73
İran məclisi və hökuməti Azərbaycan xalqının tələblərini eşitmədi. Əyalət
və vilayət əncümənlərinin təşkil olunmayacağını rəsmi surətdə elan etdi. Hökumət
çoxlu miqdarda ərzağı Azərbaycandan daşıtmaqla orada süni qıtlıq yaratmaq istədi.
Azərbaycan tacirlərinin 15 milyon tümənə yaxın pulunu Tehran banklarına
köçürməklə, Azərbaycan ticarətində çətinliklər yaratdı. 1945-ci il sentyabrın 10-da
Marağa və oktyabrın 20-də Ərdəbil şəhərlərində hərbi vəziyyət elan edildi.
Marağada ADP-nin fəal üzvü, şəhər idarəsinin rəisi Məhəmməd Hüseyn Rahvər
terror nəticəsində öldürüldü. Azərbaycan xalqının etirazına baxmayaraq, sentyabrın
12-də qatı irticaçı S.M.Fərrux Azərbaycana vali təyin olundu. Hökumət başçısı,
hərbi nazir və İran qoşunu Baş qərargahı rəisinin iştirakı ilə keçirilən iclasda ADP-
nin komitə üzvlərinin Təbrizdə həbs edilərək gizli və təcili Tehrana aparılması
qərara alındı. Bu barədə hökumətin Azərbaycandakı diviziya komandanlığına
xüsusi əmr də verildi.
44
İrticanın qarşısını almaq üçün demokratik təşkilat üzvlərindən Sovet
İttifaqına tərəfdar olanların silahlandırılması zəruri məsələyə çevrilmişdi. Buna
görə ÜİK(b)P MK və SSRİ XKS 1945-ci il oktyabrın 8-də vəziyyətin ciddiliyini
nəzərə alaraq, Cənubi Azərbaycanda möhkəmlənmək barədə qərar qəbul etdi.
45
Buraya göndərilmək üçün çoxlu silah ayrıldı.
1945-ci il noyabrın 20-21-də Təbrizdə keçiriləcək Azərbaycan Xalq
Konqresinə (AXK) Cənubi Azərbaycanın bütün şəhərlərindən nümayəndələrin
seçilməsi üzrə kompaniyanın getdiyi bir vaxtda İran qoşununun birinci dəstəsi
noyabrın 17-də, ikinci dəstəsi 18-də Tehrandan Qəzvinə tərəf hərəkət etdi. Fədailər
hökumətin silahlı qüvvələrinə ilk zərbəni 1945-ci il noyabrın 16-dan 17-nə keçən
gecə Marağa, Mərənd, Miyanə, Sərab və Ərdəbil mahallarında eyni bir vaxtda
endirdilər. Nəticədə Təbriz, Ərdəbil, Əhər, Astara, Marağa, Miyandab, Urmiyə,
Xoy və Maku şəhərlərindəki dövlət qüvvələri bir-birindən ayrı düşərək təklənmiş
oldular.
46
1945-ci il noyabrın 18-dən 26-dək Azərbaycanın böyük qəsəbə və
şəhərlərində, o cümlədən Nəmin, Zəncan, Germi, Astara, Biləsuvarda, dekabrın 1-
dən 19-dək Xoy, Maku, Səlmas, Marağa, Meşkinşəhr, Təbriz, Əhər, Xalxal,
Ərdəbil, Kələybər, Miyandab və Urmiyədə "Hökumət qan tökülmədən irtica
qüvvələrinin əlindən çıxıb xalqın əlinə keçdi".
47
Azərbaycan Xalq Konqresi özünü Müəssislər Məclisi elan etdi və tərkibində
Milli Heyət seçildi. Bu heyət Azərbaycan Milli Məclisinə qədər Müəssislər
Məclisinin qərarlarının icrasını və seçkilərin keçirilməsini təmin etməli idi.
Müəssislər Məclisinin qəbul etdiyi Bəyannamədə Azərbaycana İran dövləti
daxilində milli muxtariyyət verilməsi tələb olunurdu.
48
1945-ci il noyabrın 27-dən dekabrın 1-dək məclisə ümumi seçkilər keçirildi.
12 dekabr - Milli Məclisin açıldığı gün Azərbaycan muxtariyyətinin yarandığı gün
74
oldu.
49
Ölkədə milli azadlıq hərəkatının ümumi yüksəlişi şəraitində manevr
etməklə vaxt qazanmağa çalışan Tehran hökuməti 1946-cı il iyunun 13-də
Azərbaycan Milli Məclisini Azərbaycan Əyalət əncüməni kimi tanımağa məcbur
oldu.
50
Azərbaycan valisini təyin etmək (Əyalət əncüməninin təklifi ilə) İran
hökumətinin səlahiyyətində qaldı.
Azərbaycan Milli hökuməti qısa fəaliyyəti ərzində mühüm əhəmiyyətli
tədbirlər həyata keçirdi. 1946-cı il fevralın 16-da "Xalisələrin bölünməsi haqqında
qanun" və "Müsadirə haqqında qanun" qəbul etdi. Bu qanunlar əsasında dövlət
kəndlərinin torpaqları və sular kəndlilər arasında əvəzsiz olaraq bölünməli, Milli
hökumətə qarşı mübarizə edənlərin torpaqları kəndlilərə verilməli idi.
51
Sənayedə fəhlə nəzarəti yaradıldı. Azərbaycan Milli Məclisinin 1946-cı il
mayın 12-də qəbul etdiyi Əmək qanununda 8 saatlıq iş günü, əməkçilərin bir çox
sosial-iqtisadi ehtiyaclarının təmin edilməsi nəzərdə tutulurdu. Qənd zavodu,
Təbrizin tütün və çay fabrikləri Milli hökumətin ixtiyarına keçdi. Milli hökumət
Təbrizin "Şayan" trikotaj fabrikini satın aldı, Təbrizdə "Zəfər" adlı trikotaj fabriki
və bir neçə şəhərdə parça və corab fabrikləri açdı.
52
1946-cı il fevralın 6-dan xalq qoşunları yaradılmasına başlandı. Hərbi
məktəb açıldı, az müddətdə xalq qoşunları üçün 250 nəfərdən çox zabit
hazırlandı.
53
Mədəniyyət sahəsində mühüm işlər görüldü. Milli hökumətin 1946-cı il 6
yanvar tarixli "Dil haqqında Azərbaycan Milli hökumətinin qərarı" ilə Azərbaycan
dili Cənubi Azərbaycanda rəsmi dövlət dili elan olundu.
54
1946-cı il yanvarın 6-da
Milli hökumət Təbrizdə Azərbaycan Dövlət Darülfünunu təşkil etmək haqqında
qərar verdi. Tibb, pedaqoji, kənd təsərrüfatı fakültələrindən ibarət olan Təbriz
Universiteti rəsmi surətdə həmin il iyunun 12-də açıldı.
55
1946-cı il yanvarın 19-da Təbrizdə Ali İncəsənət və Rəssamlıq Məktəbi,
martın 28-də Azərbaycan Dövlət Teatrı, aprelin 7-də Azərbaycan radiosu, iyulun 5-
də İncəsənət Muzeyi, sentyabrın 3-də Azərbaycan Milli orkestri
56
və onun əsasında
təşkil olunmuş Dövlət Filarmoniyası
57
fəaliyyətə başladı. Xalq hökuməti hesabına
7 şəhərdə tərbiyə evləri, şəhər, qəsəbə və kəndlərdə çoxlu kitabxana və qiraətxana
açıldı, Azərbaycan Rəssamlar və Heykəltəraşlar Cəmiyyəti təşkil olundu, Ərdəbil,
Astara, Marağa və digər şəhərlərdə teatr binaları tikildi. Əhalinin vəsaiti hesabına
bir ildə 2000-dən artıq məktəb açıldı. Azərbaycan dilində 20-dən çox qəzet və
jurnal nəşr edilməyə başlandı.
58
İran hökuməti sovet qoşunlarının İrandan çıxmasına qədər gözləmək, ABŞ-
dan hərbi-siyasi kömək almaq və mürtəce qüvvələri birləşdirməklə əsas məqsədinə
nail olmaq istəyirdi.
Sovet İttifaqı, Böyük Britaniya və İran arasında bağlanmış 1942-ci il 29
yanvar tarixli ittifaq müqaviləsinə görə, sovet qoşunlarının İranda qalması müddəti