Vii əsrdən başlayaraq, Azərbaycan ədəbiyyatı yeni istiqamətdə inkişaf edir



Yüklə 23,96 Kb.
tarix12.04.2022
ölçüsü23,96 Kb.
#85360
növüYazı
xedice muhazire


VII əsrdən başlayaraq, Azərbaycan ədəbiyyatı yeni istiqamətdə inkişaf edir. Azərbaycanın ərəblər tərəfindən işğalı, islam dininin zorla yayılması, məktəblərin, mədrəsələrin ərəbcə olması tezliklə Azərbaycanda ərəbdilli elmi və bədii əsərlərin yaradılması ilə nəti cələnir. Artıq VII əsrin axırı, VIII əsrin əvvəllərində əl-Azərbaycani nisbəsi ilə yazıb-yaradan şairlər meydana çıxır. Bu dövrdə Musa Şəhəvat, İsmayıl ibn Yasar, Əbül-Abbas əl-Oma kimi Azərbaycan 26

şairlərinin Mədinədə geniş şöhrət qazandığını görürük. İbn Qütey bənin "Kitab əş-şeir və şüəra", Əbülfərəc İsfahaninin "Kitab əl-əğanı" məcmuələrinin və bir sıra başqa mənbələrin əsərlərin dən nümunələr verdiyi bu sənətkarlar bir daha göstərir ki, Azər baycan xalqı ən qədim zamanlardan şair təbiətli xalq olmuşdur. Bu sənətkarlar haqqında geniş məlumatın olmaması ancaq onunla əla qədardır ki, müxtəlif dövrlərdə yaradılmış əsərlər qorunub saxlan mamış, işğallar, qarətlər, müharibələr nəticəsində məhv edilmiş, itib-batmışdır. Eramızdan əvvəl VI əsrdə Zərdüşt kimi bir şairin meydana çıxması da təsadüfi deyil, müəyyən hazırlığın, inkişafın nəticəsi idi. Halbuki bundan sonra XIV-XV əsr müddətində ciddi ədəbi əsərlərə rast gəlmirik. Bu müddətdə xalqın yazıb-yaratmadığını, bədii yaradıcılıqla məşğul olmadığını demək çətindir. VII-VIII əsr lərdə Mədinədə yaşayan Azərbaycan şairlərinin bizə çatan əsərləri bu həqiqəti bir daha təsdiq edir. İbn Qüteybə "Şeir və şairlər kitabı"nda Əbülyəqzana əsaslanaraq yazır: "Mədinədə məvalilər dən elə bir şair yoxdur ki, əslən azərbaycanlı olmasın". Bu şairlər dən biri də Əbu Məhəmməd ibn Bəşşar Musa Şəhəvatdır. Şəhə vatın əldə olan ilk şeri İraq valisi Həmzə ibn Abdullah haqqında yazdığı mədhdir. Həmzə ibn Abdullah 686-687-ci illərdə cəmi bir il İraqda vali olmuşdur. Deməli, artıq həmin vaxt Şəhəvat qüdrətli bir şair kimi tanınırmış. Mədinə qazısı Əbubəkr ibn Əbdürrəhman barədə yazdığı həcv isə onun son məlum əsəridir. Əbubəkr ibn Hişam ibn Əbdülməlikin zamanında qazılıq etmişdir. Bu və bir sıra başqa dəlillər göstərir ki, şair VIII əsrin 30-cu illə rində də yaradıcılıqla məşğul imiş.

Şəhəvatın şeirləri əsasən mədhlər və həcvlərdən ibarətdir. Onun mədhlərindən ən məşhuru Səid ibn Xalid ibn Abdullah ibn Xalid ibn Useyd haqqındakı mədhiyyədir. Sevdiyi cariyəni on min dirhəmə almaq istəyən şairə dostu Səid ibn Xalid al-Osmani kömək etmir. Onun əmisi oğlu Səid ibn Xalid ibn Abdullah isə şairə 8 min dirhəm bağışlayır. Bu səxavətin qarşısında Şəhəvat gözəl bir mədhiyyə yazır. Şeirdə əl-Osmani incə şəkildə həcv edilir, onun əmisi oğlu isə təriflənir. Şairin Həmzə ibn Abdullah haqqında yazdığı mədh isə müğənni Məbəd tərəfindən oxunur. Həmzə müğənniyə 400 dinar bağışlayır. O bu pulu şairlə bölür. "Əğani"də göstərilir ki, bu şeir Əməvilər dövrünün "yüz seçilmiş mahnısı"ndan biri sayılırmış. Mədhin başlanğıcında səmimi bir aşiqanə parça verilir:

27

Sevgilim könlümə od saldı yaman, Ürəyim zülfünə bənd oldu, aman, Ruhumu qam, kədərə qərq elədi, Getdi Hind, ağlımı lap aldı, inan. Gen ela, tanrı, gözəllər şərini, Məni bu qəmlərə atdı yaradan.



Şair mədhiyyə hissəsində Həmzəni xalqın qeydinə qalan, səxa vətli, qayğıkeş bir igid kimi səciyyələndirir. Onun ən yaxşı keyfiy yəti kimi xalqa qayğısından danışır:

Mal alır Hamzə xeyirxahlıq üçün, Satmayır ancaq o şərmü həyadan. Baxşişi versə, nəzakətlə verir, İncimir ondan özü bəxşiş alan. il quraqlıq keçib, el qaldısa ac, Camaat gördüsə çox itki, ziyan, Onu da etdisə yoxsul biz tək, Şarafi, şanı ona oldu hayan. Odur insanlığa yağmurlu bahar, Elayir himmatini daim ayan.

Musa Şəhəvatın irsindən qalan aşağıdakı parçada insan və həyat haqqında düşüncələr verilmişdir:

Əgər daim olsan, gözəl nemətsən, Heyf ki, daimi deyildir insan. Sanin də axırın heçdir, fənadır. Əgər görməsəm dəa, sənda bir nöqsan.

Musa Şəhəvatla eyni dövrdə Mədinədə yaşayan şairlərdən biri də İsmayıl ibn Yəsardır. Onun şeirləri mübariz, döyüşkən ruhu ilə seçilir. O, Əməvi xəlifələrindən Hişam ibn Əbdülməlikin (724-743) və Vəlid ibn Yəzidin (743-744) dövründə yaşayıb yaratmışdır. Atası igid bir əsir imiş.

Əslim şərəflidir, şöhrətim uca, Qılınc ağzı kimi zəhər dilim var –

deyən şair öz əsil-nəsəbi ilə fəxr etmişdir. Şair Mədinədə və Hicazda yaşamışdır. Bəzi şeirlərində İsmayıl ərəb zadəganlarını tenqid etməkdən çəkinmir: Əgər cahilsiniz, görün keçmişdə

Camaat, buraxın bu öyünməyi, Danışın insafla, ədalətlə siz.

Necə yaşamışdır sizin nəsliniz Torpağa gömdünüz siz qız olanda, Tarbiya eylərik amma qızı biz.

İsmayıl ibn Yəsar onun yanında mədəniyyətdən dəm vuran, lov ğalanan ərəb zadəganlarına ağıllı və kəskin cavab vermişdir. Şair bəzən ərəb xəlifələrinin sarayında ondan mədh gözlənildiyi vaxtda mənsub olduğu xalqin igidliyindən, qəhrəmanlığından söhbət açmış dır. Buna görə onu bəzən suya atmış, bəzən də sürgün edərək öldür mək istəmişlər. Yüksək sənətkarlıqla yazılmış əsərləri isə yenə də onu xilas etmiş, şöhrətləndirmişdir. Bir şerində o, Azərbaycan igid lərinin qəhrəmanlığını iftixarla belə tərənnüm etmişdir:

Aslanlar dəstəsi döyüş zamanı Hünərlə irəli addımlayanda,

Rumun, Türküstanın hökmdarları Xar olub önündə qaçarlar onda. Aslan yerişiylə yeriyir onlar Yorğa köhlənlərin üstdə olanda.

Midiya zirehi ayinlərində Sallanır yerəcən geyən zamanda.

Burada vətənpərvər bir şairin məğrur ruhu duyulur. İsmayıl ibn Yəsarın əsərləri içərisində aşiqanə parçalar, mərsiyələr, mədhiy yələr, həcvlər mühüm yer tutur. Məhəbbət hisslərini oynaq, səmimi şəkildə ifadə etməkdə şair daha mahirdir:

Ey gözəl, vəslə yetir aşiqini, yetdi zaman, Eşqinə təşnə olan şad olacaq, söylə haçan? Ah, bizə nola gözün bircə nəvazişlə baxa, Aşiqin hər diləyi təkcə bu olmuş binadan.

Ailən zülm edərək sandan uzaq etdi məni. Vaslina yetməyimi etdilar onlar qadağan.

Gazmayə qoymadılar dörd tərafində evinin. Söylə, görsəm səni, versam ya salam var nə ziyan?

İsmayıl ibn Yəsarın sənətkarlığı mərsiyələrində daha aydın nəzərə çarpır. Onun qardaşı Əbubəkrin ölümü ilə bağlı yazdığı şeir diqqəti cəlb edir. Mənbələrdən göründüyü kimi, şairin Ibrahim va Məhəmməd adlı qardaşları olmuş, onlar da şeir yazmışlar. Əbubəkr onun qardaşlarından birinin künyəsidir. Mərsiyədə əziz bir adamını itirmiş həssas qəlbin kədəri yüksək sənətkarlıqla ifadə olunur.

VII-VIII əsrdə Mədinədə yaşamış Əbül-Abbas əl-Əma haqqında mənbələrin verdiyi məlumatdan anlaşılır ki, şair Əməvilər dövründə yaşayıb yaratmışdır. O, xəlifə I Yəzidin dövründə (680-683) Əmə vilərin Mədinədən qovulmasının şahidi olmuş, Abbasi xəlifəsi Mənsurun zamanına qədər (754-775) yaşamışdır. Obül-Abbas həmişə Əməvilərə rəğbət bəsləmişdir. Onun da əsərləri mədhlər, mərsiyələr və həcvlərdən ibarət olmuşdur. Əsərlərindən əldə olan nümunələr göstərir ki, o, ərəb ədəbiyyatında geniş yayılan yeni aşi qanə istiqaməti qəbul etməmişdir. Aşağıdakı parça onun ideya möv qeyini aydınlaşdırmağa xeyli kömək edir:

Sən igidsən, igid oğlu, Ham igidin qardaşısan. Sən ağasan bizim üçün, Olmasaydı dörd cəhatin, Döyüşlərdən gen gəzirsən, Söyüşlərdən həzz alırsan, Çox söyürsən mövlaları, Əsirisən məhəbbətin.

Şair döyüşü kişi üçün əsas məşğələ sayır. Məhəbbət əsiri olmağı, yüngül aşiqanə macəralarla gün keçirməyi nəcib adama yaraşan sifət saymır. Ərəblərin mövlalara, ərəblər arasında azad qul şəklin də yaşayan başqa xalqların nümayəndələrinə, o cümlədən azərbay canlılara yuxarıdan baxmasını, söyləməsini nəcib, mədəni insana yaraşmayan bir hərəkət kimi pisləyir.

Mənbələrin "əl-Azerbaycani" nisbəsi ile xatırladığı bu sənət

karların yaradıcılığı göstərir ki, artıq VII-VIII əsrlərdə azərbaycan

lilar ərabdilli mədəniyyət və ədəbiyyatın yaranmasında yaxından iştirak etməyə başlamışlar. IX əsrdə Azərbaycanda ərəb işğalına qarşı Babəkin başçılığı altında üsyan başlamış. Azərbaycan kəskin mübarizələr meydanına çevrilmişdir. Bu dövrdə Azərbaycan xalqının yaratdığı əbədi əsər

lər məhv edilmiş, itib-batmışdır.

Xəsrdə yenə bəzi azərbaycanlı sənətkarların ərəbcə yazdığı şeir parçalarına rast gəlirik. "Yətimətüd-dəhr fi məhasin əhlil-əsr" adlı təzkirədən aşkar edilmiş bu şeirlər və onlarin müəllifləri haqqında məlumat Azərbaycanda ərəbcə şeir yazmaq ənənəsinin qədim və ardıcıl olduğunu bir daha tesdiq etməkdədir. Əs-Səalibi tərəfindən tərtib edilən "Yətimətüd-dəhr" təzkirəsi 912-1010-cu illərin ədəbi məhsullarını əhatə edir. Burada Bərakəveyh Zəncani və Əbu Abdulla əl-Məraği əl-Müğəlləsi kimi iki Azərbaycan şairindən danışılır və əsərlərindən parçalar verilir. Səalibi onların tərcümeyi halından danışmır. Bərakeveyhin bütün şeirlərini topladığını, onla rin hamısının "duzlu və gözəl" olduğunu yazır. O, şairin gözəl vəsf ləri, aşiqanə şeirləri olduğunu göstərir:

Bir daha qayıtmaz, keçdi ömür-gün, Leyli arzusuna bəs haçan çatar? Ürək qaralmışdır, ağarıb saçım, Qalıb xatirəsi mənə yadigar. Ona qardaşları səfər et deyir, Düzü, bundan yaxşı nə məsləhət var?

Bərakeveyn nikbin şair olmuşdur. O, təbiətin gözəlliklərindən zövq almağa, insanların tarixinə nəzər salmağa, öyrənməyə, şad lanmağa çağırır:

Keçir gül, mərsin içində həyatı, har zaman xürrəm, Fərəhla gün keçir daim gözəllə, cam ilə həmdəm. Biri zənn et tabibindir, biri zann et həbibindir, Qovuş insanlara, insan olar dost insana hər dəm. Nələr qurmuş, yaratmışdır bu yollarda gör insanlar, Quru bir rəsma çevrilmə, yaşa insan kimi sən həm.

31

Bərakəveyin sevincə və faydalı həyata çağırışı onun nikbin bir sənətkar olduğunu göstərir. İnsanlarla oturub-durmağa, onlardan öyrən məyə, yaradıcı olmağa çağırış şairin mütərəqqi görüşləri ilə bağlıdır. Marağalı Əbu Abdulla əl-Müğəlləsinin ədəbi irsindən əldə olan



parçalar onun maraqlı, orijinal bənzətmələr işlətməkdə mahir sənət kar olduğunu təsdiq edir. Bayraqdar bir əsgər haqqında şeir buna misal ola bilər. Şerin sətri tərcüməsi belədir: "Gözətçilərin gözləri qarşısında bir cəngavər yüksəlir, onun əlləri arasından başının yana əyildiyini görürsən. O, güzgüyə əyilmiş elə bir sərxoşa oxşayır ki, elə bil zirehli ətəklərini parçalayıb irəli çıxmışdır". Burada bayraq darın hərəkəti, duruşu orijinal şəkildə təsvir olunmuşdur.

Şairin zərgər haqqında yazdığı şeir isə psixoloji yi, sənət karın həssas müşahidəsi ilə diqqəti cəlb edir. Qızıl üzərində ən incə naxışlar vuran zərgər başqa böyük işlər barədə soruşanda, sifariş alanda bir anlığa susur, çətinlik qarşısında qalmış adam kimi daya nır. Belə incə işləri bacaran, başqa "daha asan" iri işlər, kobud naxış lar vurmağı elə bil bacarmır:

Əynində zülmətdən qara bir libas,

İncə naxış vurur zərə durmadan.

Lal olur, hamını qoyur məəttal, Başqa böyük şeylar soruşsan ondan.

Çox güman ki, Bərakəveyh və Əbu Abdulla XI əsrdə ərəbcə yazan yeganə Azərbaycan şairləri olmamışlar. Ümumiyyətlə, ərəb dilli Azərbaycan şeri öz döyüşkən ruhu ilə ərəb ədəbiyyatında dün yəvi poeziyanın inkişafına təkan rmişdir. Erkən feodalizm döv rünün ən mühüm abidəsi, heç şübhəsiz, "Kitabi-Dədə Qorqud” dastanları və qədim türk abidələridir.

Ərəbdilli Azərbaycan ədəbiyyatının tədqiqi ilə ciddi və ardıcıl şəkildə məşğul olan M.Mahmudov Əbülhəsən Əli əl-Baxərzinin "Dumyat əl-qasr və usrat əhl əl-asr" (1069-1072-ci illərdə tərtib edilmişdir) adlı məcmuəsinə əsasən XI əsrdə ərəbcə yazan Azərbaycan şairlərindən ətraflı bəhs etmişdir. Baxərzinin məcmuəsində verilən şeir parçaları Azərbaycan şairlərinin əsərlə rinin çox olduğunu, geniş yayıldığını təsdiq edir. Baxərzi Əbu Nəsr Mənsur Təbrizidən daha geniş danışmış, onu "mənaları saf qızıl kimi cilalayan", Təbriz əhli içərisində böyük istedadı ilə tanınan bir sənət kar kimi qeyd edir. Şairin irsindən nümunə gətirilən parçalar gös tərir ki, Mənsur Təbrizi şerin qarşısında ciddi ictimai vəzifələr qoyur, poeziyanı mübarizə silahı sayır. Maraqlıdır ki, artıq XI əsrdə Mənsur Təbrizi mədhiyyə ədəbiyyatını, satılan sözü rədd edir, bəyənmir:

Dost ilə düşmənlə daim bir gedir, Dostu xilas edir, qırır düşməni. O, daim gücsüzə cəsarət verir, İti qılınc edir zaif bədəni.

51

Deyirlər, şerini düzəlt, zəifdir, Satılan söz pisdir, dinc burax mani. Qələm çox düşmənin qanını töküb, Töküb öz qanını, məhv olub dəni. Tanrı qalam verib ucaldır göyə Qələmlə düşməni qırib tökəni.



Bu parçada şairin mövqeyi, tendensiyalı sənətkar olduğu aydın laşır. Mənsur Təbrizinin aşiqanə şeirlərində də yüksək sənətkarlıq hiss olunur. Məhəbbətin bəşər tarixində yeri, insan həyatında mövqeyi səmimi qələmə alınır. Əbədi, əzəli, qarşısıalınmaz, insan dan asılı olmayaraq onu özünə tabe edən bir hiss kimi tərənnüm olunur:

Baş aydim har yerdə eşqin hökmünə, Vəslina yetsam da, görsəm də hicran. Mənə tabe olsa ürəyim, gözüm, Haqqa sevgidən də keçərdim o an. Faqat könlüm, gözüm ruhumla birdir, Qurtarmır sayıqlıq məni bəladan. Gözüm gördüyünü qəlbə çatdırır, O da qəbul edir heç nə sormadan. Bu sevgi məndən də qabaq var idi, Oydu illər boyu zalım hökmran. Eşq üçün hirslandi tanrı Davuda, Günah, tövba onu mahv etdi yaman.

Şairin məhəbbətə münasibəti, onun orijinal, aydın şəkildə şərhi göstərir ki, Mənsur Təbrizi üçün bu mövzu tanışdır. Bu mövzuda çox şeirlər yazmışdır.

XI əsrdə ərəbcə yazan Azərbaycan şairlərindən İskafi Zəncani şeirlərinin dərin ictimai məzmunu ilə seçilir. Kəskin, cəsarətli huma nist fikirləri ilə böyük ərəb şairi Əbül-Əla Məərri və Nizami Gən cəvi ilə birləşən İskafi dövründəki haqsızlıqlara qarşı amansızdır.

Əgər mən od olsam, sirr isə buzdan, Yenə də qoruyun, xətər toxuyar.

deyən şair dövrünün ədalətsiz və ləyaqətsiz hakimlərinə meydan oxuyur. Humanist şair və ziyalı kimi nadanların, qeyri-insanların hör mət və dövlət sahibi olması şairi daha çox ağrıdır.

Qadın ləçəyinə layiq bir başda Xəcalət çəkirəm ammamə görsəm.

İskafinin ictimai bərabərlik arzuları onu Nizamiyə daha çox yaxın laşdırır. Düzdür, o, Nizami kimi bütün insanların bərabər və xoşbəxt olduğu cəmiyyətin geniş epik təsvirini vermir, lakin lirik tərzdə böyük bir ehtirasla bütün insanların bərabərliyini arzuladığını bildirir.

Gözümü yumacam, qoy ağrımasın, Cahillər məni də cahil bilsinlər.

O vaxta qədərki haqqın gücüylə Varlılar yoxsullar olar bərabər.

Bu parçalar İskafini Nizaminin layiqli sələfi olan humanist bir şair kimi qiymətləndirməyə haqq qazandırır.

Xəttat Nizami Təbrizi isə tanınmış müəllim, xəttat və şair kimi diqqəti cəlb edir. O, Məlikşahın vəziri Nizamülmülkün Nişapurda açdığı mədrəsəyə müəllim təyin edilmiş, ona görə də uzun müddət qürbətdə, doğma Azərbaycandan uzaqda yaşamalı olmuşdur. Şeir lərində vətən həsrəti əks olunmuşdur. Əli Baxərzinin nümunə gətirdiyi bir rübai bu baxımdan səciyyəvidir:

Yurduma can atır könlüm hər zaman, Qariblar vətənə daim atar can.

Səhərin şəfaqi niya tutqundur? Pay alıb qəribin yoxsa ahından.

Xəttat Nizami müəllim və şair kimi insanda xeyirxahlığı, xoş əməlləri bəyənmişdir. O, doğru qeyd edir ki, insanın ölümündən sonra ancaq haqqındakı xoş xatirələr yaşayır:

Kim yaqin etsə ki, qoca dünyada Yaxşı xatirələr yaşayır fəqət,

53

O yüksək, şərəfli böyük ağa tək Üzü gülər olar, saçar səxavət.



Xətibi Urməvi adlı ərəbcə yazan Azərbaycan şairindən Baxərzi ancaq kiçik bir mədhiyyə parçası göstərmişdir. 1070-ci ildə Nizamülmülkü Uşne yaxınlığında qarşılayarkən yazılmış həmin qəsidədə bu məşhur vəzir ədalətli, səxavətli dövlət xadimi kimi mədh olunur:

Atları susasa qəm yeməz əsla,

Ayağı dəyən yer zərə çevrilər.

Düşmən sularında gedib suvarar. Ölkələr onunla eylər iftixar. Çaylar tək daşanda qaç ondan kənar, Nizamülmülksüz mahv olar şəraf, Şəriat günəşi zülmətdə batar.

Saxa dənizidir, sakit vaxtı gör,

Bu mədhiyyə dövrün mütərəqqi görüşlü, ziyalı dövlət xadimlə rindən birinə həsr olunduğu üçün maraqlıdır. Şairi məddah kimi qiy mətləndirməyə əsas vermir.

Əbülməhasin Hüseyn Təbrizinin ədəbi irsindən də Nizamül mülkə həsr etdiyi mədhiyyə məlumdur. Lakin onun şerində maraqlı təbiət təsvirləri də diqqəti cəlb edir.

Titrədir budağı səhər yelləri, Yuxudan oyanıb istəyir imdad. Quşlar şirin-şirin nəğmə oxuyur, Yol sular üstündə açmışdır qanad.

Bu parçada gözəl təbiət təsviri yaradılmışsa, aşağıdakı parçada aylı, ulduzlu gecə mənzərəsi yaradılmışdır.

Ulduzlar qürurla göylərdə gəzir, Gözaltı baxırlar ətrafa, heyhat. Çəkir atayini badirlənmiş ay, Sübh çakir qılıncı qoparir faryad.

Əli ibn Hibbətullah Təbrizinin irsindən Baxərzinin yadigar sax ladığı parçada isə şairin həyat və insan haqqında düşüncələri əks olun muşdur. Əli Təbrizi xoşbəxtliklə keçən günləri təəssüflə xatırlayır.

O ötən günlərə əfsuslar olsun, Hər nayim vardisa aldı, apardı. Tale kölgəsini saldı üstümə. O günlər səadət mənimlə yardı. O günlər yaşıldı ömrün ağacı,

Şərab qədəhləri hey dolanardı.

XI əsrdə ərəbcə və farsca yazan bu şairlərin ədəbi irsindən xoş bəxt bir təsadüf nəticəsində qorunub saxlanan bu nümunələr göstərir ki, həmin dövrdə Qetran və Xətiblə birlikdə başqa alim və şairlər də çox olmuş, yazıb yaratmışlar.



Lakin bu dövrün ən əhəmiyyətli ədəbi simaları Xətib Təbrizi və Qətran Tebrizi olmuşdur. XI əsr Azərbaycan İntibahının ensiklopedik liyi və dərin humanizmi bu iki sənətkarın yaradıcılığında daha parlaq ifadə olunmuşdur.
Yüklə 23,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə