Vii siNİf azərbaycan tariXİ



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə1/47
tarix21.03.2018
ölçüsü1,33 Mb.
#32735
  1   2   3   4   5   6   7   8   9   ...   47


 

VII SİNİF

 

AZƏRBAYCAN TARİXİ   


AZƏRBAYCAN ERKƏN ORTA ƏSRLƏR DÖVRÜNDƏ 

 

Azərbaycan III-V əsrlərdə 

 

Azərbaycanda feodal münasibətlərinin yaranması 



III-V əsrlərdə Azərbaycanda tədricən torpaq sahibkarlığının yeni səciyyəvi cəhətləri meydana gəldi. Belə ki, 

dövlət torpaqları  xidmət müqabilində hərbçilərə, dövlət işçilərinə paylanır və bəzən  xüsusi xidməti olan şəxslərə 

hədiyyə verilirdi. Xüsusi xidmət adamlarına paylanmış belə torpaqlar mülk, həmin  torpaq (mülk) sahibi mülkədar, 

yəni  feodal    adlanırdı.  Çox  hallarda  həmin  adamlara  

mülklə  birlikdə  onu  becərən  kəndlilər  (əkinçilər)  də 

hədiyyə  verilirdi.  Feodalizm  cəmiyyəti  adı  buradan 

yaranmışdır 

III-V  əsrlərdə  -  Azərbaycanda  feodalizm 

münasibətləri  meydana  gəldi.  Azərbaycanda  feodal 

münasibətlərinin  yaranması    məhsuldar  qüvvələrin  

inkişafının nəticəsi  idi. 

 

Feodal münasibətlərinin inkişafı 

VI  əsrin  əvvəllərində  Azərbaycanda  feodal 

münasibətləri  inkişaf  edirdi.  Kənd  icmalarının 

torpaqları feodalların əlinə keçirdi. Əkilib becərilməsi 

çətinlik  törədən  torpaqlar  isə  sahibsiz  qalırdı. 

Torpaqsız  qalan  icma  üzvləri  asılı  kəndlilərə 

çevrilirdilər. 

V—VII 

əsrlərdə 



Albaniya 

və 


Atropatenada  feodal  münasibətləri  eyni  cür  inkişaf 

edirdi. 


 

Əhalinin sosial təbəqələri 

Erəkən  Orta  srlərdə  Azərbaycanda  əhali  müxtəlif  sosial  təbəqələrə  bölünürdü.  Feodalizm  dövründə 

cəmiyyətin  əsas  sinifləri  kəndlilər    feodallar  idi.  Kəndlilərlə  yanaşı  sənətkar    tacirlər  də  vergi  verənlər  

təbəqəsinə    daxil  idi.  Kahinlər,  hərbçilər,  mirzələr  isə  cəmiyyətin  hakim  təbəqəsi  sayılırdı.  Zərdüştlük  dininin 

hakim mövqe tutması kahinlərin də varlanmasına səbəb olmuşdu. 

 

III-V əsrlərdə Azərbaycanda vergi verənlər  təbəqəsi 

 

 

 

Sasanilər dövründə torpaq mülkiyyət formaları, vergi və mükəlləfiyyətlər  

Sasani ağalığı dövründə (III-VII əsrlərdə) Azərbaycanda  iki əsas torpaq mülkiyyət forması mövcud idi: 

 



Dastakert  –  irsən  keçən    torpaq  mülkiyyət  forması  idi.  İri  feodal  və  Zərdüşd  dininin  kahinlərinə 

verilirdi. 

 

Xostak  -  şərti  torpaq  mülkiyyət  forması    idi.  Xostaqın  əsas  sahibi  xırda  və  orta  feodallar  idi.  Belə 



torpaqlar vassal xidməti  müddətində dövlət tərəfindən müvəqqəti istifadə  üçün verilirdi. 

Kəndlilərin  istismar  edilməsinin  əsas  forması  vergilərin  ödənməsi  və  mükəlləfiyyətlərin  icrası  idi.  Sasani 

ağalığı dövründə Azərbaycanda (Atropatena və Albaniyada) iki vergi növü mövcud idi: 

 



Xaraq - məhsul vergisi idi. Məhsulun 1/3-dən 1/6-nə qədərini təşkil edirdi. 

 



Gezit - can vergisi idi. Sasani imperiyasının ərazisində yaşayan bütün əhalidən, xüsusilə xristianlardan 

 sənətkarlardan ildə bir dəfə toplanılırdı. 



sənətkarlar 

 

kəndlilər 

 

tacirlər 

 



Kəndlilər  vergi  verməklə  yanaşı,  müəyyən  mükəlləfiyyətlər  də  (dövlət  mülkiyyətində  olan  körpülərin, 

qalaların, yolların tikintisində və bərpasında iştirak etmək və.s)  yerinə yetirirdilər 

Kəndlilərin  mükəlləfiyyətlər  yerinə yetirməsi məcburi idi və bunun əvəzində onlara heç bir ödənc verilmirdi. 

 

 

 

 

Sasani şahı I Xosrovun islahatları 

Azərbaycanın cənub torpaqlarında - Atropatenada feodal münasibətlərinin inkişafına Sasani şahı I Xosrovun 

islahatları böyük təsir  göstərdi.  I Xosrov torpaq, vergi və  inzibati islahatlar  həyata  keçirmişdi. I Xosrovun torpaq 

islahatına  əsasən  sahibsiz  torpaqlar  hərbçilərə  paylanıldı.  I  Xosrovun  vergi  islahatı  keçirməkdə  məqsədi  vergi 



sahəsindəki  nöqsanları  aradan  qaldırmaq  və  ya  vergi  yığan  məmurların  özbaşınalığına  son  qoymaq  idi.  I 

Xosrovun vergi islahatına əsasən: 

 

Vergilərin toplanması nizama salındı və vergiyığan məmurların özbaşınalığına son qoyuldu. 



 

Uşaqlar, qadınlar, kahinlər, məmurlar can vergisindən azad edildilər. 

Bu islahatlar nəticəsində şərti torpaq mülkiyyəti genişləndi, xırda və orta torpaq sahiblərinin sayı artdı. 

 

Azərbaycanda feodalizmin əsas xüsusiyyətləri 

Azərbaycanda  feodal  münasibətlərinin  inkişafı  Avropadakı  kimi    feodalizmin  ümumi  qanunlarına 

əsaslanırdı. Lakin Azərbaycanda yeni yaranmış feodal münasibətləri Qərbi Avropa ölkələrindən kəskin fərqlənirdi. 

Azərbaycanda feodalizmin əsas xüsusiyyətlərindən biri təsərrüfatın natural forması idi. Kəndlilər özlərinin və 

feodalın  tələbatını  ödəmək  üçün  müxtəlif  ərzaq  məhsulları,  sənətkarlıq  malları  tədarük  edir,  bazara  mal 

çıxarmırdılar.  Beləliklə,  məhsul  mübadiləsinə  çox  az  hallarda  ehtiyac  duyulurdu.  Natural  təsərrüfat  ayrı-ayrı 

bölgələr arasında iqtisadi münasibətlərin yaranmasına mane olurdu. 



 

Azərbaycanda feodal münasibətlərinin Qərbi Avropa ölkələrindən fərqli cəhətləri 

 

Sasanilərin köçürmə siyasəti 

Sasanilər  dövləti  ona  tabe  olan  ərazilərə,  o  cümlədən  Azərbaycanın  şimal  torpaqlarına  farsdilli  tayfalar 

köçürdürdülər. Sasani şahlarının köçürmə siyasətində iki məqsəd var idi: 



1.

 

Etnik dayaq yaratmaq. 

2.

 

Hakimiyyətini güclənmək. 

Lakin  farsdilli  tayfalar  türk  dilinin  və  mədəniyyətinin  təsiri  ilə  çoxsaylı  yerli  türk  tayfaları  ilə  qaynayıb-

qarışır, vahid xalqın formalaşmasında iştirak edirdilər. 

 

Azərbaycanda 

 

Qərbi Avropada 

 

I.  Azərbaycanda    feodalizm  cəmiyyəti  tez  yaranıb  gec 

süqut etmişdir. (III əsr - XIX əsrin  ikinci yarısınadək). 

 

II.  Azərbaycanda  kəndlilər  feodaldan  yalnız  iqtisadi 

cəhətdən asılı olub, şəxsən asılı (təhkimli) deyildilər. 

 

III.  Azərbaycanda  fedalların  şəxsi  təsərrüfatı,  yox  idi. 

Bunun  əsas  səbəbi  süni  suvarma  tələb  edən  təsərrüfata 

böyük xərc qoymaq lazım gəlməsi idi. 

 

I. Qərbi Avropada feodalizm cəmiyyəti gec yaranıb tez 

süqut etmişdir (V əsr - XVII əsrin sonlarınadək). 

 

II. Qərbi Avropada kəndlilər feodaldan iqtisadi cəhətdən 

və şəxsən asılı (təhkimli)  idilər. 

 

III. Qərbi Avropada feodalların şəxsi təsərrüfatı var idi. 

 

III-VII əsrlərdə 

torpaq mülkiyyət 

formaları 

dastaker



 

 

xostakt 



 

 

III-VII əsrlərdə 



vergi  

növləri 

xaraq 

 

gezit 

 



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə