Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə3/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   2   3   4   5   6   7   8   9   ...   412

 

Cəmi: üç min livr. 

 

Yepiskop Mirielin büdcəsi belə idi. 



Ayinlərin icrası, xeyir-dua, xaç mərasimi, moizə, kilsələrin dualanması, nikah duası və sairə kimi 

mərasimdən toplanan əlavə yepiskop mədaxilinə gəlincə, cənab Miriel varlılardan mümkün 

qədər çox alır və aldığını yoxsullara paylayırdı. 

Çox keçmədən yepiskopun üzərinə hər tərəfdən ianələr yağmağa baĢladı. Varlılar da, yoxsullar 

da hamı cənab Mirielin qapısını döyürdü, kimi sədəqə istəməyə, kimi də sədəqə verməyə gəlirdi. 

Bir il keçmədi ki, yepiskop bütün ianə verənlərin xəzinədarları və bütün ehtiyac içində olanların 

daxıldarı oldu. Onun əlindən çoxlu pullar gəlib keçirdi, lakin heç bir Ģey onu öz həyat tərzini 

dəyiĢməyə və zəruri ehtiyacı ödəyən miqdardan artıq bir Ģey sərf etməyə vadar edə bilməzdi. 

Əksinə, aĢağılarda səfalət və ehtiyac həmiĢə yuxarı təbəqələrin mürüvvət və səxavətindən çox 

olduğu üçün, cənab Miriel aldıqlarını demək olar ki, almamıĢdan əvvəl paylayırdı, – quru 

torpağa düĢən su da bu cür dərhal yox olur. Yepiskopun əlinə nə qədər pul gəlirdisə, çatıĢmırdı. 

O da öz-özünü soyurdu. 

Adətə görə yepiskoplar yazdıqları dini fərman və əmrlərin baĢında xaç mərasimi zamanı onlara 

verilmiĢ adların hamısını qeyd edirdilər, yoxsul əhali də öz yepiskopuna məhəbbətini izhar 

etmək üçün bir çox adamların içərisindən onlara daha çox mənalı görünənini seçmiĢdilər. Onlar 

Mirieli monsenyor Byenvenü1 çağırmağa baĢladılar. Biz də öz tərəfimizdən onu bu adla 

çağıracağıq. Bu ad onun özünün də xoĢuna gəlirdi. O deyirdi: – ―Mən bu adı sevirəm. Byenvenü 

―monsenyorun‖ təshihi kimi bir Ģeydir‖. 

Biz, əsla, iddia etmirik ki, burada yepiskopun portretini düzgün təsvir etdik. Biz yalnız bunu 

deyə bilərik ki, bu portret, hər halda, ona çox bənzəyir. 

 

 

ÜÇÜNCÜ FƏSĠL. 



Mərhəmətli yepiskopun pis yeparxiyası. 

 

Yepiskop öz ixtiyarında olan yerləri gəzmək üçün aldığı maaĢı yoxsullara paylamasına 



baxmayaraq, yeparxiyanı gəzməkdən əl çəkmirdi. Din yeparxiyasını gəzmək isə çətin idi. Orada 

düzənlik az, dağlar çox, yollar demək olar ki, yox idi. Orada otuz iki məhəllə kilsəsi, qırx bir 

vikariat və monsenyora tabe olan iki yüz səksən beĢ kilsə vardı, bunların hamısını gəzib 

dolanmaq asan iĢ deyildi. Lakin yepiskop bütün çətinlikləri dəf edirdi, yaxına getməli olduqda 

piyada gedər, düzənlikləri tək atlı arabada gəzər, dağları isə at belində dolaĢardı. Adətən hər iki 

qarı onu müĢayiət edərdi, yalnız səfər onlar üçün ağır olduğu zaman yepiskop yola tək çıxardı. 

Bir dəfə o, Senezdəki qədim yepiskop iqamətgahına eĢĢək belində gəlmiĢdi. O zaman pul kisəsi 

boĢ olduğundan, baĢqa bir vasitə ilə yola çıxmaq imkanı yox idi. Onu qarĢılamaq üçün yepiskop 

sarayının bayır qapısına çıxan Ģəhər meri yepiskopun eĢĢəkdən düĢməsini görüb hiddətlə ona 

baxmıĢdı. Burada olan bir neçə Ģəhərli də ona gülmüĢdü. Yepiskop demiĢdi: ―Cənab mer və 

cənab Ģəhərlilər, sizin hiddətinizin səbəbini baĢa düĢürəm. Siz bu fikirdəsiniz ki, mənim kimi adi 

bir kilsə xadimi üçün həzrət Ġsanın mindiyi bir heyvanın belində gəzmək böyük ədəbsizlikdir. 

Sizi əmin edirəm ki, bu hərəkətimə səbəb heç də Ģöhrətpərəstlik deyil, ehtiyac və zərurətdir‖. 

Səyahət zamanı o, mərhəmətli, mülayim olar, adamlara moizə etməkdən daha çox onlara söhbət 

edərdi. Dəlil və timsal üçün uzağa getməzdi. Bir yerin əhalisinə qonĢu yerin əhalisini nümunə 

göstərərdi. Yoxsullarla sərt rəftar edilən yerlərdə deyərdi: ―Brianson əhalisinə baxsanız, onlar 

yoxsullara, dul arvadlara və yetimlərə hamıdan üç küp qabaq ot biçməyə icazə vermiĢlər və 

yoxsulların köhnə evləri uçduqda təzədən onlar üçün pulsuz ev tikirlər. Bunun əvəzində Allah 

onların ölkəsini bərəkətli etmiĢdir. Bir əsr olar ki, o yerlərdə bir adam belə öldürülməmiĢdir‖. 

Əhalisinin hamısı pula həris olan və öz məhsullarını tez yığmağa çalıĢan kəndlərdə isə deyərdi: 

―Ambren əhalisinə bir baxın, oğulları orduda, qızları isə Ģəhərdə xidmət edən bir ailə baĢçısı 

biçin vaxtı xəstələnib iĢləyə bilmədikdə, keĢiĢ moizəsində əhalini ona yardım etməyə dəvət edir 




və bazar günü əhali – kiĢilər, qadınlar, uĢaqlar – Ġbadətdən sonra o yoxsulun tarlasına gedib 

məhsulunu yığır, taxılını, küləĢini anbara doldururlar‖. Pul, ya miras üstündə savaĢan ailələrə: 

―Devolni dağlılarına baxsanız, – deyərdi, – onlar o qədər sərt bir ölkədə yaĢayırlar ki, orada əlli 

ildə bir dəfə bülbül səsi eĢitməzsən. Bununla belə orada bir ailə baĢçısı öldükdə oğulları çörək 

qazanmaq üçün baĢqa yerlərə çıxıb gedir və bütün əmlakı öz bacılarına verirlər ki, onlar özlərinə 

ot tapa bilsinlər‖. Əhalisi məhkəməbazlığı sevən vilayətlərdə fermerlərin öz var-yoxlarını ərizə 

kağızlarına sərf etdiklərini gördükdə deyirdi: ―Keyras vadisinin xeyirxah kəndlilərinə bir baxın. 

Onlar üç min nəfərdir! Ġlahi! Onlar balaca bir respublika kimi yaĢayırlar! Orada nə hakim, nə də 

məhkəmə məmuru var. Bütün iĢləri mer özü görür. O özü vergi təyin edir, özü vicdanla iĢ görür, 

Ģikayətlərə pulsuz baxır, mirası varislər arasında mükafatsız bölür, məhkəmə xərci tələb etmədən 

qərar çıxarır və ədalətli adam olduğu üçün sadə adamlar da ona itaət edirlər‖. Məktəb 

müəllimləri olmayan kəndlərdə, o, yekə keyrasslıları nümunə göstərərək: ―Bilirsinizmi, onlar nə 

edirlər? – deyirdi. – On iki-on beĢ evdən ibarət olan balaca bir kənd həmiĢə müəllim saxlaya 

bilmədiyi üçün, vadinin bütün əhalisi yığıĢıb bir neçə müəllim tutar, on gün birində qalıb, dərs 

verirlər. Bu müəllimlər yarmarkalarda olurlar, mən da onları orada görmüĢəm. Onları 

Ģlyapalarının qaytanlarına taxılmıĢ qaz lələklərindən dərhal tanıya bilərsiniz. Yalnız savad 

öyrədən müəllimlərin bir lələyi, həm savad, həm də hesab öyrədənlərin iki lələyi, savad, hesab 

və latın dili öyrədənlərin isə üç lələyi olur. Üç lələkli müəllimlər – böyük alim adamlardır! Belə 

halda nadan qalmaq eyib deyilmi? Siz də keyraslılar kimi edin‖. 

O qayğıkeĢ ata kimi bu cür ciddi nitqlər söyləyərdi, münasib misallar olmayanda, o, özündən 

ibrətli hekayələr uydurardı. Bu hekayələr çox qısa, lakin obrazlı olub, məqsədə uyğun gələrdi, – 

Həzrət Ġsanın da etiqadla dolu gözəl nitqlərində bu xüsusiyyət var, – ona görə də dedikləri 

həmiĢə inandırıcı olardı. 

 

 



DÖRDÜNCÜ FƏSĠL. 

Sözə uyğun iĢ. 

 

Onun söhbəti xoĢ və Ģən olurdu. Yanında yaĢayan iki qarı ilə daim onların anlaya biləcəyi bir 



Ģəkildə danıĢardı, güləndə uĢaq kimi ürəkdən gülərdi. 

Madam Maqluar onu ―monsenyor cənabları‖ adlandırmağı sevərdi. Bir dəfə o, kitabxanasının 

rəflərindən bir kitab götürmək üçün kreslosundan ayağa qalxdı. Kitab üst rəflərin birində idi. 

Yepiskopun boyu qısa olduğuna görə əli çatmadı. O, madam Maqluara müraciətlə: ―Madam 

Maqluar, mənə bir stul gətirin, – dedi, – Monsenyor cənabları o rəfə çatacaq qədər uca deyildi‖. 

Onun uzaq qohumlarından biri olan qrafinya de Lo hər dəfə onun hüzurunda üç oğlunun 

―ümidləri‖ adlandırdığı bir Ģeyi xatırlatmaq üçün fürsəti əldən verməzdi. Qrafinyanın çox 

qocalmıĢ və ehtimal ki, ölümü yaxınlaĢan bir neçə qohumu vardı, bu qohumların bilavasitə varisi 

qrafinyanın oğulları idi. Kiçik oğluna nənəsinin ölümündən sonra azı yüz min livrlik bir renta 

çatmalı idi; ortancıl oğlu əmisinin ölümündən sonra hersoq tituluna malik olacaq idi, böyük oğlu 

isə babasının ölümündən sonra per titulu qazanacaq idi. Yepiskop, adətən, bu sadədil və 

bağıĢlana biləcək analıq lovğalığına dinməz-söyləməz qulaq asardı. Lakin bir daha madam de Lo 

bütün bu mirasların və ―ümidlərin‖ təfsilatını təkrar etdiyi zaman yepiskop ona həmiĢəkindən 

çox dalğın görünmüĢdü. Qrafinya küskün bir halda sözünü kəsərək: ―Aman Allah! – demiĢdi. – 

Əmioğlu, siz nə üçün fikrə getdiniz?‖ Yepiskop ona cavab vermiĢdi ki: Mən, yanılmıramsa, 

mübarək Avqustinin əsərində oxumuĢ olduğum qəribə bir Ģey haqqında fikirləĢirəm. Orada 

yazılmıĢdır: Ümidinizi o kəsə bağlayın ki, onun heç bir varisi yoxdur. 

Bir dəfə də o bir məktub almıĢdı. Bu məktubda ondan yerli dvoryanlardan birinin dəfnində 

iĢtirak etməyi xahiĢ edirdilər, məktubun bütün bir səhifəsində mərhumun titulları, sonra da 

qohumlarının bütün feodal və aristokrat adları təntənə ilə göstərilirdi. Yepiskop bunu oxuyub: 

―Ölümün kürəkləri nə qədər möhkəm imiĢ! – demiĢdi. – Görün adamlar onun üzərinə nə qədər 

ağır titul yükü qoymuĢ və öz Ģöhrətləri üçün hətta qəbirdən də nə qədər ustalıqla istifadə 

etmiĢlər!‖. 



Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə