Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə14/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   10   11   12   13   14   15   16   17   ...   412

olmuĢdu. Oraya toplaĢmıĢ olan doxsan beĢ yepiskopun içərisində cənab Miriel də var idi, ancaq 

o, yalnız bir iclasda və bir neçə xüsusi müĢavirədə iĢtirak etmiĢdi. Dağlıq yerlərin yepiskopu və 

təbiətə bilavasitə yaxın olan, kənd sadəliyinə və məhrumiyyətə adət etmiĢ bir adam olduğundan 

o, deyəsən, bu yüksək rütbəli adamlar məclisinin hərarətini soyudan bəzi fikirlər söyləmiĢdi. O, 

tezliklə Din Ģəhərinə qayıtdı. Bu qədər tez qayıtmasının səbəbini soruĢanlara o, belə cavab 

verərdi ki, ―Mən onlara mane olurdum. Mənimlə birlikdə oraya təzə hava doldu. Mən onlara bir 

növ taybatay açılmıĢ qapı kimi göründüm‖. 

Bir dəfə də o, belə demiĢdi: ―Burada təəccüblü nə var ki? Bu monsenyorların hamısı kilsə 

knyazlarıdır, mən isə yalnız yoxsul bir kənd yepiskopuyam‖. 

Məsələ burasında idi ki, o, saraydakıların xoĢuna gəlməmiĢdi. Orada o, bir çox qəribə Ģeylər 

danıĢmıĢdı və bir axĢam kolleqalarından birinin evində ikən ağzından belə bir söz qaçırmıĢdı: 

―Nə gözəl saat! Nə gözəl xalılar! Nə gözəl livreyalar! Bunlar adamı, yəqin ki, çox darıxdırır! 

Yox, mən bu cürə ifrat zinət içərisində yaĢamaq istəməzdim. Bunlar həmiĢə mənim qulağıma 

bağırardı ki: ―Ac qalan insanlar var! Soyuqdan ölən insanlar var! Yoxsullar var! Dilənçilər var!‖. 

Ötəri bunu da qeyd edək ki, zinətə qarĢı nifrət bəsləmək ağılsızcasına bir nifrətdir. Bu, incəsənətə 

nifrət bəsləməyə səbəb olur. Lakin kilsə xadimləri arasında, kilsə mərasimi və bayram günləri 

nəzərə alınmazsa, dəbdəbə və zinət qəbahət hesab olunur. Bu zinət, sanki, həqiqi mərhəmətin 

çatıĢmadığını göstərən adətləri ifĢa edir. Varlı keĢiĢ mənasız bir Ģeydir. KeĢiĢin yeri daim 

yoxsulların yanında olmalıdır. Lakin daim gündüz və gecə hər cür ehtiyac, hər cür məhrumiyyət 

və yoxsulluq içərisində yaĢayaraq, bütün bu münasibətlərin bir hissəsini öz üzərinə götürməmək, 

necə deyərlər, zəhmət tozuna bulaĢmamaq mümkündürmü? Qızğın bir ocağın yanında durub, 

onun hərarətini hiss etməyən bir adam təsəvvür edə bilərsinizmi? Daim alov saçan sobanın 

yanında iĢlədiyi halda, bir tükünü belə yandırmayan, dırnağı qaralmayan, üzünə bir damcı tər 

gəlməyən, üzünə his qonmayan bir adam tapılarmı? KeĢiĢdə və xüsusilə yepiskopda mərhəmətin 

ən birinci sübutu yoxsulluqdur. 

Görünür, Din yepiskopu da məhz belə düĢünürdü. 

Əlbəttə, buradan belə bir nəticə çıxarmamalıyıq ki, bəzi incə məsələlərdə o, ―əsrin ideyaları‖ ilə 

Ģərik idi. Zamanın ilahiyyat mübahisələrinə o, nadir hallarda qarıĢar, kilsə və dövlətin nüfuzunu 

azalda biləcək məsələlər barəsində öz fikrini bildirməzdi, lakin ona kifayət qədər təzyiq 

göstərilsəydi, çox ehtimal ki, qallikandan daha çox ultramontan olardı. Biz monsenyoru 

həqiqətdə olduğu kimi təsvir etməyə çalıĢdığımızdan və heç bir Ģey gizlətmək istəmədiyimizdən, 

bunu da əlavə etməliyik ki, cənab Miriel Napoleonun süqutu dövründə ona çox soyuqluq 

göstərmiĢdi. 1813-cü ildən baĢlayaraq o, imperator əleyhinə bütün düĢmənçilik çıxıĢlarını 

bəyənir və ya hətta alqıĢlayırdı. Napoleon Elba adasından qayıdarkən Din Ģəhərindən keçdiyi 

zaman yepiskop onu görmək istəməmiĢ və Yüz gün ərzində imperatorun sağlığına dua oxumaq 

üçün özünə tabe olan yeparxiyaya əmr göndərməmiĢdi. 

Yepiskopun bacısı madmazel Batistinadan baĢqa, iki qardaĢı da var idi, biri general, o biri isə 

prefekt idi. Yepiskop onlara tez-tez məktub yazırdı. Lakin Provansda qoĢunlara komandanlıq 

edən və min iki yüz nəfər əsgərdən ibarət bir dəstənin baĢçısı olan general, Kannda qoĢun 

çıxarılan zaman, sanki, imperatorun qaçmasına imkan vermək istəyərək, onu zəif təqib etdiyi 

üçün yepiskop bu qardaĢından bir qədər soyumuĢdu. Yepiskopun Parisdə Kaset küçəsində yalqız 

yaĢayan o biri qardaĢı, istefa vermiĢ prefekt, ləyaqətli və namuslu bir adam idi: yepiskopun 

onunla məktublaĢması daha səmimi bir Ģəkildə davam edirdi. 

Deməli, monsenyor B’envenü də siyasi ixtilaflardan yaxasını qurtara bilməmiĢdi, onun da acı 

dəqiqələri, əndiĢələri olmuĢdu. Dövrü həyəcanlandıran ehtirasların kölgəsi əbədiyyət eĢqi ilə 

yaĢayan bu böyük və mülayim qəlbə də toxunmuĢdu. ġübhəsiz ki, bu cür adam siyasi 

əqidələrdən uzaq olmağa layiq idi. Oxucular sözlərimizi yanlıĢ anlamasınlar, biz ―siyasi 

əqidələr‖ məfhumunu hər bir düĢünən vacib adamın dünyagörüĢünün əsasını təĢkil etməli olan 

yüksək tərəqqi arzusu ilə, vətənə, xalqa və insana dərin inamla qarıĢdırmırıq. Kitabımızın 

məzmununa yalnız dolayısı ilə daxil olan bu məsələni dərinləĢdirmədən sadəcə söyləyə bilərik: 

―Monsenyor B’envenü royalist olmasaydı və onun nəzəri gurultulu məiĢət vurnuxmaları 



üzərində parlayan həqiqət, ədalət, mərhəmət kimi üç böyük fəzilətin seyrindən ayrılmasaydı, 

daha yaxĢı olardı‖. 

Monsenyor Byenvenünün Tanrı tərəfindən heç də siyasi fəaliyyət üçün yaranmadığını etiraf 

etməklə bərabər, biz onun haqq və azadlıq naminə qüdrətli Napoleona qarĢı vüqarlı etirafını və 

təhlükəli, lakin ədalətli müqavimətini baĢa düĢər və alqıĢlardıq. Lakin o, bu etirazını Napoleon 

taxtdan düĢdükdən sonra deyil, o, qüvvətli olduğu zaman etsəydi, tərifə layiq olardı. Mübarizə 

yalnız təhlükə ilə bağlı olduğu zaman bizi cəlb edir və əlbəttə, ilk zərbəni kim vurmuĢsa, son 

zərbəni vurmağa da o haqlıdır. XoĢbəxtlik günlərində inadla ittiham irəli sürməyən adam inqiraz 

baĢlandığı zaman susmalıdır. Yalnız qüdrətli adamın açıqdan-açığa düĢməni olan Ģəxs onun 

süqutundan sonra qanuni intiqamçı hesab olunur. Bizə gəlincə, məsələyə qəzavü-qədər 

qarıĢdıqda və cəza verdikdə, biz fəaliyyət meydanını ona buraxmalıyıq. 1812-ci il bizim 

silahımızı əlimizdən almağa baĢlayır. 1813-cü ildə o zamana qədər susan və yalnız bir sıra 

fəlakətlərdən sonra cürətlənən qanunverici korpusun sükutu alçaqcasına pozması yalnız qəzəb 

oyada bildi və onu alqıĢlamaq səhv olardı. 1814-cü ildə xain marĢalları gördükdə, dalbadal 

alçaqlıq edən və keçmiĢdə tanrı kimi pərəstiĢ etdiyi adamı təhqir edən senatı gördükdə, qorxub 

geri çəkilən və bir az əvvəl sitayiĢ etdikləri bütə tüpürən bütpərəstləri gördükdə, biz üzümüzü 

yana çevirməyi özümüzə borc bildik. 1815-ci ildə dəhĢətli fəlakətlərin yaxınlaĢdığı hiss ediləndə, 

bütün Fransa bu təhlükələrin yaxınlaĢmasını hiss edib lərzəyə gələndə Napoleonun qarĢısında 

açılan Vaterloo tutqun bir Ģəkildə görünəndə, imperatoru qarĢılayan xalqın və ordunun acı 

alqıĢlarında heç bir gülünc Ģey yox idi və Din Yepiskopu kimi bir adam, zalıma nə qədər ədavət 

bəsləsə də, böyük insanın bu sıx qucaqlaĢmasında gizlənən əzəmətli və təsiredici heç bir Ģeyə 

göz yummamalı idi. 

Təkcə bu istisna edilirsə, yepiskop hər cəhətdən, doğrudan da, mömin, səmimi, ədalətli, ağıllı və 

ləyaqətli bir adam idi; o, yaxĢılıq edirdi və xeyirxah idi ki, bu da həmin yaxĢılığın baĢqa bir 

növüdür. O, keĢiĢ, filosof və insan idi. Biz etiraf etməliyik ki, hətta indicə məzəmmət etdiyimiz 

və çox bərk pisləmək niyyətində olduğumuz siyasi görüĢlərində də o, bu sətirləri yazan adamdan, 

bəlkə, daha çox mərhəmətli və səbirli idi. 

Din Ģəhər idarəsinin qapıçısı vaxtilə bu vəzifəyə imperatorun özü tərəfindən təyin edilmiĢdi; o, 

Austerlits müharibəsində köhnə qvardiyanın xaçla təltif olunmuĢ qoca bir kiçik zabiti və 

imperator qartalından daha qeyrətli bonapartist idi. Bu bədbəxtin ağzından bəzən o qədər də 

düĢünülməmiĢ sözlər çıxardı. O zamankı qanuna görə belə sözlər ―üsyançı nitqləri‖ sayılardı. 

Ġmperatorun Ģəkli Fəxri legion ordenindən silindikdən sonra bu qoca xaçını taxmamaq üçün 

özünün təbirilə – heç bir zaman nizamnamə üzrə geyinməzdi. O, Napoleonun özünün ona vermiĢ 

olduğu xaçdan imperatorun təsvirini böyük bir hörmətlə öz əli ilə çıxartdı və xaçda deĢik əmələ 

gəldi, lakin o, bu deĢiyin yerinə heç bir Ģey qoymaq istəmədi. O deyirdi: ―Bu üç qurbağanı 

ürəyin üstündə gəzdirməkdənsə, ölmək yaxĢıdır! O, həvəslə və ucadan XVIII Lüdovikə istehza 

edirdi. ―Ġngilis getri geyinmiĢ podaqralı qoca! Qoy pudralanmıĢ hörüyü ilə birlikdə rədd olub 

Prussiyaya getsin!‖, – deyir və ən çox nifrət etdiyi iki Ģeyi – Prussiyanı və Ġngiltərəni bir söyüĢdə 

birləĢdirə bildiyinə sevinirdi. Ən nəhayət, onu vəzifəsindən kənar etdilər. Arvadı və uĢaqları ilə 

birlikdə o, küçədə bir parça çörəyə möhtac qaldı. Yepiskop onu yanına çağırtdırıb bir az danladı, 

sonra isə kilsə qapıçısı vəzifəsinə təyin etdi. 

Doqquz il ərzində monsenyor B’envenü öz xeyir iĢləri və mülayim rəftarı ilə bütün Din Ģəhəri 

əhalisinin məhəbbətini və sanki, oğulluq hörmətini qazanmıĢdı. Hətta onun Napoleona qarĢı pis 

münasibəti barəsində də xalq susur və bunu ona bağıĢlayırdı. Ġradəsiz və saf qəlbli əhali öz 

imperatoruna pərəstiĢ edir, lakin yepiskopunu da sevirdi. 

 

 



ON ĠKĠNCĠ FƏSĠL. 

Monsenyor B’envenünün yalqızlığı. 

 

Generalın ətrafına həmiĢə dəstə ilə gənc zabitlər toplaĢdığı kimi, hər yepiskopun da ətrafına 



dəstə ilə ona tabe olan abbatlar toplaĢır. Müqəddəs Fransisk qədimdən məhz bu cür abbatları 


Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə