Vii L e m I l L



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə19/220
tarix05.02.2018
ölçüsü5,13 Mb.
#25096
1   ...   15   16   17   18   19   20   21   22   ...   220

41 

 

yarıb,  şimal-şərq  istiqamətində  döyüşən  sovet  ordusu  hissələrinin  irəli  getməsinə 



imkan yaratmışdı. 

Qafqaz  uğrunda  döyüşlərdə  Azərbaycanın  cəsur  qızları  S.Bayramova, 

Z.Səlimova, 

L.Abdullayeva, 

R.Babayeva, 

T.Fəttahova, 

R.Əhmədova, 

M.Dəmirova, S.Polişeva, S.Xəlilova, P.Manafova da şücaət göstərmişlər.

42

 

1942-ci  il  dekabrın  11-də  416-cı  Azərbaycan  diviziyası  414-cü  gürcü  atıcı 



diviziyası  ilə  əlaqədə  İşçersk  və  Naursk  stanitsalarını  azad  etmişlər.  l943-cü  ilin 

yanvarında  416-cı  diviziyanın  Qrafskoye  stanitsasını  düşməndən  azad  etmək 

uğrunda  hücumunda  zabit  Əhmədovun  topçuları  17  faşist  tankını,  70  atəş 

nöqtəsini, yüzlərlə əsgər və zabitini sıradan çıxarmışdı. 

1943-cü  ilin  yanvar  və  fevral  aylarında  416-cı  diviziyanın  əsgərləri  şərəfli 

döyüş  yolu keçdilər, onlarca  yaşayış  məntəqəsini  düşməndən təmizlədilər. Döyüş 

xidmətlərinə  görə  diviziyanın  300  döyüşçüsü  yüksək  dövlət  təltiflərinə  layiq 

görüldü.


43

 

223-cü  Azərbaycan  atıcı  diviziyası  1943-cü  ilin  yanvarında  Mozdok, 



Proxladnı, Georgiyevsk şəhərlərinin azad olunmasında fəal iştirak etmişdi. 223-cü 

diviziya  Petropavlovsk  yaşayış  məntəqəsində  alman  diviziyasını  darmadağın 

edərək  275  faşisti  əsir  götürmüş,  külli  miqdarda  hərbi  texnika  və  sursat  ələ 

keçirmişdi.  1943-cü  ilin  sentyabr-dekabr  aylarında  diviziya  400  km  döyüş  yolu 

keçmiş, onun 380 əsgər və  zabiti SSRİ orden və  medalları ilə təltif olunmuşdu.

44

 



223-cü  diviziya  Mineralnıye  Vodının  azad  olunmasında  bilavasitə  iştirak  etmiş, 

diviziyanın  döyüşçüləri  üç  ay  ərzində  50  yaşayış  məntəqəsini  və  bir  neçə  şəhəri 

alman-faşist işğalçılarından təmizləmişdi.  

Şimali  Qafqazın  faşistlərdən  azad  olunması  uğrundakı  döyüşlərdə  223-cü 

diviziyanın  1041-ci  alayı  xüsusilə  fərqlənmiş,  hərbi  uğurlarına  görə  Azərbaycan 

SSR Ali Soveti Rəyasət Heyətinin "Keçici Qırmızı Bayrağı" ilə təltif olunmuşdu.

45

 

Şimali  Qafqazdakı  44-cü  ordunun  hücum  əməliyyatlarında  402-ci 



Azərbaycan  diviziyası  da  fəal  iştirak  etmişdi.  1942-ci  il  noyabrın  3-dən  dekabrın 

11-dək  diviziya  ona  qədər  yaşayış  məntəqəsini  azad  etmişdi.  Bu  döyüşlərdə 

diviziyanın  döyüşçüləri  düşmənin  108  tank  və  zirehli  maşınını  sıradan 

çıxarmışdı.

46

 

1942-ci ilin dekabrında bu diviziyada Akim Abbasovun komandanlıq etdiyi 



833-cü  atıcı  alay  bir  gündə  düşmənin  100-ə  qədər  tankının  13  həmləsini 

qəhrəmancasına dəf etmiş, 36 tankı məhv edərək hücumun qarşısını almışdı. Hərbi 

nailiyyətlərinə görə A. Abbasov "Qırmızı Bayraq" ordeni ilə təltif edilmişdi.

47

 



1943-cü  ilin  fevralında  Vasilçenko  ətrafında  baş  vermiş  döyüşlərdə  77-ci 

atıcı diviziyanın əsgərləri yüksək döyüş şücaəti göstərmişdilər. Diviziyanın alayları 

7  yaşayış  məntəqəsini  düşməndən  azad  etmiş,  600-ə  yaxın  əsgər  və  zabit  döyüş 

şücaətinə  görə  orden  və  medallarla  təltif  olunmuşdu.  1943-cü  ilin  noyabrında 




42 

 

Dnepr  çayının  sol  sahilində  gedən  döyüşlərdə  77-ci  Azərbaycan  diviziyası 



faşistlərin  50-yə  yaxın  tank  və  digər  texnikasını  məhv  edərək  250  düşməni  əsir 

götürmüşdü.

48

 

Kapitan  M.Əliyevin  komandanlığı  altında  atıcı  batalyon  düşmənin 



Krasnodar  yaxınlığındakı  hücumunun  qarşısını  alaraq  onun  17  tankını  yandırmış, 

külli  miqdarda  zirehli  maşınını  sıradan  çıxarmış,  yüzlərlə  faşisti  öldürmüşdü. 

Azərbaycan topçuları Y.Gözəlovun komandanlığı ilə Sambek ətrafında düşmənin 7 

hücumunu dəf edib, 16 tankını məhv etmişdilər. 

Qafqazda  gedən  hücum  döyüşləri  zamanı  istehkamçı  C.Allahverdiyev 

düşmənin 

qoyduğu 

1150, 


T.Rəşidov 

isə 


1000-dən 

artıq 


minanı 

zərərsizləşdirmişdilər.

49

 

Novorossiysk  uğrunda  döyüşlərdə  Azərbaycanın  A.Piriyev,  D.Məmmədov, 



D.Məmmədova, E.Sadıxov kimi onlarca oğul və qızı şücaət göstərmişdi. Leytenant 

İsmayıl Hüseynov xüsusən fərqlənmişdi. Onun komandanlığı altında avtomatçılar 

düşmən arxasına keçərək, döyüş sursatı anbarını partladıb geri dönərkən faşistlərlə 

rastlaşırlar.  Qeyri-bərabər  döyüşdə  ağır  yaralanmış  İ.Hüseynovu  faşistlər  diri 

tutmaq  istəyirlər.  Lakin  bir  neçə  əl  qumbarası  ilə  sarınmış  igid  komandir  son 

qüvvəsini toplayıb düşmən üzərinə atılaraq 30-dan artıq faşisti məhv edir və özü də 

həlak olur. İ.Hüseynov ölümündən sonra Lenin ordeni ilə təltif olunmuş, adı əbədi 

olaraq hərbi hissənin şəxsi heyəti siyahısına daxil edilmişdi.

50

 

Qafqazın  müdafiəsində  Azərbaycanın  igid  oğulları  kütləvi  qəhrəmanlıq 



nümunələri göstərirdilər. Rota komandirinin siyasi işlər üzrə müavini Əbil Məmiş 

oğlu Əbilova düşmən tərəfindən tutulmuş kəndin alınması tapşırılmışdı. Ə.Əbilov 

7 nəfərdən ibarət dəstəsi ilə gecə ikən kəndə daxil olaraq 60 hitlerçini mühasirəyə 

alıb, 35-ni məhv etmişdi. 18 nəfəri şəxsən Ə.Əbilov özü öldürmüşdü.

51

 

Sanitar təlimatçısı, gəncəli Müseyib Dilbazov döyüşlərin birində düşmənin 



şiddətli  atəşi  altında  23  yaralını  xilas  edərək,  Terek  çayından  sahilə  keçirmiş  və 

səhiyyə  məntəqəsinə  çatdırmışdı.  Bu  igidliyə  görə  M.Dilbazov  "Qırmızı  Ulduz" 

ordeni  ilə  təltif  olunmuşdu.

52 


Tibb  təlimatçısı  Qüdrət  İsmayılov  56  yaralı  əsgəri 

silahları  ilə  birlikdə  döyüş  meydanından  çıxarıb  tibb  məntəqəsinə  gətirmişdi. 

İgidliyinə görə o, "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdu.

53

 



Qafqaz  uğrunda qanlı döyüşlər Sovet  Silahlı  Qüvvələrinin tam qələbəsi ilə 

başa çatdı. Hitler komandanlığının Qafqazı tutmaq planları iflasa uğradı. 

Sovet  ordusunun  cəbhələrdəki  uğurları  DMK-nın  Azərbaycan  əhalisinin 

Orta Asiyaya köçürülməsi və Bakının, ilk növbədə, neft mədənlərinin minalanaraq 

dağıdılmasını  nəzərdə  tutan  "xüsusi  əməliyyat"  planının  gündəlikdən  çıxmasına 

səbəb oldu.

54 

 

 




Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə