan Azərbaycanda elə nəsillər, tayfalar olmuşdur ki, öz döyüşkənliyi ilə təkcə Qafqazda yox, bütün dünyada tanınmışlar. Naxçıvanda Kəngərlilər, Bakıda Bakıxanovlar, Qazaxda Şıxlinskilər və Vəkilovlar, Borçalıda Yadigarovlar, Şəkidə Çələbilər, Gəncədə Cavad xanlar, Qarabağda Cavanşirlər,Lənkəranda Talışinskilər kimi el qeyrəti çəkən, ana torpağın başının üstünü təhlükə alanda birləşib ayağa qalxan, onun hər qarışı uğrunda canlarından keçən oğullar yetişib. Vətənpərvərlik ən yaxşı ənənələri özündə əks etdirməklə oxucularda tarixi irsimizə məhəbbət oyadır, insanları vətən yolunda misilsiz qəhrəmanlığa və fədakarlığa ruhlandırır, yüksək vətəndaşlıq, namus, qeyrət, çətin anda cəsarət, əyilməzlik, döyüşkənlik, məğrurluq hissi aşılayır. Milli şüurun oyandığı, ölkədə demokratiyanın hökm sürdüyü bir şəraitdə keçmiş irsi dərindən öyrənib onun yaxşı ənənələrini gələcək nəsillərə çatdırmaq vətənpərvərlik tərbiyəsinin əsasını təşkil edir.

Bu gün müqəddəs torpaqlarımız od – alov içindədir. Ərazilərimizin 20 faizinin işğal edildiyi, 1 milyondan artıq qaçqın və köçkünlərin olduğu bir dövrdə gənclərin düşmənə qarşı mübarizə əzminin artırılması, onların hərbi vətənpərvərlik ruhunun gücləndirilməsi günümüzün aktual mövzusudur. Tarixboyu Azərbaycan insanı vətənin şərəfini hər şeydən uca tutmuş, ümumxalq mənafeyinə laqeyd qalmamışdır. Vətənə məhəbbət, vətənpərvərlik hissi doğma yerlərə və adamlara bağlılıqdan, onları yadelli düşmənlərdən qorumaqdan başlayaraq bütün qüvvə və qabiliyyətini Vətənin, xalqın mənafeyi uğrunda mübarizəyə həsr etməyə qədər yol keçir. Azərbaycanı, öz vətənini tükənməz məhəbbətlə sevən, onun hər qarışını göz bəbəyi kimi qorumaq naminə canından belə keçməyə hazır olan xalqımızın çox qeyrətli övladları var. Əgər xalqımızda yüksək vətənpərvərlik hissi olmasaydı, əliyalın yurddaşlarımız 1990 – cı ilin 20 yanvar gecəsi sinələrini düşmən tankları önündə polad sipərə döndərməzdilər.

Xalqımızın, Vətənin qan yaddaşı olan Qarabağ müharibəsi, soyqırımı ağrılarını soyutmaq, düşmənlərimiz üzərində qələbə qazanmaq üçün bu gün bizə Vətəni sevən, onu qorumağı bacaran, eyni zamanda savadlı gənclər daha çox lazımdır.



Vətənpərvərlik Vətənə, doğma torpağa , xalqa, onun dilinə, adət - ənənələrinə, mədəniyyətinə məhəbbət deməkdir. Əsl vətəndaş isə Vətənin içində gəzən yox, Vətənin özünü öz içində gəzdirəndir. Vətən hər şeydən ucadır! Bunu hər bir kəs dərk etməlidir. Onda yenilməz olarıq!

Füzuli rayon MKS-i Baş biblioqraf Sahilə Quliyeva
: front -> files -> libraries -> 715 -> documents
documents -> Nəsibə Cahangir qızı Zeynalova 100 Doğum tarixi: 20 aprel 1916
documents -> Azərbaycan Respublikası Füzuli rayon Mərkəzi kitabxanası Mədəniyyət və Turizm Nazirliyi Füzuli rayon mks nizaminin yanında özünü öyən olmaz, Nizami olan yerdə şairəm deyən olmaz
documents -> Azərbaycan Respublikası Füzuli rayon Mərkəzi kitabxanası Mədəniyyət və Turizm Nazirliyi Füzuli rayon mks
documents -> 2015-ci ilin iyun ayında bakida keciRİLƏCƏk avropa oyunlari iLƏ Əlaqədar kitabxanalarin göRƏCƏYİ İŞLƏR
documents -> Qara Qarayev – 100
documents -> Hüseyn Cavid-135
documents -> Füzuli rayon mks-nin Metodika biblioqrafiya şöbəsi Xocalı Soyqırımının 25-ci ildönümü
documents -> BəXTİyar vahabzadə -90
documents -> Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə