Vi sinifləri üçün “Umumi tarixi” dərsliyi İradlar Cavablar



Yüklə 148,12 Kb.

tarix15.03.2018
ölçüsü148,12 Kb.
növüDərs


VI sinifləri üçün  

“Umumi tarixi” dərsliyi 

İradlar 

Cavablar 

1. Məzmunun işlənməsi baxımından 

 

Səhifə 7-10. İlk paraqraf hədsiz dərəcədə 

yüklənmiş və mətn şagird üçün əlçatmaz 

halda təqdim olunmuşdur. Burada, (səh. 8-

9) 15-ə yaxın anlayış verilmiş, Daş 

dövrünün bütün mərhələləri sadalanmışdır. 

Halbuki şagird bu dövrləri “Azərbaycan 

tarixi” dərsliyinin 2-5-ci paraqraflarında 

öyrənəcək. 

 

Səhifə 10. Sonuncu abzasın paraqrafın 

əvvəlində verilməsi məqsədəuyğundur. 

 

 



Səhifə 9. 3-cü abzasda “Üst Paleolitdə 

qəbilə icması formalaşmağa başladı” 

cümləsi “Azərbaycan tarixi” dərsliyində 

verilmiş “Orta Paleolit dövrünün 

sonlarından başlayaraq ulu icma yavaş-

yavaş sıradan çıxmış, qəbilə icması 

yaranmağa başlamışdır” (15-ci səhifə, 2-

ci abzas) cümləsi ilə ziddiyyət təşkil edir. 

Müvafiq cümlədə “formalaşmağa 

başladı” ifadəsinin əvəzinə “formalaşdı” 

sözünün yazılması məqsədəuyğundur. 

 

 

Səhifə 11. 4-cü abzasda I və II böyük 



ictimai əmək bölgüsü baş verdiyi vaxtlarda 

əhali arasında təbəqələşmənin meydana 

gəldiyi bildirilir. Təkrar olaraq bu fikir 13-

cü səhifə, 2-ci abzasda verilir. Belə olan 

təqdirdə sosial bərabərsizliyin konkret 

olaraq nə zaman meydana gəldiyini 

söyləmək çətin olur. 

5-ci abzasın 2-ci cümləsi bir qədər anlaşıqlı 

şəkildə açıqlansa, yaxşı olar. 

 

 



 

 

Səhifə 12. 6-cı sinif şagirdi üçün ölülərin 

necə dəfn olunmasını bilməyə xüsusi 

ehtiyac yoxdur. 

Tayfa ağsaqqallarının necə varlandıqlarının 

izah edilməsi, yaxşı olar. 

 

 

 



 

Fikrimizcə, ilk paraqraf yüklənməmişdir. 

Ən azı V sinifdə şagirdlərin ibtidai icma 

quruluşu haqqında məlumatları var. Digər 

tərəfdən əlavə ədəbiyyat, internet 

materiallar şagirdləri elə püxtələşdirir ki, 

onlar yeni bilik əldə etmək üçün yeni 

məlumatlar öyrənməyə can atırlar. 

 

 

Sonuncu abzas yerində verilib. O bir növ 



yekunlaşdırıcı nəticə rolunu oynayır. 

 

 



Cümlələr heç bir ziddiyyət təşkil etmir. 

İlkin yaranmağa başlamaqla formalaşmağa 

başladığını eyni səviyyədə düşünmək doğru 

deyil. Yaranma formalaşma ilə başa çatır.  

Nəzərdə tutmaq lazımdır ki, Azərbaycan 

tarixində Orta Paleolit dövrünün 

sonlarından ulu icma yavaş-yavaş sıradan 

çıxmış və qəbilə icması yaranmağa 

başlamışdır. 

 

 



 

 

Sosial bərabərsizliyin Tunc dövrünün 



sonlarında mövcudluğu aydın görünür. 

Yazılmışdır: Tunc dövründə əkinçilik 

maldarlıqdan ayrıldı. Daha sonra 

sənətkarlar yetişdi. Bu dövrdə – yəni Tunc 

dövründə varlılar – əyanlar ..... meydana 

gəldi. 


III yarımbaşlıqdan tam aydın olur ki, Tunc 

dövründə – sonlarında tam bərabərsizlik 

yarandı. 

2-ci cümlə tam aydın yazılıb. Onu geniş 

şəkildə açıqlamaq material artırar. 

 

 



Dəfn adətini vermək adi bilgidir. Məhsuldar 

torpaqların ələ keçirilməsi varlanmanı 

göstərən ən mühüm cəhətdir. Azərbaycan 

tarixində bu barədə geniş açıqlama verilib. 

 

 

 




 



Səhifə 13. Kahinlərin mənsubiyyəti izah 

olunmalıdır. 

 

Səhifə 17. Burada nomlar haqqında 

məlumat verilmişdir. Əgər hər bir nomun 

öz hökmdarı varsa, bu artıq dövlətdir. Buna 

görə də müvafiq yarımbaşlıqdakı 1-ci 

abzasın axırında “Misirdə ilk (erkən) 



dövlətlər e.ə. IV minilliyin əvvəllərində 

meydana gəlmişdir” yazılmalıdır. 

 

 



Səhifə 19. “Fironların hərbi yürüşləri” 

yarımbaşlığının 6-cı cümləsində 

qeyri-müəyyənlik var. Nubiya və Efiopiya 

Ön Asiyada deyil, Afrikada yerləşir. 

 

 

 



Səhifə 42. Adadnirarinin adı yazılmış 

muncuq hər iki dərslikdə verilmişdir. Bu, 

şagird üçün böyük əhəmiyyəti olmayan 

məlumatdır. Ona görə də  ikisindən birinin 

saxlanması məqsədəuyğundur. 

 

 



Səhifə 43. “E.ə. 605-ci ildə Aşşur dövləti 

süqut etdi” cümləsi ilə 13-cü səhifədə 

verilmiş “Paytaxt-şəhərin düşmən 



tərəfindən tutulması dövlətin süqutu idi” 

cümləsi arasında ziddiyyət var. Çünki 

Aşşurun paytaxtı Nineva e.ə. 612-ci ildə 

işğal edilmişdi. Bu fikrə əsasən, Aşşur 

dövləti e.ə. 605-ci ildə deyil, e.ə. 612-ci ildə 

süqut etmişdir. Həmin cümlənin “Adətən 



paytaxt-şəhərin düşmən tərəfindən 

tutulması dövlətin süqutu sayılırdı” 

şəklində yazılması daha doğru olar. 

 

 

Səhifə 44. Midiya dövlətinin yaradılması 



tarixi qeyri-müəyyən şərh edilmişdir. 1-ci 

yarımbaşlığın 3-4-cü cümlələrində 

Deyokun dövlət yaradıb-yaratmadığı aydın 

olmur. 


 

Səhifə 45. Aşşur dövlətinin e.ə. 605-ci ildə 

süqut etməsi faktı təkrarlanmışdır. 

 

 

Səhifə 46, 48. II Kirin e.ə. 550-ci ildə 



Əhəmənilər dövlətini yaratması bir növ 

Kahinlərin mənsubiyyətini açıqlamaq – bu 

yersiz qeyddir. 

 

I abzasın axırında göstərilən  cümlə yazılsa, 



bu təkrarçılıq olar. 

 

 



 

 

 



 

 

Nubiya və Efiopiyanın Afirka ölkəsi olması 



məlumdur. Sadəcə olaraq o cümlə dizayn 

cəhətdən şəkillər yerləşdiriləndə abzas itib. 

Həmin cümlə abzasla yazılmalı idi. Gələcək 

nəşrdə düzəltmək nəzərdə tutulur. 

 

 

Ən qədim dövrdə Azərbaycanın Aşşur ilə 



iqtisadi-mədəni əlaqəsini əhəmiyyəti 

olmayan məlumat saymaq doğru deyil. 

Şagirdin bu faktı bilməsi vacibdir. 

 

 



 

Cümlədə heç bir ziddiyyət yoxdur. Sadəcə 

olaraq verilən tövsiyə maraqlıdır. Gələcək 

nəşrdə nəzərə alınacaq. 

 

 

 



 

 

 



 

 

 



 

 

Deyokun dövlət yaratdığı aydın hiss olunur. 



4-cü cümlədə yazılmışdır. O, Ekbatan 

(Həmədan) şəhərini saldırdı və oranı 

Midiya dövlətinin paytaxtı elan etdi. 

 

 



Aşşur dövlətinin süqutu ayrı-ayrı mövzu-

larda verilmişdir. Təkrar olsa da, yerində 

işlənmişdir. Gələcək nəşrdə nəzərə alınar. 

 

Əhəməni dövlətinin yaranmasının hər iki 



paraqrafda verilməsi vacibdir və yerində 


 

təkrar olunur. 



 

Səhifə 48. Dövlətin paytaxtı qeyd 

olunmamışdır. 

2-ci abzasın son cümləsi abzasın əvvəlinə 

keçirilməlidir. 

 

 

Səhifə 49. “Qaumata” sözünün yanında, 



mötərizədə “Bardi” adının verilməsi 

şagirddə belə təsəvvür yarada bilər ki, 

bunlar eyni adamın iki müxtəlif adıdır. 

Əslində, Qaumatanın özünü Bardi kimi 

qələmə verməsi göstərilsə və ya Bardi adı 

çıxarılsa, daha yaxşı olar. 

 

 

Səhifə 53. 3-cü abzasın 2-ci sətrində 



Parfiya dövləti tarixi ədəbiyyatda bəzən 

Arşakın şərəfinə Arşakilər dövləti də 

adlanır” yazılmalıdır. 

 

uyğun  müxtəlif cümlələrlə işlədilib. 



 

Yumşaq, sadə rəvayət şəklində vermək 

üçün cümlə yerində işlənib. 

 

 



 

 

Tövsiyəni gələcək nəşrdə nəzərə alarıq. 



 

 

 



 

 

 



 

 

Bu tövsiyə uyğun deyil. Şagird biliyi sadə 



şəkildə qəbul etsə daha yaxşı olar. Faktların 

sayını artırmağa lüzum yoxdur. 



2. Dil və yazı üslubu baxımından 

 

Səhifə 7. Sonuncu abzasın birinci abzas 

kimi verilməsi, daha məqsədəuyğun olar. 

1-ci abzasda “ədəbiyyat” sözü cəm 

formada işlədilməməlidir. 

5-ci abzasın 1-ci cümləsində 

“ərazilərində” sözündən sonra “bəşər 

cəmiyyətinin” ifadəsinin işlənməsi 

məqsədəuyğundur. 

Sonuncu abzasda, 2-ci cümlədə “IV əsrinə 

qədər” ifadəsinin əvəzinə “III-V əsrlərinə 

qədər” yazılmalıdır. 

 

 



Səhifə 9. “Yəqin ki, təsadüfən tonqala 

düşmüş ət parçasından yayılan 

iştahaaçan qoxu ibtidai insanların 

burnunu qıcıqlandırmışdır” cümləsində 

ifadə olunan fikir uğurlu deyil. 

 

Səhifə  11.  İlk  cümlənin  “İnsanın  misi  kəşf 

etməsi  ilə  Eneolit  dövrü  başlandı”  kimi 

yazılması məqsədəuyğundur. 

4-cü abzasın 2-ci cümləsində “yetişdi” 

əvəzinə “ayrıldı” yazılsa, daha aydın olar. 

 

 

Səhifə  12.  4-cü  abzasın  1-ci  cümləsində 



“ölmüş  insanın  həyatı”  sözlərindən  sonra 

 

 



Giriş. 1-ci paraqrafda verildiyi üçün bizə 

elə gəlir ki, yerində verilib, çünki səh. 8-

dən başlayaraq tam mövzunun izahına yer 

verilib.  

1-ci abzasda cümlə VI sinif üçün sadə və 

bitkindir. 

5-ci abzasın 1-ci cümləsində VI sinif üçün 

bəşər cəmiyyəti ifadəsinin işlədilməsi doğru 

deyil, bu ağırlıq gətirər. 

Sonuncu abzasın 2-ci cümləsinə III – V 

əsrlərinə qədər ifadəsini əlavə etməyi 

gələcək nəşrlərdə nəzərə alarıq. 

 

Bizə elə gəlir ki, bu cümlə şagirddə 



maraqlı, asan fikirlər yaradır. 

 

 



 

 

Təklif olunan cümlə uyğun deyil. Sadəcə 



olaraq gələcək nəşrdə ilk sözü əlavə 

olunması nəzərə alınar. Buna baxmayaraq, 

verilmiş cümlə yerindədir. 

4-cü abzasda verilmiş 2 cümlə aydın 

şəkildə verilib. Olduğu kimi yazıla bilər. 

 

VI sinif üçün asan anlanan cümlədir.  



5-ci abzasın 2-ci cümləsində fikir aydın 


 

axirət  dünyasında”  ifadəsinin  işlədilməsi 



yerinə düşər. 

5-ci  abzasın  2-ci  cümləsindən  belə  nəticə 

çıxır  ki,  ölmüş  insan  mumiyalanandan 

sonra  yandırılaraq  külü  qəbrə  qoyulur. 



“Və”-dən  sonra  “ya”  yazılsa,  dəfnlərin 

müxtəlif cür olduğu aydın ifadə olunar. 

6-cı abzas 11-ci səhifədəki 4-cü abzasa 

gətirilsə, daha aydın olar. 

 

 

Səhifə 13. Sonuncu cümlədə işlənmiş 



“qamışdan hazırlanan lövhələr” ifadəsi 

düzgün deyil. 

 

 

 



 

 

 



Səhifə 15. İlk cümlədəki 1-ci söz artıqdır. 

 

 



Səhifə 17. Fiv şəhərinin adının “Fiva” kimi 

yazılması daha doğrudur. 

 

 

Səhifə 17, 22. “Papirus lövhələr” anlayışı 



ifadə baxımından düzgün deyil. 

 

 



 

 

Səhifə 18. 6-cı abzasın 4-cü cümləsinin 

Fironların dəfn edilməsi üçün piramidalar 

tikilirdi” kimi yazılması daha 

məqsədəuyğundur. 

 

 

Səhifə 19. 1-ci abzasın sonuncu cümləsində 



əkinçi və maldarlar haqqında “xırda” 

sözünün işlənməsi məqsədəuyğun deyil. 

2-ci abzasın 2-ci cümləsində “Şərqi Aralıq 

dənizi” ifadəsinin əvəzinə “Aralıq 

dənizinin şərq sahili” ifadəsinin işlədilməsi 

daha doğru olar. 

 

 

Səhifə 21. 2-ci abzasın 2-ci cümləsinin 



Tanrılar heyvan, yaxud quş başlı insan 

görkəmində təsvir olunurdular” kimi 

yazılması daha anlaşıqlı olar. 

ifadə olunub. 

6-cı abzas yerindədir, çünki ondan sonra 

yeni kiçik başlıq tayfaların idarə olunmasın-

dan danışır. 

 

 

 



 

 

 



 

Sonuncu cümlədə işlənən yazını papirus 

qamışından hazırlanan lövhələr ..... 

üzərində yazırdılar, yazılması nəzərdə 

tutulub. Orada (,) işarəsi artıq yazılıb. 

Gələcək nəşrdə silinəcək, cümlə yenidən 

nəzərdən keçiriləcək (Orfoqrafik səhvə yol 

verilib). 

 

 

Bu söz heç də qüsur yaratmır. 



 

 

Bu ifadə tarixi ədəbiyyatlarda hər iki 



şəkildə yazılır. 

 

 



Daşdan hazırlanan lövhələr «daş lövhə» 

yazılırsa, papirusdan hazırlanmış (onun 

saplağından) lövhələr də papirus lövhələr 

adlana bilər. Ona görə də ifadə baxımından 

düzdür. 

 

Cümlələr sadə, şagirdlərin başa düşəcəyi 



şəkildə verilib. 

 

 



 

 

Xırda sözü dedikdə az mülkü olan əkinçi və 



maldarlar nəzərdə tutulur. Necə ki, «xırda 

torpaq sahibləri», «xırda müəssisələr» 

ifadəsi işlədilir. 

«Şərqi Aralıq dənizi ölkələri» tarixi 

ədəbiyyatlarda hər zaman işlənir. 

 

 



 

Gələcək nəşrdə nəzərə alarıq «başlı» 

sözünü əlavə edərik. 

 

 




 



Səhifə 35. Yarımbaşlıqların 

adlandırılmasında vahidlik prinsipini 

qorumaq baxımından 2-ci yarımbaşlıq 



“Sənətkarlıq” deyil, “Sənətkarlar” 

adlansa, daha məqsədəuyğun olar. 

 

 

Səhifə 44. 2-ci cümlədə “canişin” sözünün 



işlədilməsi yerinə düşmür. Çünki vilayətləri 

canişinlər o halda  idarə edir ki, onlar vahid 

dövlətin tərkibində olsunlar. 

 

 



Səhifə 46. 3-cü abzasda “beləliklə” 

sözündən sonra “saray əyanlarının xəyanəti 



nəticəsində” sözlərinin əlavə edilməsi, 

məqsədəuyğun hesab olunur. 

 

 

Səhifə 53. “Parn” sözünə dəqiqlik 



gətirilməlidir. 

 

 



 

«Sənətkarlıq» yarımbaşlığı bizim fikrimizcə 

yerində yazılıb. 

 

 



 

 

 



Fikrimizcə, cümlə yerində işlənib. Vilayəti 

canişinlərin idarə etməsi heç də səhv deyil. 

 

 

 



 

Verilmiş sözlər də əlavə edilsə, cümlə çox 

yüklənər – 22 sözdən ibarət bir cümlə olar. 

Bu, VI sinif şagirdi üçün ağırdır. 

 

 

 



Verildiyi kimi parn qəbilənin adıdır. Necə 

ki, «maq», «müq», «uti» tayfa adıdır. Parn 

da qəbilə adıdır. Geniş izaha ehtiyac 

yoxdur. Şagirdi artıq materialla yükləmək 

yersizdir. 

 

3. Dizayn və bədii tərtibat baxımından 



 

Səhifə 9-10. Toxa əkinçiliyindən danışıldığı 

üçün, toxa şəkilinin verilməsi yaxşı olar. 

 

 

Səhifə 10. 5-ci şəkil mətnə uyğun deyil. 10-



dan çox insanın təsvir edildiyi şəklin ölçüsü 

də kiçikdir. 

 

 

 



Səhifə 12. 3 və 4-cü şəkillər böyük verilsə, 

icmalar arasındakı fərq aydın bilinər. 

 

 

 



Səhifə 14. Diaqramda Neolit dövrü e.ə. 

VII-VI minilliklər kimi verilmişdir. Bu ya 

VII minillik, ya da VI minilliyin əvvəllərinə 

aid edilsə, doğru olar. 

 

 

Səhifə 30. Şəkildə Ur şəhərində Ay 



tanrısının məbədinin təsviri verilmişdir. Bu 

 

 



Toxa şəklini vermək tövsiyə olunur. 

 

 



 

Şəkil kiçikhəcmli olsa da, aydın oxunur. 

Şəkil böyük verilsə, mətnə  verilən 

səhifələrin sayı artır. Bu isə şagirdin dərsə 

marağını öldürür. 

Şəkil bu paraqrafda motivasiya yararlıdır. 

 

 

 



Şəkillər aydındır. Şəkillərin ölçüsü daha da 

böyüyər. 

 

 

 



Tövsiyə gələcək nəşrdə nəzərə alınacaq. 

 

 



 

 

 



Tövsiyə gələcək nəşrdə nəzərə alınacaq. 

 



 

abidə e.ə. XXI əsrdə tikilmişdir. Babil 



dövləti isə e.ə. II minilliyin əvvəllərində 

meydana gəlmişdir. Bu abidə tikiləndə 

Babil dövləti mövcud olmamışdır. Şəklin 

“Qədim şumerlər” paraqrafında verilməsi 

məqsədəuyğundur. 

 

 

Səhifə 50. Xəritədə paytaxt şəhərləri 



bildirən işarələr olsa da, Əhəməni 

dövlətinin paytaxtı göstərilməmişdir. 

Müvafiq işarə dərsliyin bəzi xəritələrində 

də lazımi  yerdə verilməmişdir. 

 

 

Səhifə 53. Xəritədə yanlışlıq var. 



Albaniyanın ərazisi düzgün 

göstərilməmişdir. Onun ərazisi Kür çayının 

cənubunu da əhatə edirdi. Albaniyanın 

cənubunda isə Atropatena yerləşirdi. 

 

 

 



 

 

 



 

 

Əhəməni dövlətinin paytaxtı gələcək nəşrdə 



xəritədə əks olunacaq. Tövsiyə nəzərə 

alınacaq. 

 

 

 



 

Gələcək nəşrdə xəritə yenidən nəzərdən 

keçiriləcək, yenidən işlənəcək. 

 

4. Tapşırıqların elmi-metodiki 



uyğunluğu baxımından 

 

 

Səhifə 28. 4-cü sualın cavabı mövzuda zəif 

işıqlandırılmışdır. 

 

 

 



 

Bizə elə gəlir ki, heroqliflər haqqında 

mövzuda norma olaraq sadə və kiçik 

məlumat verilmiş olur. 



5. “Müəllim üçün metodik vəsait”in 

(MMV-nin) məzmununun işlənməsi 

baxımından 

 

 

Səhifə 5. “Əziz müəllimlər!” başlığı 

altında, 3-cü abzasda “iş vərəqləri” 

ifadəsindən sonra mötərizədə “suallar 

şəkilində” ifadəsinin yazılma səbəbi aydın 

deyil. 


7-ci abzasın 1-ci sətri yanlış ifadə 

olunmuşdur. İllüstrasiyalarda zaman və 

məkan deyil, digər məzmun xətlərinə aid 

fərziyyələr yaratmaq olar. 



Yenə həmin səhifədə xronoloji test ifadəsi  

yerində deyil. Xronoloji test bacarığı 

formalaşdırmır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Mötərizədə verilmiş (suallar şəklində) 



texniki cəhətdən təsadüfi düşmüşdür. 

Gələcək nəşrdə onun silinməsi nəzərdə 

tutulmuşdur. 

7-ci abzasın 1-ci cümləsi yanlış ifadə deyil. 

Nə də ehkam deyil. Əlbəttə, başqa məzmun 

xətlərinə aid fikirlər söyləmək olar. Sadəcə 

olaraq o məqsədlə verilmişdir ki, istər 

dövlət, istər şəxsiyyət, istərsə də 

mədəniyyətə aid olan illüstrasiyalar ilkin 

olaraq hansı zamanda mövcud olduğu, 

harada yarandığı və fəaliyyət göstərdiyi 

əsasən önəm daşıyır. 

Məsələn: Şəxsiyyət kimi İranzuya aid 

fotoşəkil, illüstrasiya təqdim olunsa, onun 

nə vaxt, harada hökmdar olduğunu bilmək 

vacib şərt sayılır. 

Xronoloji test ifadəsi yerində işlənib. 

Göstərilir ki, xronoloji test mövzusunun 

daha səmərəli mənimsənilməsinə kömək 



 

 



 

 

 



 

 

 



 

Səhifə 6. 2-ci abzasın birinci cümləsində 

“ənənəvi sual” ifadəsi yerində 

işlənməmişdir. Bu fikrin “Ənənəvi təlimdə 



olduğu kimi suallar verməklə nəticəyə 

gəlinir” kimi yazılması məsləhətdir. 

Axırdan 2-ci abzasda “kollektiv iş” 

ifadəsindən sonra mötərizədə “suallar” 

sözünün yazılması düzgün deyil. Kollektiv 

iş formadır, suallar isə üsuldur. Bu sözü 

kollektiv işin açması kimi vermək yanlışdır. 

 

 

 



Səhifə 7. Fənlərarası inteqrasiya və səhifə 

12-də olan cədvəllər, demək olar ki, 

bir-birinin təkrarıdır. 

 

 



 

 

 



Səhifə 12. Tam perspektiv planlaşdırma 

başa çatsaydı, daha yaxşı olardı. 

Kurikulumda planlaşmaya görə əvvəl 

standart, tədris vahidi, mövzu, inteqrasiya, 

resurslar, saat, tarix göstərilir. Perspektiv 

planlaşma nümunəsi verilməmişdir. 

 

 

 



 

 

 



 

 

 



 

Səhifə 14-25. Metodik tövsiyələr hazır 

materialın yerləşdirilməsi ilə 

yekunlaşdırılmışdır. Halbuki tarix fənninin 

spesifik xüsusiyyətlərinə uyğunlaşdırılıb, 

tövsiyə xarakterli yazılmalı idi. 

 

 



edən əsas vasitədir. Məsələn: Atropatena 

dövlətinin yaranmasının möhkəmlənməsi 

məqsədilə belə bir xronoloji test qurula 

bilər. Manna dövlətinin yaranmasından 5 

əsr sonra Atropatena dövləti yaranmışdır? 

a) 1 il    b) 14 il     c) 4 il     d) 5 il 

 

 

Ənənəvi sual ifadəsi heç də yersiz deyil. 



«Ənənəvi iqtisadiyyat» ifadəsi dilimizdə 

işlənir. Deməli, «ənənəvi sualların 

bələdçiliyi ilə» ifadəsini işlətmək heç də 

qüsur deyil. 

– Axırda 2-ci abzasda suallar kollektiv 

işin açması kimi verilməyib. Hər bir fəslin 

sonundakı çoxsaylı suallar şagird 

kollektivinin bu fəsli necə mənimsədiklərini 

müəyyən etmək üçün verilib. 

 

 



 

Səh 7-də verilmiş «6-cı sinif ümumi tarix 

fənn kurikulumunun məzmun standartları 

səh. 12-də olan cədvəllər – yəni 

standartların reallaşdırılması və 

inteqrasiyası cədvəli bir-birinin təkrarı 

deyil. 

 

 



Perspektiv planlaşdırma üçün əsas vacib 

olan mövzular, standartların 

reallaşdırılması, fənlərarası inteqrasiya 

verilmişdir. Müəllim yaradıcı olaraq özü 

resursları, saat və tarixi (cədvəlinə uyğun) 

göstərə bilər. 

Kurikulumda planlaşdırmaya görə əvvəl 

standartlar, tədris vahidi, sonra mövzu 

göstərilsə də, ilkin  olaraq, mövzu, sonra 

standartlar, sonra inteqrasiyanın verilməsini 

daha sonra tədris vahidi, saat, resurslar və 

tarixin göstərilməsi daha uyğundur. 

Bizə elə gəlir ki, hər bir yaradıcı müəllim 

bu ardıcıllığı göstərilən kimi qura bilər. 

 

 

Səh. 14–15-də olan bu metodik tövsiyələr 



hər bir tarix müəllimi üçün, hətta ən ucqar 

dağ kəndində olan müəllim üçün vacib 

şərtdir. Onun verilməsini əsas saydıq. 

 

 



 


 



Səhifə 22. 1-ci abzasın daha aydın və tarix 

fənninə uyğun yazılması məsləhətdir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Səhifə 26-50. Demək olar ki, verilmiş 

bütün dərs nümunələrindəki iş vərəqləri 

təkcə suallardan ibarət olub, iş vərəqinə 

qoyulan tələblərə cavab vermir. 

Həmçinin, dərs nümunələrinin heç birində 

tam olaraq inteqrasiya imkanları 

açılmamışdır. Bu inteqrasiya imkanlarının 

şərhli şəkildə verilməsi məqsədəuyğun 

hesab olunur. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Səhifə 26. Verilmiş dərs nümunəsində 

məqsəd alt-standartla  eynidir. Klaster 

üsulunun adı çəkilsə də, dərsin gedişində bu 

üsulun tətbiqi öz əksini tapmamışdır. 

Tədqiqat sualı bir qədər akademik dildə 

verilmişdir. 

Verilmiş 1-ci abzas başa düşüləcək tərzdə 

yazılıb. Belə başa düşmək lazımdır ki, 

məsələn, II Kirlə Tomiris rolunun iştirakçısı 

olan uşaqlar «Qaniçən Kiri kim məğlub 

etdi» mövzusunda müxtəlif nöqteyi-

nəzərdən rollarına yanaşırlar. 1-i işğalçı 

kimi, yəni qaniçən II Kirə mənsub olan rol 

alır. 2-ci şagird isə vətənini sevən, onu 

qoruyan, əmin-amanlıq istəyən Tomiris 

rolunu alır. Şagirdlər öz rollarını ifa 

etməklə hadisələrin iştirakçısı olur, mövcud 

vəziyyətə II Kir və Tomirisin gözü ilə 

baxırlar. 

 

Bizim fikrimizcə, iş vərəqləri təkcə 



suallardan ibarət deyil. Orada həm tapşırıq, 

həm sual xarakterli tapşırıqlar verilib. İş 

vərəqləri tələblərə cavab verir. 

Fikrimizcə, inteqrasiya imkanlarının şərhini 

vermək uyğun deyil. Hər bir mövzuda o 

istər-istəməz özü yaranır. Məsələn, baş 

vermiş hər hansı bir hadisə, yaranmış hər 

hansı bir dövlət, onun istilaları, işğal etdiyi 

torpaqlar səslənir, xəritədə göstərilirsə, 

hamı üçün aydındır ki, coğrafiya fənni ilə 

inteqrasiya yaranmışdır və s.  

Alt standartlar bu mövzunun məqsədi ilə 

çox uyğun gəlir. 

Fikrimizcə, tədqiqat sualı uyğun şəkildə 

verilib.  

Texniki səhv olaraq auksion üsulunun 

yerinə klaster düşüb. Gələcək nəşrlərdə bu 

düzəldiləcək, çünki kollektiv iş formasına 

diqqət yetirildikdə də göstərilib ki, 

«auksion üsulundan istifadə ediləcək». 

Bu mövzuda V qrupun tapşırığı (Qədim 

insanın təsərrüfat həyatını təsvir edin) 

mexaniki şəkildə düşməyib. Gələcək nəşrdə 

verilməsi nəzərdə tutulur, onda nəticə 

məqsədlə tam üst-üstə düşür. 

Auksion üsulu normal şəkildə açıqlanıb. 

Göstərilir ki, ibtidai icma quruluşuna xas 

olan xüsusiyyətlər ardıcıl olaraq adlandırılır 

(Müəllimlər üçün, hətta auksion üsulunun 

xüsusiyyətləri səh. 19-da verilib). 

 

 

 



 

 

 



 


 



Səhifə 27. Nəticə məqsədə uyğun deyil. 

Təkcə birinci məqsəd nəticənin 

çıxarılmasında öz əksini tapmışdır. 

Kollektiv işdə auksion təlim üsulundan 

istifadə olunur, lakin bu, planda öz əksini 

tapmamış, göstərilən üsul tam 

açılmamışdır. Bu təlim üsulunun tarix 

fənninə uyğun bir nümunəsinin təqdim 

olunması məqsədəuyğundur. 

 

 

Səhifə 29. Klaster üsulu seçilsə də, öz 



əksini tapmamışdır. Burada qoyulmuş 

tədqiqat sualı yaxşı olsa da, qruplara verilən 

tapşırıq adı daşıyan suallar, əsasən də 4-cü 

sual düzgün hesab edilmir. Nəticənin 

çıxarılması məqsəddən uzaqlaşıb. 

 

 



 

Səhifə 31. Təlim üsuluna “açar sözlər” 

ifadəsinin yazılması doğru deyil. 

 

 

 



Səhifə 32. Kollektiv üçün verilən iş aydın 

deyil. Şagirdlərdən hərəsinin bir cümlə 

deməklə, yoxsa ayrılıqda hekayə quracağı 

konkret tapşırılmır.

 

Ümumiyyətlə, dərsdə 3-cü məqsəd öz 



əksini tapmamışdır. Nəticə məqsədə uyğun 

deyil. Şagirddə təqdim etmə bacarığını 

formalaşdırmaq üçün mütləq sinifdə bu iş 

reallaşdırılmalıdır. 

 

 

 



 

 

 



Səhifə 33. Məqsəd standartla eynidir. 

Tədqiqat sualı 6-cı sinif şagird üçün qəliz 

ifadə olunmuşdur. Bu dərsin 45 dəqiqə 

ərzində reallaşdırılması çətindir. 

 

 

 



 

Səhifə 35-37. Dərs nümunəsinin 

nəticəsində 2-ci məqsədə kifayət qədər 

diqqət ayrılmamışdır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Dərs üsulu kimi Venn diaqramı nəzərdə 

tutulub və yaradıcı tətbiqetmə zamanı tətbiq 

olunub. 


Bu texniki düzəliş gələcək nəşrlərdə öz 

əksini tapacaq. 

Nəticə məqsədə uyğun olaraq qrupların 

yerinə yetirdikləri tapşırıqlara uyğun 

çıxarılıb. 

 

Açar sözlər, söz assosiasiyaları ilə əvəz 



ediləcək. Bu, gələcək nəşrdə nəzərdə 

tutulub. 

 

 

Kollektiv iş aydın verilib. Şagirdlərə 



müraciət olunur ki, verilən sözlərdən 

istifadə edərək hekayə qurun». Əlbəttə, 

qurun dedikdə aydın başa düşülür ki, 

müəllim hər bir şagirdə tək-tək hekayə 

qurmağı tövsiyə edir. 

Xəritə və illüstrasiyalar və onlarla bağlı 

mənbələrdən verilən məlumatlar İKT 

vasitəsi ilə göstərilir. Bu mənbələr əsasında 

toplanan xəritə, illüstrasiya, dərslik 

əsasında şagirdlər məlumat toplayır və 

təqdim edirlər. 

Nəticə uyğundur. 

 

 

Standart məqsədlə tam uyğundur. 



Tədqiqat sualı şagirdlərin yaş xüsusiyyətinə 

uyğundur. 

Hər bir dərsi 45 dəqiqə ərzində 

reallaşdırmaq hər bir müəllimin 

bacarığından, təcrübəsindən  asılıdır. 

 

 



Dərs nümunəsinin nəticəsində II məqsəd 

şəhər-dövlətlərin yaranması və inkişafı 

(onun izahında idarə edilməsi və sosial-

iqtisadi münasibətlər də, şərh oluna bilər. 




 

10 


Səhifə 38. Paraqraf 6-da 2-ci və 3-cü 

məqsəd standartla eynidir. Burada da digər 

dərs nümunələrində olduğu kimi, 

inteqrasiya imkanları yanlız formal şəkildə 

öz əksini tapmışdır. 

 

 



Səhifə 39. İş vərəqi üçün sualların 4-cüsü 

aydın deyil. Yaş xüsusiyyətlərinə görə sualı 

daha anlaşıqlı qoymaq gərəkdir. 

Nəticədə məqsəd öz əksini çox cüzi 

tapmışdır. 2-ci məqsəd nəticə olaraq  qeyd 

olunmamışdır. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



Səhifə 41. Klaster üsulu verilmiş, lakin tam 

olaraq öz əksini tapmamışdır. Verilən 

məqsəd dərsin gedişində düzgün 

müəyyənləşdirilməmiş, nəticə də məqsədə 

tam xidmət etməmişdir. 

 

 



Səhifə 44. BİBÖ cədvəli dərsin əvvəlindən 

asılmalı, sonadək doldurulmalıdır. Burada 

isə sonda verilmişdir. Ümumiyyətlə, təlim 

üsulu gündəlik planlaşmada qeyd 

edilmişdirsə, onun tətbiqi öz əksini düzgün 

formada tapmalıdır. 

 

 

Səhifə 45. Nəticə məqsədlə tam üst-üstə 



düşmür. 

 

 



 

 

 



 

Səhifə 47. 2-ci və 3-cü məqsəd standartlarla 

eynidir. Motivasiya düzgün deyil. Tədqiqat 

materialı ifadəsi ilə nəyin nəzərdə tutulduğu 

bilinmir. IV qrup işinin sualı düzgün deyil. 

Uyğun standartlar uyğun məqsədlərlə bəzən 

üst-üstə düşür. Fikrimizcə, bu heç də qüsur, 

qəbahət deyil. 

İnteqrasiyalar heç də formal xarakter daşıya 

bilməz. 

 

 



Şagirdlərə aydındır ki, memarlıq (evlərin 

inşası, müdafiə qalalarının, müdafiə 

divarlarının inşası) mədəniyyətə daxildir. 

İnsanlar yaşamaq üçün evlər, ictimai 

binalar, qalalar tikirlər. 

Fikrimizcə, sual məntiqi düşünmək və 

cavab vermək üçün aydındır. II standartda 

şəxsiyyət kimi Hammurapidən söhbət gedir 

və Babildə tətbiq olunan qanunlar 

Hammurapinin adı ilə bağlıdır. Ona görə də 

nəticədə göstərilir ki, şagirdlər 

mənimsəyirlər ki, «Hələ e.ə. II minillikdə 

qanunlarla idarə olunan bu dövlətdə».... 

qanunlar Hammurapinin adı ilə bağlıdır və 

onun haqqında II, III qruplar tədqiqat 

aparır. 


 

 

Klaster üsulunun I qrupun işində öz əksini 



tapması nəzərdə tutulur. Gələcək nəşrdə bu 

ifadənin (klaster yazılması nəzərdə tutulub). 

 

 

 



 

BİBÖ cədvəli, əlbəttə, dərsin əvvəlində 

asılır. Ona görə də onun doldurulması 

sonda verilmişdir. 

 

 

 



 

 

Fikrimizcə, nəticə məqsədə tam uyğundur. 



Nəticədə onun yaranması, möhkəmlənərək 

işğalları, qonşu dövlətlərlə münasibəti 

(mədəniyyətlərarası əlaqələr də nəzərdə 

tutulur) və tənəzzülü, süquta uğradığı 

şagirdlər tərəfindən mənimsənilir. 

 

 



Səbəb şəxsiyyətlərin (Kiaksar, Astiaq və II 

olduğu üçün) üç nəfər olması və onlardan 

hansısa birinin şagirdlər tərəfindən 

seçilməsi nəzərdə tutulub. Ona görə də 




 

11 


Tapşırıq düzgün və aydın verilməlidir. 

Şagird nə iş görəcəyini dəqiq bilməlidir. 

Demək olar ki, iş vərəqlərinin hamısında 

belə problem var. Bütün inteqrasiya 

imkanları planlaşmada verilmiş, lakin onun  

reallaşması dərsin gedişində öz əksini 

tapmamışdır. İnteqrasiya imkanlarının 

hamısının yazılması vacib deyil. Əsas odur 

ki, reallaşdırıla biləcək şəkildə əks 

etdirilsin. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



Səhifə 48. Bütün kollektivə təqdimat 

hazırlama tapşırılır. Bunun necə baş 

verəcəyi və nə cür yoxlanacağı sual 

doğurur. 

 

 

Səhifə 49. 3 standartdan 2 məqsəd 



çıxarılmışdır. 2-ci məqsəd standartla 

eynidir. 

 

 

 



 

 

Səhifə 50. Nəticə bir qədər məqsədə uyğun 

deyil. Məqsəd nədirsə, şagirddə o bilik və 

bacarıq formalaşmalıdır. Sonda şagird o 

bacarıq və biliyə sahib olmalıdır. Təbii ki, 

mövzu vasitədir. Sadəcə tarix fənninin 

spesifik xüsusiyyəti odur ki, faktları, 

hadisələri zamana görə araşdırmaq, 

xronoloji ardıcıllığı gözləmək lazımdır. 

Sinifdə yaradıcı tətbiqetmə aparılarsa və 

təqdimat fərdi olaraq reallaşdırılarsa, buna 

zaman çatmaz. 

 

Səhifə 51. Motivasiya mərhələsi düzgün 

deyil. Motivasiya prosesi düzgün 

aparılmalıdır. Məqsəddə Parfiya dövlətinin 

yaranmasından və inkişafından danışılır, 

standart məqsədlə üst-üstə düşür. III 

standart da eyni xarakter daşıyır. 

Fikrimizcə, bu qüsur deyil. 

Hər bir müəllimin motivasiyaya müxtəlif 

cür yanaşması ola bilər. Bu cür motivasiya 

qurmaq olar. Bu heç də səhv deyil.  

Tədqiqat materialı dedikdə şagirdlərin 

tədqiqat aparması üçün müəllim tərəfindən 

qruplara verilən əlavə ədəbiyyat, 

illüstrasiya, xəritə və s. nəzərdə tutulur. 

Bəzi müəllimlər onu «paylayıcı material 

da» adlandırır. Əslində, tədqiqat aparmaq 

üçün verildiyinə görə tədqiqat materialı 

adlanması daha doğrudur. 

IV qrupun sualı anlaşılan şəkildədir. 

İnteqrasiya imkanlarının yazılması vacibdir. 

Nəzərdə tutulur ki, müəllim onlardan 

hansını istəsə reallaşdıra bilər. Çünki 

verilən inteqrasiyalar mövzu ilə bağlı olaraq 

reallaşma imkanına malikdir. 

 

 

Kollektiv işdə praktik olaraq şagirdin 



qazandığı bilgini tətbiq etməsi nəzərdə 

tutulur. Hər zaman çevik hərəkət edən 

müəllimlər onu tətbiq etməyə və bir 

neçəsinə oxudaraq istəklərinə nail olurlar. 

 

2-ci məqsədin standartla eyni olması heç də 



qəbahət deyil. Bir yox, bir neçə şəxsiyyət 

olduqda, istədiyi şəxsiyyəti seçib, onun 

haqqında məlumat təqdim etmək şagirdə 

həvalə olunur. Bu onların seçimidir. Ona 

görə də məqsəd və standartla eynidir. 

 

 



Fikrimizcə, nəticə məqsədə xidmət edir. 

VI sinif şagirdinin öz bilgisi əsasında geniş 

yox, nisbətən sadə və kiçik təqdimat 

aparması məqsədə uyğundur. 

 

 

 



 

 

 



 

 

Standart deyil ki, motivasiya eyni formada 



qurulsun.  

Qüdrətli Parfiya dövləti ifadəsi var. 

Əvvəlcə bu dövlətin yaranması və inkişafı, 



 

12 


 

 

 



62 irad qeyd olunmuşdur. Bunlardan tövsiyə xarakterli 8 irad qismən qəbul olunmuşdur. 8 irad 

qəbul edilmişdir, qalan 46 irad qəbul edilmir. 

lakin tədqiqat işi bu dövlətin zəifləməsinə 

həsr edilib. 

Bütün nəticə və ümumiləşdirmələrin 

“mənimsəyirlər” sözü ilə bitməsi 

qarışıqlıq yaradır. Kurikuluma görə, 

şagirdlərdə bilik və bacarığın 

formalaşdırılması nəzərdə tutulduğundan, 

müvafiq sözün buna uyğun yazılması 

məqsədəuyğun hesab olunur. 

 

işğalları haqqında sonra onun Roma ilə 



münasibətləri və zəifləməsi nəzərdə tutulur. 

Şagirdlər məqsədə çatmaq üçün öz 

bacarıqlarından istifadə edərək və bu 

bacarıqları tətbiq edərək bilikləri 

mənimsəyirlər. Ona görə «mənimsəyirlər» 

ifadəsi yazılıb. 



 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə