Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə2/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   2   3   4   5   6   7   8   9   ...   412

– Çarpayılar bir-birinə çox yaxındır, – deyə xəstəxana müdiri əlavə etdi. 

– Bəli, bu mənim də diqqətimi cəlb etdi. 

– Otaqlar palata üçün yaramır, onların havasını dəyiĢdirmək olduqca çətindir. 

– Bəli, mənə də elə göründü. 

– Bir də, bilirsinizmi, yaxĢı hava olanda, bağçamız sağalan xəstələrin hamısını tutmur. 

– Bunu mən də düĢündüm. 

– Yoluxucu xəstəliklər yayılan zaman bəzən yüzə qədər xəstə olur, biz nə edəcəyimizi bilmirik; 

məsələn, bu il yatalaq, iki il bundan əvvəl isə isitmə xəstəliyi düĢmüĢdü. 

– Bu fikir mənim də ağlıma gəldi. 

– Əlac nədir, monsenyor, – deyə xəstəxana müdiri davam etdi, – bütün bunlara dözməli oluruq. 

Bu müsahibə alt mərtəbənin qalereya Ģəklində tikilmiĢ yemək salonunda gedirdi. 

Yepiskop bir qədər sükut etdi, sonra birdən xəstəxana müdirindən soruĢdu: 

– Cənab, təkcə bu otaqda neçə çarpayı yerləĢə bilər? 

Müdir heyrətlə səsləndi: 

– Zati əqdəslərinin yemək salonundamı? 

Yepiskop otağa göz gəzdirərək fikrində, elə bil, nəyi isə ölçüb-biçir və hesablayırdı. 

O öz-özünə danıĢır kimi: 

– Bu otaqda azı iyirmi çarpayı yerləĢdirmək olar, – dedi, sonra da ucadan sözünə davam etdi, – 

Cənab müdir, burada, görünür bir səhv vardır. Siz iyirimi altı nəfərsiniz, özünüz də beĢ, ya altı 

kiçik otaqda yerləĢmisiniz. Biz isə cəmi üç nəfərik, amma altmıĢ adamlıq yer tutmuĢuq. Təkrar 

edirəm: burada, Ģübhəsiz, bir səhv vardır. Siz mənim yerimi tutmuĢsunuz, mən də sizin. Mənim 

evimi özümə qaytarın. Bu evin sahibi isə sizsiniz. 

Ertəsi gün xəstəxanada olan iyirmi altı xəstə yepiskop sarayına köçürüldü, yepiskop isə 

xəstəxana evində yerləĢdi. 

Cənab Mirielin ailəsi inqilab zamanı hər Ģeyini itirdiyi üçün onun varı-dövləti yox idi. Bacısı ildə 

beĢ yüz frank renta alırdı ki, bu da kilsə evində sadə bir həyat sürdükləri üçün onun Ģəxsi 

xərclərini görürdü. Cənab Miriel dövlətdən on beĢ min livr yepiskop maaĢı alırdı. Xəstəxanaya 

köçdüyü gün o, bu məbləğin necə sərf ediləcəyini həmiĢəlik müəyyən etdi. Onun öz əli ilə 

yazılmıĢ olduğu cədvəli təqdim edirik: 

 

EV XƏRCLƏRĠMĠN BÖLGÜSÜ. 



 

Kiçik seminariya üçün 

min beĢ yüz livr. 

Missioner cəmiyyəti üçün 

yüz livr. 

Mondid’e lazaristləri üçün  yüz livr. 

Parisdə olan əcnəbi ruhani missiyalarının seminariyaları üçün 

iki yüz livr. 

Müqəddəs ruh cəmiyyəti üçün 

yüz əlli livr. 

Müqəddəs torpağın ruhani idarələrinə 

yüz livr. 

Yetim yurdları cəmiyyətləri üçün 

üç yüz livr. 

Əlavə olaraq Arledəki həmin cəmiyyətlər üçün 

əlli livr. 

Həbsxanalarda dustaqların saxlanmasını yaxĢılaĢdıran xeyriyyə 

cəmiyyəti üçün 

dörd yüz livr. 

Dustaqlara kömək edən və onları xilas edən cəmiyyət üçün 

beĢ yüz livr. 

Borc üstündə dustaq olan ailə sahiblərini həbsdən çıxarmaq üçün  min livr. 

Yeparxiyada ehtiyacı olan müəllimlərin maaĢına əlavə üçün 

iki yüz livr. 

Yuxarı Alp departamentində ehtiyat çörək mağazaları üçün 

yüz livr. 

Yoxsul qızları pulsuz oxutmaq üçün Din, Manok və Sisteron 

Ģəhərlərində təĢkil edilmiĢ qadın cəmiyyətinə 

min beĢ yüz livr. 

Yoxsullar üçün 

altı min livr. 

ġəxsi xərclərim üçün  min livr. 

 

Cəmi: on beĢ min livr. 




 

Yepiskop Miriel Dində olduğu müddətdə bu cədvəli, əsla, dəyiĢmədi. Gördüyümüz kimi, bu 

cədvəli o, ―ev xərclərimin bölgüsü cədvəli‖ adlandırırdı. 

Madmazel Batistina heç bir etiraz göstərmədən bu bölgünü qəbul etdi. Bu müqəddəs qızın 

nəzərində Din yepiskopu həm qardaĢ, həm də keĢiĢ idi, qan qohumluğu qanununa görə onun 

dostu, kilsə qanununa görə rəhbəri idi. O, yepiskopu sevir və ona səmimiyyətlə pərəstiĢ edirdi. 

Cənab Miriel danıĢdığı zaman Batistina etiraz etmədən ona qulaq asar, onun hər bir hərəkətini 

sözsüz bəyənərdi. Yalnız xidmətçi qadın, madam Maqluar altdan-altdan donquldanardı. 

Yuxarıda gördüyümüz kimi yepiskop öz xərcləri üçün ancaq min livr ayırmıĢdı ki, bu da 

madmazel Batistinanın pensiyası ilə birlikdə ildə min beĢ yüz livr edirdi. Ġki qarı ilə bir qoca bu 

pulla dolanırdı. 

Hətta Dinə bir keĢiĢ gəldiyi zaman yepiskop madam Maqluarın ciddi qənaətçiliyi və madmazel 

Batistinanın evi bacarıqla idarə etməsi sayəsində onu yaxĢı nahara qonaq edə bilirdi. 

Cənab Mirielin Dinə gəldiyi gündən üç ay keçmiĢdi. Bir gün o dedi: 

– Necə olsa, mən pul cəhətdən çox korluq çəkirəm! 

– Bəs nə? – deyə madam Maqluar səsləndi. – Axı Ģəhərdə ekipaj saxlamaq və yeparxiyanı 

gəzmək üçün departamentin sizə verməli olduğu minik xərcini yepiskop həzrətləri hələ tələb 

etməmiĢdir. Qabaqkı yepiskoplar bu xərci həmiĢə alırdılar. 

Yepiskop dedi: 

– Bu doğrudur. Siz tamamilə haqlısınız, madam Maqluar. Cənab Miriel ərizə yazıb həmin pulları 

tələb etdi. Bir az sonra ali Ģura yepiskopun tələbini nəzərə alaraq, ona ―Cənab yepiskopun ekipaj 

saxlamaq, poçt karetaları tutmaq və yeparxiyanı gəzmək xərcləri‖ adı ilə ildə üç min frank 

verməyi qərara aldı. 

Bu hadisə yerli burjuaziya arasında böyük gurultuya səbəb oldu. Ġmperiyanın bir senatoru, 

BeĢyüzlər ġurasının keçmiĢ üzvü, özünü on səkkiz brümer tərəfdarı kimi göstərib Ģəhərin 

yaxınlığında gözəl senator mülkünə sahib olmuĢ bir zat bu münasibətlə ruhani iĢlər naziri cənab 

Biqo de Priamenenin adına qeyzlə dolu gizli bir məktub göndərmiĢdi. AĢağıda dərc etdiyimiz 

sətirlər həmin məktubdan alınmıĢdır. 

―Ekipaj saxlamaq xərci! Heç dörd min nəfər əhalisi olmayan bir Ģəhərdə ekipaj nəyə lazımdır? 

Yeparxiyanı gəzmək xərci! Əvvələn yeparxiyanı gəzmək kimə lazımdır? Ġkincisi, bu dağlıq 

yerlərdə poçt karetalarında necə gəzmək olar? Burada yol yoxdur, yalnız atla gəzmək 

mümkündür. Hətta ġato-Arnudakı Düransu körpüsü də ikitəkərli öküz arabasının ağırlığına güclə 

davam gətirə bilir. Bu keĢiĢlərin hamısı acgöz və xəsis olur. Ġndiki təzə gəldiyi zaman özünü ağır 

tuturdu. Ġndi isə o, keçmiĢdəkilər kimi hərəkət edir. Ona ekipaj və poçt karetaları lazım 

olmuĢdur! Əvvəlki yepiskoplar kimi ona da dəbdəbə və zinət lazımdır. Ah, bu keĢiĢlər! Cənab 

qraf, inanın ki, imperator bizi bütün bu uzunətəklərin əlindən qurtarmadıqca, iĢlər 

düzəlməyəcəkdir. Rədd olsun papa! (Roma ilə iĢlər dolaĢmağa baĢlayırdı). 

Mənə gəldikdə mən yalnız və yalnız Sezar tərəfdarıyam. Və sairə və sairə‖. 

Yeni maaĢ təyin edilməsi madam Maqluarı çox sevindirdi. 

O, madmazel Batistinaya: 

– Nə yaxĢı oldu, – dedi. – Monsenyor əvvəlcə baĢqalarının halına qaldısa, nəhayət, özünü də 

düĢünməli oldu. O, özünün bütün xeyriyyə iĢlərini qaydaya salmıĢdır. Bu üç min frank isə artıq 

bizə çatacaqdır. Nəhayət! 

Həmin axĢam yepiskop aĢağıdakı cədvəli yazıb bacısına verdi. 

 

YOL VƏ EKĠPAJ XƏRCLƏRĠ ÜÇÜN ALINAN MƏBLƏĞ. 



 

Xəstəxanadakı xəstələrə ət suyu vermək üçün  

min beĢ yüz livr. 

Eksdə yetimlərə kömək cəmiyyəti üçün  

iki yüz əlli livr. 

Draqinyanda yetimlərə kömək cəmiyyəti üçün  

iki yüz əlli livr. 

Küçəyə atılmıĢ uĢaqların bəslənməsi üçün   beĢ yüz livr. 

Yetimlər üçün  

beĢ yüz livr. 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə